Əshabələrin fəziləti

Yazıçı : Yaşar Qurbanov

Qısa izah

(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)! (Tövbə sursəi, 100)

Download
Mülahizəni göndər

Detailed Description

    Əshabələrin fəziləti

    Allaha həmdü səna olsun! Mən şahidlik edirəm ki, vahid Allahdan başqa ibadət olunmaq haqqı olan heç bir tanrı yoxdur. O, bütün əzəmət, gözəllik və kamillik sifətlərinin tam sahi­bi­dir. Həmçinin şahidlik edirəm ki, Məhəmməd (s.a.v.) Onun qulu və haqq yolunu göstərən sevimli peyğəm­bə­ridir. Ona və Onun haqq yolunun ulduzları, zülmətlər çıraq­ları, din uğrunda döyüşlərin cəngavərləri olan ailə üzv­lərinə və əsha­bələrinə, onların yolunu tutanlara və açdıqları cığırla gedənlərə, onların göstərdikləri hidayət yolunun yolçu­larına, insanları Allahın dirildəcəyi günə qədər onların əxla­qı və davranışlarını rəhbər tutanlara salavat və salam olsun!

    Ən doğru söz sahibi Allah buyurur: «Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik və, sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əksiltmədən) qoruyub saxlayaca­yıq!» (əl-Hicr, 9).

    Bütün nöqsanlardan uzaq Uca Allah öz peyğəmbərinə vəhy etdiyi Zikri insanlara nazil etmiş və onlara onu təhrifdən, təbdildən və artırılıb-əskildilməkdən qorumağı tapşırmışdır. Bütün nöqsanlardan azad Uca Allah heç bir alış-verişin zikr etmək­dən və namaz qılmaqdan yayındırmağa qadir olmadığı kişiləri – Allahın elçisinin (s.a.v.) tərbiyə etmiş olduğu birinci nəsli təmsil edən əshabələri bu dinə cəlb etdi.

    Allah bu adamları xüsusi bir qayğı ilə əhatə etmişdi. Onlar Böyük Yaradanın dərgahından nazil olmuş vəhyə iman gətirmiş, onu öz ürəklərində hifz etmiş, ağılla dərk etmiş və əməli işdə rəhbər tutmuşlar. Onların ruhları bu vəhylə qüvvət­lənmiş, əxla­qı paklanmışdır. Onlar bu vəhyin yayılması yolunda cihada çıxmış, onu təvil (saxta yozum) və təhrifdən qoruyaraq öz övlad­larına da öyrətmişlər.

    Bu adamlar Məhəmməd peyğəmbərə (s.a.v.) Allahın elçisi kimi iman gətirmişlər. Onlar Allaha pənah aparmış, Onun haqq dinini müdafiə etmiş, Onun haqqını tanımış, Onun uğrun­da həlak olmuş, öz mallarını və canlarını Ona fəda etmiş, dün­yanın və axirətin xeyrini qazanaraq Allah təalanın razılığına layiq olmuşlar. Allah təala Öz Kitabında dəfələrlə onlardan öz razılığını bildirmişdir. Peyğəmbər (s.a.v.) də hər biri ilə əla­qədar öz hədislərində onlardan öz razılığını bildirmişdir.

    Allah təalanın onlara böyük kəramət bəxş etdiyindən onlar insanların qəlblərini imanla, ölkələrini isə silahla fəth edə bilmişlər. Allahın buyurduğu kimi, onlar: «…Allahla etdik­ləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid ol­muş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər ki, Allah (bununla) doğruları doğru­luq­larına görə mükafatlandırsın…» (əl-Əhzab, 23).

    Allah təala bu adamları Peyğəmbərə (s.a.v.) bu dini yaymaq üçün silahdaş seçdi. Onlar bu yolda heç nəyi – nə canlarını, nə də mallarını əsirgəmədilər. Bu yolda ailə­lərini, evlərini, vətənlərini tərk edib öz dinlirini qorumaq üçün hicrət etdilər. Ən çətin anlarda özlərinin Peyğəmbəri ilə hər şeyə dözdülər və bununla da tarixdə ən yaxşı müəllim, insanpərvər, humanist və əzəmətli bir nəsil kimi tanındılar. Onlar Allahın bu kəlamına layiq idilər: «(Əksəriyyəti yazıb oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfrdən) təmizləyər, onlara Kitabı və hikməti öyrədər. (Allah təala Məhəmməd əleyhissəlamı) ərəb­lər­dən savayı hə­lə onlara qoşulmamış başqalarına da (islamı qəbul etməmiş indiki ümmətlərə və qiyamət gününə qədər dünyaya gələcək bütün sonrakı tayfalara da peyğəmbər göndərmişdir). O, ye­nil­məz qüvvət, hikmət sahibidir! Bu, Allahın istədiyinə verdiyi fəzilətidir. Allah böyük fəzi­lət sahibidir» (əl-Cumuə, 2-4).

    Burada biz bu misilsiz nəslin həqiqi təsvirini vermək, onların millət, iman, bilik, haqq və ədalət yolunda cihadda, İslamı və vətəni müdafiə etmək işində nümayiş etdirdikləri məsuliyyətdən, bir-birinə bəslədikləri qardaşlıq, məhəbbət, ehtiram hissindən, onların təvazökarlığından danışmaq istər­dik. Bu elə bir nəsil idi ki, çoxsalı siyasi küləklər onların həqiqi surətini təhrif etmiş, xidmətlərini kiçiltmişdir.

