(1) Mütləq kamilliklə vəsf olunmaq, məhəbbətlə yanaşı ali gözəlliklərlə həmd-sənaya layiq olmaq, göyləri və yeri misli olmadan yaratmaq yalnız Allaha aiddir. O, bir-birini təqib edən gecə və gündüzü - gecəni zülmət, gündüzü isə nur üçün yaradmışdır. Bu dəlillərdən sonra kafir olanlar hələ də başqalarını Ona tay tutub, onları Allah şərik qoşurlar.
(2) Ey İnsanlar! Atanız Adəmi - aleyihssəlam - palçıqdan yaratdığı zaman sizi də palçıqdan yaradan, sonra da sizin dünya həyatında qalmanız üçün müəyyən vaxt təyin edən pak olan Allahdır. Allah Qiyamət günü qəbirlərdən dirilməyiniz üçün də yalnız Onun bildiyi bir vaxt təyin etmişdir. Bunu bildikdən sonra siz yenə də pak olan Allahın ölüləri diriltmə qüdrətinə şübhə edirsiniz!
(3) O, həm göylərdə, həm də yerdə haqqlı olaraq ibadət edilən pak olan Allahdır. Ona heç bir şey gizli qalmaz. O, gizlində saxladığınız niyyətləri, sözləri və əməlləri də, bunlardan aşkara çıxardığınızı da bilir. O, bu əməllərin əvəzini sizə verəcəkdir.
(4) Müşriklərə Rəbbindən nə dəlil gəldisə, onlar bu dəlillərə heç fikir vermədən onları tərk etdilər! Artıq onlara Allahın təkliyinə dəlalət edən açıq-aydın dəlillər və Allahın elçilərinin doğruluğuna dəlalət edən ayələr gəlmişdir. Amma buna baxmayaraq onlar yenə də bu dəlillərə və ayələrə fikir verməyərək üz çevirdilər!
(5) Əgər onlar bu açıq-aydın dəlillərdən üz çevirdilərsə, artıq bundan da açıq-aydın dəlillərdən üz çevirmişdilər. Onlar Muhəmmədin - sallallahu aleyhi və səlləm - Qurandan gətirdiyi haqqı yalan saydılar. Qiyamət günü əzabı gördükdə onlara gələn, istehza etdikləri şeyin haqq olduğunu biləcəklər.
(6) Məgər bu kafirlər Allahın zalim ümmətləri məhv etdiyini sünnəsini bilmirlərmi?! Allah onların özlərindən əvvəl bir çox ümmətləri məhv etmiş, onlara yer üzündə bu kafirlərə verilmədiyi yaşamaq və qüvvət imkanları vermişdik. Onların üzərinə bol-bol yağış yağdırmış və onlar üçün evlərinin altından çaylar axıtmışdı. Onlar isə bunu qarşılığında Allaha asi oldular. Allah da onları günahlarına görə həlak etdi və onlardan sonra başqa ümmətlər yaratdı.
(7) Ey Peyğəmbər! Əgər sənə vərəqlər üzərində yazılı bir kitab nazil etsəydik, onlar öz gözləri ilə buna şahid olub, əlləri ilə ona toxunub hissiyatları ilə onun kitab olmasına yəqin olsaydılar belə, onlar yenə də inadkarlıq və təkəbbürlük üzündən iman etməzdilər və: "Gətirdiyin bu şey, açıq-aydın sehrdən başqa bir şey deyil, biz ona heç vaxt iman gətirməyəcəyik!"– deyərdilər.
(8) Kafirlər: "Əgər Allah Muhəmmədlə - səllallahu aleyhi və səlləm - birgə bizi danışdıran və onun Allahın elçisi olmasına şahidlik edən bir mələk endirsəydi, biz mütləq iman edərdik"– dedilər. Əgər biz onların vəsf etdikləri kimi bir mələk endirsəydik, bundan sonra iman etməsəydilər, biz onları məhv edərdik və onlar nazil olsa heç tövbə etməyə belə möhlət verilməzdi".
(9) Əgər biz onlara göndərilən kimsəni mələk etsəydik, əlbəttə, onu bir kişi qiyafəsində edərdik ki, onlar onu dinləyib ondan qəbul edə bilsinlər. Çünki Allah mələyi yaradığı qiyafədə onlar mələklə danışa bilməzlilər. Əgər biz onu kişi qiyafəsində etsəydik, onlar bu mələk barədə bir daha şübhəyə düşərdilər.
(10) Əgər onlar səninlə birgə mələk nazil olmasını tələb edərək istehza edirlərsə, səndən əvvəlki ümmətlər də onlara göndərilən elçilərə istehza etmişdilər. Amma inkar və istehza edənləri, ondan qorxudulduqları əzab hər tərəfdən bürüdü.
(11) Ey Peyğəmbər! Yalan sayan və istehza edən kimsələrə de: "Yer üzündə gəzib dolaşın, sonra da Allahın elçilərini yalan sayanların aqibətinin necə olduğunu düşünün. Onlar güclü və qüvvətli olduqdan sonra Allahın əzabına düçar oldular".
(12) Ey Peyğəmbər! Onlara de: "Göylərdə, yerdə və olanların arasında olan mülk kimə məxsusdur?" De: "Hamısının mülkü Allaha məxsusdur!" Allah Özünə, qullarına lütf edərək, rəhmli olmağı yazmışdır. Onlara əzab verməyə tələsməz, əgər onlar tövbə etməsələr Qiyamət günü hamısını bir yerə cəm edəcəkdir. Bu, şübhə edilməyən bir gündür. Allaha küfr etməklə özlərini ziyana uğradanlar iman gətirməzlər, elə isə özlərini ziyandan xilas etsinlər.
(13) Gecə və gündüz də olanların hamısı, hər bir şeyin mülkü tək Allaha məxsusdur. O, sözlərinizi eşidəndir, əməllərinizi biləndir və mükafatınızı verəcəkdir.
(14) Ey Peyğəmbər! Allahla yanaşı başqa bütlərə və s. məbudlara ibadət edən müşriklərə de: "Mənim? Allahdan başqasını özünə dost tutub, ondan yardım diləməyin ağılabatan bir şeydirmi?! O, göyləri və yeri misilsiz olaraq, heç vaxt belə bir yaradılış olmadan yaratmışdır. O, qullarından istədiyinə ruzi verir. Ona isə heç kəs ruzi vermir. O, qullarına möhtac deyil, əksinə qulları Ona möhtacdırlar. Ey Peyğəmbər! De: "Mənə Pak olan Rəbbim bu ümmətdən mənə Allaha təslim olanların və Ona boyun əyənlərin ən birincisi olmağı əmr etdi və Ona başqasını şərik qoşanlardan olmağı qadağan etdi".
(15) Ey Peyğəmbər! De: "Əgər mən Allahın mənə haram etdiyi şirki və s. günahları edərək, yaxud əmr etdiyi imanı və s. itaətləri tərk edərək Allaha asi olsam, Onun Qiyamət günü mənə böyük əzab verməsindən qorxaram".
(16) Qiyamət günü Allah kimi əzabdan uzaqlaşdırarsa, Allah ona rəhm etmiş olar. Qiyamət gününün əzabından xilas olmaq, misli-bərabəri olmayan açıq-aydın bir uğurdur.
(17) Ey Adəm övladı! Əgər Allahdan sənə bir bəla gələrsə, səni o bəladan Allahdan başqa heç kəs qoruya bilməz. Əgər Allahdan sənə bir xeyir gələrsə, heç kəs ona mane ola bilməz. O, hər şeyə qadirdir. Onu heç bir şey aciz etməz.
(18) Allah Öz qullarna istədiyini edəndir, onları zəlil etməyə qadirdir. O, qullarından hər bir baxımdan ucadır, Onu heç bir şey aciz etməz. Kimsə Ona məğlub edə bilməz. Bütün bəşəriyyət Onun hökmünə tabedir. Pak olan Allah Ona layiq şəkildə Öz qulları üzərindədir. O, yaratmaqda, idarə etməkdə və şəri hökmlərində hikmət sahibidir. O, hər şeydən xəbərdardır, Ona heç bir şey gizli qalmaz.
(19) Ey Peyğəmbər! Səni yalan sayan müşriklərə de: "Mənim həqiqətən də Allahın elçisi olduğuma hansı şeyin şahidliyi daha böyükdür?" De: "Mənim həqiqətən də Allahın elçisi olduğuma ən böyük şahid Allahdır. O, mənimlə sizin aranızda şahiddir, O, mənim sizə nəyin gətirdiyimi və sizin hara qaytarılacağınızı (yaxud: sizin nə cavab verəcəyinizi) bilir. Allah bu Quran mənə sizi və onun çatacağı insan və cinləri xəbərdar edib qorxutmağım üçün vəhy etdi. Ey Müşriklər! Məgər siz Allahla yanaşı ibadətə layiq olan başqa məbudların olduğuna inanrsınız?" Ey Peyğəmbər! De: "Mən iqrar etdiyinizin batil olduğuna görə şahidlik etmirəm. Şübhəsiz ki, Allah təkdir və Onun şəriki yoxdur. Mən sizin Allaha şərik qoşduqlarınız hər bir şeydən uzağam".
(20) Özlərinə Tövrat verdiyimiz yəhudilər və özlərinə İncili verdiyimiz nəsranilər Muhəmməd peyğəmbərin - sallallahu aleyhi və səlləm - öz oğullarını başqasının oğlundan tanıdıqları kimi lap yaxşı tanıyırlar. Özlərini oda salmaqla ziyana uğradan o, kimsələr iman gətirməzlər.
(21) Allahın şəriki olduğunu qərar verib, Ondan başqasına ibadət edən, yaxud Allahın Öz elçisinə nazil etdiyi ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, zalımlar tövbə etməsələr, Allaha şərik qərar verdikləri və Onun ayələrini yalan hesab etdikləri üçün heç vaxt nicat tapmayacaqlar!
(22) Qiyamət günü heç kəsi gözdən qaçırmadan, onların hamısını bir yerə toplayacağımızı sonra isə Allahla yanaşı başqalarına ibadət edənlərə, məzəmmət edərək : "Onların Allahın şərikləri olduqlarını yalandan iddia etdiyiniz şərikləriniz haradadır?!" - deyəcəyimizi yadına sal.
(23) Bu imtahandan sonra onların yalandan: "Rəbbimiz Allaha and olsun ki, biz dünyada ikən Sənə şərik qoşanlardan deyildik, əksinə, Sənə iman edən və tək Sənə ibadət edənlərdə idik!"– deyərək ibadət etdikləri bütlərdən uzaq olduqdan başqa bir bəhanələri qalmayacaq.
(24) Ey Muhəmməd! Bax gör, onlar Allaha şərik qoşduqlarını inkar edərək özlərinə qarşı necə yalan söyləyirlər. Dünya həyatında ibadətdə Allahla yanaşı uydurduqları bütlər isə onlardan uzaqlaşıb yox olacaq və onları köməksiz qoyacaq.
(25) Ey Peyğəmbər! Müşriklərdən Quran oxuduğun zaman səni dinləyənlər də vardır. Lakin onların inadkarlığları və üz çevirmələri səbəbindən Quranı anlamasınlar deyə onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da, haqqı eşidib faydalanmasınlar deyə tıxac vurduq. Elə buna görə də onlar eşitdikləri ayələrdən faydalana bilməzlər. Onlar istənilən açıq-aydın dəlilləri görsələr belə, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə haqq barədə batil ilə mübahisə edərək: "Bu gətirdiyin, keçmişdəkilərin kitablarından əldə olunan məlumatdan başqa bir şey deyildir"– deyərlər.
