(1) Göy yarılacağı
(2) və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;
(3) Yer dümdüz ediləcəyi,
(4) içindəkiləri (kənara) atıb boşalacağı
(5) və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;
(6) Ey insan! Sən səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!
(7) Kimin kitabı sağ əlinə veriləcəksə,
(8) o, yüngül haqq-hesaba çəkiləcək
(9) və ailəsinə sevinərək dönəcək!
(10) Kimin kitabı arxa tərəfindən (sol əlinə) veriləcəksə,
(11) o (özünə) ölüm diləyəcək
(12) və alovlu atəşə atılacaq!
(13) O, (dünyada ikən) ailəsində sevinc içində idi
(14) Çünki o heç bir zaman (Rəbbinin hüzuruna) qayıtmayacaqını zənn edirdi.
(15) Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.
(16) And içirəm şəfəqə,
(17) Gecəyə və (gecənin) ağuşuna aldıqlarına,
(18) bədirlənmiş aya!
(19) (Ey insanlar!) Siz mütləq haldan-hala düşəcəksiniz.
(20) Onlara nə olub ki, iman gətirmirlər?
(21) Onlara Quran oxunduqda səcdə etmirlər?
(22) Əksinə, küfr edənlər (haqqı) yalan sayırlar.
(23) Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir!
(24) Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ!
(25) İman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat vardır.