97 - əl-Qədr ()

|

(1) Həqiqətən, Biz (Quranı) Qədr gecəsində nazil etdik!

(2) (Ey Peyğəmbər!) Sən nə bilirsən ki, Qədr gecəsi nədir?

(3) Qədr gecəsi min aydan daha xeyirlidir.

(4) O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər bir işə görə (yerə) enərlər.

(5) O gecə sübh açılanadək əmin-amanlıq olur.