87 - əl-Əla ()

|

(1) Ən Uca Rəbbinin adını təsbih et!

(2) O Rəbbin ki, (hər şeyi) yaradı və kamilləşdirdi.

(3) O Rəbbin ki, (hər şeyin müqəddəratını əzəldən) müəyyən etdi və yol göstərdi.

(4) O Rəbbin ki, otlağı çıxartdı.

(5) Sonra da onu (çürüyüb) qaralmış samana çevirdi.

(6) (Ey Peyğəmbər!) Biz sənə (Quranı) oxudacağıq və sən (onu) unutmayacaqsan.

(7) Yalnız Allahın istədiyindən başqa. Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir.

(8) Biz səni ən asan olana (Cənnətə aparan əməllərə) müvəffəq edəcəyik.

(9) (Ey Peyğəmbər!) Xatırlatmaq fayda versə, xatırlat!

(10) (Allahdan) qorxan öyüd-nəsihət götürəcəkdir.

(11) Ən bədbəxt (kafir kimsə) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır.

(12) O kimsə ki, ən böyük alova (Cəhənnəm alovuna) atılacaqdır.

(13) Sonra orada nə öləcək, nə də yaşaya biləcək.

(14) (Günahlardan) təmizlənən kimsə isə uğur qazanmışdır.

(15) O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır.

(16) Xeyr, siz dünya həyatını üstün tutursunuz.

(17) Axirət isə daha xeyirli və daha sürəklidir.

(18) Həqiqətən də, bu (anlatılanlar), əvvəlki səhifələrdə də vardır –

(19) İbrahimin və Musanın səhifələrində.