Bütün ümmət üçün mühüm dərslər ()

 

Mühüm dərslər Müqəddimə Mərhəmətli və Rəhmli Allahın adı ilə! Həmd olsun aləmlərin Rəbbi Allaha. Gözəl sonluq Allahdan qorxanlar üçündür. Allahın qulu və elçisi olan Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və əshabına Allahın salavatı və salamı olsun. Bu müxtəsər kitab ümmətin İslam dinindən bilməsi vacib olan bəzi məsələləri haqqındadır. Onu “Bütün ümmət üçün mühüm dərslər” adlandırdım. Allahdan istəyirəm...

|

 Bütün ümmət üçün mühüm dərslər

 Müqəddimə

 Mərhəmətli və Rəhmli Allahın adı ilə!

   Həmd olsun aləmlərin Rəbbi Allaha. Gözəl sonluq Allahdan qorxanlar üçündür. Allahın qulu və elçisi olan Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və əshabına Allahın salavatı və salamı olsun.

   Bu müxtəsər kitab ümmətin İslam dinindən bilməsi vacib olan bəzi məsələləri haqqındadır. Onu “Bütün ümmət üçün mühüm dərslər” adlandırdım.

Allahdan istəyirəm ki, bununla müsəlmanları faydalandırsın və bizdən qəbul etsin. Həqiqətən O, Cəvvad və Kərimdir.

Abdul-Aziz ibn Abdullah ibn Baz

Mərhəmətli və Rəhmli Allahın adı ilə!  Ondan kömək istəyirik.

       Quranı əzbərləməyin yolu:

İbn Sədi kimi müxtəsər təfsirdən şərhini oxumaqla hər gün 10 ayə əzbərlənir və onlara əməl etmək üçün Allahdan kömək istənilir.

Elm - “Lə iləhə illALLAH”-ın mənasıdır.

Sidq (doğruluq) -  sözlərdə, əməldə və etiqadda olmalıdır.

Məhəbbətin bölümləri

1 – Allah ilə yanaşı məhəbbət. Hökmü böyük şirkdir.

2 – Allah üçün məhəbbət. Hökmü vacibdir. İmanın ən möhkəm bağlarından sayılır.  Bu, əmələ məhəbbət – şəriət hökümlərinə, əməl edənlərə məhəbbət – peyğəmbərlərə və mələklərə,  zamana məhəbbət – Ramazan ayı və məkana məhəbbət – məscidlərə məhəbbət kimi növlərə bölünür.

3 – Təbii məhəbbət. Hökmü icazəlidir.

 Bütün ümmət üçün əhəmiyyətli dərslər

 Birinci dərs:

 Əl-Fatihə surəsi və qısa surələr

Əl-Fatihə surəsi və mümkün olan qısa surələri – Əl-Zəlzələ surəsindən Ən-Nəs surəsinədək – öyrənmək, oxunuşu düzətmək, əzbərləmək və başa düşüləcək səviyyədə şərh etmək.

 İkinci dərs: İslamın rükunları

İslamın beş rükunun izahı: Ən birincisi və ən əzəmətlisi “Lə iləhə illəLLAH və Muhammədən RasuluLLAH” şəhadətin mənasının və “Lə iləhə illəLLAH”-ın şərtlərinin izahı.

Mənası: “Lə iləhə” – İbadət  olunan yoxdur  – Allahdan başqa bütün ibadət olunanlar inkar edilir, “illəLLAH” – Allahdan başqa – ibadəti şəriki olmayan yalnız Allah üçün isbat etməkdir.

 “Lə iləhə illəLLAH”-ın şərtləri isə:

 1) Elm (Bilmək) – Cəhalətin əksidir; 2) Yəqinlik (əmin olmaq) – Şəkkin əksidir; 3) İxlas – Şirkin əksidir; 4) Sidq (doğruluq) – Yalanın əksidir; 5) Məhəbbət – Nifrətin əksidir; 6) Boyun əymək (əl-İnqiyəd) – Tərk etməyin əksidir; 7) Qəbul etmək – üz çevirməyin əksidir; 8) Allahdan başqa bütün ibadət olunanlara küfr etmək.

Bunlar aşağıdakı iki beytdə toplanıb:

محبة وانقياد والقبول لها

علم يقين وإخلاص وصدقك مع

سوى الإله من الأشياء قد ألها

وزيد ثامنها الكفران منك بما

“Muhammədən RasuluLLAH” – Muhamməd Allahın elçisidir kəliməsinin izahı: Bu kəlimə bunları tələb edir: 1) Xəbər verdiklərini təsdiq etmək; 2)Əmr etdiklərinə itaət etmək; 3) Qadağan etdiklərindən və çəkindirdiklərindən uzaq olmaq; 4) Allaha yalnız onun göstərdiyi şəkildə ibadət etmək.

Sonra, elm tələbəsinə İslamın digər beş rükünlərı izah olunur. Onlar: Namaz, Zəkat, Ramazan orucu, gücü çatanın Allahın evinə həcc etməsidir.

 Üçüncü dərs: İmanın rükunları

Onların sayı altıdır:  Allaha, mələklərinə, kitablarına, elçilərinə, axirət gününə və qədərin xeyrinin və şərinin Allahdan olmasına iman gətirməkdir.

 Dördüncü dərs: Tövhidin və şirkin bölümləri

     Tövhidin bölümlərinin izahı. Onların sayı üçdür: 1) Rububiyyət tövhidi; 2) Uluhiyyət tövhidi;

 3) Ad və sifətlər tövhidi

     Rububiyyət tövhidi: Bu, Allahın hər şeyi yaratmasına, idarə etməsinə və bu işdə Onun heç bir səriki (ortağı) olmamasına iman gətirməkdir.

     Uluhiyyət tövhidi: Bu, yalnız Allahın ibadətə layiq olmasına və bu işdə Onun heç bir şəriki (ortağı) olmamasına iman gətirməkdir. Bu “Lə iləhə illəLLAH”-ın mənasıdır. Onun mənası Allahdan başqa ibadətə layiq məbud yoxdur- deməkdir. Namaz, oruc və digər ibadətlər kimi bütün ibadətlər tək Allah üçün olmalıdır. Onlardan hər hansı birini Allahdan başqası üçün etmək olmaz.