(26) Onlar həm insanlara peyğəmbərə iman gətirməyi qadağan edər, həm də özləri ondan uzaqlaşırlar, nə bir kimsənin peyğəmbərdən faydalanmasına izin verir, nə də ki, özləri peyğəmbərdən faydalanırlar. Onlar bu əməlləri ilə ancaq özlərini həlak edir və bu əməllərinin onları həlak edilməsinə səbəb olduğunu bilmirlər.
(27) Ey Peyğəmbər! Qiyamət günü onların oda ərz olunduqları vaxt həsrət çəkərək: "Kaş, bizi dünya həyatına qaytaraydılar! Onda biz Allahın ayələrini yalan saymayıb, Allaha iman gətirənlərdən olardıq"– dediklərini görsəydin, hallarının pis olmasından təəccüblü bir hal görərdin!
(28) Bu, heç də onların: "Əgər geri qaltarılsaydılar iman gətirərdilər"– dedikləri kimi deyildir. Əksinə, əzaları onların əleyhinə şahidlik etdikdə: "Allaha and olsun ki, biz şərik qoşanlardan deyildik"– əvvəlcə gizlətdikləri sözlər onlara aşkar oldu. Əgər onlar dünyaya qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş küfr və şirk əməllərə qayıdardılar. Şübhəsiz ki, onlar əgər dünyaya qaytarılsaydılar iman gətirərdilər iddalarında yalan danışırlar.
(29) Müşriklər dedilər: "Yaşadığımız dünya həyatından başqa bir həyat yoxdur və biz haqq-hesab üçün dirildilməyəcəyik!"
(30) Ey Peyğəmbər! Öldükdən sonra dirilməyi inkar edənlərin Rəbbinin hüzuruna gətirilərkən Allahın onlara: "Məgər yalan hesab etdiyiniz bu dirilmə heç bir şəkk-şübhə olmayan həqiqət deyilmi?"– dediyi zaman görsəydin, hallarının pis olmasınmdan çox təəccüblü bir hal görərdin! Onlar: "Bizi yaradan Rəbbimizə and olsun ki, bu heç bir şək-şübhə olmayan həqiqətdir!"– deyəcəklər. Bu zaman Allah onlara buyuracaqdır: "Elə isə bu günü dünya həyatında yalan sayıb, inkar etdiyinizə görə dadın əzabı!"
(31) Qiyamət günü dirilməyi və Allah ilə qarşılaşmağı yalan sayanlar artıq ziyana uğramışlar. Qiyamət saatı onları qəflətən, xəbərsiz halda haqladıqda onlar böyük peşmançılıq çəkib, öz günahlarını bellərində daşıyaraq deyəcəklər: "Qiyamət günü üçün hazırlıq görməyib Allaha qarşı küfr edərək Allaha itaət barəsində etdiyimiz təqsirlərə görə vay halımıza!" Bellərində daşıdıqları bu günahlar necə də pisdir!
(32) Meyil etdiyiniz dünya həyatı orada Allahı razı salan əməl etməyən kimsə üçün oyun və əyləncədən başqa bir şey deyil. Amma Allaha iman və itaət edərək Onun əmr etdiyini yerinə yetirib, şirk və günahlardan çəkinərək qadağan etdiyi əməlləri tərk edib Allahdan qorxan kimsələr üçün isə Axirət yurdu daha xeyirlidir. Ey Müşriklər! Məgər Allaha inam gətirib, saleh əməllər etməniz üçün bunu anlamırsınız?!
(33) Ey Peyğəmbər! Biz bilirik ki, onların aşkarda səni yalan saymaları səni kədərləndirir. Bil ki, onlar, sənin sadiqliyinə və düzgünlüyünə bələd olduqları üçün, qəlblərində səni yalançı hesab etmirlər. Lakin onlar zalım bir qövmdür, sənin peyğəmbər olduğunu zahirdə inkar etsələr də, qəlblərində buna yəqin inanırlar.
(34) Onların sənin gətirdiyin dini yalan saymalarının xüsusilə sənə aid olduğunu əsla güman etmə. Belə ki, səndən əvvəlki elçiləri də yalançı sayılmış və öz qövmləri tərəfindən əziyyətlərə məruz qalmışdılar. Lakin onlar Allahdan kömək gələnədək, Allah yolunda dəvət və cihad etməklə səbir nümayiş etdirdilər. Heç kəs Allahın yazdığı köməyi və peyğəmbərlərinə verdiyi vədi dəyişə bilməz. Ey Peyğəmbər! Artıq səndən əvvəlki peyğəmbərlər, onların öz qövmündən gördükləri əziyyətlər və Allah onlara düşmənçilik edənləri həlak edərək onlara necə kömək etdiyi bəzi xəbərlər sənə gəlib çatdı.
(35) Ey Peyğəmbər! Əgər onların sənin gətirdiyin haqdan üz döndərməsi və səni yalançı hesab etməsi sənə ağır gəlirsə, onda bacarırsansa yerin altına ata biləcəyin bir lağım və göyə çıxa biləcəyin bir nərdivan tapıb onlara Bizim sənə verdiyimizdən başqa bir dəlil gətirə bilərsənsə, durma gətir! Əgər Allah istəsəydi onları sənin gətirdiyin din üzərində toplayıb doğru yola yönəldərdi. Lakin Allah bunu müəyyən bir hikmət üçün istəmədi. Elə isə cahillərdən olma və onların iman gətirmədiklərinə görə özünü üzüb həlak etmə.
(36) Sənin gətirdiyin dini ancaq sözü dinləyib başa düşənlər qəbul edər. Kafirlər isə ölüdürlər, onlar səni anlamazlar, çünki onların qəlbləri artıq ölmüşdür. Ölülərə gəldikdə isə, Allah qiyamət günü onları dirildəcək, sonra da onlar etdikləri əməllərin əvəzini almaq üçün tək Onun hüzuruna qaytarılacaqlar.
(37) Müşriklər iman gətirməkdən inadkarlıq edərək dedilər: "Niyə Muhəmmədə - səllallahu aleyhi və səlləm - Rəbbindən onun gətirdiyi dinin doğru olmasını təsdiqləyən fövqəladə bir möcüzə endirilməyib?" Ey Peyğəmbər! De: "Şübhəsiz ki, Allah onların istədikləri fövqəladə bir möcüzəni endirməyə qadirdir. Lakin bunu tələb edən müşriklərin çoxu fövqəladə bir möcüznin enməsinin heç də onların tələbi ilə deyil əksinə, bunun Uca Allahın hikməti ilə olduğunu bilmir, çünki Allah onların istədiklərini endirsə bundan sonra da onlar iman gətirməsələr Allah onları həlak edər".
(38) Ey Adəm övladı! Yer üzündə hərəkət edən heyvanların və göydə uçan quşların hamısı yaradılış və ruzi baxımından sizin kimi ümmətlərdir. Biz Lövhi-məhfuzda hər bir şeyi qeydə almışıq. Hamısının elmi Allah yanındadır. Sonra Qiyamət günü onların arasında hökm vermək üçün Rəbbinin hüzuruna toplanacaqlar və O, hər kəsə əməllərinin əvəzini layiq olduğu şəkildə verəcəkdir.
(39) Ayələrimizi yalan sayan kimsələr eşitməyən kar, danışmayan lal kimidirlər və onlar bununla yanaşı qaranlıqlar içində qalmış korlardır. Bu halda olan kimsə necə düz yola yönəlsin?! Allah insanlardan azdırmaq istədiyini azdırar, doğru yola yönəltmək istədiyini isə heç bir əyrilik olmayan düz yola yönəldər.
(40) Ey Peyğəmbər! Müşriklərə de: "Elə isə mənə deyin görüm əgər sizə Allahdan əzab gəlsə və ya vaqe olacağı sizə vəd olunmuş Qiyamət saat sizi haqlasa, sizə baş vermiş bəlanı və ya sıxıntını aradan qaldırmaq üçün Allahdan başqasınımı çağıracaqsınız?! Əgər ibadət etdiyiniz ilahların sizə fayda və ya zərər verməyə qadir olduğu iddanızda doğru danışanlarsınızsa".
(41) Haqq budur ki, siz, sizi yaradan, istədiyi təqdirdə sizi bəladan qoruyan və zərəri sizdən sovuşduran Allahı qoyub başqasına dua etməyəsiniz. Çünki bunlara qadir olan yalnız Allahdır. Allaha şərik qoşaraq ibadət etdiyiniz bütlərin sizə xeyir və zərər verməyə qadir olmadıqlarını bildiyiniz üçün onları tərk etməlisiniz.
(42) Ey Peyğəmbər! Səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik, lakin onlar elçiləri yalançı hesab etdilər və elçilərin onlara gətirdiklərindən üz çevirdilər. Elə buna görə də Biz onların Allaha boyun əyib və Onun qarşısında zəlil olsunlar deyə onları yoxsulluq və sağlamlıqlarına zərər verən xəstəlik kimi sıxıntılarla əzab verdik.
(43) Heç olmasa bəlamız onlara gəldiyi zaman bəlanı onlardan sovuşması üçün Allah qarşısında zəlil olub, Ona boyun əysəydilər, Biz onlara rəhm edərdik. Lakin onlar bunu etmədilər, əksinə onların qəlbləri sərtləşdi və başlarına gələn bu bəladan ibrət çıxarıb, öyüd-nəsihət almadılar və şeytan da onlara etdikləri küfr və asi əməlləri gözəl gösdərdi və beləliklə də olduqları əməllər üzərində davam etdilər.
(44) Onlar yoxsulluq və xəstəlik sıxıntısı səbəbində özlərinə edilmiş öyüd-nəsihəti unudub, Allahın əmrlərini tərk etdikləri zaman ruzi qapılarını onların üzünə açaraq, onlara yoxsulluqdan sonra zənginlik, xəsdəlikdən sonra bədənlərinə sağalamlıq bəxş etdik, elə ki onlar, özlərinə verilən nemətlərə görə təkəbbürlük edib, özlərindən razı qaldıqda isə onları qəflətən əzabımızla yaxaladıq və onlar ümüd içində yaşadıqları bir halda ümidsiz və heyrət içində qaldılar.
(45) Beləliklə, kafir qövmün hamısı həlak olmaqla, Allahın Öz elçilərinə yardım etməsi sayəsində kafirlərin kökü kəsildi. Allah Ona düşmənçilik edənləri məhv etdiyinə və elçilərinə göstərdiyi yardımna görə şükür və səna aləmlərin Rəbbi tək Allaha məxsudur!
(46) Ey Peyğəmbər! Müşriklərə de: "Bir mənə deyin görək, əgər Allah eşitmə qabiliyyətinizi əlinizdən alıb sizi kar və görmə qabiliyyətinizi əlinizdən alıb siz kor edib, qəlblərinizə möhür vurub heç bir şey anlamasaz, hansı haqq məbud itirdiyiniz bu şeyləri sizə qaytara bilər?" Ey Peyğəmbər! Bax gör, Biz müxtəlif növ dəlilləri onlara necə bəyan edirik, sonra onlar yenə də bu dəlillərdən üz çevirirlər.