    Ola bilsin bu kitab əshabələri mədh edən, onların kəra­mə­ti­ni aşkar edən, sonra gələnlərdən necə seçildiklərini gös­tərən mübarək ayələrə istinad edərək bu misiliz nəslin həqiqi surətini verə bilməsin. Yalnız mübarək ayələr aqili qane edə, mömini razı sala bilər. Çünki Quran Allahın Kitabı və Kə­lamıdır. Biz yalnız Ona iman gətirib, Onu təsdiq edə bilərik. Əshabələrin haqqına naqislik gətirən, onların xidmətini kiçildə bilən hər hansı bir söz qəbul oluna bilməz.

    Bu məqsədlə misal gətirilmiş ayələrə əlavə olaraq səhih hədisləri də əlavə edilir. Əlbəttə, ayələrin onların məzmununu qüvvətləndirən bir şeyə ehtiyacı yoxdur. Çünki onlar açıq-aşkar və aydındırlar, hər bir ağıllı adam üçün başa düşüləndirlər. Lakin həqiqəti təmamilə aydınlaşdırmaq üçün hər bir doğru sözdən istifadə etmək pis olmaz. Axı Allah təalanın və Onun Peyğəmbərinin (s.a.v.) kəlamlarından daha doğru nə ola bilər?!

    ƏSHABƏ­LƏ­RİN QU­RA­Nİ KƏ­RİM VƏ

    SÜN­NƏ­DƏ YE­Rİ

    1) Əshabə­lər kim­lər­dir

    Ərəb di­lin­də əshabə “süh­bə" (yol­daş, si­lah­daş, tə­rəf­dar) sözün­dən­dir. De­yi­lir: fi­lan­kəs­lə öm­rü bo­yu, hə­ya­tı bo­yu, il bo­yu, ay ər­zin­də, bir gün, bir sa­at, yol­daş­lıq et­mək, tə­rəf­dar ol­maq – “mü­sa­ha­bə" sö­zü də s.h.b. kö­kün­dən olub dostluq, si­lah­daş ol­maq de­mək­dir (“Li­sa­nul-ərəb", 217).

    Hə­dis alim­lə­ri əs­ha­bə ifa­də­si­ni be­lə izah edir­lər: Əs­ha­bə, Pey­ğəm­bə­ri (s.a.v.) ona də­rin iman his­si ilə qar­şı­la­yan, onun­la uzun və ya qı­sa müd­dət ər­zin­də həm­söh­bət olan, onu gö­rüb və göz­lə­yib on­dan hə­dis rə­va­yət edən, onun­la hər­bi yü­rüş­lər­də iş­ti­rak edən və ya et­mə­yən, onu göz­lə gö­rən, la­kin onun­la söh­bət et­mə­yən onu tə­bii sə­bəb­dən gör­mə­yən (mə­sə­lən, kor adam ki­mi) mü­səl­man şəxsdir. Bu rəy alim­lə­rin ək­sə­riy­yə­ti­nin rə­­yi­­dir (İbn Hə­cə­ﷺ‬, “əc-Əshabə", 1/4).

    2) Əshabə­lə­rin tə­bə­qə­lə­ri

    Gö­rün­dü­yü ki­mi, hə­dis alim­lə­ri sə­ha­bi (əshabə) adını Peyğəm­bər (s.a.v.) haq­qın­da hə­dis rə­va­yət edən və ya bir söz söy­lə­yən ada­ma, ha­be­lə da­ha ge­niş mə­na­da Peyğəm­bə­ri (s.a.v.) gö­rən şəx­sə ve­rir­lər. De­yir­lər ki, bu şə­rə­fi Pey­ğəm­bər (s.a.v.) özü öz si­lah­daş­la­rı­na la­yiq bi­lib de­miş­dir: “Mə­ni gö­rən və ya mə­ni gö­rə­ni gö­rən şəxs od­da yan­maz" (ət-Tir­mi­zi­nin rə­va­yət et­di­yi etibar­lı hə­dis­dir).

    Bu­nun­la ya­na­şı, əshabə­lə­rin -Al­lah on­lar­dan ra­zı ol­sun! –radıyal­la­hu­ an­hum- tə­bə­qə­lə­ri və də­rə­cə­lə­ri var­dır. Elə­lə­ri var­dır ki, on­lar İs­la­mı ən bi­rin­ci qə­bul edən­lər­dir. On­la­rın Pey­ğəm­bər­lə (s.a.v.) əshabə­li­yi (yol­daş­lı­ğı, dostlu­ğu, si­lah­daş ol­ma­sı müd­də­ti) da­ha uzun ol­muş­dur. On­lar ma­lik olduq­­la­rı sər­və­ti də­və­tə həsr et­miş, bu yol­da qan axıt­mış­lar. Elə­lə­ri də var­dır ki, Pey­ğəm­bə­ri (s.a.v.) vi­da həc­ci zi­ya­rə­ti vax­tı cə­mi bir də­fə gör­müş­lər. Həm on­lar, həm də bun­lar ara­sın­da də­rə­cə­lə­rə, mər­tə­bə­lə­rə gö­rə bölünən­lər var­dır. On­lar ara­sın­da elə­lə­ri var­dır ki, ge­cə və gündüz, ev­də otu­ran­da və sə­fə­rə çı­xan­da, ye­mək ye­yən­də və oruc tutan­da, se­vin­cin­də və kə­də­rin­də, ci­ha­dın­da və həc­cin­də Peyğəmbər­lə (s.a.v.) bir­lik­də ol­muş, onunla ke­çirtdik­lə­ri hər də­qi­qə­dən dərs al­mış, şə­ra­fət­li sünnə­lə­ri (qay­da­la­rı) öy­rən­miş­lər. Bu­na gö­rə də bü­tün əshabələrin va­hid mər­tə­bə­də ol­ma­sı müm­kün de­yil­dir. Bu əda­lət və mən­tiq öl­çü­sü­nə uy­ğun gəl­mir. Əshabə­lər, mü­səl­man mil­lə­ti­nin ümu­mi rə­yi­nə əsa­sən 12 tə­bə­qə­yə bö­lü­nür­lər:

