İslam Qurani Kərimdə və Peyğəmbərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sünnəsində zikr edildiyi kimi, İslam haqqında yığcam kitabça. (⮫)


 İslam

Qurani Kərimdə və Peyğəmbərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sünnəsində zikr edildiyi kimi, İslam haqqında yığcam kitabça.

Bu mühüm kitab İslam haqqında yığcam məlumatları ehtiva edir; İslamın ən mühüm əsaslarını, təlimlərini və özəlliklərini onun əsas mənbələri olan Qurani Kərim və Peyğəmbərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sünnəsinə istinad edərək bəyan edir. Kitab müsəlman və qeyri müsəlman olmasından, məkan və zamanından, hal və vəziyyətindən asılı olmayaraq öz dillərində olmaqla bütün mükəlləf insanlar üçün nəzərdə tutulmuşdur.

Qurani Kərimdən və Peyğəmbərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sünnəsindən  dəlilləri ehtiva edən nüsxə.


 1- İslam: Allahın bütün insanlara göndərdiyi risaləsidir. Bu, əbədi qalacaq ilahi bir risalə - rəbbani (Rəbbimizin nazil etdiyi) risalələrin sonuncusudur.

İslam - Allahın bütün insanlara göndərdiyi risaləsidir. Uca Allah buyurur:

﴿وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا كَآفَّةٗ لِّلنَّاسِ بَشِيرٗا وَنَذِيرٗا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٢٨﴾ [سبأ: 28]

{ Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir Peyğəmbər kimi göndərdik. Lakin insanların çoxu bunu bilmir. } [Səba, 34:28]

Uca Allah buyurur: (Ya Rəsulum!) De:

﴿قُلۡ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنِّي رَسُولُ ٱللَّهِ إِلَيۡكُمۡ جَمِيعًا ...١٥٨﴾ [الأعراف: 158]

{ Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınıza göndərilmiş Allahın Rəsuluyam. } [Əl-Əraf, 7:158]

Uca Allah buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدۡ جَآءَكُمُ ٱلرَّسُولُ بِٱلۡحَقِّ مِن رَّبِّكُمۡ فَـَٔامِنُواْ خَيۡرٗا لَّكُمۡۚ وَإِن تَكۡفُرُواْ فَإِنَّ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا ١٧٠﴾ [النساء: 170]

{ Ey insanlar! Pey­ğəm­bər sizə Rəb­binizdən haq­qı gətirdi. Elə isə ona iman gə­ti­rin! Bu si­zin üçün xeyirli olar. Əgər küfr et­sə­niz, şübhəsiz ki, göylər­də və yerdə nə varsa, Allaha məxsus­dur. Allah hər şeyi bi­lən­­dir, hikmət sahibidir. } [ Ən-Nisa, 4:170]

İslam - əbədi qalacaq ilahi bir risalə və rəbbani (Rəbbimizin nazil etdiyi) risalələrin sonuncusudur. Bu xüsusda Uca Allah belə buyurur:

﴿مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٖ مِّن رِّجَالِكُمۡ وَلَٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّـۧنَۗ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا ٤٠﴾ [الأحزاب: 40]

{ Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. ALLAH hər şeyi bilir. } [əl-Əhzab, 33:40]

 2- İslam dini müəyyən adamlara və ya müəyyən bir qövmə məxsus deyil, əksinə, o, Allahın insanların hamısına göndərdiyi dinidir.

İslam dini müəyyən adamlara və ya müəyyən bir qövmə məxsus deyil, əksinə, o, Allahın insanların hamısına göndərdiyi dinidir. Əzəmətli Quranda buyurulan ilk əmr, Uca Allahın bu sözüdür:

﴿يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱعۡبُدُواْ رَبَّكُمُ ٱلَّذِي خَلَقَكُمۡ وَٱلَّذِينَ مِن قَبۡلِكُمۡ لَعَلَّكُمۡ تَتَّقُونَ٢١﴾ [البقرة: 21]

{ Ey insanlar! Sizi və siz­dən əvvəlkiləri yaratmış Rəb­bi­nizə iba­dət edin ki, bəlkə On­dan qorxasınız. } [Əl-Bəqərə, 2:21]

Uca Allah buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُواْ رَبَّكُمُ ٱلَّذِي خَلَقَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ وَخَلَقَ مِنۡهَا زَوۡجَهَا وَبَثَّ مِنۡهُمَا رِجَالٗا كَثِيرٗا وَنِسَآءٗۚ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِي تَسَآءَلُونَ بِهِۦ وَٱلۡأَرۡحَامَۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَيۡكُمۡ رَقِيبٗا١﴾ [النساء: 1]

{ Ey insanlar! Sizi tək bir candan xəlq edən, ondan zövcəsini yaradan və o ikisindən də bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! } [Ən-Nisa, 4:1]

İbn Ömər (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) Məkkənin fəthi günü insanlara xitab edərək demişdir: «Ey insanlar! Həqiqətən də, Allah, cahilliyyət təkəbbürlüyünü və cahiliyyət dövründə olduğu kimi atalarla fəxr etməyi sizdən uzaq etmişdir. İnsanlar iki sinifdir: xeyirxah, Allahdan qorxan və Allaha ehtiram göstərən insanlar; bir də günahkar, bədbəxt və Allaha ehtiram göstərməyən insanlar. İnsanlar Adəmin övladlarıdır. Allah Adəmi torpaqdan yaratmışdır.

Allah buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّا خَلَقۡنَٰكُم مِّن ذَكَرٖ وَأُنثَىٰ وَجَعَلۡنَٰكُمۡ شُعُوبٗا وَقَبَآئِلَ لِتَعَارَفُوٓاْۚ إِنَّ أَكۡرَمَكُمۡ عِندَ ٱللَّهِ أَتۡقَىٰكُمۡۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٞ١٣﴾ [الحجرات: 13]

{ Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox çəkinəninizdir. (Allahın razılığını ümid edərək Onun əmirlərini yerinə yetirən və Allahın qəzəbindən çəkinərək Onun qadağalarından uzaq duran şəxs) Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır. } [əl-Hucurat, 49:13] ». [Bu hədisi Tirmizi rəvayət etmişdir (3270)].

Əzəmətli Quranın və ya möhtərəm Peyğəmbərin (Allahın salavatı və salamı onların üzərinə olsun) buyuruqlarında hər hansı bir qövmə, yaxud tayfaya - onların irqinə, yaxud qövmünə, yaxud da cinsinə görə, - xas olan qanunlar tapa bilməzsən.

 3- İslam - əvvəlki peyğəmbərlərin və elçilərin (onlara Allahın salavatı və salamı olsun) öz ümmətlərinə gətirdikləri risalələri tamamlamaq üçün göndərilmiş ilahi risalədir.

İslam - əvvəlki peyğəmbərlərin və elçilərin (onlara Allahın salavatı və salamı olsun) öz ümmətlərinə gətirdikləri risalələri tamamlamaq üçün göndərilmiş ilahi risalədir. Uca Allah buyurur:

﴿۞ إِنَّآ أَوۡحَيۡنَآ إِلَيۡكَ كَمَآ أَوۡحَيۡنَآ إِلَىٰ نُوحٖ وَٱلنَّبِيِّـۧنَ مِنۢ بَعۡدِهِۦۚ وَأَوۡحَيۡنَآ إِلَىٰٓ إِبۡرَٰهِيمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ وَٱلۡأَسۡبَاطِ وَعِيسَىٰ وَأَيُّوبَ وَيُونُسَ وَهَٰرُونَ وَسُلَيۡمَٰنَۚ وَءَاتَيۡنَا دَاوُۥدَ زَبُورٗا١٦٣﴾ [النساء: 163]

{ Biz Nuha və ondan son­ra­kı pey­ğəmbərlərə vəhy etdi­yi­miz kimi, sənə də vəhy etdik. Biz İb­rahimə, İsmailə, İs­ha­qa, Yaquba və onun nəslinə, İsa­ya, Əy­yuba, Yunusa, Haruna və Süley­ma­na da vəhy etdik. Da­vuda da Zəbu­ru ver­dik. } [Ən-Nisa, 4:163]

Allahın Peyğəmbər Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) vəhy etdiyi bu din, əvvəlki peyğəmbərlərə qanun olaraq göndərdiyi və onlara tövsiyə etdiyi dindir. Uca Allah buyurur:

﴿۞ شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحٗا وَٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ وَمَا وَصَّيۡنَا بِهِۦٓ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰٓۖ أَنۡ أَقِيمُواْ ٱلدِّينَ وَلَا تَتَفَرَّقُواْ فِيهِۚ كَبُرَ عَلَى ٱلۡمُشۡرِكِينَ مَا تَدۡعُوهُمۡ إِلَيۡهِۚ ٱللَّهُ يَجۡتَبِيٓ إِلَيۡهِ مَن يَشَآءُ وَيَهۡدِيٓ إِلَيۡهِ مَن يُنِيبُ١٣﴾ [الشورى: 13]

{ Allah Nuha tövsiyə et­di­yini, sə­nə vəhy etdiyimizi, İb­ra­hi­mə, Musa­ya və İsaya töv­si­yə etdiyimizi sizin üçün də din­də qa­nun etdi: “Dini bərqərar edin və onda bölünüb firqə-fir­qə olma­yın!” Sənin dəvət etdiyin töv­hid müş­riklərə ağır gəldi. Allah istə­di­yi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yö­nəl­dər. } [Əş-Şura, 42:13]

Allahın Peyğəmbəri Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) vəhy etdiyi bu kitab, özündən əvvəlki ilahi kitabları - təhrif olunmamış Tövratı və İncili təsdiqləyən bir kitabdır. Uca Allah buyurur:

﴿وَٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ مِنَ ٱلۡكِتَٰبِ هُوَ ٱلۡحَقُّ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِۗ إِنَّ ٱللَّهَ بِعِبَادِهِۦ لَخَبِيرُۢ بَصِيرٞ٣١﴾ [فاطر: 31]

{ Sənə vəhy etdiyimiz Ki­tab, özün­dən əvvəlkiləri təs­diq­ləyici ki­mi gələn haqdır. Hə­qi­qətən, Allah Öz qulların­dan Xə­bərdardır, Gö­rəndir. } [Fatir, 35:31]

 4- Peyğəmbərlərin (Allahın salavatı və salamı onların üzərinə olsun) dini bir, şəriət qanunları isə müxtəlifdir:

Peyğəmbərlərin (Allahın salavatı və salamı onların üzərinə olsun) dini bir, lakin şəriət qanunları isə müxtəlifdir. Uca Allah buyurur:

﴿وَأَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ مِنَ ٱلۡكِتَٰبِ وَمُهَيۡمِنًا عَلَيۡهِۖ فَٱحۡكُم بَيۡنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُۖ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَهُمۡ عَمَّا جَآءَكَ مِنَ ٱلۡحَقِّۚ لِكُلّٖ جَعَلۡنَا مِنكُمۡ شِرۡعَةٗ وَمِنۡهَاجٗاۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَلَٰكِن لِّيَبۡلُوَكُمۡ فِي مَآ ءَاتَىٰكُمۡۖ فَٱسۡتَبِقُواْ ٱلۡخَيۡرَٰتِۚ إِلَى ٱللَّهِ مَرۡجِعُكُمۡ جَمِيعٗا فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ٤٨﴾ [المائدة: 48]

{ Biz sənə, özündən əv­vəl­ki kitab­ı təsdiqləyən və onu qoru­yan Kitabı haqq olaraq nazil etdik. Sən on­ların ara­sın­da, Allahın nazil etdiyi ilə hökm ver. Sə­nə gələn haqqı buraxıb on­­la­rın istək­lə­rinə uyma. Ey ümmətlər, hər biriniz üçün bir şə­riət və bir yol tə­yin etdik. Allah istəsəydi, sizi tək bir üm­mət edərdi. Fəqət bu fərqli şə­riətlər və yollar, sizə verdikləri ilə sizi im­tahan etməsi üçün­dür. Elə isə yax­şı iş­lər görməkdə bir-birinizlə yarı­şın. Ha­mınızın dönüşü Alla­hadır. O, ixtilaf etdiyiniz şey­lər barəsin­də sizə xəbər verə­cək­dir. } [Əl-Maidə, 5:48]

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:  « Dünyada da, axirətdə də insanlardan Məryəm oğlu İsaya ən yaxın olanı mənəm. (Əslində) Peyğəmbərlər ata bir, ana ayrı övladlardır. Anaları ayrı olsa da, dinləri birdir.» [Bu hədisi Əl-Buxari rəvayət etmişdir, (3443)]

 5- Peyğəmbərlərin hamısı - Nuh, İbrahim, Musa, Süleyman, Davud, İsa (onlara Allahın salavatı və salamı olsun) və başqaları dəvət etdiyi kimi, İslam dini də, Rəbbimizin Allah, Yaradan, Ruzi verən, Dirildən, Öldürən, Hökmdar, Hökmran olduğuna, Onun bütün işləri idarə etdiyinə, habelə, Şəfqətli və Rəhmli olduğuna iman gətriməyə dəvət edir.

Peyğəmbərlərin hamısı - Nuh, İbrahim, Musa, Süleyman, Davud, İsa (onlara Allahın salavatı və salamı olsun) və başqaları dəvət etdiyi kimi, İslam dini də, Rəbbimizin Allah, Yaradan, Ruzi verən, Dirildən, Öldürən, Hökmdar, Hökmran olduğuna, Onun bütün işləri idarə etdiyinə, habelə, Şəfqətli və Rəhmli olduğuna iman gətriməyə dəvət edir. Uca Alllah buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡۚ هَلۡ مِنۡ خَٰلِقٍ غَيۡرُ ٱللَّهِ يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ ٣﴾ [فاطر: 3]

{ Ey insanlar! Allahın sizə verdiyi nemətini xatırlayın. Allahdan başqa sizə göydən və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Siz necə də haqdan döndərilirsiniz! } [Fatir, 35:3]

Uca Allah buyurur:

﴿قُلۡ مَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ أَمَّن يَمۡلِكُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَمَن يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَيُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّ وَمَن يُدَبِّرُ ٱلۡأَمۡرَۚ فَسَيَقُولُونَ ٱللَّهُۚ فَقُلۡ أَفَلَا تَتَّقُونَ٣١﴾ [يونس: 31]

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz? } [Yunus, 10:31]

Uca Allah buyurur:

﴿أَمَّن يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ وَمَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ قُلۡ هَاتُواْ بُرۡهَٰنَكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ٦٤﴾ [النمل: 64]

{ "Bütlər yaxşıdır, yoxsa məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən Allah?! Heç Allahla yanaşı başqa bir məbudmu var?” De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin. } [Ən-Nəml, 27:64]

Peyğəmbərlərin və elçilərin (Allahın onlara salamı olsun) hamısı takcə Allaha ibadət etməyə dəvət etmək üçün göndərilmişlər. Uca Allah buyurur:

﴿وَلَقَدۡ بَعَثۡنَا فِي كُلِّ أُمَّةٖ رَّسُولًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱجۡتَنِبُواْ ٱلطَّٰغُوتَۖ فَمِنۡهُم مَّنۡ هَدَى ٱللَّهُ وَمِنۡهُم مَّنۡ حَقَّتۡ عَلَيۡهِ ٱلضَّلَٰلَةُۚ فَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ٣٦﴾ [النحل: 36]

{ Biz hər ümmətə: "Allaha ibadət edin, Tağutdan çəkinin!" – deyə Peyğəmbər göndərmişdik. Onlardan bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə (Allahın əzəli elmi ilə) haqq yoldan azmalı olmuşdur. (Ey müşriklər!) Yer üzündə dolaşıb görün ki, (Peyğəmbərləri) yalançı hesab edənlərin axırı necə oldu! } [Ən-Nəhl, 16:36]

Uca Allah buyurur:

﴿وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِيٓ إِلَيۡهِ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعۡبُدُونِ٢٥﴾ [الأنبياء: 25]

{ "(Ya Rəsulum!) Səndən əvvəl elə bir Peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” – deyə vəhy etməyək. } [Əl-Ənbiya, 21:25]

Allah Nuh (Allahin ona salamı olsun) haqqında xəbər verir ki, o, belə demişdir:

﴿لَقَدۡ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦ فَقَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓ إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ عَظِيمٖ ٥٩﴾ [الأعراف: 59]

{ Biz Nuhu öz xalqına elçi gön­dər­dik. O dedi: “Ey qöv­müm! Alla­ha iba­dət edin. Si­zin Ondan başqa məbudu­nuz yox­dur. Mən si­zə üz verəcək Bö­yük gü­nün əzabın­dan qor­xuram. } [Əl-Əraf, 7:59]

Həmçinin, Allah İbrahim (Allahin ona salamı olsun) haqqında xəbər verir ki, o, belə demişdir:

﴿وَإِبۡرَٰهِيمَ إِذۡ قَالَ لِقَوۡمِهِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱتَّقُوهُۖ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ١٦﴾ [العنكبوت: 16]

{ İbrahimi də xatırla! Bir zaman o öz qövmünə demişdi: “Allaha ibadət edin və Ondan qorxun! Heç bilirsinizmi bu sizin üçün nə qədər xeyirlidir? } [əl-Ənkəbut, 29:16]

Həmçinin, Allah Saleh (Allahin ona salamı olsun) haqqında xəbər verir ki, o, belə demişdir:

﴿وَإِلَىٰ ثَمُودَ أَخَاهُمۡ صَٰلِحٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥۖ قَدۡ جَآءَتۡكُم بَيِّنَةٞ مِّن رَّبِّكُمۡۖ هَٰذِهِۦ نَاقَةُ ٱللَّهِ لَكُمۡ ءَايَةٗۖ فَذَرُوهَا تَأۡكُلۡ فِيٓ أَرۡضِ ٱللَّهِۖ وَلَا تَمَسُّوهَا بِسُوٓءٖ فَيَأۡخُذَكُمۡ عَذَابٌ أَلِيمٞ ٧٣﴾ [الأعراف: 73]

{ Səmud qövmünə də qardaşları Salehi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə açıq-aydın dəlillər gəldi. Allahın qayadan çıxartdığı bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Onu buraxın Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi ağrılı-acılı bir əzab yaxalayar. } [Əl-Əraf, 7:73]

Həmçinin, Allah Şueyb (Allahin ona salamı olsun) haqqında xəbər verir ki, o, belə demişdir:

﴿وَإِلَىٰ مَدۡيَنَ أَخَاهُمۡ شُعَيۡبٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥۖ قَدۡ جَآءَتۡكُم بَيِّنَةٞ مِّن رَّبِّكُمۡۖ فَأَوۡفُواْ ٱلۡكَيۡلَ وَٱلۡمِيزَانَ وَلَا تَبۡخَسُواْ ٱلنَّاسَ أَشۡيَآءَهُمۡ وَلَا تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ بَعۡدَ إِصۡلَٰحِهَاۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَ٨٥﴾ [الأعراف: 85]

{ Mədyən qövmünə də qardaşları Şueybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əşyalarını əksik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin. Əgər möminsinizsə, bu, sizin üçün daha xeyirlidir. } [Əl-Əraf, 7:85]

Allah Musa (Allahın salavatı və salamı onun üzərinə olsun) ilə ilk dəfə danışarkən ona belə buyurmuşdur:

﴿وَأَنَا ٱخۡتَرۡتُكَ فَٱسۡتَمِعۡ لِمَا يُوحَىٰٓ١٣ إِنَّنِيٓ أَنَا ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعۡبُدۡنِي وَأَقِمِ ٱلصَّلَوٰةَ لِذِكۡرِيٓ١٤﴾ [طه: 13-14]

{ Mən səni seçmişəm. Sə­nə vəhy olunanı dinlə!} { Həqiqətən, Mən Alla­ham! Məndən başqa heç bir məbud yox­­dur. Mənə iba­dət et və Mə­ni xatır­lamaq üçün namaz qıl!" (14) } [Ta ha, 20:13-14]

Allah Musa (Allahin ona salamı olsun) haqqında xəbər verir ki, o, Allaha sığınaraq belə demişdir:

﴿وَقَالَ مُوسَىٰٓ إِنِّي عُذۡتُ بِرَبِّي وَرَبِّكُم مِّن كُلِّ مُتَكَبِّرٖ لَّا يُؤۡمِنُ بِيَوۡمِ ٱلۡحِسَابِ٢٧﴾ [غافر: 27]

{ Mən he­sab­laşma gü­nünə inanmayan hər bir tə­kəb­bürlüdən həm mə­nim Rəbbim, həm də sizin Rəb­bi­niz olan Alla­ha sığı­nı­ram! } [Ğafir, 40:27]

Allah Məsih (Allahin ona salamı olsun) haqqında xəbər verir ki, o, belə demişdir:

﴿إِنَّ ٱللَّهَ رَبِّي وَرَبُّكُمۡ فَٱعۡبُدُوهُۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ٥١﴾ [آل عمران: 51]

{ Həqiqətən, Allah mənim də Rəb­bim, sizin də Rəbbi­niz­dir. Elə isə Ona ibadət edin! Doğru yol da, budur! } [Ali-İmran, 3:51]

Allah, həmçinin, Məsih (Allahin ona salamı olsun) haqqında xəbər verir ki, o, belə demişdir:

﴿لَقَدۡ كَفَرَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَۖ وَقَالَ ٱلۡمَسِيحُ يَٰبَنِيٓ إِسۡرَٰٓءِيلَ ٱعۡبُدُواْ ٱللَّهَ رَبِّي وَرَبَّكُمۡۖ إِنَّهُۥ مَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدۡ حَرَّمَ ٱللَّهُ عَلَيۡهِ ٱلۡجَنَّةَ وَمَأۡوَىٰهُ ٱلنَّارُۖ وَمَا لِلظَّٰلِمِينَ مِنۡ أَنصَارٖ٧٢﴾ [المائدة: 72]

{ Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik qoşarsa, heç şübhəsiz, Allah Cənnəti ona haram edər. Onun gedəcəyi yer atəşdir. Zalımların heç bir yardımçısı yoxdur. } [Əl-Maidə, 5:72]

Bəli, hətta Tövratda və İncildə də yalnız Allaha ibadət etmək əmr edilmişdir. Musanın (Allahin ona salamı olsun) Əhdi-Ətiqdə belə dediyi xəbər verilir: "Qulaq as, ey İsrail! Rəbb - bizim tək olan İlahımzdır."

Həmçinin, Markın rəvayət etdiyi İncildə də, tək Allaha ibadət etmək buyurulmuşdur. Belə ki, Məsih (Allahin ona salamı olsun) belə demişdir: "Tövsiyələrin birincisi belədir: "Qulaq as, ey İsrail! Rəbb - bizim tək olan İlahımzdır."

Qüdrətli və qüvvətli Allah bəyan etmişdir ki, peyğəmbərlərin hamısı bu əzəmətli mühüm məsələni yerinə yetirmək - tövhidə dəvət etmək üçün göndərilmişlər. Uca Allah buyurur:

﴿وَلَقَدۡ بَعَثۡنَا فِي كُلِّ أُمَّةٖ رَّسُولًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱجۡتَنِبُواْ ٱلطَّٰغُوتَۖ فَمِنۡهُم مَّنۡ هَدَى ٱللَّهُ وَمِنۡهُم مَّنۡ حَقَّتۡ عَلَيۡهِ ٱلضَّلَٰلَةُۚ فَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ٣٦﴾ [النحل: 36]

{ Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi gön­dərdik. Onlardan kimisini Allah doğ­ru yola yö­nəlt­miş, kimisinə də az­maq nə­sib etmişdir. Yer üzün­də gə­zib dola­şın və görün haq­qı yalan sayan­ların aqibəti ne­cə oldu! } [Ən-Nəhl, 16:36]

Uca Allah buyurur:

﴿قُلۡ أَرَءَيۡتُم مَّا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِي مَاذَا خَلَقُواْ مِنَ ٱلۡأَرۡضِ أَمۡ لَهُمۡ شِرۡكٞ فِي ٱلسَّمَٰوَٰتِۖ ٱئۡتُونِي بِكِتَٰبٖ مِّن قَبۡلِ هَٰذَآ أَوۡ أَثَٰرَةٖ مِّنۡ عِلۡمٍ إِن كُنتُمۡ صَٰدِقِينَ٤﴾ [الأحقاف: 4]

{ De: “Bir deyin görək, si­zin Allah­dan başqa tapındıqla­rınız yer üzündə nə yaratmış­lar? Yoxsa onların göylərin ya­radılma­sında bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əv­vəl nazil ol­muş bir kitab və ya elmdən qalan bir əsər gətirin. } [Əl-Əhqaf, 46:4]

Şeyx Sə'di (Allah ona rəhmət etsin) demişdir: «Bundan aydın olur ki, müşriklərin öz şərikləri barədə mübahisə etmələri heç bir sübuta və dəlilə əsaslanmır. Onlar sadəcə olaraq yalan zənlərə, xeyirsiz rəylərə və batil fikirlərə qapılırlar. Onların halı, tabe olduqları elmlər və etdikləri əməllər onların ağıldan kəm olduqlarını göstərir. Bax gör, onların ömürlərini ibadətinə sərf etdikləri (yəni Allahdan başqa ibadət etdikləri məbudlar) dünyada və ya axirətdə onlara fayda verəcəkmi?» [Teysir əl-Kərim əl-Mənnan, (779)].

 6- Pak, Müqəddəs və Uca Allah - Yaradandır, ibadətə layiq olan tək İlahdır və Ondan başqa heç kəsə ibadət edilməməlidir.

Allah ibadətə layiq olan tək İlahdır və Ondan başqa heç kəsə ibadət edilməməlidir. Uca Allah buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱعۡبُدُواْ رَبَّكُمُ ٱلَّذِي خَلَقَكُمۡ وَٱلَّذِينَ مِن قَبۡلِكُمۡ لَعَلَّكُمۡ تَتَّقُونَ٢١ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ فِرَٰشٗا وَٱلسَّمَآءَ بِنَآءٗ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٰتِ رِزۡقٗا لَّكُمۡۖ فَلَا تَجۡعَلُواْ لِلَّهِ أَندَادٗا وَأَنتُمۡ تَعۡلَمُونَ٢٢﴾ [البقرة: 21-22]

{ Ey insanlar! Sizi və siz­dən əvvəlkiləri yaratmış Rəb­bi­nizə iba­dət edin ki, bəlkə On­dan qorxasınız } { O Rəbbinizə ki, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göy­dən su endirib onunla si­zin üçün növbə­növ məhsullar­dan ruzi ye­tiş­di­rdi. Siz də bu­nu bil­di­yiniz halda heç kəsi Allaha tay tut­ma­yın. } [Əl-Bəqərə, 2:21-22]

Bizi və bizdən əvvəlki nəsilləri yaradan, yeri bizim üçün döşəmə edən, göydən bizim üçün yağmur endirən və onun vasitəsilə bizim üçün növbənöv bitkilərdən ruzi yetişdirən Allah - məhz O, ibadət olunmağa layiq olan tək ilahdır. Uca Allah buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡۚ هَلۡ مِنۡ خَٰلِقٍ غَيۡرُ ٱللَّهِ يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ ٣﴾ [فاطر: 3]

{ Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allah­dan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? On­dan başqa ibadə­tə la­yiq olan heç bir mə­bud yoxdur. Siz necə də haq­­dan döndə­ri­lir­si­niz! } [Fatir, 35:3]

Məhz yaradan və ruzi verən Allah, ibadət olunmağa layiqdir. Uca Allah buyurur:

﴿ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ خَٰلِقُ كُلِّ شَيۡءٖ فَٱعۡبُدُوهُۚ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٞ١٠٢﴾ [الأنعام: 102]

{ Budur sizin Rəb­bi­niz olan Allah. On­dan başqa iba­də­tə layiq olan məbud yoxdur. Hər şeyin Ya­ra­dıcısı Allahdır! Elə isə Ona iba­dət edin! O, hər şeyi Qo­ruyandır. } [Əl-Ənam, 6:102]

Allahdan savayı ibadət edilən nə varsa, onlardan heç biri ibadət olunmağa haqqı çatmır. Çünki o, göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyildir. O, Allahın nə şəriki, nə köməkçisi, nə də yardımçısıdır. Belə olduğu halda, Allahla yanaşı ona necə dua etmək olar, yaxud onu Allaha necə şərik qoşmaq olar?! Uca Allah buyurur:

﴿قُلِ ٱدۡعُواْ ٱلَّذِينَ زَعَمۡتُم مِّن دُونِ ٱللَّهِ لَا يَمۡلِكُونَ مِثۡقَالَ ذَرَّةٖ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِ وَمَا لَهُمۡ فِيهِمَا مِن شِرۡكٖ وَمَا لَهُۥ مِنۡهُم مِّن ظَهِيرٖ ٢٢﴾ [سبأ: 22]

{ (Müşriklərə) de: «Allahdan başqa ilah olduğunu iddia etdiklərinizi çağırın!» Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Nə onların bunlarda (göylərdə və yerdə) bir şərikliyi var, nə də (Allahın) onlardan bir köməkçisi var! } [Səba, 34:22]

Bu məxluqatları xəlq edən, onları yoxdan yaradan məhz Pak, Müqəddəs və Uca Allahdır.Onların mövcudluğu Allahın varlığı,rübubiyyəti (tək Rəbliyinə) və uluhiyyətinə (yalnız Onun ibadətə layiq oluduğuna) dəlalət edir. Uca Allah buyurur:

﴿وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنۡ خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ إِذَآ أَنتُم بَشَرٞ تَنتَشِرُونَ٢٠ وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنۡ خَلَقَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا لِّتَسۡكُنُوٓاْ إِلَيۡهَا وَجَعَلَ بَيۡنَكُم مَّوَدَّةٗ وَرَحۡمَةًۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ٢١ وَمِنۡ ءَايَٰتِهِۦ خَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱخۡتِلَٰفُ أَلۡسِنَتِكُمۡ وَأَلۡوَٰنِكُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّلۡعَٰلِمِينَ٢٢ وَمِنۡ ءَايَٰتِهِۦ مَنَامُكُم بِٱلَّيۡلِ وَٱلنَّهَارِ وَٱبۡتِغَآؤُكُم مِّن فَضۡلِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَسۡمَعُونَ٢٣ وَمِنۡ ءَايَٰتِهِۦ يُرِيكُمُ ٱلۡبَرۡقَ خَوۡفٗا وَطَمَعٗا وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَيُحۡيِۦ بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَآۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَعۡقِلُونَ ٢٤ وَمِنۡ ءَايَٰتِهِۦٓ أَن تَقُومَ ٱلسَّمَآءُ وَٱلۡأَرۡضُ بِأَمۡرِهِۦۚ ثُمَّ إِذَا دَعَاكُمۡ دَعۡوَةٗ مِّنَ ٱلۡأَرۡضِ إِذَآ أَنتُمۡ تَخۡرُجُونَ٢٥ وَلَهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ كُلّٞ لَّهُۥ قَٰنِتُونَ٢٦ وَهُوَ ٱلَّذِي يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ وَهُوَ أَهۡوَنُ عَلَيۡهِۚ وَلَهُ ٱلۡمَثَلُ ٱلۡأَعۡلَىٰ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ٢٧﴾ [الروم: 20-27]

{ Allahın sizi torpaqdan xəlq et­mə­si, Onun dəlillərin­dəndir. Son­ra da siz bir insan kimi yer üzünə yayıldınız. } { Ünsiyyətdə rahatlıq ta­pasınız de­yə, sizin üçün özü­nüzdən zöv­cələr ya­ratması, ara­nıza məhəbbət və mərhə­mət salması da Onun dəlillə­rin­dən­dir. Həqiqətən, bunda düşü­nən­lər üçün ib­rə­ta­miz dəlillər vardır. } { Göylərin və yerin yara­dılışı, dil­lə­rinizin və rəngləri­nizin müx­tə­lifliyi də Onun də­lillərindəndir. Həqiqətən, bun­da bilənlər üçün ibrətamiz də­lillər vardır! } { Gecə və gündüz yatıb din­cəlmə­yiniz, Onun lütfünü ax­tar­ma­ğınız da Onun dəlil­lərindəndir. Həqiqətən, bun­da eşidən kəs­lər üçün ibrətamiz dəlillər var­dır. } { Həm qorxu, həm də ümid vermək üçün ildırımı sizə gös­tər­mə­si, göydən su endirib ye­ri ölümündən sonra onun­la di­rilt­məsi də Onun dəlillərin­dən­dir. Həqiqətən, bunda başa dü­şən adamlar üçün ibrətamiz də­lillər vardır. } { Göyün və yerin Onun əmri ilə öz yerlərində sabit qal­ması da Onun dəlil­lə­rindən­dir. Sonra da sizi bir dəfə çağı­ran kimi dər­hal qəbirləriniz­dən qal­xıb çıxacaq­sınız. } { Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona tə­zim edir. (26) Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. } [Ər-Rum, 30:20-27]

Allah xəbər vermişdir ki, Nəmrud Rəbbinin mövcud olduğunu inkar etmiş, İbrahim (Allahin ona salamı olsun) də ona belə demişdir:

﴿أَلَمۡ تَرَ إِلَى ٱلَّذِي حَآجَّ إِبۡرَٰهِـۧمَ فِي رَبِّهِۦٓ أَنۡ ءَاتَىٰهُ ٱللَّهُ ٱلۡمُلۡكَ إِذۡ قَالَ إِبۡرَٰهِـۧمُ رَبِّيَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُ قَالَ أَنَا۠ أُحۡيِۦ وَأُمِيتُۖ قَالَ إِبۡرَٰهِـۧمُ فَإِنَّ ٱللَّهَ يَأۡتِي بِٱلشَّمۡسِ مِنَ ٱلۡمَشۡرِقِ فَأۡتِ بِهَا مِنَ ٱلۡمَغۡرِبِ فَبُهِتَ ٱلَّذِي كَفَرَۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ٢٥٨﴾ [البقرة: 258]

{ İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də, onu məğribdən gətir!”– dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz. } [Əl-Bəqərə, 2:258]

İbrahim (Allahin ona salamı olsun) həmçinin öz qövmünə də dəlil gətirib bldirmişdir ki, onu doğru yola yönəldən, onu yedirdən və içirdən, xəstələndikdə ona şəfa verən, onu öldürəcək və dirildəcək olan məhz Allahdır. Allah onun belə dediyini xəbər vermişdir:

﴿ٱلَّذِي خَلَقَنِي فَهُوَ يَهۡدِينِ٧٨ وَٱلَّذِي هُوَ يُطۡعِمُنِي وَيَسۡقِينِ٧٩ وَإِذَا مَرِضۡتُ فَهُوَ يَشۡفِينِ٨٠ وَٱلَّذِي يُمِيتُنِي ثُمَّ يُحۡيِينِ٨١﴾ [الشعراء: 78-81]

{ O Rəbb ki, məni yarat­mış və mə­ni doğru yola yö­nəlt­miş­dir; } { O Rəbb ki, məni yedirdir və içir­dir; } { O Rəbb ki, xəstələndi­yim zaman mənə şəfa verir; } { O Rəbb ki, məni öldü­rə­cək, son­ra dirildəcəkdir } [Əş-Şuəra, 26:78-81]

Allah xəbər vermişdir ki, Musa (Allahin ona salamı olsun) Fironla höcətləşərkən ona demişdir ki, onun Rəbbi:

﴿قَالَ رَبُّنَا ٱلَّذِيٓ أَعۡطَىٰ كُلَّ شَيۡءٍ خَلۡقَهُۥ ثُمَّ هَدَىٰ٥٠﴾ [طه: 50]

{ Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir! } [Ta ha, 20:50]

Allah göydəkilərin və yerdəkilərin hamısını insana ram etmiş və ona nemətlər bəxş etmişdir ki, Allaha ibadət etsin və Ona küfr etməsin. Uca Allah buyurur:

﴿أَلَمۡ تَرَوۡاْ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَأَسۡبَغَ عَلَيۡكُمۡ نِعَمَهُۥ ظَٰهِرَةٗ وَبَاطِنَةٗۗ وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِي ٱللَّهِ بِغَيۡرِ عِلۡمٖ وَلَا هُدٗى وَلَا كِتَٰبٖ مُّنِيرٖ٢٠﴾ [لقمان: 20]

{ Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, Özünün aşkar və gizli nemətlərini sizə bol-bol verdiyini görmürsünüzmü?! İnsanlar arasında eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edir.} [Loğman, 31:20]

Necə ki, Uca Allah göyləri və yeri insana ram etmişdir, eləcə də, onu yaratmış, ona ehtiyacı olan hər şey - o cümlədən də, qulaq, göz və qəlb bəxş etmişdir ki, bunların vasitəsilə özünə fayda verəcək, üstəlik, Rəbbini və Xaliqini ona tanıtdıracaq bir elm öyrənsin. Uca Allah buyurur:

﴿وَٱللَّهُ أَخۡرَجَكُم مِّنۢ بُطُونِ أُمَّهَٰتِكُمۡ لَا تَعۡلَمُونَ شَيۡـٔٗا وَجَعَلَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَ لَعَلَّكُمۡ تَشۡكُرُونَ٧٨﴾ [النحل: 78]

{ Allah sizi analarınızın bət­­nindən heç nə anlamadığı­nız bir halda çıxart­dı, sizə qu­laq, göz və ürək verdi ki, bəl­kə şükür edə­si­niz. } [Ən-Nəhl, 16:78]

Pak, Müqəddəs və Uca Allah bu vasitələrin hamısını yaratmış, habelə, insanı xəlq etmiş və ona ehtiyacı olan hər şey - bədən əzaları və qüvvət vermişdir. Sonra, ona Allaha ibadət etməsi üçün və yer üzündə tikib-qurmaq üçün hər cür şərait yaratmış, sonra da, göylərdə və yerdə olan hər şeyi ona ram etmişdir.

Allah bu əzəmətli məxluqların yaradılışını, Öz rübubiyyətinə (onların tək Rəbbi olduğuna) dəlil göstərir ki, bu da, onlardan yalnız Ona ibadət etməyi tələb edir. Pak, Müqəddəs və Uca Allah buyurur:

﴿قُلۡ مَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ أَمَّن يَمۡلِكُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَمَن يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَيُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّ وَمَن يُدَبِّرُ ٱلۡأَمۡرَۚ فَسَيَقُولُونَ ٱللَّهُۚ فَقُلۡ أَفَلَا تَتَّقُونَ٣١﴾ [يونس: 31]

{ De: «Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?» Onlar deyəcəklər: «Allah!» De: «Bəs belə olduğu halda Allahdan qorxmursunuz?». } [Yunus, 10:31]

Pak, Müqəddəs və Haqq olan Allah buyurur:

﴿قُلۡ أَرَءَيۡتُم مَّا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِي مَاذَا خَلَقُواْ مِنَ ٱلۡأَرۡضِ أَمۡ لَهُمۡ شِرۡكٞ فِي ٱلسَّمَٰوَٰتِۖ ٱئۡتُونِي بِكِتَٰبٖ مِّن قَبۡلِ هَٰذَآ أَوۡ أَثَٰرَةٖ مِّنۡ عِلۡمٍ إِن كُنتُمۡ صَٰدِقِينَ٤﴾ [الأحقاف: 4]

{ De: «Bir deyin görək, si­zin Allah­dan başqa tapındıqla­rınız yer üzündə nə yaratmış­lar? Yoxsa onların göylərin ya­radılma­sında bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əv­vəl nazil ol­muş bir kitab və ya elmdən qalan bir əsər gətirin.». } [Əl-Əhqaf, 46:4]

Uca Allah buyurur:

﴿خَلَقَ ٱلسَّمَٰوَٰتِ بِغَيۡرِ عَمَدٖ تَرَوۡنَهَاۖ وَأَلۡقَىٰ فِي ٱلۡأَرۡضِ رَوَٰسِيَ أَن تَمِيدَ بِكُمۡ وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٖۚ وَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ زَوۡجٖ كَرِيمٍ١٠ هَٰذَا خَلۡقُ ٱللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ ٱلَّذِينَ مِن دُونِهِۦۚ بَلِ ٱلظَّٰلِمُونَ فِي ضَلَٰلٖ مُّبِينٖ ١١﴾ [لقمان: 10-11]

{ O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik. Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar? Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər. } [Loğman, 31:10-11]

Pak, Müqəddəs və Haqq olan Allah buyurur:

﴿أَمۡ خُلِقُواْ مِنۡ غَيۡرِ شَيۡءٍ أَمۡ هُمُ ٱلۡخَٰلِقُونَ ٣٥ أَمۡ خَلَقُواْ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۚ بَل لَّا يُوقِنُونَ٣٦ أَمۡ عِندَهُمۡ خَزَآئِنُ رَبِّكَ أَمۡ هُمُ ٱلۡمُصَۜيۡطِرُونَ٣٧﴾ [الطور: 35-37]

{  Bəlkə onlar öz-özünə ya­ranıblar?! Yaxud onlar yara­dan­lar­dır?! Yoxsa onlar göyləri və yeri yara­dıblar?! Xeyr, onlar qətiyyən inan­mır­lar. Yoxsa sənin Rəbbinin xə­zinələri onlardadır?! Yaxud on­lar hökm sahibi­dirlər?! } [Ət-Tur, 52:35-37]

Şeyx Sədi (Allah ona rəhmət etsin) demişdir: «Bu, onların qarşısına qoyulan elə bir dəlildir ki, bundan sonra onlar ya haqqa boyun əyməli, ya da ağıldan və dindən uzaq olmalıdır.» [Təfsir İbn Sə'di, (816)].

 7- Kainatda bizim gördüyümüz və görmədiyimiz hər şeyi yaradan Allahdır. Allahdan başqa nə varsa, hamısı Onun yaratdığı məxluqatdır. Allah göyləri və yeri altı günə yaratmışdır.

Kainatda bizim gördüyümüz və görmədiyimiz hər şeyi yaradan Allahdır. Allahdan başqa nə varsa, hamısı Onun yaratdığı məxluqatdır. Uca Allah buyurur:

﴿قُلۡ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ قُلِ ٱللَّهُۚ قُلۡ أَفَٱتَّخَذۡتُم مِّن دُونِهِۦٓ أَوۡلِيَآءَ لَا يَمۡلِكُونَ لِأَنفُسِهِمۡ نَفۡعٗا وَلَا ضَرّٗاۚ قُلۡ هَلۡ يَسۡتَوِي ٱلۡأَعۡمَىٰ وَٱلۡبَصِيرُ أَمۡ هَلۡ تَسۡتَوِي ٱلظُّلُمَٰتُ وَٱلنُّورُۗ أَمۡ جَعَلُواْ لِلَّهِ شُرَكَآءَ خَلَقُواْ كَخَلۡقِهِۦ فَتَشَٰبَهَ ٱلۡخَلۡقُ عَلَيۡهِمۡۚ قُلِ ٱللَّهُ خَٰلِقُ كُلِّ شَيۡءٖ وَهُوَ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّٰرُ١٦﴾ [الرعد: 16]

{ De: « Göylərin və yerin Rəbbi kim­dir? » De: « Allah­dır! » De: « Siz Onu qo­yub özlə­rinə nə bir fayda, nə də bir zə­rər ver­məyə qa­dir olmayan­larımı özü­nüzə dost tutursu­nuz? » De: « Korla görən ey­ni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi? » Yoxsa on­lar Alla­ha, Onun yaratdığı kimi yaradan şə­rik­lər tapdılar və bu ya­ra­dı­lış onlara bənzər göründü? De: « Hər şeyi yara­dan Allah­dır. O Tək­dir, hər şeyə Qalib gələn­dir. } [Ər-Rəd, 13:16].

Həmçinin, Uca Allah buyurur:

﴿ وَيَخۡلُقُ مَا لَا تَعۡلَمُونَ٨﴾ [النحل: 8]

{ … O, sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradır. } [Ən-Nəhl, 16:8]

Allah göyləri və yeri altı günə yaratmışdır. Uca Allah buyurur:

﴿هُوَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ يَعۡلَمُ مَا يَلِجُ فِي ٱلۡأَرۡضِ وَمَا يَخۡرُجُ مِنۡهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعۡرُجُ فِيهَاۖ وَهُوَ مَعَكُمۡ أَيۡنَ مَا كُنتُمۡۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ٤﴾ [الحديد: 4]

{ Göyləri və yeri altı gündə yara­dan, sonra da Ərşə Ucalan Odur. O, yerə gi­rəni də, ora­dan çıxanı da, göydən enəni də, oraya qal­xanı da bilir. Siz ha­rada olsanız belə, O si­zin­lə­dir(elmiylə sizinlədir,sizi görür, əməllərinizə nəzarət edir) Allah sizin nə etdik­lərinizi görür. } [Əl-Hədid, 57:4]

Uca Allah buyurur:

﴿وَلَقَدۡ خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا فِي سِتَّةِ أَيَّامٖ وَمَا مَسَّنَا مِن لُّغُوبٖ٣٨﴾ [ق: 38]

{ Biz göyləri, yeri və on­la­rın ara­sın­da olanları altı gün­də ya­rat­dıq və Bizə heç bir yor­ğun­luq üz vermədi. } [Qaf, 50:38]

 8- Hökmranlıq, yaxud yaratmaq, yaxud idarə etmək, yaxud Ona ibadət edilməsi xüsusunda Pak, Müqəddəs və Uca Allahın heç bir şəriki yoxdur.

