(1) Hər bir qeybət edənin, tənə vuranın vay halına!
(2) O kimsə ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır.
(3) Mal-dövlət onu əbədi saxlayacağını (onu ölümdən qoruyacağını) güman edir.
(4) Xeyr! O, mütləq Hutəməyə atılacaqdır.
(5) Sən nə biləsən Hutəmə nədir?
(6) (O,) Allahın yanar odudur.
(7) Elə bir od ki, qalxıb ürəklərə çatar.
(8) O (Od) onların üzərinə bağlı olacaqdır.
(9) (Onlar orada) yüksək dirəklərə bağlanmış olacaqlar.