(1) Ey insanlar! Sizə əmr etdiklərimi yerinə yetirərək və qadağan etdiklərimdən çəkinərək Rəbbinizdən qorxun! Həqiqətən, Qiyamət günü yerin lərzəyə gəlməsi və o gün başqa qorxulu və dəhşətli hadisələrin baş verməsi olduğca əzəmətli bir şey olacaqdır. Elə məhz buna görə də Uca Allahı razı salacaq əməl edərək o gün üçün hazırlaşmaq lazımdır.
(2) Qiyamətin qorxulu və dəhşətli anlarını gözlərinizlə görəcəyiniz gün, körpəsini əmizdirən hər bir qadın əmizdirdiyini unudacaq, qorxunun şiddətindən hər bir hamilə qadın bətnindəkini vaxtından əvvəl salacaqdır. O günün qorxusundan ağıllarının getdiyi üçün sanki sən insanları sərxoş görəcəksən, halbuki onlar heç də şərab içdikləri üçün sərxoş olmayacaqlar. Lakin Allahın əzabı hədsiz şiddətlidir. Elə bu əzabın şiddəti ağıllarını başlarından almışdır.
(3) İnsanlardan bəziləri, heç bir elmə istinad etmədən Allahın ölüləri diriltməyə qadir olması barədə mübahisə edir və o bu batil etiqadında və sözündə Rəbbinə qarşı hər bir üsyankar şeytanların və azğın imamların ardınca gedir.
(4) Kim insanlardan və cinlərdən olan üsyankar şeytanları özünə rəhbər tutub, onların ardınca gedərsə, bu şeytanlar onu doğru yoldan azdırar, küfür və günahlarla onu alovlu Odun əzabına sürükləyər.
(5) Ey insanlar! Öldükdən sonra sizi yenidən diriltməyə qadir olduğumuza şübhə edirsinizsə elə isə ilk yaradılışınızı yada salıb, bir düşünün. Biz atanız Adəmi torpaqdan, onun zürriyyətindən gələn insanları isə kişinin qadının bətninə buraxdığı nütfədən yaratdıq. Bunun ardından həmə nütfə laxtalanmış qana, daha sonra isə bu nüftə, çeynənmiş ət parçaına oxşar bir hala düşər. Sonra bu ət parçası tam bir şəkilə salınmış halda dünyaya göz açana qədər ana bətnində qalar. Bəzəndə tam bir şəkilə salınmamış halda ana bətni onu vaxtından əvvəl salar. Sizi mərhələli bir şəkildə yaratmağımızın hamısı qüdrətimizi sizə bəyan etmək üçündür. Biz bətnlərdəkiləri istədiyimizi müəyyən bir vaxt yetişənə qədər saxlayırıq. Bu müddət doqquz aydır. Sonra sizi analarınıızın bətnindən uşaq olaraq doğurub çıxardırıq, sonra da sizi qüvvətin və ağılın ən kamillik həddinə qədər çatdırırıq. Sizdən bəziləri bu vaxt gəlmədən öncə vəfat edər, bəziləriniz də qüvvətinin və ağlının zəyiflədiyi, ömrünün ən ixtiyar yaşına qədər yaşayar və vaxtilə bildiyi şeyləri tamamilə unudub körpə bir uşaq kimi olar. Sən yer üzünü cansız və bitkisi olmayan bir halda görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, cana gəlib, qabarar və cürbəcür gözəl mənzərəli bitkilər bitirir.
(6) Sizlərə zikir etdiyimiz bu şeylər - yaradılışınızın başlanğıcı və dünyaya gələnlərin yaradılış mərhələləri - ibadət etdiyiniz bütlərin tam əksi olaraq, sizləri yaradan və Özü barədə heç bir şəkk-şübhə olmayan, haqq olan Uca Allaha iman etməniz, Onun ölüləri dirildəcəyini, hər şeyə qadir olduğunu və heç bir şeyin Onu aciz edə bilməyəcəyini qəbul etməniz üçündür.
(7) Bu, həm də baş verəcəyinə heç bir şəkk-şübhə olmayan Qiyamət saatının vaqe olacağına inanmağınız üçündür. Şübhəsiz ki, Uca Allaha, əməllərin qarşılığını vermək üçün ölüləri qəbirlərindən dirildəcəkdir.
(8) Kafirlər içində onları haqqa ulaşdıran elmləri və ya tutarlı dəlilləri yaxud da onlara haqqı göstətmək üçün əllərində Allah qatından nazil edilmiş açıq-aydın bir kitabları olmadığı bir halda Allahın vəhdaniyyəti barədə elmsiz bir şəkildə mübahisə edənlər də vardır.
(9) O, insanları imandan və Uca Allahın dinini qəbul etməkdən mane olmaq üçün başını təkəbbürlə sağa-sola çevirər. Halı belə olan bir kimsə, onu yaxalayacaq əzab ilə dünyada rüsvay olacaq və axirətdə isə Biz ona yandırıcı atəşin əzab-əziyyətini nəsib edəcəyik.
(10) Ona belə deyiləcəkdir: "Daddığınız bu əzab dünyada ikən etdiyiniz küfür və günahlara görədir. Yoxsa Allah qullarına əsla günahsız yerə zülm etməz!"
(11) İnsanlardan səksəkə içində olub, Uca Allaha şəkk-şübhə ilə ibadət edənlər də vardır. Əgər özlərinə sağlamlıq və ya zənginlik kimi bir xeyir bəxş edilərsə, imandan möhkəm yapışıb, Allaha ibadətində davamlı olar. Əgər başına xəstəlik və ya fəqirlik kimi bir müsibət gəlsə, dininə qarşı bədbinlik edər və dindən üz döndərib yenidən küfrə qayıdar. Belə kimsə dünyasını ziyana uğratmış kimsədir. Çünki onun Allaha küfr edib, dindən dönməsi onun üçün əvvəlcədən yazılmız dünya payından heç bir şey artırmaz. Beləsi qiyamət günü Allahın əzabına düçar olacağına görə axirətini də itirimiş kimsədir. Gerçək zərər də elə budur.
