104 - əl-Huməzə ()

|

(1) İnsanların qeybətini edən və onlara tənə vuran kimsəni bəla və şiddətli əzab gözləyir.

(2) O şəxs ki, dərdi-səri ancaq mal-dövlət toplamaq və onu təkrar-təkrar saymaqdır. Onun bundan başqa qayğısı yoxdur.

(3) O elə güman edir ki, yığdığı var-dövləti onu ölümdən xilas edəcək və o dünya həyatında əbədi yaşayacaq.

(4) Bu iş heç də o cahilin təsəvvür etdiyi kimi deyil. Elbəttə o, əzabın şiddətindən dolayı içərisinə atılan hər şeyi parçalayıb məhv edən Cəhənnəm oduna atılacaqdır.

(5) Ey Peyğəmbər! Sən nə bilirsən, içərisinə atılanı hər şeyi parça-parça edən o od nədir?

(6) Bu, Allahın yandırılmış oddur.

(7) O od ki, insanların bədənindən nüfuz edib qəlbinə çatır.

(8) Həqiqətən, bu od, orada əzaba düçar olanların üzərində qapanacaqdır.

(9) Onlar uzun yüksək dirəklərə bağlanacaq və əsla oradan çıxa bilməyəcəklər.