      Ad və sifətlər tövhidi: Bu Qurani Kərimdə və  səhih hədislərdə gələn Allahın ad və sifətlərinə iman gətirmək və onlara heç bir təhrif (yozum) vermədən, inkar etmədən (təatil), keyfiyyət (təkyif) vermədən və bənzətmədən (təmsil) Allaha layiq olan şəkildə yalnız Ona aid etməkdir. Pak və müqəddəs Allahın bu sözlərinə əməl edərək: ¯1. De: "O Allah Təkdir! 2. Allah Möhtac deyildir. 3. O, nə doğub, nə doğulub, 4. Onun bənzəri də yoxdur".¯(Əl-İxlas surəsi) Və: ¯Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir.¯ (Əş-Şura surəsi, 11)

       Bəzi alimər tövhidi iki qismə bölüblər və Ad və sifətlər tövhidini rububiyyət tövhidinə daxil ediblər. Burada heç bir ziddiyyət yoxdur, cünki hər iki cür bölməkdə məqsəd açıq-aydındır.

       Şirkin bölümləri üçdür:1) Böyük şirk;  2) Kiçik şirk; 3) Gizli şirk

       Böyük şirk: Əməlləri batil edir və onun üzərində ölən cəhənnəmdə əbədi qalır. Necə ki, Uca Allah deyib: ¯ Əgər Ona şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı. ¯ (Əl-Ənam surəsi, 88) Həmçinin Uca Allah deyib: ¯Müşriklər küfr etdiklərini bildikləri halda, onlara Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar. ¯(Ət-Tövbə surəsi, 17). Kim bunun üzərində ölərsə Allah onu bağışlamayacaq və cənnət ona haram olacaq. Necə ki, Uca Allah deyib: ¯Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan  kiçik günahları isə istədiyi kimsəyə bağışlayar.¯(Ən-Nisa surəsi, 48). Həmçinin Uca Allah deyib: ¯Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur.Zalımlara kömək edən olmayacaqdır¯(Əl-Maidə surəsi, 72)

     Böyük şirkin növlərindən: Ölülərə və bütlərə dua etmək, onlardan yardım istəmək, onlar üçün nəzir etmək, onlar üçün qurban kəsmək və digər bunun kimi əməllər.

     Kiçik şirk isə:  Kitab və sünnədə şirk adlandırılan, lakin böyük şirk növündən olmayan şirklərdir. Məsələn: Bəzi əməllərdə riya (özünü göstərmək) kimi və Allahdan başqasına and içmək kimi, “Allah və filankəs istədi” demək kimi və s. Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) deyib: “Sizin üçün ən çox qorxduğum kiçik şirkdir.” Ondan kiçik şirkin nə olduğu soruşuldu və O da cavab verdi ki: “Riyadır.” Hədisi imam Əhməd, Tabarani və Beyhəqi Muhmudd İbn Ləbid Əl-Ənsaridən yaxşı isnadla rəvayət ediblər (Əhməd 428/5).  Həmçinin Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) deyib: “Allahdan başqasına and içən şəxs şirk etmişdir”. İmam Əhməd səhih isnadla rəvayət edib (47/1). İbn Ömər də (Allah ondan da atasından da razı olsun) bu mənada səhih hədis rəvayət etmişdir. Həmçinin Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) deyib: “Deməyin Allah və filankəs istədiyi kimi oldu. Lakin deyin ki, Allah sonra da filankəs istədiyi kimi oldu.”. Əbu Davud səhih isnadla Hüzeyfə ibn Yəməndən rəvayət edib (Əbu Davud, Ədəb, 4980).

     Şirkin bu növü insanı islamdan çıxartmır və onu əbədi çəhənnəmlik etmir. Lakin, tövhidin kamilliyinə zərər yetirir.

Şirkin üçüncü növü isə: Gizli şirkdir. Buna dəlil Peyğəmbərin (Allahın salamı və salavatı onun üzərinə olsun) bu sözüdür: “Məsih Dəccəldən də sizin üçün daha çox qorxduğum şeyi xəbər verimmi? “ Dedilər: “Bəli, ey Allahın elçisi!” Dedi: “Gizli şirk – Kişi namaz qılanda, ona baxanlara göstərmək üçün namazını bəzəyəcək.” İmam Əhməd Müsnəd əsərində Əbu səid Əl Xudridən rəvayət edib (30/3).

Həmçinin şirki iki növə bölmək də caizdir: Böyük şirk və kiçik şirk. Ancaq gizli şirk hər ikisində ola bilər. Böyük şirkdə məsələn münafiqlərin gizli şirkləri kimi. Çünki, canlarından qorxaraq münafiqlər batil əqidələrini gizlədirlər və riya ilə islam dinində olduqlarını göstərirlər. Gizli şirk kiçik şirkdə olduqda, məsələn: Riya kimi. Necəki, yuxarıdakı Mahmud İbn Ləbid Əl-Ənsaridən və Əbu Səiddən olan hədislərdə qeyd edildi.

Namazda hərəkətlər beş ədəddir. 1) Haram hərəkət – yemək kimi. 2) Məkruh (bəyənilməyən) hərəkət – ərtafa baxmaq. 3) Mubah (icazəli) hərəkət –saqqalı qaşımaq. 4) Müstəhəb hərəkət – keçənin qarşısını almaq. 5) Vacib hərəkət – nəcasəti yox etmək.

Səhf səcdəsi: Səhf səcdəsinin səbəbləri artırma, azaltma və şəkk etməkdir. Şəkk ibadəti qurtardıqdan sonra olduqda əminlik gəlməyənədək ibadətə qayıdılmır. Şəkk ibadətin içində olarsa, bu cür hal insanda tez-tez baş verirsə, o zaman yenə ibadətə qayıdılmır. Əgər bu cür hal az baş verirsə, o zaman üstün tutdulan şəkki əsas götürülür. Əgər üstün tutdulan şəkk yoxdursa, o zaman az olanı əsas götürülür. Səhf səcdəsində səhf edilərsə bu zaman heçnə etmək lazım deyil. Rükunlardan biri tərk olunarsa, onu etməyincə namaz düzgün sayılmır. Vaciblərdən biri səhf ilə tərk olunarsa, o zaman onun əvəzinə səhf səcdəsi edilir.