    1. Mək­kə­də ən bi­rin­ci İs­la­mı qə­bul edən­lər, dörd Ra­şi­di xəli­fə­si.

    2. Mək­kə sa­kin­lə­ri­nin “Də­run-nəd­va"[1] mü­şa­vi­rə­si­nə qə­dər İs­la­mı qə­bul edən­lər.

    3. Hə­bə­şis­ta­na ge­dən əshabə­lər.

    4. Bi­rin­ci Uq­bə be­yə­ti­ni edən əshabə­lər.

    5. İkin­ci Uq­bə be­yə­ti­ni edən əshabə­lər, bun­la­rın ək­sə­riy­yə­ti ən­sar­lar­dır.

    6. Mə­di­nə­yə köç­məz­dən qa­baq Qubə şə­hə­rin­də Pey­ğəm­bər­lə (s.a.v.) gö­rü­şən ilk mü­ha­cir­lər.

    7. Bədr əh­li, bun­lar 362 nə­fər idi­lər.

    8. Bədr ilə Riz­van (Hü­dey­biy­yə) beyəti ara­sın­da­kı vaxtda, hicrət edən­lər.

    9. Riz­van beyəti­ni edən­lər, cə­mi 1400 əshabə.

    10. Hü­dey­biy­yə ilə mək­kə­nin fət­hi ara­sın­da­kı müd­dət­də hic­rət edən­lər. Mə­sə­lən: Xa­lid bin əl-Va­lid, Am­ﷺ‬ bin əl-As və Əbu Hüre­yrə.

    11. Mək­kə­nin fət­hi gü­nü İs­la­mı qə­bul edən­lər.

    12. Fəth gü­nü vi­da həc­ci zi­ya­rə­tin­də və baş­qa hal­lar­da Pey­ğəm­­­bə­ri (s.a.v.) gö­rən ye­ni­yet­mə­lər və uşaq­lar.

    3) Əshabə­lə­rin pak­lı­ğı

    Əshabə ol­maq bö­yük şə­rəf­dir. Bu adı da­şı­yan şəxs başqaların­dan se­çi­lir. Mü­səl­man alim­lə­ri­nin yek­dil rə­yi­nə görə bü­tün əshabə­lər is­tər fit­nə-fə­sad­lar­la üz­lə­şən­lər, istərsə də üz­ləş­mə­yən­lər ol­sun, pak adam­lar ol­muş­lar.

    Əshabə­lər ma­lik ol­duq­la­rı in­sa­ni key­fiy­yət­lə­rə gö­rə müt­ləq pak ol­ma­lı idi­lər. On­lar ən bö­yük iman və eti­mad sa­hib­lə­ri idilər. Al­lah və Onun rə­su­lu (s.a.v.) əshabə­lə­ri məhz bu ruh­da tər­bi­yə et­miş­lər. Mü­səl­man üm­mə­ti də on­la­rı be­lə ta­nı­yır.

    Bu­na gö­rə də əshabə­lə­rə tə­nə et­mək, söy­mək və ya ün­van­la­rı­na pis söz­lər de­mək ol­maz. Yol az­mış­lar və bidət­çi­lər on­lar haqqın­da be­lə hə­rə­kə­tə yol ve­rir­lər (mə­sə­lən: Ömər, Ai­şə, Təl­ha, Zu­beyr və s. ba­rə­də).

    4) Əshabə­lə­rin pak­lı­ğı­na da­ir Ki­tab və Sün­nədən də­lil­lə­ﷺ‬

    Allah təala bu­yu­rur: «Mə­həm­məd Al­la­hın Pey­ğəm­bə­ri­dir. Onun­la bir­likdə olan­lar (möminlər) ka­fir­lə­rə qarşı sərt, bir-bi­ri­nə (öz ara­la­rın­da) isə mər­hə­mət­li­dir­lər. Sən onları (na­maz vax­tı) rü­ku­ edən və səc­də­yə qapanan, Al­lah­dan riza və lütf di­lə­yən gö­rər­sən. On­la­rın əlaməti üzlərində olan səc­də ni­şa­nəsidir. Bu on­la­rın Töv­rat­dakı vəsfidir. İn­cil­də isə on­lar elə bir əkinə bənzədilirlər ki, o artıq cü­cər­ti­sini üzə çı­xartmış, onu bəsləyib cana-qüvvətə gətir­miş, o da möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) ka­fir­lə­ri qə­zəb­lən­dirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Al­lah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!» (əl-Fəth, 29).

    Allah təala həm­çi­nin bu­yu­rur: «(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca ge­dən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allah­dan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)» (ət-Tövbə, 100).

    Həm­çi­nin bu­yu­rur: «İman gə­ti­rib (Mək­kə­dən Mə­di­nə­yə) köçənlər, Al­lah yo­lun­da ci­had edən­lər, (Pey­ğəm­bə­rlə mühacirlərə) sı­ğı­na­caq ve­rib kö­mək edən­lər (ənsar) - məhz onlar həqiqi mömin­lər­dir. On­ları ba­ğış­lan­ma və tükənməz ru­zi gözləyir!» (əl-Ən­fal, 74).

