(1) Quranı oxumağa Uca Allahın adını zikr etməklə Ondan yardım və xeyir-bərəkət umaraq başlayıram. Bismilləh ər-Rəhman ər-Rəhim sözü özündə Allahın üç gözəl adını ehtiva etmişdir. Bu adlar: 1- «Allah» yəni: İbadətə haqqlı olan. Bu ad Uca Allahın yalnız Ona məxsus olan adıdır və Allah Subhənəhudan başqası bu ad ilə adlanmaz. 2- «ər-Rəhman» yəni: Allah geniş rəhmət sahibidir və Allah hər bir zaman rəhimlidir. 3- «ər-Rəhim» yəni: Allahın rəhməti qullarına yetişər və Allah mömin qulları ilə yanaşı yaratdıqlarından istədiyinə rəhməti ilə mərhəmət edir.
(2) Allah hər bir şeyin Rəbbi, xaliqi və idarə edicisi olduğu üçün, uca və kamil sifətlərinə aid olan həmd sənaların hər bir növü başqasına deyil, yalnız Ona məxsusdur. Ayədə zikr edilən «aləmun» yəni, «aləmlər», sözü ərəbcə «aləm» sözünün cəm formasıdır. Kainatda Uca Allahdan başqa olan hər bir şey aləmdir.
(3) Əvvəlki ayədə qeyd edilən Allaha tərifdən sonda, Uca Allaha həmd sənadır.
(4) Uca Allahı qiyamət gününün hər bir şeyinə sahib olması ilə tərif etməkdir. Şan-şöhrət yalnız Ona məxsusdur, çünki O gün heç kəs heç kəsə fayda verə bilməz. "Yovmud-din" yəni, Haqq-hesab və cəza (qiyamət) gününün sahibi.
(5) İbadət və itaətin bütün növlərini yalnız tək Sənə edir, başqasını Sənə şərik qoşmur və hər bir işimizdə tək Səndən yardım diləyirik. Çünki bütün xeyirlər Sənin əlindədir və Səndən başqa yardım edən yoxdur.
(6) Bizi doğru (düz) yola yönəlt, bizə bu yolla getməyi, bu yolda sabit olmağı müvəffəq et və hidayəitimizi artır. Ayədə deyilən "əs-Sirat əl-mustəqim" sözü heç bir əyriliyi olmayan açıq-aydın yol mənasını bildirir. Bu yol Allahın Muhammədi (sallallahu aleyhi və səlləm) göndərdiyi İslam yoldur.
(7) Bizi hidayət neməti bəxş etdiyin Peyğəmbərlər, Siddqlər, Şəhidlər və Saleh qulların yoluna yönəlt. Onlar necə də gözəl yoldaşlardır! Yəhudilər kimi haqqı bilib ondan üz çevirərək qəzəbə düçar olmuşların və nasranilər kimi haqqı araşdırmaqdan üz çevrən azğınların yoluna yönəltmə.