 Beşinci dərs:

 Ehsan

Ehsanın rükunu: Allaha sanki Onu görürmüş kimi ibadət etmək və əgər  Onu görmürmüş kimi ibadət edə bilməsən, onda O səni görür kimi ibadət etməkdir.

 Altıncı dərs: Namazın şərtləri

Onların sayı doqquzdur: 1) İslam; 2) Ağıl; 3) Seçmə qabiliyyəti (təmyiz); 4) Hədəsi aradan qaldırmaq (Qüsl və dəstamazlı olmaq); 5) Nəcisi yox etmək; 6) Övrət (ayıb) yerlərin örtülməsi; 7) Vaxtın daxil olması; 8) Qibləyə üz tutmaq; 9) Niyyət

 Yeddinci dərs:

 Namazın rükunları

Onların sayı on dörddür: 1) Gücü çatanın qiyamda durması; 2) Birinci təkbir (Allahu Əkbər demək); 3) Fatihəni oxumaq; 4) Rüku; 5) Rükudan sonra düzəlmək (dik dayanmaq); 6) Yeddi bədən üzvü üzərində səcdə etmək; 7) Səcdədən qalxmaq; 8) İki səcdə arasında oturmaq; 9) Bütün fellərdə sükunət (əzaların yerinə düşməsinə qədər dayanmaq); 10) Rükunlar arasında ardıcıllıq; 11) Axırıncı təşəhhüd; 12) Axırıncı təşəhhüd üçün oturmaq; 13) Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) üçün salavat; 14) Hər iki tərəfə salam vermək.

 Səkkizinci dərs:

 Namazın vacibləri

Onların sayı səkkizdir: 1) Birinci təkbirdən başqa digər təkbirlər; 2) İmam və tək namaz qılan üçün “Səmi Allahu limən həmidəh” demək; 3) Hər bir şəxs üçüm “Rabbənə va ləkəl-həmd” demək; 4) Rükuda “Subhənə rabbiyəl-Azim” demək; 5) Səcdədə “Subhənə rabbiyəl-Əalə” demək; 6) İki səcdə arasında “Rabbiğfir li” demək; 7) Birinci təşəhhüd; 8) Birinci təşəhhüd üçün oturmaq.

 Doqquzuncu dərs:

 Təşəhhüdün izahı

O, belə deməkdir: “Əttəhiyyətu lilləhi vas-salavatu vat-tayyibatu. Əs-sələmu aleykə əyyuhən-Nəbiyyu va rahmətullahi və bərakətuhu. Əs-sələmu aleynə va alə ibədilləhis-salihin. Əşhədu ənlə iləhə illəllahu. Va əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu” (Bütün alqışlar, dualar Allaha, bütün yaxşı işlər Allah üçün edilir. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti bərəkətləri yetişsin! Bizə və Allahın əməlisaleh bəndələrinə salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir).

Sonra Peyğəmbərə (Allahın salamı və salavatı onun üzərinə olsun) xeyr dua edirsən və bərəkət diləyir: “Allahummə salli alə Muhəmmədin va alə əəli Muhəmməd, kəmə salleytə alə İbrahimə va alə əəli İbrahim, innəkə həmidun məcid. Va bərik aləMuhəmmədin va alə əəli Muhəmməd kəmə bəraktə alə İbrahimə va alə əəli İbrahim innəkə həmidun məcid” (Allahım! Məhəmmədə və onun ailəsinə də İbrahimə və onun ailəsinə xeyir-dua verdiyin kimi xeyir-dua ver! Sən həqiqətən alqışlara layiq və şan-şövkətlisən! Məhəmmədə və onun ailəsinə də ibrahimə və onun ailəsinə bərəkət verdiyin kimi bərəkət ver! Sən həqiqətən alqışlara layiq və şan-şövkətlisən!).

Sonra axırıncı təşəhhüddə qəbir əzabından, cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən və yalançı məsihin (Allahlıq və yə peyğəmbərlik iddiası edən) fitnəsinin şərindən Allaha sığınır (Allahumə inni əuzu bikə min azəbi cəhənnəm va min azəbil-qabr va minfitnətil məhyə val-məməti va min şərri fitnətilməsihid-dəccəl). Sonra istədiyi duanı seçib deyir. Xüsusən bu duanı: “Allahummə əanni alə zikrikə va şukrikə va husni ibədətikə. Allahummə inni zalamtu nəfsi zulmən kəsiran va lə yəğfiru-z-zunubə illə əntə, fəğfir li min indikə va-ﷺ‬-həmni innəkə əntə-l-ğafuru-ﷺ‬-rahim” (Allahım səni zikr və şükr etməkdə, gözəl tərzdə ibadət etməkdə mənə kömək et! Allahım həqiqətən də mən özümə çoxlu zülm etdim, günahları yalnız sən bağışlayırsan, dərgahından olan mərhəmətin ilə məni bağışla! Mənə rəhm et! Həqiqətən sən bağışlayan və mərhəmətlisən).

Zöhr, asr, məğrib və işa namazlarında birinci təşəhhüddə “Əşhədu ənlə iləhə illəllahu. Va əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu” şəhdətindən sonra üçüncü rükətə qalxırsan. Bu barədə hədislərdə gələnə görə “Allahummə salli alə Muhəmmədin...” oxuyub sonra üçüncü rükətə qalxsan bu daha əfzəldir.

 Onuncu dərs:

 Namazın sünnətləri

     Namazın sünnətlərindən:

1. İstiftah (açılış) duası.

2. Rükudan əvvəl və sonra qiyamda durarkən sinədə sağ əlin içini sol əlin üzərinə qoymaq.

3. Birinci təkbir zamanı, rükuya gedərkən, rükudan qalxarkən və birinci təşəhhüddən üçüncü rükətə qalxarkən barmaqlar bitişik şəkildə əllərin iki çiyin və ya qulaqlar bərabərində qaldırılması.

4. Rükuda və səcdədə birdən çox edilən təsbihlər.

5. Rükudən qalxdıqdan sonra “Rabbənə va ləkəl-həmd” zikrindən əlvə zikrlər etmək. Həmçinin İki səcdə arası bir dəfə “Rabbiğfir li” dedikdən sonra artıq dediklərin.

