107 - əl-Maun ()

|

(1) (Ey Peyğəmbər!) Dini (hesab gününü) yalan sayan kimsəni gördünmü?

(2) O elə kimsədir ki, yetimi qovar

(3) və (heç kəsi) miskini yedirtməyə təşviq etməz.

(4) Vay halına namaz qılanların –

(5) o kəslərin ki, onlar namazlarında səhlənkardırlar.

(6) Onlar (namazlarında) riyakarlıq edərlər

(7) və kiçik bir şeyi verməkdən belə imtina edirlər.