(1) (Ey insanlar!) Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,
(2) nəhayət qəbirləri ziyarət etdiniz.
(3) Xeyr! Siz (aqibətinizi) biləcəksiniz!
(4) Bir də xeyir! Siz (aqibətinizi) biləcəksiniz!
(5) Xeyr! Kaş ki, yəqin biləydiniz.
(6) Siz Cəhənnəmi mütləq görəcəksiniz!
(7) Sonra onu öz gözünüzlə mütləq görəcəksiniz!
(8) Sonra da o gün nemətlər barəsində hökmən sorğu-sual olunacaqsınız.