6. Rükuda başı bel ilə eyni səviyyədə tutmaq.

7. Səcdədə qolları yandan, qarını budlardan (dizlərin üst hissəsindən) və budları baldırlardan uzaq tutmaq.

8. Səcdədə biləkdən dirsəyə qədər olan hissəni yerdən qaldırmaq.

9. Birinci təşəhhüddə və iki səcdə arası sol ayaq üzərində oturmaq və sağ ayağına dirsəklənmək.

10. Üç və dörd rükətli namazların axırıncı təşəhhüdündə sol ayağını sağ ayağın altına qoymaqla və sağ ayaqla dirsəklənməklə yerdə oturmaq.

11. Birinci və ikinci təşəhüddə oturandan təşəhhüdü qurtaranadək işarə barmağı ilə işarə etmək: Dua etdiyi zaman onu hərəkət etdirmək.

12. Birinci təşəhhüddə Muhammədə, İbrahimə və onların ailələrinə xeyr dua və bərəkət duasını oxumaq.

13. Axırıncı təşəhhüddə dua etmək.

14. Sübh, cümə və iki bayram, yağış istəmək namazlarında və məğrib və işa namazlarının ilk iki rükətlərində Quranı səslə oxumaq.

15. Zöhr, asr, məğribin üçüncü və işanın son iki rükətlərində Quranı səssiz oxumaq.

16. Fatihədən sonra hər hansı bir surə oxumaq.

Bizim qeyd etdiklərimizdən başqa varid olmuş digər sünnətlərə də əməl etmək: Məs:  Rüküdən qalxdıqdan sonra imam, məmum və tək namaz qılanın “Rabbənə va ləkəl-həmd” sözündən sonra əlavə dedikləri. Həmçinn: rükuya gedərkən barmaqların arasında məsafə olmaqla əlləri çiyin səviyyəsinə qədər qaldırmaq.

Niyyətdə“İstishəb”– Dəstamazın əvvəlindən axırınadək niyyəti pozmamaq.

Dəstamazı vacib edən amillərdən qurtarmış olmaq–Yəni, dəvə əti yeyərək dəstamaz almamaq.

Dəstamazdan qabaq su və ya daşla təmizlənmək -Yəni, yel, yuxu və dəvə əti istisna olmaqla (böyük əyaq-yolundan sonra) su və ya daşla təmizlənməmiş dəstamaz almamaq.

Suyun təmiz və mübah olması – Nəcasətli və ya qəsb olunmuş su ilə dəstamaz almamaq.

Suyun dəriyə çatmasına maneə olan amilləri aradan qaldırmaq – Məsələn xamır, və boya kimi.

Arası kəsilməmək – Əvvəlki bədən üzvü qurumadan, növbəti bədən üzvünü yumağı gecikdirməmək.

İki yoldan çıxanlar – Sidik, böyük ayaq yolu, məni, məzi, vədi, yel, daş və qan.

Yuxu – özü özlüyündə dəstamazı pozmur, lakin yatarkən yel çıxması zənn olunduğuna görədir. Əgər insan hiss etsə ki, ondan heçnə çıxmayıb  o zaman yatması dəstamazı pozmur.

Övrət yerlərinə toxunmaq –Şeyx İslam bunun üçün dəstəmaz almağın müsəthəb olmasını üstün rəy kimi görüb.

 Təyəmmümün forması – Niyyət etmək, sonra “bismilləh” demək, sonra əlləri bir dəfə yerə vurmaq və əllərin içi ilə üzə və əllərin üstünə məsh çəkmək.   

Qüsl almağın forması – Vacib olan odur ki, niyyət edib,  sonra "bismilləh" deyərək ağızda suyu çalxalamaq və buruna suyu çəkməklə bütün bədənə,zərif və qalın tüklərin altına suyun dəyməsidir.

Sünnədəki qüslun forması isə belədir: övrət yerlərin yuyulması, sonra əllərin yuyulması, sonra dəstamaz almaq və başı yumaq, sonra sağ tərəfi yumaq, sonra sol tərəfi yumaq, sonra da ayaqları yumaq.

Mədinə şəhərində ziyarət olunan yerlərin sayı şəriət baxımından beşdir: 1) Peyğəmbər məscidi və ora səfəri ona görə etmək; 2) Quba məscidi; 3) Peyğəmbərin (Allahın salamı və salavatı onun üzərinə olsun)  və səhabələrin qəbrləri; 4) Bəqi qəbirstanlığı; 5) Uhud şəhidləri

 On birinci dərs:

 Namazı batil edən əməllər

Onların sayı səkkizdir: 1) Unutqanlıq olmadığı və danışmağın namazı batil etdiyini bildiyin halda qəsdən danışmaq – Unudan və bunu bilməyən danışarsa namaz batil olmur;

 2) Gülmək;

 3) Yemək;

4) İçmək;

5) Övrət yerin açılması;

6) Qiblədən başqa tərəfə dönmək;

7) Namazda ardıcıl çoxlu lazımsız (boş) hərəkətlər;

 8) Dəstamazın pozulması.

 On ikinci dərs:

 Dəstamazın şərtləri

Onların sayı ondur: 1) İslam; 2) Ağıl; 3) Seçmə qabiliyyəti; 4) Niyyət; 5) Dəstamazı qurtaranadək onu kəsməyi niyyət etməmək; 6) Dəstamazı vacib edən amillərdən qurtarmış olmaq; 7) Dəstamazdan qabaq su və ya daşla təmizlənmək; 8) Suyun təmiz və mübah olması; 9) Suyun dəriyə çatmasına mane olan amilləri aradan qaldırmaq; 10) Dəstamazı daim pozulan şəxs üçün namazın vaxtının daxil olması.

 On üçüncü dərs:

 Dəstamazın fərzləri

Onların sayı altıdır: 1) Üzü yumaq: ağızda suyu çalxalamaq və buruna suyu çəkmək də bura daxildir; 2) Dirsəklər də daxil olmaqla əlləri yumaq; 3) Bütün başa məsh çəkmək: qulaqlar da bura daxildir; 4) Topuqlar ilə birgə ayaqları yumaq; 5) Rükunlar arasında tərtibat; 6) Arası kəsilməmək (yəni digər bədən üzvü qurumadan).

