(1) And olsun tövşüyəyək qaçan atlara!
(2) And olsun (dırnaqları ilə) qığılcım çıxaran atlara!
(3) And olsun sübh çağı həmlə edən atlara.
(4) (Hücuma keçərək) tozanaq qaldıran atlara.
(5) Onunla (tozanaqla) dəstənin içərisinə soxulan atlara.
(6) Həqiqətən, insan Rəbbinə qarşı çox nankordur.
(7) O özü də buna şahiddir.
(8) Həqiqətən o, xeyirə (var-dövlətə) çox hərisdir.
(9) Məgər o bilmir ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı
(10) və sinələrdə (qəlblərdə) olanlar aşkar ediləcəyi zaman –
(11) O gün Rəbbi onlardan xəbərdardır.