70 - əl-Məaric ()

|

(1) Müşriklərdən birisi istehza edərək, əgər əzab varsa, həm özünə, həm də öz qövmünə o əzabın gəlməsini dilədi. Onun dilədiyi əzab qiyamət günü mütləq gələcəkdir.

(2) Uca Allahın kafirlərə göndərdiyi bu əzabın heç kimsə qarşısını ala bilməz.

(3) O əzab, dərəcələr, fəzilətlər və nemətlər sahibi olan Uca Allah tərəfindəndir.

(4) Mələklər və Cəbrail o dərəcələrə sayı əlli min ilə bərabər olan uzun bir gün ərzində - Qiyamət günündə qalxarlar.

(5) Ey Peyğəmbər! Sən narahatlıq keçirmədən və şikayət etmədən səbir et!

(6) Doğrusu, kafirlər o əzabın uzaq olduğunu və onun baş verəcəyinin qeyri-mümkün olduğunu güman edirlər.

(7) Biz Biz isə onun yaxın olduğunu və hökmən gələcəyini görürük.

(8) O gün göy əridilmiş mis, qızıl və s. buna oxşar mədənlər kimi olacaqdır.

(9) Dağlar da yun kimi yüngül olacaqdır.

(10) Dost dostun halını xəbər almayacaqdır. Çünki hər kəsin başı özünə qarışacaqdır.

(11) Hər bir insan öz yaxınını görəcək və ondan gizli qalmayacaqdır. Bununla yanaşı o qiyamətin dəhştindən heç kəs heç kəsdən bir söz soruşmayacaq. Cəhənnəmlik olan kəs özünü əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz övladlarını,

(12) Həyat yoldaşını və qardaşını,

(13) Ona çətin vaxtlarında dəstək vermiş qohum-əqrəbasını

(14) Və yer üzündə olan insanların, cinlərin və digərlərinin hamısını – təki bu fidyə onu xilas etsin, onu Cəhənnəm odundan qurtarsın.

(15) Bu iş heç də bu günahkarln təmənna etdiyi kimi deyildir. Həqiqətən də, o, alovu şölələnən Oddur –

(16) Alovunun və şöləsinin şiddəti ilə başın dərisini sıyırıb çıxaran bir od.

(17) O od çağırır haqdan üz çevirəni və ondan üz döndərəni, iman gətirməyib yaxşı iş görməyəni,

(18) Və mal-dövlət yığıb, ondan Allah yolunda xərcləməyə xəsislik edəni.

(19) Həqiqətən də, insan olduqca kəmhövsələ həris yaradılmışdır.

(20) Ona bir xəstəlik və ya kasıblıq üz verdikdə hövsələdən çıxar,

(21) Könlünü şad edəcək bol məhsul və var-dövlət nəsib olduqda isə ondan Allah yolunda xərcləməyə xəsislik edər.

(22) Yalnız namaz qılanlardan başqa. Onlar bu pis sifətlərdən uzaqdırlar.

(23) O kəslər ki, namazlarını davamlı qılırlar, heç bir iş onları namazdan yayındırmır və onu öz vaxtında yerinə yetirirlər.

(24) O kəslər ki, onların mallarında müəyyən edilmiş vacib bir haqq vardır.

(25) Onlar bu haqqı, istəyən kimsəyə və hər hansı bir səbəbə görə həya edib istəmədiyi üçün ruzidən məhrum qalan kimsəyə verirlər.

(26) O kəslər ki, qiyamət gününün vaqe olacağını, Allahın hər kəsə layiq olan cəzanı və ya mükafatı verəcəyini təsdiq edirlər.

(27) O kəslər ki, özlərinin yaxşı işlər görmələrinə rəğmən, Rəbbinin əzabından qorxurlar.

(28) Şübhəsiz ki, sənin Rəbbinin əzabı qorxuludur və ağllı kimsə ondan xilas olacağına arxayın ola bilməz.

(29) O kəslər ki, ayıb yerlərini qoruyub zinadan uzaq dururlar.

(30) Yalnız zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Onlar bu qadınlarla yaxınlıq etdiklərinə görə əsla qınanmazlar.

(31) Həyat yoldaşları və cariyələrdən başqası ilə yaxınlıq etmək istəyənlər isə Allahın həddini aşanlardır.

(32) O kəslər ki, özəlrinə verilmiş mal-dövlət, sirr və s. bu kimi əmanətləri qoruyur və insanlarla bağladıqları əhdlərini pozmurlar, nə öz əmanətlərinə xəyanət edir, nə də əhdlərinə vəfazıslıq edirlər.

(33) O kəslər ki, özlərindən tələb edilən şahidliklərdə ədalətli mövqe tutur. O, etdiyi şahidliyində nə qohumun tərəfini tutur, nə də ədavət apararaq düşmənin əleyhinə haqsız yerə şahidlik edir.

(34) O kəslər ki, namazlarını qoruyur - onları vaxtlı-vaxtında və lazımi qaydada, dəstəmazlı və rahat halda, başqa bir fikirlə ondan yayınmadan qılırlar.

(35) Bu sifətləri özlərində əks etdirən kimsələrə Cənnət bağlarında hörmət göstəriləcək, onlara tükünməz nemətlər bəxş ediləcək və Allahın üzünə baxmaq nəsib olacaqdır.

(36) Ey Peyğəmbər! Səni yalançı saymağa tələsən qövmünün müşriklərinə nə olub belə?!

(37) Sənin sağından və solundan dəstə-dəstə sənin ətrafına yığışırlar.

(38) Yoxsa onların hər biri öz küfründə qaldığı halda, Allahın onu içində əbədi zövq alacağı Nəim cənnətinə daxil edəcəyinə ümid edir?!

(39) Bu iş heç də onların təsəvvür etdiyi kimi deyil. Biz onları bildikləri şeydən xəlq etmişik. Biz onları dəyərsiz nütfədən yartmışıq. Onlar özlərinə nə bir xeyir, nə də bir zərər verməyə qadir olmayan zəif məxluq olduqları bir halda, necə təkəbbür edirlər?!

(40) Məşriqlərin və məğriblərin, günəşin, ayın və ulduzların Rəbbi olan Uca Allah: "Biz qadirik"- deyə Özünə and içir.

(41) Biz onları Allaha itaət edən kimsələrlə əvəz edib ölzlərini də məhv edə bilərik. Biz bundan aciz deyilik. Biz onları başqaları ilə dəyişdirmək və özlərini də məhv etmək istəsək, Bizə üstün gələn tapılmaz.

(42) Ey Peyğəmbər! Sən onları tərk et, qoy Quranda özlərinə vəd verilmiş qiyamət gününə yetişənədək qoy batil və azğın sözlər danışsınlar və dünya həyatlarında əylənsinlər.

(43) O gün onlar hədəfə goğru yarışırlarmış kimi tələsə-tələsə qəbirlərdən çıxacaqlar.

(44) O gün onların baxışları yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Budur onların dünyada ikən xəbərdar edildikləri gün! Onlar bu günün gələcəyinə əhəmiyyət vermirdilər.