(1) (Ey Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə nə etdiyini görmədinmi?
(2) Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?
(3) Onların üzərinə dəstə-dəstə quşlar göndərdi.
(4) (O quşlar) onların üstünə (odda bişmiş) gildən daşlar yağdırdı.
(5) (Allah) onları sanki yeyilmiş əkin yarpağına döndərdi.