Pak, Müqəddəs və Uca Allah mülkün sahibidir. Yaratmaq, hökm vermək və idarə etmək xüsusunda Onun heç bir şəriki yoxdur. Uca Allah buyurur:

﴿قُلۡ أَرَءَيۡتُم مَّا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِي مَاذَا خَلَقُواْ مِنَ ٱلۡأَرۡضِ أَمۡ لَهُمۡ شِرۡكٞ فِي ٱلسَّمَٰوَٰتِۖ ٱئۡتُونِي بِكِتَٰبٖ مِّن قَبۡلِ هَٰذَآ أَوۡ أَثَٰرَةٖ مِّنۡ عِلۡمٍ إِن كُنتُمۡ صَٰدِقِينَ٤﴾ [الأحقاف: 4]

{ De: «Bir deyin görək, si­zin Allah­dan başqa tapındıqla­rınız yer üzündə nə yaratmış­lar? Yoxsa onların göylərin ya­radılma­sında bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əv­vəl nazil ol­muş bir kitab və ya elmdən qalan bir əsər gətirin.». } [Əl-Əhqaf, 46:4]

Şeyx Sə'di (Allah ona rəhmət etsin) demişdir: «De" - yəni, nə fayda verməyə, nə zərər toxundurmağa, nə öldürməyə, nə həyat verməyə, nə də diriltməyə qadir olan bütləri və (qondarma) ilahları Allaha şərik qoşan kimsələrə, onların bütlərinin aciz olduqlarını və onların ibadətə layiq olmadılarını bəyan etmək üçün de: «Bir deyin görək, si­zin Allah­dan başqa tapındıqla­rınız yer üzündə nə yaratmış­lar? Yoxsa onların göylərin ya­radılma­sında bir şərikliyi var?» Yəni göylərdəki və yerdəki cisimlərdən hansı birini yaratmışlar? Dağ yaratmışlarmı? Çay axıtmışlarmı? Heyvan yaratmışlarmı? Ağac bitirmişlərmi? Bu məxluqatdan birinin yaradılışında onların köməyi olmuşdurmu? Onların özlərinin bunu (Allahın tək yaradan olduğunu) etiraf etməsi kifayətdir, başqasının buna cavab verməsinə gərək yoxdur. Bu da qəti şəkildə əqli dəlildir ki, Allahdan başqa ibadət edilən nə varsa, hamısı batildir." Sonra Uca Allah bu (məsələyə dair) nəqli dəlilin olmadığını zikr edib buyurur: «Mənə bundan əv­vəl nazil ol­muş bir kitab» yəni elə bir kitab ki, Allaha şərik qoşmağa çağırsın; «və ya elmdən qalan bir əsər gətirin» yəni Peyğəmbərlərdən qalan elə bir elm ki, Allaha şərik qoşmağı əmr etsin. Məlumdur ki, onlar bu xüsusda Peyğəmbərlərdən birindən belə dəlil gətirməyə aciz qalmışlar, əksinə, biz dəqiq və yəqin bilirik ki, peyğəmbərlərin hamısı Rəbbinin tək ilah olduğuna və Ona şərik qoşmamağa dəvət etmişlər. Bu da onlardan miras qalmış ən əzəmətli elmdir.» [Təfsir İbn Sədi, səh.: (779)]

Pak, Müqəddəs və Uca Allah mülkün sahibidir, mülkündə Onun heç bir şəriki yoxdur. Uca Allah buyurur:

﴿قُلِ ٱللَّهُمَّ مَٰلِكَ ٱلۡمُلۡكِ تُؤۡتِي ٱلۡمُلۡكَ مَن تَشَآءُ وَتَنزِعُ ٱلۡمُلۡكَ مِمَّن تَشَآءُ وَتُعِزُّ مَن تَشَآءُ وَتُذِلُّ مَن تَشَآءُۖ بِيَدِكَ ٱلۡخَيۡرُۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ٢٦﴾ [آل عمران: 26]

{ De: “Ey mülkün sahibi olan Alla­hım! Sən mülkü istədiyin kəsə ve­rir, istə­diyindən də, onu geri alırsan; istədiyin kim­səni Ucaldır, istədiyini də, al­çaldırsan. Xeyir yalnız Sənin Əlindədir. Hə­qi­qə­tən, Sən hər şeyə qadirsən. } [Ali-İmran, 3:26]

Uca Allah Qiyamət günü mülkün yalnız Ona məxsus olduğunu bəyan edərək belə buyurur:

﴿يَوۡمَ هُم بَٰرِزُونَۖ لَا يَخۡفَىٰ عَلَى ٱللَّهِ مِنۡهُمۡ شَيۡءٞۚ لِّمَنِ ٱلۡمُلۡكُ ٱلۡيَوۡمَۖ لِلَّهِ ٱلۡوَٰحِدِ ٱلۡقَهَّارِ ١٦﴾ [غافر: 16]

{ O gün insanlar yer üzünə çıxacaq və onların heç bir şeyi Allah­dan gizli qalmayacaqdır. Allah deyəcək: “Bu gün hökm kimə məx­susdur? Tək olan, hər şeyə Qalib Gələn Allaha!” } [Ğafir, 40:16]

Hökmranlıq, yaxud yaratmaq, yaxud idarə etmək, yaxud Ona ibadət edilməsi xüsusunda Pak, Müqəddəs və Uca Allahın heç bir şəriki yoxdur. Uca Allah buyurur:

﴿وَقُلِ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي لَمۡ يَتَّخِذۡ وَلَدٗا وَلَمۡ يَكُن لَّهُۥ شَرِيكٞ فِي ٱلۡمُلۡكِ وَلَمۡ يَكُن لَّهُۥ وَلِيّٞ مِّنَ ٱلذُّلِّۖ وَكَبِّرۡهُ تَكۡبِيرَۢا١١١﴾ [الإسراء: 111]

{ Özünə heç bir öv­lad gö­tür­məyən, mülkündə heç bir şə­ri­ki ol­ma­yan, aciz qalma­maq­dan ötrü Özünə kö­mək edə­cək heç bir dos­ta möhtac olma­yan Allaha həmd olsun!” Onu tərif­lə­yərək Uca tut. } [Əl-İsra, 17:111]

Uca Allah buyurur:

﴿ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَمۡ يَتَّخِذۡ وَلَدٗا وَلَمۡ يَكُن لَّهُۥ شَرِيكٞ فِي ٱلۡمُلۡكِ وَخَلَقَ كُلَّ شَيۡءٖ فَقَدَّرَهُۥ تَقۡدِيرٗا ٢﴾ [الفرقان: 2]

{ Göylərin və yerin səltə­nə­ti Ona məxsusdur. O, Özünə oğul gö­tür­mə­mişdir, səl­tə­nə­tində də heç bir şəriki yoxdur. O, bütün şey­ləri xəlq etmiş və on­lara mü­nasib bir biçim ver­miş­dir.} [Əl-Furqan, 25:2]

O, Hökmrandır. Ondan savayı kim varsa, Onun köləsidir. O, Xaliqdir. Ondan başqa nə varsa, Onun yaratdıqlarıdır. Bütün işləri idarə edən yalnız Odur. Bu vəsfləri Özündə cəm edən zat isə, ibadət olunmağa layiqdir. Ondan başqasına ibadət etmək ağılın naqisliyi, Ona şərik qoşmaq isə, dünya və axirəti puç etməkdir. Uca Allah buyurur:

﴿وَقَالُواْ كُونُواْ هُودًا أَوۡ نَصَٰرَىٰ تَهۡتَدُواْۗ قُلۡ بَلۡ مِلَّةَ إِبۡرَٰهِـۧمَ حَنِيفٗاۖ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ١٣٥﴾ [البقرة: 135]

{ Yəhudilər və xaçpərəstlər müsəlmanlara dedilər: “Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönə­ləsi­niz!” De: “Ək­si­nə, biz hə­nif İbra­himin dininə tabeyik. O, müş­riklərdən deyil­di. } [Əl-Bəqərə, 2:135]

Uca Allah buyurur:

﴿وَمَنۡ أَحۡسَنُ دِينٗا مِّمَّنۡ أَسۡلَمَ وَجۡهَهُۥ لِلَّهِ وَهُوَ مُحۡسِنٞ وَٱتَّبَعَ مِلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۗ وَٱتَّخَذَ ٱللَّهُ إِبۡرَٰهِيمَ خَلِيلٗا١٢٥﴾ [النساء: 125]

{ Muhsin olduğu halda özünü Alla­ha təs­lim edən və hənif İbra­himin dini­nə tabe olan şəxs­dən din baxı­mın­dan daha gö­zəl kim ola bilər? Allah İb­ra­himi Özünə yaxın dost tutmuş­dur. } [Ən-Nisa, 4:125]

Pak və Müqəddəs, Haqq olan Allah bəyan etmişdir ki, xəlil (sevimli dost) İbrahimin (Allahin ona salamı olsun) dinindən üz çevirən kimsə özünü səfehliyə qoyan kəsdir. Uca Allah buyurur:

﴿وَمَن يَرۡغَبُ عَن مِّلَّةِ إِبۡرَٰهِـۧمَ إِلَّا مَن سَفِهَ نَفۡسَهُۥۚ وَلَقَدِ ٱصۡطَفَيۡنَٰهُ فِي ٱلدُّنۡيَاۖ وَإِنَّهُۥ فِي ٱلۡأٓخِرَةِ لَمِنَ ٱلصَّٰلِحِينَ١٣٠﴾ [البقرة: 130]

{ "(Ey Peyğəmbər!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər?! Həqiqətən, Biz onu dünyada (Peyğəmbərlik və Kəbəni təmir etmə üçün) seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır. } [Əl-Bəqərə, 2:130]

 9- Pak və Müqəddəs Allah nə doğub, nə də doğulub. Onun tayı-bənzəri də yox­dur.

Pak və Müqəddəs Allah nə doğub, nə də doğulub. Onun tayı-bənzəri də yox­dur. Pak, Müqəddəs, Uca və Haqq olan Allah buyurur:

﴿قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ١ ٱللَّهُ ٱلصَّمَدُ٢ لَمۡ يَلِدۡ وَلَمۡ يُولَدۡ ٣ وَلَمۡ يَكُن لَّهُۥ كُفُوًا أَحَدُۢ٤﴾ [الإخلاص: 1-4]

{ De: O Allah Təkdir. Allah Möhtac deyildir. O, nə doğub, nə də doğulub(o, nə kimsənin atası və ya anası deyil, nə də, o, kimsənin övladıdır) Onun bənzəri də yox­dur. } [Əl-İxals, 112:1-4]

Uca Allah buyurur:

﴿رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا فَٱعۡبُدۡهُ وَٱصۡطَبِرۡ لِعِبَٰدَتِهِۦۚ هَلۡ تَعۡلَمُ لَهُۥ سَمِيّٗا٦٥﴾ [مريم: 65]

{ O, göylərin, yerin və on­la­rın ara­sında olanların Rəbbi­dir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona ox­şarını tanıyırsanmı?! } [Məryəm, 19:65]

Ehtiram sahibi olan Allah buyurur:

﴿فَاطِرُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا وَمِنَ ٱلۡأَنۡعَٰمِ أَزۡوَٰجٗا يَذۡرَؤُكُمۡ فِيهِۚ لَيۡسَ كَمِثۡلِهِۦ شَيۡءٞۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ١١﴾ [الشورى: 11]

{ Allah göyləri və yeri Ya­radandır. O sizin üçün özü­nüz­dən zöv­cələr, hey­vanlardan da cütlər yaratdı. O sizi bu yolla çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir. } [Əş-Şura, 42:11]

 10- Pak, Müqəddəs və Uca Allah məxluqatdan heç bir şeyin içinə girməz, heç bir şeyə dönməz (və ya hər hansı məxluqun cildində təcəssüm etməz)

Pak, Müqəddəs və Uca Allah məxluqatdan heç bir şeyin içinə girməz, heç bir şeyə dönməz(və ya hər hansı məxluqun cildində təcəssüm etməz), heç bir şeylə birləşməz. Bu ona görədir ki, Allah Xaliqdir, Ondan savayı nə varsa məxluqdur. O, Baqidir; Ondan başqa nə varsa, fanidir. Hər bir şey Onun mülküdür və O, onun sahibidir. Nə Allah yaratdıqlarından nəyinsə içinə girər, nə də məxluqatdan nə isə Pak və Müqəddəs Allahın zatına daxil ola bilər. Pak, Müqəddəs və Uca Allah hər şeydən böyük və hər şeydən əzəmətlidir. Uca Allah, Allahın Məsihin içinə yerləşdiyini iddia edən kəslərə inkar edərək buyurur:

﴿لَّقَدۡ كَفَرَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَۚ قُلۡ فَمَن يَمۡلِكُ مِنَ ٱللَّهِ شَيۡـًٔا إِنۡ أَرَادَ أَن يُهۡلِكَ ٱلۡمَسِيحَ ٱبۡنَ مَرۡيَمَ وَأُمَّهُۥ وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعٗاۗ وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَاۚ يَخۡلُقُ مَا يَشَآءُۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ١٧﴾ [المائدة: 17]

{  Şübhəsiz ki, Allah Mər­yəm oğlu Məsihdir!”– deyən­lər ar­tıq kafir oldu­lar. De: “Əgər Allah Mər­yəm oğlu Məsihi, onun ana­sı­nı və yer üzün­də olanların hamı­sı­nı məhv et­mək istəsə, kim Ona bir şeylə mane ola bilər?” Göy­lə­rin, ye­rin və onların ara­sın­da olan­­la­rın mülkü Allaha məx­sus­dur. Allah istədiyini yaradır. Allah hər şeyə qadirdir. } [Əl-Maidə, 5:17]

Uca Allah buyurur:

﴿وَلِلَّهِ ٱلۡمَشۡرِقُ وَٱلۡمَغۡرِبُۚ فَأَيۡنَمَا تُوَلُّواْ فَثَمَّ وَجۡهُ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ وَٰسِعٌ عَلِيمٞ ١١٥ وَقَالُواْ ٱتَّخَذَ ٱللَّهُ وَلَدٗاۗ سُبۡحَٰنَهُۥۖ بَل لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ كُلّٞ لَّهُۥ قَٰنِتُونَ١١٦ بَدِيعُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَإِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ١١٧﴾ [البقرة: 115-117]

{ Məşriq də, məğrib də Alla­hın­dır! Hansı səmtə yönəl­səniz, Allahın Üzü oradadır. Həqiqə­tən, Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir." Onlar dedilər: “Allah Özü­­nə öv­lad götürmüşdür!” Hal­­buki O, Pakdır, Müqəddəs­dir! Hə­qi­qə­tən, göylərdə və yer­də nə var­sa, Ona məxsus­dur. Hər şey Ona baş əyir. Göyləri və yeri icad edən Odur. O, bir işə hökm verdik­də ona ancaq: “Ol!”– de­yər, o da olar. } [Əl-Bəqərə, 2:115-117]

Uca Allah buyurur:

﴿وَقَالُواْ ٱتَّخَذَ ٱلرَّحۡمَٰنُ وَلَدٗا٨٨ لَّقَدۡ جِئۡتُمۡ شَيۡـًٔا إِدّٗا٨٩ تَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرۡنَ مِنۡهُ وَتَنشَقُّ ٱلۡأَرۡضُ وَتَخِرُّ ٱلۡجِبَالُ هَدًّا٩٠ أَن دَعَوۡاْ لِلرَّحۡمَٰنِ وَلَدٗا ٩١ وَمَا يَنۢبَغِي لِلرَّحۡمَٰنِ أَن يَتَّخِذَ وَلَدًا٩٢ إِن كُلُّ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ إِلَّآ ءَاتِي ٱلرَّحۡمَٰنِ عَبۡدٗا٩٣ لَّقَدۡ أَحۡصَىٰهُمۡ وَعَدَّهُمۡ عَدّٗا٩٤ وَكُلُّهُمۡ ءَاتِيهِ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فَرۡدًا ٩٥﴾ [مريم: 88-95]

{ Kafirlər: «Mərhəmətli Allah özünə övad götürmüşdür!»– dedilər. Siz olduqca pis bir iş tut­dunuz. Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun – Mərhəmətli Allaha övlad isnad etdiklərinə görə. Mərhəmətli Allaha özü­nə övlad götür­mək yaraşmaz. Göylərdə və yerdə olan­la­rın ha­mısı Mərhəmətli Alla­hın hü­zu­runa ancaq bir qul ki­mi gə­ləcək. Allah onları hesablamış və bir-bir saymış­dır. Onların hər biri Qiya­mət günü Onun hüzuruna tək-tənha gə­lə­cək.} [(Məryəm, 19:88-95]

Uca Allah buyurur:

﴿ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡحَيُّ ٱلۡقَيُّومُۚ لَا تَأۡخُذُهُۥ سِنَةٞ وَلَا نَوۡمٞۚ لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ مَن ذَا ٱلَّذِي يَشۡفَعُ عِندَهُۥٓ إِلَّا بِإِذۡنِهِۦۚ يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡۖ وَلَا يُحِيطُونَ بِشَيۡءٖ مِّنۡ عِلۡمِهِۦٓ إِلَّا بِمَا شَآءَۚ وَسِعَ كُرۡسِيُّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۖ وَلَا يَـُٔودُهُۥ حِفۡظُهُمَاۚ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡعَظِيمُ٢٥٥﴾ [البقرة: 255]

{ Allah Özündən başqa haqq məbud olmayandır, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər?! O, qullarının gələcəyini və keçmişini bilir. Onlar Allahın elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Əzəmətlidir.} [Əl-Bəqər, 2:255]

Bu vəsfləri özündə cəm edən Allah, yaratdığı məxluqatının içinə necə yerləşə bilər?! Yaxud Onun necə övladı ola bilər?! Yaxud Onun necə bənzəri ola bilər?!

 11- Pak, Müqəddəs və Uca Allah Öz qullarına qarşı şəfqətli və rəhmlidir. Elə buna görə də, Peyğəmbərlər göndərmiş və kitablar nazil etmişdir.

Elə buna görə də, Peyğəmbərlər göndərmiş və kitablar nazil etmişdir. Onun Öz qullarına olan mərhəmətindəndir ki, onlara Peyğəmbərlər göndərmiş və onlara kitablar nazil etmişdir. Belə etmişdir ki, onları küfr və şirkin zülmətlərindən, tövhidin və hidayətin nuruna çıxartsın. Uca Allah buyurur:

﴿هُوَ ٱلَّذِي يُنَزِّلُ عَلَىٰ عَبۡدِهِۦٓ ءَايَٰتِۭ بَيِّنَٰتٖ لِّيُخۡرِجَكُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِۚ وَإِنَّ ٱللَّهَ بِكُمۡ لَرَءُوفٞ رَّحِيمٞ٩﴾ [الحديد: 9]

{ Sizi zülmətlərdən nura çı­xartmaq üçün Öz quluna açıq-ay­dın ayə­ləri na­zil edən Odur. Həqiqətən, Allah sizə qarşı çox şəf­qətlidir, rəhm­li­dir.} [Əl-Hədid, 57:9]

Uca Allah buyurur:

﴿وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا رَحۡمَةٗ لِّلۡعَٰلَمِينَ١٠٧﴾ [الأنبياء: 107]

{ Səni də aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik. } [Əl-Ənbiya, 21:107]

Allah Öz Peyğəmbərinə (Allahın salavatı və salamı onun üzərinə olsun) əmr etmişdir ki, insanlara Onun Bağışlayan və Rəhmli olduğunu xəbər versin. Uca Allah buyurur:

﴿۞ نَبِّئۡ عِبَادِيٓ أَنِّيٓ أَنَا ٱلۡغَفُورُ ٱلرَّحِيمُ٤٩﴾ [الحجر: 49]

{ Qullarıma xəbər ver ki, Mən Ba­ğışlayanam, Rəhmli­yəm. } [Əl-Hicr, 15:49]

Onun şəfqətindən və rəhmətindəndir ki, qullarının sıxıntısını aradan qaldırar və onlara xeyir nazil edər. Uca Allah buyurur:

﴿وَإِن يَمۡسَسۡكَ ٱللَّهُ بِضُرّٖ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَۖ وَإِن يُرِدۡكَ بِخَيۡرٖ فَلَا رَآدَّ لِفَضۡلِهِۦۚ يُصِيبُ بِهِۦ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۚ وَهُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ١٠٧﴾ [يونس: 107]

{ Əgər Allah sənə bir zə­rər to­xun­dursa, bunu Ondan başqa heç kəs ara­dan qaldıra bilməz. Əgər sənə bir xeyir di­ləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qulların­dan is­tə­di­yinə nə­sib edər. O, Bağış­layandır, Rəhm­­lidir. } [Yunus, 10:107]

 12- Rəhmli Rəbb məhz Allahdır. Qiyamət günü məxluqatı yalnız O, haqq-hesaba çəkəcək; onların hamısını dirildib qəbirlərindən çıxaracağı zaman, hər kəsə etdiyi xeyir və ya şər əməlin əvəzini verəcəkdir. Kim mömin olduğu halda saleh əməllər etmişdirsə, ona əbədi nemətlər bəxş ediləcək. Kim də küfr etmiş və günah işlər görmüşdürsə, axirətdə onu böyük bir əzab gözləyir.

Rəhmli Rəbb məhz Allahdır. Qiyamət günü məxluqatı yalnız O, haqq-hesaba çəkəcək; onların hamısını dirildib qəbirlərindən çıxaracağı zaman hər kəsə etdiyi xeyir və ya şər əməlin əvəzini verəcəkdir. Kim mömin olduğu halda saleh əməllər etmişdirsə, ona əbədi nemətlər bəxş ediləcək. Kim də küfr etmiş və günah işlər görmüşdürsə, Qiyamət günü onu böyük bir əzab gözləyir. Pak, Müqəddəs və Uca Allahın ədalətinin, hikmətinin və mərhəmətinin kamilliyindəndir ki, bu dünyanı əməl ediləcək yer, sonrakı həyatı isə əməllərin əvəzi veriləcək, haqq-hesab çəkiləcək və savab qazanılacaq yer etmişdir ki, yaxşı əməl sahibləri etdikləri yaxşılıqların mükafatını, pis əməl sahibi, zalım və təcavüzkar olanlar da etdikləri haqsızlıqların və zülmün cəzasını alsın. Belə ki, bəzi insanlar bunların olacağına inanmır. Halbuki, Allah dirilmənin haqq olduğuna, onda heç bir şübhə olmadığına dair bir çox dəlillər göstərmişdir. Uca Allah buyurur:

﴿وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنَّكَ تَرَى ٱلۡأَرۡضَ خَٰشِعَةٗ فَإِذَآ أَنزَلۡنَا عَلَيۡهَا ٱلۡمَآءَ ٱهۡتَزَّتۡ وَرَبَتۡۚ إِنَّ ٱلَّذِيٓ أَحۡيَاهَا لَمُحۡيِ ٱلۡمَوۡتَىٰٓۚ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ٣٩﴾ [فصلت: 39]

{ Yer üzünü qupquru görməyin də Onun dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu canlandıran Allah, ölüləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir. } [Fussilət, 41:39]

Uca Allah buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمۡ فِي رَيۡبٖ مِّنَ ٱلۡبَعۡثِ فَإِنَّا خَلَقۡنَٰكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ مِنۡ عَلَقَةٖ ثُمَّ مِن مُّضۡغَةٖ مُّخَلَّقَةٖ وَغَيۡرِ مُخَلَّقَةٖ لِّنُبَيِّنَ لَكُمۡۚ وَنُقِرُّ فِي ٱلۡأَرۡحَامِ مَا نَشَآءُ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى ثُمَّ نُخۡرِجُكُمۡ طِفۡلٗا ثُمَّ لِتَبۡلُغُوٓاْ أَشُدَّكُمۡۖ وَمِنكُم مَّن يُتَوَفَّىٰ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرۡذَلِ ٱلۡعُمُرِ لِكَيۡلَا يَعۡلَمَ مِنۢ بَعۡدِ عِلۡمٖ شَيۡـٔٗاۚ وَتَرَى ٱلۡأَرۡضَ هَامِدَةٗ فَإِذَآ أَنزَلۡنَا عَلَيۡهَا ٱلۡمَآءَ ٱهۡتَزَّتۡ وَرَبَتۡ وَأَنۢبَتَتۡ مِن كُلِّ زَوۡجِۭ بَهِيجٖ ٥﴾ [الحج: 5]

{ Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. } [Əl-Həcc, 22:5]

Haqq olan Allah bu ayədə dirilməyə dəlalət edən üç əqli dəlil zikr etmişdir. Bunlar:

1- Allah ilk insanı torpaqdan yaratmışdır. İlk dəfə onu torpadan yaradan Allah, o, torpaq olduqdan sonra onu yenidən həyata qaytarmağa qadirdir.

2- Nütfədən insan yaradan Allah, o, öldükdən sonra onu yenidən həyata qaytarmağa qadirdir.

3- Yer üzü cansız ikən ora yağmur endirib onu canlandırmağa qadir olan Allah, insanlar öldükdən sonra onları diriltməyə qadirdir. Bu ayə, Quranın möcüzə olduğunu isbat edən tutarlı dəlildir. Uzun olmayan bu ayədə, əzəmətli bir məsələyə dəlalət edən bu əqli dəlillər necə cəm edilib?

Uca Allah buyurur:

﴿يَوۡمَ نَطۡوِي ٱلسَّمَآءَ كَطَيِّ ٱلسِّجِلِّ لِلۡكُتُبِۚ كَمَا بَدَأۡنَآ أَوَّلَ خَلۡقٖ نُّعِيدُهُۥۚ وَعۡدًا عَلَيۡنَآۚ إِنَّا كُنَّا فَٰعِلِينَ١٠٤﴾ [الأنبياء: 104]

{ O gün göyü yazılı sə­hi­fələrin büküldüyü kimi bü­kə­cəyik. Məx­luqatı ilk dəfə yarat­dığımız kimi yenə əv­vəl­ki ha­lına qay­ta­ra­ca­ğıq. Biz vəd ver­mi­şik. Sözsüz ki, Biz onu ye­ri­nə yeti­rə­cə­yik. } [əl-Ənbiya, 21:104]

Uca Allah buyurur:

﴿وَضَرَبَ لَنَا مَثَلٗا وَنَسِيَ خَلۡقَهُۥۖ قَالَ مَن يُحۡيِ ٱلۡعِظَٰمَ وَهِيَ رَمِيمٞ ٧٨ قُلۡ يُحۡيِيهَا ٱلَّذِيٓ أَنشَأَهَآ أَوَّلَ مَرَّةٖۖ وَهُوَ بِكُلِّ خَلۡقٍ عَلِيمٌ ٧٩﴾ [يس: 78-79]

{ O Bizə bir məsəl çəkdi, lakin ya­ra­dılışını unutdu. O de­di: “Çü­rü­müş sü­mükləri kim dirildə bilər?!” "De: “Onları ilk dəfə ya­radan Allah Özü dirildə­cək­. O, hər bir məxluquna yaxşı bə­ləddir. } [Ya sin, 36:78-79]

Uca Allah buyurur:

﴿ءَأَنتُمۡ أَشَدُّ خَلۡقًا أَمِ ٱلسَّمَآءُۚ بَنَىٰهَا٢٧ رَفَعَ سَمۡكَهَا فَسَوَّىٰهَا٢٨ وَأَغۡطَشَ لَيۡلَهَا وَأَخۡرَجَ ضُحَىٰهَا٢٩ وَٱلۡأَرۡضَ بَعۡدَ ذَٰلِكَ دَحَىٰهَآ٣٠ أَخۡرَجَ مِنۡهَا مَآءَهَا وَمَرۡعَىٰهَا٣١ وَٱلۡجِبَالَ أَرۡسَىٰهَا٣٢﴾ [النازعات: 27-32]

{ Sizin yaradılışınız çətin­dir, yoxsa göyün?" Allah onu qurdu, onun qübbəsini yüksəlt­di və dü­zəldib kamilləşdirdi, gecəsini qaranlıq edib, səhərini də nurlandırdı. Sonra yeri döşəyib, onda su və otlaq yaratdı, dağları da yerə bərkitdi. } [Ən-Naziat, 79:27-32]

Haqq olan Allah bəyan etmişdir ki, insanı yaratmaq, göyləri, yeri və onların arasındakıları yatmaqdan daha çətin deyil. Göyləri və yeri yatmağa qadir olan Allah, insanı ikinci dəfə yaratmağa aciz deyil.

 13- Pak, Müqəddəs və Uca Allah Adəmi torpaqdan yaratmış, ondan sonra da onun zürriyyətini artırmışdır. Demək, insanların hamısı əslində bərabərdirlər. Heç bir fərd digərindən, heç bir qövm də digər qövmdən üstün deyil. Yalnız təqvalılardan başqa.

Pak, Müqəddəs və Uca Allah Adəmi torpaqdan yaratmış, ondan sonra da onun zürriyyətini artırmışdır. Demək, insanların hamısı əslində bərabərdirlər. Heç bir fərd digərindən, heç bir qövm də digər qövmdən üstün deyil. Yalnız təqvalılardan başqa. Uca Allah buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّا خَلَقۡنَٰكُم مِّن ذَكَرٖ وَأُنثَىٰ وَجَعَلۡنَٰكُمۡ شُعُوبٗا وَقَبَآئِلَ لِتَعَارَفُوٓاْۚ إِنَّ أَكۡرَمَكُمۡ عِندَ ٱللَّهِ أَتۡقَىٰكُمۡۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٞ١٣﴾ [الحجرات: 13]

{ Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır. } [Əl-Hucurat, 49:13]

Uca Allah buyurur:

﴿وَٱللَّهُ خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ جَعَلَكُمۡ أَزۡوَٰجٗاۚ وَمَا تَحۡمِلُ مِنۡ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلۡمِهِۦۚ وَمَا يُعَمَّرُ مِن مُّعَمَّرٖ وَلَا يُنقَصُ مِنۡ عُمُرِهِۦٓ إِلَّا فِي كِتَٰبٍۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ ١١﴾ [فاطر: 11]

{ Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cüt-cüt xəlq etmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoyar. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da, ancaq açıq-aydın Yazıda yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. } [Fatir, 35:11]

Uca Allah buyurur:

﴿هُوَ ٱلَّذِي خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ مِنۡ عَلَقَةٖ ثُمَّ يُخۡرِجُكُمۡ طِفۡلٗا ثُمَّ لِتَبۡلُغُوٓاْ أَشُدَّكُمۡ ثُمَّ لِتَكُونُواْ شُيُوخٗاۚ وَمِنكُم مَّن يُتَوَفَّىٰ مِن قَبۡلُۖ وَلِتَبۡلُغُوٓاْ أَجَلٗا مُّسَمّٗى وَلَعَلَّكُمۡ تَعۡقِلُونَ٦٧﴾ [غافر: 67]

{ Sizi torpaqdan, sonra nüt­fədən, sonra laxtalanmış qan­dan ya­ra­dan, son­ra sizi, bö­yü­yüb yetkinlik yaşına çatası­nız, daha son­ra da qocalasınız de­yə uşaq olaraq ana bətnin­dən çı­xardan Odur. Hər­çənd ki, içə­ri­nizdə qocalmamışdan əv­vəl ölən­lər də vardır. Bu ona görədir ki, müəy­yən olunmuş vaxta yeti­şəsiniz və bəlkə, dü­şü­nüb da­şınasınız. } [Ğafir, 40:67]

Uca Allah "Ol!"- deyə Öz əmri ilə Adəmi torpaqdan yaratdığı kimi, (Məryəm oğlu) Məsihi də "Ol!"- deyə əmr edərək yaratdığını bəyan edib belə buyurur:

﴿إِنَّ مَثَلَ عِيسَىٰ عِندَ ٱللَّهِ كَمَثَلِ ءَادَمَۖ خَلَقَهُۥ مِن تُرَابٖ ثُمَّ قَالَ لَهُۥ كُن فَيَكُونُ٥٩﴾ [آل عمران: 59]

{ Allah yanında İsanın misalı (atasız dünyaya gəlməsi) Adəmin misalına bənzəyir. Allah onu (Adəmi) torpaqdan yaratdı, sonra ona: “Ol!” – dedi, o da oldu. } [Ali-İmran, 3:59]

2-ci başlıqda mən qeyd etmişdim ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) insanlar arasında bərabərlik olduğunu, birinin digərindən yalnız təqva ilə üstün olduğunu bəyan etmişdir.

 14- Doğulan hər bir körpə fitrətə uyğun doğulur.

Doğulan hər bir körpə fitrətə uyğun doğulur. Uca Allah buyurur:

﴿فَأَقِمۡ وَجۡهَكَ لِلدِّينِ حَنِيفٗاۚ فِطۡرَتَ ٱللَّهِ ٱلَّتِي فَطَرَ ٱلنَّاسَ عَلَيۡهَاۚ لَا تَبۡدِيلَ لِخَلۡقِ ٱللَّهِۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلۡقَيِّمُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ٣٠﴾ [الروم: 30]

{ Sən bir hənif kimi üzü­nü dinə tə­rəf çe­vir! Allahın in­san­lara – xəlq etdiyi şüurlu məx­luq kimi verdiyi fitrət bu­dur. Allahın ya­rat­dığını heç cür də­yişdir­mək olmaz. Doğru din bu­dur, lakin in­san­la­rın çoxu bu­nu bilmir. } [Ər-Rum, 30:30].

"Həhif" deyildikdə, sevimli dost İbrahim Allahin ona salamı olsunın dini qəsd edilir. Uca Allah buyurur:

﴿ثُمَّ أَوۡحَيۡنَآ إِلَيۡكَ أَنِ ٱتَّبِعۡ مِلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۖ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ١٢٣﴾ [النحل: 123]

{ Sonra sənə belə vəhy et­dik: “Hə­nif İb­rahimin dininə ta­be ol. O, müşriklər­dən deyil­di.} [Ən-Nəhl, 16:123]

Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: « Hər bir körpə fitrəti üzərində (tövhidə meyilli olaraq) doğulur. Sonra ata-anası onu ya yəhudi, ya xristian, ya da məcusi edir. Beləcə, heyvanlar da gözəl biçimdə yaranır. Heç sən onların arasında qulağı kəsik bir heyvan görürsənmi?.» Sonra Əbu Hureyra (Allah ondan razı olsun) bu ayəni oxudu:

﴿فَأَقِمۡ وَجۡهَكَ لِلدِّينِ حَنِيفٗاۚ فِطۡرَتَ ٱللَّهِ ٱلَّتِي فَطَرَ ٱلنَّاسَ عَلَيۡهَاۚ لَا تَبۡدِيلَ لِخَلۡقِ ٱللَّهِۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلۡقَيِّمُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ٣٠﴾ [الروم: 30]

{ Sən bir hənif kimi üzü­nü dinə tə­rəf çe­vir! Allahın in­san­lara – xəlq etdiyi şüurlu məx­luq kimi verdiyi fitrət bu­dur. Allahın ya­rat­dığını heç cür də­yişdir­mək olmaz. Doğru din bu­dur, lakin in­san­la­rın çoxu bu­nu bilmir. } [Ər-Rum, 30:30] [Səhih Əl-Buxari, (4775)].

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: « Diqqət edin! Həqiqətən, Rəbbim mənə əmr etmişdir ki, Onun bu gün mənə öyrətdiklərindən sizə bilmədiklərinizi öyrədim. (O, buyurur): « Quluma bəxş etdiyim hər bir mal ona halaldır. Mən qullarımın hamısını həniflər olaraq yaratdım. Lakin sonradan şeytanlar onların yanına gəlib onları dinlərindən döndərdilər, Mənim onlara halal buyurduqlarımı onlara haram buyurdular və onlara barəsində dəlil-sübut nazil etmədiyim şeyləri Mənə şərik qoşmalarını əmr etdilər.».» [Bu hədisi Müslim (2865) rəvayət etmişdir.]

 15- Heç bir insan xəta edən biris olduğu və ya başqasının xətalarına varis olduğu halda dünyaya gəlmir:

Heç bir insan xəta edən biris olduğu və ya başqasının xətalarına varis olduğu halda dünyaya gəlmir. Uca Allah bizə xəbər vermişdir ki, Adəmim (Allahin ona salamı olsun) ilahi əmrə müxalif olduğu və zövcəsi Həvva ilə birlikdə ağacın meyvəsindən yediyi zaman peşman olmuş, tövbə etmiş və Allahdan bağışlanma diləmişdir, Allah da ona gözəl sözlər deməyi öyrətmişdir. Adəm Allahin ona salamı olsun bu sözlərlə tövbə etmiş, Allah da onların tövbəsini qəbul etmişdir. Uca Allah buyurur:

﴿وَقُلۡنَا يَٰٓـَٔادَمُ ٱسۡكُنۡ أَنتَ وَزَوۡجُكَ ٱلۡجَنَّةَ وَكُلَا مِنۡهَا رَغَدًا حَيۡثُ شِئۡتُمَا وَلَا تَقۡرَبَا هَٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّٰلِمِينَ٣٥ فَأَزَلَّهُمَا ٱلشَّيۡطَٰنُ عَنۡهَا فَأَخۡرَجَهُمَا مِمَّا كَانَا فِيهِۖ وَقُلۡنَا ٱهۡبِطُواْ بَعۡضُكُمۡ لِبَعۡضٍ عَدُوّٞۖ وَلَكُمۡ فِي ٱلۡأَرۡضِ مُسۡتَقَرّٞ وَمَتَٰعٌ إِلَىٰ حِينٖ٣٦ فَتَلَقَّىٰٓ ءَادَمُ مِن رَّبِّهِۦ كَلِمَٰتٖ فَتَابَ عَلَيۡهِۚ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ٣٧ قُلۡنَا ٱهۡبِطُواْ مِنۡهَا جَمِيعٗاۖ فَإِمَّا يَأۡتِيَنَّكُم مِّنِّي هُدٗى فَمَن تَبِعَ هُدَايَ فَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ٣٨﴾ [البقرة: 35-38]

{ Biz dedik: « Ey Adəm! Sən zöv­cənlə birlikdə Cən­nət­də sa­kin ol və ora­da rahat­lıqla nemət­ləri­miz­dən istə­diyi­niz yer­də yeyin için, təkcə bu ağaca ya­xınlaşma­yın! Yoxsa zalım­lar­dan olarsı­nız.» } { Şeytan isə o ağacla on­la­rı çaşdı­rıb ol­duqları yer­dən çı­xart­dı. Biz de­dik: « Bir-biri­nizə düş­mən ola­raq aşağı enin! Yer­də si­zin üçün müəy­yən olun­muş vax­ta­dək məskən və gün-güzəran var­dır.» } { Adəm tövbə etmək üçün Rəb­bin­dən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul et­di. Həqiqətən də, O, töv­bələri qəbul edən­dir, Rəhmlidir. } { Biz dedik: « Hamınız ora­dan yerə enin! Mənim tərə­fim­dən si­zə doğru yol göstəricisi gəldik­də, Mənim yol gös­tə­ri­ci­min ar­dın­ca ge­dən­lərə heç bir qorxu yox­dur və onlar kədər­lən­mə­yə­cəklər». } [Əl-Bəqərə, 2:35-38]

Allah Adəmin (Allahin ona salamı olsunın) tövbəsini qəbul etdikdən sonra o, bir daha asilik etməmişdir. Odur ki, onun zürriyyəti, tövbə ilə silinmiş bir günaha varis olmamışdır. Əslində isə, Heç bir günahkar başqasının günahını daşımaz. Uca Allah buyurur:

﴿قُلۡ أَغَيۡرَ ٱللَّهِ أَبۡغِي رَبّٗا وَهُوَ رَبُّ كُلِّ شَيۡءٖۚ وَلَا تَكۡسِبُ كُلُّ نَفۡسٍ إِلَّا عَلَيۡهَاۚ وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۚ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرۡجِعُكُمۡ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ١٦٤﴾ [الأنعام: 164]

{ Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə dönüşünüz Rəbbinizə olacaq və O, ixtilafa düşdüyünüz məsələlər barədə sizə xəbər verəcəkdir. } [Əl-Ənam, 6:164]

Uca Allah buyurur:

﴿مَّنِ ٱهۡتَدَىٰ فَإِنَّمَا يَهۡتَدِي لِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيۡهَاۚ وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۗ وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّىٰ نَبۡعَثَ رَسُولٗا١٥﴾ [الإسراء: 15]

{  Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını daşımaz. (Hərə öz günahına cavabdehdir). Biz, Peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!. } [Əl-İsra, 17:15]

Uca Allah buyurur:

﴿وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۚ وَإِن تَدۡعُ مُثۡقَلَةٌ إِلَىٰ حِمۡلِهَا لَا يُحۡمَلۡ مِنۡهُ شَيۡءٞ وَلَوۡ كَانَ ذَا قُرۡبَىٰٓۗ إِنَّمَا تُنذِرُ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُم بِٱلۡغَيۡبِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَۚ وَمَن تَزَكَّىٰ فَإِنَّمَا يَتَزَكَّىٰ لِنَفۡسِهِۦۚ وَإِلَى ٱللَّهِ ٱلۡمَصِيرُ ١٨﴾ [فاطر: 18]

{ Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün başqasını köməyə çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz. Sən ancaq Rəbbindən Onu görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim günahlardan təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış də ancaq Allahadır. } [Fatir, 35:18]

 16- İnsanların yaradılışındakı qayə, yalnız Allaha ibadət etməkdir:

İnsanların yaradılışındakı qayə, yalnız Allaha ibadət etməkdir. Uca Allah buyurur:

﴿وَمَا خَلَقۡتُ ٱلۡجِنَّ وَٱلۡإِنسَ إِلَّا لِيَعۡبُدُونِ٥٦﴾ [الذاريات: 56]

{ Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün ya­rat­dım. } [Əz-Zariyat, 51:56]

 17- İlsam dini insanı - istər kişi olsun, istər qadın - ehtiram sahibi etmiş və onun haqlarını kamil şəkildə ödəməyi öz öhdəsinə götürmüş, özünü də öz seçimlərinə, əməllərinə və verdiyi qərarlara görə cavabdeh etmiş, habelə, istər özünə, istərsə də başqalarına zərər verəcəyi əməlin cavabdehliyini də onun boynuna yükləmişdir.

İslam dini insanı - istər kişi olsun, istər qadın - ehtiram sahibi etmişdir. Uca Allah insanı yer üzündə xəlifə olsun deyə yaratmışdır. Uca Allah buyurur:

﴿وَإِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَٰٓئِكَةِ إِنِّي جَاعِلٞ فِي ٱلۡأَرۡضِ خَلِيفَةٗۖ ٣٠﴾ [البقرة: 30]

{ (Bir zaman) Rəbbin mələklərə:  «Mən yer üzündə bir xəlifə bərqərar edəcəyəm!.» – deyə buyurmuşdur. } [Əl-Bəqərə, 2:30]

Bu ehtiram, Adəm oğullarından hər kəsə şamil edilir. Uca Allah buyurur:

﴿۞ وَلَقَدۡ كَرَّمۡنَا بَنِيٓ ءَادَمَ وَحَمَلۡنَٰهُمۡ فِي ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ وَرَزَقۡنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ وَفَضَّلۡنَٰهُمۡ عَلَىٰ كَثِيرٖ مِّمَّنۡ خَلَقۡنَا تَفۡضِيلٗا٧٠﴾ [الإسراء: 70]

{ Biz Adəm oğullarını hör­mətli etdik, onları quruda və də­niz­də minik üstündə da­şıdıq, on­lara Pak ruzilər ver­dik və onları ya­rat­dıq­larımızın ço­xun­dan xeyli üstün elədik. } [Əl-İsra 17:70]

Uca Allah buyurur:

﴿لَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ فِيٓ أَحۡسَنِ تَقۡوِيمٖ٤﴾ [التين: 4]

{ Biz insanı ən gözəl su­rət­də ya­rat­dıq! } [Ət-Tin, 95:4]

Allah insana, Allahdan savayı bir (tağuta) ibadət etməyi, yaxud tabe olmağı, yaxud da itaət edib özünü zəlil etməyi qadağan etmişdir. Uca Allah buyurur:

﴿وَمِنَ ٱلنَّاسِ مَن يَتَّخِذُ مِن دُونِ ٱللَّهِ أَندَادٗا يُحِبُّونَهُمۡ كَحُبِّ ٱللَّهِۖ وَٱلَّذِينَ ءَامَنُوٓاْ أَشَدُّ حُبّٗا لِّلَّهِۗ وَلَوۡ يَرَى ٱلَّذِينَ ظَلَمُوٓاْ إِذۡ يَرَوۡنَ ٱلۡعَذَابَ أَنَّ ٱلۡقُوَّةَ لِلَّهِ جَمِيعٗا وَأَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعَذَابِ ١٦٥ إِذۡ تَبَرَّأَ ٱلَّذِينَ ٱتُّبِعُواْ مِنَ ٱلَّذِينَ ٱتَّبَعُواْ وَرَأَوُاْ ٱلۡعَذَابَ وَتَقَطَّعَتۡ بِهِمُ ٱلۡأَسۡبَابُ١٦٦﴾ [البقرة: 165-166]

{ İnsanlardan elələri də var­­ ki, Allahdan qeyrilərini Ona tay tutur, on­ları da, Allahı sev­dik­ləri kimi sevirlər. İman gə­ti­rən­lə­rin isə Allaha olan sev­gisi daha güclüdür. Kaş zülm edən­lər əzabı görəcəkləri za­man bü­tün qüdrət və qüv­vətin Alla­ha məx­sus ol­du­ğu­nu və Alla­hın şid­dət­li əzab verdi­yini biləy­di­lər.O zaman (arxasınca gedilib) tabe olunanlar özlərinə tabe olanlardan uzaqlaşacaq, əzabı görəcək və aralarındakı əlaqə kəsiləcəkdir. } [Əl-Bəqərə, 2:165-166]

Uca Allah, (dünyada ikən) tabeçilikdə olan və onların tabe olduğu böyüklərin halının Qiyamət günü acınacaqlı olacağını bəyan edərək belə buyurur:

﴿قَالَ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُواْ لِلَّذِينَ ٱسۡتُضۡعِفُوٓاْ أَنَحۡنُ صَدَدۡنَٰكُمۡ عَنِ ٱلۡهُدَىٰ بَعۡدَ إِذۡ جَآءَكُمۖ بَلۡ كُنتُم مُّجۡرِمِينَ٣٢ وَقَالَ ٱلَّذِينَ ٱسۡتُضۡعِفُواْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُواْ بَلۡ مَكۡرُ ٱلَّيۡلِ وَٱلنَّهَارِ إِذۡ تَأۡمُرُونَنَآ أَن نَّكۡفُرَ بِٱللَّهِ وَنَجۡعَلَ لَهُۥٓ أَندَادٗاۚ وَأَسَرُّواْ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُاْ ٱلۡعَذَابَۚ وَجَعَلۡنَا ٱلۡأَغۡلَٰلَ فِيٓ أَعۡنَاقِ ٱلَّذِينَ كَفَرُواْۖ هَلۡ يُجۡزَوۡنَ إِلَّا مَا كَانُواْ يَعۡمَلُونَ٣٣﴾ [سبأ: 32-33]

{ Özlərini yüksək tutan­lar da zəiflərə belə de­yə­cək­lər: «Si­zə doğ­ru yol gös­tə­ri­cisi gəldikdən sonra sizi on­dan bizmi ya­yın­dırdıq? Xeyr, siz özünüz günahkar idiniz”. Zəiflər özlərini yüksək tutan­lara deyəcəklər: “Xeyr! İşi­niz gecə-gün­düz hiy­lə qurmaq idi. Siz bizə Allahı in­kar etməyi və Ona şəriklər qoş­mağı əmr edirdiniz». Onlar əzabı gör­dük­də peş­­mançılıq hissini gizlə­dərlər. Kafirlərin boyunlarına zən­cir­lər vu­rarıq. Onlar ancaq etdikləri əməllərə görə cəza­lan­dırılarlar. } [Səba, 34:32-33]

Pak, Müqəddəs və Uca Allahın Qiyamət günündəki ədalətinin kamilliyindəndir ki, yolunu azmış dəvətçilərə və imamlara, həm öz günahlarını, həm də elmsiz olaraq azdırdıqları kimsələrin günahlarını daşımağı yükləmişdir. Uca Allah buyurur:

﴿لِيَحۡمِلُوٓاْ أَوۡزَارَهُمۡ كَامِلَةٗ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَمِنۡ أَوۡزَارِ ٱلَّذِينَ يُضِلُّونَهُم بِغَيۡرِ عِلۡمٍۗ أَلَا سَآءَ مَا يَزِرُونَ٢٥﴾ [النحل: 25]

{ Qoy onlar Qiyamət gü­nü öz gü­nahlarının hamısını və na­dan­lıqları üzün­­dən azdır­dıq­ları kəs­lərin günah­la­rının bir qismini daşısınlar. Bax gör, da­şıyacaq­ları yük necə də pisdir! } [Ən-Nəhl, 16:25]

İslam dini, bu dünyada da, axirətdə də insanın haqlarını kamil şəkildə ödəməyi öz öhdəsinə buraxmışdır. İslam dininin insanın öhdəsinə buraxdığı və insanlara bəyan etdiyi ən əzəmətli haqq, Allahın insanlar üzərindəki haqqı və insanların da Allah üzərindəki haqqıdır.

Rəvayət edilir ki, Muaz (Allah ondan razı olsun) demişdir: «Mən Peyğəmbərin - Allahın salavatı və salamı onun üzərinə olsun - tərkində ikən o: «Ey Muaz!» - deyə mənə xitab etdi. Mən:  «Hüzurundayam və əmrinə müntəzirəm» - dedim. O, bunu üç kərə təkrar etdi. Sonra dedi: «Bilirsən Allahın qulları üzərindəki haqqı nədir?» Mən:  «Yox!» – dedim. O buyurdu:  «Allahın qulları üzərindəki haqqı, qulların Ona ibadət edib heç kəsi Ona şərik qoşmamalarıdır.» O, bir qədər susduqdan sonra yenə: «Ey Muaz!» - deyə mənə xitab etdi. Mən:  «Hüzurundayam və əmrinə müntəzirəm» - dedim. O buyurdu:  «Bilirsən qulların Allah üzərindəki haqqı nədir? Ona ibadət edib, heç nəyi Ona şərik qoşmadıqları təqdirdə onlara əzab verməməsidir.»» [Səhih Əl-Buxari, (6840)].

