86 - ət-Tariq ()

|

(1) And olsun səmaya və Tariqə!

(2) (Ey Peyğəmbər!) Sən nə bilirsən ki, Tariq nədir?

(3) (O, qaranlıqları) dəlib keçən parlaq ulduzdur.

(4) Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi (mələk) olmasın!

(5) Qoy insan nədən yaradıldığına bir baxsın!

(6) O, atılan sudan (nütfədən) yaradılmışdır.

(7) O (su) bel və sinə sümükləri arasından çıxır.

(8) Şübhəsiz ki, Allahın onu (öldükən sonra) yenidən diriltməyə qadirdir.

(9) O gün (qəlblərdə olan) sirlər aşkar olunacaqdır.

(10) (O gün) onun (insanın) nə bir qüvvəsi, nə də bir köməkçisi olar.

(11) And olsun yağış sahibi olan göyə!

(12) And olsun (növbənöv bitkilərlə) yarılan yerə!

(13) Həqiqətən, bu (Quran, haqqı batildən) ayıran bir sözdür.

(14) O, əyləncə (boş söz) deyil.

(15) Onlar (kafirlər) hiylə qururlar.

(16) Mən də hiylə qururam.

(17) (Ey Peyğəmbər!) Kafirlərə möhlət ver! Onlara bir az da möhlət ver.