114 - ən-Nas ()

|

(1) (Ey Peyğəmbər!) De: “Sığınıram insanların Rəbbinə,

(2) insanların Sahibinə,

(3) insanların İlahına!

(4) Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qaçıb) gizlənən şeytanın şərindən

(5) O şeytan ki, insanların sinələrinə (qəlblərinə) vəsvəsə salır,

(6) (O şeytan) cinlərdən də olur, insanlardan da!”