İslam dini, həmçinin, insanın haqq dinini, zürriyyətini, malını və namusunu qorumağı da onun özünə tapşırmışdır. Peygəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Allah sizin qanınızı, malınızı və namusunuzu, bu ayınızda və bu şəhərinizdə bu gününüzün haramlığı kimi bir-birinizə haram etmişdir.» [Səhih Əl-Buxari, (6501)]

Rəsulullah Allahın (Allahın salavatı və salamı onun üzərinə olsun) bu əzəmətli nizamnaməni, yüz mindən çox səhabənin iştirak etdiyi vida həccində elan etmişdir. Sonra yenə vida həccində Qurban günü bunu bir daha təkrar etmişdir. İslam dini insanı öz seçimlərinə, əməllərinə və verdiyi qərarlara görə cavabdeh etmişdir. Uca Allah buyurur:

﴿وَكُلَّ إِنسَٰنٍ أَلۡزَمۡنَٰهُ طَٰٓئِرَهُۥ فِي عُنُقِهِۦۖ وَنُخۡرِجُ لَهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ كِتَٰبٗا يَلۡقَىٰهُ مَنشُورًا١٣ ٱقۡرَأۡ كِتَٰبَكَ كَفَىٰ بِنَفۡسِكَ ٱلۡيَوۡمَ عَلَيۡكَ حَسِيبٗا ١٤﴾ [الإسراء: 13-14]

{ Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik. Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər. } [Əl-İsra, 17:13-14]

Yəni Allah, insanın etdiyi xeyir və ya şər əmələ görə yalnız onun özünü cavabdeh edir və buna görə başqası məsuliyyət daşımır; bir adam başqasının əməlinə görə sorğu-sual edilməz. Habelə başqası da onun əməlinə görə sorğu-sual edilməz. Uca Allah buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدۡحٗا فَمُلَٰقِيهِ٦﴾ [الانشقاق: 6]

{ Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atır­san. Sən Onunla qarşı­laşacaqsan! } [Əl-İnşiqaq, 84:6]

Uca Allah buyurur:

﴿مَّنۡ عَمِلَ صَٰلِحٗا فَلِنَفۡسِهِۦۖ وَمَنۡ أَسَآءَ فَعَلَيۡهَاۗ وَمَا رَبُّكَ بِظَلَّٰمٖ لِّلۡعَبِيدِ ٤٦﴾ [فصلت: 46]

{ Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zə­rəri öz əleyhinə olar. Rəbbi­n Öz qullarına züml edən deyildir. } [Fusillət, 41:46]

İlsam dini insanın istər özünə, istərsə də başqalarına zərər verəcəyi əməlin cavabdehliyini onun boynuna yükləmişdir. Uca Allah buyurur:

﴿وَمَن يَكۡسِبۡ إِثۡمٗا فَإِنَّمَا يَكۡسِبُهُۥ عَلَىٰ نَفۡسِهِۦۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا١١١﴾ [النساء: 111]

{ Kim günah qazanarsa, onu an­caq öz əleyhinə qa­zan­mış olar. Allah hər şeyi biləndir, hikmət sahibidir. } [Ən-Nisa, 4:111]

Uca Allah buyurur:

﴿مِنۡ أَجۡلِ ذَٰلِكَ كَتَبۡنَا عَلَىٰ بَنِيٓ إِسۡرَٰٓءِيلَ أَنَّهُۥ مَن قَتَلَ نَفۡسَۢا بِغَيۡرِ نَفۡسٍ أَوۡ فَسَادٖ فِي ٱلۡأَرۡضِ فَكَأَنَّمَا قَتَلَ ٱلنَّاسَ جَمِيعٗا وَمَنۡ أَحۡيَاهَا فَكَأَنَّمَآ أَحۡيَا ٱلنَّاسَ جَمِيعٗاۚ وَلَقَدۡ جَآءَتۡهُمۡ رُسُلُنَا بِٱلۡبَيِّنَٰتِ ثُمَّ إِنَّ كَثِيرٗا مِّنۡهُم بَعۡدَ ذَٰلِكَ فِي ٱلۡأَرۡضِ لَمُسۡرِفُونَ٣٢﴾ [المائدة: 32]

{ Buna görə də İsrail oğullarına yazıb buyurduq ki, kim bir cana qəsd etməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş kimi olar. } [Əl-Maidə, 5:32]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur:  « Zülmə məruz qalaraq qətlə yetirilən elə bir kimsə yoxdur ki, onun qanından Adəmin ilk oğluna pay çatmasın. Çünki yer üzündə ilk qətl törədən o olmuşdur.» [Səhih Müslim, (5150)]

 18- İslam dini kişilərlə qadınları - əməl etmək, məsuliyyət daşımaq, (günah işlərə görə) cəzalanmaq və (yaxşı işlərə görə) savab qazanmaq baxımından bərabər etmişdir.

İslam dini kişilərlə qadınları - əməl etmək, məsuliyyət daşımaq, (günah işlərə görə) cəzalanmaq və (yaxşı işlərə görə) savab qazanmaq baxımından bərabər etmişdir. Uca Allah buyurur:

﴿وَمَن يَعۡمَلۡ مِنَ ٱلصَّٰلِحَٰتِ مِن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَأُوْلَٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ وَلَا يُظۡلَمُونَ نَقِيرٗا١٢٤﴾ [النساء: 124]

{ Həm kişilərdən, həm də qa­dın­lar­dan mömin olaraq yaxşı işlər görənlər Cənnətə gi­rərlər və onlara xurma çər­də­yindəki oyuq qədər haqsızlıq edil­məz. } [Ən-Nisa, 4:124]

Uca Allah buyurur:

﴿مَنۡ عَمِلَ صَٰلِحٗا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَلَنُحۡيِيَنَّهُۥ حَيَوٰةٗ طَيِّبَةٗۖ وَلَنَجۡزِيَنَّهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ ٩٧﴾ [النحل: 97]

{ Mömin olaraq yaxşı iş gö­rən kişi və qadınlara, əl­bət­tə, gözəl həyat bəxş edəcək və et­dikləri ən yaxşı əməllərə gö­rə onları müt­ləq mükafatlan­dıra­ca­ğıq. } [Ən-Nəhl, 16:97]

Uca Allah buyurur:

﴿مَنۡ عَمِلَ سَيِّئَةٗ فَلَا يُجۡزَىٰٓ إِلَّا مِثۡلَهَاۖ وَمَنۡ عَمِلَ صَٰلِحٗا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَأُوْلَٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ يُرۡزَقُونَ فِيهَا بِغَيۡرِ حِسَابٖ ٤٠﴾ [غافر: 40]

{ Kim pis bir iş tutsa, o an­caq işi­nin həddi qədər cəza alar. Mö­min olmaqla bərabər, yaxşı iş görən kişilər və qa­dın­lar Cən­nə­tə daxil olub orada hesabsız ruziyə nail olarlar. } [Ğafir, 40:40]

Uca Allah buyurur:

﴿إِنَّ ٱلۡمُسۡلِمِينَ وَٱلۡمُسۡلِمَٰتِ وَٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ وَٱلۡقَٰنِتِينَ وَٱلۡقَٰنِتَٰتِ وَٱلصَّٰدِقِينَ وَٱلصَّٰدِقَٰتِ وَٱلصَّٰبِرِينَ وَٱلصَّٰبِرَٰتِ وَٱلۡخَٰشِعِينَ وَٱلۡخَٰشِعَٰتِ وَٱلۡمُتَصَدِّقِينَ وَٱلۡمُتَصَدِّقَٰتِ وَٱلصَّٰٓئِمِينَ وَٱلصَّٰٓئِمَٰتِ وَٱلۡحَٰفِظِينَ فُرُوجَهُمۡ وَٱلۡحَٰفِظَٰتِ وَٱلذَّٰكِرِينَ ٱللَّهَ كَثِيرٗا وَٱلذَّٰكِرَٰتِ أَعَدَّ ٱللَّهُ لَهُم مَّغۡفِرَةٗ وَأَجۡرًا عَظِيمٗا ٣٥﴾ [الأحزاب: 35]

{ Həqiqətən, müsəlman ki­şilər və müsəlman qadınlar, mö­min kişilər və mömin qa­dın­lar, müti kişilər və müti qa­dınlar, doğ­ru danışan kişilər və doğ­ru danışan qadınlar, səbirli kişi­lər və sə­bir­li qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadın­lar, sədəqə ve­rən kişilər və sə­dəqə verən qadın­lar, oruc tu­tan ki­şilər və oruc tu­tan qa­dınlar, ismətlərini qo­ruyan ki­şi­lər və ismətlərini qoruyan qa­dınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah ba­ğış­lan­ma və bö­yük mükafat hazırla­mışdır. } [Əl-Əhzab, 33:35]

 19- İslam dini qadına böyük dəyər vermiş və onları (xislət və əxlaq baxımından) kişilərə tay etmişdir. Kişilərə də imkanları daxilində onların qayğısına qalmağı əmr etmişdir. Odur ki, imkan daxilində ata öz qızının qeydinə qalmalı, həddi-büluğa çatmış övlad anasının qayğısına qalmalı, ər də həyat yoldaşının qeydinə qalmalıdır.

İslam dini qadınları (xislət və əxlaq baxımından) kişilərə tay etmişdir. Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Qadınlar (xislət və əxlaq baxımından) kişilərə taydırlar.» [Bu hədisi Tirmizi rəvayət etmişdir (113)]

İslam dininin qadına verdiyi dəyərlərdən biri də budur ki, imkan daxilində övlad anasının qayğısına qalmalıdır. Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Verən əl üstün sayılır. Sən ilk əvvəl ananın, atanın, bacının, qardaşının, sonra da sənə ən yaxın olanların qeydinə qalmalısan.» [Hədisi İmam Əhməd rəvayət etmişdir (7105)]

Allahın izni ilə 29 nömrəli başlıqda valideynlərin hansı məqamda olduqları bəyan ediləcəkdir. İslam dininin qadına verdiyi dəyərlərdən biri də budur ki, imkan daxilində ər öz malından həyat yoldaşına xərcləməlidir. Uca Allah buyurur:

﴿لِيُنفِقۡ ذُو سَعَةٖ مِّن سَعَتِهِۦۖ وَمَن قُدِرَ عَلَيۡهِ رِزۡقُهُۥ فَلۡيُنفِقۡ مِمَّآ ءَاتَىٰهُ ٱللَّهُۚ لَا يُكَلِّفُ ٱللَّهُ نَفۡسًا إِلَّا مَآ ءَاتَىٰهَاۚ سَيَجۡعَلُ ٱللَّهُ بَعۡدَ عُسۡرٖ يُسۡرٗا٧﴾ [الطلاق: 7]

{ Var-dövlət sahibi öz va­rına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyin­dən xərcləsin. Allah heç kəsin üzərinə Özü­nün ona verdiyi ne­mətdən artıq yük qoymaz. Allah hər bir çə­tin­lik­dən sonra asanlıq verir. } [Ət-Talaq, 65:7]

Bir nəfər Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun): « Qadının əri üzərində olan haqqı nədir?» - deyə soruşmuş, Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) də ona belə cavab vermişdir: « Yediyin zaman onu da yedirtməli, geyindiyin zaman onu da geyindirməlisən. Onun üzünə vurmamalı və onu alçaltmamalısan.» [Hədisi İmam Əhməd rəvayət etmişdir, (20013)]

Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) qadınların ərləri üzərində olan bəzi haqlarını bəyan edərək demişdir: «Qadınların yeməyi və geyimini imkan daxilində sizin üzərinizə vacibdir.» [Səhih Müslim, (1218)]

(Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Kişinin himayəsində olanların qeydinə qalmaması, onun günah qazanmasına kifayətdir.» [Bu hədisi İmam Əhməd rəvayət etmişdir, (6495).] Xəttabi (Allah ona rəhmət etsin) demişdir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): "himayəsində olanlar" deyəndə, kişinin qayğı göstərməsi vacib olan kimsələr qəsd edilir. Sanki Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) himayədar olan kimsəyə demək istəyir ki, ailənin qidasından artıq olmayanı savab qazanmaq üçün sədəqə vermə,əks halda haqlarına girdiyin üçün günah qazanmış olarsan. İslam dininin qadına verdiyi dəyərlərdən biri də budur ki, ataya öz qızının qeydinə qalmasını vacib buyurmuşdur. Uca Allah buyurur:

﴿۞ وَٱلۡوَٰلِدَٰتُ يُرۡضِعۡنَ أَوۡلَٰدَهُنَّ حَوۡلَيۡنِ كَامِلَيۡنِۖ لِمَنۡ أَرَادَ أَن يُتِمَّ ٱلرَّضَاعَةَۚ وَعَلَى ٱلۡمَوۡلُودِ لَهُۥ رِزۡقُهُنَّ وَكِسۡوَتُهُنَّ بِٱلۡمَعۡرُوفِۚ لَا تُكَلَّفُ نَفۡسٌ إِلَّا وُسۡعَهَاۚ ... ٢٣٣﴾ [البقرة: 233]

{ Analar (istər boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür. } [Əl-Bəqərə, 2:233]

Allah bəyan etmişdir ki, övladı olan ata, imkanına uyğun tərzdə onu yedirtməli və geyindirməlidir. Uca Allah buyurur:

﴿... فَإِنۡ أَرۡضَعۡنَ لَكُمۡ فَـَٔاتُوهُنَّ أُجُورَهُنَّ ...٦﴾ [الطلاق: 6]

{ Sizin üçün uşaq əmizdirirlərsə, onların xərclərini ödəyin. } [Ət-Talaq, 65:6]

Allah uşağın atasına onun əmizdirilməsinin xərclərini ödəməyi vacib buyurmuşdur. Bu da dəlildir ki, uşağın xərcləri atasının öhdəsinə düşür. Burada "uşaq" deyildikdə, həm oğlan uşağı, həm də qız uşağı qəsd edilir. Aşağıda qeyd edilmiş hədisdə zövcənin və onun uşaqlarının xərclərinin ataya vacib olduğuna dəlalət edir. Aişə (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Hind Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: «Əbu Süfyan xəsis adamdır. Əgər mən onun malından gizlincə götürsəm, mənə günah sayılarmı?» Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) də ona belə buyurmuşdur: «Onun malından sənə və oğluna bəs edəcək qədər götürə bilərsən.» [Bu hədisi Əl-Buxari rəvayət etmişdir]

Möhtərəm Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) maldan qızlara və bacılara xərcləməyin fəzilətini bəyan etmişdir. Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: «Hər kim iki yaxud üç qızını və ya iki yaxud üç bacısını böyüdənədək, yaxud son nəfəsinədək onların qeydinə qalarsa, mən və o, (Cənnətdə) belə olacağıq.» dedi və orta barmağı ilə işarə barmağını birləşdirdi.» [Silsilə əl-Əhadis əs-Səhihə, (296)]

 20- Ölüm əbədi olaraq yox olmaq demək deyil, əksinə, o, əməl edilən yerdən əməlin əvəzi (mükafatı və ya cəzası) veriləcək yerə köçməkdir. Ölüm həm bədəni, həm də ruhu yaxalayır. Ruhun ölməsi, bədəni tərk etməsidir. Qiyamət günü o insan dirildikdə ruhu yenə onun bədəninə qayıdacaq. İnsan öldükdən sonra onun ruhu başqa bir bədənə sirayət etmir, onun içinə yerləşmir.

Ölüm əbədi olaraq yox olmaq demək deyil. Uca Allah buyurur:

﴿۞ قُلۡ يَتَوَفَّىٰكُم مَّلَكُ ٱلۡمَوۡتِ ٱلَّذِي وُكِّلَ بِكُمۡ ثُمَّ إِلَىٰ رَبِّكُمۡ تُرۡجَعُونَ ١١﴾ [السجدة: 11]

{ De: «Sizə müvəkkil olan ölüm mə­ləyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarıla­caqsınız!» } [Əs-Səcdə, 32:11]

Ölüm həm bədəni, həm də ruhu yaxalayır. Ruhun ölməsi, bədəni tərk etməsidir. Qiyamət günü, o insan dirildikdə ruhu yenə onun bədəninə qayıdacaq. Uca Allah buyurur:

﴿ٱللَّهُ يَتَوَفَّى ٱلۡأَنفُسَ حِينَ مَوۡتِهَا وَٱلَّتِي لَمۡ تَمُتۡ فِي مَنَامِهَاۖ فَيُمۡسِكُ ٱلَّتِي قَضَىٰ عَلَيۡهَا ٱلۡمَوۡتَ وَيُرۡسِلُ ٱلۡأُخۡرَىٰٓ إِلَىٰٓ أَجَلٖ مُّسَمًّىۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ٤٢﴾ [الزمر: 42]

{ Allah ölənlərin canını ölüm anın­da, ölməyənlərin ca­nını isə on­lar yu­xu­da ikən alır. Ölümünə hökm verdiyi kəsin canını sax­la­yır, digərini isə mü­əyyən olunmuş vaxtadək bu­ra­xır. Hə­qiqətən, bun­da ağıl sa­hibləri üçün də­lillər vardır. } [Əz-Zumər, 39:42]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «İnsanın ruhu bədənindən çıxarıldığı zaman, gözləri onun arxasınca baxar.» [Bu hədisi Müslim rəvayət etmişdir (920)]

İnsan öldükdən sonra əməl edilən yerdən əməlin əvəzi (mükafatı və ya cəzası) veriləcək yerə köçür. Uca Allah buyurur:

﴿إِلَيۡهِ مَرۡجِعُكُمۡ جَمِيعٗاۖ وَعۡدَ ٱللَّهِ حَقًّاۚ إِنَّهُۥ يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ لِيَجۡزِيَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ بِٱلۡقِسۡطِۚ وَٱلَّذِينَ كَفَرُواْ لَهُمۡ شَرَابٞ مِّنۡ حَمِيمٖ وَعَذَابٌ أَلِيمُۢ بِمَا كَانُواْ يَكۡفُرُونَ ٤﴾ [يونس: 4]

{ Ha­mı­nı­zın dönüşü Ona­dır. Bu, Allahın haqq olan və­didir. O, məx­luqu ilk də­fə ya­radır, sonra onu Qiyamət günü ye­ni­­dən dirildir ki, saleh əməl­lər edən­ləri əda­lətlə müka­fat­landırsın. Ka­firlərə gə­lin­cə, küfr etdiklə­rinə görə on­lar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır. } [Yunus, 10:4]

İnsan öldükdən sonra onun ruhu başqa bir bədənə sirayət etmir, onun içinə yerləşmir. İnsan öldükdən sonra onun ruhunun başqa insana keçməsini nə ağıl, nə hissiyyat orqanları qəbul edər, nə də Peyğəmbərlərdən (Allahın onlara salamı olsun) bu etiqadı təsdiqləyəcək bir rəvayət vardır.

 21- İslam dini (insanları) imanın ən böyük əsasları ilə iman gətirməyə dəvət edir. O əsaslar: Allaha, Onun mələklərinə, ilahi kitablara - Tövrata, İncilə və Zəbura - təhrif olunmamışdan əvvəlki halına -, habelə Qurana, bütün peyğəmbərlərə və elçilərə (Allahın onlara salamı olsun), o cümlədən də, onların sonuncusuna - peyğəmbərlərin və elçilərin sonuncusu Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun), habelə, Axirət gününə iman gətirməkdir. Biz bilməliyik ki, dünya həyatından sonra həyat olmasaydı, həyat və həyatda yaşamaq mənasız olardı. Habelə, qəzavü-qədərə iman gətiməyə də dəvət edir.

İslam dini (insanları) bütün peyğəmbərlərin və elçilərin dəvət etdiyi kimi, imanın ən böyük əsasları ilə iman gətirməyə dəvət edir. (Həmin əsaslar) bunlardır:

Birincisi: iman gətirməliyik ki, Allah bu kainatın Rəbbi, yaradanı, ruzi verəni və idarə edənidir; yalnız O, ibadət olunmağa layiqdir və Ondan savayı ibadət olunan nə varsa, hamısı batildir. Ondan başqa ibadət olunan hər bir məbud batildir. İbadət yalnız Ona edilməlidir və yalnız Ona edilən ibadət doğru sayılır. Bu məsələyə dair dəlillər artıq 8-ci başlıqda bəyan edilmişdir.

Pak, Müqəddəs və Uca Allah əzəmətli Quranda, ayrı-ayrı yerlərdə bir çox ayələrdə bu böyük əsasları zikr etmişdir. Uca Allah buyurur:

﴿ءَامَنَ ٱلرَّسُولُ بِمَآ أُنزِلَ إِلَيۡهِ مِن رَّبِّهِۦ وَٱلۡمُؤۡمِنُونَۚ كُلٌّ ءَامَنَ بِٱللَّهِ وَمَلَٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ لَا نُفَرِّقُ بَيۡنَ أَحَدٖ مِّن رُّسُلِهِۦۚ وَقَالُواْ سَمِعۡنَا وَأَطَعۡنَاۖ غُفۡرَانَكَ رَبَّنَا وَإِلَيۡكَ ٱلۡمَصِيرُ٢٨٥﴾ [البقرة: 285]

{ Allahın Rəsulu öz Rəbbin­dən ona nazil edilənə iman gə­tirdi, mö­minlər də, iman gətir­di­lər. Ha­mısı Allaha, Onun mə­ləklə­rinə, ki­tab­larına və elçi­lə­rinə iman gə­tirdilər. On­lar de­dilər: «Biz Onun el­çi­ləri ara­sın­da fərq qoymuruq!» Həmçinin, de­dilər: «Eşit­dik və itaət et­dik! Ey Rəb­bimiz, Səndən ba­ğış­­lanma diləyirik, dö­nüş də, yal­nız Sə­nədir!» } [Əl-Bəqərə, 2:285]

Uca Allah buyurur:

﴿۞ لَّيۡسَ ٱلۡبِرَّ أَن تُوَلُّواْ وُجُوهَكُمۡ قِبَلَ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ وَلَٰكِنَّ ٱلۡبِرَّ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَٱلۡمَلَٰٓئِكَةِ وَٱلۡكِتَٰبِ وَٱلنَّبِيِّـۧنَ وَءَاتَى ٱلۡمَالَ عَلَىٰ حُبِّهِۦ ذَوِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينَ وَٱبۡنَ ٱلسَّبِيلِ وَٱلسَّآئِلِينَ وَفِي ٱلرِّقَابِ وَأَقَامَ ٱلصَّلَوٰةَ وَءَاتَى ٱلزَّكَوٰةَ وَٱلۡمُوفُونَ بِعَهۡدِهِمۡ إِذَا عَٰهَدُواْۖ وَٱلصَّٰبِرِينَ فِي ٱلۡبَأۡسَآءِ وَٱلضَّرَّآءِ وَحِينَ ٱلۡبَأۡسِۗ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ صَدَقُواْۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُتَّقُونَ١٧٧﴾ [البقرة: 177]

{ Yaxşı əməl üzünüzü məş­riqə və məğribə tərəf çe­vir­məyi­niz deyildir. La­kin yaxşı əməl sa­hibləri Allaha, Axirət gü­nünə, mə­lək­lərə, kitablara və pey­ğəm­bər­lərə iman gətirən, sev­diyi malı qo­hum-əqrəbaya, ye­timlərə, yoxsullara, müsafir­lərə, dilənənlərə və kö­lələrin azad edilməsinə xərcləyən, na­maz qılıb zəkat verən, əhd bağ­la­dıqda əhdlərini yerinə yeti­rən, sıxıntı və xəstəlik üz ver­dik­də, habelə, döyüş zamanı səbir edən şəxs­lərdir. Onlar imanla­rında doğ­ru olanlardır. Müttəqi olan­lar da, məhz onlardır. } [Əl-Bəqərə, 2:177]

Uca Allah bu əsaslarla imana dəvət etmiş və bu əsaslara küfr edən kimsənin dərin bir azğınlığıa düşdüyünü bəyan etmişdir. Uca Allah buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ ءَامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلۡكِتَٰبِ ٱلَّذِي نَزَّلَ عَلَىٰ رَسُولِهِۦ وَٱلۡكِتَٰبِ ٱلَّذِيٓ أَنزَلَ مِن قَبۡلُۚ وَمَن يَكۡفُرۡ بِٱللَّهِ وَمَلَٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ فَقَدۡ ضَلَّ ضَلَٰلَۢا بَعِيدًا١٣٦﴾ [النساء: 136]

{ Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır. } [Ən-Nisa, 4:136]

Ömər ibn Xəttabdan (Allah ondan razı olsun) rəvayət edilmiş hədisdə belə deyilir: «Bir gün biz Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) yanında oturmuşduq. Birdən ağappaq paltarlı, zil qara saçlı, üst-başında da səfərdən bir əsər-əlamət görünməyən və heç birimizin tanımadığı bir adam yanımıza gəldi. Nəhayət, o yaxınlaşıb Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ilə üzbəüz oturdu, dizlərini onun dizlərinə dayadı, əllərini də öz budunun üstünə qoyub dedi: «Ey Muhəmməd, mənə İslam haqqında xəbər ver!». Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: «İslam odur ki, Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Onun Rəsulu olduğuna şəhadət gətirəsən, namaz qılasan, zəkat verəsən, ramazan ayını oruc tutasan və imkanın olduğu təqdirdə Kəbəni ziyarət edəsən. » Adam: «Doğru söylədin!» – dedi. Ömər ibn əl-Xattab dedi: “Biz ona təəccüb etdik, o həm sual verdi, həm də cavabın doğru olduğunu bildirdi. Sonra o dedi «Mənə iman haqqında xəbər ver.». Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu «İman odur ki, Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə və Axirət gününə iman gətirəsən, habelə qədərə – onun xeyrinə və şərinə iman gətirəsən.». Adam:  «Doğru söylədin!»– dedi. Sonra o dedi: «Mənə ehsan haqqında xəbər ver». Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: «Ehsan odur ki, Allaha, sanki Onu görürmüşsən kimi ibadət edəsən. Sən Onu görməsən də, bil ki, O səni görür».» [Səhih Müslim, (8)]

Bu hədisdə Cəbrail (Allahin ona salamı olsun) Allahın Rəsulu Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib dinin əsasları barədə soruşur. Bunlar: İslam, iman və ehsandır. Allahın Rəsulu Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) onun sullarına cavab verir. Sonra Allahın Rəsulu Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrinə (Allah onlardan razı olsun) xəbər verir ki, o gələn kimsə Cəbrail (Allahin ona salamı olsun) imiş, onlara dinini öyrətməyə gəlmişdi. Budur İslam - ilahi risalə! Cəbrail (Allahin ona salamı olsun) onu Allahın Rəsulu Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) gətirmiş, Allahın Rəsulu Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) onu insanlara təbliğ etmiş, onun səhabələri (Allah onlardan razı olsun) də onu yadda saxlamış və Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) sonra insanlara təbliğ etmişlər.

İkincisi: mələklərə iman gətirməkdir. Onlar, qeyb aləmində olan varlıqlardır. Allah onları yaratmış, onlara müəyyən görkəm vermiş və onlara böyük işlər görməyi tapşırmışdır. Onları gördüyü təqdiralayiq əməllərdən biri də, ilahi risalələri elçilərə və peyğəmbərlərə (Allahın onlara salamı olsun) çatdırmaqdır. Mələklərin ən hörmətlisi, Cəbraildir (Allahın onlara salamı olsun). Cəbrailin (Allahın onlara salamı olsun) elçilərə (Allahın salavatı və salamı onların üzərinə olsun) vəhy nazil etməsinə dəlalət edən ayələrdən biri, Uca Allahın bu sözüdür:

﴿يُنَزِّلُ ٱلۡمَلَٰٓئِكَةَ بِٱلرُّوحِ مِنۡ أَمۡرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦٓ أَنۡ أَنذِرُوٓاْ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱتَّقُونِ٢﴾ [النحل: 2]

{ Allah Öz hökmü ilə qul­la­rından is­tə­diyi kimsəyə mə­lək­ləri vəhy­lə gön­də­rib buyu­rur: «Qulla­rımı qorxudub xə­bər­dar edin ki, Məndən başqa ibadətə layiq olan məbud yox­dur. Mən­dən qor­xun!». } [Ən-Nəhl, 16:2]

Uca Allah buyurur:

﴿وَإِنَّهُۥ لَتَنزِيلُ رَبِّ ٱلۡعَٰلَمِينَ١٩٢ نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلۡأَمِينُ١٩٣ عَلَىٰ قَلۡبِكَ لِتَكُونَ مِنَ ٱلۡمُنذِرِينَ١٩٤ بِلِسَانٍ عَرَبِيّٖ مُّبِينٖ١٩٥ وَإِنَّهُۥ لَفِي زُبُرِ ٱلۡأَوَّلِينَ١٩٦﴾ [الشعراء: 192-196]

{ Şübhəsiz ki, bu, aləm­lə­rin Rəb­bindən nazil edil­miş­dir. Onu sadiq ruh Cəb­rail endir­di – sənin qəlbinə ki, xəbər­dar edən­lərdən olasan. Bu Quran açıq-aydın ərəb di­lin­də nazil edildi. Şübhəsiz ki, o, keçmiş üm­mət­lə­rin kitablarında da xa­tır­la­nır. } [Əş-Şuəra, 26:192-196]

Üçüncüsü: ilahi kitablara - Tövrata, İncilə, Zəbura - təhrif edilməmişdən əvvəl, habelə, Qurana (və s. adları bizə məlum olmayan ilahi kitablara) iman gətirməkdir. Uca Allah buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ ءَامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلۡكِتَٰبِ ٱلَّذِي نَزَّلَ عَلَىٰ رَسُولِهِۦ وَٱلۡكِتَٰبِ ٱلَّذِيٓ أَنزَلَ مِن قَبۡلُۚ وَمَن يَكۡفُرۡ بِٱللَّهِ وَمَلَٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ فَقَدۡ ضَلَّ ضَلَٰلَۢا بَعِيدًا١٣٦﴾ [النساء: 136]

{ Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır. } [Ən-Nisa, 4:136]

Uca Allah buyurur:

﴿نَزَّلَ عَلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ وَأَنزَلَ ٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَ٣ مِن قَبۡلُ هُدٗى لِّلنَّاسِ وَأَنزَلَ ٱلۡفُرۡقَانَۗ إِنَّ ٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ لَهُمۡ عَذَابٞ شَدِيدٞۗ وَٱللَّهُ عَزِيزٞ ذُو ٱنتِقَامٍ٤﴾ [آل عمران: 3-4]

{ O, bu Kitabı sənə özündən əvvəlkiləri təsdiq­ləyən, həm də, haqq ola­raq nazil et­di. Tövratı və İncili də, O nazil etdi – daha əvvəllər insanlara doğ­­­ru yo­lu göstərən rəhbər ol­maq üçün. Furqa­nı da, O nazil etdi. Şübhəsiz ki, Allahın ayə­lərinə küfr edənlər üçün şid­dətli bir əzab vardır. Allah qüd­rətlidir, in­ti­qam al­mağa qa­dirdir. } [Ali-İmran, 3:3-4]

Uca Allah buyurur:

﴿ءَامَنَ ٱلرَّسُولُ بِمَآ أُنزِلَ إِلَيۡهِ مِن رَّبِّهِۦ وَٱلۡمُؤۡمِنُونَۚ كُلٌّ ءَامَنَ بِٱللَّهِ وَمَلَٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ لَا نُفَرِّقُ بَيۡنَ أَحَدٖ مِّن رُّسُلِهِۦۚ وَقَالُواْ سَمِعۡنَا وَأَطَعۡنَاۖ غُفۡرَانَكَ رَبَّنَا وَإِلَيۡكَ ٱلۡمَصِيرُ٢٨٥﴾ [البقرة: 285]

{ Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər:  «Biz Onun Peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!» } [Əl-Bəqərə, 2:285]

Uca Allah buyurur:

﴿قُلۡ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ عَلَيۡنَا وَمَآ أُنزِلَ عَلَىٰٓ إِبۡرَٰهِيمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ وَٱلۡأَسۡبَاطِ وَمَآ أُوتِيَ مُوسَىٰ وَعِيسَىٰ وَٱلنَّبِيُّونَ مِن رَّبِّهِمۡ لَا نُفَرِّقُ بَيۡنَ أَحَدٖ مِّنۡهُمۡ وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ٨٤﴾ [آل عمران: 84]

{ (Ya Rəsulum!) Söylə: «Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və (sair) peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona (Allaha) təslim oluruq!». } [Ali-İmran, 3:84]

Dördüncüsü: bütün peyğəmbərlərə və elçilərə (Allahın onlara salamı olsun) iman gətirmək. peyğəmbərlərin və elçilərin (Allahın onlara salamı olsun) hamısına iman gətirmək və onların hamısının Allah tərəfindən, öz ümmətlərinə Allahın risalələrini, Onun dinini və şəriətini təbliğ etmək üçün göndərilmiş peyğəmbərlər olduğuna etiqad etmək vacibdir. Uca Allah buyurur:

﴿قُولُوٓاْ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيۡنَا وَمَآ أُنزِلَ إِلَىٰٓ إِبۡرَٰهِـۧمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ وَٱلۡأَسۡبَاطِ وَمَآ أُوتِيَ مُوسَىٰ وَعِيسَىٰ وَمَآ أُوتِيَ ٱلنَّبِيُّونَ مِن رَّبِّهِمۡ لَا نُفَرِّقُ بَيۡنَ أَحَدٖ مِّنۡهُمۡ وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ ١٣٦﴾ [البقرة: 136]

{ Deyin: «Biz Allaha, bi­zə nazil ola­na, İbrahimə, İs­mai­lə, İs­ha­qa, Ya­quba və onun nəs­­li­nə nazil olanlara, Mu­sa və İsa­ya veri­lən­lə­rə, özlərinin Rəbbi tə­rə­fin­dən peyğəmbərlərə ve­ri­lən­lərə iman gə­­tirdik. Biz on­la­rın heç birini digərindən fərqləndirmirik. Biz yal­nız Ona təs­lim olanla­rıq!» } [Əl-Bəqərə, 2:136]

Uca Allah buyurur:

﴿ءَامَنَ ٱلرَّسُولُ بِمَآ أُنزِلَ إِلَيۡهِ مِن رَّبِّهِۦ وَٱلۡمُؤۡمِنُونَۚ كُلٌّ ءَامَنَ بِٱللَّهِ وَمَلَٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ لَا نُفَرِّقُ بَيۡنَ أَحَدٖ مِّن رُّسُلِهِۦۚ وَقَالُواْ سَمِعۡنَا وَأَطَعۡنَاۖ غُفۡرَانَكَ رَبَّنَا وَإِلَيۡكَ ٱلۡمَصِيرُ٢٨٥﴾ [البقرة: 285]

{ Allahın Rəsulu öz Rəbbin­dən ona nazil edilənə iman gə­tirdi, mö­minlər də, iman gətir­di­lər. Ha­mısı Allaha, Onun mə­ləklə­rinə, ki­tab­larına və elçi­lə­rinə iman gə­tirdilər. On­lar de­dilər: «Biz Onun el­çi­ləri ara­sın­da fərq qoymuruq!» Həmçinin, de­dilər: «Eşit­dik və itaət et­dik! Ey Rəb­bimiz, Səndən ba­ğış­­lanma diləyirik, dö­nüş də, yal­nız Sə­nədir!» } [Əl-Bəqərə, 2:285]

Uca Allah buyurur:

﴿قُلۡ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ عَلَيۡنَا وَمَآ أُنزِلَ عَلَىٰٓ إِبۡرَٰهِيمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ وَٱلۡأَسۡبَاطِ وَمَآ أُوتِيَ مُوسَىٰ وَعِيسَىٰ وَٱلنَّبِيُّونَ مِن رَّبِّهِمۡ لَا نُفَرِّقُ بَيۡنَ أَحَدٖ مِّنۡهُمۡ وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ٨٤﴾ [آل عمران: 84]

{ Deyin:  «Biz Allaha, bi­zə nazil ola­na, İbrahimə, İs­mai­lə, İs­ha­qa, Ya­quba və onun nəs­­li­nə nazil olanlara, Mu­sa və İsa­ya veri­lən­lə­rə, özlərinin Rəbbi tə­rə­fin­dən peyğəmbərlərə ve­ri­lən­lərə iman gə­­tirdik. Biz on­la­rın heç birini digərindən fərqləndirmirik. Biz yal­nız Ona təs­lim olanla­rıq!.». } [Ali-İmran,  3:84]

Həmçinin, onların sonucusu - peyğəmbərlərin və elçilərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sonuncu Allahın Rəsulu Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) iman gətirmək. Uca Allah buyurur:

﴿وَإِذۡ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ ٱلنَّبِيِّـۧنَ لَمَآ ءَاتَيۡتُكُم مِّن كِتَٰبٖ وَحِكۡمَةٖ ثُمَّ جَآءَكُمۡ رَسُولٞ مُّصَدِّقٞ لِّمَا مَعَكُمۡ لَتُؤۡمِنُنَّ بِهِۦ وَلَتَنصُرُنَّهُۥۚ قَالَ ءَأَقۡرَرۡتُمۡ وَأَخَذۡتُمۡ عَلَىٰ ذَٰلِكُمۡ إِصۡرِيۖ قَالُوٓاْ أَقۡرَرۡنَاۚ قَالَ فَٱشۡهَدُواْ وَأَنَا۠ مَعَكُم مِّنَ ٱلشَّٰهِدِينَ٨١﴾ [آل عمران: 81]

{ (Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah Peyğəmbərlərdən: «Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir Peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz.», - deyə əhd almış və onlara:  «Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi?» – demişdi. Onlar da: «Təsdiq etdik!» – deyə cavab vermişdilər. (Bu zaman) Allah: «Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm», - deyə buyurmuşdu! } [Ali-İmran, 3:81]

İslam dini, ümumən peyğəmbərlərin və elçilərin (Allahın salavatı və salamı onların üzərinə olsun) hamısına, o cümlədən də Allahın Rəsulu Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) iman gətirməyi vacib buyurur. Uca Allah buyurur:

﴿قُلۡ يَٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لَسۡتُمۡ عَلَىٰ شَيۡءٍ حَتَّىٰ تُقِيمُواْ ٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَ وَمَآ أُنزِلَ إِلَيۡكُم مِّن رَّبِّكُمۡۗ ٦٨﴾ [المائدة: 68]

{ De: «Ey Kitab əhli! Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmədikcə, siz doğru bir yol üzərində deyilsiniz.». } [Əl-Maidə, 5:68]

Uca Allah buyurur:

﴿قُلۡ يَٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ تَعَالَوۡاْ إِلَىٰ كَلِمَةٖ سَوَآءِۭ بَيۡنَنَا وَبَيۡنَكُمۡ أَلَّا نَعۡبُدَ إِلَّا ٱللَّهَ وَلَا نُشۡرِكَ بِهِۦ شَيۡـٔٗا وَلَا يَتَّخِذَ بَعۡضُنَا بَعۡضًا أَرۡبَابٗا مِّن دُونِ ٱللَّهِۚ فَإِن تَوَلَّوۡاْ فَقُولُواْ ٱشۡهَدُواْ بِأَنَّا مُسۡلِمُونَ٦٤﴾ [آل عمران: 64]

{ De: «Ey Kitab əhli! Bi­zim və sizin aranızda olan eyni bir kəl­məyə gəlin ki, Allahdan baş­­qasına ibadət etməyək, Ona heç bir şe­yi şərik qoşmayaq və Alla­hı qoyub bir-birimizi ila­hiləşdirmə­yək.» Əgər onlar yenə üz çevirsələr, de­yin: «Şahid olun ki, biz müsəl­man­larıq!.» } [Ali-İmran, 3:64]

Kim Peyğəmbərlərdən birinə küfr edərsə, peyğəmbərlərin və elçilərin (Allahın salavatı və salamı onların üzərinə olsun) hamısına küfr etmiş olar. Odur ki, Allah Nuhun (Allahin ona salamı olsun) qövmü barədə nə hökm verdiyi haqda belə buyurur:

﴿كَذَّبَتۡ قَوۡمُ نُوحٍ ٱلۡمُرۡسَلِينَ١٠٥﴾ [الشعراء: 105]

{ Nuh qövmü elçiləri yalançı saydı. } [Əş-Şuəra, 26:105]

Məlumdur ki, Nuhdan (Allahin ona salamı olsun) əvvəl rəsul olmayıb. Lakin buna rəğmən, qövmü onu yalançı saydığı zaman, peyğəmbərlərin və elçilərin (Allahın salavatı və salamı onların üzərinə olsun) hamısını yalançı saymış hesab edilmişlər. Çünki peyğəmbərlərin və elçilərin (Allahın salavatı və salamı onların üzərinə olsun) hamısının dəvəti və qayəsi eynidir.

Beşincisi: Axirət gününə iman gətirməkdir. Bu - Qiyamət günüdür. Dünya həyatı başa çatdıqda, Allah, mələk İsrafilə (Allahin ona salamı olsun) sura üfürməyi əmr edəcək və o, bir dəfə ona üfürən kimi Allahın dilədiyi hər kəs öləcək. Uca Allah buyurur:

﴿وَنُفِخَ فِي ٱلصُّورِ فَصَعِقَ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ إِلَّا مَن شَآءَ ٱللَّهُۖ ثُمَّ نُفِخَ فِيهِ أُخۡرَىٰ فَإِذَا هُمۡ قِيَامٞ يَنظُرُونَ ٦٨﴾ [الزمر: 68]

{ Sur üfürüləcək və Alla­hın istə­di­yi kimsələr­dən başqa göy­lər­də və yer­də kim varsa, hamısı öləcək. Sonra bir da­ha ona üfü­rülən kimi onlar qal­xıb baxacaqlar. } [Əz-Zumər, 39:68]

Allahın dilədikləri istisna olmaqla, göylərdə və yerdə olanların hamısı həlak olduqdan sonra, Allah göyləri və yeri bü­kə­cək. Bu xüsusda Uca Allah belə buyurur:

﴿يَوۡمَ نَطۡوِي ٱلسَّمَآءَ كَطَيِّ ٱلسِّجِلِّ لِلۡكُتُبِۚ كَمَا بَدَأۡنَآ أَوَّلَ خَلۡقٖ نُّعِيدُهُۥۚ وَعۡدًا عَلَيۡنَآۚ إِنَّا كُنَّا فَٰعِلِينَ١٠٤﴾ [الأنبياء: 104]

{ O gün göyü yazılı sə­hi­fələrin büküldüyü kimi bü­kə­cəyik. Məx­luqatı ilk dəfə yarat­dığımız kimi yenə əv­vəl­ki ha­lına qay­ta­ra­ca­ğıq. Biz vəd vermi­şik. Sözsüz ki, Biz onu ye­ri­nə yeti­rə­cə­yik. } [Əl-Ənbiya, 21:104]

Uca Allah buyurur:

﴿وَمَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦ وَٱلۡأَرۡضُ جَمِيعٗا قَبۡضَتُهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَٱلسَّمَٰوَٰتُ مَطۡوِيَّٰتُۢ بِيَمِينِهِۦۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ٦٧﴾ [الزمر: 67]

{ Onlar Allahı layiqincə qiymət­lən­dirmədilər. Halbuki Qi­ya­mət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göy­lər isə Onun əli ilə büküləcəkdir. O, Pakdır, Müqəddəsdir və on­ların Ona qoş­duq­ları şəriklər­dən Ucadır. } [Əz-Zumər, 39:67]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Qiyamət günü qüdrətli və qüvvətli Allah göyləri bükəcək, sonra da onları sağ əlinə götürüb deyəcək:  «Hökmdar Mənəm! Hanı özlərini dartan hökmdarlar?! Hanı təkəbbürlülər?!»  Həmçinin, yerləri bükəcək, sonra da onları sol əlinə götürüb deyəcək: «Hökmdar Mənəm! Hanı özlərini dartan hökmdarlar?! Hanı təkəbbürlülər?!;»[Bu hədisi Müslim rəvayət etmişdir.]

