• Yaşar Qurbanov Azərbaycanlı

    Translator, Author, Number of Items : 55

    Yaşar Arzuman oğlu Qurbanov 14 oktaybar 1975-ci ildə Zaqatala rayonunda anadan olmuşdur. 1992-ci ildə Zaqatala rayonunda orta məktəbi bitirmişdir. 1993-cü ildə Azərbaycan İqtisad İnstituna daxil olmuşdur. 1994-cü ildə Mədinə şəhəri İslam Universitetinə daxil olmuş və 2001-ci ildə Hədisi-şərif və islami araşdırmalar fakultəsini bitirib. 2003-2004 təhsil ilində Azərbaycan Beynəlxalq Universitetində müəllim işləmiş və həmin ildən ABU-nun dissertantıdır. 2001-ci ildən etibarən müxtəlif Qərb ölkələrində (ABŞ, Almaniya, Belçika, Hollandiya və s.) və İslam ölkələrində (Küveyt, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyin Krallığı və s.) işgüzar səfərlərdə olmuş, dini seminar və konfranslarda iştirak etmiş, dinlə bağlı mövzularda mühazirə oxumuşdur. 2003-cü ildən etibarən elektron KİV-də (AzTV, İTV, Space, ANS, İnternews Azerbaijan, Samanyolu TV, Burc FM, ) dini ekspert kimi çıxış edir. 2007-ci ildən etibarən 101 Antenn FM radiosunda ölkəmizdə tanınmış “İslam Dünyası” proqramının müəllifi və aparıcısıdır. 2007-ci ildə Azərbaycanda dini maairfçiliklə proffessional şəkildə məşğul olan www.islamevi.az qurub və hazırda bu sayt Azərbaycanda ən çox istifadə olunan dini sayt-kitabxana kimi fəaliyyət göstərir. 2003-cü ildən etibarən müxtəlif qəzet və jurnallarda dini-maarifçiliklə bağlı məqalələrlə çıxış edir. Yaşar Qurbanov aşağıdakı kitabların müəllifidir: 1. İslam dini terrorun əleyhinədir. 2. İslam Nuru. 3. Seyid Qutubun əqidəsi və fikirləri. 2008-ci ildə “İnternews Azerbaijan” Yaşar Qurbanovun “İslam Dünyası” proqramı və “Qərbdə İslam” barədə süjet hazırlayıb.

  • Ramil Soltanov Azərbaycanlı

    Author, Number of Items : 12

  • Muxtar Əli Azərbaycanlı

    Translator, Number of Items : 1

  • Ramil Həsən Azərbaycanlı

    Reviewer, Number of Items : 1

feedback