(47) ُEy Peyğəmbər! Onlara de: "Bir deyin görək, əgər sizə Allahın əzabı hiss etmədiyiniz bir halda, qəflətən və ya hiss etdiyiniz bir halda, açıq-aşkar gəlsə, bu əzab Allaha küfr etdikləri və elçiləri yalan saydıqların görə yalnız zalım qövmə olardı".
(48) Biz göndərdiyimiz elçiləri yalnız iman və itaət əhlinə, sonsuz, əbədi olan nemətləri müjdə verən, küfr və asiliklər edənlərə isə şiddətli əzabımızla qorxudan kimi göndəririk. Elçilərə iman gətirib əməlini islah edən kimsələri axirətdə gözləyən şeylərə görə heç bir qorxusu yoxdur və onlar dünyada ikən əldə edə bilmədikləri dünya naz-nemətlərinə görə həsrət və kədər çəkməzlər.
(49) Ayələrimizi yalan sayanlara isə Allahın itaətindən xaric olduqları səbəbindən əzab toxunacaqdır.
(50) Ey Peyğəmbər! Müşriklərə de: "Mən sizə demirəm ki, Allahın ruzi xəzinələri mənim yanımdadır və mən də bu xəzinələrdən istədiyim kimi istifadə edirəm. Mən sizə demirəm ki, Allahın mənə vəhy edərək bildirdiyindən savayı qeybdən nəsə bilmirəm. Mən sizə demirəm ki, mən mələklərdən bir mələyəm. Lakin mən Allahın elçisiyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram və bilmədiyim bir şeyi də idda etmirəm". Ey Peyğəmbər! Onlara de: "Məgər gözləri haqqı görməkdən kor olan kafir kimsə ilə haqqı görüb ona iman gətirəm mömin kimsə eyni ola bilərmi? Ey Müşriklər! Məgər ətrafınızda olan Allahın aləyini gördükdən sonra ağılınızla fikirləşmirsinizmi?"
(51) Ey Peyğəmbər! Qiyamət günü Rəbbinin hüzuruna toplanacaqlarından qorxanları bu Quranla qorxut ki, Allahdan başqa onların nə bir fayda verən hamisi, nə də zərəri onlardan sovuşduran bir havadarı vardır. Bəlkə Allahın əmrlərini yerinə yetirib və qadağan etdiyindən uzaq duraraq pis əməllərdən çəkinələr. Məhz belə kimsələrdir, Qurandan faydalanan kimsələr.
(52) Ey Peyğəmbər! Gündüzün əvvəlində və sonunda daima ixlasla Allaha ibadət edən yoxsul müsəlmanları müşriklərin başçılarının İslama meyil etmələri üçün öz məclisindən uzaqlaşdırma. Nə sən o yoxsulların verəcəkləri hesabata cavabdehsən, - çünki onların hesabatı Allah yanındadır, - nə də onlar sənin verəcəyin hesabatına cavabdehdirlər. Əgər sən onları öz məclisindən qovsan, bu zaman sən Allahın hüdudlarını aşanlardan olarsan.
(53) Beləliklə, Biz onların bir qismini digəri ilə sınadıq və onları dünya naz-nemətlərində bir-birindən fərqli etdik ki, qoy zəngin kafirlər yoxsul möminlərə belə desinlər: "Məgər Allah bizim aramızdan ancaq bu yoxsullara doğru yola göstərərək lütf etmişdir?! Əgər iman xeyirli bir şey olsaydı, onlar bu işdə bizdən qabağa düşə bilməzdilər, çünki öndə gedən yalnız bizik". Məgər Allah Onun bəxş etdiyi nemətlərə şükür edənləri daha yaxşı tanıyan, onları iman gətirməyə müvəffəq edən və Onun nemətlərini nankorluğ edənləri rəzil edib imana müvəffəq etməyən deyilmi?! Əlbətdə ki, Allah onları daha yaxşı tanıyır.
(54) Ey Peyğəmbər! Sənin gətirdiyin dinin doğru olduğuna şahidlik edərək ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə onlara hörmət olaraq salamlarını qaytar və onları Allahın rəhmətinin geniş olması ilə müjdə ver. Allah qullarına bir lütf olaraq Özünə rəhmli olmağı əzəldən vacib etmişdir. Sizlərdən hər kəs cahillik və ya səfehlik üzündən günah iş görsə və günah etdikdən sonra tövbə edib əməllərini islah etsə, Allah onun günahını bağışlayar. Həqiqətən, Allah, Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir.
(55) Qeyd edilən ayələrdə günahkarların tutduğu yolun və onların üslublarının aydın olması və bundan çəkinilməsi üçün sənə bəyan etdiyimiz kimi, Biz batil əhlinə də dəlillərimizi beləcə bir-bir izah edirik.
(56) Ey Peyğəmbər! De: "Allah məni sizin Ondan başqa ibadət etdiklərinizə ibadət etməyi qadağan etmişdir". Ey Peyğəmbər! De: "Mən sizin Allahdan başqasına ibadət etmək istəyinizə uymaram. Əgər sizin bu istəyinizə tabe olsam bu zaman mən haqq yoldan azar və doğru yola yönələn olmaram, bu ancaq Allahdan heç bir burhan olmadan öz istəklərinə tabe olanların işidir".
(57) Ey Peyğəmbər! Müşriklərə de: "Mən öz istəyimə deyil, Rəbbimdən nazil edilən açıq-aydın dəlilə əsaslanıram. Lakin siz bu dəlili yalan saydınız. Sizin səbirsizliklə tələb etdiyiniz əzab və fövqəladə möcüzələr məndə deyildir. Bu, yalnız Allahın əlində olan bir işdir. Hökm - həmçinin tələb etdiyiniz də - yalnız tək Allaha məxsusdur. Allah haqqı söyləyir və haqqla hökm verər. Pak olan Allah, haqqlını haqqsızdan ayırd edənlərin ən yaxşısıdır".
(58) Ey Peyğəmbər! Onlara de: "Əgər sizin səbirsizliklə tələb etdiyiniz əzab və fövqəladə möcüzələr mənim əlimdə olsaydı, əlbəttə, mən onu sizə endirərdim, beləliklə də, mənimlə sizin aranızda bu iş bitmiş olardı. Allah zalımlara nə vaxta qədər möhlət verdiyini və onlara və zaman əzab verəcəyini daha yaxşı bilir".
(59) Qeybin xəzinələri yalnız Allah yanındadır. Qeybi Ondan başqa kimsə bilməz. O, quruda və dənizdə olan hər bir heyvanı, bitki və cansız məxluqatı bilir. Harada olmasından aslı olmayaraq yerə düşən elə bir yarpaq, yerin qaranlıqlarında gizli qalan elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, o, əzəldən açıq-aydın kitabda, Lövhi-Məhfuzda olmasın.
(60) Yatdığınız zaman ruhlarınızı müvəqqəti olaraq alan, gündüzlər isə nələr etdiyinizi bilən Allahdır. Siz yuxuda ikən ruhlarınızı aldıqdan sonra O, sizi səhərlər oyadır ki, Allah yanında müəyyən olunmuş həyatınızın sonu gəlib çatana qədər əməllər edəsiniz. Sonra isə Qiyamət günü qəbirlərinizdən dirilərək dönüşünüz tək Ona olacaq. Sonra O, dünya həyatında nə etdikləriniz barədə sizə bildirəcək və etdiyiniz əməllərin mükafatını sizə verəcəkdir.
(61) Allah Öz qulları üzərində yenilməz qüvvət sahibidir və onları zəlil etməyə qadirdir. O, qullarından hər bir baxımdan ucadır. Hər bir şey Ona boyun əymişdir. Pak və uca olan Allah cəlalına layiq şəkildə Öz qulları üzərindədir. Ey İnsanlar! O sizə ölüm mələyi və onun köməkçiləri ruhunuzu alıb əcəliniz sona çatana qədər əməllərinizi yazan hörmətli mələklər göndərir və onlar əmr olunduqları işdə heç bir səhvə yol verməzlər.
(62) Sonra ruhları alınmış kimsələrin hamısı əməllərinin əvəzini almaq üçün özlərinin həqiqi himayədarı olan Allaha qaytarılacaqlar. Ədalətli hökm yalnız Ona məxsusdur və O, sizin saydıqlarınızın ən tez sayanı və əməllərinizi ən tez haqq-hesab çəkəndir.
(63) Ey Peyğəmbər! Müşriklərə de: "Gizlində və aşkarda, zəlil bir halda yalvararaq tək Ona dua edib: "Ey Rəbbimiz! Əgər bizi bu təhlükədən qurtarsan, bizə olan bu nemətinə görə Sənə şükür əlaməti olaraq əsla Səndən başqasına ibadət etmərik" – deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edib, təhlükədən kim sovuşdurdu?"
(64) Ey Peyğəmbər! Onlara de: "Sizi ondan və bütün başqa sıxıntılardan Allah xilas edir. Bundan sonra isə siz xoş vaxtlarında yenə də Ona şərik qoşursunuz. Sizcə bundan da daha böyük zülm nə ola bilər ki?!"
(65) Ey Peyğəmbər! Onlara de: "Allah üstünüzə daş, ildırım, tufan kimi və ya altınızdan zəlzələ və ya yerə batırmaq kimi sizə əzab göndərməyə yaxud qəlblərinizi bir-birinizə qarşı çevirib və sonda hər biriniz öz istəyinin ardınca gedərək sizi bir-birinizlə vuruşdurmağa qadirdir". Ey Peyğəmbər! Gör biz onlara dəlilləri necə bir-bir bəyan edirik ki, bəlkə sənin gətirdiyinin haqq, özlərində olanın isə batil olduğunu anlasınlar.
(66) Sənin qövmün bu Quranın, həqiqətən də, Allah tərəfindən olmasına heç bir şübhə olmadığı bir təqdirdə onu yalan saydı. Ey Peyğəmbər! Onlara de: "Mən sizi qorumağa müvəkkil deyiləm, mən yalnız sizi şiddətli əzab barədə xəbərdar edənəm".
(67) Hər bir xəbərin zamanı çatıb gerçəkləşəcəyi müəyyən vaxtı vardır, bu xəbərlərdən biri də sizin sonunuzun və aqibətinizin necə olacağı xəbəridir. Siz onu Qiyamət günü qəbirlərinizdən dirildiyiniz zaman biləcəksiniz.
(68) Ey Peyğəmbər! Ayələrimizi məsxərəyə qoyan və istehza edən müşrikləri gördüyün zaman, ayələrimizə istehza etməkdən başqa söhbətə keçənə qədər onlardan uzaq dur. Əgər şeytan bunu sənə unutdurub onlarla birgə otursan, xatırladıqdan sonra isə dərhal o məclisi tərk et və həddi aşan kimsələrlə birgə oturma.
(69) Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxan kimsələr, zalımların törətdiklərinə görə azca da olsa məsuliyyət daşımırlar. Mütəqilərə vacib olan, onları etdikləri pis əməllərdən çəkindirməkdir ki, bəlkə Allahdan qorxub, Onun əmrlərinə mültəzim olub, qadağalarından çəkinsinlər.
(70) Ey Peyğəmbər! Dinlərini məsxərəyə qoyub, onu oyun və əyləncə edənləri və dünya həyatının keçici naz-nemətləri ilə aldatdığı müşrikləri tərk et. Ey Peyğəmbər! İnsanlara Quranla öyüd-nəsihət ver ki, heç kəs etdiyi günahlar səbəbindən özünü həlaka sürükləməsin. Allahdan başqa onun, ona yardım edən nə bir hamisi, nə də ki, Qiyamət günü onu Allahın əzabından qoruyan bir havadarı olacaqdır. O, canını Allahın əzabından xilas etmək üçün nə cür fidyə versə də, fidyəsi ondan qəbul olunmayacaq. Onlar qazandıqları günahlar səbəbindən özlərini həlaka sürükləyən kimsələrdir. Kafir olduqlarına görə onlar üçün Qiyamət günü son dərəcədə qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır.
(71) Ey Peyğəmbər, müşriklərə de: "Məgər biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verəməyə qadir olmayan bütlərəmi ibadət edəcəyik?! Allah bizi doğru yola müvəffəq etdikdən sonra, şeytanların azdırıb çaşbaş buraxaraq doğru yola yönəlməyən kimsə kimi iman etdikdən sonra mürtədmi olacağıq?!" Halbuki onun doğru yolda olan mömin dostları onu haqqa çağırdıqda isə o, onların çağırışlarına cavab verməkdən imtina edirdi. Ey Peyğəmbər, onlara de: "Həqiqətən Allahın doğru yolu, doğru haqq yoldur! Allah bizə, pak və uca olan Allaha ibadət edməyi əmr edmişdir. O, aləmlərin Rəbbidir.
(72) Biz kamil şəkildə namaz qılıb, Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qorxmağı əmr etmişdik. Qiyamət günü Allah, qullarının etdikləri əməllərin əvəzini vermək üçün onların hamısı məhz Onun hüzuruna toplanacaqdır.
(73) Göyləri və yeri haqq olaraq xəlq edən Pak və Uca olan Allahdır. Allah: "Ol!"– dediyi gün hər şey olar. Qiyamət günü onlara: "Qalxın" – dedikdə onlarda qalxarlar. Onun sözü haqdır, mütləq baş verəcəkdir buna şübhə ola bilməz. İsrafil ikinci dəfə sura üfürüləcəyi Qiyamət günü hökm yalnız pak və uca olan Allaha məxsus olacaqdır. O, qeybdə və aşkarda nə varsa hamısını biləndir. O, yaratmağında və idarə etməyində hikmət sahibidir.Allah, Ona heç bir şey gizli qalmayan, hər şeydən xəbərdardır. Gizlində olan işlər Onun qatında aşkarda olan kimidir.
(74) Ey Peyğəmbər! Bir zaman İbrahim - aleyhissəlam - müşrik atası Azərə: "Ey Atacan sən bütləri Allahdan başqa ibadət etdiyin məbud qəbul edirsən?! Mən səni və sənin bütlərə tapınan qövmünü, Allahdan başqasına ibadət etdiyinizə görə, açıq-aydın azğınlıq içində olduğunuzu və haqq yoldan azdığınızı görürəm. Pak olan Allah haqq məbuddur. Ondan başqa olan məbudlar isə batildir"– dediyini yadına sal.
(75) Biz, İbrahimə atasının və qövmünün azğınlıqda olduqlarını göstərdiyimiz kimi ona göylərin və geniş yerin mülkünü göstərdik ki, o bu geniş mülklə Allahın təkliyinə və yalnız Onun ibadətə layiq olduğuna dəlil gətirsin və beləliklə də Allahın tək və Onun heç bir şəriki olmadığına yəqinliklə inananlardan olsun. Çünki O hər şeyə qadirdir.
(76) Gecənin zülməti İbrahimi bürüdüyü zaman o, ulduz görüb: "Bu mənim Rəbbimdir!"– dedi. Ulduz yox olduqda isə: "Mən yoxa olanı sevmirəm, çünki həqiqi İlah həmişə mövcuddur və O yoxa olmaz!"– dedi.
(77) İbrahim ayın çıxdığını gördükdə: "Bu mənim Rəbbimdir!"– dedi. Ay yox olduqda isə: "Əgər Rəbbim məni tək Ona ibadət etməyə müvəffəq etməsəydi, mən Onun haqq dinindən uzaq düşənlərdən olardım"– dedi.
(78) O günəşin çıxdığını gördükdə: "Bu çıxan mənim Rəbbimdir, bu ulduzdan və aydan daha böyükdür!"– dedi. O yox olduqda isə dedi: "Ey qövmüm! Həqiqətən, mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam!
(79) Doğrudan da, mən, şirkdən xalis tövhidə meyil edərək, dinimi ixlasla göyləri və yeri misilsiz yaradana etdim. Mən Allahdan başqasına ibadət edən müşriklərdən deyiləm.
(80) Müşrik qövmü onunla pak olan Allahın təkliyi barədə höcətləşib, onu öz bütlərindən qorxuzmağa çalışdılar. İbrahim - aleyhissəlam - onlara dedi: "Siz mənimlə Allahn təkliyi və ibadətdə Onu təkləşdirmək barəsində höcətləşirsiniz? Artıq Rəbbim məni doğru yola yönəltdiyi, mən sizin bütlərinizdən qorxmuram, çünki onlar Allahın istədiyindən başqa mənə zərər və ya fayda verməyə qadir deyillər, Allah nə istəsə o, olur. Hər bir şeyin elmi Allah qatındadır, yerdə və göydə Ona heç bir şey gizli qalmaz. Ey Qövmüm! Məgər Allaha qarşı küfr edib, Ona şərik qoşduğunuzu düşünüb, tək Ona iman gətirməyəcəksinizmi?!"
(81) Siz, Allahın sizə, haqqında heç bir dəlil nazil etmədiyi Allahın yaratdıqlarını Ona şərik qoşmaqdan qorxmursunuzsa, mən sizin şərik qoşduğunuz bütlərdən niyə qorxmalıyam?! Əgər bilirsinizsə, deyin görüm bu iki dəstədən: tövhid əhli olan dəstə, yoxsa müşriklər olan dəstə - bunlardan hansı biri əmin-amanlıqda olmağa daha haqlıdır, elə ona da tabe olun?! Şübhə yoxdur ki, əmin-amanlıqda olmağa daha haqlı olan dəstə, tövhid əhi olan möminlərin dəstəsidir.
(82) Allaha iman gətirib, Onun şəriətinə tabe olub sonra imanlarına şirk qarışdırmayanları əmin-amanlıq gözləyir. Bu, başqaları üçün deyil, yalnız onlara aiddir. Rəbbi onları doğru yola yönəltdiyi üçün məhz Onlar Allahın müvəffəq etdiyi insanlardır.
(83) Uca Allahın: (Əgər bilirsinizsə, deyin görək bu iki dəstədən hansı (qiyamət əzabından) əmin olmağa daha layiqdir?) sözü, İbrahimin - aleyhissəlam - öz qövmünə qələbə çalıb və onların dəlillərini batil etdiyi dəlildir. Bu, Bizim dəlillərimizdir, biz İbrahimin - aleyhissəlam - öz qövmü ilə mübahisə etmək üçün onu bu dəlilə müvəffəq edib ona verdik. Biz istədiyimiz qulumuzun dünyada və axirətdə dərəcələrini ucaldarıq. Ey Peyğəmbər! Şübhəsiz ki, sənin Rəbbin yaratmaqda, idarə etməkdə hikmət sahibidir və qullarından xəbərdardır.
(84) Biz İbrahimi oğlu İshaq və nəvəsi Yaqubla ruziləndirdik. Onların hər ikisini doğru yola müvəffəq etdik. Onlardan əvvəl Nuhu da doğru yola müvəffəq etmişdik. Biz Nuhun nəslindən olan Davudu və onun oğlu Süleymanı, Əyyubu, Yusifu, Musanı və onun qardaşı Harunu - aleyhimussəlam - da haqq yoluna müvəffəq etmişdik. Biz Peyğəmbərlərə etdikləri yaxşı əməllərinə görə bu mükafatı bəxş etdiyimiz kimi onlardan başqa yaxşı əməl sahiblərini də etdikləri yaxşı əməllərinə görə belə mükafatlandırırıq.
(85) Biz həmçinin Zəkəriyyani, Yəhyani, Məryəm oğlu İsanı və İlyası - aleyhimussəlam - bunların hər birini müvəffəq etdik. Bunların hamısı Allahın insanlara elçi olaraq seçib göndərdiyi əməlisaleh peyğəmbərlərdən idilər.
(86) Biz İsmaili, Əlyəsəni, Yunusu və Lutu - aleyhimussəlam - da hər birini müvəffəq etdik. Biz bu peyğəmbərlərin hamısını başqa Muhəmməd peyğəmbər - sallallahu aleyhi və səlləm - olmaqla onları aləmlərdən üstün etdik.
(87) Biz onların atalarını, övladlarını və qardaşlarının bəzilərini istədiyimiz şeylərə müvəffəq etdik. Biz onları seçdik və Allahın təkliyinə və Onun itaətinə aparan doğru-düzün yola yönəltdik.
(88) Onların nail olduqları müvəffəqiyyət, bu, Allahın qullarından istədiyinə bəxş etdiyi müvəffəqiyyətdir. Əgər onlar Allaha başqasını şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər batil olardı, çünki Allaha şərik qoşmaq saleh əməli batil edir.
(89) Bu adları çəkilən peyğəmbərlər, Biz onlara kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslrdir. Əgər sənin qövmün peyğəmbərlərə verdiyimiz bu üç şeyi inkar edirlərsə, Biz onları inkar etməyən, əksinə, bunlara iman edib və bunlardan möhkəm yapışan başqa bir qövm təyin edib hazırlamışıq. Bu kimsələr qiyamət gününədək onların yolunu tutub gedən mühacir və ənsarlardır.
(90) O peyğəmbərlər və onlarla birgə atalarının, övladlarının və qardaşlarının adları çəkilənlər, həqiqətən də, doğru yolda olan kimsələrdir. Sən də onlara tabe ol və onların ardınca get. Ey Peyğəmbər! Öz qövmünə de: "Mən bu Quranı sizə təbliğ etdiyimə görə sizdən heç bir mükafat istəmirəm. Bu Quran insan və cinləri doğru yola yönəltmək üçün aləmlərə görə yalnız bir öyüd-nəsihətdir".
(91) Müşriklər, Muhəmməd peyğəmbərə - sallallahu aleyhi və səlləm: "Allah insana vəhydən heç bir şey nazil etməmişdir"– dedikləri zaman Allahı layiqincə təzim etmədilər. Ey Peyğəmbər! Onlara de: "Tövratı qövmü üçün nur, hidayət və doğru yolu göstərən rəhbər olaraq Musaya kim nazil etmişdir? Yəhudilər Tövratı dəftərlərə yazıb öz nəfslərinə müvafiq gələni insanlara göstərir və Peyğəmbərin - sallallahu aleyhi və səlləm - vəsf olunması kimi nəfslərinə müxalif olanları isə gizlədirlər. Ey ərəblər! Axı, sizin də, əcdadınızın da bundan əvvəl Qurandan bilmədiyiniz şeylər sizə öyrədilmişdir". Ey Peyğəmbər! Onlara: "Onu Allah nazil etmişdir!"- de, sonra da əcəl onları haqlayanadək onları öz cahillikləri və azğınlıqları içində - dini məsxərəyə qoyub istehza etdikləri halda tərk et.
(92) Ey Peyğəmbər! Bu Quran, Məkkə əhalisinin, habelə yer üzünün məşriqində və məğribində yaşayan insanların doğru yola yönəlməsi üçün sənə nazil etdiyimiz, özündən əvvəl nazil edilmiş səmavi kitabları təsdiq edən mübarək bir Kitabdır. Axirət həyatına iman gətirənlər bu Qurana iman gətirir, içində buyurulanlara əməl edir və namazlarının rükunlarını, fərzlərini və müstəhəblərini şəriətin müəyyən etdiyi vaxtlarda yerinə yetirərək qoruyub saxlayarlar.
(93) Allaha qarşı yalan uyduraraq: "Allah heç bir bəşərə bir şey nazil etməmişdir", yaxud Allah ona vəhy nazil etmədiyi bir halda yalandan: "Allah mənə də vəhy etmişdir"– söyləyəndən və yaxud: "Mən də Allahın Qurandan nazil etdiyinin bənzərini endirəcəyəm"– deyəndən daha zalım kimsə ola bilməz. Ey Peyğəmbər! O zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini onlara tərəf uzadıb onlara əzab verərək və onları vuraraq: "Canlarınızı çıxarın, biz onları götürəcəyik! Allaha qarşı yalan sözlər söylədiyinizə, peyğəmbərlik və vəhyin nazil olması idda etdiyinizə, Allahın nazil etdiyinin bənzərini nazil etməyə qadir olduğunuza və Onun ayələrinə iman etməkdən təkəbbür göstərdiyinizə görə bu gün siz alçaldıcı və zəlil edici əzabla cəzalandırılacaqsınız!"– dediklərini görsəydin sən çox dəhşətli bir hal görərdin.
(94) Qəbirlərdən diriləcəyi gün onlara: "Bu gün hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi ayaqyalın, lüt-üryan, sünnət olunmamış, mal-dövlətiniz və başçılıq etməyiniz əlinizdən çıxmış bir halda, tək-tənha, həm də sizə verdiyimiz nemətləri özünüz də istəmədən dünya həyatında arxanızda qoyub gəldiniz. Bu gün öz aranızda Allaha vasitəçilər saydığınız ilahlarınızı yanınızda görmürük. Halbuki siz onların ibadətə layiq olmaları barədə Allahın şərikləri olduqlarını iddia edirdiniz. Artıq onlarla sizin aranızda olan əlaqə qırılmış, onların Allahın şərikləri və sizə şəfaətçilər olacaqları iddianız isə sizdən uzaqlaşmışdır"– deyiləcəkdir.
(95) Toxumu yarıb oradan bitki çıxardan, çəyirdəkdən xurma, üzün və s. ağaclar çıxardan, insan və heyvanları nütfədən xəlq edərək ölüdən diri çıxardan, insandan nütfə, toyuqdan isə yumurta çıxardaraq diridən də ölü çıxardan, məhz tək olan Allahdır. Bütün bunları edən sizin xaliqiniz olan Allahdır! Ey müşriklər! Siz Allahın misilsiz yaratdıqlarına şahid olduqdan sonra necə də haqdan döndərilirsiniz!
(96) Gecənin zülmətindən səhərin nurunu yarıb çıxardan da, gecəni insanların gündüz ikən ruzi axtarıb yorulduqdan sonra dincəlmək üçün istirahət vaxtı edən də, günəşi və ayı müəyyən hesabla hərəkət edən vaxt ölçüsü edən də, pak və uca olan Allahdır. Bu deyilən misilsiz yaradılış, məğlub edilməz və qulları üçün nəyin daha xeyirli olduğunu bilən qüdrətli Allahın əzəldən müəyyən etdiyi hökmdür.
(97) Ey Adəm övladı! Siz səfərdə ikən quruda və ya dənizdə olan zaman yolu azdıqda yolu tapa biləsiniz deyə sizin üçün səmada ulduzları yaradan pak və uca olan Allahdır. Artıq Biz, qüdrətimizə dəlalət edən dəlilləri, bu dəlillərdən düşünüb faydalana bilən kimsələrə izah etdik.
(98) Sizi tək bir candan, atanız Adəmdən yaradan pak və uca olan Allahdır. Allah sizin yaradılışınıza atanızı torpaqdan yaradaraq başlamışdır. Sonra isə sizi ondan yaratmışdır. Allah sizin üçün analarınızın bətinləri kimi qərar tutacağınız və atalarınızın belləri kimi əmanət saxlandığınız bir yer yaratmışdır. Artıq Biz ayələri Allahın kəlamını anlayan bir qövmə izah etdik.
(99) Səmadan su - yağış suyu endirən pak və uca olan Allahdır. Biz bu yağış suyu ilə hər bir bitki növündən yetişdirir, o bitkilərdən əkin və yaşıl ağac bitirir, onlardan da sünbülün üzərində olduğu kimi üst-üstə düzülmüş toxumlar çıxarırıq. Xurma ağacının tumurcuqlarından, ayaqda duran və ya oturan adamın dərə biləcəyi salxımlar yetişdirir. Biz, həmçinin, üzüm talvarları, yarpaqları bir-birinə bənzəyən və meyvəsi isə bir-birinə bənzəməyən zeytun və nar ağacları da yetişdiririk. Ey İnsanlar! Ağac ilk dəfə bar verdiyi və meyvəsinin yetişdiyi zaman onların meyvəsinə baxın. Ey İnsanlar! Şübhəsiz ki, bunlarda Allaha iman gətirən kimsələr üçün Allahın qüdrətinə dəlalət edən açıq-aydın dəlillər vardır. Məhz onlardır bu dəlillərdən faydalanan kimsələr.
(100) Müşriklər cinlərin fayda və zərər verə biləcəklərini etiqad etdikləri zaman, onları Allaha ibadətdə şərik qəbul etdilər. Halbuki onları da, Allahdan başqası yox, məhz Allah yaratmışdır. Elə buna görə də yalnız Allah, ibadət olunmağa layiqdir. Yəhudilər Üzeyirin, nəsranilər isə İsanın Allahın oğlu olduğunu, müşriklər də mələklərin Allahın qızları olduğunu iddia etdilər. Allah batil əhlinin vəsf etdikləri sifətlərdən uzaqdır və ucadır.
(101) Göyləri və yeri misilsiz yaradan pak və uca olan Allahdır. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər?! O, hər şeyi yaratmışdır. O, hər şeyi bilir və Ona heç bir şey gizli qalmaz.
(102) Ey İnsanlar! Bu sifətlərlə vəsf olunan sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan haqq məbud yoxdur. O, hər şeyin Yaradıcısıdır. Elə isə siz tək Ona ibadət edin, çünki O, ibadətə layiq olan və hər bir şeyi Qoruyandır.
(103) Gözlər Onu əhatə edə bilməz. Pak olan Allah isə gözləri dərk edib və o gözləri əhatə edə bilər. O, əməlisaleh qullarına qarşı lütfkardır və onların hər bir işindən xəbərdardır.
(104) Ey İnsanlar! Artıq Rəbbinizdən sizə açıq-aydın dəlillər gəlmişdir. Kim bu dəlillərə tabe olub boyun əyərsə, xeyri onun özünə, kim də bunları görməkdən kor olub, tabeçilik göstərməyib boyun əyməsə, bunun zərəri yalnız öz əleyhinə olar. Mən sizin üstünüzdə, əməllərinizi haqq-hesab edən gözətçi deyiləm. Mən yalnız Rəbbimdən olan bir elçiyəm. Sizin üzərinizdə gözətçi isə Allahdır.
(105) Biz Allahın qüdrətinə dəlalət edən dəlilləri növbənöv etdiyimiz kimi, Cənnət, Cəhənnəm və öyüd-nəsihət barədə olan ayələrimizi də növbənöv etmişik. Müşriklər: "Bu, vəhy deyildir, sən bunu özündən əvvəlki Kitab əhlindən dərs almısan"– deyəcəklər. Biz bu ayələri Muhəmmədin - səllallahu aleyhi və səlləm - ümmətindən olan möminlər üçün növbənöv etməklə insanlara haqqı bəyan edirik. Çünki haqqı qəbul edib, ona tabe olanlar məhz elə onlardır.
(106) Ey Peyğəmbər! Rəbbin sənə haqqdan vəhy etdiyinə tabe ol! O pak Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Qəlbini kairlərlər və onların sənə qarşı inadkarlıq etmələri ilə məşğul etmə. Onların işi Allaha aiddir.
(107) Əgər Allah kiminsə ona şərik qoşmamasını istəsəydi, bu zaman heç kəs ona şərik qoşa bilməzdi. Ey Peyğəmbər! Biz səni onların üstündə, onların əməllərini haqq-hesab edən gözətçi qoymamışıq və sən onların qəyyumu da deyilsən, sən yalnız bir elçisən, sənin öhdənə düşən isə təbliğ etməkdir.
(108) Ey Möminlər! Müşriklərin Allahdan başqalarına ibadət etdikləri bütlər ən həqir şeylərə və söyüşə layiq olsalar belə, müşriklərin Allaha qarşı cahillik edib Onu söyməsinlər deyə, siz onların bütlərini söyməyin. Onlara öz azğınlıqlarını gözəlləşdirdiyimiz kimi, biz hər bir ümmətə öz əməllərini xeyir və şər olmasından aslı olmayaraq beləcə gözəlləşdirdik. Onlar isə özlərinə gözəlləşdirdiyimiz əməlləri etdilər. Qiyamət günü isə onların dönüşü öz Rəbbinə olacaq, O da nə onların dünyada ikən etdikləri əməlləri bildirəcək və hər bir kəsin əməlinin əvəzini verəcəkdir.
(109) Müşriklər bacardıqları ən möhkəm andlarla Allaha and içdilər ki, əgər Muhəmməd - səllallahu aleyhi və səlləm - onların təklif etdikləri ayələrdən hər hansı birini gəlsə, mütləq ona inanacaqlar. Ey Peyğəmbər! Onlara de: "Tələb etdiyiniz ayələr məndə deyil ki, onları sizin üçün nazil edim. Onlar Allahın yanındadır və istədiyi vaxt nazil edir". Ey Möminlər! Siz haradan biləsiniz ki, əgər bu ayələr onların tələbinə uygun olaraq gəldikdə onlar yenə də iman gətirməyəcəklər. Əksinə, yenə də öz inadkarlığında qalıb, inkar edəcəklər, çünki onlar haqq yolunu istəmirlər.
(110) Biz onların ürəklərini və gözlərini ilk dəfə inadkarlıqları üzündən Qurana iman etməyə mane olduğumuz kimi haqqa yönəlməyə də mane olub tərsinə çevirər və onları öz azğınlıqları və günahları ilə birgə Allaha qarşı çaşqınlıq içərisində dolaşan bir halda buraxarıq.
(111) Əgər Biz onların tələblərinə cavab olaraq istədiklərini yerinə yetirib mələkləri onlara göndərsəydik və özləridə buna şahid olsaydılar, ölülər də onlarla danışıb sənin onlara gətirdiyin dinin doğru olduğunu onlara xəbər versəydilər və tələb etdikləri hər şeyi onların qarşısına toplayıb öz gözləri ilə görsəydilər, Allah onlardan kimi doğru yola yönəltmək istədikləri müstəsna olmaqla, onlar sənin gətirdiyin dinə yenə də iman gətirməzdilər. Lakin onların çoxu bunudan cahildir və Allah onları doğru yola müvəffəq etmək üçün Allaha sığınmazlar.
(112) Biz səni, müşriklərin sənə qarşı düşmənçilik etməklə sınaqa çəkdiyimiz kimi, səndən əvvəlki peyğəmbərlərin də hər birinə azğın insanlar və cinlərdən düşmən təyin etdik. Onlar biri-birini aldatmaq məqsədilə bir-birlərinə vəsvəsə edərək batili gözəl göstərirlər. Əgər Allah istəməsəydi, onlar bunu heç vaxt edə bilməzdilər. Lakin Allah onları sınaqa çəkmək üçün belə olmasını istədi. Onları uydurduqları küfür və batil əməlləri ilə birlikdə tərk et və onlara fikir vermə.
(113) Bu, axirətə inanmayanların ürəkləri bir-birinə vəsvəsə etdikləri işlərə meyl etməsi, bunu qəbul edib, buna razı qalıb və etdikləri pis və günah əməlləri bir daha etmələri üçündür.
(114) Ey Peyğəmbər! Allahla yanaşı qeyrisinə ibadət edən müşriklərə de: "Allah Quranı sizə hər bir şeyin təfərrüatı ilə nazil etdiyi halda, mənin sizinlə öz aramda Allahdan başqasını hakim qəbul etməyim sizcə ağıla batandırmı?" Özlərinə Tövrat verdiyimiz yəhudilər və özlərinə İncil verdiyimiz nəsranilər öz kitablarındakı dəlilləri gördkdən sonra, Quranın sənə haqq olaraq nazil edildiyini bilirlər. Odur ki, sənə nazil etdiyimiz ayələr barədə şübhə edənlərdən olma.
(115) Quranda deyilən sözlərin və verilən xəbərlərin düzgünlüyünə şübhə ola bilməz. Heç kəs Onun kəlmələrini dəyişəyi bacarmaz. O, qularının dediklərini eşidəndir, onların halından xəbərdardır və Ona heç bir şey gizli qalmaz. Onun kəlmələrini dəyişməyə səy göstərənlərin cəzasını Allah verəcəkdir.
(116) Ey Peyğəmbər! Əgər sən yer üzündə olan insanların əksəriyyətinə itaət etsən, onlar səni Allahın dinindən azdırarlar. Allahın qoyduğu qanundan aydın olur ki, haqqa tabe olanlar, daim az insanlardır. Çünki insanların əksəriyyəti yalnız heç bir əsası olmayan zənnə qapılır və öz ibadət etdikləri ilahların onları Allaha yaxınlaşdırdıqlarını zənn edirlər və onlar bunu da yalandan uydururlar.
(117) Ey Peyğəmbər! Şübhəsiz ki, Rəbbin insanlardan Onun yolundan azanları və Onun yola yönələnləri daha yaxşı tanıyır və bu işdə Allaha heç bir şey gizli qalmaz.
(118) Ey İnsanlar! Əgər siz açıq-aydın dəlillər vasitəsi ilə həqiqətən də Allaha iman gətirmişsinizsə elə isə heyvan kəsildiyi zaman üstündə Allahın adı çəkilmiş – "bismilləh" deyilib kəsilmiş heyvanlardan yeyin.
(119) Ey Möminlər! Allah, – zərurət, qadağan olunan şeyləri halallaşdırır, qaydasına əsasən, məcburiyyət qarşısında zərurətdən yeyəcəyiniz şeylər istisna olmaqla – tərk etməniz vacib olan haram buyurulanları sizə bildirdiyi halda, üstündə Allahın adı çəkilənlərdən yeməyə sizə mane olan nədir? Şübhəsiz ki, müşriklərin əksəriyyəti cahilliklərinə görə yalnış düşüncələri səbəbindən, Allahın haram etdiyi ölmüş heyvanı və s. haramları halal edirlər və Allahın halal etdiyi bəhirəni (bu, müəyyən say bala verdikdən sonra qulaqları kəsilən dişi dəvədir), saibəni (bu, müəyyən yaşa çatdıqdan sonra bütləri üçün nəzir edilən dişi dəvədir), vəsiləni (bu, dişi dəvə doğduqdan sonra ardınca daha bir dişi dəvə doğan dişi dəvədir) və hamı (bu da, belindən bir necə sayda dəvə doğulan erkək dəvədir) və s. heyvanları haram edərək özlərinə tabe olanları doğru yoldan uzaqlaşdırırlar. Ey Peyğəmbər! Həqiqətən, sənin Rəbbin, Allahın hədlərini aşanları yaxşı tanıyır və onlar hədlərini aşdıqlarına görə Allah onların cəzalarını verəcəkdir.
(120) Ey İnsanlar! Aşkarda da, gizlində də günah etməkdən əl çəkin! Şübhəsiz ki, gizlində yaxud aşkar günah edənləri, Allah, etdikləri əməllərə görə cəzalandıracaqdır.
(121) Ey Müsəlmanlar! Üstündə Allahdan qeyrisinin adı çəkilib və ya çəkilməməsindən aslı olmayaraq, Allahın adı çəkilməmiş – "bismilləh" deyilib kəsilməmiş heyvanların ətindən yeməyin. Çünki bu cür kəsilmiş heyvanın ətindən yemək, Allaha itaətdən çıxıb asiliyə meyl etməkdir. Həqiqətən, şeytanlar öz dostlarının qəlbinə şübhə salaraq ölmüş heyvan ətindən yemək barədə sizinlə mübahisə etmək üçün onlara vəsvəsə edirlər. Ey Müsəlmanlar! Əgər onların ölmüş heyvanın halal olması barədə qəlbinizə şübhə saldıqları şeydə onlara itaət etsəniz, sözsüz ki, siz və onlar Allaha şərik qoşmaqda eyni səviyyədə olarsınız.
(122) Məgər Allah onu doğru yola yönəltməzdən əvvəl küfr, cəhalət və günahlar içərisinidə ölü ikən imana, elmə və itaətə yönəldərək diriltdiyimiz şəxs zülmətlər, küfür, cəhalət və günahlar içində qalıb, yolunu azmış, qaranlıqlar onu hər təfəfdən bürüyüb oradan çıxa bilməyən kimsə ilə eyni səviyyədə ola bilərmi?! Müşriklərə Allaha şərik qoşmağı, ölmüş heyvan ətindən yeməyi, batilə görə mübahisə etməyi gözəlləşdirildiyimiz kimi kafirlərə də qiyamət günü ağrıdıcı əzab verməyimiz üçün onlara etdikləri günah əməlləri beləcə gözəlləşdirildi.
(123) Məkkədə müşriklərin başçıları insanları Allah yolundan döndərdikləri kimi, biz, hər bir diyarda şeytanın yoluna dəvətdə, elçilərə və onlara tabe olanlarla müharibə aparmaqda hiyləgər və məkrli əməllərini əsirgəməyən başçlar təyin etdik. Həqiqətdə isə onların etdikləri hiylə və məkrli əməllər ancaq elə özlərinə qayıtdı. Lakin onlar cahillikləri üzündən və həmçinin nəfslərinə tabe olduqlarına görə bunu hiss etmirlər.
(124) Kafirlərin başçılarına Allah Öz peyğəmbərinə nazil etdiyi ayələrdən hər hansı bir ayə gəldikdə: "Allah elçilərinə peyğəmbərlik və risalə verdiyinin bənzərini bizə də verməyincə biz iman gətirməyəcəyik"– dedilər. Allahda onlara risalətin kimə verəcəyini və bunun məşəqqətinə kimin tab gətirə biləcəyini daha yaxşı bilib, peyğəmbərlik və risalə üçün müəyyən qullarından seçdiyini xəbər verərək cavab verdi. Həddlərini aşanlar haqqdan üz çevirdiklərinə görə zəlilliyə və alçağlıqa düçar olacaqlar, məkrli əməllərininə görə isə şiddətli əzab çəkəcəklər.
(125) Allah kimi doğru yola müvəffəq etmək istəsə, onun köksünü İslamı qəbul etməsi üçün açar, kimi də rəzil edib, doğru yola müvəffəq etmək istəməsə, onun köksünü haqqı qəbul etməkdən daraldar və sıxıntılı edər, belə ki, öz ixtiyarı ilə göyə çıxmaqa aciz qaldığı kimi, haqq da onun qəlbinə daxil olmaqa aciz qalar. Allah azğın kimsələrin halını belə bir dar və sıxıntılı hal etdiyi kimi, eləcədə əzabı iman gətirməyən kimsələrə edəcəkdir.
(126) Ey Peyğəmbər! Sənə göndərdiyimiz bu din, Allahın heç bir əyrilik olmayan doğru yoludur. Artıq Biz ayələri Allah barədə düşünüb dərk edən kimsə üçün izah etdik.
(127) Onlar üçün hər bir qəm-qüssədən salamat bir ev, Cənnət evi vardır. Allah onların gördükləri yaxşı işlərə görə onların yardımçısı, mövlasıdır.
(128) Ey Peyğəmbər! Allah insanları və cinləri bir yerə toplayacağı gün onlara: "Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu azdırdınız və Allahın yolundan döndərdiniz"- deyəcəyini yadına sal. İnsanlardan onlara tabe olanlar isə Rəbbinə cavab olaraq deyəcəklər: "Ey Rəbbimiz! Bizdən hər biri digərimizdən faydalandıq. Cinlər insanların onlara itaət etməsindən ləzzət aldı, insanlar isə cinlərin onlara xidmət edib istədiklərini etdiklərinə görə cinlərdən fafdalandılar və sonda bizim üçün müəyyən etdiyin vaxta, qiyamət gününə gəlib çatdıq". Allah deyəcək: "Qəbirlərindən dirilib Cəhənnəmə varid olma arasındakı Allahın istədiyi müddət müstəsna olmaqla od sizin əbədi qalacağınız yerdir". Allah yalnız bu müddət ərzində onların odda əbədi qalmayacaqlarını müstəsna etmişdir. Ey Peyğəmbər! Həqiqətən, Rəbbin hər şeyin müqəddəratını müəyyən etmək və işləri idarə etmək xüsusunda hikmət sahibidir, qullarından xəbərdardır və onlardan kimin əzaba layiq olduğunu biləndir.
(129) Biz bəzi azğın cinləri bəzi insanları azdırmaq üçün onların üzərində hökrman etdiyimiz kimi, qazandıqları günahların cəzası olaraq hər bir zalıma onu şər işlər görməyə təhrik edən və xeyir əməllərdən çəkindirən bir zalım təyin edərik.
(130) Biz Qiyamət günü onlara deyəcəyik: "Ey insan və cin tayfası! Məgər sizə öz nəslinizdən - insan növündən olan - Allahın özlərinə nazil etdiyi ayələri sizə xəbər verən və bu gününüzlə, Qiyamət günü ilə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edib, qorxudan elçilər gəlmədimi?" Onlar deyəcəklər: "Əlbətdə gəldi. Bu gün biz, Sənin elçilərin bizi xəbərdar etdiklərinə görə öz əleyhimizə şahidlik edirik, biz bu gün qarşılaşacağımıza şahid olduq, lakin biz bundan əvvəl bizə göndərilən elçiləri və bu gün qarşılaşacağımızı yalan hesab etdik!" Onları dünya həyatının bər-bəzəyi və keçici naz-nemətləri aldatdı və onlar dünya həyatında Allah və Onun elçilərinə kafir olduqları barədə özlərinə qarşı şahidlik etdilər. Amma vaxt bitdiyinə görə onların öz əleyhinə şahidlik etməsi və iman gətirmələri onlara heç bir fayda vermədi.
(131) Heç bir kimsəyə elçilər göndərilmədən və ona dəvət çatmadan öncə etdiyi günaha görə əzab verilməməsi üçün insan və cinlərə xəbərdarlıq edən elçilər göndərdik. Biz hər hansı bir ümmətə elçilər göndərmədən öncə onlara əzab vermərik.
(132) Onların hər birinin etdiyi əməllərə görə dərəcələri vardır. Yaxşı əməllər edənlərin savabı eyni səviyyədə olmadığı kimi, şər əməlləri çox olanla az olan da eyni səviyyədə ola bilməz. Rəbbin onların etdiklərindən qafil deyildir. Əksinə, onların nə etdiklərindən xəbərdardır. Ona heç bir şey gizli qalmaz və Allah onlara etdikləri əməllərin əvəzini verəcəkdir.
(133) Ey Peyğəmbər! Rəbbin Öz qullarına möhtac deyil - Allahın nə qullarına, nə də onların ibadətinə ehtiyacı var. Onların Allaha küfr etməsi Ona zərər verməz. Allahın qullarına ehtiyacı olmasa da, O, qullarına qarşı rəhmlidir. Ey Günahkar insanlar! Allah sizi və sizdən əvvəliki başqa bir qövmün nəslindən yaratdığı kimi, əgər Allah sizi məhv etmək istəsə sizə əzab göndərib məhv edərdi və sizi məhv etdikdən sonra Allaha iman gətirib və Ona itaət edən istədiyi bir qövmün yaratardı.
(134) Ey Kafirlər! Şübhə yoxdur ki, sizə vəd olunan - qəbirlərdən dirilib çıxma, haqq-hesab və əzab günü mütləq gələcəkdir. Siz ondan qaçıb yaxa qurtara bilməyəcəksiniz. O, sizin kəkillərinizdən tutaraq sizə Öz əzabını dadıracaqdır.
(135) Ey Peyğəmbər! De: "Ey qövmüm! Elə olduğunuz kimi küfr və azğınlığınıza davam edin. Artıq mən sizə haqqı açıq-aydın dəlillərlə bəyan edərək sizi xəbərdar etim. Bundan sonra sizin küfür etməniz və zəlalətdə olmanız məni maraqlandırmaz. Mən isə bundan sonra da elə olduğum haqq üzərində sabit qalacam. Siz Allahın dünyada kimə yardım etdiyini, yer üzünə kimin varis olduğunu və axirət yurdunun kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, müşriklər nə dünyada nə də axirətdə nicat taparlar. Onlar dünyada nə qədər dünya nemətlərindən ləzzət alsalarda, axirətdə isə aqibətləri xüsrana düçar olmaqdır".
(136) Müşriklər Allahın yaratdığı əkindən və mal-qaradan Allah üçün pay ayırmaqı özlərindən icad edib və bunun Allah aid olduğunu, başqa bir payda ayıraraq onunda isə bütlərinə aid olduğunu iddia etdilər. Şərikləri üçün ayırdıqları pay fəqirlər və miskinlər kimi Allah üçün olan yerlərə çatmaz, Allah üçün ayırdıqları pay isə Allaha şərik qoşduqları bütlərə çatar. Onların pay bölgüsü barədə verdikləri hökm necə də pisdir!
(137) Allahın haqsız yerə qətlə yetirməyi haram etdiyi canı qətlə yetirərək həlaka sürüklənmələri və dinlərinə qarmaqarışıqlıq salıb nəyin icazəli və nəyin də qadağan olduğunu bilməmələri məqsədi ilə şeytan müşriklərə bu zalım hökmü gözəl göstərdiyi kimi, müşriklərin bir çoxuna şeytanlardan olan şərikləri yoxsuzluq qorxusundan uşaqlarını öldürməyi də gözəl göstərdi. Əgər Allah bunun etməmələrini istəsəydi, onlar bunu heç vaxt edə bilməzdilər. Lakin Allah bunun böyük bir hikmət üçün belə olmasını istədi. Ey Peyğəmbər! Elə isə müşrikləri Allah adından uydurub yalan danışanlar ilə birlikdə tərk et. Çünki bu sənə zərər verə bilməz. Onları Allaha burax.
(138) Müşrəklər dedilər: "Bu mal-qara və əkinlər haramdır. Onlar öz iddialarına və iftiralarına əsasən, bunları bizim istədiklərimiz bütlərə xidmət edən kişilərdən başqa kiminsə yeməsi qadağandır. Bu mal-qaranın bəzisinin minilməsi haram edilmiş, minilməyən və üzərində yük daşınılmayan heyvanlardır. Bunlar: Bəhira, saibə və hami heyvanlarıdır. Bu heyvanları da kəsərkən üstündə Allahın adını çəkərək deyil, yalnız bütlərinin adını çəkərək kəsirlər. Onlar bunların hamısını yalandan Allaha iftira ataraq bunun Allahdan olduğunu iddia edirlər. Allahda onları atdıqları bu iftiralarına görə cəzalandıracaqdır.
(139) Onlar: "Bu saibə və bəhirə heyvanlarının qarınlarındakı balalar diri doğulduğu təqdirdə kişilərimizə halal, qadınlarımıza isə haramdır, əgər o balalar ölü doğularsa, kişilərimiz və qadınlarımız ona şərikdirlər"– deyirlər. Allah onları bu sözlərinə görə onlara layiqli cəza verəcəkdir. Həqiqətən, Allah, şəri hökmlərində, işlərində, qullarının idarə etməkdə hikmət sahibidir və qullarından xəbərdardır.
(140) Ağılsızlıqları və cahillikləri üzündən öz övladlarını öldürən və Allaha iftira ataraq Allahın onlara ruzi olaraq verdiyi heyvanları haram edənlər həlak oldular. Onlar doğru yoldan azdılar və bu yola yönəlmədilər.
(141) Yer üzünə sərilmiş, talvar üzərində olan və talvarsız öz gövdəsi üzərində duran bostanları, dadları və zahiri görünüşü müxtəlif meyvəli xurma və dənli bitkiləri, yarpaqları bir-birinə bənzəyən, dadları isə bir-birindən fərqli olan zeytunu və narı yaradan pak olan Allahdır. Ey İnsanlar! Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü onun zəkatını verin, lakin yedikdə və xərclədikdə şəri hüdudları aşmayın. Allah bu və digər işlərdə Onun hüdudlarını aşanları sevməz, əksinə belə kimsələrə qəzəblənər. Bunların hamısını yaradan, bu nemətləri qullarına halal edən Allahdır. Müşriklərin bunları haram etməyə heç bir haqqı yoxdur.
(142) Böyük dəvə kimi üstündə yük daşımaqa yararlı olan və kiçik dəvə yaxud qoyun kimi üstündə yük daşımağa yararlı olmayan heyvanları da sizin üçün yaradan Odur. Ey İnsanlar! Allahın sizə halal etdiyi bu ruzilərdən yeyin, müşriklərin etdiyi kimi, Allahın haram etdiyini halal və halal etdiyini isə haram edərək şeytanın addım izləri ilə getməyin! Ey İnsanlar! Şübhəsiz ki, şeytan, sizdən Allaha asi olmanızı istəyən, ədavəti sizə açıq-aşkar olan düşməninizdir.
(143) Allah sizin üçün heyvanları səkkiz cift yaratdı: erkək və dişi olmaqla qoyundan ikisini və keçidən ikisini. Ey Peyğəmbər! Müşriklərə de: "Məğər Uca Allah iki erkəyi sadəcə olaraq erkək olduğuna görə haram etdi?" Əgər onlar: "Bəli"– desələr, onlara de: "Siz nə üçün dişi heyvanları haram edirsiniz?! Yoxsa Allah iki dişi heyvanı sadəcə olaraq dişi olduğuna görə haram etdi?!" Əgər onlar: "Bəli" – desələr, onlara de: "Siz nə üçün erkək heyvanları haram edirsiniz?! Yoxsa Allah qarnında balası olan iki dişinin qarnındakı balaları səbəbindən haram etdi?!" Əgər onlar: "Bəli" – desələr, onlara de: "Qarnında bala olan heyvanların bəzən erkəyini bəzəndə isə dişisini haram edərək bu hevyanların arasında nə üçün fərq qoruyursunuz? Ey Müşriklər! Bunların haram olmasının Allah tərəfindən olduğu iddanızda doğru danışanlarsınızsa, elə isə düzgün elmə əsaslanıb bu haqda mənə xəbər verin".
(144) Səkkiz növ heyvandan qalanları isə bunlardır: Dəvədən iki ədəd, inəkdən iki ədəd. Ey Peyğəmbər! Müşriklərə de: "Yoxsa Allah bunları erkək, yaxud dişi olduğuna görəmi haram etdi, yoxsa dişinin qarnındakı balaları?! Ey Müşriklər! Yoxsa iddia etdiyiniz kimi bu heyvanlardan haram etdiyinizin haramlığını Allah sizə tövsiyə etdiyi zaman siz buna şahid idiniz?" Heç bir elmə əsaslanmadan insanları doğru yoldan azdırmaq məqsədi ilə Allahın haram etmədiyini Onun haram etdiyini iddia edərək Allaha qarşı yalan uyduran kimsədən daha zalım və daha böyük günah sahibi kim ola bilər? Şübhəsiz ki, Allah zalımları Allaha qarşı yalan uydurduqlarına görə doğru yola müvəffəq etməz.
(145) Ey Peyğəmbər! De: "Allahın mənə etdiyi vəhylər içərisində kəsilmədən ölmüş heyvan yaxud axar qan, yaxud murdar, haram sayılan donuz əti, yaxud bütlər üçün kəsilən heyvanlar kimi Allahdan başqasının adı ilə kəsilmiş heyvanlardan başqa, hər hansı bir şəyin haram olduğunu görmürəm". Hər kəs aclıq üzündən bu yeməkdən ləzzət almaq məqsədi ilə deyil və zərurət həddini aşmadan bu haramlardan yeməyə məcbur qalarsa, buna görə ona günah gəlməz. Ey Peyğəmbər! Şübhəsiz ki, sənin Rəbbin məcburiyyət qarşısında qalıb bu haramlardan yeyən kimsəni bağışlayandır və ona qarşı rəhmlidir.
(146) Biz yəhudilərə dəvə və qoyun kimi barmaqları yarılmayan heyvanları haram etdik. Biz onlara inək və qoyunun bellərinə və ya bağırsaqlarına yapışan, yaxud omba və yan sümüklərə qarışan yağlar istisna olmaqla, o heyvanların piylərini də haram etdik. Biz bunları onlara haram etməklə etdikləri zülümə onları görə cəzalandırdıq. Şübhəsiz ki, Biz sənə xəbər verdiyimiz hər bir şeydə doğru danışanlarıq.
(147) Ey Peyğəmbər! Əgər onlar səni yalançı hesab edib və Rəbbindən gətirdiyini təsdiq etməsələr, onları rəğbətləndirərək onlara de: "Rəbbiniz geniş mərhəmət sahibidir. Sizə möhlət verib, əzab verməyə tələsməməsi Onun sizə olan mərhəmətindəndir. Onlara xəbərdarlıq edərə belə de: "Onun əzabı günahlar və asiliklər edən qövmdən uzaqlaşdırılmaz".
(148) Müşriklər Allaha şərik qoşduqlarının doğruluğuna dair bunun Allahın istəyi və qüdrəti ilə olduğunu görə özlərinə bəraət qazandıraraq deyəcəklər: "Əgər Allah bizim və ata-babalarımızın Allaha şərik qoşmamasını istəsəydi, biz Ona heç vaxt şərik qoşa bilməzdik. Əgər Allah bizim öz nəfsimizə haram etməyi istəməsəydi, biz haram özümüzə etdiyimiz şeylərdən heç bir şeyi haram edə bilməzdik". Onların bu batil dəlillərinə oxşar olaraq onlardan əvvəlkilər də öz peyğəmbərlərini beləcə yalançı hesab edərək belə demişdilər: "Əgər Allah bizim peyğəmbərləri yalan hesab etməyimizi istəməsəydi, biz heç vaxt onları yalan hesab edə bilməzdik". Beləliklə də, onlar əzabımızı onlara daddırana qədər bu münvalla peyğəmbərləri yalan hesab etməkdə davam etdilər. Ey Peyğəmbər! Müşriklərə de: "Deyin görək, sizin Allaha şərik qoşmanızın Allahın buna razı olmasına, yaxud Allahın haram etdiyini halal və ya halal etdiyinidə haram etmənizə dair bir dəliliniz varmı?" Sizin cadəcə olaraq bunu etməyiniz, heç də Allahın bu işdən razı olduğuna dəlil deyil. Siz bu işdə ancaq zənnə qapılırsınız, zənn isə əsla həqiqət ola bilməz, siz ancaq yalan danışırsınız.
(149) Ey Peyğəmbər! Müşriklərə de: "Əgər bu zəif dəlillərinizdən başqa sizin heç bir dəliliniz yoxdursa, gətirdiyiniz üzürləri və qəlbinizdə olan şübhələri batil edən tutarlı dəlillər ancaq Allaha məxsusdur. Ey Müşriklər! Əgər Allah sizin hamınızı haqqa müvəffəq etmək istəsəydi, müvəffəq edərdi".
(150) Ey Peyğəmbər! Allahın onlara halal etdiyini özlərinə haram edən müşriklərə de: "Siz bunu, Allahın haram etdiyini iddia edirsiniz. Elə isə haram etdiyiniz bu şeylərin Allahın haram etdiyinə dair şahidlərinizi gətirin, qoy onlar şəhadət versinlər ki, həqiqətən də, bunu Allah haram buyurmuşdur". Ey Peyğəmbər! Əgər onlar elmsiz olaraq bunları Allahın haram etdiyinə şəhadət versələr, sən onların bu şəhadətlərinə inanma. Çünki onlar yalan danışırlar. Ağıllarını özlərinə hakim qəbul edəblərin, Allahın onlara halal etdiyini özlərinə haram edərək ayələrimizi yalan sayanların və axirətə inanmayanların istəklərinə uyma. Onlar başqalarını öz Rəbbinə şərik qoşurlar və tay tuturlar. Axı belə bir kimsəyə necə tabe olmaq olar?!
(151) Ey Peyğəmbər! İnsanlara de: "Gəlin, Allahın nələri haram etdiyini sizə oxuyum. Allah sizə məxluqatı Ona şərik qoşmağı, valideynlərin üzünə ağ olmağı haram etmiş, onlara yaxşılıq etməyi isə sizə vacib etmişdir. Cahiliyyə dövründə öz uşaqlarını öldürdükləri kimi, Allah sizə yoxsulluq üzündən uşaqlarınızı öldürməyi haram etmişdir. Sizin də, onların da ruzisini verən Allahdır. Allah sizə çirkin əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmağı, evləndikdən sonra zina edən, İslama gəldikdən sonra mürtəd olan şəxs kimi haqlı yerə öldürülən kimsələr müstəsna olmaqla, Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyi haram etmişdir. Allah bu deyilənləri sizə tövsiyə etmişdir ki, bəlkə Allahın əmr və qadağalarını anlayasınız.
(152) Allah sizə, yetim həddi-buluğa çatıb və mallarından düzgün istifadə etdiyi bəlli olana qədər, malı artırmaq məqsədilə istifadə etmək istisna olmaqla, onun malına toxunmağı haram etmişdir. Allah sizə ölçüdə və çəkidə aldatmağı haram, alış-veriş edərkən aldıqda və ya verdikdə isə ədalətli olmağı vacib etmişdir. Biz hər kəsi yalnız onun taqəti çatdığı qədər yükləyərik. Ölçüdə, çəkidə və s. bu kimi az və ya çoxluğunun dəqiq bilinməsi mümkün olmayan kiçik şeylərə görə sizə günah yoxdur. Allah sizə söz söylədiyiniz yaxud şahidlik etdiyiniz zaman, qohuma və ya dosta tərəfkeşlik etməyinizi haram etmişdir. Allah sizə, Allahın əhdini və ya Allaha verdiyiniz əhdi yaxud Allahla bağladığınız əhdi pozmağı haram, bunlara sadiq qalmağı isə vacib etmişdir. Allah bunları sizə əmr edir ki, bəlkə, işinizin sonunu düşünüb ibrət alasınız.
(153) Allah sizə zəlalət yollarına tabe olmağı haram, Allahın doğru və heç bir əyriliyi olmayan yoluna tabe olmağınızı isə vacib etmişdir. Zəlalət yolları sizi parçalanmağa və haqq yoldan uzaqlaşmağa aparır. Bu Allahın düzğün yoluna tabe olmaq üçündür. Allah bunu sizə tövsiyə etmişdir ki, bəlkə sizə əmr olunanları yerinə yetirib və qadağa olunanlardan çəkinərək Allahdan qorxasınız.
(154) Bunları xəbər verdikdən sonra, Biz Musaya - aleyhissəlam - əməlini yaxşı etdiyinə görə ona mükafat olaraq nemətimizi tamamlamaq məqsədilə, dində ehtiyac olan hər şeyi müfəssəl izah edən, haqq yolun göstəricisi, mərhəmət və onların Qiyamət günü Allahla qarşılaşacaqlarına iman gətirmələrinə ümid edib və o gün üçün xeyirli əməllər edərək hazırlaşmaları üçün Tövratı verdiyimizi xəbər veririk.
(155) Bu Quran, dini və dünyavi mənfəətləri özündə əhatə etdiyinə görə, nazil etdiyimiz bərəkəti bol olan bir Kitabdır. Orada nazil edilənə tabe olun və rəhm olunmanız üçün ona müxalif olmaqdan çəkinin.
(156) Ey Ərəb müşrikləri: "Allah Tövratı və İncili yalnız bizdən əvvəlki yəhudilərə və nəsranilərə nazil etmiş, bizə isə heç bir kitab nazil etməmişdir. O Kitablar bizim dilimizdə deyil, əksinə, onların dillərində olduğu üçün biz onu oxuya bilmirik" –deməməyiniz üçündür.
(157) və ya: "Əgər Allah yəhudi və nəsranilərə kitab nazil etdiyi kimi, bizə də bir kitab nazil etsəydi, biz onlardan daha çox doğru yolda olardıq" – deməyəsiniz. Artıq Allah peyğəmbəriniz Muhammədə - sallallahu aleyhi və səlləm - öz dilinizdə kitab nazil etdi. Bu kitab, açıq-aydın bir dəlil, haqq yol göstəricisi və ümmət üçün bir rəhmətdir. Elə isə bəhanə və batil dəlillər gətirərək özünüzə bəraət qazandırmayın. Allahın ayələrini yalan sayan və onlardan üz çevirən kimsədən daha zalım kimsə ola bilməz. Biz ayələrimizdən üz çevirənləri üz və arxa çevirdiklərinə görə Cəhənnəm oduna daxil edərək şiddətli əzabla cəzalandıracağıq.
(158) Ey Peyğəmbər! Yoxsa yalan hesab edənlər ancaq onlara dünyada canlarını almaq üçün ölüm mələyinin, yaxud onun köməkçilərinin və ya Qiyamət günü Rəbbinin onlar arasında hökm vermək üçün və yaxud Rəbbinin Qiyamət saatının vaqe olmasına dəlalət edən bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin, günəşin məğribdən çıxması kimi bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş kafir kimsəyə və ya iman etdikdən sonra heç bir xeyir əməl etməyən mömin kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. Ey Peyğəmbər! Yalan hesab edən müşriklərə de: "Bu əlamətlərdən birinin gəlməsini gözləyin, şübhəsiz ki, Biz də gözləyirik".
(159) Ey Peyğəmbər! Dinlərini parçalayıb firqə-firqə edən - dinin bəzi tələblərini yerinə yetirib, bəzisini də tərk edən, özləri də müxtəlif firqələrə bölünən yəhudi və nəsranilərlə sənin heç bir əlaqən yoxdur. Sən onların olduğları zəlalətdən uzaqsan. Sənin üzərinə düşən yalnız onları xəbərdar etməyindir. Onların işi Allaha aiddir. Sonra Allah Qiyamət günü onlara dünyada etdikləri əməlləri bildirəcək və etdikləri əməllərin müqabilini verəcəkdir.
(160) Möminlərdən kim yaxşı əməl gətirərsə, Allah ona gətirdiyinin on qat əvəzini artırar. Kim pis əməl gətirərsə, ona gərirdiyindən çox olmadan yalnız gətirdiyinin yüngüllükdə və ağırlıqda onun misli qədər cəza verilər. Onlara qiyamət günü yaxşı əməllərinin savabı azaldılaraq və ya pis əməllərinin günahı çoxaldılaraq zülm edilməz.
(161) Ey Peyğəmbər! Yalan hesab edən müşriklərə de: "Həqiqətən, Rəbbim məni doğru yola, dunya və axirət xeyirlərini özündə cəm edən həqiqi din yoluna, batildən haqqa meyil edən və heç bir zaman müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!
(162) Ey Peyğəmbər! De: "Şübhəsiz ki, mənim namazım da, Allahın adını çəkərək - "bismilləh" deyərək - kəsdiyim qurbanım da başqası üçün deyil, yalnız Allah üçündür. Həmçinin, həyatım da, ölümüm də və bunların hamısı bütün məxluqatın tək Rəbbi Allah üçündür və kiminsə bundan heç bir payı yoxdur!".
(163) Pak və bütün nöqsanlardan uzaq olan Allahın heç bir şəriki və Ondan başqa haqq ibadət olunan yoxdur. Allah mənə şirkdən uzaq bu xalis tövhidi əmr etmişdir və bu ümmətdən Allaha ən birinci təslim olan da mənəm.
(164) Ey Peyğəmbər! Müşriklərə de: "Məgər Pak və Uca olan Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa Rəbbmi axtaracağam?!" O, sizin Allahdan başqa ibadət etdiyiniz ilahların Rəbbidir. Günahkarın günahı isə bşqasına yüklənməz. Sonra Qiyamət günü dönüşünüz tək Rəbbinizə olacaq və O, dünyada ikən ixtilafa düşdüyünüz dini məsələlər barədə sizə xəbər verəcəkdir.
(165) Sizi yerdiyi nemətlərlə imtahan etmək üçün və yer üzünü inşa edəsiz deyə sizi, sizdən əvvəl yer üzündə olub keşmiş insanların xələfləri təyin edən, yaradılışda, ruzidə və s. bu kimi sifətlərdə birinizi digərinizin üstün dərəcələrə qaldıran Allahdır. Ey Peyğəmbər! Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir. Qarşıda gələn hər bir şey yaxındır. Həqiqətən, Allah, Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir.