51 - əz-Zariyat ()

|

(1) Allah, toz-torpağı ət­ra­fa sə­pə­ləyən küləklərə and içir.

(2) Uca Allah, həmçinin, yağmur yükü daşıyan­ buludlara and içir.

(3) Uca Allah, həmçinin, dənizdə rahatlıqla və asanlıqla üzüb gedən gəmilərə and içir.

(4) Uca Allah, həmçinin, Allahın Öz qullarına aid buyurduğu əmrləri paylaşdıran mələklərə and içir.

(5) Sizə vəd olunan haqq-hesaba çəkilmə və əməllərin əvəzini alma həqiqətdir, bunda heç bir şəkk-şübhə yoxdur.

(6) Qiyamət günü bəndələrin haqq-hesaba çəkilməsi mütləq baş verəcəkdir, buna heç bir şübhə yoxdur.

(7) Uca Allah özünəməxsus yolları olan gözəl görünüşlü səmaya! and içir.

(8) Ey Məkkə əhli! Sizin sözləriniz bir-birinə müxalif və ziddiy­yət­li­dir. Belə ki, siz bəzən Quranın sehr olduğunu, bəzən də onun şeir olduğunu deyirsiniz. Həmçinin, bəzən Muhəmmədin sehrbaz olduğunu, bəzən də onun şair olduğunu deyirsiniz.

(9) Qurana və Peyğəmbərə (səllallahu aleyhi və səlləm) iman gətirməkdən üz döndərən kimsə, Allahın əzəli elminə əsasən bundan dön­də­ri­lər. Belə ki, bu əzəli elmə görə o, nə iman gətirər, nə də hidayətə müvəffəq olar.

(10) Lənət olsun haqqı yalan sayan o kimsələrə ki, onlar Quran və Allahın Peyğəmbərləri barədə yalan danışmışlar.

(11) O kəslər ki, cəhalət içində olub axirət yurdundan qafildirlər və buna heç əhəmiyyət vermirlər.

(12) Onlar: "Haqq-hesab günü nə vaxt olacaq?"- deyə soruşurlar. Halbuki özləri həmin gün üçün bir iş görmürlər.

(13) Allah onların sualına belə cavab verir: "O gün onlara odda əzab veriləcəkdir".

(14) Onlara deyiləcək: “Dadın əzabınızı! Sizə xəbərdarlıq edilərkən sizin istehza edərək tez-tələsik gəlməsini istədiyiniz əzab budur!”

(15) Şübhəsiz ki, Rəbbinin əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxan kimsələr qiyamət günü bağlar və axar çeşmələr başında olacaqlar.

(16) Rəbbinin onlara ver­di­yi gözəl mükafatı ala­caqlar. Həqiqətən, on­lar bu gözəl mükafatdan əvvəl dünyada yaxşı iş gö­rən kimsələr olmuşdular.

(17) Onlar gecələr namaz qılıb az bir vaxt ya­tır­dı­lar.

(18) Onlar sübh çağı öz günahlarına görə Allahdan bağış­lan­ma diləyirdilər.

(19) Onların mal-dövlətində insanlardan di­lənən və bir də dilənməyən, ruzidən məhrum olmuş kasıba könüllü veriləcək payı var idi­.

(20) Allahın xaliq və surət verən olduğuna qəti inananlar üçün yer üzündə və Allahın ora yerləşdirdiyi dağlarda, dənizlərdə, çaylarda, ağaclarda, bitkilərdə və heyvanlarda Allahın qüdrətinə dəlalət edən dəlillər vardır.

(21) Ey insanlar! Sizin özünüzdə də, Allahın qüdrətinə dəlalət edən dəlil­lər vardır. Məgər görüb ibrət amırsınız?!

(22) Sizin dünyavi və dini ruziniz, habelə, sizə vəd olunan hər bir xeyir və şər göydədir.

(23) Göyün və yerin Rəbbinə and ol­sun ki, dirilmə, sizin danışma­ğa qüdrətiniz olduğu ki­mi, içində heç bir şəkk olmayan həqiqətdir.

(24) Ey Peyğəmbər! İbrahimin -Aleyhissəlam- ehtiram göstərdiyi mələklərdən ibarət hörmətli qonaqlarının əhvalatı sənə gəlib çatdı­mı?

(25) Onlar İbrahimin yanına daxil olduqları zaman dedilər: “Sənə salam olsun!” İbrahim də onlara belə cavab verdi: “Sizə də salam ol­sun!" Sonra o öz-özünə: "Bunlar tanımadığımız adamlardır!” – dedi.

(26) O, təşviş içində ailəsinin yanına getdi və onları insan sanıb onlar üçün kök bir buzov gətirdi.

(27) O, buzovu onların qabağına qoyub mülayim səslə: “Sizin üçün hazırlanan bu yeməkdən yemirsinizmi?” – dedi.

(28) İbrahim, qonaqların yemədik­lə­ri­ni görüb onlardan qorxuya düş­dü. Onlar İbrahimin əndişə etdiyini görüb onu arxayın edərək dedilər: “Qorx­ma! Biz Allahın göndərdiyi elçilərik” – de­dilər və ona çox elmli bir oğlan övladı olacağı ilə müj­də ver­dilər. Müjdə verilən uşaq İshaq (aleyhissəlam) idi.

(29) Zövcəsi bu müjdəni eşitdikdə sevincindən qışqırıb üz-gö­zü­nə vurdu və təəccüblə dedi: “Qoca qarı­, əslində sonsuz olan birisi doğacaqmı?!”

(30) Mələklər ona dedilər: “Bizim sənə verdiyimiz müjdəni sənin Rəbbin demişdir və Onun dediyinin qarşısını heç kəs ala bilməz. Həqiqətən, O, yaratmaq və qədəri yazmaq xüsusunda Hikmət sahibidir, üstəlik, yaratdıqlarını və nəyin onlara xeyirli olduğunu Biləndir!”

(31) İbrahim (aleyhissəlam) mələklərə dedi: "Sizin işiniz nədir? Nə üçün gəlmisiniz?"

(32) Mələklər ona belə cavab verdilər: "Allah bizi, murdar işlər görən günahkar qövmün üstünə göndərib ki,

(33) onların üstünə bərkimiş gildən daş­lar yağdıraq –

(34) Ey İbrahim! Sənin Rəbbinin yanında nişan qoyulmuş o daşlar, Allahın qoyduğu hudüdları həmçinin, küfr və asilikdə həddi aşan kimsələrin üzərinə yağdırılacaq.

(35) Biz Lut qövmünün yaşadığı kənddəki mömin­ləri oradan çıxartdıq ki, günahkarların düçar olacaqları əzaba düçar olmasınlar.

(36) Lakin biz onların bu kəndində bir evdən - Lutun (aleyhissəlam) ailəsindən başqa müsəlman yaşayan bir ev tapmadıq.

(37) Biz Lut qövmünün diyarında, onların əzaba düçar olduqlarını bildirən nişanələr qoyduq ki, onlara üz vermiş şiddətli əzabdan qor­xan­ kimsələr bundan ibrət alsınlar və canlarını əzabdan qurtarmaq üçün onların etdikləri kimi murdar əməllər etməsinlər.

(38) Musanı açıq-aydın dəlillərlə Fi­ro­nun yanına göndərməyimizdə də, şiddətli əzabdan qorxan kimsələr üçün ibrət vardır.

(39) Fi­ro­n öz gücünə və ordusuna arxayın olub haqdan üz çe­vi­rdi və Musa (aleyhissəlam) barədə: “O, insanların sehr edən sehrbazdır, ya da nə danışdığını anlamayan də­lidir!” – dedi.

(40) Biz Fironu və onun bütün əsgərlərini yaxa­la­yıb dənizə atdıq və onlar suda boğulub həlak oldular. Firon haqqı yalan saydığına və özünün ilah olduğunu iddia etdiyinə görə qı­nan­ma­ğa layiq oldu.

(41) Hud qövmü Adın hekayə­tin­də də, şiddətli əzabdan qorxanlar üçün ib­rət vardır. O zaman Biz on­la­rın üstünə özü ilə yağış daşımayan, ağacları dölləndirməyənə xeyir-bərə­kət­siz bir külək göndər­miş­dik.

(42) O külək üstündən keç­diyi hər bir insanı, mal-dövləti və başqa şeyləri sovurub paramparça çürümüş hala dön­də­rir­di.

(43) Salehin (aleyhissəlam) qövmü Səmudun heka­yətində də şiddətli əzabdan qorxanlar üçün ibrət vardır. O za­man on­la­ra belə deyilmişdi: “Əcəliniz yetişənədək dünya həyatınızla dolanıb-keçinin!”

