81 - ət-Təkvir ()

|

(1) Günəşin cəm olunacağı və onun nurunun gedəcəyi zaman,

(2) Ulduzlar düşəcəyi və onların işığının yox olacağı zaman,

(3) Dağlar yerlərindən (çıxarılıb) hərəkətə gətiriləcəyi zaman,

(4) Sahibləri tərəfindən dəyər verilən boğaz dişi dəvələr başlı başına buraxılacağı zaman.

(5) Vəhşi heyvanlar insanlarla bir yerə toplaşacaqları zaman,

(6) Dənizlər alovlanıb atəşə çevriləcəyi zaman,

(7) Hər kəs öz tayına qovuşdurulacağı zaman. Belə ki, günühkar günahkarın, müttəqi də müttəqinin yanında olacağı zaman.

(8) Allah, diri-diri torpağa gömülmüş qız uşaqları barəsində soruşacağı zaman:

(9) "Səni öldürən kimsə hansı cinayətə görə səni öldürmüşdür?!"

(10) Hər kəs öz əməlləri yazılmış səhifəni oxusun deyə, qulların əməlləri yazılmış səhifələr açılacağı zaman,

(11) Qoyunun dərisi bədənindən çıxarıldığı kimi, göydə yerindən qopardılacağı zaman,

(12) Cəhənnəm alovlandırılacağı zaman,

(13) Cənnət müttəqilərə yaxınlaşdırılacağı zaman,

(14) Bütün bunlar baş verəcəyi zaman hər kəs o gün üçün nə hazırladığını biləcəkdir.

(15) Uca Allah, gündüz gizlənib gecə çıxan ulduzlara and içir.

(16) Uca Allah həmçinin, ceyran öz sığınağına girdiyi kimi, gecəni öz orbitində üzüb səhər açıldıqda gözdən itən səyyarələrə də and içir.

(17) Uca Allah axşamüstü qaralmaqda olan, səhərə yaxın da açılmaqda olan gecəyə and içir.

(18) Uca Allah eləcə də, açılmaqda olan səhər and içir.

(19) Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edilmiş Quran, etibarlı mələk Cəbrailin (aleyhissəlam) ona çatdırdığı Allah kəlamıdır. Allah bu kəlamı Cəbrailə etibar etmişdir.

(20) O qüvvət sahibidir. Ərşin Rəbbi pak və müqəddəs Allahın yanında böyük hörmət sahibidir.

(21) Göy əhli arasında itaət ediləndir, üstəlik, ona nazil olan vəhyə etibarlıdır.

(22) Daima yanınızda olan, üstəlik, ağıllı, etibarlı və düzdanışan birisi olduğunu bildiyiniz Muhəmməd (səllallahu aleyhi və səlləm) sizin iftira yaxdığınız kimi dəli deyildir.

(23) Yoldaşınız (Muhəmməd səllallahu aleyhi və səlləm) Cəbraili aydın üfüqdə, onun xəlq edildiyi surətində gördü.

(24) Sizin yaldaşınız (Muhəmməd səllallahu aleyhi və səlləm) nə özünə vəhy edilmiş qeyb xəbərlərini sizə bildirməyə xəsislik edər, nə də kahinlər kimi bunun müqabilində sizdən zəhmət haqqı alar.

(25) Bu Quran Allahın rəhmətindən qovulmuş şeytanın sözü deyildir.

(26) Bu dəlillərdən sonra Quranın Allahdan olmasını inkar etmək üçün hansı yol axtarırsınız?!

(27) Bu Quran cinlər və insanlar üçün yalnız bir xatırlatma və bir nəsihətdir.

(28) Sizlərdən haqq yola yönəlmək istəyən kimsələr üçün.

(29) Bütün məxluqatı yaradan Allah istəməyincə, siz doğru yolda olmağı və ya başqa bir şeyi istəyə bilməzsiniz.