101 - əl-Qariə ()

|

(1) (Qəlbləri qorxuya salan) Qariə!

(2) Nədir Qariə?

(3) Sən nə bilirsən ki, nədir Qariə?

(4) O gün insanlar (ətrafa) səpələnmiş pərvanələr kimi olacaqlar.

(5) Dağlar isə didilmiş yun kimi olacaqdır.

(6) (O gün) kimin tərəziləri ağır gələrsə,

(7) O xoş güzəran içində olacaqdır!

(8) Kimin də tərəziləri yüngül gələrsə,

(9) onun məskəni Haviyə olacaqdır.

(10) Sən nə bilirsən o (Haviyə) nədir?

(11) O, çox qızmar bir oddur!