Üzü, əlləri, ayaqları üç dəfə təkrar yumaq müstəhəbdir. Agıza və buruna üç dəfə su almaq da həmçinin. Fərz olan bir dəfədir. Amma başa bir dəfədən artıq məshə gəldikdə isə, səhih hədislərin dəlalət ediyinə görə başa üç dəfə məsh etmək müstəhəb deyil.

 On dördüncü dərs:

 Dəstamazı pozan amillər

Onların sayı altıdır: 1) İki yoldan çıxanlar; 2) Bədəndən çıxan pis nəcis; 3) Yuxu və digər yollar ilə ağılın itməsi; 4) Birbaşa (maneəsiz) əlin qabaq və arxa övrət yerlərinə dəyməsi; 5) Dəvə ətini yemək; 6) İslamdan çıxmaq – Allah bizi və müsəlmanları bundan qorusun.

     Ciddi qeyd:Meyit yumağa gəldikdə isə, səhih odur ki, dəstamaz pozulmur. Buna dəlilin olmamasına görə bu alimlərin çoxunun sözüdür. Ancaq meyit yuyanın əli birbaşa meyitin övrət yerinə toxunarsa, ona dəstamaz vacib olur. Ona vacibdir ki, meyitin övrət yerinə manesiz toxunmasın.

     Həmçinin alimlərin səhih görüşünə görə əgər insandan heçn bir şey çıxmayıbsa istər şəhvətlə və istərsə də şəhvətsiz- qadına toxunmaq dəstamazı pozmur. Çünki Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) bəzi yoldaşlarını öpüb, sonra dəstamaz almadan namaz qılıb.

      Amma Allahın Əl-Maidə surəsində bu sözünə gəldikdə isə, ¯və ya qadınlara toxunmusunuzsa¯(Ən-Nisa43, Əl-Maidə 6)  alimlərin səhih sözünə görə burada nəzərdə tutulan yaxınlıq etməkdir. Bu İbn Abbas (Allah ondan da atasından da razı olsun) və sələfdən bir çox alimin sözüdür. Allah müvəffəq edəndir.

 On beşinci dərs:

 Hər bir müsülman üçün şəriətdə  gələn əxlaq bəzəyi

     Hər bir müsəlman üçün şəriətdə gələn əxlaqi zinətlər bunlardır:

 1) Doğruluq;  2) Əmanəti qorumaq;  3) İffətli olmaq ; 4) Həyalı olmaq;  5)Şücaət;  6) Əli-açıq olmaq; 7) Vəfalı olmaq; 8) Allahın haram etdiyi hər bir şeydən uzaq olmaq; 9) Qonşulara yaxşılıq etmək; 10) Ehtiyacı olana gücü çatan qədər kömək etmək.  Həmçinin Kitab və Sünnədə gələn digər əxlaq normaları.

 On altıncı dərs:

 İslam ədəbləri ilə ədəblənmək

    İslam ədəbi ilə ədəblənməyə misallar: 1) Salam vermək; 2) Təbəssüm; 3) Sağ əl ilə yemək və içmək; 4) bir şeyə başlayanda “bismilləh” demək; 5) Qurtaranda “Əlhəmdulilləh” demək; 6) Asqıranda “Əlhəmdulilləh” demək; 7) Asqıranda “Əlhəmdulilləh” deyənə “Yarhəmu-kə-ALLAH”demək; 8) Xəstəni ziyarət etmək; 8) Namaz və dəfn üçün cənazədə iştirak etmək; 9) Məscidə və evə daxil olarkən və ya onlardan çıxarkən şəriət ədəbləri; 10) Səfər ədəbləri; 11) Valideynlər ilə ədəblər; 12) Qohumlar və qonşular ilə ədəblər; 13) Yaşlılar və uşaqlar ilə ədəblər; 14) Yeni doğulmuş uşaqlara görə təbrik etmək; 15) Evlənənləri təbrik etmək; 16) Müsibət zamanı başsalığı vermək; 17) Ayaqqabı və paltar geyinib soyunarkən islami ədəblər və başqaları.

 On yeddinci dərs:

 Şirk və bütün növ asiliklərdən çəkindirmək

     Şirk və hər növ günahdan çəkinmək və çəkindirmək lazımdır, onlaran: Yeddisi həlakedici günahlar; 1) Allaha şərik qoşmaq; 2) Sehr; 3) Haqsız yerə Allahın haram etdiyi nəfsi (insanı) öldürmək; 4) Sələm (riba) yemək; 5) Yetim malını yemək; 6) Döyüşdə hücum zamanı qaçmaq; 7) İffətli mömin qadına iftira atmaq

 Həmçinin:  Valideynlərin üzünə ağ olmaq; Qohumluq əlaqələrini kəsmək;  Yalandan şahidlik etmək;  Yalandan and içmək;  Qonşulara əziyyət vermək; İnsanların qanlarına, mallarına və qeyrətlərinə qarşı zülm etmək;  Sərxoşedici içki içmək;  Qumar oynamaq;  Qeybət etmək;  Söz gəzdirmək;  Allahın və onun Elçisinin (Allahın salamı və salavatı onun üzərinə olsun)  qadağan etdiyi digər asiliklər.

 Onsəkkizinci dərs:

 Meyiti hazırlamaq, onun üçün namaz qılmaq və dəfn etmək.

     Onun təfsilatı var:

     Birincisi: Can verənə təlqin etmək. Can verən şəxsə “Lə İləhə İlləl-lah” dedizdirmək Peyğəmbərin (Allahın salamı və salavatı onun üzərinə olsun) bu sözünə görə şəriətdə öz yerini tapmışdır:  “Ölülərinizə “Lə İləhə İlləl-lah” dedizdirin! ”. Müslim (Cənazə, 916) öz səhihində rəvayət edib.  Bu hədisdə “ölüləriniz” dedikdə “can verənlər” nəzərdə tutulur. Can verənlər isə ölümün əlamətləri gəlmiş şəxslərdir.

     İkincisi: Ölümü dəqiqləşdikdə: Sünnədə varid olduğuna görə can verən şəxsin gözləri və çənəsi bağlanılır. 