Sonra Allah mələyə ikinci dəfə sura üfürməsini əmr edəcək və (o, sura üfürən kimi) onlar qalxıb baxacaqlar. Uca Allah buyurur:

﴿ ثُمَّ نُفِخَ فِيهِ أُخۡرَىٰ فَإِذَا هُمۡ قِيَامٞ يَنظُرُونَ ٦٨﴾ [الزمر: 68]

{  Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar. } [Əz-Zumər, 39:68]

Allah məxluqatı dirildən kimi, onları haqq-hesaba çəkmək üçün məhşərə toplayacaq. Uca Allah buyurur:

﴿يَوۡمَ تَشَقَّقُ ٱلۡأَرۡضُ عَنۡهُمۡ سِرَاعٗاۚ ذَٰلِكَ حَشۡرٌ عَلَيۡنَا يَسِيرٞ٤٤﴾ [ق: 44]

{ O gün yer onlardan ötrü ya­rı­la­caq, onlar sürətlə carçıya doğ­ru çıxa­caq­lar. Beləcə, on­la­rı bir yerə yığmaq Bi­zim üçün asandır. } [Qaf, 50:44]

Uca Allah buyurur:

﴿يَوۡمَ هُم بَٰرِزُونَۖ لَا يَخۡفَىٰ عَلَى ٱللَّهِ مِنۡهُمۡ شَيۡءٞۚ لِّمَنِ ٱلۡمُلۡكُ ٱلۡيَوۡمَۖ لِلَّهِ ٱلۡوَٰحِدِ ٱلۡقَهَّارِ ١٦﴾ [غافر: 16]

{ O gün insanlar yer üzünə çıxacaq və onların heç bir şeyi Allah­dan gizli qalmayacaqdır. Allah deyəcək: «Bu gün hökm kimə məx­susdur?» Tək olan, hər şeyə Qalib Gələn Allaha! } [Ğafir, 40:16]

Həmin gün Allah insanların hamısını haqq-hesaba çəkəcək, hər bir zalımdan zülm etdiyi kimsənin qisasını alacaq və hər bir insana etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) verəcək. Uca Allah buyurur:

﴿ٱلۡيَوۡمَ تُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡۚ لَا ظُلۡمَ ٱلۡيَوۡمَۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ١٧﴾ [غافر: 17]

{ Bu gün hər kəsə qazan­dı­ğının əvə­zi veriləcək. Bu gün haq­sız­lıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çə­kən­dir.} [Ğafir, 40:17]

Uca Allah buyurur:

﴿إِنَّ ٱللَّهَ لَا يَظۡلِمُ مِثۡقَالَ ذَرَّةٖۖ وَإِن تَكُ حَسَنَةٗ يُضَٰعِفۡهَا وَيُؤۡتِ مِن لَّدُنۡهُ أَجۡرًا عَظِيمٗا٤٠﴾ [النساء: 40]

{ Şübhəsiz ki, Allah zərrə qə­dər haqsızlıq etməz. Əgər qu­lun gördü­yü iş yaxşı əməl olar­sa, Allah onun savabını qat-qat artırar və bu əməl sahibinə Öz tə­rə­fin­dən böyük mükafat verər. } [Ən-Nisa, 4:40]

Uca Allah buyurur:

﴿فَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٍ خَيۡرٗا يَرَهُۥ٧ وَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٖ شَرّٗا يَرَهُۥ٨﴾ [الزلزلة: 7-8]

{ Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır. } [Zəlzələ, 99:7-8]

Uca Allah buyurur:

﴿وَنَضَعُ ٱلۡمَوَٰزِينَ ٱلۡقِسۡطَ لِيَوۡمِ ٱلۡقِيَٰمَةِ فَلَا تُظۡلَمُ نَفۡسٞ شَيۡـٔٗاۖ وَإِن كَانَ مِثۡقَالَ حَبَّةٖ مِّنۡ خَرۡدَلٍ أَتَيۡنَا بِهَاۗ وَكَفَىٰ بِنَا حَٰسِبِينَ ٤٧﴾ [الأنبياء: 47]

{ Biz Qiyamət günü ədalət tərəzi­lə­ri ilə haqq-hesab çəkəcə­yik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edil­mə­yə­cək­dir. Gö­rül­müş iş bir xardal də­nəsi mis­lində olsa belə, onu gətirib tərəziyə qo­ya­­cağıq. Biz haqqı araşdırmağa bəs edərik. } [Əl-Ənbiya, 21:47]

Dirilmə və haqq-hesaba çəkilmədən sonra, əməllərin əvəzi veriləcək. Kim saleh əməllər etmişdirsə, ona heç əsla tükənməyən əbədi nemətlər bəxş ediləcək. Kim də günah işlər görmüş və küfr ettmişdirsə, ona əzab veriləcək. Uca Allah buyurur:

﴿ٱلۡمُلۡكُ يَوۡمَئِذٖ لِّلَّهِ يَحۡكُمُ بَيۡنَهُمۡۚ فَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فِي جَنَّٰتِ ٱلنَّعِيمِ٥٦ وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا فَأُوْلَٰٓئِكَ لَهُمۡ عَذَابٞ مُّهِينٞ٥٧﴾ [الحج: 56-57]

{ O gün hökm yalnız Alla­hındır. Allah onların ara­sında hökm ve­rə­cəkdir­. İman gətirib yaxşı işlər görənlər Nəim cən­nətlərində ola­caq­lar. Kafir olub ayələrimizi ya­lan he­sab edənləri isə rüs­vaye­dici bir əzab gözləyir. } [Əl-Həcc, 22:56-57]

Biz bilirik ki, əgər dünya həyatı son olmuş olsaydı, həyatın və həyatda yaşamağın mənası olmazdı. Uca Allah buyurur:

﴿أَفَحَسِبۡتُمۡ أَنَّمَا خَلَقۡنَٰكُمۡ عَبَثٗا وَأَنَّكُمۡ إِلَيۡنَا لَا تُرۡجَعُونَ ١١٥﴾ [المؤمنون: 115]

{ Yoxsa elə hesab edir­di­niz ki, si­zi əbəs yerə yarat­mı­şıq və siz heç vaxt Bizə qay­ta­rıl­maya­caqsınız? } [Əl-Muminun, 23:115]

Altıncısı: qəzavü-qədərə iman gətirməkdir. Yəni Allahın, bu kainatda baş vermiş, baş verən və baş verəcək hər şeyi bilməsinə, habelə, Allahın bunların hamısını, göyləri və yeri yaratamamışdan əvvəl (lövhi-məhfuza) yazdığına iman gətirmək vacibdir. Uca Allah buyurur:

﴿۞ وَعِندَهُۥ مَفَاتِحُ ٱلۡغَيۡبِ لَا يَعۡلَمُهَآ إِلَّا هُوَۚ وَيَعۡلَمُ مَا فِي ٱلۡبَرِّ وَٱلۡبَحۡرِۚ وَمَا تَسۡقُطُ مِن وَرَقَةٍ إِلَّا يَعۡلَمُهَا وَلَا حَبَّةٖ فِي ظُلُمَٰتِ ٱلۡأَرۡضِ وَلَا رَطۡبٖ وَلَا يَابِسٍ إِلَّا فِي كِتَٰبٖ مُّبِينٖ ٥٩﴾ [الأنعام: 59]

{ Qeybin açarları Onun ya­nında­dır, Onları yalnız O bilir. O, quruda və də­nizdə nə­lər ol­duğunu bilir. Onun xə­bəri ol­madan ye­rə düşən bir yarpaq be­lə yoxdur. Yerin qaranlıq­la­rında elə bir to­xum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məh­fuzda) olmasın. } [Əl-Ənam, 6:59]

Həmçinin, Alla­hın hər şeyi Öz elmi ilə əhatə et­di­yinə (iman gətirmək vacibdir). Uca Allah buyurur:

﴿ٱللَّهُ ٱلَّذِي خَلَقَ سَبۡعَ سَمَٰوَٰتٖ وَمِنَ ٱلۡأَرۡضِ مِثۡلَهُنَّۖ يَتَنَزَّلُ ٱلۡأَمۡرُ بَيۡنَهُنَّ لِتَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ وَأَنَّ ٱللَّهَ قَدۡ أَحَاطَ بِكُلِّ شَيۡءٍ عِلۡمَۢا١٢﴾ [الطلاق: 12]

{ Yeddi göyü və yerdən də bir o qə­dərini yaradan Allah­dır. Vəhy onla­rın arasında ona görə nazil olur ki, Allahın hər şeyə qa­dir olduğunu və Alla­hın hər şeyi elmi ilə əhatə et­di­yini biləsiniz. } [Ət-Talaq, 65:12]

Həmçinin, (iman gətirmək vacibdir ki,) bu kainatda nə baş verirsə, yalnız Allahın iradəsi və istəyi, üstəlik, Onun yaratması və səbəbləri asanlaşdırması ilə baş verir. Uca Allah buyurur:

﴿ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَمۡ يَتَّخِذۡ وَلَدٗا وَلَمۡ يَكُن لَّهُۥ شَرِيكٞ فِي ٱلۡمُلۡكِ وَخَلَقَ كُلَّ شَيۡءٖ فَقَدَّرَهُۥ تَقۡدِيرٗا ٢﴾ [الفرقان: 2]

{ Göylərin və yerin səltə­nə­ti Ona məxsusdur. O, Özünə oğul gö­tür­mə­mişdir, səl­tə­nə­tində də heç bir şəriki yoxdur. O, bütün şey­ləri xəlq etmiş və on­lara mü­nasib bir biçim ver­miş­dir. } [Əl-Furqan, 25:2]

Bunda, Allahın böyük hikməti vardır. O hikmət ki, insanlar onu dərk etmirlər. Uca Allah buyurur:

﴿حِكۡمَةُۢ بَٰلِغَةٞۖ فَمَا تُغۡنِ ٱلنُّذُرُ٥﴾ [القمر: 5]

{ Bu, böyük bir hikmətdir. Lakin ar­xa çevirənlərə təhdid­lər nə fay­da verə bilər?! } [Əl-Qəmər, 54:5]

Uca Allah buyurur:

﴿وَهُوَ ٱلَّذِي يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ وَهُوَ أَهۡوَنُ عَلَيۡهِۚ وَلَهُ ٱلۡمَثَلُ ٱلۡأَعۡلَىٰ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ٢٧﴾ [الروم: 27]

{ Məxluqatı ilk dəfə yox­dan yara­dan, sonra onu bir daha tək­rar­layan Odur. Bu da Onun üçün çox asandır. Göy­lərdə və yer­də olan ən Uca si­fətlər Ona məx­sus­dur. O, Qüd­rətlidir, Hikmət sahibidir. } [Ər-Rum, 30:27]

Uca Allah Özünün hikmətli olduğunu bildirmiş və Özünü Hikmət sahibi adlandırmışdır. Uca Allah buyurur:

﴿شَهِدَ ٱللَّهُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا هُوَ وَٱلۡمَلَٰٓئِكَةُ وَأُوْلُواْ ٱلۡعِلۡمِ قَآئِمَۢا بِٱلۡقِسۡطِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ١٨﴾ [آل عمران: 18]

{ Allah ədalətli olaraq şahidlik etmişdir ki, Özündən başqa iba­dətə la­yiq olan məbud yoxdur. Mələklər və elm sahibləri də, buna şahid­lik et­mişlər. On­­dan başqa iba­dətə layiq olan mə­­bud yoxdur, Qüdrətlidir, Hikmət sahibidir.  } [Ali-İmran, 3:18]

Uca Allah, Qiyamət günü İsanın (Allahin ona salamı olsun) Allaha belə xitab edəcəyini buyurur:

﴿إِن تُعَذِّبۡهُمۡ فَإِنَّهُمۡ عِبَادُكَۖ وَإِن تَغۡفِرۡ لَهُمۡ فَإِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ١١٨﴾ [المائدة: 118]

{ «Əgər onlara əzab ver­sən, sözsüz ki, onlar Sənin qul­la­rın­dır. Əgər onları bağışla­san, şüb­həsiz ki, Sən Qüdrət­li­sən, Hikmət sahibisən!». } [Əl-Maidə, 5:118]

Musa (Allahin ona salamı olsun) Tur dağının yanında olarkən Uca Allah onu çağırıb belə buyurmuşdur:

﴿يَٰمُوسَىٰٓ إِنَّهُۥٓ أَنَا ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٩﴾ [النمل: 9]

{ Ey Musa! Qüdrətli, Müd­rik Allah Mənəm! } [Ən-Nəml, 27:9]

Həmçinin, əzəmətli Quranın da hikmətli olduğu bildirilmişdir. Uca Allah buyurur:

﴿الٓرۚ كِتَٰبٌ أُحۡكِمَتۡ ءَايَٰتُهُۥ ثُمَّ فُصِّلَتۡ مِن لَّدُنۡ حَكِيمٍ خَبِيرٍ ١﴾ [هود: 1]

{ Əlif. Ləm. Ra. Bu, Müd­rik, hər şey­dən Xəbər­dar olan Allah tə­rə­findən, ayə­ləri mü­kəm­məl­ləşdirilmiş, sonra da ət­raflı izah edil­miş bir Kitab­dır. } [Hud, 11:1]

Uca Allah buyurur:

﴿ذَٰلِكَ مِمَّآ أَوۡحَىٰٓ إِلَيۡكَ رَبُّكَ مِنَ ٱلۡحِكۡمَةِۗ وَلَا تَجۡعَلۡ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتُلۡقَىٰ فِي جَهَنَّمَ مَلُومٗا مَّدۡحُورًا٣٩﴾ [الإسراء: 39]

{ Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir. Allah­la ya­naşı başqa mə­buda iba­dət et­mə, yoxsa qınanmış və qo­­vul­muş hal­da Cəhənnəmə atı­lar­san. } [Əl-İsra, 17:39]

 22- Peyğəmbərlər (Allahın onlara salamı olsun) Allahın dinini təbliğ etmək xüsusunda, habelə, ağıla müxalif olan və ya gözəl əxlaqa aid olmayan işlərdə məsumdurlar. Peyğəmbərlərlərə (Allahın onlara salamı olsun) Allahın əmrlərini Onun qullarına təbliğ etmək tapşırılmışdır. Rububiyyətdən, və uluhiyyətdən onlara məxsus olan heç bir şey yoxdur. Əksinə, onlar digər insanlar kimi insandırlar. Uca Allah onlara Öz risalələrini nazil etmişdir.

Peyğəmbərlər (Allahın onlara salamı olsun) Allahın dinini təbliğ etmək xüsusunda məsumdurlar. Belə ki, Allah Öz risalələrinin təbliğ edilməsi üçün ən xeyirli insanları seçmişdir. Uca Allah buyurur:

﴿ٱللَّهُ يَصۡطَفِي مِنَ ٱلۡمَلَٰٓئِكَةِ رُسُلٗا وَمِنَ ٱلنَّاسِۚ إِنَّ ٱللَّهَ سَمِيعُۢ بَصِيرٞ٧٥﴾ [الحج: 75]

{ Allah mələklərdən də el­çilər se­çir, insanlardan da. Hə­qi­qə­tən, Allah eşidəndir, gö­rəndir! } [Əl-Həcc, 22:75]

Uca Allah buyurur:

﴿۞ إِنَّ ٱللَّهَ ٱصۡطَفَىٰٓ ءَادَمَ وَنُوحٗا وَءَالَ إِبۡرَٰهِيمَ وَءَالَ عِمۡرَٰنَ عَلَى ٱلۡعَٰلَمِينَ٣٣﴾ [آل عمران: 33]

{ Allah Adəmi, Nuhu, İbrahim nəslini və İmran ailəsini seçib aləm-lərdən üstün etdi. } [Ali-İmran, 3:33]

Uca Allah buyurur:

﴿قَالَ يَٰمُوسَىٰٓ إِنِّي ٱصۡطَفَيۡتُكَ عَلَى ٱلنَّاسِ بِرِسَٰلَٰتِي وَبِكَلَٰمِي فَخُذۡ مَآ ءَاتَيۡتُكَ وَكُن مِّنَ ٱلشَّٰكِرِينَ١٤٤﴾ [الأعراف: 144]

{ "(Allah) belə buyurdu:  «Ya Musa! Mən Öz risalətlərimdə (Tövratın lövhələrini nazil etməklə)(səninlə arada heç bir vasitə olmadan) danışmağımla (dövründəki bütün) insanlardan səni seçib üstün tutdum. İndi sən verdiyimi al və (bu nemətlərə görə) şükür edənlərdən ol!». } [Əl-Əraf, 7:144]

Elçilər (Allahın salavatı və salamı onların üzərinə olsun) bilirlər ki, onlara nazil olan nə varsa, ilahi vəhydir. Onlar mələklərin vəhy nazil etdiyini müşahidə edirlər. Uca Allah buyurur:

﴿عَٰلِمُ ٱلۡغَيۡبِ فَلَا يُظۡهِرُ عَلَىٰ غَيۡبِهِۦٓ أَحَدًا٢٦ إِلَّا مَنِ ٱرۡتَضَىٰ مِن رَّسُولٖ فَإِنَّهُۥ يَسۡلُكُ مِنۢ بَيۡنِ يَدَيۡهِ وَمِنۡ خَلۡفِهِۦ رَصَدٗا٢٧ لِّيَعۡلَمَ أَن قَدۡ أَبۡلَغُواْ رِسَٰلَٰتِ رَبِّهِمۡ وَأَحَاطَ بِمَا لَدَيۡهِمۡ وَأَحۡصَىٰ كُلَّ شَيۡءٍ عَدَدَۢا٢٨﴾ [الجن: 26-28]

{ O, qeybi biləndir və Öz qeybini heç kəsə açmaz; razı qaldığı elçidən baş­qa. Həqi­qətən, Allah onların önündə və arxasın­da gözət­çi­lər qoyur ki, hər kəs onların, Rəbbi­nin göndər­diklərini necə təbliğ et­di­yi­ni bilsin. Allah onların nə etdiklərini nəzarəti altında sax­layır və hər şeyi ayrı-ayrılıqda hesaba alır } [Əl-Cin, 72:26-28]

Allah onlara Öz risalələrini təbliğ etməyi buyurmuşdur. Uca Allah buyurur:

﴿۞ يَٰٓأَيُّهَا ٱلرَّسُولُ بَلِّغۡ مَآ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَۖ وَإِن لَّمۡ تَفۡعَلۡ فَمَا بَلَّغۡتَ رِسَالَتَهُۥۚ وَٱللَّهُ يَعۡصِمُكَ مِنَ ٱلنَّاسِۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ٦٧﴾ [المائدة: 67]

{ Ey Rəsul! Rəbbindən sənə na­zil edi­ləni təbliğ et! Əgər bunu et­məsən, Onun risalətini ye­ri­nə ye­tir­miş olmazsan. Allah sə­ni in­san­lardan qoru­yacaq. Şüb­həsiz ki, Allah kafir toplumu doğru yola yönəlt­məz. } [Əl-Maidə, 5:67]

Uca Allah buyurur:

﴿رُّسُلٗا مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى ٱللَّهِ حُجَّةُۢ بَعۡدَ ٱلرُّسُلِۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمٗا ١٦٥﴾ [النساء: 165]

{ Biz Peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! } [Ən-Nisa, 4:165]

Elçilər (Allahın salavatı və salamı onların üzərinə olsun) Allahdan olduqca çox çəkinir və qorxur (və elə buna görə də) Onun risalələrinə nə bir şey əlavə edir, nə də Ondan bir şey bir şey əksildirlər. Uca Allah buyurur:

﴿وَلَوۡ تَقَوَّلَ عَلَيۡنَا بَعۡضَ ٱلۡأَقَاوِيلِ ٤٤ لَأَخَذۡنَا مِنۡهُ بِٱلۡيَمِينِ٤٥ ثُمَّ لَقَطَعۡنَا مِنۡهُ ٱلۡوَتِينَ٤٦ فَمَا مِنكُم مِّنۡ أَحَدٍ عَنۡهُ حَٰجِزِينَ٤٧﴾ [الحاقة: 44-47]

{ Əgər o, bəzi söz­ləri özün­dən uydurub Bizə aid et­səy­di, Biz onu sağ əlindən ya­xalayar, sonra da şah damarını kəsərdik. İçərinizdən heç kəs buna mane ola bilməzdi } [Əl-Haqqə, 69:44-47]

İbn Kəsir (Allah ona rəhmət etsin) demişdir: "Uca Allah buyurur: { Əgər o, bəzi söz­ləri özün­dən uydurub Bizə aid et­səy­di } yəni əgər Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun), müşriklərin iddia etdiyi kimi, bizə iftira yaxıb risaləmizə nə isə əlavə etmiş, yaxud ondan nə isə əksiltmiş olsaydı, yaxud özündən bir şey uydurub onu Bizə aid etsəydi, - halbuki onların dediyi kimi deyil, - Biz onun cəzasını bu dünyada verərdik. Odur ki, Uca Allah buyurur: { Biz onu sağ əlindən ya­xalayardıq. }. Deyilənə görə bu: "Biz ondan sağ əllə intiqam alardıq" deməkdir. Çünki belə etdikdə daha möhkəm yaxalamış olur. Digər rəyə görə, bu ayə: "Biz onu sağ əlindən ya­xalayardıq" mənasını ifadə edir.»

Uca Allah buyurur:

﴿وَإِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ ءَأَنتَ قُلۡتَ لِلنَّاسِ ٱتَّخِذُونِي وَأُمِّيَ إِلَٰهَيۡنِ مِن دُونِ ٱللَّهِۖ قَالَ سُبۡحَٰنَكَ مَا يَكُونُ لِيٓ أَنۡ أَقُولَ مَا لَيۡسَ لِي بِحَقٍّۚ إِن كُنتُ قُلۡتُهُۥ فَقَدۡ عَلِمۡتَهُۥۚ تَعۡلَمُ مَا فِي نَفۡسِي وَلَآ أَعۡلَمُ مَا فِي نَفۡسِكَۚ إِنَّكَ أَنتَ عَلَّٰمُ ٱلۡغُيُوبِ١١٦ مَا قُلۡتُ لَهُمۡ إِلَّا مَآ أَمَرۡتَنِي بِهِۦٓ أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ رَبِّي وَرَبَّكُمۡۚ وَكُنتُ عَلَيۡهِمۡ شَهِيدٗا مَّا دُمۡتُ فِيهِمۡۖ فَلَمَّا تَوَفَّيۡتَنِي كُنتَ أَنتَ ٱلرَّقِيبَ عَلَيۡهِمۡۚ وَأَنتَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ١١٧﴾ [المائدة: 116-117]

{ Allah deyəcək: «Ey Məryəm oğlu İsa! Sənmi insanlra: “Allahı qoyub məni və anamı iki məbud qəbul edin!» !”– demişdin? İsa deyəcək: «Sən Pak və Müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən! Mən onlara ancaq Sənin mənə əmr etdiyini: "Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin! "– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni onların arasından götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə şahidsən.» } [Əl-Maidə, 5:116-117]

Allahın öz peyğəmbərlərinə və elçilərinə (Allahın salavatı və salamı onların üzərinə olsun) bəxş etdiyi lütfündəndir ki, Öz risalələrini təbliğ etmələri üçün onları sabitqədəm etmişdir. Uca Allah buyurur:

﴿إِن نَّقُولُ إِلَّا ٱعۡتَرَىٰكَ بَعۡضُ ءَالِهَتِنَا بِسُوٓءٖۗ قَالَ إِنِّيٓ أُشۡهِدُ ٱللَّهَ وَٱشۡهَدُوٓاْ أَنِّي بَرِيٓءٞ مِّمَّا تُشۡرِكُونَ٥٤ مِن دُونِهِۦۖ فَكِيدُونِي جَمِيعٗا ثُمَّ لَا تُنظِرُونِ٥٥ إِنِّي تَوَكَّلۡتُ عَلَى ٱللَّهِ رَبِّي وَرَبِّكُمۚ مَّا مِن دَآبَّةٍ إِلَّا هُوَ ءَاخِذُۢ بِنَاصِيَتِهَآۚ إِنَّ رَبِّي عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ٥٦﴾ [هود: 54-56]

{ (Hud) dedi: «Həqiqətən, mən Allahı şahid çağırıram, siz də şahid olun ki, mən sizin şərik qoşduqlarınızdan uzağam. Ondan başqa tapındıqlarınızın hamısından uzağam. Hamılıqla mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin. Mən, Rəbbim və Rəbbi­niz olan Allaha təvəkkül et­dim. Elə bir canlı yox­dur ki, Allah onun kəkilindən tutmuş olma­sın. Həqi­qə­tən, Rəbbim düz yoldadır (ədalətlə hökm verir).} [Hud, 11:54-56]

Uca Allah buyurur:

﴿وَإِن كَادُواْ لَيَفۡتِنُونَكَ عَنِ ٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ لِتَفۡتَرِيَ عَلَيۡنَا غَيۡرَهُۥۖ وَإِذٗا لَّٱتَّخَذُوكَ خَلِيلٗا٧٣ وَلَوۡلَآ أَن ثَبَّتۡنَٰكَ لَقَدۡ كِدتَّ تَرۡكَنُ إِلَيۡهِمۡ شَيۡـٔٗا قَلِيلًا٧٤ إِذٗا لَّأَذَقۡنَٰكَ ضِعۡفَ ٱلۡحَيَوٰةِ وَضِعۡفَ ٱلۡمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَيۡنَا نَصِيرٗا ٧٥﴾ [الإسراء: 73-75]

{ Müşriklər səni, sənə vəhy etdi­yi­mizdən az qala döndərə­cək­di­lər ki, Qu­randan başqa bir şeyi Bizə aid edəsən. Belə ol­duğu hal­da onlar səni özlərinə dost tutacaqdılar. Əgər Biz səni dinində sa­bit sax­la­masaydıq, əlbəttə, az­ca da ol­sa onlara meyl edə­cək­din. Belə olacağı təqdirdə sə­nə hə­ya­tın və ölümün əza­bını ikiqat daddı­rar­dıq. Sonra Bizə qarşı özünə bir köməkçi də ta­pa bilməz­din. } [Əl-İsra, 17:73-75]

Bu və bundan əvvəlki ayə dəlildir ki, Quran aləmlərin Rəbbindən nazil olmuşdur. Belə ki, əgər o, Muhəmməd Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) tərəfindən yazılmış olsaydı, orada onun özünə aid olan belə sözlər olmazdı. Pak, Müqəddəs və Uca Allah Öz peyğəmbərlərini insanlardan qoruyur. Uca Allah buuyrur:

﴿۞ يَٰٓأَيُّهَا ٱلرَّسُولُ بَلِّغۡ مَآ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَۖ وَإِن لَّمۡ تَفۡعَلۡ فَمَا بَلَّغۡتَ رِسَالَتَهُۥۚ وَٱللَّهُ يَعۡصِمُكَ مِنَ ٱلنَّاسِۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ٦٧﴾ [المائدة: 67]

{ Ey Rəsul! Rəbbindən sənə na­zil edi­ləni təbliğ et! Əgər bunu et­məsən, Onun risalətini ye­ri­nə ye­tir­miş olmazsan. Allah sə­ni in­san­lardan qoruyacaq. Şüb­həsiz ki, Allah kafir toplumu doğru yola yönəlt­məz. } [Əl-Maidə, 5:67]

Uca Allah buyurur:

﴿۞ وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ نُوحٍ إِذۡ قَالَ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ إِن كَانَ كَبُرَ عَلَيۡكُم مَّقَامِي وَتَذۡكِيرِي بِـَٔايَٰتِ ٱللَّهِ فَعَلَى ٱللَّهِ تَوَكَّلۡتُ فَأَجۡمِعُوٓاْ أَمۡرَكُمۡ وَشُرَكَآءَكُمۡ ثُمَّ لَا يَكُنۡ أَمۡرُكُمۡ عَلَيۡكُمۡ غُمَّةٗ ثُمَّ ٱقۡضُوٓاْ إِلَيَّ وَلَا تُنظِرُونِ٧١﴾ [يونس: 71]

{ Onlara Nuhun əh­vala­tı­nı oxu. Bir zaman o, öz qöv­mü­nə de­mişdi: “Ey qövmüm! Əgər ara­nızda qalmağım və Allahın ayə­lə­ri­ni xatırlatmağım sizə ağır gə­lirsə, mən Allaha təvək­kül edi­rəm. Allaha qoşduğu­nuz şəriklər­lə bir­ləşib sözü bir yerə qoyun, sonra da işi­nizi aşkarda görün. Bundan sonra mə­nə qarşı bacar­dığınızı edin və mənə möh­lət verməyin. } [Yunus, 10:71]

Uca Allah Musanın (Allahin ona salamı olsun) dediyi söz haqda belə xəbər verir:

﴿قَالَا رَبَّنَآ إِنَّنَا نَخَافُ أَن يَفۡرُطَ عَلَيۡنَآ أَوۡ أَن يَطۡغَىٰ٤٥ قَالَ لَا تَخَافَآۖ إِنَّنِي مَعَكُمَآ أَسۡمَعُ وَأَرَىٰ ٤٦﴾ [طه: 45-46]

{ Onlar dedilər: «Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq.». Allah buyurdu: «Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm!». } [Ta ha, 20:45-46]

Uca Allah bəyan emtişdir ki, O, Öz peyğəmbərlərini onların düşmənlərindən qoruyur və düşmənləri onlara heç bir pislik edə bilməzlər. Pak, Müqəddəs və Uca Allah xəbər verir ki, O, nazil etdiyi vəhyi (Quranı) qoruyacaq, beləliklə də, ona heç nə əlavə edilməyəcək və ondan heç bir şey əksilmətəcək. Uca Allah buyurur:

﴿إِنَّا نَحۡنُ نَزَّلۡنَا ٱلذِّكۡرَ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ ٩﴾ [الحجر: 9]

{ Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq! } [Əl-Hicr, 15:9]

Peyğəmbərlər (Allahın onlara salamı olsun) ağıla və əxlaq müxalif olan hər bir şeydən məsumdurlar. Uca Allah Peyğəmbəri Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) günahsız olduğu haqda belə buyurur:

﴿وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٖ٤﴾ [القلم: 4]

{ Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən! } [Əl-Qələm, 68:4]

Uca Allah onun haqqında həmçinin buyurur::

﴿وَمَا صَاحِبُكُم بِمَجۡنُونٖ٢٢﴾ [التكوير: 22]

{ Sizin dostunuz Muhəmməd divanə deyil. } [Ət-Təkvir, 81:22]

Bu ona görədir ki, onlar (özlərinə həvalə edilmiş) risaləni ən gözəl şəkildə təbliğ etsinlər. peyğəmbərlərə (Allahın onlara salamı olsun), sadəcə Allahın əmrlərini Onun qullarına təbliğ etmək tapşırılmışdır. Yoxsa ki, onların nə rububiyyət, nə də uluhiyyət tövhidi ilə bir əlaqəsi var, əksinə, onlar başqa insanlar kimi insanlardır. Allah sadəcə onlara Öz risalələrini vəhy edir. Uca Allah buyurur:

﴿قَالَتۡ لَهُمۡ رُسُلُهُمۡ إِن نَّحۡنُ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡ وَلَٰكِنَّ ٱللَّهَ يَمُنُّ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۖ وَمَا كَانَ لَنَآ أَن نَّأۡتِيَكُم بِسُلۡطَٰنٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ ١١﴾ [إبراهيم: 11]

{ Elçiləri onlara dedilər: “Biz də si­zin kimi bir insanıq. La­kin Allah Öz qul­la­rından is­tə­diyinə lütfkarlıq edir. Alla­hın izni ol­ma­dan biz sizə heç bir dəlil gətirə bilmərik. Qoy mö­minlər ancaq Alla­ha təvək­kül etsinlər. } [İbrahim, 14:11]

Uca Allah Öz Rəsulu Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) öz qövmünə belə buyurmasını əmr edir:

﴿قُلۡ إِنَّمَآ أَنَا۠ بَشَرٞ مِّثۡلُكُمۡ يُوحَىٰٓ إِلَيَّ أَنَّمَآ إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ فَمَن كَانَ يَرۡجُواْ لِقَآءَ رَبِّهِۦ فَلۡيَعۡمَلۡ عَمَلٗا صَٰلِحٗا وَلَا يُشۡرِكۡ بِعِبَادَةِ رَبِّهِۦٓ أَحَدَۢا١١٠﴾ [الكهف: 110]

{ De: «Mən də sizin kimi bir in­sa­nam. Mənə vəhy olu­nur ki, si­zin məbu­dunuz Tək olan İlah­dır. Kim Rəbbi ilə qar­şılaşaca­ğına ümid bəslə­yirsə, yaxşı iş­lər gör­sün və yerinə yetirdiyi ibadət­lə­rin­də Rəb­bi­nə heç kəsi şərik qoşmasın!» } [Əl-Kəhf, 18:110]

 23- İslam dini (insanları və cinləri) ibadətlərin böyük əsasları ilə yalnız Allaha ibadət etməyə dəvət edir. Bunlar: (birincisi) namazdır; qiyamdan, rükudan, səcdədən, Allahı zikr etmək, Ona təriflər söyləmək və Ona dua etməkdən ibarət olan ibadətdir ki, adam onu gündəlik olaraq beş vaxtda qılmalıdır. Bu ibadət əsnasında, insanlar bir cərgəyə düzüldükdə, varlı ilə kasıb, habelə rəislə onun tabeçiliyində olan kimsələr arasında fərq qalmır. (İkincisi) zəkatdır; bu, Allahın təyin etdiyi miqdara və şərtlərə uyğun olan, ildə bir dəfə varlılardan götürülüb kasıblara və başqa ehtiyaclılara verilməsi vacib olan az miqdarda maldır. (Üçüncüsü) orucdur; bu, ramazan ayının gündüzlərini orucu pozan amillərdən uzaq durmaqdır ki, insan bunun sayəsində nəfsini tərbiyə edir və səbir olmağı öyrənir. (Dördüncüsü) həcdir; bu da, imkanı olan kimsənin, ömründə bir dəfə Məkkeyi-Mükərrəmədə yerləşən Kəbəni ziiyarət etməsidir. Bu həcc ziyarətində insanların hamısı eyni görünüşdə Pak və Müqəddəs Xaliqə üz tutur və beləliklə, onların arasındakı fərq aradan qalxır.

İslam dini (bəşəriyyəti) böyük ibadətlərlə, habelə başqa ibadətlərlə də Allaha ibadət etməyə dəvət edir. Allah bu əzəmətli ibadətləri peyğəmbərlərə və elçilərə (Allahın salavatı və salamı onların üzərinə olsun) vacib buyurmuşdur. İbadətlərin ən əzəmətliləri isə bunlardır:

 1.  Namazdır

Allah onu digər peyğəmbərlərə və elçilərə (Allahın salavatı və salamı onların üzərinə olsun) vacib buyurduğu kimi, müsəlmanlara da vacib buyurmuşdur. Allah Öz Peyğəmbərinə, çox sevdiyi İbrahimə (Allahın onlara salamı olsun) əmr edir ki, Evi­ni təvaf edən­lər, namaz qılanlar, rüku və səc­də edən­lər üçün təmizləsin. Uca Allah buyurur:

﴿وَإِذۡ جَعَلۡنَا ٱلۡبَيۡتَ مَثَابَةٗ لِّلنَّاسِ وَأَمۡنٗا وَٱتَّخِذُواْ مِن مَّقَامِ إِبۡرَٰهِـۧمَ مُصَلّٗىۖ وَعَهِدۡنَآ إِلَىٰٓ إِبۡرَٰهِـۧمَ وَإِسۡمَٰعِيلَ أَن طَهِّرَا بَيۡتِيَ لِلطَّآئِفِينَ وَٱلۡعَٰكِفِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ ١٢٥﴾ [البقرة: 125]

{ Bir zaman Biz Müqəddəs Evi insan­lar üçün zi­yarətgah və əmin-aman­­ bir ye­ﷺ‬ etdik. “İb­ra­himin durduğu yeri na­mazgah edin!” Biz İb­ra­hi­mə və İs­mailə buyurduq: “Evi­mi təvaf edən­lər, eti­kafa gi­rən­lər, rüku və səc­də edən­lər üçün təmizləyin! } [Əl-Bəqərə, 2:125]

Allah ilk dəfə Musaya (Allahin ona salamı olsun) xitab edərkən ona namaz qılmasını əmr etmişdir. Uca Allah buyurur:

﴿إِنِّيٓ أَنَا۠ رَبُّكَ فَٱخۡلَعۡ نَعۡلَيۡكَ إِنَّكَ بِٱلۡوَادِ ٱلۡمُقَدَّسِ طُوٗى ١٢ وَأَنَا ٱخۡتَرۡتُكَ فَٱسۡتَمِعۡ لِمَا يُوحَىٰٓ١٣ إِنَّنِيٓ أَنَا ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعۡبُدۡنِي وَأَقِمِ ٱلصَّلَوٰةَ لِذِكۡرِيٓ١٤﴾ [طه: 12-14]

{ Həqiqətən, Mən sənin Rəb­binəm. Başmaqlarını çı­xart. Çün­ki sən müqəd­dəs Tuva va­disindəsən! } { Mən səni seçmişəm. Sə­nə vəhy olunanı dinlə! } { "Həqiqətən, Mən Alla­ham! Məndən başqa heç bir məbud yox­­dur. Mənə iba­dət et və Mə­ni xatır­lamaq üçün namaz qıl! } [Ta ha 20:12-14]

Məsih İsa (Allahin ona salamı olsun) Allahın ona namaz qılmasını və zəkat verməsini əmr etdiyini xəbər vermişdir.Uca Allahın xəbər veridyi kimi İsa belə demişdir:

﴿وَجَعَلَنِي مُبَارَكًا أَيۡنَ مَا كُنتُ وَأَوۡصَٰنِي بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ مَا دُمۡتُ حَيّٗا٣١﴾ [مريم: 31]

{ Harada oluramsa olum, məni mü­barək etdi və nə qə­dər ki sa­ğam, mə­nə namaz qılıb zəkat verməyi əmr etdi. } [Məryəm, 19:31]

İslam dinində namaz; qiyamdan, rükudan, səcdədən, Allahı zikr etmək, Ona təriflər söyləmək və Ona dua etməkdən ibarət olan ibadətdir ki, adam onu gündəlik olaraq beş vaxtda qılmalıdır. Uca Allah buyurur:

﴿حَٰفِظُواْ عَلَى ٱلصَّلَوَٰتِ وَٱلصَّلَوٰةِ ٱلۡوُسۡطَىٰ وَقُومُواْ لِلَّهِ قَٰنِتِينَ٢٣٨﴾ [البقرة: 238]

{ (Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına) riayət (əməl) edin və Allaha müti olaraq ayağa qalxın (namaza durun). } [Əl-Bəqərə, 2:238]

Uca Allah buyurur:

﴿أَقِمِ ٱلصَّلَوٰةَ لِدُلُوكِ ٱلشَّمۡسِ إِلَىٰ غَسَقِ ٱلَّيۡلِ وَقُرۡءَانَ ٱلۡفَجۡرِۖ إِنَّ قُرۡءَانَ ٱلۡفَجۡرِ كَانَ مَشۡهُودٗا٧٨﴾ [الإسراء: 78]

{ Gün batmağa meyl edən­dən ge­cə­nin qaranlığına­dək bəl­li vaxt­­larda namaz qıl və sübh çağı Quran oxu (fəcr nama­zını da qıl)! Çün­ki sübh çağı oxu­nan Quranın şahidləri olur. } [Əl-İsra, 17:78]

(Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Rükuda qüdrətli və qüvvətli Rəbbi Uca və ulu tutun. Səcdədə isə çoxlu-çoxlu dua edin. Əlbəttə ki, orada duanızın qəbul olması gercəyə çıxmağa daha yaxındır.» [Səhih Müslim, (479)]

 2.   Zəkatdır

Allah onu əvvəlki peyğəmbərlərə və elçilərə (Allahın salavatı və salamı onların üzərinə olsun) vacib buyurduğu kimi, müsəlmanlara da vacib buyurmuşdur. Bu, Allahın təyin etdiyi miqdara və şərtlərə uyğun olan, ildə bir dəfə varlılardan götürülüb kasıblara və başqa ehtiyaclılara verilməsi vacib olan az miqdarda maldır. Uca Allah buyurur:

﴿خُذۡ مِنۡ أَمۡوَٰلِهِمۡ صَدَقَةٗ تُطَهِّرُهُمۡ وَتُزَكِّيهِم بِهَا وَصَلِّ عَلَيۡهِمۡۖ إِنَّ صَلَوٰتَكَ سَكَنٞ لَّهُمۡۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ١٠٣﴾ [التوبة: 103]

{ Onların mallarından sə­də­qə götür ki, bununla onları Pak edib tə­mi­zə çıxarasan. On­lar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlik­dir. Allah hər şeyi eşidən­dir, hər şeyi biləndir. } [Ət-Tovbə, 9:103]

Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) Muazı (Allah ondan razı olsun) Yəmənə göndərdiyi zaman ona belə buyurmuşdur:  «Sən Kitab əhlindən olan bir qövmün yanına gedirsən. Onları Allahdan başqa (ibadətə haqqı olan) məbudun olmadığına və mənim Allahın Rəsulu olduğuma şəhadət verməyə dəvət et. Əgər bu işdə sənə itaət etsələr, onlara xəbər ver ki, Allah onlara gündəlik olaraq beş vaxt namaz qılmağı vacib buyurmuşdur. Əgər bu işdə sənə itaət etsələr, onları xəbərdar et ki, Allah onlara zəkat verməyi, varlılarından götürülüb kasıblarına paylanılmasını vacib buyurmuşdur. Əgər bu işdə də sənə itaət etsələr, onda onların mallarının ən qiymətlisini götürməkdən çəkin və məzlumun bədduasından qorx. Çünki onunla Allah arasında (bu bədduanın qarşısını ala biləcək) heç bir pərdə yoxdur.». [Bu hədisi Əl-Buxari (1496), Müslim (121) və Tirmizi rəvayət etmişdir (625).]

 3.  Orucdur

Allah onu əvvəlki peyğəmbərlərə və elçilərə (Allahın salavatı və salamı onların üzərinə olsun) vacib buyurduğu kimi, müsəlmanlara da vacib buyurmuşdur. Uca Allah buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُتِبَ عَلَيۡكُمُ ٱلصِّيَامُ كَمَا كُتِبَ عَلَى ٱلَّذِينَ مِن قَبۡلِكُمۡ لَعَلَّكُمۡ تَتَّقُونَ١٨٣﴾ [البقرة: 183]

{ Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! } [Əl-Bəqərə, 2:183]

Bu, ramazan ayının gündüzlərini orucu pozan amillərdən uzaq durmaqdır ki, insan bunun sayəsində nəfsini tərbiyə edir və səbir olmağı öyrənir. Peygəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Allah buyurur: «(Adəm övladının tutduğu) oruc Mənim üçündür və elə buna görə də, Mən oruc tutan adama ayrıca mükafat verəcəyəm. O, Mənim xatirimə şəhvətini, yeməyini və içməyini tərk etmişdir. Oruc qalxandır.Oruc tutan adamın iki sevinc anı vardır: bir orucunu açdığı iftar vaxtında sevinər; bir də Rəbbinə qovuşduğu zaman tutduğu oruca görə sevinəcəkdir.».» [Səhih Əl-Buxari, (7492)]

 4.  Həcdir

Allah onu əvvəlki peyğəmbərlərə və elçilərə (Allahın salavatı və salamı onların üzərinə olsun) vacib buyurduğu kimi, müsəlmanlara da vacib buyurmuşdur. Allah sevimli dost İbrahimə (Allahin ona salamı olsun) həcci elan etməyi əmr etmişdir. Uca Allah buyurur:

﴿وَأَذِّن فِي ٱلنَّاسِ بِٱلۡحَجِّ يَأۡتُوكَ رِجَالٗا وَعَلَىٰ كُلِّ ضَامِرٖ يَأۡتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٖ٢٧﴾ [الحج: 27]

{ İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yol­dan gələn qayışbaldır dəvələr üs­tündə gəl­sin­lər. } [Əl-Həcc, 22:27]

Allah ona qədim evi (Kəbəni) hacılar üçün təmizləməyi əmr etmişdir. Uca Allah buyurur:

﴿وَإِذۡ بَوَّأۡنَا لِإِبۡرَٰهِيمَ مَكَانَ ٱلۡبَيۡتِ أَن لَّا تُشۡرِكۡ بِي شَيۡـٔٗا وَطَهِّرۡ بَيۡتِيَ لِلطَّآئِفِينَ وَٱلۡقَآئِمِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ٢٦﴾ [الحج: 26]

{ Bir zaman Biz İbrahimə Müqəddəs Evin yerini nişan ve­rib «Mə­nə heç bir şeyi şərik qoşma, Evimi təvaf edənlər, na­maza du­ran­lar, rüku və səcdə edənlər üçün təmizlə! » – de­miş­dik. } [Əl-Həcc, 22:26]

Həcc: yoluna gücü yetən kimsənin ömüründə bir dəfə, məlum ayinləri yerinə yetirmək üçün Məkkeyi-mükərrəmədə yerləşən Allahın evini ziyarət etməkdir. Uca Allah buyurur:

﴿فِيهِ ءَايَٰتُۢ بَيِّنَٰتٞ مَّقَامُ إِبۡرَٰهِيمَۖ وَمَن دَخَلَهُۥ كَانَ ءَامِنٗاۗ وَلِلَّهِ عَلَى ٱلنَّاسِ حِجُّ ٱلۡبَيۡتِ مَنِ ٱسۡتَطَاعَ إِلَيۡهِ سَبِيلٗاۚ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ عَنِ ٱلۡعَٰلَمِينَ ٩٧﴾ [آل عمران: 97]

{ Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir! } [Ali-İmran, 3:97]

Müsəlman hacılar həcc ziyarətində bir yerə toplaşır, ixlasla (səmimi-qəlbdən) Pak və Müqəddəs Xaliqə ibadət edirlər. Hacıların hamısı həcc ayinlərini (zahiri görünüşcə) bərabər şəkildə yerinə yetirirlər. Beləliklə də, (onların arasında olan) yüksək məqam sahibləri, zadəganlar və imkanlılar (başqalarından) seçilmirlər.

 24- İslam dinindəki ibadətlərin məziyyətini göstərən ən əzəmətli amil budur ki, onların necə yerinə yetirilməsini, vaxtlarını və şərtlərini Pak, Müqəddəs və Uca Allah qanunlaşdırmış və Onun Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) də onu təbliğ etmişdir. Və bu günə qədər heç bir insan bu ibadətlərə nə isə artırmaq, yaxud onlardan nə isə əskiltmək üçün onlara müdaxilə edə bilməmişdir. Peyğəmbərlərin (Allahın onlara salamı olsun) hamısı (insanları) bu əzəmətli ibadətləri yerinə yetirməyə dəvət etmişlər.

İslam dinindəki ibadətlərin məziyyətini göstərən ən əzəmətli amil budur ki, onların necə yerinə yetirilməsini, vaxtlarını və şərtlərini Pak, Müqəddəs və Uca Allah qanunlaşdırmış və Onun Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) də onu təbliğ etmişdir. Və bu günə qədər heç bir insan bu ibadətlərə nə isə artırmaq, yaxud onlardan nə isə əskiltmək üçün onlara müdaxilə edə bilməmişdir.Uca Allah buyurur:

﴿ ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ وَأَتۡمَمۡتُ عَلَيۡكُمۡ نِعۡمَتِي وَرَضِيتُ لَكُمُ ٱلۡإِسۡلَٰمَ دِينٗاۚ ٣﴾ [المائدة: 3]

{ … Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim. } [Əl-Maidə, 5:3]

Uca Allah buyurur:

﴿فَٱسۡتَمۡسِكۡ بِٱلَّذِيٓ أُوحِيَ إِلَيۡكَۖ إِنَّكَ عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ٤٣﴾ [الزخرف: 43]

{ Elə isə sən özünə vəhy olunana sarıl! Şübhəsiz ki, sən düz yoldasan. } [Əz-Zuxruf, 43:43]

Uca Allah namaz xüsusunda belə buyurur:

﴿فَإِذَا قَضَيۡتُمُ ٱلصَّلَوٰةَ فَٱذۡكُرُواْ ٱللَّهَ قِيَٰمٗا وَقُعُودٗا وَعَلَىٰ جُنُوبِكُمۡۚ فَإِذَا ٱطۡمَأۡنَنتُمۡ فَأَقِيمُواْ ٱلصَّلَوٰةَۚ إِنَّ ٱلصَّلَوٰةَ كَانَتۡ عَلَى ٱلۡمُؤۡمِنِينَ كِتَٰبٗا مَّوۡقُوتٗا١٠٣﴾ [النساء: 103]

{ Namazı bitirdikdən son­­ra ayaq üstə olanda da, otu­ran­da da, uza­nanda da Allahı yad edin. Düşmənin hücum etməyəcəyindən arxayın olduqda isə, namazı lazımi qay­dada qı­lın. Çün­ki namaz mömin­lərə vaxtları müəyyən edilmiş bir fərzdir. } [Ən-Nisa, 4:103]

Uca Allah zəkat verilməsi barədə belə buyurur:

﴿۞ إِنَّمَا ٱلصَّدَقَٰتُ لِلۡفُقَرَآءِ وَٱلۡمَسَٰكِينِ وَٱلۡعَٰمِلِينَ عَلَيۡهَا وَٱلۡمُؤَلَّفَةِ قُلُوبُهُمۡ وَفِي ٱلرِّقَابِ وَٱلۡغَٰرِمِينَ وَفِي سَبِيلِ ٱللَّهِ وَٱبۡنِ ٱلسَّبِيلِۖ فَرِيضَةٗ مِّنَ ٱللَّهِۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ٦٠﴾ [التوبة: 60]

{ Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir! } [Ət-Tovbə, 9:60]

Uca Allah oruc barədə belə buyurur:

﴿شَهۡرُ رَمَضَانَ ٱلَّذِيٓ أُنزِلَ فِيهِ ٱلۡقُرۡءَانُ هُدٗى لِّلنَّاسِ وَبَيِّنَٰتٖ مِّنَ ٱلۡهُدَىٰ وَٱلۡفُرۡقَانِۚ فَمَن شَهِدَ مِنكُمُ ٱلشَّهۡرَ فَلۡيَصُمۡهُۖ وَمَن كَانَ مَرِيضًا أَوۡ عَلَىٰ سَفَرٖ فَعِدَّةٞ مِّنۡ أَيَّامٍ أُخَرَۗ يُرِيدُ ٱللَّهُ بِكُمُ ٱلۡيُسۡرَ وَلَا يُرِيدُ بِكُمُ ٱلۡعُسۡرَ وَلِتُكۡمِلُواْ ٱلۡعِدَّةَ وَلِتُكَبِّرُواْ ٱللَّهَ عَلَىٰ مَا هَدَىٰكُمۡ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ١٨٥﴾ [البقرة: 185]

{ İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz. } [Əl-Bəqərə, 2:185]

Uca Allah həcc barədə belə buyurur:

﴿ٱلۡحَجُّ أَشۡهُرٞ مَّعۡلُومَٰتٞۚ فَمَن فَرَضَ فِيهِنَّ ٱلۡحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِي ٱلۡحَجِّۗ وَمَا تَفۡعَلُواْ مِنۡ خَيۡرٖ يَعۡلَمۡهُ ٱللَّهُۗ وَتَزَوَّدُواْ فَإِنَّ خَيۡرَ ٱلزَّادِ ٱلتَّقۡوَىٰۖ وَٱتَّقُونِ يَٰٓأُوْلِي ٱلۡأَلۡبَٰبِ١٩٧﴾ [البقرة: 197]

{ Həcc (mövsümü) məlum olan aylardır (şəvval, zülqədə ayları və zülhiccənin birinci on günü). (Həmin aylarda) həcc ziyarəti vacib olan (həcci özünə vacib bilən) şəxsə həcdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz. Allah gördüyünüz hər bir yaxşı işi bilir. (Həcc və ya axirət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun! } [Əl-Bəqərə, 2:197]

Peyğəmbərlərin (Allahın onlara salamı olsun) hamısı (insanları) bu əzəmətli ibadətləri yerinə yetirməyə dəvət etmişlər.

 25 - İslam Elçisi - İbrahimin oğlu İsmailin (ِAllahın onlara salamı olsun) nəslindən olan Muhəmmməd ibn Abdullahdır (Allahın salavatı və salamı onun üzərinə olsun). Miladi tarixlə 571-ci ildə Məkkədə dünyaya gəlmiş, orada ona Peyğəmbərlik verilmiş, sonra Mədinəyə hicrət etmişdir. O, Allah şərik qoşmaq məsləsində öz qövmünə qoşulmamış, lakin onların adətlə bağlı təqdirəlayiq işlərində iştirak etmişdir. Ona Peyğəmbərlik verilməmişdən əvvəl də böyük əxlaq sahibi idi, hətta qövmü onu "əmin/etibarlı" adlandırırdı. Qırx yaşına çatdıqda, Allah onu Peyğəmbər göndərmiş, Allah ona əzəmətli ayələr (möcüzələr) bəxş etməklə ona dəstək vermişdir. Bu möcüzələrin ən əzəmətli isə Qurani Kərimdir. Quran, peyğəmbərlərin (Allahın salavatı və salamı onun üzərinə olsun) möcüzələrinin ən əzəmətlisidir. O, peyğəmbərlərin (Allahın salavatı və salamı onun üzərinə olsun) möcüzələrindən bu günə qədər qalmış (yeganə) möcüzədir. Allah bu dini kamilləşdirdikdən və Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) da onu tam şəkildə təbliğ etdikdən sonra altmış üç yaşında vəfat etmiş və Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) şəhərində dəfn edilmişdir. Muhəmməd Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) peyğəmbərlərin və elçilərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sonuncusudur. Allah onu doğru yol göstəricisi və haqq din ilə göndərmişdir ki, insanları bütpərəstlik zülmətlərindən, küfrdən və cəhalətdən, tövhid və iman nuruna çıxartsın. Allah şahidlik etmişdir ki, onu, Öz izni ilə (insanları) Allaha dəvət etmək üçün Peyğəmbər göndərmişdir.