(44) Onlar Rəbbinin əm­rinə itaət etməyə təkəbbür göstərdilər, özlərini dartaraq iman gətirib itaət etməkdən boyun qaçırdılar və elə bu səbəbdən də, onları gözləri baxa-baxa ildı­rım əzabı yaxaladı. Belə ki, bu əzab gəlməmişdən üç gün əvvəl onlara əzabın gələcəyi barədə vəd verilmişdi.

(45) Onlar düçar olduqları əzabı dəf edə bilmədilər və özlərinin də, bu əzabın qarşısını almağa qüvvəsi yox idi.

(46) Bunlardan əvvəl Nuh qöv­mü­nü suda batırmaqla məhv etdik. Çünki onlar Allahın itaətindən çıxmış fa­siq bir qövm idi. Elə buna görə də onlar, Allahın əzabına düçar olmağa layiq görüldülər.

(47) Biz göyü yarat­dıq və qüdrətimizlə onun binasını möhkəmləndirdik. Biz, həqiqətən də, onun ətrafını da genişləndiririk.

(48) Yeri də, sakinləri üçün döşədik ki, onlar onun üzərində rahatlıq tapsınlar. Yeri onlar üçün döşədiyimizə görə nə gözəl döşəyənlərik Biz!

(49) Biz hər şeydən iki sinif - məsələn, erkək və dişi, göy və yer, quru və dəniz yaratdıq ki, bəlkə, hər şeyi cüt yaradan Allahın vəhdaniyyətini və Onun qüdrətini dü­şünüb ib­rət alasınız.

(50) Elə isə, Allaha itaət edib Ona asi olmaqdan uzaq durmaqla, Onun əzabından çəkinib Onun verdiyi savaba doğru qaçın! Ey insanlar! Mən sizi Allahın əzabı ilə açıq-aşkar qorxudub xəbərdar edənəm!

(51) Allahla yanaşı başqa bir məbud qə­bul edib ona ibadət etməyin. Mən si­zi Allah­la açıq-aş­kar qorxudub xəbərdar edənəm!

(52) Məkkə əhli haqqı yalan saydıqları kimi, əvvəlki ümmtlər də, haqqı yalan saymışdılar. Allahın onlara göndərdiyi elə bir elçi gəlmədi ki, onun ba­rəsində: “O, sehrbaz­dır, ya da dəlidir!” – deməsin­lər.

(53) Yoxsa əvvəl yaşamış kafirlər Allah rəsulunu yalançı saymağı sonrakılara və­siyyət etmişdilər?! Xeyr, əksinə, on­ları öz azğınlıqları eyni yolda olmağa vadar etmişdir.

(54) Ey Peyğəmbər! Sən bu yalan sayanlardan üz dön­dər! Sən bu­na görə qınanmayacaqsan. Sən artıq Allahın göndərdiyi risaləti onlara təbliğ etmisən.

(55) Sənin onlardan üz çevirməyin, onlara öyüd-nəsihət verməyinə və onlara xatırlatmağına mane olmaz. Sən onlara nəsihət et və xatırlat, çünki xatır­latmaq Allaha iman gətirənlərə fayda verir.

(56) Mən cinləri və insanları mənə şərik qoşmaqdan ötrü yox, əksinə, təkcə Mənə ibadət etsinlər deyə ya­rat­dım.

(57) Mən onlardan ruzi is­tə­mirəm. Mən onlardan Məni ye­dirt­mə­lərini də istəmirəm.

(58) Həqiqətən, Allah Öz qullarına ruzi ve­rəndir. Hamı onun verdiyi ruziyə möhtacdır. O, qüvvət sahibidir, Mə­tindir. Heç bir şey Ona üstün gələ bilməz. Bütün cinlər və insanlar Uca Allahın güvvəsinə tabedilər.

(59) Ey Peyğəmbər! Heç şübhəsiz ki, səni yalançı saymaqla özlərinə zülm edən­ləri, özlərindən əvvəl yaşamış həm­taylarının qisməti ki­mi əzabdan bir qis­mət göz­ləyir. Bu qismətin müəyyən edilmiş bir vaxtı vardır, qoy onlar Məndən onun tez baş verməsini istəməsinlər!

(60) Özlərinin əzaba düçar olacaqlarına dair vəd olunmuş qiyamət gününüdən ötrü, Allaha küfr edən və peyğəmbərlərini yalançı sayan kimsələrə ölüm olsun və ziyana uğrasınlar!