     Üçüncüsü: Müsülman meyiti yumaq vacibdir. Döyüş meydanından şəhid olan istisnadır. O, qüsl olunmur, cənazə namazı qılınmır və öz paltarında dəfn olunur. Çünki Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) Uhud döyüşündə öldürülənləri qüsl etməyib və onlara cənazə namazı qılmayıb.

     Dördüncüsü: Meyiti qüsl etməyin qaydası: Övrət yeri örtülür, bir az qaldırılır və qarın hissəsindən yumşaq şəkildə sıxılır. Sonra, yuyan şəxs əski və ya ona bənzər bir şeyi əlinə sarıyaraq, cəsəddən çıxanları silir. Bundan sonra meyit üçün namaz dəstamazı kimi dəstamaz aldırır. Sonra meyitin başını və saqqalını su və sidr ilə yuyur. Sonra sağ tərəfini və sonra da sol tərəfini yuyur. Beləliklə bu cür yumağı iki və üç dəfə təkrar edir. Hər dəfə yuduqda əlini qarın hissəsindən sıxır. Əgər nəsə çıxsa onu yuyur. Nəcis çıxa bilən yeri pambıq və buna bənzər bir şeylə bağlayır. Əgər pambıq qarşısını almasa, isti palçıq və ya tibbi vasitələrlə - yapışqan bir şeylə - bağlanılır. Sonra meyitin dəstamazını təzələnir. Əgər üç dəfə ilə təmizlənməsə, onda beş və yeddiyə qədər artırılır. Sonra paltarı ilə qurulayır və qoltuq altıqlarına (baldır hissəsinə) və səcdə yerlərinə ətir vurulur. Əgər hər tərəfinə ətir vurularsa bu daha gözəldir. Kəfənə də buxur vurulur. Tükləri və dırnaqları uzun olarsa, qısaldılır, əgər qısaldılmasa yenə də heç bir problem yoxdur. Dəlil olmadığına görə saçı daranmır, övrət yerindəki tüklər qırxılmır və sünnət edilmir. Qadının saçı üç hörük hörülür və arxa tərəfdən atıılır.

    Beşincisi: Meyitin kəfənlənməsi. Ən əfzəli odur ki, köynəksiz və əmmaməsiz şəkildə kişi üç qat ağ kəfənlə kəfənlənir. Necı ki bu cür Peyğəmbəri (Allahın salamı və salavatı onun üzərinə olsun)  ediblər. Kəfən isə qat-qat sarılır. Əgər köynək, izar və üst qat olmaq şərti ilə kəfənlənərsə, yenə də heç bir problem olmaz.

     Qadın isə beş qat kəfənlə kəfənlənir:sinə üçün bir qat, baş örtüyü, aşağı hissə üçün don əvəzi və iki qat da ümumi örtük.  Körpə oğlan uşağı isə bir qatdan üç qata qədər kəfənlənir. Körpə qız uşağı isə bir köynək və iki qat kəfənlə kəfənlənir.

      Hamı üçün vacib olan odur ki, cəsədin bütün hissələri örtülmək şərtilə bir qat kəfənlənsin. Lakin  ehramda olan birisi vəfat edərsə, o sidr və su ilə qüsl edilir, ehram paltarlarında kəfənlənir, başı və üzü örtülmür və ətirlənmir. Səhih hədisdə gəldiyinə əsasən ehramda ölən qiyamət günü təlbiyyə gətirərək diriləcək. Əgər ehramda ölən qadın olarsa, o digər qadınlar kimi kəfənlənir, lakin ətir vurulmur, üzü niqabla örtülmür və əlcək geyindirilmir. Lakin, kəfənlənərkən üzü və əlləri kəfən ilə örtülür, necə ki qadının kəfənlənməsinin formasında keçmişdir.

     Altıncısı: Meyiti qüsl etməyə, cənazə namazı qılmağa və dəfn etməyə ən haqlı olan şəxslər: Vəsiyyət etdiyi şəxs, sonra atası, sonra babası, sonra kişilərdən olan ən yaxın qohumları. Qadında isə: vəsiyyət etdiyi şəxs, sonra anası, sonra nənəsi, sonra qadınlardan olan ən yaxın qohumları. Ər-arvad hər ikisi biri digərini qüsl edə bilər. Çünki Siddiqi(Allah ondan razı olsun) öz yoldaşı qüsl yuyub və Əli də öz yoldaşı Fatiməyə (Allah onlardan razı olsun) qüsl aldırıb.

     Yeddincisi: Cənazə namazının forması: Dörd təkbirdən ibarətdir. Birinci təkbirdən sonra Əl-Fatihə surəsi oxunur. İbn Abbasdan (Allah ondan və atasından razı olsun) varid olan səhih hədisə əsasən əgər onunla yanaşı qısa surə, bir və ya iki ayə oxunsa daha yaxşıdır.Sonra ikinci təkbir edilir və namazda təşəhhüddə oxunan salavat duası oxunur. Sonra üçüncü təkbir edilir və bu da deyilir:

اللَّهُمَّ , اغْفِرْ لِحَيِّنَا وَمَيِّتِنَا , وَشَاهِدِنَا وَغَائِبِنَا , وَصَغِيرِنَا وَكَبِيرِنَا , وَذَكَرِنَا وَأُنْثَانَا

(Allahumməğ-fir lihəyyinəə va meyyitinəə, va şəəhidinəə va ğaaibinəə, va sağırinəə va kəbiirinəə, va zəkərinəə va unsəənəə)

(Allahım, dirimlərimizi və ölülərimizi, şahidlərimizi və burada olmayanları, az yaşlılarımızı və böyüklərimizi, kişilərimizi və qadınlarımızı bağışla!)

اللَّهُمَّ , مَنْ أَحْيَيْتَهُ مِنَّا فَأَحْيِهِ عَلَى الإِسْلامِ ، وَمَنْ تَوَفَّيْتَهُ مِنَّا فَتَوَفَّهُ عَلَى الإِيمَانِ

(Allahummə mən əhyəytəhu minnəə, fəəhyihi alə-lisləm, va mən təvaffəytəhu minnəə fətavafhu alə-liimən)

(Allahım, bizlərdən yaşatdıqlarını İsalam üzərində yaşat! Bizdən vəfat etdirdiklərini iman üzərində vəfat etdir!)

