Dəyərli bacı və qardaşlarım! Bu kitabda müsəlmanı ailəsinin düzgün tərbiyələndirilməsinə sövq edən amillərdən söz açılır. Allah və onun rəsulunun buyurduğu üzərinə kim ailəsini tərbiyə etmək istəyirsə bu kitabda yazılanlara əməl etsin.
Bu kitab Allahın, Onun rəsulunun səllallahu aleyhi və səlləmin, valideynlərin, qohum-əqrəbanın, qonşunun, övladın, ər-arvadın, rəhbərlərin, müsəlmanların və qeyri-müsəlmanların haqlarından bəhs edir.
Şayiə, mənəvi müharibələrin ən təhlükəlisi, hətta ən dağıdıcısıdır. Cəmiyyətlər üçün təhlükəli olan bu müharibə, beynəlxalq və ictimai təhlükə sayılsa, səhv olmaz. Bu məsələ mütləq araşdırılmalı və həll edilməli, ona qarşı çıxılmalı, kökündən dəyişdirilməsi üçün tədbir görülməli, insanlar ondan çəkindirilməli, ona səbəb olan amilləri aradan qaldırmaq üçün həmrəy davranılmalıdır.
“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” (ər-Rum surəsi, 30/21)
Follow us: