94 - əş-Şərh ()

|

(1) Biz sənin köksünü açdıq və sənə vəhyin nazil edilməsini sevdirdik.

(2) Sənin keçmiş günahlarını bağışladıq və sənin cahiliyyət dövrünün ağır günlərində yaşadıqlarının təqsirlərindən keçdik.

(3) O günah yükü səni o qədər yormuşdu ki, az qala sənin belini sındıracaqdı.

(4) Sənin ad-sanını (şan-şöhrətini) ucaltdıq. Artıq sənin adın azan və iqamə verildikdə, habelə, başqa məqamlarda zikr edilir.

(5) Həqiqətən də, çətinlik və sıxıntının ardından asanlıq və genişlik gəlir.

(6) Şübhəsiz ki, çətinlik və sıxıntının ardından asanlıq və genişlik gəlir. Əgər bunu bilsən, artıq qövmünün sənə verdiyi əziyyətlər səni qorxutmayacaq və səni (insanları) Allahın yoluna dəvət etməkdən yayındırmayacaq.

(7) (Dünyəvi) işlərini bitirib onlara son verdikdə, Rəbbinə ibadət etmək üçün ayağa qalx!

(8) Sən öz istəyini və öz məqsədini yalnız Allaha yönəlt!