(1) (Ey Peyğəmbər!) Məgər Biz sənin üçün sinəni (qəlbini) açıb genişlətmədikmi?
(2) Yükünü səndən götürmədikmi? (Yaxud: Günahlarını bağışlamadıqmı?)
(3) (Elə bir yük ki) belini bükmüşdü.
(4) Biz sənin ad-sanını ucaltmadıqmı?
(5) Şübhəsiz ki, çətinliklə bərabər bir asanlıq vardır.
(6) Əlbəttə ki, çətinliklə bərabər bir asanlıq vardır.
(7) (İşlərini) qurtaran kimi (Allah yolunda) çalış!
(8) (Yalnız) Rəbbinə üz tut!