(1) And olsun səhərə!
(2) And olsun (zülməti ilə hər şeyi) örtən gecəyə!
(3) (Ey Peyğəmbər!) Rəbbin nə səni tərk etdi, nə də (sənə) qəzəbləndi.
(4) Axirət sənin üçün dünyadan daha xeyirlidir.
(5) Rəbbin sənə (nemət) bəxş edəcək və sən də (Ondan) razı qalacaqsan.
(6) Məgər O, səni yetim ikən tapıb sığınacaq vermədimi?!
(7) Səni çaşqın halda tapıb doğru yola yönəltmədimi?
(8) Səni yoxsul ikən tapıb zəngin etmədimi?
(9) Elə isə yetimə xor baxma!
(10) Dilənçini də qovma!
(11) Və Rəbbinin nemətindən söhbət aç.