اللَّهُمَّ اغْفِرْ لَهُ وَارْحَمْهُ وَعَافِهِ وَاعْفُ عَنْهُ ، وَأَكْرِمْ نُزُلَهُ ، وَوَسِّعْ مُدْخَلَهُ ، وَاغْسِلْهُ بِالْمَاءِ وَالثَّلْجِ وَالْبَرَدِ ، وَنَقِّهِ مِنْ الْخَطَايَا كَمَا نَقَّيْتَ الثَّوْبَ الْأَبْيَضَ مِنْ الدَّنَسِ ، وَأَبْدِلْهُ دَارًا خَيْرًا مِنْ دَارِهِ ، وَأَهْلًا خَيْرًا مِنْ أَهْلِهِ ،وَأَدْخِلْهُ الْجَنَّةَ ، وأعذه من عذاب القبر وعذاب النار، وافسح له في قبره ونور له فيه

(Allahumməğ-fir ləhu var-həmhu, va aafihi va afu anhu, va əkrim nuzuləhu va vassi mədxaləhu, vəğsilhu bil-məəi vas-səlci val-bəradi va nəqhi minəl-xataayə kəməə nəqqeytəs-sovbəl-əbyəda minəd-dənəsi, va əbdilhu dəəran xayran min dəərihi va əhlən xayran min əhlihi va ədxilhul-cənnətə va əizhu min azəəbil-qabr va azəəbin-nəər va əfsih ləhu fii qabrihi və nəvvir ləhu fiihi)

(Allahım, onu bağışla! Rəhm et!Əfv et! Günahlarını sil! Gedəcəyi yeri kəramətli et! Daxil olacaq yeri genişləndir! Onu su, qar və soyuq su ilə yu! Xətalarını təmizlə necə ki, ağ paltarı çirkabdan təmizləyirsən. Evini daha xeyirli ev ilə əvəz et! Ailəsini də daha xeyirli ailə ilə əvəz et! Onu cənnətə daxil et! Onu qəbr əzabından, cəhənnəm əzabından özünə sığındır! Qəbrini genişləndir və orada onun üçün nur et!)

اللَّهُمَّ لا تَحْرِمْنَا أَجْرَهُ ، وَلا تُضِلَّنَا بَعْدَهُ ” 

(Allahummə Ləə tuharrimnəə əcrahu va ləə tudillənəə bəadəhu)

(Allahım, onun mükafatından bizi məhrum etmə! Ondan sonra bizi azdırma!)

Sonra dördüncü təkbir edilir və sağ tərəfə bir dəfə salam verilir.

     Müstəhəbdir ki, hər dəfə təkbir edildikdə əllər qaldırılsın. Əgər ölən qadındırsa, o zaman dua“HƏƏ” (tər. Qadın cinsində) ilə deyilir. Əgər iki nəfər ölübsə, o zaman dua “HUMƏƏ” (tər. ikilikdə) ilə deyilir. Əgər çox ölübsə, o zaman dua “HUM” (tər. cəmdə) ilə deyilir. Əgər uşaqdırsa, o zaman yuxarıdakı bağışlanma duasının əvəzinə növbəti dua deyilir:

اللَّهُمَّ اجْعَلْهُ فَرَطَاً وَذُخْراً لِوَالِدَيْهِ، وشَفِيعاً مُجَاباً، اللَّهُمَّ ثَقِّلْ بِهِ مَوَازِيْنَهُمَا، وأعْظِمْ بهِ أُجُورَهُمَا، وألْحِقْهُ بِصَالِحِ سلف الـمُؤْمِنينَ، واجْعَلْهُ فِي كَفَالَةِ إِبْرَاهِيمَ، وَقِهِ بِرَحْمَتِكَ عَذَابَ جهـنم

    (Allahummə icalhu fəratan va zəxran livaalideyhi va şəfiian mucəəbən. Allahummə səqqil bihi məvaaziinəhumə va əazim bihi ucuurahuməə va əlhiqhu bisaalihi sələfil-muminiin vac-alhu fii kəfəələti İbrahim. Va qihi bi rahmətikə azəəbəl-cəhənnəm)

   (Allahım! Onu valideynləri üçün (cənnətə girməkdə onları) qabaqlayan, saxlanılan bir nemət və duası qəbul olunan bir şəfaətçi et! Allahım! Onun sayəsində onların (yaxşı əməl) tərəzilərini ağır et və onların mükafatlarını bö­yük et! Onu əməlisaleh möminlərə qovuşdur və İbrahimin himayəsinə götür. Öz mərhəmə­tinlə onu Cəhənnəm əzabından qoru!)

      İmamın kişi cənazənin baş tərəfində və qadın cənazənin isə orta hissəsində dayanması sünnətdir. Əgər cənazə kişi və qadın olarsa, kişi cənazə imamın dərhal qabağında, qadın cənazə isə ondan sonra qiblə tərəfdə qoyulur. Əgər onlarla yanaşı kiçik uşaqlar da olsa, qadın cənazədən qabaqda oğlan uşağı, sonra qadın, sonra qız uşağı qoyulur. Oğlan uşağının başı kişi cənazənin başı ilə eyni səviyyədə, qadın cənazənin ortası isə  kişi cənazə nin başı ilə eyni səviyyədə olur. Həmçinin, qız uşağının başı qadın cənazənin başı ilə eyni səviyyədə olur. Qadının ortası isə kişin başı ilə eyni səviyyədə qoyulur. Bütün namaz qılanlar imamın arxasında dayanırlar. Əgər bir nəfər yer tapmasa imamın sağında dayanır.

