102 - ət-Təkasur ()

|

(1) Ey insanlar! Mal-dövlət və övladlarla fəxr etmək sizi Allaha itaət etməkdən yayındırdı.

(2) Hətta, dünyadan köçüb qəbirlərinizə girdiniz.

(3) Siz dünya malı ilə fəxr edib Allahın itaətindən yayınmamalıydınız. Siz bu bihudə məşğuliyyətin pis aqibətini hökmən biləcəksiniz.

(4) Bəli, siz onun aqibətini hökmən biləcəksiniz!

(5) Doğrusu, əgər siz dirilib Allahın hüzuruna qayıdacağınızı və Onun sizə əməllərinizin əvəzini verəcəyini yəqin bilsəydiniz, mal-dövlət və oğul-uşaqla fəxr etməklə məşğul olmazdınız.

(6) Allaha and olsun ki, siz qiyamət günü Cəhənnəm odunu görəcəksiniz.

(7) Heç şübhəsiz ki, siz onu öz gözünüzlə mütləq görəcəksiniz.

(8) Sonra, o gün Allah, sizə bəxş etdiyi sağlamlıq, var-dövlət və başqa bu kimi nemətlər barədə sizdən soruşacaqdır.