(1) Yer titrəyib lərzəyə gələcəyi zaman;
(2) Yer öz yükünü bayıra atacağı
(3) və insan: “Ona (yerə) nə olub?”– deyəcəyi zaman –
(4) həmin gün yer öz xəbərini söyləyəcəkdir.
(5) Çünki Rəbbin ona belə vəhy etmişdir.
(6) O gün insanlar əməllərinin onlara göstərilməsi üçün (qəbirlərindən) dəstə-dəstə çıxacaqlar!.
(7) Kim zərrə qədər xeyir bir iş görmüşdürsə, onu (onun əvəzini) görəcəkdir.
(8) Kim də zərrə qədər şər bir iş görmüşdürsə, onu (onun əvəzini) görəcəkdir.