96 - əl-Ələq ()

|

(1) (Ey Peyğəmbər!) Yaradan Rəbbinin adı ilə oxu!

(2) O, insanı qan laxtasından yaratdı.

(3) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir.

(4) O, qələmlə (yazmağı) öyrətdi.

(5) İnsana bilmədiklərini öyrətdi.

(6) Xeyr! İnsan həddini aşar –

(7) özünün ehtiyacsız olduğunu gördükdə.

(8) (Ey insan!) Dönüşün Rəbbinədir!

(9) Mane olan kimsəni (Əbu Cəhli) gördünmü?

(10) Bir bəndəyə (Muhammədə) namaz qıldığı zaman?

(11) Söylə görək, əgər o (bəndə) doğru yoldadırsa,

(12) yaxud təqvanı əmr edirsə?

(13) Söylə görək, əgər o (kafir haqqı) yalan sayıb üz döndəribsə?

(14) Məgər o, Allahın (onu) gördüyünü bilmirmi?!

(15) Xeyr! Əgər (o pis əməlinə) son qoymasa, Biz onun kəkilindən tutub (Cəhənnəmə) sürükləyəcəyik –

(16) yalançı, günahkar kəkilindən.

(17) Qoy öz tərəfdarlarını (köməyə) çağırsın.

(18) Biz də zəbaniləri (əzab mələklərini) çağıracağıq.

(19) Xeyr, sən ona tabe olma! Səcdə et və (Allaha) yaxınlaş!