    Allah təala bu­yu­rur: «(Bu qə­ni­mət) yurdlarından qovulub çıxardılmış, mal-dövləti əlindən çıxmış, Al­lah­dan mər­hə­mət və ra­zılıq di­lə­yən, Allaha və Onun Pey­ğəm­bə­ri­nə kö­­mək edən yox­sul mü­ha­cir­lə­rə məx­sus­dur. On­lar (iman­ların­da, sözlərində və işlərində) doğru olan kimsələrdir! On­lar­dan (mühacirlərdən) əvvəl (Mə­di­nə­də) yurd sal­mış və (Məhəmməd əleyhissəlama qəlbən) iman gə­tir­miş kimsələr (ən­sar) öz yanlarına (şə­hə­rləri­nə) mühaci­rət edənləri se­vər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qə­zəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları öz­lərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsis­liyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır! On­lar­dan (mühacirlərdən və ənsardan) son­ra gə­lən­lər (tabiin) be­lə deyir­lər: “Ey Rəb­bi­miz! Bi­zi və biz­dən əv­vəl iman gə­tir­miş (din) qar­daş­la­rı­mı­zı ba­ğış­la! Bi­zim qəl­bləri­miz­də iman gətirənlərə qar­şı kinə (hə­sədə) yer vermə. Ey Rəbbimiz! Sən, hə­qi­qə­tən, şə­fqətlisən, mər­hə­mət­li­sən!"» (əl-Həşr, 8-10).

    Allah təala bu­yu­rur: «And olsun ki, (Hüdeybiyyədə) ağac altında sə­nə bəyət etdikləri zaman Allah möminlərdən ra­zı oldu. (Allah) on­la­rın ürək­lə­rin­də olanı (sənə sadiq olacaqlarını, əhdə vəfa edəcəklərini) bil­di, on­la­ra (Öz dər­gahından) arxayınlıq (ra­hat­lıq, səbr, səbat, mənəvi qüvvə) göndərdi və onları ya­xın gələcəkdə qazanılacaq bir qələbə ilə mükafatlandırdı» (əl-Fəth, 18).

    Allah təala bu­yu­rur: «Al­lah (müsəlmanlardan) bir qisminin ürəyi (şəkk-şübhəyə düşüb Peyğəmbərdən və cihad­dan) dönmək üzrə ikən Peyğəmbərə, çə­tin saat­da onun arxasınca gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra da onların tövbə­lərini qəbul buyurdu (onları ba­ğışladı). Çünki O, həqiqə­tən, onlara qarşı çox şəfqətli, çox rəhmlidir!» (ət-Töv­bə, 117).

    Əshabə­lə­rin hic­rət, ci­had və yü­rüş­lər vax­tı bö­yük fə­zi­lə­ti ba­rə­də çox say­lı baş­qa ayə­lər də var­dır. Bu ayə­lər on­la­rın paklı­ğı­nı sü­but edən də­lillər­dir. Allah təala on­lar­dan, onlar­sa Al­lah­dan ra­zı ol­du­lar. Bun­dan son­ra in­san­lar­dan, onlardan ra­zı ol­ma­ğı və on­la­rın pak­lı­ğı­nı eti­raf et­mə­yi tə­ləb et­mək olar­mı? Allah təala­nın pak­lı­ğı­nı qeyd et­miş ol­du­ğu əshabə­lə­rə qarşı, in­sa­nın on­la­ra tənə et­mə­si­nə yol ver­mək olarmı? On­lar haq­qın­da na­la­yiq söz­lər de­mək üçün heç bir əsas yox­dur. Bu ayələrdən son­ra Mək­kə­nin Fət­hi­nə qə­dər İs­la­mı qə­bul et­miş əshabə­lə­rin pak­lı­ğı­na şəkk-şüb­hə üçün yer ola bi­lər­mi? Bu barə­də olan mətnlər o qə­dər ay­dın­dır ki, on­la­rın heç bir şər­hi və ya zən­ni üçün yer yox­dur. La­kin bə­zən sub­yek­tiv rəy təəssübkeş­li­yi in­sa­na üstün gə­lir və bu da hə­qi­qə­tin in­ka­rı­na (bu həqi­qət gü­nor­ta gü­nə­şi qə­dər ay­dın və par­laq ol­sa be­lə) gə­ti­rib çı­xa­rır.

    Əshabə­lə­rin ali mə­qa­mı­nı tam ay­dın­lı­ğı ilə bir da­ha sü­but edən aşa­ğı­da­kı hə­dis­lə­ri ve­rək:

    Pey­ğəm­bər (s.a.v.) de­miş­dir:

    “Əshabə­lər­dən heç kə­si söy­mə­yin, əgər siz­dən bi­ri­niz on­lar qədər qı­zıl xərclə­sə, heç nə­siz qa­lar" (Müs­lim, 4/1968).

    “Əshabə­lə­ri­mə Al­lah kö­mək ol­sun. Mən­dən son­ra on­la­ra qərəzlə ya­naş­ma­yın. On­la­ra mə­həb­bət bəs­lə­yən­lə­rə mə­nim məhəb­bətim olar. On­la­ra nif­rət edən­lə­rə mə­nim nif­rə­tim çatar. On­la­rı in­ci­dən, elə bil ki, mə­ni in­cit­miş­dir. Mə­ni inci­dən Allah təala­nı in­cit­miş olur. Al­la­hı in­ci­dən isə tezlik­lə öz cə­za­sı­na ça­tar" (ət-Tir­mi­zi, İbn Hib­ban, əs-Su­yu­ti, "əl-Ca­miu əs-sə­ğir" 1/54).

    “Ən yax­şı nəsl mə­nim nəs­lim­dir. Son­ra on­la­rın ar­dı­cıl­la­rı və bu so­nun­cu­la­rın ar­dı­cıl­la­rı gə­lir. Bun­lar­dan son­ra ya­lan baş alıb ge­də­cək­dir" (Məq­bul hə­dis­dir).

    Əshabə­lə­rin fə­zi­lə­ti ba­rə­də hə­di­s­lər son də­rə­cə­də çox­dur. Mü­səl­man mil­lə­ti bü­tün­lük­lə əshabə­lə­rin pak­lı­ğı mə­sə­lə­sin­də yek­dil­dir­lər. La­kin az say­lı adam­lar is­tis­na­dır. On­lar əshabələrin pak­lı­ğı mə­sə­lə­sin­də fərqli fi­kir­lər­lə çı­xış edir­di­lər. On­lar Pey­ğəm­bə­rin (s.a.v.) vəfa­tın­dan son­ra da öz fikir­lə­rin­dən dön­mə­di­lər. On­la­rın sayı bir əlin barmaqlrının sa­yın­dan ar­tıq de­yil­di. Bu adam­la­rın sa­yı­nı bilmək heç gə­rək də de­yil­dir. Be­lə ki, bu əshabə­lə­rin pak­lı­ğı­nı tam ay­dın­lı­ğı ilə sü­but edən Ki­tab və Sün­nə­yə mü­na­si­bət­də ixtilaf do­ğu­ra bi­lər.

    Allah təala­nın və Onun Pey­ğəm­bə­ri­nin əshabə­lə­rin paklığı­nı gös­tə­rən­dən son­ra on­lar­dan heç kəs baş­qa bi­ri­si­nin onun pak­lı­ğı­nı qə­bul et­mə­si­nə möh­tac de­yil­dir. Hət­ta əgər bu adam­la­rın pak­lı­ğı ba­rə­də Allahın və ya Rə­su­lun (s.a.v.) heç bir kəla­mı ol­ma­say­dı, on­la­rın İs­la­ma göstər­dik­lə­ri yar­dım, onun mü­da­fi­ə­si, Al­la­hın Pey­ğəm­bə­ri­nə (s.a.v.) et­dik­lə­ri köməklər, onun­la bir­gə hic­rət, onun­la bir­gə ci­had, din yo­lun­da və ya onun mü­ha­fi­zə­sin işin­də sərf et­dik­lə­ri sər­vət, onun həc­mi (norma) və qay­da­la­rı­nı mü­əy­yən­ləş­dir­mək, Allah təala­nın əm­ri­ni və is­tək­lə­ri­ni bəndələ­rə çat­dır­maq ki­mi işlər­də mi­sil­siz xidmət­lə­ri mü­qabilin­də on­la­rın pak­lı­ğı­nı qə­bul və eti­raf etmək va­cib olar­dı.

    Bu adam­lar İs­la­mın mənafe­yi na­mi­nə öz ən ya­xın adamla­rı­nı (ata­la­rı­nı və ya oğulları­nı) qət­lə yetirməkdən çəkin­mə­miş­lər. Allah təala on­lar barədə bu­yu­rur: «Al­la­ha və axi­rət gü­nü­nə ina­­nan heç bir tay­fa­nın Al­la­h və Onun Peyğəm­bə­ri­ əleyhinə çı­xan­lar­la – öz ata­la­rı, oğul­la­rı, qardaşla­rı, ya­xın qohum­la­­rı ol­sa­lar be­lə – dostluq et­di­yini gö­ﷺ‬­məz­sən. Onlar elə kimsələrdir ki, Allah on­la­rın qəl­bləri­nə iman yazmış və Öz dərgahından on­la­ra ruh (güc) ­vermişdir. Onları (ağac­la­rı) al­tın­dan çay­lar axan cən­nət­lərə daxil edə­cək­dir. Onlar orada əbədi qalacaqlar. Al­lah on­lar­dan, onlar isə Allah­dan ra­zı­dır­lar. On­lar Al­la­hın firqəsidirlər (Al­la­hın di­ni­nə kö­mək edən kim­sə­lər­dir). Bilin ki, Al­lah fir­qə­si – məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır» (əl-Mücadə­lə, 22).

    Bu, əshabə­lə­rin mə­tin ima­nı­na, pak İs­la­mı­na, sə­da­qət və etiba­rı­na güc­lü sü­but­dur. Bu­na gö­rə də on­la­rın ara­sın­da baş verən fi­kir ay­rı­lı­ğı ən düz­gün bir şə­kil­də ba­şa dü­şül­mə­li­dir. Baş ve­rən hər han­sı bir mü­ba­hi­sə, tə­rəf­lər­dən hər bi­ri­nin icti­ha­dı­nın məh­su­lu­dur. Bu o de­mək­dir ki, mü­ba­hi­sə­lər­də və fikir ay­rı­lı­ğın­da iş­ti­rak edən bü­tün əshabə­lər pak­dır­lar. Bu iş­də ic­ti­had edən­lər­dən haq­lı olan­lar iki əcr, xə­ta edi­lən­lər isə bir əcr qa­za­nır­lar. Bu xə­ta ba­ğış­la­nır.

    Hic­rə­tin 40-cı ilin­də bö­yük fit­nə­dən son­ra mü­səl­man­lar topla­şıb va­hid rəyə gəl­di­lər. Bu ic­ma ili ad­la­nır. Bu vaxt Həsən bin Əli -Al­lah on­la­rın hər iki­sin­dən ra­zı ol­sun - radıyallahu anhumə- xilafət­dən, xə­li­fə Mü­a­vi­yə bin Əbu Suf­ya­nın xey­ri­nə im­ti­na etdi.

    Əl-Bu­xa­ri­nin “Sə­hih" əsə­rin­də gös­tə­ril­di­yi­nə gö­rə, Peyğəm­bər (s.a.v.) min­bər­də onun­la bir yer­də olan nəvə­si Hə­sən haq­qın­da bu söz­lə­ri de­miş­dir: “Mə­nim bu oğ­lum seyid­dir (ağa­dır). Ola bil­sin Al­lah onun va­si­tə­si ilə müsəmanla­rın iki dəs­tə­si ara­sın­da əmin-aman­lıq bər­pa edəcəkdir" (İbn Həcə­ﷺ‬, “Fəth əl-Bari", 8/96).

    Əshabə­lə­ri­n pak­lı­ğı ba­rə­də yazını mü­səl­man imam­la­rı­nın əshabə­lə­ri söy­mək ba­rə­də de­dik­lə­ri ilə bi­tirək. Bu imam­lar­dan bi­ri olan Əbu Zəra ər-Ra­zi de­miş­dir: “Pey­ğəm­bə­rin (s.a.v.) əshabə­lə­rin­dən bi­ri haq­qın­da nala­yiq söz­lər de­yən şəxs gör­sən, bil ki, o zın­dıq­dır (dinsizdir). Çün­ki Pey­ğəm­­bər haqqdır, Quran haqqdır, on­da deyilənlər haqqdır. Bü­tün bun­la­rı bi­zə çat­dı­ran əshabə­lər­dir. Bu din­siz­lər Ki­tab və Sün­nə­ni batil et­mək üçün şa­hid­lə­rə zər­bə en­di­rir­lər. Bu­nun­la bi­rin­ci növ­bə­də əshabə­lər zər­bə­lə­rə mə­ruz qa­lır" (Xatib Bağ­da­di, “Rəvayət el­mi­nin ka­fi­li­yi", səh. 49).

    5) Əshabələrin sayı

    Əshabə­lə­rin də­qiq sa­yı­nı he­sab­la­maq müm­kün de­yil­dir. Çün­ki on­lar müx­tə­lif öl­kə­lə­rə və vi­la­yət­lə­rə sə­pə­lən­miş­lər. Bu da on­la­rın çox­say­lı ol­ma­sı­nı gös­tə­rir. Alim­lə­rin on­la­rın sa­yı ba­rə­də­ki fi­kir­lə­ri təq­ri­bi­dir. Mər­hum Əbu-Zərə ər-Ra­zi demiş­dir: “Pey­ğəm­bər (s.a.v.) onun ba­rə­də hə­dis de­yən və onu dinlə­yən 114 min əshabə­nin əli­ni sıx­mış­dır" (“Fət­h əl-Mu­ğis", 4/39).

    Bu söz­lər­dən ay­dın olur ki, əshabə­lər­dən Pey­ğəm­bər (s.a.v.) haq­qın­da rə­va­yət söy­lə­yən­lər say­ca çox olmuş­­lar və onun haq­qın­da çox­lu xoş söz­lər nəql et­miş­lər. Onlar öz rə­va­yət­lə­rin­də Peyğəmbərlə (s.a.v.) əlaqə­lə­ri­nə gö­rə bir-bi­rin­dən fərqlən­dik­lə­ri ki­mi fərqlənmiş­lər.

    6) Əshabə­lə­rin el­mi

    Əshabə­lər –radıyallahu anhum- Pey­ğəm­bər (s.a.v.) Sün­nə­si­ni, onun əməl­lə­ri­ni və kə­lam­la­rı­nı bil­mək səviyyə­si­nə gö­rə ey­ni də­rə­cə­də ol­ma­mış­lar, bir-bi­rin­dən seçil­miş­­lər. On­lar­dan elə­lə­ri ol­muş­dur ki, on­lar zə­ruri olaraq Pey­ğəm­bə­rin (s.a.v.) ya­nın­da ol­muş, vaxtla­rı­nın ço­xu­nu ona xid­mə­tə sərf et­miş­lər. Bu əshabə­lər­dən Ənəs bin Ma­li­ki və Əbu Hü­rey­rə­ni –radıyallahu anhumə- gös­tər­mək olar. Elə­lə­ri də var­dır ki, Pey­ğəm­bər­lə (s.a.v.) sə­ya­hət­lər­də, tica­rət sə­fər­lə­rin­də bir­lik­də ol­muş­lar, öl­­kə­­lər gəz­miş­lər. Bu əshabə­lər­dən bə­zi­lə­ri köçə­ri­lər­ (bədəvilər), bəzi­lə­ri isə otu­raq şə­hər­li­lər ol­muş­lar.

    Bu sə­bəb­dən də əshabə­lər Pey­ğəm­bər (s.a.v.) haqqın­da ma­lik ol­duq­la­rı mə­lu­mat­la­rın miq­da­rı­na gö­rə bir-birin­dən fərqlən­miş­lər. Hər bir əshabə­nin bi­lik sə­viy­yə­si ba­rə­də İbn Həz­min bu söz­lə­ri­nə əsa­sən fi­kir yü­rüt­mək olar: “Onlar iki qrup­dur­lar, üçün­cü ola bil­məz: onun rə­va­yət və fətva­la­­rı­nı çox bi­lən­lər və ikin­ci­si - Pey­ğəm­bə­rin ən çox istifa­də et­di­yi şəxslər. Pey­ğəm­bə­rin (s.a.v.) bi­lik­siz bir adam­dan faydalan­ma­sı qey­ri-müm­kün­dür. Bu, on­la­rın Sün­nə­ni bil­mə­si­nə ən bö­yük şə­ha­dət­dir" (İbn Həzm, “Mil­lət­lər və din­lər", 4/136).

    Əshabə­nin bi­li­yi­ni və rə­va­yət­lə­ri­ni bil­mək üçün bu ki­fa­yət de­yil­dir. Pey­ğəm­bə­rə (s.a.v.) öz ya­xın­lı­ğı ilə ta­nı­nan bə­zi əshabə­lər ha­mı­dan əv­vəl bir-bi­ri­nin ar­dın­ca İs­la­mı qə­bul et­miş­lər. Mə­sə­lən, Əbu Bəkr və Ömər bunlardan­dır. On­la­rın el­mi tam ay­dın­lı­ğı ilə özü­nü bü­ru­zə verə bil­mə­miş­dir. Bu, xü­su­si­lə Əbu Bək­rə aid­dir. Çün­ki o, Peyğəm­bər­dən –səlləl­lahu aleyhi və alihi və səlləm- son­ra çox yaşamamışdır. Ömə­rin bir əshabə ki­mi bö­yük alim Əbu Həz­min qeyd et­di­yi qrup­lar­dan bi­ri­nə mən­sub­lu­ğu ba­xı­mın­dan de­mək olar ki, onun uzun ­müd­dət­li hökmran­lı­ğı za­ma­nı çox­lu ye­ni mə­sə­lə­lər mey­da­na gəl­miş­di və on­la­rın həl­li yol­la­rı əshabə­nin el­mi səviy­yə­si­nə də­la­lət edir­di. Bu onun ye­ni prob­lem­lə­rin həl­li sahə­sin­də tut­du­ğu möv­qe­yini ay­dın­laş­dı­rır.

    İn­di də Pey­ğəm­bər (s.a.v.) haq­qın­da rəva­yət edən əshabə­lə­rin və on­la­rın söy­lə­dik­lə­ri hə­dis­lə­rin sayı ba­rə­də müx­tə­sər məlu­mat ve­rək:

    - Pey­ğəm­bər (s.a.v.) haq­qın­da hər bi­ri 1000-dən ar­tıq hə­dis rə­va­yət edən 7 əshabə;

    - hər bi­ri 200-dən ar­tıq hə­dis söy­lə­yən 11 əshabə;

    - hər bi­ri 100-dən ar­tıq hə­dis söy­lə­yən 21 əshabə;

    - on­lar­la hə­dis söy­lə­yən əshabə­lə­rin sa­yı yü­zə ya­xın­la­şır;

    - on və da­ha az say­da hə­dis söy­lə­yən əshabə­lə­rin sa­yı 100-dən artıq­dır;

    - təq­ri­bən 300 əshabə var­dır ki, on­lar­dan hər bi­ri bir hə­dis söylə­miş­dir.

    Bu­nun­la ay­dın olur ki, ara­da min­lər­lə uy­dur­ma hə­dis­lər də var­dır. Bun­lar əshabə­lər adın­dan, bidət­çi­lər və yol azan­lar tərə­fin­dən uy­du­rul­muş­dur. On­lar­da bü­tün əshabə­lə­rə və ya onlar­dan bəzi­lə­ri­nə nif­rət his­si ifa­də edi­lir. Bu­na gö­rə də biz hər han­sı bir zə­if və ya is­ti­nad ba­xı­mın­dan şüb­hə­li olan hə­di­sə eti­raz edi­rik. Ma­lik ol­du­ğu­muz bu şə­ra­fət­li el­mə gö­rə Al­la­ha həm­d ol­sun.

    Pey­ğəm­bər (s.a.v.) haq­qın­da hə­dis­lər söylə­yən və söy­lə­mə­yən əshabə­lə­rin hamı­sı­na bi­zim də­rin hörmə­ti­­miz var, on­la­rın ali mə­qa­mı­nı, yük­sək kə­ra­mə­ti­ni layiqincə qiymət­­lən­di­ri­rik. Biz təəssüb­keş­li­yə və ya sub­yek­tiv fik­rə əsas­la­nıb bir əshabə­ni o bi­rin­dən üs­tün tut­mu­ruq. Hər bir əshabə­nin öz fə­zi­lə­ti və kə­ra­mə­ti var­dır. İslam qar­şı­sın­da və onu yay­maq yo­lun­da olan­lar­dan hər bi­ri­nin özü­nə məx­sus xidmətləri olmuşdur. On­lar­dan hər bi­ri xe­yir sa­hi­bi­dir. Allah təala­nın bu­yur­du­ğu ki­mi: «Si­zə nə olub ki, (mal-dövlətinizi) Allah yo­lun­da xərclə­mir­si­niz? Halbuki göylərin və ye­rin mira­sı ancaq Al­la­hındır. Siz­lər­dən fəthdən əvvəl sərf edənlər və vuru­şan­lar eyni deyillər. On­lar fəthdən son­ra sərf edib və dö­yü­şən­lər­dən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah on­la­rın ha­mı­sı­na ən gözəl mü­ka­fat vəd buyurmuşdur. Al­lah si­zin nə etdiklərinizdən xə­bər­dar­dır!» (əl-Hə­did,10).

    On­la­rın ha­mı­sı əshabə ol­maq şə­rə­fi­nə na­il ol­muş­lar, öz ar­dı­cıl­la­rı­na çat­dır­dıq­la­rı par­laq şə­ri­ə­tə sə­da­qət­li idi­lər. Bu şə­ri­ə­ti hə­min ar­dı­cıl­lar özün­dən son­ra­kı­la­ra çat­dır­dı­lar və nə­sil­bənə­sil ötürüldü və Allah təala­nın hi­ma­yə­si və nə­za­rə­ti sa­yə­sin­də tam bir şə­kil­də bi­zə gə­lib çat­dı.

