105 - əl-Fil ()

|

(1) Ey Peyğəmbər! Əbrəhə və onun havadarları - fil sahibləri Kəbəni dağıtmaq istəyərkən,Rəbbinin onlara nələr etdiyini bilmirsənmi?!

(2) Allah onların pis tədbirini puça çıxartdı və beləliklə də, onlar nə insanları Kəbədən uzaqlaşdırmaq istəklərinə, nə də ona aid başqa bir şeyə nail oldular.

(3) Allah onların üzərinə dəstə-dəstə quşlar göndərdi.

(4) O quşlar onların üstünə bərkimiş gildən daşlar yağdırdı.

(5) Allah onları sanki heyvanların yediyi və tapdaladığı əkin yarpağına döndərdi.