(1) Mələklərin nazil olması üçün göy yarılacağı zaman,
(2) Rəbbinin buyuruğunu eşidib Ona itaət etməyə hazır olacağı zaman,
(3) Allah göy üzünü dümdüz etiyi kimi, yeri dümdüz edəcəyi zaman,
(4) İçindəki xəzinələri və ölüləri kənara atıb boşalacağı zaman,
(5) Rəbbinin buyuruğunu eşidib Ona itaət etməyə hazır olacağı zaman,
(6) Ey insan! Sən ya xeyirxah, ya da şər işlər görəcək, sonra qiyamət günü Allah sənə etdiyin əməllərin əvəzini versin deyə, Onun hüzuruna çıxacaqsan.
(7) Kimin əməl dəftəri sağ əlinə veriləcəksə,
(8) Allah onun sorğu-sualını yüngül edəcək. Belə ki, ona etdiyi əməli barədə xəbər verəcək, lakin buna görə onu cəzalandırmayacaqdır.
(9) Sonra o sevincək halda öz ailəsinin yanına qayıdacaqdır.
(10) Kimin də kitabı arxa tərəfindən sol əlinə veriləcəksə,
(11) O özünə ölüm diləyəcək.
(12) O, Cəhənnəm oduna düçar olacaq və onun hərarətindən əzab çəkəcəkdir.
(13) Həqiqətən də,o, dünyada ikən küfr və asilik etməklə öz ailəsinin yanında sevic içində idi.
(14) O, öldükdən sonra bir daha həyata qayıtmayacağını zənn edirdi.
(15) Xeyr, Allah onu ilk dəfə yaratdığı kimi yenidən həyata qaytaracaqdır. Həqiqətən də, Rəbbi onun hər bir halından xəbərdardır. Onun etdiyi əməllərdən heç bir şey Allaha gizlin qalamaz. Allah onu etdiyi əməllərin əvəzini verəcəkdir.
(16) Uca Allah, gün batdıqdan sonra üfüqdə görünən qızartıya and içir.
(17) Uca Allah həmçinin gecəyə və onun içindəkilərə and içir.
(18) Uca Allah bütöv şəklə düşmüş bədirlənmiş aya da and içir.
(19) Ey insanlar! Siz mütləq haldan hala keçəcəksiniz - əvvəlcə nütfə olacaq, sonra qan laxtasına, daha sonra da ət parçasına çevriləcək, sonra həyata qədəm qoyacaq, sonra öləcək və nəhayət, diriləcəksiniz.
(20) Elə isə o kafirlərə nə olub ki, Allaha və Axirət gününə iman gətirmirlər?!
(21) Onlara Quran oxunduqda özlərinin Rəbbinə səcdə etmirlər?!
(22) Əksinə, kafirlər özlərinə göndərilmiş elçinin gətirdiyi risaləti təkzib edirlər.
(23) Allah onların qəlblərində nəyi gizlətdiklərini yaxşı bilir. Onların etdikləri əməllərdən heç bir şey Allaha gizli qalmaz.
(24) Ey Peyğəmbər! Elə isə sən o kafirlərə onları gözləyən ağrılı-acılı əzab barədə xəbər ver!
(25) Yalnız Allaha iman gətirib yaxşı işlər görənlərdən başqa. Onları tükənməz mükafat - Cənnət gözləyir.