103 - əl-Əsr ()

|

(1) And olsun əsrə (zamana, əsr vaxtına və ya əsr namazına)!

(2) Həqiqətən, insan xüsran içərisindədir.

(3) Yalnız iman gətirib saleh əməllər edənlər, bir-birinə haqqı tövsiyə edənlər və bir-birinə səbri tövsiyə edənlərdən başqa.