    7) İslam imam­la­rı­ əshabə­lə­ri söy­mək ba­rə­də

    İs­lam alim­lə­ri be­lə bir yek­dil fi­kir­də­dir­lər ki, əshabə­lər pak adam­lar­dır. Mü­səl­man on­la­rı tən­qid et­mə­mə­li, on­lar ba­rə­də yal­nız xoş söz­lər de­mə­li­dir, on­lar ba­rə­də mü­ba­hi­sə­lər­dən uzaq ol­ma­lı­dır.

    İmam Əh­məd de­miş­dir: “Əgər gör­sə­niz ki, kim­sə Pey­ğəm­bə­rin (s.a.v.) əshabə­lə­ri­ni pis söz­lər­lə xatırla­yır, onu İs­la­ma ədavətdə it­ti­ham edin".

    İs­haq bin Ra­hə­veyh de­miş­dir: “Pey­ğəm­bə­rin (s.a.v.) əshabələrini sö­yən şəxs cə­za­lan­ma­lı və həbs edilmə­li­dir".

    İmam Ma­lik de­miş­dir: “Pey­ğəm­bə­ri (s.a.v.) sö­yən adam öl­dü­rül­mə­li­dir, onun əshabə­lə­ri­ni sö­yən, tərbi­yə olun­ma­lı­dır".

    Qa­zi Əbu Yəla de­miş­dir: “Əshabə­lə­ri söy­mək mə­sə­lə­sin­də fəqih­lə­rin yek­dil rə­yi be­lə­dir: Bu­na qa­nun­la ica­zə ve­ril­sə bu küfrdür, ve­ril­mə­sə - fit­nə­kar­lıq­dır".

    Şey­xül is­lam İbn Tey­miy­yə de­miş­dir: “Əshabə­lə­rin Peyğəmbər­dən (s.a.v.) son­ra din­dən üz döndər­dik­lə­ri­ni yal­nız az miq­dar­da, ən çox on nə­fər id­dia etmiş­dir və bu­nun­la baş­qa­la­rı­nı al­dat­mış­lar, bu da şüb­hə­siz ki, küfrdür".

    Əbu Ər­va əz-Zu­bey­ri de­yir: “Bir gün imam Ma­li­kin məc­li­sin­də otur­­muş­duq. Adam­lar bə­zi əshabə­lə­ri sö­yən bir adam ba­rə­də danı­­­şan­­da imam Ma­lik Qu­ran­dan ayə­lər oxu­du və Al­la­hın “kafir­lər on­la­ra qar­şı qə­zəb­lə­nir" kə­la­mı­na ça­tan­da de­di: “Bu ayə­də Rə­su­lul­la­hın (s.a.v.) əshabələrin­dən bi­ri­nə qar­şı qə­zəb his­si olan hə­mən adam nəzərdə tu­tu­lur. Bu o de­mək­dir ki, bu ada­mın ima­nı təh­lü­kə qarşı­sın­da­dır. Ayə­də ay­dın şə­kil­də əshabə­lər­dən bi­ri­nə qar­şı qə­zəb his­si bəs­lə­yən şəxsdən da­nı­şı­lır".

    İmam Əh­məd, Ab­dul­lah bin Məsuda is­ti­na­dən rə­va­yət edir: “Kədər­lə­nən adam Rə­su­lul­la­hın (s.a.v.) əshabə­lə­ri ba­rə­də kə­dər­lən­mə­li­dir. On­lar bu mil­lə­tin için­də ən saf qəlbli, ən də­rin bi­lik­li, ən az borclu, ən doğ­ru yol tu­tan, ən yax­şı və­ziy­yət­də olan adam­lar­dır. Al­lah bu adam­la­rı Peyğəm­bə­­ri­nə məs­lək­daş və si­lah­daş seç­miş, öz di­ni­ni yay­ma­ğı on­la­ra hə­va­lə et­miş­dir. On­la­rın fə­zi­lə­ti­ni dərk edin, onların yo­lu­nu tu­tun. On­lar haqq yo­lu­nun yol­çu­la­rı­dır".

    Əbu Da­vud ət-Tə­ya­li­si Ab­dul­lah bin Məsud­dan –radıyallahu anhu- rə­va­yət edir: “Al­lah öz bən­də­lə­ri­nin qəlblə­ri­nə və Məhəmmədin (s.a.v.) qəl­bi­nə nə­zər sa­lır. Onun qəl­bi­nə ri­sa­lə gön­də­rir. Son­ra bir da­ha bən­də­lə­ri­nin qəlbi­nə nə­zər sa­lıb gö­rür ki, on­la­rın için­də əshabə­lə­rin qəl­bi ən saf­dır. On­la­rı öz Pey­ğəm­bər­lə­ri­nə dost, onun di­ni­nə kö­mək­çi et­di".

    Uvey­yim bin Sa­i­də­dən rə­va­yət edi­lir ki, Pey­ğəm­bər (s.a.v.) demiş­dir: “Al­lah mə­ni və mə­nim əshabə­lə­ri­mi se­çib ayır­mış­dır. On­la­rı və­zir­lər, qay­na­ta­lar, yez­nə­lər et­di. On­la­rı sö­yə­nə Al­la­hın, mə­lək­lə­rin və bü­tün in­san­la­rın lənə­ti ça­ta­caq­dır. Qi­ya­mət gü­nü Al­lah on­lar­dan nə saf­lıq, nə də pak­lıq qə­bul edər".

    (QURBANOVUN Yaşarın “İslamın Nuru" (dini risalələr) kitabından

    [1] Пейьямбярин (с.а.в.) ялей­щи­ня топ­лан­дыг­ла­ры йер.

    Mənbələr:

    Kateqoriyalar:

    Sənin rəyin bizim üçün əhəmiyyətlidir