     Səkkizincisi: Meyitin dəfn olunmasının forması:  Şəriətdə gələn bir insanın ortası qədər dərin qazmaq və qiblə tərəfə “ləhd” (yana qazmaq) etməkdir. Meyit ləhdə sağ yanı üzərində qoyulur. Kəfənin düyünü açılır, lakin kəfən çıxardılmır, sadəcə düyünü açıq şəkildə buraxılır. Meyit istər kişi olsun, istərsə də qadın olsun üzü açılmır. Sonra kərpic ilə bağlanır və palçıq ilə bərkidilir ki, torpaq aşırtmasın. Əgər kərpic olmasa, o zaman torpağı saxlamaq üçün lövhələr və ya daşlar və ya da taxtadan istifadə olunur. Sonra onun üzərinə torpaq tökülür. Qəbrə qoyarkən belə demək müstəhəbdir:

بِسْمِ اللَّهِ وَعَلَى سُنَّةِ رَسُولِ اللَّهِ Bismilləhi va 'alaasunnəti Rəsuulilləhi. «Allahın adı ilə və Rəsulullahın Sünnəsi üzrə!

Qəbrin üstü bir qarış qaldırılır. Əgər imkan olarsa onun üzərinə kiçik daşlar qoyulur və su səpilir.       Müşayət edənlər isə qəbrin yanında dayanaraq meyit üçün dua edirlər. Çünki Peyğəbmər (Allahın salamı və salavatı onun üzərinə olsun) dəfn etdikdən sonra orada dayanaraq belə deyib: “Qardaşınız üçün bağışlanma istəyin! Onun üçün sabitçilik istəyin, çünki o indi sorğu-sual olunur.”

     Doqquzuncusu: Cənazə namazı qılınmayan üçün dəfndən sonra cənazə namazı qılmaq şəriətə müvafiqdir ; Çünki, Peyğəbmər (Allahın salamı və salavatı onun üzərinə olsun) belə edib. Ancaq dəfn olunandan biray içində və ya ondan da az müddət keçdikdə qılınır. Əgər bundan çox müddət keçibsə, qəbr üçün cənazə namazı qılmaq şəritə müvafiq deyil. Çünki Peyğəmbərin (Allahın salamı və salavatı onun üzərinə olsun) dəfndən bir ay sonra qəbr üçün cənazə namazı qılmağı barədə heç nə nəql olunmayıb.

     Onuncusu: Meyitin qohumlarının insanlar üçün yemək hazırlaması icazəli deyil. SəhabəCərir ibn Abdullah Əl-Bəcəli-dən (Allah ondan razı olsun) gələn rəvayətdə deyir: “Biz ölünün ailəsinin yanında bir yerə yığışmağı və onların xörək hazırlamağını onun üstündə fəryad edib, ağlamağa bərabər (bir günah) hesab edirdik”.( İmam Əhməd yaxşı isnadla rəvayət etmişdir). Lakin ölünün ailəsi və ya onların qonaqları üçün yemək hazırlamaqda etməkdə heç bir problem yoxdur. Qohumlar və ya qonşuların ölənin ailəsi üçün yemək hazırlamsı bəyənilən əməllərdəndir. Çünki Peyğəmbərə (Allahın salamı və salavatı onun üzərinə olsun)  Cəfər ibn Əbi Talibin (Allah ondan razı olsun) ölüm xəbəri Şamdan gəldiyi zaman onu qohumlarına əmr etdi ki, Cəfərin ailəsi üçün yemək hazırlasınlar və belə dedi: “Onların başını qatacaq bir müsibət gəlmişdir”

     Ölünün ailəsinə hədiyyə edilmiş yeməyi yemək üçün qonşuları və ya digərlərini çağırarlarsa bunda heç bir günah yoxdur. Şəriətdə bildiyimizə görə bunun üçün məhdud vaxt yoxdur.

      On birincisi: Qadının vəfat edən üçün  üç gündən artıq yas saxlaması icazəli deyil. İstisna hal qadının öz əri üçün yas saxlamasıdır .Peyğəmbərdən (Allahın salamı və salavatı onun üzərinə olsun)  sabit olan səhih hədisə əsasən qadının əri üçün dörd ay on gün yas saxlamaq vacibdir. Əgər hamilə olarsa, uşaq doğulana qədər yas saxlayır. Kişi isə qohumlardan və ya digər şəxslərdən heç kim üçün yas saxlamağı caiz deyil. 

     On ikincisi: Kişi ölənə dua etmək, rəhmət oxumaq və ölüm və ya ondan sonra olanları xatırlamaq üçün bu istənilən vaxtda qəbrləri  ziyarət edə bilər. Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) belə buyurmuşdur: “Qəbirləri ziyarət edin! Çünki o, axirəti yada salır.” (İbn Macə 1285, Albani səhih olduğunu deyib) Qəbirləri ziyarət edəndə sahəbələrin belə deməsini onlara öyrətmişdir:

السَّلاَمُ عَلَيكُم أهلَ الدِّيَارِ مِنَ المؤمِنينَ والمسلِمِينَ، وإنَّا إنْ شَاءَ اللهُ بِكُم لاَحِقُونَ وَيَرْحَمُ اللهُ المُسْتَقَدِمِينَ مِنَّا وَالمُسْتَأْخِرِينَ, نَسأَلُ اللهُ لَنَا وَلَكُم العَافِيَةَ

    «Əs-sələmu aleykum əhlə-d-diyəri minə-l-mumininə va-l-muslimin va innə in şəa-l-lahu bikum ləhiqun. Və yərhamu-l-lahu-l-mustəqdiminə minnə va-l-mustəxirin. Nəsəlu-l-lahə lənə va ləkumu-l-afiyətə»     (Sizə salam olsun, ey möminlər və müsəlmanlar diyarının əhli! Allah qoysa, biz də sizə qoşulacağıq. Bizdən qabaq və sonra olanlara Allahın mərhəməti olsun. Allahdan özümüzə və sizə salamatlıq diləyirik).

Amma qadınlara gəldikdə isə onlar üçün qəbirləri ziyarət etmək yoxdur. Çünki Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun)  qəbirləri ziyarət edən qadınları lənətləmişdir. Çünki onların fitnə edəcəyindən və səbrlərinin azlığından qorxulur. Həmçinin onların qəbirstanlığadək cənazənin arxasınca getmələri də icazəli deyil. Çünki Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) bunu da qadağan etmişdir. Amma həm kişilər, həm də qadınların məsciddə və ya namazgahda cənazə namazı qılması icazəlidir.

 Bu da müyəssər olan qədər cəm etdiyimizin sonu.

Məhəmmədə, onun ailəsinə və əshabına salat və salam olsun!