Kateqoriyalar

معلومات المواد باللغة العربية

Ünsürlərin sayı: 6

  • Azərbaycanlı

    PDF

    Qəbirdə soruşulan üç sual, Dörd qayda, dindən çıxaran amillərdən müsəlmanları çəkindirməyin vacibliyi: Doktor Heysəm Səhranın yazdığı və azərbaycanca tərcümə edilmiş kitabdır. Kitabın əhatə etdiyi məsələlər: 1- Qəbirdə soruşulan üç sual: Bu çox önəmli kitabçadır, müsəlmanın bilməsi vacib olan əsasları, qəbirdə soruşulan sualları, Allahın əmr etdiyi ibadətlərin növlərini və dinin mərtəbələrini özündə ehtiva etmişdir. 2- Dörd qayda: Tövhidin qaydalarının bəyanı və onların öyrənilməsi haqqında müxtəsər kitabçadır. Həmçinin müşriklərin bağlandığı bəzi şübhələri və onlara rəddi də özündə əhatə edir. 3- Dindən çıxaran amillərdən müsəlmanları çəkindirməyin vacibliyi: Müsəlmanın dininə təhlükə yarada bilən önəmli məsələlərdən danışan müxtəsər mətndir. Bu məsələlər təhlükəli olduğuna baxmayaraq ən çox baş verən məsələlərdir. Müsəlman bu məsələləri öyrənməklə həm çəkinməli, həm də bunlara düşməkdən qorxmalıdır. Müəllif bu kitabları gözəl cədvəllər formasında edərək qisimlərə bölmüşdür. Bu kitablarda şəriətin əsas məqsədlərini və ümumi mənalarını zikr etmişdir. Hər kitabdan sonra suallar və imtahanlar tərtib etmişdir. Bütün bunları nə xələl gətirən ixtisarla, nə də, yorucu uzunçuluqla etməmişdir

  • Azərbaycanlı

    PDF

    Müsəlman bacı və qardaşlarım! Hər bir müsəlmana Allahın adları və sifətləri barəsində düzgün etiqad sahibi olması olduqca zəruridir. Çünku burada Allahın gözəl adları və sifətlərindən söz gedir. Elə müsəlmanlar var ki, bu mövzuda batil etiqadlara uyaraq Allah barəsində pis zənnə qapılırlar. Sizə təqdim edilən "Vasitiyyə Əqidəsi" bu mövzuda yazılıan ən mühim əsərlərdən birisidir. Hamıya bu kitabı oxumağı tövsiyə edirəm. İlahiyyatçı: Yaşar Qurbanov

  • Azərbaycanlı

    PDF

    İmam Əhməd İbn Hənbəlin “Sünnənin əsasları” adlı əsərinin özündə əks etdirən qaydalar, onun haqqında eşitmiş hər bir müsəlmanın tutması vacib olan qaydalardır. Bu əsaslar, doğru yol göstərən, dünya və axirətdə nəcat və firavanlıq əldə etmək üçün gözəl bir vasitədir, çünki burada bu ümmətin sələflərinin etiqadı toplanmışdır. İmam Malik, Allah ona rəhmət etsin, demişdir: “Bu ümmətin axırıncıları, ümmətin birincilərinin müvəffəqiyyət qazandıqları vasitələrdən fərqli bir vasitə ilə müvəffəqiyyət qazana bilməzlər”.

  • Azərbaycanlı

    PDF

    Tanınmış Hənəfi alimlərindən olmuş Əbu CəfərTahavinin bu dəyərli kitabını szin istifadəniz üçün təqdim edirik. Kitabda Allahın adları və sifətləri, iman, axirət və sairə mühim məsələlərdən söz açılır.

  • Azərbaycanlı

    PDF

    ALTI ƏSASIN ŞƏRHİ

  • Azərbaycanlı

    PDF

    Tövhid və onun dəlilləri haqda kitab