106 - Qureyş ()

|

(1) Qureyşin adəti və birliyi xatirinə.

(2) Onların qışda Yəmənə, yayda da Şama əmin-amanlıq içində səfər edə bilmələri xatirinə.

(3) Qoy onlar bu səfərləri onlar üçün asanlaşdıran və toxunulmaz evin Rəbbi olan Allaha ibadət etsinlər və heç kəsi Ona şərik qoşmasınlar.

(4) O Allah ki, onlara aclıqdan sonra yemək vermiş və qorxudan sonra əmin-amanlıq bəxş etmişdir. Belə ki, O, Məkkənin və onun əhalisinin əzəmətini ərəblərin qəlbinə yerləşdirmişdir.