İslam Elçisi - İbrahimin oğlu İsmailin (ِAllahın onlara salamı olsun) nəslindən olan Muhəmmməd ibn Abdullahdır (Allahın salavatı və salamı onun üzərinə olsun). Miladi tarixlə 571-ci ildə Məkkədə dünyaya gəlmiş, orada ona Peyğəmbərlik verilmiş, sonra Mədinəyə hicrət etmişdir. O, Allah şərik qoşmaq məsələsində öz qövmünə qoşulmamış, lakin onların adətlə bağlı təqdirəlayiq işlərində iştirak etmişdir. Ona Peyğəmbərlik verilməmişdən əvvəl də böyük əxlaq sahibi idi. Rəbbi onun böyük əxlaq sahibi olduğunu bildirmişdir. Uca Allah onun haqqında belə buyurur:

﴿وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٖ٤﴾ [القلم: 4]

{ Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən! } [əl-Qələm, 68:4]

Qırx yaşına çatdıqda, Allah onu Peyğəmbər göndərmiş, Allah ona əzəmətli ayələr (möcüzələr) bəxş etməklə ona dəstək vermişdir. Bu möcüzələrin ən əzəmətli isə Qurani Kərimdir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Peyğəmbərlərin hər birinə, insanı imana gətirəcək möcüzə göstərmək qüdrəti verilmişdir. Mənə isə, Allahın nazil etdiyi vəhy bəxş edilmişdir. Mən ümid edirəm ki, Qiyamət günü mənim ardıcıllarım onların hamısından çox olacaq.» [Səhih Əl-Buxari, (4981)]

Əzəmətli Quran, Allahın Öz Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) nazil etdiyi vəhyidir. Bu xüsusda Allah buyurur:

﴿ذَٰلِكَ ٱلۡكِتَٰبُ لَا رَيۡبَۛ فِيهِۛ هُدٗى لِّلۡمُتَّقِينَ٢﴾ [البقرة: 2]

{ Bu, qətiyyən şübhə do­ğur­ma­­yan, müttəqilərə doğru yol gös­tə­rən bir Ki­tabdır. } [Əl-Bəqərə, 2:2]

Uca Allah həmçinin buyurur:

﴿أَفَلَا يَتَدَبَّرُونَ ٱلۡقُرۡءَانَۚ وَلَوۡ كَانَ مِنۡ عِندِ غَيۡرِ ٱللَّهِ لَوَجَدُواْ فِيهِ ٱخۡتِلَٰفٗا كَثِيرٗا٨٢﴾ [النساء: 82]

{ Onlar Quran ba­rə­­sində dü­şünmürlərmi?! Əgər o, Allahdan başqa­sı tərəfindən ol­saydı, əlbəttə, onda çoxlu ixtilaf ta­pardı­lar. } [Ən-Nisa, 4:82]

Allah cinləri və insanları Quranın bənzərini gətirmələri xüsusunda hədələmişdir. Uca Allah buyurur:

﴿قُل لَّئِنِ ٱجۡتَمَعَتِ ٱلۡإِنسُ وَٱلۡجِنُّ عَلَىٰٓ أَن يَأۡتُواْ بِمِثۡلِ هَٰذَا ٱلۡقُرۡءَانِ لَا يَأۡتُونَ بِمِثۡلِهِۦ وَلَوۡ كَانَ بَعۡضُهُمۡ لِبَعۡضٖ ظَهِيرٗا ٨٨﴾ [الإسراء: 88]

{ De: «Əgər insanlar və cin­lər bu Qurana bənzər bir şey gə­tir­mək üçün bir yerə top­la­şıb, bir-birinə kömək etsələr belə ona bən­zə­rini gətirə bilməz­lər.» } [Əl-İsra, 17:88]

Allah onları, həmçinin, Qurandakı surələrə bənzər on surə gətirmələri xüsusunda hədələmişdir. Uca Allah buyurur:

﴿أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۖ قُلۡ فَأۡتُواْ بِعَشۡرِ سُوَرٖ مِّثۡلِهِۦ مُفۡتَرَيَٰتٖ وَٱدۡعُواْ مَنِ ٱسۡتَطَعۡتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمۡ صَٰدِقِينَ ١٣﴾ [هود: 13]

{  Yoxsa onlar: «Muhəm­məd onu özün­­dən uydurdu?!»; ?!”– de­yir­lər. De: «Əgər doğ­­ru danı­şır­­sı­nızsa, ona bənzər uy­du­rul­muş on su­rə də siz gətirin və Allah­­dan başqa, kimi ba­ca­rır­sınızsa, kö­məyə ça­ğı­rın!» } [Hud, 11:13]

Allah onları hətta Qurandakı surələrə bənzər bir surə gətirmələri xüsusunda da hədələmişdir. Uca Allah buyurur:

﴿وَإِن كُنتُمۡ فِي رَيۡبٖ مِّمَّا نَزَّلۡنَا عَلَىٰ عَبۡدِنَا فَأۡتُواْ بِسُورَةٖ مِّن مِّثۡلِهِۦ وَٱدۡعُواْ شُهَدَآءَكُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمۡ صَٰدِقِينَ٢٣﴾ [البقرة: 23]

{ Əgər qulumuza nazil et­di­yi­mizə şübhə edirsinizsə, on­da ona bən­zər bir surə gətirin və əgər doğru de­yirsiniz­sə, Allah­dan sava­yı bü­tün şahidlə­rinizi kö­məyə çağı­rın! } [Əl-Bəqərə, 2:23]

Əzəmətli Quran Peyğəmbərlərin (Allahın salavatı və salamı onların üzərinə olsun) möcüzələrindən bu günə qədər qalmış (yeganə) möcüzəsidir. Allah bu dini Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) üçün kamilləşdirdikdən və Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) da, onu tam şəkildə təbliğ etdikdən sonra, Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) altmış üç yaşında vəfat etmiş və Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) şəhərində dəfn edilmişdir.

Muhəmməd Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) peyğəmbərlərin və rəsulların (Allahın salavatı və salamı onların üzərinə olsun) sonuncusudur. Uca Allah buyurur:

﴿مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٖ مِّن رِّجَالِكُمۡ وَلَٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّـۧنَۗ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا ٤٠﴾ [الأحزاب: 40]

{ Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. } [Əl-Əhzab, 33:40]

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: «Mənim və məndən əvvəlki peyğəmbərlərin məsəli, gözəl və heyrətamiz bir ev tikmiş, lakin kərpicinin birini qoymamış bir kimsənin məsəlinə bənzəyir. Camaat bu evin yanyörəsindən keçir, ona təəccüb edir və deyirlər: «Nə üçün bura bir kərpic qoyulmayıb?» (Sonra) Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) davam edib dedi: «O kərpic mənəm və mən peyğəmbərlərin sonuncusuyam.».» [Səhih Əl-Buxari, (3535)]

İncildə Məsih (Allahin ona salamı olsun) Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) Peyğəmbər göndəriləcəyi barədə müjdə verib demişdir: "Məgər siz ilahi kitablarda bunu heç oxumamısınız: "Bənnaların rədd etdiyi daş, guşənin baş (əsas) daşı oldu. Bu, Rəbbin işidir. Gözümüzdə xariqəli bir işdir." (Matta, 21:42)

Hazırki dövrdə olan Tövratın səhifələrində - Allahın Musaya (Allahin ona salamı olsun) belə buyurduğu xəbər verilir: "Onlara qardaşları arasından sənin kimi bir Peyğəmbər göndərəcəm. Sözlərimi onun ağzından eşidəcəksiniz. Ona buyurduqlarımın hamısını onlara bildirəcək." (Təsniyə, 18:18)

Allah Muhəmməd Peyğəmbəri (səllallahu aleyhi vəsəlləm) doğru yol göstəricisi və haqq din ilə göndərmişdir. Allah şahidlik etmişdir ki, o, haqq yoldadır və onu, Öz izni ilə (insanları) Allaha dəvət etmək üçün Peyğəmbər göndərmişdir. Uca Allah buyurur:

﴿لَّٰكِنِ ٱللَّهُ يَشۡهَدُ بِمَآ أَنزَلَ إِلَيۡكَۖ أَنزَلَهُۥ بِعِلۡمِهِۦۖ وَٱلۡمَلَٰٓئِكَةُ يَشۡهَدُونَۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدًا١٦٦﴾ [النساء: 166]

{ Fəqət Allah sənə nazil et­diyinə şahidlik edər. O, bu Qura­nı Öz elmi ilə nazil etdi. Mələklər də buna şahidlik edərlər. Şahid ola­raq Allah yetər. } [Ən-Nisa, 4:166]

Uca Allah buyurur:

﴿هُوَ ٱلَّذِيٓ أَرۡسَلَ رَسُولَهُۥ بِٱلۡهُدَىٰ وَدِينِ ٱلۡحَقِّ لِيُظۡهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدٗا ٢٨﴾ [الفتح: 28]

{ İslamı bütün dinlərdən üstün et­sin deyə Öz Elçisini hi­da­yət­lə və həqiqi dinlə gön­dərən Odur. Şahid olaraq Allah yetər. } [Əl-Fəth, 48:28]

Allah onu doğru yol göstəricisi ilə göndərmişdir ki, insanları bütpərəstlik zülmətlərindən, küfrdən və cəhalətdən, tövhid və iman nuruna çıxartsın.Uca Allah buyurur:

﴿يَهۡدِي بِهِ ٱللَّهُ مَنِ ٱتَّبَعَ رِضۡوَٰنَهُۥ سُبُلَ ٱلسَّلَٰمِ وَيُخۡرِجُهُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ بِإِذۡنِهِۦ وَيَهۡدِيهِمۡ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ١٦﴾ [المائدة: 16]

{ Allah, Onun rizasını ara­­yan kəs­ləri bu kitabla əmin-aman­lıq yol­larına yönəldər, on­­ları Öz izni ilə zülmət­lər­dən nura çıxarar və düz yola yö­nəl­dər. } [Əl-Maidə, 5:16]

Uca Allah buyurur:

﴿الٓرۚ كِتَٰبٌ أَنزَلۡنَٰهُ إِلَيۡكَ لِتُخۡرِجَ ٱلنَّاسَ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ بِإِذۡنِ رَبِّهِمۡ إِلَىٰ صِرَٰطِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ ١﴾ [إبراهيم: 1]

{ Əlif. Ləm. Ra. Bu, insan­la­rı öz Rəb­binin izni ilə qa­ran­lıq­dan nu­ra – Qüd­rət­li, Tə­rifə­la­yiq Allahın yoluna çı­xart­maq üçün sənə na­zil etdiyimiz bir Kitabdır. } [İbrahim, 14:1]

 26- Muhəmməd Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) gətirdiyi İslam şəriəti, ilahi risalələrin və rəbbani şəriətlərin sonuncusudur. Bu, kamil şəriətdir. Bu şəriətdə insanların dinini və dünyasını islah edən amillər vardır. Bu şəriət, insanların dinlərini, canlarını, mallarını, ağıllarını və nəsillərini yüksək dərəcədə qoruyur. Əvvəlki şəritələr bir-birni nəsx (ləğv) etdiyi kimi, bu şəriət də, əvvəlki şəriətlərin hamısını nəsx etmişdir.

Muhəmməd Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) gətirdiyi İslam şəriəti, ilahi risalələrin və rəbbani şəriətlərin sonuncusudur. Allah, Muhəmmədi (Allahın salavatı və salamı onun üzərinə olsun) Peyğəmbər göndərərək bu risalə vasitəsi ilə dini kamilləşdirmiş və nemətini insanlara tamamlamışdır. Uca Allah buyurur:

﴿ۚ ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ وَأَتۡمَمۡتُ عَلَيۡكُمۡ نِعۡمَتِي وَرَضِيتُ لَكُمُ ٱلۡإِسۡلَٰمَ دِينٗاۚ ٣﴾ [المائدة: 3]

{ … Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim. } [Əl-Maidə, 5:3]

İslam şəriəti, kamil şəriətdir. Bu şəriətdə insanların dinini və dünyasını islah edən amillər vardır. Çünki bu şəriət, əvvəlki şəriətlərdə olan əhkamların hamısını özündə cəm etmiş, onları kamilləşdirmiş və tamamlamışdır. Uca Allah buyurur:

﴿إِنَّ هَٰذَا ٱلۡقُرۡءَانَ يَهۡدِي لِلَّتِي هِيَ أَقۡوَمُ وَيُبَشِّرُ ٱلۡمُؤۡمِنِينَ ٱلَّذِينَ يَعۡمَلُونَ ٱلصَّٰلِحَٰتِ أَنَّ لَهُمۡ أَجۡرٗا كَبِيرٗا ٩﴾ [الإسراء: 9]

{ "Həqiqətən, bu Quran in­san­ları ən doğru yola yönəldir və yax­şı işlər gö­rən mömin­lərə, öz­ləri üçün böyük mü­ka­fat olacağı ilə müjdə verir. } [Əl-İsra, 17:9]

İslam şəriəti, keşmiş ümmətlərdəki insanların öhdəsinə qoyulmuş ağır yükləri yüngülləşdirmişdir. Uca Allah buyurur:

﴿ٱلَّذِينَ يَتَّبِعُونَ ٱلرَّسُولَ ٱلنَّبِيَّ ٱلۡأُمِّيَّ ٱلَّذِي يَجِدُونَهُۥ مَكۡتُوبًا عِندَهُمۡ فِي ٱلتَّوۡرَىٰةِ وَٱلۡإِنجِيلِ يَأۡمُرُهُم بِٱلۡمَعۡرُوفِ وَيَنۡهَىٰهُمۡ عَنِ ٱلۡمُنكَرِ وَيُحِلُّ لَهُمُ ٱلطَّيِّبَٰتِ وَيُحَرِّمُ عَلَيۡهِمُ ٱلۡخَبَٰٓئِثَ وَيَضَعُ عَنۡهُمۡ إِصۡرَهُمۡ وَٱلۡأَغۡلَٰلَ ٱلَّتِي كَانَتۡ عَلَيۡهِمۡۚ فَٱلَّذِينَ ءَامَنُواْ بِهِۦ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَٱتَّبَعُواْ ٱلنُّورَ ٱلَّذِيٓ أُنزِلَ مَعَهُۥٓ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ١٥٧﴾ [الأعراف: 157]

{ O kəslər ki, yanların­da­kı Tövrat və İncildə haqqında yazıl­mış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bil­mə­yən pey­ğəm­bərin, ardın­ca ge­dərlər. O pey­ğəmbər onlara yax­şı işlər gör­mə­yi buyurar, pis əməl­ləri isə qadağan edər, on­lara Pak şeyləri halal, mur­dar şey­ləri isə haram edər. On­ların ağır yüklərini yüngül­ləş­di­rər və onları buxovlardan xi­las edər. Ona iman gətirən, onu dəs­tək­lə­yən, ona kömək edən və onun­la gön­dərilmiş nurun ardınca ge­­dənlər isə ni­cat tapan­lar­dır. } [Əl-Əraf, 7:157]

İslma şəriəti, əvvəlik şəriətlərin hamısını nəsx (ləğv) etmişdir. Uca Allah buyurur:

﴿وَأَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ مِنَ ٱلۡكِتَٰبِ وَمُهَيۡمِنًا عَلَيۡهِۖ فَٱحۡكُم بَيۡنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُۖ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَهُمۡ عَمَّا جَآءَكَ مِنَ ٱلۡحَقِّۚ لِكُلّٖ جَعَلۡنَا مِنكُمۡ شِرۡعَةٗ وَمِنۡهَاجٗاۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَلَٰكِن لِّيَبۡلُوَكُمۡ فِي مَآ ءَاتَىٰكُمۡۖ فَٱسۡتَبِقُواْ ٱلۡخَيۡرَٰتِۚ إِلَى ٱللَّهِ مَرۡجِعُكُمۡ جَمِيعٗا فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ٤٨﴾ [المائدة: 48]

{ Biz sənə, özündən əv­vəl­ki kitab­ı təsdiqləyən və onu qoru­yan Kitabı haqq olaraq nazil etdik. Sən on­ların ara­sın­da, Allahın nazil etdiyi ilə hökm ver. Sə­nə gələn haqqı buraxıb on­­la­rın istək­lə­rinə uyma. Ey ümmətlər, hər biriniz üçün bir şə­riət və bir yol tə­yin etdik. Allah istəsəydi, sizi tək bir üm­mət edərdi. Fəqət bu fərqli şə­riətlər və yollar, sizə verdikləri ilə sizi im­tahan etməsi üçün­dür. Elə isə yax­şı iş­lər görməkdə bir-birinizlə yarı­şın. Ha­mınızın dönüşü Alla­hadır. O, ixtilaf etdiyiniz şey­lər barəsin­də sizə xəbər verə­cək­dir. } [Əl-Maidə, 5:48]

Şəriəti özündə cəm edən Qurani Kərim əvvəlki ilahi kitabları təsdiqləmək, onların üzərində hökm vermək və onları nəsx (ləğv) etmək üçün gəlmişdir.

 27- Pak, Müqəddəs və Uca Allah, Muhəmməd Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) gətirdiyi İslamdan başqa bir din qəbul etmir. Kim İslamdan başqa bir din qəbul edərsə, o din ondan əsla qəbul olunmaz.

Pak, Müqəddəs və Uca Allah, Muhəmmədi (Allahın salavatı və salamı onun üzərinə olsun) Peyğəmbər olaraq göndərdikdən sonra, Muhəmməd Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) gətirdiyi İslamdan başqa, heç bir din qəbul etmir. Kim İslamdan başqa bir din qəbul edərsə, o din ondan əsla qəbul olunmaz. Uca Allah buyurur:

﴿وَمَن يَبۡتَغِ غَيۡرَ ٱلۡإِسۡلَٰمِ دِينٗا فَلَن يُقۡبَلَ مِنۡهُ وَهُوَ فِي ٱلۡأٓخِرَةِ مِنَ ٱلۡخَٰسِرِينَ٨٥﴾ [آل عمران: 85]

{ Kim İslamdan başqa bir din arayarsa, bilsin ki, o din ondan əsla qəbul olunmaz və o, axirətdə zi­ya­na uğrayanlardan olar.} [Ali-İmran, 3:85]

Uca Allah buyurur:

﴿إِنَّ ٱلدِّينَ عِندَ ٱللَّهِ ٱلۡإِسۡلَٰمُۗ وَمَا ٱخۡتَلَفَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۗ وَمَن يَكۡفُرۡ بِـَٔايَٰتِ ٱللَّهِ فَإِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ١٩﴾ [آل عمران: 19]

{ Həqiqətən, Allah yanın­da haqq din, İslam­dır! Kitab verilən­lər ancaq öz­lərinə elm gəl­­dikdən sonra ara­la­rın­dakı ədavət üzün­dən ixtilafa düş­dülər. Kim Alla­hın ayələrinə küfr edərsə, bil­sin ki, Allah tez haqq-hesab çəkəndir. } [Ali-İmran, 3:19]

Bu İslam dini, sevimli dost İbrahimin (Allahin ona salamı olsun) dinidir. Uca Allah buyurur:

﴿وَمَن يَرۡغَبُ عَن مِّلَّةِ إِبۡرَٰهِـۧمَ إِلَّا مَن سَفِهَ نَفۡسَهُۥۚ وَلَقَدِ ٱصۡطَفَيۡنَٰهُ فِي ٱلدُّنۡيَاۖ وَإِنَّهُۥ فِي ٱلۡأٓخِرَةِ لَمِنَ ٱلصَّٰلِحِينَ١٣٠﴾ [البقرة: 130]

{ (Ey Peyğəmbər!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər?! Həqiqətən, Biz onu dünyada (Peyğəmbərlik və Kəbəni təmir etmə üçün) seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır. } [Əl-Bəqərə, 2:130]

Uca Allah buyurur:

﴿وَمَنۡ أَحۡسَنُ دِينٗا مِّمَّنۡ أَسۡلَمَ وَجۡهَهُۥ لِلَّهِ وَهُوَ مُحۡسِنٞ وَٱتَّبَعَ مِلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۗ وَٱتَّخَذَ ٱللَّهُ إِبۡرَٰهِيمَ خَلِيلٗا١٢٥﴾ [النساء: 125]

{ Muhsin olduğu halda özünü Alla­ha təs­lim edən və hənif İbra­himin dini­nə tabe olan şəxs­dən din baxı­mın­dan daha gö­zəl kim ola bilər? Allah İb­ra­himi Özünə yaxın dost tutmuş­dur. } [Ən-Nisa, 4:125]

Uca Allah Öz Rəsulu Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) öz qövmünə belə buyurmasını əmr edir:

﴿قُلۡ إِنَّنِي هَدَىٰنِي رَبِّيٓ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ دِينٗا قِيَمٗا مِّلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۚ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ١٦١﴾ [الأنعام: 161]

{ De: «Həqiqətən, Rəb­bim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yö­nəlt­di. O heç vaxt müşrik­lər­dən ol­ma­mış­dı.». } [Əl-Ənam, 6:161]

 28- Qurani Kərim Allahın Muhəmməd Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) nazil etdiyi vəhydir. Bu, aləmlərin Rəbbinin kəlamıdır. Allah insanları və cinləri bu kitabın bənzərini və ya bir surəsinə bənzər bir surə gətirmək xüsusunda hədələmiş və bu günədək də hədələməkdədir. Qurani Kərim milyonlarla insanı heyrətə gətirən mühim suallara cavab verir. Əzəmətli Quran nazil olduğu ərəb dilində bu günədək qorunub saxlanılmış, ondan heç bir hərif əskilməmişdir. Bu kitab (çox sayda) çap edilmiş və paylanılmışdır. Bu, əzəmətli ecazkar kitabı və ya onun mənaca tərcüməsini oxumaq təqdirəlayiqdir. Eləcə də, Mühəmməd Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnəsi, onun öyrətdikləri və onun həyat yolu, etibarlı ravilər tərəfindən silsilə ilə nəql edilərək qorunub saxlanılmışdır. Bütün bunlar Rəsulullahın (Allahın salavatı və salamı onun üzərinə olsun) danışdığı ərəb dilində çap edilmiş və çoxlu dillərə tərcümə edilmişdir. Quran və sünnə, İslam əhkamlarını və şəriət qanunlarını öyrənmək üçün yeganə mənbədir. İslam dinini, özünü bu dinə nisbət edən fərdi şəxlərin rəyləindən götürmək olmaz. İslam dinini ilahi vəhydən - əzəmətli Qurandan və Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnəsindən(və bu ikisini bizə izah edən şəriət alimlərindən) öyrənmək gərəkdir.

Qurani Kərim Allahın, ərəb milliyyətindən olan Muhəmməd Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) ərəb dilində nazil etdiyi vəhydir. Bu, aləmlərin Rəbbinin kəlamıdır. Uca Allah buyurur:

﴿وَإِنَّهُۥ لَتَنزِيلُ رَبِّ ٱلۡعَٰلَمِينَ١٩٢ نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلۡأَمِينُ١٩٣ عَلَىٰ قَلۡبِكَ لِتَكُونَ مِنَ ٱلۡمُنذِرِينَ١٩٤ بِلِسَانٍ عَرَبِيّٖ مُّبِينٖ١٩٥﴾ [الشعراء: 192-195]

{ Şübhəsiz ki, bu, aləm­lə­rin Rəb­bindən nazil edil­miş­dir } { Onu sadiq ruh Cəb­rail endir­di } { sənin qəlbinə ki, xəbər­dar edən­lərdən olasan } { Bu Quran açıq-aydın ərəb di­lin­də nazil edildi. } [Əş-Şuəra, 26:192-195]

Uca Allah buyurur:

﴿وَإِنَّكَ لَتُلَقَّى ٱلۡقُرۡءَانَ مِن لَّدُنۡ حَكِيمٍ عَلِيمٍ٦﴾ [النمل: 6]

{ "(Ya Rəsulum!) Həqiqətən, Quran sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy) edilir } [Ən-Nəml, 27:6]

Bu Quran, Allahın nazil etdiyi və özündən əvvəl nazil olmuş ilahi kitabları təsdiqləyən bir kitabdır. Uca Allah buyurur:

﴿وَمَا كَانَ هَٰذَا ٱلۡقُرۡءَانُ أَن يُفۡتَرَىٰ مِن دُونِ ٱللَّهِ وَلَٰكِن تَصۡدِيقَ ٱلَّذِي بَيۡنَ يَدَيۡهِ وَتَفۡصِيلَ ٱلۡكِتَٰبِ لَا رَيۡبَ فِيهِ مِن رَّبِّ ٱلۡعَٰلَمِينَ٣٧﴾ [يونس: 37]

{ Bu Quran Allahdandır, On­dan baş­qası tərəfindən uy­durula bilməz. La­kin o, özün­dən əvvəl­kiləri təs­diq­lə­yən və aləmlərin Rəb­bi tərəfindən na­zil edilmiş, içində də heç bir şəkk-şübhə ol­ma­yan kitabları(niyə kitab yox, kitabları?) mü­fəssəl izah edəndir. } [Yunus, 10:37]

Əzəmətli Quran, yəhudilərin və xristianların öz dinlərində ixtilaf etdikləri bir çox məsələləri təfsilatı ilə izah edir. Uca Allah buyurur:

﴿إِنَّ هَٰذَا ٱلۡقُرۡءَانَ يَقُصُّ عَلَىٰ بَنِيٓ إِسۡرَٰٓءِيلَ أَكۡثَرَ ٱلَّذِي هُمۡ فِيهِ يَخۡتَلِفُونَ ٧٦﴾ [النمل: 76]

{ Həqiqətən, bu Quran İs­rail oğul­larına ixtilafda olduq­ları şey­lərin çoxunu anlatmaq­dadır. } [Ən-Nəml, 27:76]

Əzəmətli Quran insanların hamısına, Pak, Müqəddəs və Uca Allah ilə əlaqəli həqiqətləri və Onun dinini, habelə, Onun mükafatını və cəzasını isbat edən dəlilləri və sübutları özündə cəm etmişdir. Uca Allah buyurur:

﴿وَلَقَدۡ ضَرَبۡنَا لِلنَّاسِ فِي هَٰذَا ٱلۡقُرۡءَانِ مِن كُلِّ مَثَلٖ لَّعَلَّهُمۡ يَتَذَكَّرُونَ٢٧﴾ [الزمر: 27]

{ Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik ki, bəlkə, düşünüb dərk edələr. } [Əz-Zumər, 39:27]

Uca Allah buyurur:

﴿ وَنَزَّلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ تِبۡيَٰنٗا لِّكُلِّ شَيۡءٖ وَهُدٗى وَرَحۡمَةٗ وَبُشۡرَىٰ لِلۡمُسۡلِمِينَ٨٩﴾ [النحل: 89]

{ Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik. } [Ən-Nəhl, 16:89]

Qurani Kərim milyonlarla insanı heyrətə gətirən mühim suallara cavab verir. Qurani Kərim, Allahın göyləri və yeri necə yaratdığını bəyan edir. Uca Allah buyurur:

﴿أَوَلَمۡ يَرَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ كَانَتَا رَتۡقٗا فَفَتَقۡنَٰهُمَاۖ وَجَعَلۡنَا مِنَ ٱلۡمَآءِ كُلَّ شَيۡءٍ حَيٍّۚ أَفَلَا يُؤۡمِنُونَ٣٠﴾ [الأنبياء: 30]

{ Məgər kafirlər göylərlə yer bir ol­duğu zaman Bizim on­ları bir-birindən araladığı­mı­zı, hər bir canlını sudan ya­rat­dı­ğı­mızı gör­mürlərmi?! Ye­nədəmi inan­mır­lar?! } [Əl-Ənbiya, 21:30]

Həmçinin, Allahın insanı necə yaratdığını da bəyan edir. Uca Allah buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمۡ فِي رَيۡبٖ مِّنَ ٱلۡبَعۡثِ فَإِنَّا خَلَقۡنَٰكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ مِنۡ عَلَقَةٖ ثُمَّ مِن مُّضۡغَةٖ مُّخَلَّقَةٖ وَغَيۡرِ مُخَلَّقَةٖ لِّنُبَيِّنَ لَكُمۡۚ وَنُقِرُّ فِي ٱلۡأَرۡحَامِ مَا نَشَآءُ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى ثُمَّ نُخۡرِجُكُمۡ طِفۡلٗا ثُمَّ لِتَبۡلُغُوٓاْ أَشُدَّكُمۡۖ وَمِنكُم مَّن يُتَوَفَّىٰ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرۡذَلِ ٱلۡعُمُرِ لِكَيۡلَا يَعۡلَمَ مِنۢ بَعۡدِ عِلۡمٖ شَيۡـٔٗاۚ وَتَرَى ٱلۡأَرۡضَ هَامِدَةٗ فَإِذَآ أَنزَلۡنَا عَلَيۡهَا ٱلۡمَآءَ ٱهۡتَزَّتۡ وَرَبَتۡ وَأَنۢبَتَتۡ مِن كُلِّ زَوۡجِۭ بَهِيجٖ ٥﴾ [الحج: 5]

{ Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. } [əl-Həcc, 22:5]

İnsanın axır dönüşünün hara olacağını, habelə, bu həyatdan sonra yaxşı əməl sahibinin mükafatının, pis əməl sahibinin də cəzasının nə olacağını bəyan edir. 20-ci başlıq altında bu məsələ ilə bağlı dəlilləri artıq zikr etmişik. Bu yaradılış təsadüfdürmü, yoxsa şərəfli bir qayədən ötrü həyata keçirilmişdir? Uca Allah buyurur:

﴿أَوَلَمۡ يَنظُرُواْ فِي مَلَكُوتِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا خَلَقَ ٱللَّهُ مِن شَيۡءٖ وَأَنۡ عَسَىٰٓ أَن يَكُونَ قَدِ ٱقۡتَرَبَ أَجَلُهُمۡۖ فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَهُۥ يُؤۡمِنُونَ١٨٥﴾ [الأعراف: 185]

{ Məgər onlar göylərin və yerin səltənətinə, Allahın yaratdığı hər şeyə, əcəllərinin yaxınlaşa biləcəyinə diqqət yetirmirlərmi? Bundan sonra hansı sözə inanacaqlar? } [Əl-Əraf, 7:185]

Uca Allah buyurur:

﴿أَفَحَسِبۡتُمۡ أَنَّمَا خَلَقۡنَٰكُمۡ عَبَثٗا وَأَنَّكُمۡ إِلَيۡنَا لَا تُرۡجَعُونَ ١١٥﴾ [المؤمنون: 115]

{ Yoxsa elə hesab edir­di­niz ki, si­zi əbəs yerə yarat­mı­şıq və siz heç vaxt Bizə qay­ta­rıl­maya­caqsınız? } [Əl-Muminun, 23:115]

Əzəmətli Quran nazil olduğu ərəb dilində bu günədək qorunub saxlanılmışdır. Uca Allah buyurur:

﴿إِنَّا نَحۡنُ نَزَّلۡنَا ٱلذِّكۡرَ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ ٩﴾ [الحجر: 9]

{ Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq! } [Əl-Hucurat, 15:9]

Qurandan heç bir hərif əskilməmişdir. Quranda ziddiyyətin, yaxud nöqsanın, yaxud dəyişikliyin olması mümkün deyil. Uca Allah buyurur:

﴿أَفَلَا يَتَدَبَّرُونَ ٱلۡقُرۡءَانَۚ وَلَوۡ كَانَ مِنۡ عِندِ غَيۡرِ ٱللَّهِ لَوَجَدُواْ فِيهِ ٱخۡتِلَٰفٗا كَثِيرٗا٨٢﴾ [النساء: 82]

Onlar Quran ba­rə­­sində dü­şünmürlərmi?! Əgər o, Allahdan başqa­sı tərəfindən ol­saydı, əlbəttə, onda çoxlu ixtilaf ta­pardı­lar. } [Ən-Nisa, 4:82]

Bu kitab (çox sayda) çap edilmiş və paylanılmışdır. Bu əzəmətli ecazkar kitabı oxumaq, yaxud onu dinləmək və ya onun mənaca tərcüməsini oxumaq təqdirəlayiqdir.

Eləcə də, Mühəmməd Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnəsi, onun öyrətdikləri və onun həyat yolu, etibarlı ravilər tərəfindən silsilə ilə nəql edilərək qorunub saxlanılmışdır. Bütün bunlar Rəsulullahın (Allahın salavatı və salamı onun üzərinə olsun) danışdığı ərəb dilində çap edilmiş və çoxlu dillərə tərcümə edilmişdir.

Quran Kərim və Mühəmməd Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnəsi, İslam əhkamlarını və şəriət qanunlarını öyrənmək üçün yeganə mənbədir. İslam dinini özünü ona nisbət edən fərdi şəxlərin rəylərindən götürülmür. İslam dinini nöqsanlardan uzaq olan ilahi vəhydən - əzəmətli Qurandan və Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnəsindən(və bunları bizlərə izah edən alimlərdən) öyrənmək gərəkdir.

Uca Allah Quran xüsusunda belə buyurur:

﴿إِنَّ ٱلَّذِينَ كَفَرُواْ بِٱلذِّكۡرِ لَمَّا جَآءَهُمۡۖ وَإِنَّهُۥ لَكِتَٰبٌ عَزِيزٞ٤١ لَّا يَأۡتِيهِ ٱلۡبَٰطِلُ مِنۢ بَيۡنِ يَدَيۡهِ وَلَا مِنۡ خَلۡفِهِۦۖ تَنزِيلٞ مِّنۡ حَكِيمٍ حَمِيدٖ٤٢﴾ [فصلت: 41-42]

{ Şübhə yoxdur ki, Zikr onlara gəldiyi zaman onu yalan sayanlar cəzalandırılacaqlar. Həqiqətən, bu, əzəmətli bir Kitabdır. Batil ona nə önündən, nə də arxasından girişə bilər. O, müdrik, tərifəlayiq Allah tərəfindən nazil edilmişdir. } [Fussilət, 41:41-42]

Uca Allah Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnəsinin də Allahdan vəhy olduğu barədə belə buyurur:

﴿ وَمَآ ءَاتَىٰكُمُ ٱلرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَىٰكُمۡ عَنۡهُ فَٱنتَهُواْۚ وَٱتَّقُواْ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ ٧﴾ [الحشر: 7]

{ … Allahın Rəsulu sizə nə əmr edirsə, ona yerinə yetirin, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir. } [Əl-Həşr, 59:7]

 29- İslam dini övladlara öz valideynlərinin, - hətta onlar müsəlman olmasalar belə, qayğısına qalmağı əmr edir və bunu onlara tövsiyə edir.

İslam dini valideynlərinin qayğısına qalmağı əmr edir. Uca Allah buyurur:

﴿۞ وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعۡبُدُوٓاْ إِلَّآ إِيَّاهُ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَٰنًاۚ إِمَّا يَبۡلُغَنَّ عِندَكَ ٱلۡكِبَرَ أَحَدُهُمَآ أَوۡ كِلَاهُمَا فَلَا تَقُل لَّهُمَآ أُفّٖ وَلَا تَنۡهَرۡهُمَا وَقُل لَّهُمَا قَوۡلٗا كَرِيمٗا٢٣﴾ [الإسراء: 23]

{ Rəbbin yalnız Ona iba­dət etməyi və ata-ana ilə yaxşı dav­ran­­mağı buyur­muşdur. Əgər onların biri və ya hər iki­si sə­nin ya­nın­da qocalıq yaşına do­larsa, onlara: "Uf!" belə demə, üstlərinə qış­qır­ma və onlara xoş söz söylə! } [Əl-İsra, 23 17:23]

Uca Allah buyurur:

﴿وَوَصَّيۡنَا ٱلۡإِنسَٰنَ بِوَٰلِدَيۡهِ حَمَلَتۡهُ أُمُّهُۥ وَهۡنًا عَلَىٰ وَهۡنٖ وَفِصَٰلُهُۥ فِي عَامَيۡنِ أَنِ ٱشۡكُرۡ لِي وَلِوَٰلِدَيۡكَ إِلَيَّ ٱلۡمَصِيرُ١٤﴾ [لقمان: 14]

{ Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-gü­nə zəiflədiyinə baxmayaraq da­şımışdır. Onun süd­dən kəsil­məsi isə iki il ərzində olur. Mənə və vali­deyn­lə­ri­nə şükür et! Axır dönüş Mənədir.} [Loğman, 31:14]

Uca Allah buyurur:

﴿وَوَصَّيۡنَا ٱلۡإِنسَٰنَ بِوَٰلِدَيۡهِ إِحۡسَٰنًاۖ حَمَلَتۡهُ أُمُّهُۥ كُرۡهٗا وَوَضَعَتۡهُ كُرۡهٗاۖ وَحَمۡلُهُۥ وَفِصَٰلُهُۥ ثَلَٰثُونَ شَهۡرًاۚ حَتَّىٰٓ إِذَا بَلَغَ أَشُدَّهُۥ وَبَلَغَ أَرۡبَعِينَ سَنَةٗ قَالَ رَبِّ أَوۡزِعۡنِيٓ أَنۡ أَشۡكُرَ نِعۡمَتَكَ ٱلَّتِيٓ أَنۡعَمۡتَ عَلَيَّ وَعَلَىٰ وَٰلِدَيَّ وَأَنۡ أَعۡمَلَ صَٰلِحٗا تَرۡضَىٰهُ وَأَصۡلِحۡ لِي فِي ذُرِّيَّتِيٓۖ إِنِّي تُبۡتُ إِلَيۡكَ وَإِنِّي مِنَ ٱلۡمُسۡلِمِينَ١٥﴾ [الأحقاف: 15]

{ Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə et­dik. Ana­sı onu bət­nində əziy­yətlə daşımış və əziyyətlə doğ­­muşdur. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nə­hayət, o, yet­kinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: «Ey Rəb­bim! Mənə, mə­nim özümə və va­li­deynlərimə bəxş etdiyin ne­mə­tə şükür et­mək və Sənin razı qa­la­cağın yaxşı işləri görmək üçün il­ham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə et­dim. Həqiqətən, mən müsəl­manlardanam!.» } [Əl-Əhqaf, 46:15]

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib dedi­: «Ya Rəsulullah, mən ən çox kimə qayğı göstərməliyəm?» O buyurdu: «Anana!» Adam (yenə) soruşdu: «Sonra kimə?» O yenə: «Ana­na!»– deyə buyurdu. Adam (bir daha) so­ruş­du: «Sonra kimə?» O yenə buyurdu: «Anana!» Adam (axırıncı dəfə): «Sonra kimə?»– deyə soruş­duq­da, o: «Atana!»– deyə buyurdu.» [Səhih Müslim, (2548)]

Bu tövsiyə ilə bağlı əmr hər bir valideynə - istər müsəlmana olsun, istərsə qeyri-müsəlmana aiddir. Rəvayət edilir ki, Əsma bint Əbu Bəkr (Allah ondan razı olsun) demişdir: « Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) zamanında, anam müşrik olduğu halda mənim yanıma gəldi. Mən bu məsələ ilə bağlı Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) müraciət etdim və dedim: « Anam gəlib, ona qayğı göstərməyimi istəyir. Mən onunla əlaqə saxlaya bilərəmmi? » O: « Bəli, əlaqə saxlaya bilərsən »– dedi.» [Səhih Əl-Buxari, (3535)]

Hətta əgər valideynlər övladı İslamdan küfrə döndərməyə cəhd göstərsələr, İslam dini, burda onlara itaət etməyib, Allaha olan imanında sabit qalmasını, lakin gözəl tərzdə valideynlərinin qeydinə qalmasını əmr edir. Uca Allah buyurur:

﴿وَإِن جَٰهَدَاكَ عَلَىٰٓ أَن تُشۡرِكَ بِي مَا لَيۡسَ لَكَ بِهِۦ عِلۡمٞ فَلَا تُطِعۡهُمَاۖ وَصَاحِبۡهُمَا فِي ٱلدُّنۡيَا مَعۡرُوفٗاۖ وَٱتَّبِعۡ سَبِيلَ مَنۡ أَنَابَ إِلَيَّۚ ثُمَّ إِلَيَّ مَرۡجِعُكُمۡ فَأُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ١٥﴾ [لقمان: 15]

{ Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün sə­ni məcbur etməyə cəhd gös­tər­sələr, onlara güzəş­tə get­mə! Dün­ya­da onlarla gözəl dav­ran. Mənə üz tutanların yolu ilə get! Son­ra isə dö­nü­şünüz Mə­nə olacaq, Mən də nə etdik­lə­riniz barədə sizə xə­bər ve­rəcə­yəm. } [Loğman: 31:15]

İslam dini, dinə qarşı müharibə etməyən müşrik qohumlara, yaxud qohum olmayan müşriklərə yaxşılıq etməyi qadağan etmir. Uca Allah buyurur:

﴿لَّا يَنۡهَىٰكُمُ ٱللَّهُ عَنِ ٱلَّذِينَ لَمۡ يُقَٰتِلُوكُمۡ فِي ٱلدِّينِ وَلَمۡ يُخۡرِجُوكُم مِّن دِيَٰرِكُمۡ أَن تَبَرُّوهُمۡ وَتُقۡسِطُوٓاْ إِلَيۡهِمۡۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُقۡسِطِينَ٨﴾ [الممتحنة: 8]

{ Allah din uğrunda sizin­lə vuruş­mayan və sizi öz diya­rı­nız­dan qo­vub çıxartmayan kim­sələrə yaxşılıq etmə­nizi və onlarla in­saf­la dav­ranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olan­ları se­vir. } [Əl-Mumtəhənə, 60:8]

İslam dini, həmçinin, övladın qayısına qalmağı da əmr edir. İslamın valideynə burduğu ən əzəmətli tövsiyə, onun öz övladlarına, Rəbbinin onların üzərində olan haqlarını onlara öyrətməsidir.

Bu xüsusda Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) əmisi oğlu Abdullah ibn Abbasa (Allah ondan razı olsun) belə buyurmuşdur: « Oğlum, sənə elə sözlər öyrədimmi ki, onların sayəsində Allah sənə fayda versin? » İbn Abbas: « Bəli »- deyə cavab verdikdə, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: « Allahın qoyduğu hüdudları qoru ki, Allah da səni qorusun. Allahın qoyduğu hüdudları qoru ki, Allahı qarşında görəsən. Xoş gündə Allahı tanı ki, dar gündə, O da səni tanısın. İstədikdə, yalnız Allahdan istə. Kömək dilədikdə də ancaq Allahdan kömək dilə..» [Bu hədisi Əhməd rəvayət etmişdir, (4/287)] (Bu kitabda nəşriyyatlar qeyd edilmədiyi üçün bu hədisi mən 3-cü cildin 246-cı rəqəmində tapdım.Darul-hədis,qahirə nəşriyyatında).

Allah valideynlərə əmr etmişdir ki, onlar öz övladlarına, onların dünya və dini işlərinə aid olan faydalı şeyləri öyrətsinlər. Uca Allah buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ قُوٓاْ أَنفُسَكُمۡ وَأَهۡلِيكُمۡ نَارٗا وَقُودُهَا ٱلنَّاسُ وَٱلۡحِجَارَةُ عَلَيۡهَا مَلَٰٓئِكَةٌ غِلَاظٞ شِدَادٞ لَّا يَعۡصُونَ ٱللَّهَ مَآ أَمَرَهُمۡ وَيَفۡعَلُونَ مَا يُؤۡمَرُونَ٦﴾ [التحريم: 6]

{ Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər var. } [Təhrim surəsi, 66:6]

Əli (Allah ondan razı olsun) Uca Allahın ayəsini belə təfsir etmişdir: { Özünüzü və ailənizi oddan qoruyun! } "Onları tərbiyələndirin və onlara (faydalı) elm öyrədin".

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) valideynə öz övladına namaz qılmağı öyrətməyi, onun vasitəsi ilə tərbiyələndirməyi əmr etmişdir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: « Övladlarınız yeddi yaşına çatdıqda, onlara namaz qılmağı əmr edin!» [Bu hədisi Əbu Davud rəvayət etmişdir, (495)]

(Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Hər biriniz himayəçisiniz və hər biriniz himayəsində olanlara cavabdehdir. İmam himayəçidir və o, öz rəiyyətinə cavabdehdir. Kişi öz ailəsinin hamisidir və o, himayəsində olanlara cavabdehdir. Qadın ərinin evində himayəçidir və o, himayəsində olanlara cavabdehdir. Kölə öz ağasının malını qoruyandır və o, himayəsində olanlara cavabdehdir. Hər biriniz himayəçisiniz və himayəsində olanlara cavabdehdir.» [Səhih İbn Hibban, (4490)]

İslam dini kişiyə öz malından övladlarına və əhli-əyalına xərcləməyi əmr etmişdir. 18-ci başlıqda bu haqda qismən də olsa danışmışıq.

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) övlada xərclənən malın fəziləti barədə belə buyurmuşdur: «Kişinin xərclədiyi ən xeyirli dinar, onun öz əhli-əyalına, habelə, Allah yolunda döyüşə qatılanın miniyinə və Allah yolunda vuruşan dostlarına xərclədiyi dinarlardır.». Əbu Qilabə (Allah ondan razı olsun) dedi: "Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ilk olaraq əhli-əyalı zikr etdi." Sonra Əbu Qilabə davam edib dedi: "Əhli-əyalından olan körpələri qoruyan, Allahın izni ilə onlara fayda verən və malından onlara xərcləyən kimsədən daha çox kim savab qazana bilər?!". [Səhih Müslim, (994)]

 30- İslam dini hər kəslə, hətta düşmənlə belə, sözdə və əməldə ədalətli olmağı əmr edir.

(Quranda və hədislərdə) Pak və Müqəddəs Allahın Öz işlərində və qulları arasındakı idarəçiliyində ədalətli və insaflı olduğu bildirilir. Əmr etdiyində və qadağan etdiyində, habelə, yaratdığında və əzəldən yazdığı müqəddəratda olan düz yol da budur. Uca Allah buyurur:

﴿شَهِدَ ٱللَّهُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا هُوَ وَٱلۡمَلَٰٓئِكَةُ وَأُوْلُواْ ٱلۡعِلۡمِ قَآئِمَۢا بِٱلۡقِسۡطِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ١٨﴾ [آل عمران: 18]

{ Allah ədalətli olaraq şahidlik etmişdir ki, Özündən başqa iba­dətə la­yiq olan məbud yoxdur. Mələklər və elm sahibləri də, buna şahid­lik et­mişlər. On­­dan başqa iba­dətə layiq olan mə­­bud yoxdur, Qüdrətlidir, Hikmət sahibidir.  } [Ali-İmran, 3:18]

Allah, ədalətli olmağı əmr edir. Uca Alllah buyurur:

﴿قُلۡ أَمَرَ رَبِّي بِٱلۡقِسۡطِۖ ... ٢٩﴾ [الأعراف: 29]

{ De: « Rəbbim mənə ədalətli olmağı əmr etmişdir… ». } [Əl-Əraf, 7:29]

Elçilərin və peyğəmbərlərin (Allahın salavatı və salamı onların üzərinə olsun) hamısı ədalətli olmuşlar. Uca Alllah buyurur:

﴿لَقَدۡ أَرۡسَلۡنَا رُسُلَنَا بِٱلۡبَيِّنَٰتِ وَأَنزَلۡنَا مَعَهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡمِيزَانَ لِيَقُومَ ٱلنَّاسُ بِٱلۡقِسۡطِۖ ...٢٥﴾ [الحديد: 25]

{ Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar … } [Əl-Hədid, 57:25]

Tərəzi: sözdə və əməldə ədalətli olmaqdır. İslam dini də, hər kəslə, hətta düşmənlərlə sözdə və əməldə ədalətli olmağı əmr edir. Uca Allah buyurur:

﴿۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُونُواْ قَوَّٰمِينَ بِٱلۡقِسۡطِ شُهَدَآءَ لِلَّهِ وَلَوۡ عَلَىٰٓ أَنفُسِكُمۡ أَوِ ٱلۡوَٰلِدَيۡنِ وَٱلۡأَقۡرَبِينَۚ إِن يَكُنۡ غَنِيًّا أَوۡ فَقِيرٗا فَٱللَّهُ أَوۡلَىٰ بِهِمَاۖ فَلَا تَتَّبِعُواْ ٱلۡهَوَىٰٓ أَن تَعۡدِلُواْۚ وَإِن تَلۡوُۥٓاْ أَوۡ تُعۡرِضُواْ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا١٣٥﴾ [النساء: 135]

{ Ey iman gətirənlər! Şa­hid­liyiniz özünüzün, vali­deyn­lə­rini­zin, ya­xın qohum­larınızın əley­hinə olsa belə, Allah üçün ədaləti qoru­yan şahidlər olun. Əley­hi­nə şahidlik edəcəyiniz kəslər istər varlı, istər kasıb olsun, Allah on­ların hər ikisinə siz­dən da­ha yaxın­dır. Nəf­sinizin istəyinə uyub ədalətdən sapma­yın! Əgər dilinizi əysə­niz(həqiqəti təhrif etsəniz), yaxud hə­qi­qəti demək­dən boyun qa­çırsanız, bi­lin ki, Allah nə etdik­ləriniz­dən xə­bər­­dardır. } [Ən-Nisa, 4:135]

Uca Allah buyurur:

﴿... وَلَا يَجۡرِمَنَّكُمۡ شَنَـَٔانُ قَوۡمٍ أَن صَدُّوكُمۡ عَنِ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ أَن تَعۡتَدُواْۘ وَتَعَاوَنُواْ عَلَى ٱلۡبِرِّ وَٱلتَّقۡوَىٰۖ وَلَا تَعَاوَنُواْ عَلَى ٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِۚ وَٱتَّقُواْ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ ٢﴾ [المائدة: 2]

{ … Sizi Məscidul-harama daxil olmağa qoymayan camaata qarşı olan kin-küdurət sizi təcavüz etməyə sövq etməsin. Yaxşılıq etməkdə və Allahdan qorxub pis əməllərdən çəkinməkdə bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilik etməkdə bir-birinizə yardım etməyin. Allahdan qorxun. Həqiqətən, Allah cəzası şiddətlidir. } [Əl-Maidə, 5:2]

Uca Allah buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُونُواْ قَوَّٰمِينَ لِلَّهِ شُهَدَآءَ بِٱلۡقِسۡطِۖ وَلَا يَجۡرِمَنَّكُمۡ شَنَـَٔانُ قَوۡمٍ عَلَىٰٓ أَلَّا تَعۡدِلُواْۚ ٱعۡدِلُواْ هُوَ أَقۡرَبُ لِلتَّقۡوَىٰۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ٨﴾ [المائدة: 8]

{ Ey iman gətirənlər! Allah üçün haqqı qoru­yan, ədalətlə şa­hid­lik edən kimsələr olun. Bir qövmə qarşı olan kin-küdu­rət sizi əda­lət­siz­li­yə sövq etmə­sin. Əda­lətli olun! Bu, təqvaya daha ya­xındır. Allah­dan qorxun! Şüb­həsiz ki, Allah nə etdik­ləriniz­dən xəbərdar­dır. } [Əl-Maidə, 5:8]

Bu günkü xalqların qanunlarında və ya insanların dinlərində, - hətta özünün, yaxud valideynin, yaxud qohumların əleyhinə olsa belə, - haqqı demək və doğru söz söyləmək, dost və düşmənlə ədalətlə davranmağı əmr etmək varmı? Peyğəmbər də (Allahın salavatı və salamı onun üzərinə olsun), insanların arasını barışdırar və onların arasında sülh elan edərdi.

Rəvayət edilir ki, Amir (Allah ona rəhmət etsin) demişdir: Mən Nomən ibn Bəşirin (Allah ondan razı olsun) minbərdə ikən belə dediyini eşitmişəm: «(Bir dəfə) atam mənə bir hədiyyə verdi. Lakin (anam) Amra bint Rəvaha (ona): «Sən Rəsulullahı (Allahın salavatı və salamı onun üzərinə olsun) şahidlik etməyə çağırmayınca mən buna razılıq verən deyi­ləm»- dedi.  Onda atam Rəsulullahın (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib dedi: «Mən Amra bint Rə­vahadan olan oğluma hədiyyə verdim. Lakin (yoldaşım) məndən səni bu­na şahid tutmağımı istədi, ya Rəsulullah». Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdu: «O biri öv­lad­larına da bu cür hədiyyə verdinmi?» (Atam): «Xeyr!»– deyə cavab verdi. Onda Rəsulullahı (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: «Allahdan qorxun və övladlarınıza (olan mü­na­sibətdə) ədalətli olun!» Bundan sonra (atam) qayıdıb hədiyyəsini geri gö­tür­dü.». [Səhih Əl-Buxari, (2587)]

Bu ona görədir ki, insanların və dövlətlərin gördüyü işlər, yalnız ədalətlə öz yoluna qoyula bilər, habelə, insanlar öz dinlərini, canlarını, övladlarını, namuslarını, mallarını və ölkələrini də, yalnız ədalətlə qoruya bilərlər. Buna görə də, biz görürük ki, Məkkə kafirləri müsəlmanları Məkkədə sıxışdırdıqları zaman, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onlara Həbəşistana hicrət etməyi buyurmuş və bunun səbəbini belə izah etmişdir: « Orada heç kəsə zülm etməyən ədaləti hökmdar vardır. ».

 31- İslam dini məxluqatın hamısına yaxşılıq etməyi əmr edir və insanları gözəl əxlaq sahibi olmağa və yaxşı işlər görməyə dəvət edir.

İslam dini məxluqatın hamısına yaxşılıq etməyi əmr edir. Uca Allah buyurur:

﴿۞ إِنَّ ٱللَّهَ يَأۡمُرُ بِٱلۡعَدۡلِ وَٱلۡإِحۡسَٰنِ وَإِيتَآيِٕ ذِي ٱلۡقُرۡبَىٰ ... ٩٠﴾ [النحل: 90]

{ Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir …} [Ən-Nəhl, 16:90]

Uca Allah buyurur:

﴿ٱلَّذِينَ يُنفِقُونَ فِي ٱلسَّرَّآءِ وَٱلضَّرَّآءِ وَٱلۡكَٰظِمِينَ ٱلۡغَيۡظَ وَٱلۡعَافِينَ عَنِ ٱلنَّاسِۗ وَٱللَّهُ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ١٣٤﴾ [آل عمران: 134]

{ O müttəqilər ki, bolluqda da, qıtlıqda da, mal­­­la­rın­dan Allah yolunda xərc­ləyər, qəzəblərini bo­ğar və in­sanları ba­ğış­layarlar. Allah yax­şı iş gö­rən­ləri sevər. } [Ali-İmran, 3:134]

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: « Allah hər bir şeylə gözəl davranmağı əmr etmişdir. Elə isə birisini öldürdükdə, onu gözəl tərzdə öldürün. Habelə, heyvan kəsdikdə, onu gözəl tərzdə kəsin. Sizdən biriniz bıçağını itiləsin və kəsəcəyi heyvanı rahatlasın.» [Səhih Müslim, (1955)]

İslam dini insanları gözəl əxlaq sahibi olmağa və yaxşı işlər görməyə dəvət edir. Uca Allah Muhəmməd Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) əvvəlki ilahi kitablarda belə vəsf olunduğunu bildirir:

﴿ٱلَّذِينَ يَتَّبِعُونَ ٱلرَّسُولَ ٱلنَّبِيَّ ٱلۡأُمِّيَّ ٱلَّذِي يَجِدُونَهُۥ مَكۡتُوبًا عِندَهُمۡ فِي ٱلتَّوۡرَىٰةِ وَٱلۡإِنجِيلِ يَأۡمُرُهُم بِٱلۡمَعۡرُوفِ وَيَنۡهَىٰهُمۡ عَنِ ٱلۡمُنكَرِ وَيُحِلُّ لَهُمُ ٱلطَّيِّبَٰتِ وَيُحَرِّمُ عَلَيۡهِمُ ٱلۡخَبَٰٓئِثَ وَيَضَعُ عَنۡهُمۡ إِصۡرَهُمۡ وَٱلۡأَغۡلَٰلَ ٱلَّتِي كَانَتۡ عَلَيۡهِمۡۚ فَٱلَّذِينَ ءَامَنُواْ بِهِۦ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَٱتَّبَعُواْ ٱلنُّورَ ٱلَّذِيٓ أُنزِلَ مَعَهُۥٓ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ١٥٧﴾ [الأعراف: 157]

{ O kəslər ki, yanların­da­kı Tövrat və İncildə haqqında yazıl­mış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bil­mə­yən pey­ğəm­bərin, ardın­ca ge­dərlər. O pey­ğəmbər onlara yax­şı işlər gör­mə­yi buyurar, pis əməl­ləri isə qadağan edər, on­lara Pak şeyləri halal, mur­dar şey­ləri isə haram edər. On­ların ağır yüklərini yüngül­ləş­di­rər və onları buxovlardan xi­las edər. Ona iman gətirən, onu dəs­tək­lə­yən, ona kömək edən və onun­la gön­dərilmiş nurun ardınca ge­­dənlər isə ni­cat tapan­lar­dır. } [Əl-Əraf, 7:157]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: « Ey Aişə! Həqiqətən də, Allah mülayimdir və mülayimliyi sevir. Sərtliyə görə, habelə, başqa bir şeyə görə vermədiyini, mülayimliyə görə verir.» [Səhih Müslim, (2593)]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: « Allah sizə, anaların üzünə ağ olmağı, qız uşaqlarını diri-diri torpağa gömməyi, yaxşılıq etməkdən boyun qaçırmağı və “ver”– deyərək haqqınız olmayan bir şeyi tələb etməyi haram buyurmuşdur. Habelə, dedi-qodu yaymağı, çox sual verməyi var-dövləti israf etməyi qadağan etmişdir.». [Səhih Əl-Buxari, (2408)]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «İman gətirməyincə Cənnətə girə bilməzsiniz. Biri-birinizi sevməyincə iman gətirmiş olmazsınız. Sizə elə bir şey öyrədimmi ki, onu etdikdə biri-birinizi sevəsiniz? Aranızda salamı yayın!». [Səhih Müslim, (54)]

 32- İslam dini (bəşəriyyətə), doğru danışmaq, əmanəti yiyəsinə qaytarmaq, iffəti qorumaq, həyalı olmaq, şücaətkarlıq göstərmək, var-dövlətdən yaxşı işlərə sərf etmək, səxavətli olmaq, ehtiyac və sıxıntıda olan kimsələrə yardım etmək, acların qarnını doyurmaq, qonşu ilə yaxşı rəftar etmək, qohumlarla əlaqə saxlamaq və heyvanlarla mülayim rəftar etmək kimi tərifəlayiq əxlaqı əmr edir.

İslam dini (bəşəriyyətə) tərifəlayiq əxlaqı əmr edir. Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurur: « Mən, gözəl əxlaqları tamamlamaq üçün göndərilmişəm. » [Səhih əl-Ədəb əl-Mufrad, (207)]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: « Sizin mənə ən sevimli və Qiyamət günü məclisinə görə mənə ən yaxın olanınız, əxlaqı ən gözəl olanlarınızdır. Sizlərdən ən çox nifrət etdiyim və Qiyamət günü məclisinə görə məndən ən uzaq olanınız isə, sərsərilər, təmtəraqlı danışanlar və bir də mütəfeyqihlərdir.». Səhabələr dedilər: «Sərsəriləri və təmtəraqlı danışanları bildik. Bəs mütəfeyqihlər kimlərdir?» Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun): «Təkəbbürlülər»- deyə cavab verdi.» [Silsilə əl-Əhadis əs-Səhihə (791)]

Abdullah ibn Amr (Allah ondan razı olsunmə) demişdir: «Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ədəbsiz və kobud olmamışdır.» O deyərdi: «Sizin ən xeyirliniz əxlaqı ən gözəl olanınızdır !» [Səhih Əl-Buxari, (3559)]

Bundan əlavə neçə-neçə ayələr və hədislər vardır ki, onlar İslam dininin (bəşəriyyəti) gözəl əxlaqlı olmağa və yaxşı işlər görməyə ümumi şəkildə təşviq etdiyinə dəlalət edir. İslam dininin əmr etdiyi saleh əməllərdən biri, doğru danışmaqdır. Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurur: «Doğru söz danışın! Çünki doğruluq (adamı) yaxşı işlər görməyə yönəldir. Yaxşı işlər isə (adamı) Cənnətə aparır. Adam o qədər doğru danışır və doğruluğa can atır ki, nəhayət, Allah yanında doğruçu sayılır.» [Səhih Müslim, (2607)]

İslam dininin əmr etdiyi saleh əməllərdən biri də, əmanəti sahibinə qaytarmaqdır. Uca Allah buyurur:

﴿۞ إِنَّ ٱللَّهَ يَأۡمُرُكُمۡ أَن تُؤَدُّواْ ٱلۡأَمَٰنَٰتِ إِلَىٰٓ أَهۡلِهَا ...٥٨﴾ [النساء: 58]

{ Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı əmr edir… } [Ən-Nisa, 4:58]

İslam dininin əmr etdiyi saleh əməllərdən biri də, iffətli olmaqdır. Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurur: «Üç sinif insan vardır ki, Allah onlara kömək etməyi Öz öhdəsinə götürmüşdür: (bunlardan biri): iffəti qorumaq üçün ailə qurmaq.». [Sunən ət-Tirmizi, (1655)]

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dua edib deyərmiş: «Allahummə inni əs'əlukəl-hudə vət-tuqa vəl-afafə vəl-ğinə -Allahım, hidayəti, Allah qorxusunu, iffəti və könül zənginliyini (kimsədən istəməmək)Səndən diləyirəm.». [Səhih Müslim, (2721)]

İslam dininin əmr etdiyi saleh əməllərdən biri də, həyalı olmaqdır. Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurur: «Həya (insana) yalnız xeyir gətirir.». [Səhih Əl-Buxari, (6117)]

Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: «Hər bir dinin öz əxlaqı var. İslam əxlaqı isə həyadır.». [Bu hədisi Beyhəqi "Şuəbul-İman" əsərində (6/2619) rəvayət etmişdir.]

İslam dininin əmr etdiyi saleh əməllərdən biri də, şücaətkar olmaqdır. Rəvayət edilir ki, Ənəs (Allah ondan razı olsun) demişdir: «Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) insanların ən yaxşısı, ən şücaətkarı və ən səxavətlisi idi. (Bir gecə) Mədinə əhalisi (eşitdikləri səsdən) təşvişə düşdü. Həmin vaxt o, hamıdan əvvəl atına minib (səs gələn tərəfə) getdi.». [Səhih Əl-Buxari, (2820)]

Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) qorxaqlıqdan Allaha sığınıb deyərdi: «Allahummə, inni əuzu bikə minəl-cubni/Allahım, qorxaqlıqdan Sənə sığınıram!» [Səhih Əl-Buxari, (6374)]

İslam dininin əmr etdiyi saleh əməllərdən biri də, xeyirxahlıq etmək və səxavətli olmaqdır. Uca Allah buyurur:

﴿مَّثَلُ ٱلَّذِينَ يُنفِقُونَ أَمۡوَٰلَهُمۡ فِي سَبِيلِ ٱللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنۢبَتَتۡ سَبۡعَ سَنَابِلَ فِي كُلِّ سُنۢبُلَةٖ مِّاْئَةُ حَبَّةٖۗ وَٱللَّهُ يُضَٰعِفُ لِمَن يَشَآءُۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ٢٦١﴾ [البقرة: 261]

{ Mallarını Allah yolun­da xərclə­yənlərin misalı yeddi sün­bül verən bir to­xumun misalına bənzəyir ki, sünbül­lə­rin hər bi­rin­də yüz ədəd dən vardır. Allah is­tə­diyi kimsənin müka­fatını ar­tı­rar. Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir.} [Əl-Bəqərə, 2:261]

Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) səxavətli insan idi. Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsunmə) demişdir:  «Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) insanların ən səxavətlisi idi. Ramazan ayında, Cəbrail ilə görüşdüyü zaman isə daha səxavətli olardı. Cəbrail, Ramazan ayının hər gecəsində Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ilə görüşər, onunla birgə Quranı oxuyub təkrar edərdi. Odur ki, (bu günlərdə) Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) xeyirxah işlər görməkdə, sərbəst əsən küləkdən daha comərd olardı.» [Səhih Əl-Buxari, (1902)]

İslam dininin əmr etdiyi saleh əməllərdən bəziləri də, ehtiyacı olan kimsələrə yardım etmək, müsibətə düçar olmuş kimsəyə əl tutmaq, acların qarnını doyurmaq, qonşu ilə yaxşı rəftar etmək, qohumlarla əlaqə saxlamaq və heyvanlarla mülayim rəftar etməkdir. Abdullah ibn Amr (Allah ondan razı olsunmə) rəvayət edir ki, bir nəfər Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruş­du: «İs­lam (xislətlərindən) ən xeyirlisi hansıdır?» Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: «Sənin ye­mək ye­dirt­mə­­yin, tanı­dığına və tanımadığına salam verməyin.». [Səhih Əl-Buxari, (12)]

Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: «Bir nəfər yolla gedərkən bərk susadı və və nəhayət, bir su quyusuna rast gəldi və o quyuya enib su içdi. Sonra quyudan bayıra çıxdıqda, bir itin susuzluqdan ləhlədiyini və yaş torpaq yaladığını görüb öz-özünə: « Yəqin ki, mən susadığım kimi, bu it də susamışdır »– dedi və quyuya enib ayaqqabısını su ilə doldurdu. Sonra ayaqqabısını dişləri ilə tutub quyudan çıxdı və itə su verdi. Allah da buna görə ona təşəkkür etdi və onu bağışladı.». Səhabələr dedilər: «Ya Rəsulullah! Məgər, heyvanlara etdiyimiz yaxşılıqlara görə də bizə savab yazılır?». O, buyurdu: «Hər bir canlıya göstərdiyiniz qayğıya görə savab vardır.» [Səhih İbn Hibban, (544)]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Dul qadınlara və kasıblara əl tutan kimsə Allah yolunda vuruşan mücahidə, yaxud gecələr namaz qılıb, gündüzlər oruc tutan kimsəyə bənzəyir.» [Səhih Əl-Buxari, (5353)]

İslam dini qohumlarını haqlarını qorumağı tövsiyə edir və onlarla əlaqə saxlamağın vacib olduğunu vurğulayır. Uca Allah buyurur:

﴿ٱلنَّبِيُّ أَوۡلَىٰ بِٱلۡمُؤۡمِنِينَ مِنۡ أَنفُسِهِمۡۖ وَأَزۡوَٰجُهُۥٓ أُمَّهَٰتُهُمۡۗ وَأُوْلُواْ ٱلۡأَرۡحَامِ بَعۡضُهُمۡ أَوۡلَىٰ بِبَعۡضٖ فِي كِتَٰبِ ٱللَّهِ مِنَ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُهَٰجِرِينَ إِلَّآ أَن تَفۡعَلُوٓاْ إِلَىٰٓ أَوۡلِيَآئِكُم مَّعۡرُوفٗاۚ كَانَ ذَٰلِكَ فِي ٱلۡكِتَٰبِ مَسۡطُورٗا ٦﴾ [الأحزاب: 6]

{ Peyğəmbər möminlərə on­ların öz­lə­rindən daha yaxın­dır. Zöv­cələri isə mö­minlərin ana­larıdır. Qohumlar Allahın ya­zı­sına gö­rə bir-birlərinə mö­min­lər­dən və mühacirlərdən daha yaxın­dır­lar. Dostlarınıza yax­şı­lıq etmək isə istis­na­dır. Bunlar Kitabda ya­zıl­mışdır. } [Əl-Əhzab, 33:6]

İslam dini qohumlarla əlaqəni kəsməkdən çəkindirir və bunu, yer üzündə fəsad törətməyə bənzədir. Uca Allah buyurur:

﴿فَهَلۡ عَسَيۡتُمۡ إِن تَوَلَّيۡتُمۡ أَن تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ وَتُقَطِّعُوٓاْ أَرۡحَامَكُمۡ٢٢ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ لَعَنَهُمُ ٱللَّهُ فَأَصَمَّهُمۡ وَأَعۡمَىٰٓ أَبۡصَٰرَهُمۡ٢٣﴾ [محمد: 22-23]

{ Əgər haqdan üz çevir­sə­niz, ola bil­sin ki, yer üzündə fitnə-fə­sad törədə­si­niz və qo­humluq əlaqələrini kəsə­siniz. Onlar Allahın lənətlə­di­yi, qulaq­larını kar, gözlərini də kor et­diyi kimsələrdir. } [Muhəmməd, 47:22-23]

Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: «Qohumlarla əlaqəni kəsən adam Cənnətə girməz.». [Səhih Müslim, (2556)]

Əlaqə saxlanılması vacib olan yaxınlar isə bunlardır: valideynlər,(babalar,nənələr) qardaşlar, bacılar, əmilər, bibilər, dayılar və xalalar İslam dini, həmçinin qonşunun haqlarını da ödəməyi buyurur. Hətta qonşu kafir olsa belə. Uca Allah buyurur:

﴿۞ وَٱعۡبُدُواْ ٱللَّهَ وَلَا تُشۡرِكُواْ بِهِۦ شَيۡـٔٗاۖ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَٰنٗا وَبِذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَٱلۡجَارِ ذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡجَارِ ٱلۡجُنُبِ وَٱلصَّاحِبِ بِٱلۡجَنۢبِ وَٱبۡنِ ٱلسَّبِيلِ وَمَا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ مُخۡتَالٗا فَخُورًا٣٦﴾ [النساء: 36]

{ Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşma­yın! Va­li­deynlərə, qo­hum-əqrə­ba­ya, ye­tim­lərə, kasıblara, ya­xın və uzaq qo­num-qonşuya, yol yol­daşına, müsafirə və sahib oldu­ğunuz kö­lə və kənizlərə yax­şı­lıq edin! Həqi­qə­tən, Allah lov­ğalıq edən­­ləri və özü­nü öyən­ləri sevmir. } [Ən-Nisa, 4:36]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Cəbrail mənə qonşu haqqında o qədər tövsiyə verdi ki, nəhayət, mən qonşunun da varislərdən olacağını güman etdim.» [Səhih Əbu Davud, (5152)]

 33- İslam dini təmiz yemək-içməkləri halal etmişdir. Həmçinin, qəlbi, bədəni və mənzili təmiz saxlamağı əmr etmişdir. Elə buna görə də, nikaha girməyi halal buyurmuşdur. (Uca Allah) Öz Peyğəmbərlərinə (Allahın salavatı və salamı onların üzərinə olsun) bunu əmr etmişdir. Onlara təmiz olan hər bir şey əmr edilmişdir.

İslam dini təmiz yemək-içməkləri halal etmişdir.

Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurur: «Həqiqətən, Uca Allah Pakdır və yalnız Pak olanları qəbul edər. Həqiqətən, Allah peyğəmbərlərə nəyi əmr etmişdirsə, möminlərə də onu əmr edib buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلرُّسُلُ كُلُواْ مِنَ ٱلطَّيِّبَٰتِ وَٱعۡمَلُواْ صَٰلِحًاۖ إِنِّي بِمَا تَعۡمَلُونَ عَلِيمٞ٥١﴾ [المؤمنون: 51]

{ Ey Peyğəmbərlər, təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün!Mən,həqiqətən,sizin nə etdiklərinizi bilirəm! } (Əl-Muminun, 23:51). O, həmçinin, buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُلُواْ مِن طَيِّبَٰتِ مَا رَزَقۡنَٰكُمۡ وَٱشۡكُرُواْ لِلَّهِ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ١٧٢﴾ [البقرة: 172]

{ Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz təmiz və halal nemətlərdən yeyin və əgər Allaha ibadət edirsinizsə,Ona şükür edin! } (Əl-Bəqərə, 2:172).»  Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun), uzun müddətli səfərə çıxmış, saçları dağınıq, üst-başı da toz-torpaq içində olan və bu halda əllərini göyə qaldırıb: «Ya Rəbb, ya Rəbb!»– deyə yalvaran birisini xatırlatdı. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) davam edib dedi « halbuki onun yediyi, harram, içdiyi haram, geydiyi haram – haramla böyümüşdür. Beləsinin duası necə qəbul ola bilər?!» ». [Səhih Müslim, (1015)]

Uca Allah buyurur:

﴿قُلۡ مَنۡ حَرَّمَ زِينَةَ ٱللَّهِ ٱلَّتِيٓ أَخۡرَجَ لِعِبَادِهِۦ وَٱلطَّيِّبَٰتِ مِنَ ٱلرِّزۡقِۚ قُلۡ هِيَ لِلَّذِينَ ءَامَنُواْ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا خَالِصَةٗ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ كَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡلَمُونَ٣٢﴾ [الأعراف: 32]

{ De: «Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və tə­miz ru­ziləri kim haram et­miş­dir?» De: «Bunlar dünya həya­tında ha­mı­ya, Qiyamət günü isə yalnız mömin­lərə məxsus­dur.»  Biz dərk edən adamlar üçün ayələri belə­ izah edirik. } [Əl-Əraf, 7:32]

Həmçinin, qəlbi, bədəni və mənzili təmiz saxlamağı əmr etmişdir. Eələ buna görə də, nikaha girməyi halal buyurmuşdur. (Uca Allah) Öz peyğəmbərlərinə (Allahın onlara salamı olsun) bunu əmr etmişdir. Onlara təimz olan hər bir şey əmr edilmişdir. Uca Allah buyurur:

﴿وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا وَجَعَلَ لَكُم مِّنۡ أَزۡوَٰجِكُم بَنِينَ وَحَفَدَةٗ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِۚ أَفَبِٱلۡبَٰطِلِ يُؤۡمِنُونَ وَبِنِعۡمَتِ ٱللَّهِ هُمۡ يَكۡفُرُونَ ٧٢﴾ [النحل: 72]

{ Allah sizin üçün özü­nüz­dən zöv­cələr yaratdı, zövcələ­ri­niz­dən də sizin üçün övlad­lar və nəvələr yaratdı və si­zə Pak ruzilər ver­di. İndi onlar ba­tilə ina­nıb Allahın nemətini in­karmı edir­lər?! } [Ən-Nəhl, 16:72]

Uca Allah buyurur:

﴿وَثِيَابَكَ فَطَهِّرۡ ٤ وَٱلرُّجۡزَ فَٱهۡجُرۡ٥﴾ [المدثر: 4-5]

{ Geyimini təmiz saxla! Pis şeyləri tərk et! } [Əl-Muddəssir, 74:4-5]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Qəlbində zərrə qədər təkəbbür olan kimsə Cənnətə girməz.»  (Bu vaxt) bir adam dedi: «Adam libasının və ayaqqabısının gözəl olmasını xoşlayır.» Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: «Allah gözəldir və gözəlliyi sevər. Təkəbbürlük isə haqqı danmaq və insanlara xor baxmaqdır.» [Səhih Müslim, (91)]

 34- İslam dini, Allaha şərik qoşmaq, küfr etmək, bütlərə ibadət etmək, elmsiz olaraq Allah haqqında söz söyləmək, övladı öldürmək, haqsız yerə adam öldürmək, yer üzündə fəsad törətmək, sehr etmək, zahirdə və batində murdar işlər görmək, zina etmək, Lut qövmünün etdiyini etmək (burada eynicinsli əlaqələr qəsd edilir) kimi böyük günahları haram buyurmuşdur. Həmçinin, faizi (almağı, verməyi, şahid olmağı və yazmağı), habelə, ölü əti, bütlər üçün kəsilmiş əti və donuz ətini yeməyi, eləcə də, murdar və çirkin şeyləri haram etmişdir. Həmçinin, yetimin malını yeməyi, çəkidə və ölçüdə aldatmağı və qohumlarla əlaqəni kəsməyi haram buyurmuşdur. peyğəmbərlərin (Allahın onlara salamı olsun) hamısı bu əməllərin haram sayılmasını yekdilliklə qəbul etmişlər.

İslam dini, Allaha şərik qoşmaq, küfr etmək, bütlərə ibadət etmək, elmsiz olaraq Allah haqqında söz söyləmək və övladı öldürmək kimi böyük günahları haram buyurmuşdur. Uca Allah buyurur:

﴿۞ قُلۡ تَعَالَوۡاْ أَتۡلُ مَا حَرَّمَ رَبُّكُمۡ عَلَيۡكُمۡۖ أَلَّا تُشۡرِكُواْ بِهِۦ شَيۡـٔٗاۖ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَٰنٗاۖ وَلَا تَقۡتُلُوٓاْ أَوۡلَٰدَكُم مِّنۡ إِمۡلَٰقٖ نَّحۡنُ نَرۡزُقُكُمۡ وَإِيَّاهُمۡۖ وَلَا تَقۡرَبُواْ ٱلۡفَوَٰحِشَ مَا ظَهَرَ مِنۡهَا وَمَا بَطَنَۖ وَلَا تَقۡتُلُواْ ٱلنَّفۡسَ ٱلَّتِي حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلۡحَقِّۚ ذَٰلِكُمۡ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمۡ تَعۡقِلُونَ ١٥١ وَلَا تَقۡرَبُواْ مَالَ ٱلۡيَتِيمِ إِلَّا بِٱلَّتِي هِيَ أَحۡسَنُ حَتَّىٰ يَبۡلُغَ أَشُدَّهُۥۚ وَأَوۡفُواْ ٱلۡكَيۡلَ وَٱلۡمِيزَانَ بِٱلۡقِسۡطِۖ لَا نُكَلِّفُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۖ وَإِذَا قُلۡتُمۡ فَٱعۡدِلُواْ وَلَوۡ كَانَ ذَا قُرۡبَىٰۖ وَبِعَهۡدِ ٱللَّهِ أَوۡفُواْۚ ذَٰلِكُمۡ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمۡ تَذَكَّرُونَ ١٥٢﴾ [الأنعام: 151-152]

{ (Ya Rəsulum!) De: «Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız! } { Yetimin malına, xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi-buluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi (dini vəzifələrinizi, andlarınızı) yerinə yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz!» } [Əl-Ənam, 6:151-152]

Uca Allah buyurur:

﴿قُلۡ إِنَّمَا حَرَّمَ رَبِّيَ ٱلۡفَوَٰحِشَ مَا ظَهَرَ مِنۡهَا وَمَا بَطَنَ وَٱلۡإِثۡمَ وَٱلۡبَغۡيَ بِغَيۡرِ ٱلۡحَقِّ وَأَن تُشۡرِكُواْ بِٱللَّهِ مَا لَمۡ يُنَزِّلۡ بِهِۦ سُلۡطَٰنٗا وَأَن تَقُولُواْ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ٣٣﴾ [الأعراف: 33]

{ De: «Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməl­ləri, hər cür günahı, haq­sız­casına zülm etməyi, Alla­hın, haq­qın­da heç bir dəlil nazil et­mə­diyi bir şeyi Ona şərik qoş­mağınızı və bilmədiyiniz şey­ləri Allahın əley­hinə söylə­mə­yinizi haram bu­yur­muşdur.» } [Əl-Əraf, 7:33]

İslam dini haqsız yerə adam öldürməyi haram buyurmuşdur. Uca Allah buyurur:

﴿وَلَا تَقۡتُلُواْ ٱلنَّفۡسَ ٱلَّتِي حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلۡحَقِّۗ وَمَن قُتِلَ مَظۡلُومٗا فَقَدۡ جَعَلۡنَا لِوَلِيِّهِۦ سُلۡطَٰنٗا فَلَا يُسۡرِف فِّي ٱلۡقَتۡلِۖ إِنَّهُۥ كَانَ مَنصُورٗا٣٣﴾ [الإسراء: 33]

{ Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin. Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə (və ya varisinə qatil barəsində) bir ixtiyar verdik (istəsə, qatildən qisas alar, istəsə, bağışlayar və ya qanbahası tələb edər). Lakin o da qətl etməkdə ifrata varmasın (qisas almalı olsa, yalnız qatili öldürməklə kifayətlənsin)! Çünki ona artıq kömək olunmuşdur. } [Əl-İsra, 17:33]

Uca Allah buyurur:

﴿وَٱلَّذِينَ لَا يَدۡعُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ وَلَا يَقۡتُلُونَ ٱلنَّفۡسَ ٱلَّتِي حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلۡحَقِّ وَلَا يَزۡنُونَۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ يَلۡقَ أَثَامٗا٦٨﴾ [الفرقان: 68]

{ Onlar Allahla yanaşı baş­qa mə­buda yalvarmaz, Alla­hın ha­ram etdiyi cana haqsız yerə qıymaz və zina etməz­lər. Bu­nu edən kim­sə cəzalandı­rılar. } [Əl-Furqan, 25:68]

İslam dini yer üzündə fəsad törətməyi haram buyurmuşdur. Uca Allah buyurur:

﴿وَلَا تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ بَعۡدَ إِصۡلَٰحِهَا ...َ٥٦﴾ [الأعراف: 56]

{ Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin …} [Əl-Əraf, 7:56]

Uca Allah Şueyb (Allahin ona salamı olsun) haqqınnda xəbər verir ki, o, öz qövmünə belə demişdir:

﴿وَإِلَىٰ مَدۡيَنَ أَخَاهُمۡ شُعَيۡبٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥۖ قَدۡ جَآءَتۡكُم بَيِّنَةٞ مِّن رَّبِّكُمۡۖ فَأَوۡفُواْ ٱلۡكَيۡلَ وَٱلۡمِيزَانَ وَلَا تَبۡخَسُواْ ٱلنَّاسَ أَشۡيَآءَهُمۡ وَلَا تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ بَعۡدَ إِصۡلَٰحِهَاۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَ٨٥﴾ [الأعراف: 85]

{ Mədyən qövmünə də qar­daşları Şueybi göndərdik. O de­di: «Ey qövmüm! Allaha iba­dət edin. Sizin Ondan başqa məbudunuz yox­dur. Rəbbi­niz­dən sizə açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əş­ya­la­rını əksik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad törət­mə­yin. Əgər mö­min­si­nizsə, bu, sizin üçün daha xeyir­lidir».} [Əl-Əraf, 7:85]

İslam dini sehr etməyi haram buyurmuşdur. Pak, Müqəddəs və Uca Allah belə buyurur:

﴿وَأَلۡقِ مَا فِي يَمِينِكَ تَلۡقَفۡ مَا صَنَعُوٓاْۖ إِنَّمَا صَنَعُواْ كَيۡدُ سَٰحِرٖۖ وَلَا يُفۡلِحُ ٱلسَّاحِرُ حَيۡثُ أَتَىٰ٦٩﴾ [طه: 69]

{ Sağ əlindəkini yerə tulla, onların düzüb qoşduqlarını udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən (əfsundan) başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz! } [Ta ha, 20:69]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Məhvedici yeddi günahdan çəkinin!» (Səhabələr) soruşdular: «Nədir onlar, ya Rəsulullah?» Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: «Allaha şərik qoşmaq, sehrbazlıq, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etmək, sələm yemək, yetimin malını yemək, döyüş meydanından qaçmaq və (zinadan) xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham etmək.». [Səhih Əl-Buxari, (6857)]

İslam dini zahirdə və batində murdar işlər görməi, zina etməy, Lut qövmünün əməlini etməyi haram buyurmuşdur. Bu başlığın əvvəlində, bunların haram olduğuna dair ayələr zikr edilmişdir. Həmçinin, faizi də (almağı, verməyi, şahid olmağı və yazmağı) haram buyurmuşdur. Uca Allah buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَذَرُواْ مَا بَقِيَ مِنَ ٱلرِّبَوٰٓاْ إِن كُنتُم مُّؤۡمِنِينَ٢٧٨ فَإِن لَّمۡ تَفۡعَلُواْ فَأۡذَنُواْ بِحَرۡبٖ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦۖ وَإِن تُبۡتُمۡ فَلَكُمۡ رُءُوسُ أَمۡوَٰلِكُمۡ لَا تَظۡلِمُونَ وَلَا تُظۡلَمُونَ٢٧٩﴾ [البقرة: 278-279]

{ Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Belə etməsəniz, Alla­hın və Onun Rəsulunun sizə mühari­bə elan etdi­yini bilin. Yox, əgər töv­bə etsəniz, sər­mayəniz sizin­dir. Nə siz zülm edər­si­niz, nə də sizə zülm olunar. } [(Əl-Bəqərə, 2:278-279]

Allah, fazilə məşğul olan kimsəyə hərb elan etdiyi kimi, heç bir günah sahibinə hərb elan edəcəyini vəd etməmişdir. Çünki fazilə məşğul olmaq, dinlərini, məmləkətləri, mal-dövləti və insanları korlayır. İslam dini ölü əti, bütlər üçün kəsilmiş əti və donuz ətini yeməyi haram buyurmuşdur. Uca Allah buyurur:

﴿حُرِّمَتۡ عَلَيۡكُمُ ٱلۡمَيۡتَةُ وَٱلدَّمُ وَلَحۡمُ ٱلۡخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيۡرِ ٱللَّهِ بِهِۦ وَٱلۡمُنۡخَنِقَةُ وَٱلۡمَوۡقُوذَةُ وَٱلۡمُتَرَدِّيَةُ وَٱلنَّطِيحَةُ وَمَآ أَكَلَ ٱلسَّبُعُ إِلَّا مَا ذَكَّيۡتُمۡ وَمَا ذُبِحَ عَلَى ٱلنُّصُبِ وَأَن تَسۡتَقۡسِمُواْ بِٱلۡأَزۡلَٰمِۚ ذَٰلِكُمۡ فِسۡقٌۗ ...٣﴾ [المائدة: 3]

{ Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan(axan qan) donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar sizə haram edildi. } [Əl-Maidə, 5:3]

İslam dini şərab içməyi, habelə, digər murdar və çirkin şeyləri haram buyurmuşdur. Uca Allah buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّمَا ٱلۡخَمۡرُ وَٱلۡمَيۡسِرُ وَٱلۡأَنصَابُ وَٱلۡأَزۡلَٰمُ رِجۡسٞ مِّنۡ عَمَلِ ٱلشَّيۡطَٰنِ فَٱجۡتَنِبُوهُ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ٩٠ إِنَّمَا يُرِيدُ ٱلشَّيۡطَٰنُ أَن يُوقِعَ بَيۡنَكُمُ ٱلۡعَدَٰوَةَ وَٱلۡبَغۡضَآءَ فِي ٱلۡخَمۡرِ وَٱلۡمَيۡسِرِ وَيَصُدَّكُمۡ عَن ذِكۡرِ ٱللَّهِ وَعَنِ ٱلصَّلَوٰةِۖ فَهَلۡ أَنتُم مُّنتَهُونَ٩١﴾ [المائدة: 90-91]

{ Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! } { Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. } [Əl-Maidə, 5:90-91]

31-ci başlıqda, Uca Allahın, Rəsulullahın (Allahın salavatı və salamı onun üzərinə olsun) Tövratdakı vəsfi barədə, onun murdar şeyləri haram buyurması haqqında xəbər verdiyini qeyd etmişik. Uca Allah buyurur:

﴿ٱلَّذِينَ يَتَّبِعُونَ ٱلرَّسُولَ ٱلنَّبِيَّ ٱلۡأُمِّيَّ ٱلَّذِي يَجِدُونَهُۥ مَكۡتُوبًا عِندَهُمۡ فِي ٱلتَّوۡرَىٰةِ وَٱلۡإِنجِيلِ يَأۡمُرُهُم بِٱلۡمَعۡرُوفِ وَيَنۡهَىٰهُمۡ عَنِ ٱلۡمُنكَرِ وَيُحِلُّ لَهُمُ ٱلطَّيِّبَٰتِ وَيُحَرِّمُ عَلَيۡهِمُ ٱلۡخَبَٰٓئِثَ وَيَضَعُ عَنۡهُمۡ إِصۡرَهُمۡ وَٱلۡأَغۡلَٰلَ ٱلَّتِي كَانَتۡ عَلَيۡهِمۡۚ ... ١٥٧﴾ [الأعراف: 157]

{ O kəslər ki, yanların­da­kı Tövrat və İncildə haqqında yazıl­mış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bil­mə­yən pey­ğəm­bərin, ardın­ca ge­dərlər. O pey­ğəmbər onlara yax­şı işlər gör­mə­yi buyurar, pis əməl­ləri isə qadağan edər, on­lara Pak şeyləri halal, mur­dar şey­ləri isə haram edər. On­ların ağır yüklərini yüngül­ləş­di­rər və onları buxovlardan xi­las edər. Ona iman gətirən, onu dəs­tək­lə­yən, ona kömək edən və onun­la gön­dərilmiş nurun ardınca ge­­dənlər isə ni­cat tapan­lar­dır. } [Əl-Əraf, 7:157]

İslam dini yetimin malını yeməyi haram buyurmuşdur. Uca Allah buyurur:

﴿وَءَاتُواْ ٱلۡيَتَٰمَىٰٓ أَمۡوَٰلَهُمۡۖ وَلَا تَتَبَدَّلُواْ ٱلۡخَبِيثَ بِٱلطَّيِّبِۖ وَلَا تَأۡكُلُوٓاْ أَمۡوَٰلَهُمۡ إِلَىٰٓ أَمۡوَٰلِكُمۡۚ إِنَّهُۥ كَانَ حُوبٗا كَبِيرٗا ٢﴾ [النساء: 2]

{ Yetimlərin mallarını öz­lə­ri­nə ve­rin və yaxşını pis ilə də­yiş­mə­­yin. Onların mallarını öz mal­ları­nıza qatıb ye­mə­­yin. Şüb­hə­siz ki, bu, böyük günah­dır. } [Ən-Nisa, 4:2]

Uca Allah buyurur:

﴿إِنَّ ٱلَّذِينَ يَأۡكُلُونَ أَمۡوَٰلَ ٱلۡيَتَٰمَىٰ ظُلۡمًا إِنَّمَا يَأۡكُلُونَ فِي بُطُونِهِمۡ نَارٗاۖ وَسَيَصۡلَوۡنَ سَعِيرٗا١٠﴾ [النساء: 10]

{ Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər. } [Ən-Nisa, 4:10]

İslam dini çəkidə və ölçüdə aldatmağı haram buyurmuşdur. Uca Allah buyurur:

﴿وَيۡلٞ لِّلۡمُطَفِّفِينَ١ ٱلَّذِينَ إِذَا ٱكۡتَالُواْ عَلَى ٱلنَّاسِ يَسۡتَوۡفُونَ ٢ وَإِذَا كَالُوهُمۡ أَو وَّزَنُوهُمۡ يُخۡسِرُونَ٣ أَلَا يَظُنُّ أُوْلَٰٓئِكَ أَنَّهُم مَّبۡعُوثُونَ ٤﴾ [المطففين: 1-4]

{ Çəkidə və ölçüdə aldadanların vay halına! } { O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq is­tə­yər­lər, .} { onlar üçün bir şey ölç­dük­də və ya çəkdikdə isə onları zi­yana sa­lar­lar.} { Onlar dirildiləcəkləri barədə fi­kirləş­mir­lərmi?! } [Əl-Mutaffifin, 83:1-4]

İslam dini qohumlarla əlaqəni kəsməyi haram buyurmuşdur. 31-ci başlıqda buna dəlalət edən ayələri və hədisləri zikr etmişik. peyğəmbərlərin (Allahın onlara salamı olsun) hamısı bu əməllərin haram sayılmasını yekdilliklə qəbul etmişlər.

 35- İslam dini, yalan danışmaq, kələk gəlmək, əmanətə xyanət etmək, xəyanət etmək, aldatmaq, hiylə qurmaq, oğurluq etmək, təcavüz etmək, zülm etmək kimi pis əxlaqi cəhətləri və ümumiyyətlə hər bir çirkin əxlaqı qadağan edir.

İslam dini ümumiyyətlə pis əxlaqların hamısını qadağan edir. Uca Allah buyurur:

﴿وَلَا تُصَعِّرۡ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمۡشِ فِي ٱلۡأَرۡضِ مَرَحًاۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ كُلَّ مُخۡتَالٖ فَخُورٖ١٨﴾ [لقمان: 18]

{ İnsanlardan təkəbbürlə üz çevir­mə, yer üzündə lovğa-lovğa gə­zib dolanma. Hə­qiqətən, Allah heç bir özündən razını, özü­nü öyəni sevmir. } [Loğman, 31:18]

Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Sizin mənə ən sevimli və Qiyamət günü məclisinə görə mənə ən yaxın olanınız, əxlaqı ən gözəl olanlarınızdır. Sizlərdən ən çox nifrət etdiyim və Qiyamət günü məclisinə görə məndən ən uzaq olanınız isə, sərsərilər, təmtəraqlı danışanlar və bir də mütəfeyqihlərdir.» Səhabələr dedilər: «Sərsəriləri və təmtəraqlı danışanları bildik. Bəs mütəfeyqihlər kimlərdir?» Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun): «Təkəbbürlülər»- deyə cavab verdi.» [Silsilə əl-Əhadis əs-Səhihə, (791)]

İslam dini yalan danışmağı qadağan edir. Uca Allah buyurur:

﴿ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ مُسۡرِفٞ كَذَّابٞ٢٨﴾ [غافر: 28]

{ … Həqiqətən, Allah həddi aşanı, yalançını doğru yola yönəltməz. } [Ğafir, 40:28]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Yalan danışmaqdan çəkinin! Çünki yalan (adamı) günah işlərə yönəldir. Günah işlər isə (adamı) Cəhənnəmə aparır. Həqiqətən, adam o qədər yalan danışır ki, nəhayət, Allah yanında yalançı sayılır.» [Səhih Müslim, (2607)]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Münafiqin əlaməti üçdür: danışdığı zaman yalan danışar; vəd verdiyi zaman (vədinə) xilaf çıxar; ona əmanət verildiyi zaman xəyanət edər.». [Səhih Əl-Buxari, (6095)]

İslam dini kələk gəlməyi qadağan edir. Hədislərin birində rəvayət edilir ki, (bir dəfə) Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir ərzaq topası görüb əlini onun içinə saldı. Barmaqları yaş bir şeyə dəydikdə, o: «Bu nədir, ey mal yiyəsi?»– deyə soruşdu. Mal sahibi: «Ona yağış dəyib, ya Rəsulullah!»– deyə cavab verdi. Onda Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: «Niyə bəs sən onu üstə qoymursan ki, insanlar onu görə bilsin?! (Bil ki,) bizə kələk gələn bizdən deyildir.» [Səhih Müslim, (102)]

İslam dini əmanətə xəyanət etməyi və aldatmağı qadağan edir. Uca Allah buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَخُونُواْ ٱللَّهَ وَٱلرَّسُولَ وَتَخُونُوٓاْ أَمَٰنَٰتِكُمۡ وَأَنتُمۡ تَعۡلَمُونَ ٢٧﴾ [الأنفال: 27]

{ Ey iman gətirənlər! Alla­ha və Onun Rəsuluna xəyanət­karlıq gös­tərməyin və bilə-bilə ara­nız­dakı əmanətlərə də xə­ya­nət et­mə­yin. } [Əl-Ənfal, 8:27]

Uca Allah buyurur:

﴿ٱلَّذِينَ يُوفُونَ بِعَهۡدِ ٱللَّهِ وَلَا يَنقُضُونَ ٱلۡمِيثَٰقَ ٢٠﴾ [الرعد: 20]

{ O kəslər ki, Allaha (yalnız Ona ibadət edəcəkləri barədə) verdikləri vədi yerinə yetirir və əhdi pozmurlar. } [Ər-Rəd, 13:20]

Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) ordusunu döyüşə göndərəndə onlara belə deyərdi: «Döyüşün, lakin qənimətdən izinsiz götürməyin, əmanətə xayanət etməyin, düşməni öldürdükdə onu eybəcər hala salmayın və uşaqları öldürməyin.» [Səhih Müslim, (1731)]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Dörd (xislət) vardır ki, bunlar kimdə olsa, əsl münafiq sayılar və hər kimdə bunlardan biri olsa belə, onu tərk edincəyə qədər özündə münafiqlik xisləti qalmış sayılar: ona əmanət verildiyi zaman xəyanət edər; danışdığı zaman yalan danışar; əhd bağladığı zaman (əhdini) pozar; mübahisə etdiyi zaman haqsızlıq edər.». [Səhih Əl-Buxari, (34)]

İslam dini həsəd etməyi qadağan edir. Uca Allah buyurur:

﴿أَمۡ يَحۡسُدُونَ ٱلنَّاسَ عَلَىٰ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦۖ فَقَدۡ ءَاتَيۡنَآ ءَالَ إِبۡرَٰهِيمَ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَءَاتَيۡنَٰهُم مُّلۡكًا عَظِيمٗا ٥٤﴾ [النساء: 54]

{  Yoxsa onlar Allahın Öz lüt­fün­dən insanlara verdiyi şe­yə görə on­la­ra həsəd aparır­lar?! Biz İbrahim nəs­li­nə Kitab və hik­mət bəxş etmiş və on­la­ra bö­yük bir səltənət vermiş­dik. } [Ən-Nisa, 4:54]

Uca Allah buyurur:

﴿وَدَّ كَثِيرٞ مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَوۡ يَرُدُّونَكُم مِّنۢ بَعۡدِ إِيمَٰنِكُمۡ كُفَّارًا حَسَدٗا مِّنۡ عِندِ أَنفُسِهِم مِّنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلۡحَقُّۖ فَٱعۡفُواْ وَٱصۡفَحُواْ حَتَّىٰ يَأۡتِيَ ٱللَّهُ بِأَمۡرِهِۦٓۗ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ١٠٩﴾ [البقرة: 109]

{ Kitab əhlindən bir ço­xu həqi­qət özlərinə bəlli olduqdan sonra, içlərindəki hə­səd üzün­dən sizi, imanınızdan sonra ka­fir­liyə qay­tar­maq istərlər. Allah Öz əmrini verin­cəyə qədər onları əfv edin və onlardan vaz keçin! Hə­qi­qətən, Allah hər şeyə qa­dirdir. } [Əl-Bəqərə, 2:109]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Sizdən əvvəlki ümmətlərin xəstəliyi sizə də keçmişdir: (bu,) həsəd və nifrət etməkdir. Bu, dəlləkdir. Mən sizə demirəm ki, o, saç qırxır. Lakin o, dini qırxır. Canım Əlində olan Allaha and olsun ki, iman gətirməyincə, Cənnətə girə bilməzsiniz. Bir-birinizi sevməyincə, iman gətirmiş olmazsınız. Sizə elə bir əməl öyrədimmi ki, onun sayəsində bunlara nail olasınız? Aranızda salamı yayın!». [Sunən ət-Tirmizi, (2510)]

İslam dini yaramaz hiylə qurmağı qadağan edir. Uca Allah buyurur:

﴿وَكَذَٰلِكَ جَعَلۡنَا فِي كُلِّ قَرۡيَةٍ أَكَٰبِرَ مُجۡرِمِيهَا لِيَمۡكُرُواْ فِيهَاۖ وَمَا يَمۡكُرُونَ إِلَّا بِأَنفُسِهِمۡ وَمَا يَشۡعُرُونَ١٢٣﴾ [الأنعام: 123]

{  Beləliklə hər bir ölkə­də oranın günahkarlarını başçı­lar tə­yin etdik ki, onlar orada müm­kün qədər yaramaz iş­lər gör­sün­lər. Hal­buki onlar o yaramaz işləri yalnız öz­lərinə qarşı edir­lər və bu­nu da hiss etmirlər. } [Əl-Ənam, 6:123]

Uca Allah (Quranda) xəbər verir ki, yəhudilər Məsihi (Allahin ona salamı olsun) öldürmək istəmiş və ona hiylə qurmuşdular. Lakin Allah onlara qarşı hiylə qurmuş və bəyan etmişdir ki, yaramaz hiylə yalnız sahibini qaplayar. Uca Allah buyurur:

﴿۞ فَلَمَّآ أَحَسَّ عِيسَىٰ مِنۡهُمُ ٱلۡكُفۡرَ قَالَ مَنۡ أَنصَارِيٓ إِلَى ٱللَّهِۖ قَالَ ٱلۡحَوَارِيُّونَ نَحۡنُ أَنصَارُ ٱللَّهِ ءَامَنَّا بِٱللَّهِ وَٱشۡهَدۡ بِأَنَّا مُسۡلِمُونَ ٥٢ رَبَّنَآ ءَامَنَّا بِمَآ أَنزَلۡتَ وَٱتَّبَعۡنَا ٱلرَّسُولَ فَٱكۡتُبۡنَا مَعَ ٱلشَّٰهِدِينَ٥٣ وَمَكَرُواْ وَمَكَرَ ٱللَّهُۖ وَٱللَّهُ خَيۡرُ ٱلۡمَٰكِرِينَ ٥٤ إِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَىٰٓ إِنِّي مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَيَّ وَمُطَهِّرُكَ مِنَ ٱلَّذِينَ كَفَرُواْ وَجَاعِلُ ٱلَّذِينَ ٱتَّبَعُوكَ فَوۡقَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِۖ ثُمَّ إِلَيَّ مَرۡجِعُكُمۡ فَأَحۡكُمُ بَيۡنَكُمۡ فِيمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ٥٥﴾ [آل عمران: 52-55]

{ İsa onlardakı küfrü hiss et­dikdə, dedi: « Allah yolunda kim­lər mənə yar­dımçı olacaq?» Həva­rilər dedilər: «Bizik Alla­hın dini­nin yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz mü­səlmanıq!} { Ey Rəbbimiz! Biz sənin na­zil et­diyinə iman gətirdik və gön­­dər­diyin elçinin ardınca get­dik. Bizi də, şahidlərlə bir yer­də yaz!»} { Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah qarşılıqlı olaraq hiylə işlədənlərin ən xeyirlisidir.} { O vaxt Allah buyurdu: «Ey İsa, həqiqətən, Mən sənin hə­yatına son qoyub Özümə tərəf qaldıraca­q, səni kafirlərdən təmiz­lə­yəcək və sə­nin ar­dınca gedən­ləri Qiya­mət gü­nü­nə qədər kafir­lərdən üstün edə­cə­yəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də, ixtilafa düş­dü­yü­nüz şeylər barəsində sizin ara­nızda hökm ve­rə­cə­yəm.» } [Ali-İmran, 3:52-55]

Uca Allah (Quranda) xəbər verir ki, Saleh Peyğəmbərin (Allahin ona salamı olsun) qövmü onu öldürmək üçün hiylə qurdular. Onlar hiylə qurdular, Allah da onların hiyləsinə qarşı hiylə qurdu, onları və onların bütün tayfasını yerlə yeksan etdi. Uca Allah buyurur:

﴿قَالُواْ تَقَاسَمُواْ بِٱللَّهِ لَنُبَيِّتَنَّهُۥ وَأَهۡلَهُۥ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِۦ مَا شَهِدۡنَا مَهۡلِكَ أَهۡلِهِۦ وَإِنَّا لَصَٰدِقُونَ٤٩ وَمَكَرُواْ مَكۡرٗا وَمَكَرۡنَا مَكۡرٗا وَهُمۡ لَا يَشۡعُرُونَ٥٠ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ مَكۡرِهِمۡ أَنَّا دَمَّرۡنَٰهُمۡ وَقَوۡمَهُمۡ أَجۡمَعِينَ٥١﴾ [النمل: 49-51]

{ Onlar dedilər: «Bir-biri­nizin ya­nında Allaha and için ki, ge­cə ona və ailəsinə basqın edib onları öldürəcək, sonra da onun ya­xın qohumuna de­yə­cəyik ki, biz onun ailəsinin öl­dürüldü­yünü gör­məmişik və biz, həqi­qətən, düzünü de­yi­rik.»} { Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmədilər.} { Bax gör onların hiylələ­rinin aqi­bəti necə oldu. Biz on­ları bü­tün tayfalarıyla birlikdə yerlə yeksan etdik. } [Ən-Nəml, 27:49-51]

İslam dini oğurluq etməyi qadağan edir. Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurur: «Zina edən adam zina etdiyi vaxt mömin sayıla bilməz. Oğurluq edən adam oğurluq etdiyi vaxt mömin sayıla bilməz. Şərab içən adam şərab içdiyi vaxt mömin sayıla bilməz. Tövbə qapısı isə (qiyamətədək) açıqdır.». [Səhih Əl-Buxari, (6810)]

İslam dini təcavüz etməyi qadağan edir. Uca Allah buyurur:

﴿۞ إِنَّ ٱللَّهَ يَأۡمُرُ بِٱلۡعَدۡلِ وَٱلۡإِحۡسَٰنِ وَإِيتَآيِٕ ذِي ٱلۡقُرۡبَىٰ وَيَنۡهَىٰ عَنِ ٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِ وَٱلۡبَغۡيِۚ يَعِظُكُمۡ لَعَلَّكُمۡ تَذَكَّرُونَ ٩٠﴾ [النحل: 90]

{ Həqiqətən, Allah əda­lət­li olmağı, yaxşılıq etməyi və qo­hum­­la­ra haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər tö­rət­məyi və azğın­lıq etmə­yi isə qadağan edir. O si­zə öyüd-nəsihət ve­rir ki, bəlkə düşünüb ibrət ala­sınız. } [Ən-Nəhl, 16:90]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Allah mənə vəhy edərək buyurmuşdur ki, təvazökar olun, bir-birinizə təcavüz etməyin və bir-birinizə qarşı azğınlıq etməyin.». [Səhih Əbu Davud, (4895)]

İslam dini zülm etməyi qadağan edir. Uca Allah buyurur:

﴿... وَٱللَّهُ لَا يُحِبُّ ٱلظَّٰلِمِينَ٥٧﴾ [آل عمران: 57]

{ … Allah zalımları sevmir. } [Ali-İmran, 3:57]

Uca Allah buyurur:

﴿... إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّٰلِمُونَ٢١﴾ [الأنعام: 21]

{ … Şübhəsiz ki, zalımlar nicat tapmazlar! } [Əl-Ənam, 6:21]

Uca Allah buyurur:

﴿... وَٱلظَّٰلِمِينَ أَعَدَّ لَهُمۡ عَذَابًا أَلِيمَۢا٣١﴾ [الإنسان: 31]

{ … Zalımlara isə, O, ağrılı-acılı əzab hazırlamışdır. } [Əl-İnsan, 76:31]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Üç nəfərin duası rədd edilmir: adil imamın (duası), oruc tutan kimsənin orucunu açana qədər (etdiyi dua) və bir də məzlumun duası. Bu dualar buludun üzərinə qalxır, göy qapıları onlar üçün açılır və qüdrətli və qüvvəlti Rəbb belə buyurur: «İzzətimə and olsun ki, köməyi bir qədər təxirə salmış olsam belə, sənə mütləq kömək edəcəm.».» [Bu hədisi Müslim (2749) müxtəsər olaraq cüzi ləfz fərqi ilə,habelə, Tirmizi də (2526) onu cüzi ləfz fərqi ilə rəvayət etmişdir.İmam Əhməd (8043) isə bu hədisi tam olaraq rəvayət etmişdir.]

Muhəmməd Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Muazı (Allah ondan razı olsun) Yəmənə göndərərkən ona belə nəsihət etmişdir: «Məzlumun bədduasından qorx. Həqiqətən də, onunla Allah arasında heç bir örtük (mane) yoxdur.». [Σαχίχ Αλ-Μπουχάρι (1496)]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Kim bir müahidə (müsəlmanla əhd bağlayan kafirə) zülm etsə, yaxud onun haqqına girsə, yaxud onu gücü çatmadığı bir işlə yükləsə, yaxud da onun könül xoşluğu olmadan ondan bir şey götürsə, Qiyamət günü mən onun tərəfini saxlayacağam.» [Sunən Əbu Davud, (3052)]

Gördüyün kimi, İslam dini hər bir çirkin əxlaqı, zülm etməyi və həddi aşmağı qadağan edir.

 36- İslam dini pul vasitəsilə görülən əmliyyatları - faizi, yaxud (birisinə) zərər vurmağı, yaxud süni şəkildə malın qiymətini qaldırmağı, yaxud zülm etməyi, yaxud kəf gəlməyi, yaxud cəmiyyətə, xalqa və fərdlərə ümumi şəkildə zərər vurmağı və onları ziyana uğratmağı qadağan etmişdir.

İslam dini pul vasitəsilə görülən əmliyyatları - faizi, yaxud (birisinə) zərər vurmağı, yaxud süni şəkildə malın qiymətini qaldırmağı, yaxud zülm etməyi, yaxud kəf gəlməyi, yaxud cəmiyyətə, xalqa və fərdlərə ümumi şəkildə zərər vurmağı və onları ziyana uğratmağı qadağan etmişdir.

Bundan əvvəlki başlıq altında, faizi, zülmü, kəf gəlməyi və yer üzündə fəsad törtməyi haram buyuran ayələr və hədislər zikr edilmişdir. Uca Allah buyurur:

﴿وَٱلَّذِينَ يُؤۡذُونَ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ بِغَيۡرِ مَا ٱكۡتَسَبُواْ فَقَدِ ٱحۡتَمَلُواْ بُهۡتَٰنٗا وَإِثۡمٗا مُّبِينٗا ٥٨﴾ [الأحزاب: 58]

{ Mömin kişiləri və mö­min qadın­ları etmədikləri bir işdən öt­rü günah­landıranlar, sözsüz ki, öz üzərlərinə böh­tanla bəra­bər açıq-aydın ağır bir günah gö­türmüşlər. } [əl-Əhzab, 33:58]

Uca Allah buyurur:

﴿مَّنۡ عَمِلَ صَٰلِحٗا فَلِنَفۡسِهِۦۖ وَمَنۡ أَسَآءَ فَعَلَيۡهَاۗ وَمَا رَبُّكَ بِظَلَّٰمٖ لِّلۡعَبِيدِ ٤٦﴾ [فصلت: 46]

{ Kim yaxşı iş görsə, xe­yri özünə, kim də pislik etsə, zərə­ri öz əleyhi­nə olar. Sə­nin Rəb­bin qullara zülm edən deyil. } [Fusillət, 41:46]

Sünnədə rəvayət edilir ki, Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: «Zərər vermək də olmaz, zərərin qarşılığını vermək də olmaz.». [Sunən İbn Macə, (2341)]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: ««Kim Allaha və Axirət gününə inanırsa, qonçusuna əziyyət verməsin. Kim Allaha və Axirət gününə inanırsa, qonağına yaxşı baxsın. Kim Allaha və Axirət gününə inanırsa, ya xeyir danışsın, ya da sussun.» Digər rəvayətdə: «qonşusuna yaxşılıq etsin»- deyilir.» [Səhih Müslim, (47)]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Pişiyə görə bir qadına əzab verildi. Qadın onu ölənə qədər ac saxlamışdı. Elə buna görə də Cəhənnəmə girdi.Amma ona belə deyiləcək: «Sən o pişiyi tutub saxladığın zaman ona nə yemək, nə də su verdin. Nə də onu azad buraxdın ki, gedib yer üzündəki həşəratlardan yesin.»» [Səhih Əl-Buxari, (3482)]

Bu, pişiyə əziyyət verən kimsənin cəzasıdır. Bəs insanlara əziyyət verənin cəzası necə olacaq? İbn Ömər (Allah ondan razı olsun) demişdir: «(Bir gün) Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) minbərə qalxdı və yüksək səslə səslənib dedi: «Ey dili ilə iman gətirib, hələ qəlblərinə iman daxil olmamış kimsələr! Müsəlmanlara əziyyət verməyin, onları utandırmayın və onların eyiblərini araşdırmayın. Belə ki, kim müsəlman qardaşının eyibini araşırdırarsa, Allah da onun eyibini ortaya çıxarar. Bu onun evinin içində olsa belə, onu aşkara çıxardar.» Bir gün İbn Ömər (Allah ondan razı olsunmə) Müqəddəs Evə, yaxud Kəbəyə baxıb dedi: «Sən və sənin hörmətin necə də əzəmətlidir! Lakin Allah yanında möminin hörməti səninkindən daha əzəmətlidir.»» [Bu hədisi Tirmiz (2032) və İbn Hibbən(5763) rəvayət etmişdir]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Kim Allaha və Axirət gününə inanırsa, qonçusuna əziyyət verməsin. Kim Allaha və Axirət gününə inanırsa, qonağına yaxşı baxsın. Kim Allaha və Axirət gününə inanırsa, ya xeyir danışsın, ya da sussun.» [Səhih Əl-Buxari, (6018)]

Əbu Hureyra (Allah ondan razı olsun anhu) rəvayət etmişdir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: «Bilirsiniz müflis kimdir?»– deyə soruşdu. Onlar: «Ya Rəsulullah, aramızdakı müflislər, nə bir dirhəmi, nə də bir malı olan kimsələrdir»– deyə cavab verdilər. Onda Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: «Ümmətimin müflisləri o kəslərdir ki, onlar Qiyamət günü orucla, namazla və zəkatla, habelə, birisinin şəxsiyyətinə söymüş, birisinə böhtan atmış, birisinin malını yemiş olduğu halda Allahın hüzuruna gətiriləcək. Onu otuzduracalar və ondan qisas alacaqlar. Məzlumlar bir-bir (qisas alaraq) onun savablarından götürəcəklər. Əgər, ondan tam olaraq qisas alınmadan öncə savabları qurtararsa, həmin adamların günahlarından götürülüb, onun günahları üzərinə əlavə edilər, sonra da bu adam Cəhənnəmə atılar.». [Bu hədisi Müslim (2581), Tirmizi (2418) və Əhməd (8029) rəvayət etmişdir. Hədisin ləfzi imam Əhmədə aiddir.]

Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «(Bir zaman) yol üstünə bir ağac budağı düşmüş və insanlara əziyyət verirdi. Bir kişi onu yoldan kənarlaşdırdı və bu səbəbdən də, Cənnətə daxil edildi. » [Bu hədisi Buxari (652) mənaca, Müslim (1914) buna bənzər, İbn Macə (3682) və Əhməd (10432) rəvayət etmişdir.]

Hədisin ləfzi imam Əhmədə aiddir. Və əgər əziyyət verən bir şeyi yoldan kənarlaşdırmaq adamı Cənnətə daxil edirsə, onda bəs insanlara əziyyət verən və onların həyatını korlayanın axırı necə olacaq?

 37- İslam dini ağılı qorumağı əmr etmiş və şərab içmək kimi onu korlayan hər bir şeyi haram buyurmuşdur. Ağılın dərəcəsini yüksəltmiş, onu mükəlləf etmiş, üstəlik, onu xurafatın və bütpərəstliyin zəncirlərindən azad etmişdir. İslam dinində müəyyən bir təbəqəyə məxsus olan nə bir sirr, nə də əhkamlar vardır. İslam əhkamlarının və qanunlarının hamısı doğru-düzgün dərk edən ağıla müvafiqdir. Bu da, ədalət və hikməti əks etdirir.

İslam dini ağılı qorumağı əmr etmiş və onun dərəcəsini yüksəltmişdir. Uca Allah buyurur:

﴿... إِنَّ ٱلسَّمۡعَ وَٱلۡبَصَرَ وَٱلۡفُؤَادَ كُلُّ أُوْلَٰٓئِكَ كَانَ عَنۡهُ مَسۡـُٔولٗا ٣٦﴾ [الإسراء: 36]

{ … Çünki qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaq. } [Əl-İsra, 17:36]

İnsana vacibdir ki, öz ağlını qorusun. Odur ki, İslam dini şərabı, sərxoşedici hər bir şeyi haram buyurmuşdur. Şərabın haram buyurulduğuna dair ayə, 34-cü başlıq altında zikr edilmişdir. Qurani Kərimdəki bir çox ayələr, Uca Allahın bu sözü ilə tamamlanır:

﴿... لَعَلَّكُمۡ تَعۡقِلُونَ٢٤٢﴾ [البقرة: 242]

{ … Bəlkə anlayasınız. } [Əl-Bəqərə, 2:242]

Uca Allah buyurur:

﴿وَمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا لَعِبٞ وَلَهۡوٞۖ وَلَلدَّارُ ٱلۡأٓخِرَةُ خَيۡرٞ لِّلَّذِينَ يَتَّقُونَۚ أَفَلَا تَعۡقِلُونَ ٣٢﴾ [الأنعام: 32]

{ Dünya həyatı oyun və əy­lən­cə­dən başqa bir şey de­yil. Müt­təqilər üçün isə axi­rət yurdu daha xeyirlidir. Mə­gər anlamır­sı­nız? } [Əl-Ənam, 6:32]

Uca Allah buyurur:

﴿إِنَّآ أَنزَلۡنَٰهُ قُرۡءَٰنًا عَرَبِيّٗا لَّعَلَّكُمۡ تَعۡقِلُونَ٢﴾ [يوسف: 2]

{ Həqiqətən, Biz onu ərəb­cə Quran olaraq nazil etdik ki, anlaya biləsiniz. } [Yusuf, 12:2]

Uca Allah bəyan etmişdir ki, hidayət və hikmətdən yalnız ağıl sahibləri istifadə edə bilərlər. O ağıl sahibləri barədə Uca Allah belə buyurur:

﴿يُؤۡتِي ٱلۡحِكۡمَةَ مَن يَشَآءُۚ وَمَن يُؤۡتَ ٱلۡحِكۡمَةَ فَقَدۡ أُوتِيَ خَيۡرٗا كَثِيرٗاۗ وَمَا يَذَّكَّرُ إِلَّآ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ ٢٦٩﴾ [البقرة: 269]

{ Allah hik­məti istədiyi kəsə bəxş edir. Kimə hikmət verilər­sə, ona çox­lu xeyir verilmiş olar. Bundan yalnız ağıl sahibləri dü­şü­nüb ibrət alarlar. } [Əl-Bəqərə, 2:269]

Odur ki, İslam dini ağılı mükəlləf etmişdir. Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: «Qələm üç kimsədən qaldırılmışdır: Yatmış insan yuxudan oyanana qədər, dəli ağıllanana qədər və uşaq həddi-büluğa çatana qədər.» [Bu hədisin bənzərini Əl-Buxari müəlləq isnadla (5269) rəvayət etmişdir. Əbu Davud isə movsul isnadla (4402) rəvayət etmişdir. Hədisin ləfzi də Əbu Davuda aiddir. Həmçinin, hədisin bənzərini Tirmizi (1423), Nəsai (Sunən əl-Kubra əsərində 7346), Əhməd (956), habelə, İbn Macə müxtəsər olaraq rəvayət etmişdir (2042).]

İslam dini ağılı xurafatın və bütpərəstliyin zəncirlərindən azad etmişdir.Uca Allah, xurafatlara sarılmış ümmətlərin halı və Allahdan gələn haqqı rədd etdikləri barədə xəbər verərək buyurur:

﴿وَكَذَٰلِكَ مَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ فِي قَرۡيَةٖ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتۡرَفُوهَآ إِنَّا وَجَدۡنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٖ وَإِنَّا عَلَىٰٓ ءَاثَٰرِهِم مُّقۡتَدُونَ ٢٣﴾ [الزخرف: 23]

{ Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir pey­ğəm­bər gön­dər­diksə, onun cah-calal içində yaşayan sa­kin­ləri: «Biz ata­larımızı bu yolda gör­dük və biz də onların yo­lu­nu tutub ge­də­cə­yik!»– dedilər. } [Əz-Zuxruf, 43:23]

Uca Allah, sevimli dost İbrahim (Allahin ona salamı olsun) haqqınnda xəbər verir ki, o, öz qövmünə belə demişdir:

﴿إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَا هَٰذِهِ ٱلتَّمَاثِيلُ ٱلَّتِيٓ أَنتُمۡ لَهَا عَٰكِفُونَ٥٢ قَالُواْ وَجَدۡنَآ ءَابَآءَنَا لَهَا عَٰبِدِينَ٥٣﴾ [الأنبياء: 52-53]

{ «Bu nə heykəllərdir ki, siz onlara sitayiş edir¬siniz?»– demişdi. } { Onlar: « Biz atalarımızı on­lara iba­dət edən görmü­şük!»– de­di­lər. } [Əl-Ənbiya, 21:52-53]

İslam dini gəlib, insanlara bütlərə tapınmağı tərk etməyi və ata-babalarından miras qalmış xurafatları buraxmağı, üstəlik peyğəmbərlərinin (Allahın salavatı və salamı onların üzərinə olsun) yolunu tutub getmələrini əmr etmişdir.

İslam dinində müəyyən bir təbəqəyə məxsus olan sirr və əhkamlar yoxdur. Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) soruşdular: «Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) sizə məxsusi olaraq, elə bir şey ayırıb veribmi ki, onu başqa insanlara vermiş olmasın?» O, dedi: «Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) başqa insanlara deyil, yalnız bizə məxsusi olaraq elə bir şey qoymamışdır. Yalnız qılıncımın qınındakı istisnadır.» Sonra o (qılıncının qınından) bir vərəq çıxartdı. Orada yazılmışdı: «Allahdan başqasına qurban kəsənə Allah lənət eləsin! Yer üzündəki sərhədləri oğurlayana Allah lənət eləsin! Valideynlərinə lənət oxuyana Allah lənət eləsin! Cinayətkara sığınacaq verənə Allah lənət eləsin!» [Səhih Müslim, (1978)].

İslam əhkamlarının və qanunlarının hamısı doğru-düzgün dərk edən ağıla müvafiqdir. Bu da, ədalət və hikməti əks etdirir.

 38- Əgər batil dinlərə tabe olan kimsələr, bu dinlərdə olan ziddiyyətləri və ağılın qəbul etmədiyi məsələləri araşdırıb öyrənməsələr, o dinləri təbliğ edən kimsələr, öz tabeçiliklərində olanlara, dinin ağıldan daha yüksəkdə durduğunu və ağılın heç bir vəchlə dini məsələləri dərk edə bilmədiyini deyəcəklər. Halbuki İslam, dinin ağılın yolunu işıqlandıran bir nur olduğunu bildirir. Batil dinlərə qulluq edənlər istəyirlər ki, insan öz ağlını işlətməyib onlara tabe olsun. İslam dini isə, insandan ağlını işlətməyi tələb edir ki, həqiqətləri olduğu kimi dərk edə bilsin.

Əgər batil dinlərə tabe olan kimsələr, bu dinlərdə olan ziddiyyətləri və ağılın qəbul etmədiyi məsələləri araşdırıb öyrənməsələr, o dinləri təbliğ edən kimsələr, öz tabeçiliklərində olanlara, dinin ağıldan daha yüksəkdə durduğunu və ağılın heç bir vəchlə dini məsələləri dərk edə bilmədiyini deyəcəklər. Halbuki İslam, dinin ağılın yolunu işıqlandıran bir nur olduğunu bildirir. Batil dinlərə qulluq edənlər istəyirlər ki, insan öz ağlını işlətməyib onlara tabe olsun. İslam dini isə insandan ağlını işlətməyi tələb edir ki, həqiqətləri olduğu kimi dərk edə bilsin. Uca Allah buyurur:

﴿وَكَذَٰلِكَ أَوۡحَيۡنَآ إِلَيۡكَ رُوحٗا مِّنۡ أَمۡرِنَاۚ مَا كُنتَ تَدۡرِي مَا ٱلۡكِتَٰبُ وَلَا ٱلۡإِيمَٰنُ وَلَٰكِن جَعَلۡنَٰهُ نُورٗا نَّهۡدِي بِهِۦ مَن نَّشَآءُ مِنۡ عِبَادِنَاۚ وَإِنَّكَ لَتَهۡدِيٓ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ٥٢﴾ [الشورى: 52]

{ Biz sənə Öz əmrimizdən olan Ru­­hu (Quranı) vəhy et­dik. Sən kitab nə­dir, iman nədir bilmirdin. Lakin Biz onu, qul­la­rı­mız­dan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Hə­qi­qə­­tən, sən onları doğru yola yönəldirsən. } [Əş-Şura, 42:52]

İlahi vəhy özündə elə dəlillər və sübutlar cəm edir ki, bunlar, salamat ağılları, həqiqətləri dərk etməyə,onları bilməyə və onlara iman gətirməyə yönəldir. Uca Allah buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدۡ جَآءَكُم بُرۡهَٰنٞ مِّن رَّبِّكُمۡ وَأَنزَلۡنَآ إِلَيۡكُمۡ نُورٗا مُّبِينٗا ١٧٤﴾ [النساء: 174]

{ Ey insanlar! (Bu Muhəmməd) sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur (Quran) endirdik. } [Ən-Nisa, 4:174]

Pak, Müqəddəs və Uca Allah istəyir ki, insan doğru yolla getsin, elmli olsun və həqiqətləri dərk etsin. Şeytanlar və tağutlar isə, istəyirlər ki, insan, küfrün, cəhalətin və zəlalətin zülmətlərində qalsın. Uca Allah buyurur:

﴿ٱللَّهُ وَلِيُّ ٱلَّذِينَ ءَامَنُواْ يُخۡرِجُهُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِۖ وَٱلَّذِينَ كَفَرُوٓاْ أَوۡلِيَآؤُهُمُ ٱلطَّٰغُوتُ يُخۡرِجُونَهُم مِّنَ ٱلنُّورِ إِلَى ٱلظُّلُمَٰتِۗ ...٢٥٧﴾ [البقرة: 257]

{ Allah iman gətirənlərin dostudur, onları zülmət­lər­dən nu­ra çı­xarar. Kafirlərin dost­ları isə tağutdur, onları nurdan zülmətlə­rə çıxarar. On­lar Od sa­kin­­ləridirlər və onlar orada əbədi qala­caq­lar. … } [Əl-Bəqərə, 2:257]

 39- İslam dini səhih elmi Uca tutur və nəfsi istəklərdən uzaq olan elmi araşdırmalarla məşğul olmağa təşviq edir. Habelə, həm özümüzə, həm də ətrafımızda olanlara nəzər salmağa və bu haqda düşünməyə dəvət edir. Səhih elmi araşdırmaların nəticələri, İslama zidd ola bilməz.

İslam dini, səhih elmi Ucaltmışdır. Uca Allah buyurur:

﴿ يَرۡفَعِ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ مِنكُمۡ وَٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ دَرَجَٰتٖۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ ١١﴾ [المجادلة: 11]

{ … Allah sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini Ucaltsın. Allah nə etdiklərinizdən xəbərdardır. } [Əl-Mucadələ, 58:11]

Allah, şahidlik ediləcək ən əzəmətli kəlmə xüsusunda, Öz şahidliyini və mələklərin şahidliyini, alimlərin şahidliyi ilə bərabər zikr etmişdir. Uca Allah buyurur:

﴿شَهِدَ ٱللَّهُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا هُوَ وَٱلۡمَلَٰٓئِكَةُ وَأُوْلُواْ ٱلۡعِلۡمِ قَآئِمَۢا بِٱلۡقِسۡطِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ١٨﴾ [آل عمران: 18]

{ Allah ədalətli olaraq şahidlik etmişdir ki, Özündən başqa iba­dətə la­yiq olan məbud yoxdur. Mələklər və elm sahibləri də, buna şahid­lik et­mişlər. On­­dan başqa iba­dətə layiq olan mə­­bud yoxdur, Qüdrətlidir, Hikmət sahibidir.  } [Ali-İmran, 3:18]

Bu da, elm əhlinin İslamda olan məqamını bildirir. Allah Öz Peyğəmbəri Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) yalnız elmini artırmaq üçün dua etməyi əmr etmişdir. Uca Allah buyurur:

﴿... وَقُل رَّبِّ زِدۡنِي عِلۡمٗا١١٤﴾ [طه: 114]

{ … De: «Ey Rəbbim! Elmimi artır!». } [Ta ha, 20:114]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Kim elm öyrənmək məqsədilə yola çıxarsa, Allah onun Cənnətə gedən yolunu asanlaşdırar. Həqiqətən də, mələklər, razılıq əlaməti olaraq, qanadlarını elm öyrənmək istəyən kimsənin önünə sərirlər. Həqiqətən, göylərdə və yerdə olanların hamısı, hətta dənizdəki balıqlar belə, elm öyrənmək istəyən kimsə üçün bağışlanma diləyirlər. Həqiqətən də, alimin abid üzərində olan üstünlüyü, ayın digər göy cismləri üzərində olan üstünlüyü kimidir. Həqiqətən də, alimlər, peyğəmbərlərin varisləridir. Peyğəmbərlər isə, özlərindən sonra nə bir dinar, nə də bir dirhəm miras qoyub getmişlər. Onların qoyub getdiyi miras, elmdir. Kim onu öyrənərsə, böyük xeyrə nail olmuş olar.» [Bu hədisi Əbu Davud (3641), Tirmizi (2682), İbn Macə (223) və Əhməd (21715) rəvayət etmişdir. Hədisin ləfzi, İbn Macəyə aiddir.]

İslam dini, nəfsi istəklərdən uzaq olan elmi araşdırmalarla məşğul olmağa təşviq edir və üstəlik, həm özümüzə, həm də ətrafımızda olanlara nəzər salmağa və bu haqda düşünməyə dəvət edir. Uca Allah buyurur:

﴿سَنُرِيهِمۡ ءَايَٰتِنَا فِي ٱلۡأٓفَاقِ وَفِيٓ أَنفُسِهِمۡ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمۡ أَنَّهُ ٱلۡحَقُّۗ أَوَلَمۡ يَكۡفِ بِرَبِّكَ أَنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ٥٣﴾ [فصلت: 53]

{ Quranın haqq olduğu on­lara ay­dın olana qədər, Biz də­lillə­ri­mizi on­la­ra həm kai­nat­da, həm də onların özlə­rində müt­ləq gös­tə­rəcəyik. Məgər Rəb­binin hər şeyə şahid olması ki­fayət de­yilmi? } [Fussilət, 41:53]

Uca Allah buyurur:

﴿أَوَلَمۡ يَنظُرُواْ فِي مَلَكُوتِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا خَلَقَ ٱللَّهُ مِن شَيۡءٖ وَأَنۡ عَسَىٰٓ أَن يَكُونَ قَدِ ٱقۡتَرَبَ أَجَلُهُمۡۖ فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَهُۥ يُؤۡمِنُونَ١٨٥﴾ [الأعراف: 185]

{ Məgər onlar göylərin və yerin səltənətinə, Allahın yaratdığı hər şeyə, əcəllərinin yaxınlaşa biləcəyinə diqqət yetirmirlərmi? Bundan sonra hansı sözə inanacaqlar? } [Əl-Əraf, 7:185]

Uca Allah buyurur:

﴿أَوَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَانُوٓاْ أَشَدَّ مِنۡهُمۡ قُوَّةٗ وَأَثَارُواْ ٱلۡأَرۡضَ وَعَمَرُوهَآ أَكۡثَرَ مِمَّا عَمَرُوهَا وَجَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِۖ فَمَا كَانَ ٱللَّهُ لِيَظۡلِمَهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ٩﴾ [الروم: 9]

{ Məgər onlar yer üzündə gəzib do­laşaraq özlərindən ön­cə­ki­lə­rin aqibətini görmədi­lər­mi? Onlar bunlardan da güc­­lü idilər. On­lar torpağı şumla­yır, yer üzü­nü bunlardan daha çox abad­laş­dı­rır­dılar. Elçiləri onla­ra açıq-aydın mö­cüzələr gəti­rir­di­lər. Onlara Allaha zülm et­mir­di. Onlar özləri özlərinə zülm edir­dilər. } [Ər-Rum, 30:9]

Səhih elmi araşdırmaların nəticələri, İslama zidd ola bilməz. Buna dair bir misal çəkəcəyik. Quran, min dörd yüz il bundan əvvəl bu (misal) haqda dəqiq təfsilatlar vermiş, lakin müasir elm bundan bu yaxınlarda xəbər tutmuşdur. Müasir elmi araşdırmaların nəticəsi əzəmətli Quranda öz təsdiqini tapmışdır. Bu, rüşeymin ana bətnində yaradılışıdır. Uca Allah buyurur:

﴿وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن سُلَٰلَةٖ مِّن طِينٖ١٢ ثُمَّ جَعَلۡنَٰهُ نُطۡفَةٗ فِي قَرَارٖ مَّكِينٖ١٣ ثُمَّ خَلَقۡنَا ٱلنُّطۡفَةَ عَلَقَةٗ فَخَلَقۡنَا ٱلۡعَلَقَةَ مُضۡغَةٗ فَخَلَقۡنَا ٱلۡمُضۡغَةَ عِظَٰمٗا فَكَسَوۡنَا ٱلۡعِظَٰمَ لَحۡمٗا ثُمَّ أَنشَأۡنَٰهُ خَلۡقًا ءَاخَرَۚ فَتَبَارَكَ ٱللَّهُ أَحۡسَنُ ٱلۡخَٰلِقِينَ١٤﴾ [المؤمنون: 12-14]

{ Həqiqətən, Biz insanı pal­çıq cöv­hərindən yaratdıq.} { Sonra nütfə halında möh­kəm yerdə yerləşdirdik.} { Sonra nütfədən lax­talanmış qan ya­ratdıq; sonra o qan­dan bir parça ət yaratdıq; sonra o bir parça ətdən sü­mük­lər yarat­dıq; sonra da sümük­ləri ət ilə ört­dük; sonra da onu başqa bir məx­luq olaraq xəlq et­dik. Yaradanların ən yax­şısı olan Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır! } Əl-Muminun, 23:12-14]

 40- Allah, yalnız Ona iman gətirən, Ona itaət edən və peyğəmbərlərinin (Allahın salavatı və salamı onların üzərinə olsun) dediklərini təsdiqləyən kimsənin əməllərini qəbul edər və ona bu əməllərinin mükafatını verər. Allah yalnız Öz şəriətinə müvafiq olan ibadətləri qəbul edir. Necə ola bilər ki, insan Allaha küfr etsin, sonra da buna görə Ondan mükafat gözləsin?! Allah, insanlardan, peyğəmbərlərin (Allahın salavatı və salamı onların üzərinə olsun) hamısına iman gətirməyən, habelə, Muhəmmədin Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) olduğuna iman gətirməyən heç bir kimsənin iman gətirməsini qəbul etmir.

Allah, yalnız Ona iman gətirən, Ona itaət edən və peyğəmbərlərinin (Allahın salavatı və salamı onların üzərinə olsun) dediklərini təsdiqləyən kimsənin əməllərini qəbul edər və ona bu əməllərinin mükafatını verər. Uca Allah buyurur:

﴿مَّن كَانَ يُرِيدُ ٱلۡعَاجِلَةَ عَجَّلۡنَا لَهُۥ فِيهَا مَا نَشَآءُ لِمَن نُّرِيدُ ثُمَّ جَعَلۡنَا لَهُۥ جَهَنَّمَ يَصۡلَىٰهَا مَذۡمُومٗا مَّدۡحُورٗا١٨ وَمَنۡ أَرَادَ ٱلۡأٓخِرَةَ وَسَعَىٰ لَهَا سَعۡيَهَا وَهُوَ مُؤۡمِنٞ فَأُوْلَٰٓئِكَ كَانَ سَعۡيُهُم مَّشۡكُورٗا١٩﴾ [الإسراء: 18-19]

{ Kim gəldi-gedər dün­ya­nı istəsə, orada ona – di­lə­di­yi­miz kim­səyə is­tə­di­yi­miz şeylə­ri dər­hal verərik. Sonra isə onu qı­nan­mış və Allahın rəhmə­tin­dən qovul­muş halda girəcəyi Cə­hənnəmə ata­rıq. } { Kim də Axirəti istəsə, mö­min ola­raq bütün qəlbi ilə ona can at­sa, onların səyi məm­nuniyyətlə qəbul olunar. } [Əl-İsra, 17:18-19]

Uca Allah buyurur:

﴿فَمَن يَعۡمَلۡ مِنَ ٱلصَّٰلِحَٰتِ وَهُوَ مُؤۡمِنٞ فَلَا كُفۡرَانَ لِسَعۡيِهِۦ وَإِنَّا لَهُۥ كَٰتِبُونَ٩٤﴾ [الأنبياء: 94]

{  Kim mömin olduğu hal­da yaxşı işlər görsə, onun zəh­məti in­kar olun­maz. Şübhəsiz ki, Biz onun əməllərini yazırıq. } [Əl-Ənbiya, 21:94]

Allah yalnız Öz şəriətinə müvafiq olan ibadətləri qəbul edir. Uca Allah buyurur:

﴿... فَمَن كَانَ يَرۡجُواْ لِقَآءَ رَبِّهِۦ فَلۡيَعۡمَلۡ عَمَلٗا صَٰلِحٗا وَلَا يُشۡرِكۡ بِعِبَادَةِ رَبِّهِۦٓ أَحَدَۢا١١٠﴾ [الكهف: 110]

{  Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və yerinə yetirdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın! } [Əl-Kəhf, 18:110]

(Bu ayədə Uca Allah) bəyan edir ki, əməl yalnız o halda saleh sayıla bilər ki, Allahın qoyduğu şəriətə müvafiq olsun, üstəlik, onu yerinə yetirən adam, Allaha iman gətirmiş və Onun peyğəmbərlərini və elçilərini (Allahın salavatı və salamı onların üzərinə olsun) təsdiqləmiş halda, bu əməli ixlasla Allah üçün yerinə yetirsin. Əməli, bu deyilənlərə uyğun olmayan kimsə haqqında isə, Uca Allah belə buyurur:

﴿وَقَدِمۡنَآ إِلَىٰ مَا عَمِلُواْ مِنۡ عَمَلٖ فَجَعَلۡنَٰهُ هَبَآءٗ مَّنثُورًا٢٣﴾ [الفرقان: 23]

{ Biz onların etdikləri əməl­lərə bax­dıqdan sonra onları sov­rul­muş toz dənə­ciklərinə çevi­rərik. } [Əl-Furqan, 25:23]

Uca Allah buyurur:

﴿وُجُوهٞ يَوۡمَئِذٍ خَٰشِعَةٌ٢ عَامِلَةٞ نَّاصِبَةٞ٣ تَصۡلَىٰ نَارًا حَامِيَةٗ٤﴾ [الغاشية: 2-4]

{ O gün neçə-neçə üzlər zə­lil olub yerə dikiləcək, üzülüb əldən düşəcək, çox qızmar oda girəcək. } [Əl-Ğaşiyə, 88:2-4]

Bu üzlər çoxlu əməl etdiklərin görə zəlil olub yerə dikiləcək, lakin onlar, Allahın buyurduğu əməlləri etmədiklərinə görə, Allah onların Cəhənnəmlik etmişdir. Çünki onlar, Allahın qoyduğu qanunlara əməl etməmiş, əksinə, batil ibadətlərlə ibadət etmiş və onlar üçün batil dinlər uyduran zəlalət başçılarına tabe olmuşlar. Allah yanında məqbul olan saleh əməl, yalnız Rəsulullahın (Allahın salavatı və salamı onun üzərinə olsun) gətirdiyinə müvafiq olanıdır. Necə ola bilər ki, insan Allaha küfr etsin, sonra da Ondan mükafat gözləsin? Allah, insanlardan, peyğəmbərlərin (Allahın salavatı və salamı onların üzərinə olsun) hamısına iman gətirməyən, habelə, Muhəmmədin Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) olduğuna iman gətirməyən heç bir kimsənin iman gətirməsini qəbul etmir. Buna dair dəlillərin bəzisini 20-ci başlıq altında zikr etmişik. Uca Allah buyurur:

﴿ءَامَنَ ٱلرَّسُولُ بِمَآ أُنزِلَ إِلَيۡهِ مِن رَّبِّهِۦ وَٱلۡمُؤۡمِنُونَۚ كُلٌّ ءَامَنَ بِٱللَّهِ وَمَلَٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ لَا نُفَرِّقُ بَيۡنَ أَحَدٖ مِّن رُّسُلِهِۦۚ وَقَالُواْ سَمِعۡنَا وَأَطَعۡنَاۖ غُفۡرَانَكَ رَبَّنَا وَإِلَيۡكَ ٱلۡمَصِيرُ٢٨٥﴾ [البقرة: 285]

{ Allahın Rəsulu öz Rəbbin­dən ona nazil edilənə iman gə­tirdi, mö­minlər də, iman gətir­di­lər. Ha­mısı Allaha, Onun mə­ləklə­rinə, ki­tab­larına və elçi­lə­rinə iman gə­tirdilər. On­lar de­dilər: «Biz Onun el­çi­ləri ara­sın­da fərq qoymuruq!» Həmçinin, de­dilər: «Eşit­dik və itaət et­dik! Ey Rəb­bimiz, Səndən ba­ğış­­lanma diləyirik, dö­nüş də, yal­nız Sə­nədir!» } [Əl-Bəqərə, 2:285]

Uca Allah buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ ءَامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلۡكِتَٰبِ ٱلَّذِي نَزَّلَ عَلَىٰ رَسُولِهِۦ وَٱلۡكِتَٰبِ ٱلَّذِيٓ أَنزَلَ مِن قَبۡلُۚ وَمَن يَكۡفُرۡ بِٱللَّهِ وَمَلَٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ فَقَدۡ ضَلَّ ضَلَٰلَۢا بَعِيدًا١٣٦﴾ [النساء: 136]

{ Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır. } [Ən-Nisa, 4:136]

Uca Allah buyurur:

﴿وَإِذۡ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ ٱلنَّبِيِّـۧنَ لَمَآ ءَاتَيۡتُكُم مِّن كِتَٰبٖ وَحِكۡمَةٖ ثُمَّ جَآءَكُمۡ رَسُولٞ مُّصَدِّقٞ لِّمَا مَعَكُمۡ لَتُؤۡمِنُنَّ بِهِۦ وَلَتَنصُرُنَّهُۥۚ قَالَ ءَأَقۡرَرۡتُمۡ وَأَخَذۡتُمۡ عَلَىٰ ذَٰلِكُمۡ إِصۡرِيۖ قَالُوٓاْ أَقۡرَرۡنَاۚ قَالَ فَٱشۡهَدُواْ وَأَنَا۠ مَعَكُم مِّنَ ٱلشَّٰهِدِينَ٨١﴾ [آل عمران: 81]

{ Bir zaman Allah pey­ğəm­­bər­lər­dən: «Sizə Kitab və hik­mət ver­dikdən sonra, özü­nüz­dəkini təsdiqləyən bir elçi gəl­dikdə, ona müt­ləq iman gətirib yar­dım edəcəksi­niz»– deyə əhd al­mış və onla­ra: «İqrar etdinizmi, bu əhdimi öhdənizə götürdünüzmü?»– de­miş­­di. Onlar: «İqrar etdik!»– deyə cavab vermişdilər. Allah da belə buyurmuş­du: «Elə isə şa­hid olun, Mən də sizinlə bə­ra­bər şahid olanlardanam.» } [Ali-İmran, 3:81]

 41- İlahi risalələrin hamısının hədəfi budur ki, insanı Ucaltsın və beləliklə də o, aləmlərin Rəbbi olan Allahın ixlaslı bəndəsi olsun; habelə, onu insana, yaxud maddiyyata, yaxud da xurafata tapınmaqdan xilas etsin. Görüdüyünüz kimi, İslam dini şəxsiyyətləri müqəddəs tutmur, onlara öz dəyərlərindən artıq dəyər vermir və onları ilahiləşdirmir.

İlahi risalələrin hamısının hədəfi budur ki, insanı Ucaltsın və beləliklə də o, aləmlərin Rəbbi olan Allahın ixlaslı bəndəsi olsun; habelə, onu insana, yaxud maddiyyata, yaxud da xurafata tapınmaqdan xilas etsin. Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: «Dinarın qulu, dirhəmin qulu, məxmərin və zər-zibalı paltarın qulu bədbəxt olsun! (Beləsinə bir şey) verilsə, razı qalar, verilməsə, qəzəblənər.». [Səhih Əl-Buxari, (6435)]

Dürüst insan, Allahdan başqasına boyun əyməz; beləsi, (heç vaxt) mal-dövlət, yaxud şan-şöhrət, yaxud vəzifə quluna çevrilməz, tayfabazlıq etməz. Bu hadisədən oxucuya, insanların, Peyğəmbər göndərilməmişdən əvvəl nə halda olduqları və bir də sonradan necə insanlara çevrildikləri aydın olur.

Müsəlmanlar Həbəşistana hicrət etdikləri zaman Həbəşistan kralı - Nəcaşi onlara belə sual vermişdir: «Sizin öz qövmünüzdən ayıran din, nə dindir elə? Nə üçün siz mənim dinimi, yaxud ümmətlərədən birinin dinini qəbul etmirsiniz?» Onda Cəfər ibn Əbu Talib (Allah ondan razı olsun) ona belə cavab vermişdir: «Ey Hökmdar! Biz cəhalət içində yaşayan bir qövm idik. Bütlərə ibadət edir, ölü heyvan əti yeyir, pozğun işlərlə məşğul olur, qohumluq bağlarını qırır və qonşuya pislik edirdik. Aramızdakı güclülər zəiflərimizin haqqını tapdalayırdılar. Bu hal ta o vaxta qədər davam etdi ki, nəhayət, Allah bizə öz içimizdən, əsli-nəsəbini tanıdığımız, düzdanışan, əmanətə xəyanət etməyən və iffətli bir adamı Peyğəmbər göndərdi. O, bizi Tək Allaha ibadət etməyə, üstəlik, bizim və atalarımızın Allahdan başqa ibadət etdiyi daşlardan və bütlərdən uzaq durmağa çağırdı. O, bizə düzdanışmağı, əmanəti yiyəsinə qaytarmağı, qohumluq əlaqələrini möhkəmləndirməyi, qonşuya yaxşılıq etməyi, haramlardan uzaq durmağı və nahaq yerə qan tökməməyi əmr etdi. Həmçinin, pozğunluq etməyi, yalan danışmağı, yetimin malını yeməyi və iffətli qadınlara böhtan atmağı qadağan etdi. O, bizə tək Allaha ibadət etməyi və Ona heç kəsi şərik qoşmamağı, namaz qılmağı, zəkat verməyi və oruc tutmağı əmr etdi.» Beləcə, İslamın buyuruqlarını ona bir-bir sadaladı. Sonra davm edib dedi: «Biz onun dediklərini təsdiqlədik, ona iman gətirdik, onun gətirdiyi risaləyə tabe olduq, yalnız Allah ibadət edib, Ona heç kəsi şərik qoşmadıq, onun halal buyurduğunu halal və haram buyurduğunu haram qəbul etdik ...» [Bu hədisi Əhməd (1740) buna yaxın ləfz ilə, habelə, Əbu Nueym (Hilyətul-Övliya əsərində, 1/115) müxtəsər olaraq rəvayət etmişdir. Görüdüyünüz kimi,]

İslam dini şəxsiyyətləri müqəddəs tutmur, onlara öz dəyərlərindən artıq dəyər vermir və onları ilahiləşdirmir. Uca Allah buyurur:

﴿قُلۡ يَٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ تَعَالَوۡاْ إِلَىٰ كَلِمَةٖ سَوَآءِۭ بَيۡنَنَا وَبَيۡنَكُمۡ أَلَّا نَعۡبُدَ إِلَّا ٱللَّهَ وَلَا نُشۡرِكَ بِهِۦ شَيۡـٔٗا وَلَا يَتَّخِذَ بَعۡضُنَا بَعۡضًا أَرۡبَابٗا مِّن دُونِ ٱللَّهِۚ فَإِن تَوَلَّوۡاْ فَقُولُواْ ٱشۡهَدُواْ بِأَنَّا مُسۡلِمُونَ٦٤﴾ [آل عمران: 64]

{ De: «Ey Kitab əhli! Bi­zim və sizin aranızda olan eyni bir kəl­məyə gəlin ki, Allahdan baş­­qasına ibadət etməyək, Ona heç bir şe­yi şərik qoşmayaq və Alla­hı qoyub bir-birimizi ila­hiləşdirmə­yək.» Əgər onlar yenə üz çevirsələr, de­yin:« Şahid olun ki, biz müsəl­man­larıq!» } [Ali-İmran, 3:64]

Uca Allah buyurur:

﴿وَلَا يَأۡمُرَكُمۡ أَن تَتَّخِذُواْ ٱلۡمَلَٰٓئِكَةَ وَٱلنَّبِيِّـۧنَ أَرۡبَابًاۚ أَيَأۡمُرُكُم بِٱلۡكُفۡرِ بَعۡدَ إِذۡ أَنتُم مُّسۡلِمُونَ٨٠﴾ [آل عمران: 80]

{ O sizə mələkləri və pey­ğəmbər­lə­ri özünüzə rəbb qə­­bul et­məyi bu­yur­maz. Mə­gər o sizə, siz müsəlman ol­duq­dan sonra küfr etməyi əmr edər­mi? } [Ali-İmran, 3:80]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Nasranilər Məryəm oğlunu şişirtdikləri kimi, siz də məni şişirtməyin! Mən sadəcə Allahın quluyam. Elə isə (mənə): «Allahın qulu və Rəsulu!»- deyin». [Səhih Əl-Buxari, (3445)]

 42- Allah İslam dinində tövbə etməyi buyurmuşdur. Bu, insanın Öz Rəbbinə üz tutub bağışlanma diləməsi və günahları tərk etməsidir. İslam dini əvvəlki günahların hamısını silir, tövbə etdikdə bütün əvvəlki günahlar silinib gedir. Və insanlar qarşısna çıxıb xətaları etiraf etməyə gərək yoxdur.(yalnız qul haqları istisna, əgər günah qul haqları ilə əlaqəlidirsə və ya insanlara xətalı məlumatlar çatdırıbsa, doğrununu bəyan edib halallıq alması lazımdır)

Allah İslam dinində tövbə etməyi buyurmuşdur. Bu, insanın Öz Rəbbinə üz tutub bağışlanma diləməsi və günahları tərk etməsidir.Uca Allah buyurur:

﴿ ...وَتُوبُوٓاْ إِلَى ٱللَّهِ جَمِيعًا أَيُّهَ ٱلۡمُؤۡمِنُونَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ٣١﴾ [النور: 31]

{ Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız. } [Ən-Nur, 24:31]

Uca Allah buyurur:

﴿أَلَمۡ يَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ هُوَ يَقۡبَلُ ٱلتَّوۡبَةَ عَنۡ عِبَادِهِۦ وَيَأۡخُذُ ٱلصَّدَقَٰتِ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ١٠٤﴾ [التوبة: 104]

{ Məgər onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edir, sədə­qə­ləri götürür və Allah tövbələri qəbul Edən­dir, Rəhm­li­dir? } [Ət-Tovbə, 9:104]

Uca Allah buyurur:

﴿وَهُوَ ٱلَّذِي يَقۡبَلُ ٱلتَّوۡبَةَ عَنۡ عِبَادِهِۦ وَيَعۡفُواْ عَنِ ٱلسَّيِّـَٔاتِ وَيَعۡلَمُ مَا تَفۡعَلُونَ٢٥﴾ [الشورى: 25]

{ Qullarının tövbəsini qə­bul edən, günahları bağışlayan və si­zin nə etdi­yi­nizi bilən Odur. } [Əş-Şura, 42:25]

Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Mömin bəndə Allaha tövbə edərkən Allahın onun tövbəsinə sevinməsi, bir adamın yeməyi və suyu üzərində olan dəvəsinə minib səhrada gedərkən, (bir ağacın kölgəsində) yatan, yuxudan oyandıqda isə dəvəsinin qaçıb getdiyini görən, sonra da susayana qədər dəvəsini axtaran və nəhayət: «Yatdığım yerə qayıdım, uzanıb ölümüm gözləyim»- deyib (o yerə qayıdan və) uzanıb əlini başının altına qoyaraq ölümünü gözləyən və nəhayət, yuxudan oyandıqda dəvəsini, üstündə də, öz əşyalarını və yemək-içməyini görüb sevinməsindən daha böyükdür. Mömin bəndə Allaha tövbə edərkən Allahın onun tövbəsinə sevinməsi, bu kişinin öz dəvisini və əşyalarını tapmasına sevinməsindən daha böyükdür.». [Səhih Müslim, (2744)]

İslam dinini qəbul etmək, keçmiş günahların hamısını silib aparır, tövbə etmək, də həmçinin, əvvəlki günahları silib aparır. Uca Allah buyurur:

﴿قُل لِّلَّذِينَ كَفَرُوٓاْ إِن يَنتَهُواْ يُغۡفَرۡ لَهُم مَّا قَدۡ سَلَفَ وَإِن يَعُودُواْ فَقَدۡ مَضَتۡ سُنَّتُ ٱلۡأَوَّلِينَ٣٨﴾ [الأنفال: 38]

{ Kafir olanlara de ki, əgər küfrə son qoysalar, olub-keçənlər onlara bağışlanar. Yox, əgər küfrə qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti gözləsinlər. } [Əl-Ənfal, 8:38]

Allah nəsraniləri tövbə etməyə çağırmışdır. Uca Allah belə buyurmuşdur:

﴿أَفَلَا يَتُوبُونَ إِلَى ٱللَّهِ وَيَسۡتَغۡفِرُونَهُۥۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ٧٤﴾ [المائدة: 74]

{ Onlar Allaha tövbə edib On­dan ba­ğışlanma diləməyə­cək­lər­mi­? Allah ki Ba­ğış­layan­dır, Rəhm­lidir. } [Əl-Maidə, 5:74]

Allah, asilik edən kimsələrin və günahkarların hamısını tövbə etməyə rəğbətləndirir. Uca Allah buyurur:

﴿۞ قُلۡ يَٰعِبَادِيَ ٱلَّذِينَ أَسۡرَفُواْ عَلَىٰٓ أَنفُسِهِمۡ لَا تَقۡنَطُواْ مِن رَّحۡمَةِ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ يَغۡفِرُ ٱلذُّنُوبَ جَمِيعًاۚ إِنَّهُۥ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ٥٣﴾ [الزمر: 53]

{ Qullarıma mənim bu sö­zü­mü de: «Ey Mənim özlə­rinə qar­şı həd­di aşmış qulla­rım! Alla­hın rəhmin­dən ümidi­nizi üz­məyin. Şüb­həsiz ki, Allah bü­tün gü­nahları bağışla­yır. O, hə­qiqətən, Ba­ğış­­la­yan­dır, Rəhm­lidir!» } [Əz-Zumər, 39:53]

Amr ibn əl-As (Allah ondan razı olsun anhu) müsəlman olmağa qərar verdikdə, müsəlman olmamışdan əvvəl ilə etdiyi günahların bağışlanmayacağından qorxdu. Amr (Allah ondan razı olsun) bu hadisəni belə rəvayət etmişdir: «Allah İslamı qəlbimə yerləşdirdiyi zaman mən, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldim ki, ona beyət edim. O, (sağ) əlini (mənə tərəf) uzatdı, lakin mən (əlimi geri çəkdim) və dedim: «Mənim keçmiş günahlarım bağışlanmayınca, sənə beyət edən deyiləm, ya Rəsulullah.» Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: «Ey Amr, məgər bilmirsən ki, hicrət özündən əvvəlki günahları yox edir?! Məgər bilmirsən ki, İslam özündən əvvəlki günahları yox edir?!».» [Bu hədisi Müslim (121) uzun ləfz ilə, habelə, Əhməd (12827) rəvayət etmişdir. Bu rəvayət isə Əhmədə aiddir.]

 43- İslam dinində insanla Allah arasında birbaşa əlaqə qurulur və kimsənin də, səninlə Allah arasında vasitəçi olmasına ehtiyac qalmır. İslam dini bizə, bəşəriyyətdən kimsəni ilah qəbul etməyi, yaxud onları rübubiyyətdə və ya uluhiyyətdə Allaha şərik qoşmağı qadağan edir.

İslam dinində, insan qarşısında günahları etiraf etməyə gərək yoxdur. İslam dinində insanla Allah arasında birbaşa əlaqə qurulur və kimsənin də, səninlə Allah arasında vasitəçi olmasına ehtiyac qalmır. Artıq 36-cı başlıq altında qeyd etdik ki, Uca Allah insanların hamısını tövbə edib Ona üz tutmağa çağırır. O, həmçinin insanlara, Peyğəmbərləri və ya mələkləri, Allahla bəndələri arasında vasitəçi qəbul etmələrini də qadağan edir. Uca Allah buyurur:

﴿وَلَا يَأۡمُرَكُمۡ أَن تَتَّخِذُواْ ٱلۡمَلَٰٓئِكَةَ وَٱلنَّبِيِّـۧنَ أَرۡبَابًاۚ أَيَأۡمُرُكُم بِٱلۡكُفۡرِ بَعۡدَ إِذۡ أَنتُم مُّسۡلِمُونَ٨٠﴾ [آل عمران: 80]

{ O sizə mələkləri və pey­ğəmbər­lə­ri özünüzə rəbb qə­­bul et­məyi bu­yur­maz. Mə­gər o sizə, siz müsəlman ol­duq­dan sonra küfr etməyi əmr edər­mi? } [Ali-İmran, 3:80]

Gördüyünüz kimi, İslam dini bizə, bəşəriyyətdən kimsəni ilah qəbul etməyi, yaxud onları rübubiyyətdə və ya uluhiyyətdə Allaha şərik qoşmağı qadağan edir.Allah xristianlar haqqında buyurur:

﴿ٱتَّخَذُوٓاْ أَحۡبَارَهُمۡ وَرُهۡبَٰنَهُمۡ أَرۡبَابٗا مِّن دُونِ ٱللَّهِ وَٱلۡمَسِيحَ ٱبۡنَ مَرۡيَمَ وَمَآ أُمِرُوٓاْ إِلَّا لِيَعۡبُدُوٓاْ إِلَٰهٗا وَٰحِدٗاۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَۚ سُبۡحَٰنَهُۥ عَمَّا يُشۡرِكُونَ ٣١﴾ [التوبة: 31]

{ Onlar Allahı qoyub baş elm adamlarını və rahiblərini, bir də Mər­yəm oğlu İsa­nı tanrılar qə­bul et­­dilər. Halbuki, on­la­ra an­caq tək olan İlaha ibadət et­mək əmr olun­muşdu. Ondan başqa ibadə­tə la­yiq olan məbud yox­­dur. O, bunların şərik qoş­duq­ları şeylərdən uzaq­dır. } [Ət-Tovbə, 9:31]

Allah, özləri ilə Allah arasında vasitəçilər qəbul edən kafirləriə etiraz etmişdir. Uca Allah buyurur:

﴿أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلۡخَالِصُۚ وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ مَا نَعۡبُدُهُمۡ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلۡفَىٰٓ إِنَّ ٱللَّهَ يَحۡكُمُ بَيۡنَهُمۡ فِي مَا هُمۡ فِيهِ يَخۡتَلِفُونَۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ كَٰذِبٞ كَفَّارٞ٣﴾ [الزمر: 3]

{ Doğrusu, əsl din ancaq Allaha məx­susdur. Allahı qo­yub baş­qa­la­rını özlə­rinə dost tutan­lar: «Biz, onlara an­caq bi­zi Allaha daha çox yaxın­laş­dır­sınlar deyə ibadət edirik»– de­yirlər. Əl­bəttə ki, Allah zid­diy­yətə düşdükləri şeylər barə­sin­də onların arasında Öz hök­münü ve­rəcək­dir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğ­ru yo­la yönəlt­məz. } [Əz-Zumər, 39:3]

Allah bəyan edir ki, cahiliyyət dövründəki bütbərəstlər, özləri ilə Allah arasında vasitəçilər qəbul edərdilər və: «Onlar bizi Allaha yaxınlaşdırır»- deyərdilər. Və əgər Allah insanlara özləri ilə Allah arasında Peyğəmbərləri və mələkləri vasitə qəbul etməyi qadağan edirsə, onlardan qeyriləri qadağan olunmağa daha çox layiqdirlər. Peyğəmbərlər və Elçilər (Allahın onlara salamı olsun) Allaha yaxınlaşmağa tələsərdilər. Uca Allah peyğəmbərlərin və elçilərin (Allahın onlara salamı olsun) halından xəbər verərək buyurur:

﴿... إِنَّهُمۡ كَانُواْ يُسَٰرِعُونَ فِي ٱلۡخَيۡرَٰتِ وَيَدۡعُونَنَا رَغَبٗا وَرَهَبٗاۖ وَكَانُواْ لَنَا خَٰشِعِينَ ٩٠﴾ [الأنبياء: 90]

{ … Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qullar idilər. } [Əl-Ənbiya, 21:90]

Uca Allah buyurur:

﴿أُوْلَٰٓئِكَ ٱلَّذِينَ يَدۡعُونَ يَبۡتَغُونَ إِلَىٰ رَبِّهِمُ ٱلۡوَسِيلَةَ أَيُّهُمۡ أَقۡرَبُ وَيَرۡجُونَ رَحۡمَتَهُۥ وَيَخَافُونَ عَذَابَهُۥٓۚ ...٥٧﴾ [الإسراء: 57]

{ Onların yalvardıqları mə­budların öz­ləri də Rəbbinə – hansı daha yaxın ola­caq deyə vəsilə ax­tarırlar, Onun rəh­mə­tini umurlar, əzabından qor­xur­lar. Həqiqətən, Rəbbinin əza­bın­dan qo­run­maq gə­rəkdir … } [Əl-İsra, 17:57]

Yəni, Allahdan başqa yalvardığınız - peyğəmbərlərin və əməlisaleh kimsələrin özləri Allaha yaxınlaşmağa tələsər, Onun rəhmətinə ümid bəsləyər və əzabından qorxardılar. (Bəs insan) nə ağılnan Allahı qoyub onlara yalvarır?!

 44- Bu kitabın axırında qeyd etmək istəyirik ki, insanlar müxtəlif zamanlarda, müxtəlif qövmlərdə və müxtəlif ölkələrdə yaşadıqlarına görə, hətta insanlar toplumlarının hamısının fikirləri və məqsədləri müxtəlif olduğuna, ətraf mühitin və əməllərin fərqli olduğuna görə, onları doğru yola yönəldəcək öndərin, onları birləşdirəcək qanunların və onlara himayədarlıq edəcək rəhbərin olması zəruridir. Möhtərəm Elçilər (Allahın salavatı və salamı onların üzərinə olsun) Pak və Müqəddəs Allah nazil etdiyi vəhyə tabe olaraq insanları xeyrə və doğru yola yönəldər, onları Allahın qanunları üzərində cəm edər və onların arasında haqq ilə (Allahın kitabı ilə) hökm verərdilər. Beləcə, onlar o elçilərin buyuruqlarını yerinə yetirdikləri və ilahi risalələrin nazil olduğu dövrlərə yaxın olduqları müddətcə, işləri yoluna qoyulardı. Allah o risalələrin hamısını, Muhəmməd Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) göndərməklə sona çatdırdı, bu risalənin (Qiyamətədək) qalacağına qərar verdi və onu, insanları doğru yola yönəldən rəhbər, rəhmət, nur və Allahın hüzuruna aparıb çıxardan yol göstəricisi etdi.

Bu kitabın axırında qeyd etmək istəyirik ki, insanlar müxtəlif zamanlarda, müxtəlif qövmlərdə və müxtəlik ölkələrdə yaşadıqlarına görə, hətta insanlar toplumalarının hamısının fikirləri və məqsədləri müxtəlif olduğuna, ətraf mühitin və əməllərin fərqli olduğuna görə, onları doğru yola yönəldəcək öndərin, onları birləşdirəcək qanunların və onlara himayədarlıq edəcək rəhbərin olması zəruridir. Möhtərəm elçilər (Allahın salavatı və salamı onların üzərinə olsun) Pak və Müqəddəs Allah nazil etdiyi vəhyə tabe olaraq insanları xeyrə və doğru yola yönəldər, onları Allahın qanunları üzərində cəm edər və onların arasında haqq ilə (Allahın kitabı ilə) hökm verərdilər. Beləcə, onlar o elçilərin buyuruqlarını yerinə yetirdikləri və ilahi risalələrin nazil olduğu dövrlərə yaxın olduqları müddətcə, işləri yoluna qoyulardı. Zəlalət artdıqda, cahillik baş alıb getdikdə və bütlərə ibadət edildikdə isə, Allah Öz Peyğəmbəri Muhəmmədi (Allahın salavatı və salamı onun üzərinə olsun) doğru yol göstəricisi və haqq din ilə göndərdi ki, insanları, küfr, cəhalət və bütpərəstliyin zülmətlərindən çıxardıb, imana və hidayətə yönəltsin.

 45- Elə buna görə də, ey insan, səni, səmimi-qəlblə, (şəriətə muxalif olan) təqlid və adətlərdən uzaq duraraq Allaha ibadət və itaət etməyə dəvət edirəm. Bil ki, sən öldükdən sonra Rəbbinin hüzuruna qayıdacaqsan. Elə isə bir özünə, bir də ətraf aləmə bax və İslamı qəbul et ki, həm bu dünyada həm də axirətdə xoşbəxt olasan. Və əgər İslam dinini qəbul etmək istəsən, sənə sadəcə Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) Onun Rəsulu olduğuna şəhadət gətirməyin, Allahdan başqa ibadət edilən hər bir ilahdan uzaqlamağın yetər. Habelə, iman gətirməliyik ki, Allah qəbirlərdə olanları dirildəcək. Həmçinin, iman gətirməliyik ki, haqq-hesaba çəkilmək və əməllərin əvəzini (mükafatını və cəzasını) almaq haqdır. Və əgər bu şəhadəti gətirsən, müsəlman olarsan. Bundan sonra sən Allaha,Onun buyurduğu şəkildə ibadət etməli - namaz qılmalı, zəkat verməli, oruc tutmalı və imkan daxilində həcc ziyarətini yerinə yetirməlisən.

Elə buna görə də, ey insan, səni, səmimi-qəlblə, (şəriətə muxalif olan) təqlid və adətlərdən uzaq duraraq Allaha ibadət və itaət etməyə dəvət edirəm. Necə ki, Uca Allah səni bu ayədə dəvət edir:

﴿۞ قُلۡ إِنَّمَآ أَعِظُكُم بِوَٰحِدَةٍۖ أَن تَقُومُواْ لِلَّهِ مَثۡنَىٰ وَفُرَٰدَىٰ ثُمَّ تَتَفَكَّرُواْۚ مَا بِصَاحِبِكُم مِّن جِنَّةٍۚ إِنۡ هُوَ إِلَّا نَذِيرٞ لَّكُم بَيۡنَ يَدَيۡ عَذَابٖ شَدِيدٖ٤٦﴾ [سبأ: 46]

{ De: «Mənim sizə yalnız bircə nəsihətim var; Allah üçün iki-iki, bir-bir ayağa qal­xın, son­ra da bir düşü­nün. Sizin dos­tunuzda heç bir dəlilik əlaməti yoxdur. O, şid­dətli əzab gəl­məz­dən əvvəl si­zi ancaq xəbərdar edən­dir.». } [Səba, 34:46]

Biləsən ki, öləndən sonra Rəbbinin hüzuruna qayıdacaqsan. Uca Allah buyurur:

﴿وَأَن لَّيۡسَ لِلۡإِنسَٰنِ إِلَّا مَا سَعَىٰ٣٩ وَأَنَّ سَعۡيَهُۥ سَوۡفَ يُرَىٰ ٤٠ ثُمَّ يُجۡزَىٰهُ ٱلۡجَزَآءَ ٱلۡأَوۡفَىٰ٤١ وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلۡمُنتَهَىٰ ٤٢﴾ [النجم: 39-42]

{ İnsan can atdığı şeyə nail olar. Əlbəttə } { onun can atdığı əməl ona göstəriləcək } { Sonra da ona bunun əvəzi tam veriləcək! } { Son dönüş sənin Rəbbinədir. } [Ən-Nəcm, 53:39-42]

Elə isə bir özünə, bir də ətraf aləmə bax. Uca Allah buyurur:

﴿أَوَلَمۡ يَنظُرُواْ فِي مَلَكُوتِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا خَلَقَ ٱللَّهُ مِن شَيۡءٖ وَأَنۡ عَسَىٰٓ أَن يَكُونَ قَدِ ٱقۡتَرَبَ أَجَلُهُمۡۖ فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَهُۥ يُؤۡمِنُونَ١٨٥﴾ [الأعراف: 185]

{ Məgər onlar göylərin və yerin səltənətinə, Allahın yaratdığı hər şeyə, əcəllərinin yaxınlaşa biləcəyinə diqqət yetirmirlərmi? Bundan sonra hansı sözə inanacaqlar? } [Əl-Əraf, 7:185]

İslamı qəbul et ki, həm bu dünyada həm də axirətdə xoşbəxt olasan. Və əgər İslam dinini qəbul etmək istəsən, sən sadəcə Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) Onun Rəsulu olduğuna şəhadət gətirməlisən.

Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) Muazı (Allah ondan razı olsun) Yəmənə İslam dininə dəvət etmək üçün göndərərkən ona belə nəsihət etmişdir: «Sən Kitab əhlindən olan bir qövmün yanına gedirsən. Onları Allahdan başqa (ibadətə haqqı olan) məbudun olmadığına və mənim Allahın Rəsulu olduğuma şəhadət verməyə dəvət et. Əgər bu işdə sənə itaət etsələr, onlara xəbər ver ki, Allah onlara gündəlik olaraq beş vaxt namaz qılmağı vacib buyurmuşdur. Əgər bu işdə sənə itaət etsələr, onları xəbərdar et ki, Allah onlara zəkat verməyi, varlılarından götürülüb kasıblarına paylanılmasını vacib buyurmuşdur. Əgər bu işdə də sənə itaət etsələr, onda onların mallarının ən qiymətlisini götürməkdən çəkin ...». [Səhih Müslim, (19)]

Habelə, Allahdan başqa ibadət edilən hər bir ilahdan uzaqlaşmalı və Allahdan başqa ibadət edilən hər bir ilahdan kənarda durmalısan. Bu, hənif İbrahimin (Allahın onlara salamı olsun) dinidir. Uca Allah buyurur:

﴿قَدۡ كَانَتۡ لَكُمۡ أُسۡوَةٌ حَسَنَةٞ فِيٓ إِبۡرَٰهِيمَ وَٱلَّذِينَ مَعَهُۥٓ إِذۡ قَالُواْ لِقَوۡمِهِمۡ إِنَّا بُرَءَٰٓؤُاْ مِنكُمۡ وَمِمَّا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ كَفَرۡنَا بِكُمۡ وَبَدَا بَيۡنَنَا وَبَيۡنَكُمُ ٱلۡعَدَٰوَةُ وَٱلۡبَغۡضَآءُ أَبَدًا حَتَّىٰ تُؤۡمِنُواْ بِٱللَّهِ وَحۡدَهُۥٓ ٤﴾ [الممتحنة: 4]

{ İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə var. Onlar öz qövmünə dedilər: «Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapınığınız şeylərdən uzağıq. Biz sizi inkar edirik. Siz tək olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaq!». } [Əl-Mumtəhənə, 60:4]

Allahın qəbirlərdə olanları dirildəcəyinə İman gətirməlisən. Uca Allah buyurur:

﴿ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّهُۥ يُحۡيِ ٱلۡمَوۡتَىٰ وَأَنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ٦ وَأَنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٞ لَّا رَيۡبَ فِيهَا وَأَنَّ ٱللَّهَ يَبۡعَثُ مَن فِي ٱلۡقُبُورِ٧﴾ [الحج: 6-7]

{ Bunun səbəbi Allahın Haqq ol­masındadır. O, ölüləri dirildir və hər şeyə qadirdir. Həmin Saat gələcəkdir } { ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbir­lərdə olanları di­rildəcəkdir. } [Əl-Həcc, 22:6-7]

Haqq-hesaba çəkilmə və əməllərin əvəzi verilməsi haqdır. Uca Allah buyurur:

﴿وَخَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّ وَلِتُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ ٢٢﴾ [الجاثية: 22]

{ Allah göyləri və yeri əda­lətlə ya­ratmışdır ki, hər kəs qa­zan­dı­ğının əvə­zini alsın. Belə ki, onlara heç bir haq­sız­lıq edil­mə­yə­cək. } [Əl-Casiyə, 45:22]

Bu şəhadəti gətirdikdən sonra artıq müsəlman sayılırsan. Bundan sonra Allahın buyurduğu qaydada Ona ibadət etməli - namaz qılmalı, zəkat verməli, oruc tutmalı və imkanın daxilində həcc ziyarətini yerinə yetirməli və digər əməlləri etməlisən.

1441-11-19 tarixli nüsxə

Kitabı yazıb: Prof. Dr. Muhəmməd ibn Abdullah əs-Suheym.

İslam tətqiqatları kafedrasında, sabiq əqidə müəllimi.

Kral Səud Universiteti, Pedaqoji Fakültə

Ər-Riyad, Səudiyyə Ərəbistan Krallığı


 Indeks

İslam.. 2

1- İslam: Allahın bütün insanlara göndərdiyi risaləsidir. Bu, əbədi qalacaq ilahi bir risalə - rəbbani (Rəbbimizin nazil etdiyi) risalələrin sonuncusudur. 4

2- İslam dini müəyyən adamlara və ya müəyyən bir qövmə məxsus deyil, əksinə, o, Allahın insanların hamısına göndərdiyi dinidir. 5

3- İslam - əvvəlki peyğəmbərlərin və elçilərin (onlara Allahın salavatı və salamı olsun) öz ümmətlərinə gətirdikləri risalələri tamamlamaq üçün göndərilmiş ilahi risalədir. 8

4- Peyğəmbərlərin (Allahın salavatı və salamı onların üzərinə olsun) dini bir, şəriət qanunları isə müxtəlifdir: 10

5- Peyğəmbərlərin hamısı - Nuh, İbrahim, Musa, Süleyman, Davud, İsa (onlara Allahın salavatı və salamı olsun) və başqaları dəvət etdiyi kimi, İslam dini də, Rəbbimizin Allah, Yaradan, Ruzi verən, Dirildən, Öldürən, Hökmdar, Hökmran olduğuna, Onun bütün işləri idarə etdiyinə, habelə, Şəfqətli və Rəhmli olduğuna iman gətriməyə dəvət edir. 11

6- Pak, Müqəddəs və Uca Allah - Yaradandır, ibadətə layiq olan tək İlahdır və Ondan başqa heç kəsə ibadət edilməməlidir. 20

7- Kainatda bizim gördüyümüz və görmədiyimiz hər şeyi yaradan Allahdır. Allahdan başqa nə varsa, hamısı Onun yaratdığı məxluqatdır. Allah göyləri və yeri altı günə yaratmışdır. 29

8- Hökmranlıq, yaxud yaratmaq, yaxud idarə etmək, yaxud Ona ibadət edilməsi xüsusunda Pak, Müqəddəs və Uca Allahın heç bir şəriki yoxdur. 31

9- Pak və Müqəddəs Allah nə doğub, nə də doğulub. Onun tayı-bənzəri də yox­dur. 36

10- Pak, Müqəddəs və Uca Allah məxluqatdan heç bir şeyin içinə girməz, heç bir şeyə dönməz (və ya hər hansı məxluqun cildində təcəssüm etməz) 38

11- Pak, Müqəddəs və Uca Allah Öz qullarına qarşı şəfqətli və rəhmlidir. Elə buna görə də, Peyğəmbərlər göndərmiş və kitablar nazil etmişdir. 41

12- Rəhmli Rəbb məhz Allahdır. Qiyamət günü məxluqatı yalnız O, haqq-hesaba çəkəcək; onların hamısını dirildib qəbirlərindən çıxaracağı zaman, hər kəsə etdiyi xeyir və ya şər əməlin əvəzini verəcəkdir. Kim mömin olduğu halda saleh əməllər etmişdirsə, ona əbədi nemətlər bəxş ediləcək. Kim də küfr etmiş və günah işlər görmüşdürsə, axirətdə onu böyük bir əzab gözləyir. 43

13- Pak, Müqəddəs və Uca Allah Adəmi torpaqdan yaratmış, ondan sonra da onun zürriyyətini artırmışdır. Demək, insanların hamısı əslində bərabərdirlər. Heç bir fərd digərindən, heç bir qövm də digər qövmdən üstün deyil. Yalnız təqvalılardan başqa. 48

14- Doğulan hər bir körpə fitrətə uyğun doğulur. 50

15- Heç bir insan xəta edən biris olduğu və ya başqasının xətalarına varis olduğu halda dünyaya gəlmir: 52

16- İnsanların yaradılışındakı qayə, yalnız Allaha ibadət etməkdir: 56

17- İlsam dini insanı - istər kişi olsun, istər qadın - ehtiram sahibi etmiş və onun haqlarını kamil şəkildə ödəməyi öz öhdəsinə götürmüş, özünü də öz seçimlərinə, əməllərinə və verdiyi qərarlara görə cavabdeh etmiş, habelə, istər özünə, istərsə də başqalarına zərər verəcəyi əməlin cavabdehliyini də onun boynuna yükləmişdir. 56

18- İslam dini kişilərlə qadınları - əməl etmək, məsuliyyət daşımaq, (günah işlərə görə) cəzalanmaq və (yaxşı işlərə görə) savab qazanmaq baxımından bərabər etmişdir. 63

19- İslam dini qadına böyük dəyər vermiş və onları (xislət və əxlaq baxımından) kişilərə tay etmişdir. Kişilərə də imkanları daxilində onların qayğısına qalmağı əmr etmişdir. Odur ki, imkan daxilində ata öz qızının qeydinə qalmalı, həddi-büluğa çatmış övlad anasının qayğısına qalmalı, ər də həyat yoldaşının qeydinə qalmalıdır. 66

20- Ölüm əbədi olaraq yox olmaq demək deyil, əksinə, o, əməl edilən yerdən əməlin əvəzi (mükafatı və ya cəzası) veriləcək yerə köçməkdir. Ölüm həm bədəni, həm də ruhu yaxalayır. Ruhun ölməsi, bədəni tərk etməsidir. Qiyamət günü o insan dirildikdə ruhu yenə onun bədəninə qayıdacaq. İnsan öldükdən sonra onun ruhu başqa bir bədənə sirayət etmir, onun içinə yerləşmir. 70

21- İslam dini (insanları) imanın ən böyük əsasları ilə iman gətirməyə dəvət edir. O əsaslar: Allaha, Onun mələklərinə, ilahi kitablara - Tövrata, İncilə və Zəbura - təhrif olunmamışdan əvvəlki halına -, habelə Qurana, bütün peyğəmbərlərə və elçilərə (Allahın onlara salamı olsun), o cümlədən də, onların sonuncusuna - peyğəmbərlərin və elçilərin sonuncusu Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun), habelə, Axirət gününə iman gətirməkdir. Biz bilməliyik ki, dünya həyatından sonra həyat olmasaydı, həyat və həyatda yaşamaq mənasız olardı. Habelə, qəzavü-qədərə iman gətiməyə də dəvət edir. 73

22- Peyğəmbərlər (Allahın onlara salamı olsun) Allahın dinini təbliğ etmək xüsusunda, habelə, ağıla müxalif olan və ya gözəl əxlaqa aid olmayan işlərdə məsumdurlar. Peyğəmbərlərlərə (Allahın onlara salamı olsun) Allahın əmrlərini Onun qullarına təbliğ etmək tapşırılmışdır. Rububiyyətdən, və uluhiyyətdən onlara məxsus olan heç bir şey yoxdur. Əksinə, onlar digər insanlar kimi insandırlar. Uca Allah onlara Öz risalələrini nazil etmişdir. 95

23- İslam dini (insanları və cinləri) ibadətlərin böyük əsasları ilə yalnız Allaha ibadət etməyə dəvət edir. Bunlar: (birincisi) namazdır; qiyamdan, rükudan, səcdədən, Allahı zikr etmək, Ona təriflər söyləmək və Ona dua etməkdən ibarət olan ibadətdir ki, adam onu gündəlik olaraq beş vaxtda qılmalıdır. Bu ibadət əsnasında, insanlar bir cərgəyə düzüldükdə, varlı ilə kasıb, habelə rəislə onun tabeçiliyində olan kimsələr arasında fərq qalmır. (İkincisi) zəkatdır; bu, Allahın təyin etdiyi miqdara və şərtlərə uyğun olan, ildə bir dəfə varlılardan götürülüb kasıblara və başqa ehtiyaclılara verilməsi vacib olan az miqdarda maldır. (Üçüncüsü) orucdur; bu, ramazan ayının gündüzlərini orucu pozan amillərdən uzaq durmaqdır ki, insan bunun sayəsində nəfsini tərbiyə edir və səbir olmağı öyrənir. (Dördüncüsü) həcdir; bu da, imkanı olan kimsənin, ömründə bir dəfə Məkkeyi-Mükərrəmədə yerləşən Kəbəni ziiyarət etməsidir. Bu həcc ziyarətində insanların hamısı eyni görünüşdə Pak və Müqəddəs Xaliqə üz tutur və beləliklə, onların arasındakı fərq aradan qalxır. 106

24- İslam dinindəki ibadətlərin məziyyətini göstərən ən əzəmətli amil budur ki, onların necə yerinə yetirilməsini, vaxtlarını və şərtlərini Pak, Müqəddəs və Uca Allah qanunlaşdırmış və Onun Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) də onu təbliğ etmişdir. Və bu günə qədər heç bir insan bu ibadətlərə nə isə artırmaq, yaxud onlardan nə isə əskiltmək üçün onlara müdaxilə edə bilməmişdir. Peyğəmbərlərin (Allahın onlara salamı olsun) hamısı (insanları) bu əzəmətli ibadətləri yerinə yetirməyə dəvət etmişlər. 115

25 - İslam Elçisi - İbrahimin oğlu İsmailin (ِAllahın onlara salamı olsun) nəslindən olan Muhəmmməd ibn Abdullahdır (Allahın salavatı və salamı onun üzərinə olsun). Miladi tarixlə 571-ci ildə Məkkədə dünyaya gəlmiş, orada ona Peyğəmbərlik verilmiş, sonra Mədinəyə hicrət etmişdir. O, Allah şərik qoşmaq məsləsində öz qövmünə qoşulmamış, lakin onların adətlə bağlı təqdirəlayiq işlərində iştirak etmişdir. Ona Peyğəmbərlik verilməmişdən əvvəl də böyük əxlaq sahibi idi, hətta qövmü onu "əmin/etibarlı" adlandırırdı. Qırx yaşına çatdıqda, Allah onu Peyğəmbər göndərmiş, Allah ona əzəmətli ayələr (möcüzələr) bəxş etməklə ona dəstək vermişdir. Bu möcüzələrin ən əzəmətli isə Qurani Kərimdir. Quran, peyğəmbərlərin (Allahın salavatı və salamı onun üzərinə olsun) möcüzələrinin ən əzəmətlisidir. O, peyğəmbərlərin (Allahın salavatı və salamı onun üzərinə olsun) möcüzələrindən bu günə qədər qalmış (yeganə) möcüzədir. Allah bu dini kamilləşdirdikdən və Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) da onu tam şəkildə təbliğ etdikdən sonra altmış üç yaşında vəfat etmiş və Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) şəhərində dəfn edilmişdir. Muhəmməd Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) peyğəmbərlərin və elçilərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sonuncusudur. Allah onu doğru yol göstəricisi və haqq din ilə göndərmişdir ki, insanları bütpərəstlik zülmətlərindən, küfrdən və cəhalətdən, tövhid və iman nuruna çıxartsın. Allah şahidlik etmişdir ki, onu, Öz izni ilə (insanları) Allaha dəvət etmək üçün Peyğəmbər göndərmişdir. 120

26- Muhəmməd Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) gətirdiyi İslam şəriəti, ilahi risalələrin və rəbbani şəriətlərin sonuncusudur. Bu, kamil şəriətdir. Bu şəriətdə insanların dinini və dünyasını islah edən amillər vardır. Bu şəriət, insanların dinlərini, canlarını, mallarını, ağıllarını və nəsillərini yüksək dərəcədə qoruyur. Əvvəlki şəritələr bir-birni nəsx (ləğv) etdiyi kimi, bu şəriət də, əvvəlki şəriətlərin hamısını nəsx etmişdir. 130

27- Pak, Müqəddəs və Uca Allah, Muhəmməd Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) gətirdiyi İslamdan başqa bir din qəbul etmir. Kim İslamdan başqa bir din qəbul edərsə, o din ondan əsla qəbul olunmaz. 134

28- Qurani Kərim Allahın Muhəmməd Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) nazil etdiyi vəhydir. Bu, aləmlərin Rəbbinin kəlamıdır. Allah insanları və cinləri bu kitabın bənzərini və ya bir surəsinə bənzər bir surə gətirmək xüsusunda hədələmiş və bu günədək də hədələməkdədir. Qurani Kərim milyonlarla insanı heyrətə gətirən mühim suallara cavab verir. Əzəmətli Quran nazil olduğu ərəb dilində bu günədək qorunub saxlanılmış, ondan heç bir hərif əskilməmişdir. Bu kitab (çox sayda) çap edilmiş və paylanılmışdır. Bu, əzəmətli ecazkar kitabı və ya onun mənaca tərcüməsini oxumaq təqdirəlayiqdir. Eləcə də, Mühəmməd Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnəsi, onun öyrətdikləri və onun həyat yolu, etibarlı ravilər tərəfindən silsilə ilə nəql edilərək qorunub saxlanılmışdır. Bütün bunlar Rəsulullahın (Allahın salavatı və salamı onun üzərinə olsun) danışdığı ərəb dilində çap edilmiş və çoxlu dillərə tərcümə edilmişdir. Quran və sünnə, İslam əhkamlarını və şəriət qanunlarını öyrənmək üçün yeganə mənbədir. İslam dinini, özünü bu dinə nisbət edən fərdi şəxlərin rəyləindən götürmək olmaz. İslam dinini ilahi vəhydən - əzəmətli Qurandan və Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnəsindən(və bu ikisini bizə izah edən şəriət alimlərindən) öyrənmək gərəkdir. 137

29- İslam dini övladlara öz valideynlərinin, - hətta onlar müsəlman olmasalar belə, qayğısına qalmağı əmr edir və bunu onlara tövsiyə edir. 147

30- İslam dini hər kəslə, hətta düşmənlə belə, sözdə və əməldə ədalətli olmağı əmr edir. 153

31- İslam dini məxluqatın hamısına yaxşılıq etməyi əmr edir və insanları gözəl əxlaq sahibi olmağa və yaxşı işlər görməyə dəvət edir. 158

32- İslam dini (bəşəriyyətə), doğru danışmaq, əmanəti yiyəsinə qaytarmaq, iffəti qorumaq, həyalı olmaq, şücaətkarlıq göstərmək, var-dövlətdən yaxşı işlərə sərf etmək, səxavətli olmaq, ehtiyac və sıxıntıda olan kimsələrə yardım etmək, acların qarnını doyurmaq, qonşu ilə yaxşı rəftar etmək, qohumlarla əlaqə saxlamaq və heyvanlarla mülayim rəftar etmək kimi tərifəlayiq əxlaqı əmr edir. 161

33- İslam dini təmiz yemək-içməkləri halal etmişdir. Həmçinin, qəlbi, bədəni və mənzili təmiz saxlamağı əmr etmişdir. Elə buna görə də, nikaha girməyi halal buyurmuşdur. (Uca Allah) Öz Peyğəmbərlərinə (Allahın salavatı və salamı onların üzərinə olsun) bunu əmr etmişdir. Onlara təmiz olan hər bir şey əmr edilmişdir. 169

34- İslam dini, Allaha şərik qoşmaq, küfr etmək, bütlərə ibadət etmək, elmsiz olaraq Allah haqqında söz söyləmək, övladı öldürmək, haqsız yerə adam öldürmək, yer üzündə fəsad törətmək, sehr etmək, zahirdə və batində murdar işlər görmək, zina etmək, Lut qövmünün etdiyini etmək (burada eynicinsli əlaqələr qəsd edilir) kimi böyük günahları haram buyurmuşdur. Həmçinin, faizi (almağı, verməyi, şahid olmağı və yazmağı), habelə, ölü əti, bütlər üçün kəsilmiş əti və donuz ətini yeməyi, eləcə də, murdar və çirkin şeyləri haram etmişdir. Həmçinin, yetimin malını yeməyi, çəkidə və ölçüdə aldatmağı və qohumlarla əlaqəni kəsməyi haram buyurmuşdur. peyğəmbərlərin (Allahın onlara salamı olsun) hamısı bu əməllərin haram sayılmasını yekdilliklə qəbul etmişlər. 172

35- İslam dini, yalan danışmaq, kələk gəlmək, əmanətə xyanət etmək, xəyanət etmək, aldatmaq, hiylə qurmaq, oğurluq etmək, təcavüz etmək, zülm etmək kimi pis əxlaqi cəhətləri və ümumiyyətlə hər bir çirkin əxlaqı qadağan edir. 182

36- İslam dini pul vasitəsilə görülən əmliyyatları - faizi, yaxud (birisinə) zərər vurmağı, yaxud süni şəkildə malın qiymətini qaldırmağı, yaxud zülm etməyi, yaxud kəf gəlməyi, yaxud cəmiyyətə, xalqa və fərdlərə ümumi şəkildə zərər vurmağı və onları ziyana uğratmağı qadağan etmişdir. 192

37- İslam dini ağılı qorumağı əmr etmiş və şərab içmək kimi onu korlayan hər bir şeyi haram buyurmuşdur. Ağılın dərəcəsini yüksəltmiş, onu mükəlləf etmiş, üstəlik, onu xurafatın və bütpərəstliyin zəncirlərindən azad etmişdir. İslam dinində müəyyən bir təbəqəyə məxsus olan nə bir sirr, nə də əhkamlar vardır. İslam əhkamlarının və qanunlarının hamısı doğru-düzgün dərk edən ağıla müvafiqdir. Bu da, ədalət və hikməti əks etdirir. 196

38- Əgər batil dinlərə tabe olan kimsələr, bu dinlərdə olan ziddiyyətləri və ağılın qəbul etmədiyi məsələləri araşdırıb öyrənməsələr, o dinləri təbliğ edən kimsələr, öz tabeçiliklərində olanlara, dinin ağıldan daha yüksəkdə durduğunu və ağılın heç bir vəchlə dini məsələləri dərk edə bilmədiyini deyəcəklər. Halbuki İslam, dinin ağılın yolunu işıqlandıran bir nur olduğunu bildirir. Batil dinlərə qulluq edənlər istəyirlər ki, insan öz ağlını işlətməyib onlara tabe olsun. İslam dini isə, insandan ağlını işlətməyi tələb edir ki, həqiqətləri olduğu kimi dərk edə bilsin. 201

39- İslam dini səhih elmi Uca tutur və nəfsi istəklərdən uzaq olan elmi araşdırmalarla məşğul olmağa təşviq edir. Habelə, həm özümüzə, həm də ətrafımızda olanlara nəzər salmağa və bu haqda düşünməyə dəvət edir. Səhih elmi araşdırmaların nəticələri, İslama zidd ola bilməz. 204

40- Allah, yalnız Ona iman gətirən, Ona itaət edən və peyğəmbərlərinin (Allahın salavatı və salamı onların üzərinə olsun) dediklərini təsdiqləyən kimsənin əməllərini qəbul edər və ona bu əməllərinin mükafatını verər. Allah yalnız Öz şəriətinə müvafiq olan ibadətləri qəbul edir. Necə ola bilər ki, insan Allaha küfr etsin, sonra da buna görə Ondan mükafat gözləsin?! Allah, insanlardan, peyğəmbərlərin (Allahın salavatı və salamı onların üzərinə olsun) hamısına iman gətirməyən, habelə, Muhəmmədin Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) olduğuna iman gətirməyən heç bir kimsənin iman gətirməsini qəbul etmir. 209

41- İlahi risalələrin hamısının hədəfi budur ki, insanı Ucaltsın və beləliklə də o, aləmlərin Rəbbi olan Allahın ixlaslı bəndəsi olsun; habelə, onu insana, yaxud maddiyyata, yaxud da xurafata tapınmaqdan xilas etsin. Görüdüyünüz kimi, İslam dini şəxsiyyətləri müqəddəs tutmur, onlara öz dəyərlərindən artıq dəyər vermir və onları ilahiləşdirmir. 215

42- Allah İslam dinində tövbə etməyi buyurmuşdur. Bu, insanın Öz Rəbbinə üz tutub bağışlanma diləməsi və günahları tərk etməsidir. İslam dini əvvəlki günahların hamısını silir, tövbə etdikdə bütün əvvəlki günahlar silinib gedir. Və insanlar qarşısna çıxıb xətaları etiraf etməyə gərək yoxdur.(yalnız qul haqları istisna, əgər günah qul haqları ilə əlaqəlidirsə və ya insanlara xətalı məlumatlar çatdırıbsa, doğrununu bəyan edib halallıq alması lazımdır) 218

43- İslam dinində insanla Allah arasında birbaşa əlaqə qurulur və kimsənin də, səninlə Allah arasında vasitəçi olmasına ehtiyac qalmır. İslam dini bizə, bəşəriyyətdən kimsəni ilah qəbul etməyi, yaxud onları rübubiyyətdə və ya uluhiyyətdə Allaha şərik qoşmağı qadağan edir. 223

44- Bu kitabın axırında qeyd etmək istəyirik ki, insanlar müxtəlif zamanlarda, müxtəlif qövmlərdə və müxtəlif ölkələrdə yaşadıqlarına görə, hətta insanlar toplumlarının hamısının fikirləri və məqsədləri müxtəlif olduğuna, ətraf mühitin və əməllərin fərqli olduğuna görə, onları doğru yola yönəldəcək öndərin, onları birləşdirəcək qanunların və onlara himayədarlıq edəcək rəhbərin olması zəruridir. Möhtərəm Elçilər (Allahın salavatı və salamı onların üzərinə olsun) Pak və Müqəddəs Allah nazil etdiyi vəhyə tabe olaraq insanları xeyrə və doğru yola yönəldər, onları Allahın qanunları üzərində cəm edər və onların arasında haqq ilə (Allahın kitabı ilə) hökm verərdilər. Beləcə, onlar o elçilərin buyuruqlarını yerinə yetirdikləri və ilahi risalələrin nazil olduğu dövrlərə yaxın olduqları müddətcə, işləri yoluna qoyulardı. Allah o risalələrin hamısını, Muhəmməd Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) göndərməklə sona çatdırdı, bu risalənin (Qiyamətədək) qalacağına qərar verdi və onu, insanları doğru yola yönəldən rəhbər, rəhmət, nur və Allahın hüzuruna aparıb çıxardan yol göstəricisi etdi. 227

45- Elə buna görə də, ey insan, səni, səmimi-qəlblə, (şəriətə muxalif olan) təqlid və adətlərdən uzaq duraraq Allaha ibadət və itaət etməyə dəvət edirəm. Bil ki, sən öldükdən sonra Rəbbinin hüzuruna qayıdacaqsan. Elə isə bir özünə, bir də ətraf aləmə bax və İslamı qəbul et ki, həm bu dünyada həm də axirətdə xoşbəxt olasan. Və əgər İslam dinini qəbul etmək istəsən, sənə sadəcə Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) Onun Rəsulu olduğuna şəhadət gətirməyin, Allahdan başqa ibadət edilən hər bir ilahdan uzaqlamağın yetər. Habelə, iman gətirməliyik ki, Allah qəbirlərdə olanları dirildəcək. Həmçinin, iman gətirməliyik ki, haqq-hesaba çəkilmək və əməllərin əvəzini (mükafatını və cəzasını) almaq haqdır. Və əgər bu şəhadəti gətirsən, müsəlman olarsan. Bundan sonra sən Allaha,Onun buyurduğu şəkildə ibadət etməli - namaz qılmalı, zəkat verməli, oruc tutmalı və imkan daxilində həcc ziyarətini yerinə yetirməlisən. 230

Indeks. 238

***