(12) O, Allahı tərk edərək, asi olduqda özünə nə zərər verə bilməyən, nə də ki, ona itaət etdikdə özünə bir xeyir verə bilməyən bütlərə yalvarıb-yaxarar. Bütlərə edilən dualar nə fayda verər, nə də ki, bir zərər. Haqqdan açıq-aydın azmaq da elə budur!
(13) Bu kafir, zərəri həddindən artıq çox olan, xeyri isə heç olmayan bütlərə yalvarıb-yaxararaq ibadət edər. Zərəri xeyrindən daha çox olan məbud necə də pis bir məbuddur. Belə bir məbud, ondan yardım tələb edən kimsələr üçün necə də pis bir yardımçıdır və bu məbudlar, onları özünə yaxın bir yoldaş edən kimsələr üçün necə də pis bir yoldaşdır!
(14) Allah iman gətirib yaxşı işlər görənləri qəsrləri altından çaylar axan cənnətlərə daxil edər. Şübhəsiz ki, Allah rəhmət etmək istədiyi kimsəyə rəhməti və cəzalandırmaq istədiyi kimsəyə də cəzası ilə istədiyini edər. Kimsə Uca Allahı zorla bir işi görməyə məcbur etmək iqtidarında deyildir.
(15) Kim Uca Allahın, dünyada və axirətdə Öz peyğəmbərinə (sallallahu aleyhi və səlləm) yardım etməyəcəyini güman edirsə, qoy evinin tavanına bir ip salıb boynuna keçirsin və ayağını da yerdən üzərək nəfəsini kəssin və sonra görsün ki, onun bu hiyləsi, qəlbində qəzəbinə səbəb olan şeyə mane ola biləcəkmi?! İnadkar insan istəsə də və ya istəməsə də Allah Öz peyğəmbərinə mütləq yardım edəcəkdir.
(16) Sizə öldükdən sonra yenidən dirlməyi açıq-aydın dəlillərlə izah etdiyimiz kimi, Quranı da açıq-aydın dəlillərlə Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil etdik. Şübhəsiz ki, Allah, Öz lütfü ilə istədiyi kəsi doğru yola yönəldər və müvəffəq edər.
(17) Şübhəsiz ki, Uca Allah Qiyamət günü bu ümmətdən tək Allaha iman edənlər, yəhudilər, sabiilər, (sabiilər: bəzi peyğəmbərlərin ardıcılları olmuş bir qövmdür) nəsranilər, atəşə və bütlərə sitayiş edənlər arasında hökm verəcək, möminləri Cənnətə və onlardan qeyrilərini isə Cəhənnəmə daxil edəcəkdir. Həqiqətən, Uca Allah qullarının bütün söz və əməllərinə şahiddir və bunlardan heç bir şey Ona gizlin qalmaz. Allah qiyamət günü onların dünyada ikən etdikləri əməllərin mükafatını verəcəkdir.
(18) Ey Peyğəmbər! Məgər göylərdə olan bütün mələklərin, və yerdə insan və cinlərdən mömin olanların, səmada olan günəşin, ayın, ulduzların, yer üzərində olan dağların, ağacların, heyvanların və bir çox insanların itaət edərək Uca Allah qarşısında boyun əyib səcdə etdiklərini və bir çox insanlarında Uca Allaha səcdə etməkdən imtina etdiyini bilmirsənmi?! Uca Allaha səcdə etməkdən boyun qaçıranlar, etdikləri küfrdən dolayı Allahın əzabına layiq olan kimsələrdir. Uca Allah kimi küfr və günahlarına görə alçaldarsa, heç kəs onu səadətə qovuşdura bilməz. Həqiqətən, Allah istədiyini edər. Kimsə Onu əsla istəmədiyi bir işə məcbur edə bilməz.
(19) Bu, hansının haqqa daha yaxın olduğunu isbat etmək üçün Rəbbi barəsində höcətləşən iki dəstədir. İman edən dəstəninmi, yoxsa küfr edən dəstənin? Paltar insanı bürüdüyü kimi, Cəhənnəm atəşi də kafir olan dəstəni elə biçiləcək və başlarına olduqca qaynar su töküləcəkdir.
(20) Suyun şiddətli hərarətindən bətnlərində olan bağırsaqları əriyər və bu suyun hərarəti dərilərinə keçib onuda əridər.
(21) Mələklərin Cəhənnəmdə onların başlarına vurmaq üçün dəmirdən toppuzlar da hazırlanmışdır.
(22) Kafirlər Cəhənnəmdə gördükləri əzabdan və düşdükləri qəm-qüssədən canlarını qurtarmaq üçün hər dəfə oradan çıxmaq istədikdə, onlar yenidən oraya qaytarılacaq və onlara: "Dadın yandırıcı Cəhənnəmin əzabını!" – deyiləcəkdir.
(23) İman edən dəstəyə gəldikdə isə, onlar, Allah iman gətirib yaxşı işlər görən kimsələrdir. Uca Allah onları qəsrləri və ağacları altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Uca Allah onları orada qızıl bilərziklərlə və mirvarilərlə bəzədəcəkdir. Onları Cənnətdəki libasları isə ipəkdən olacaqdır.
(24) Uca Allah dünya həyatında onları Lə İlahə illəllah (Allahdan başqa ibadətə haqqı olan haqq məbudun olmadığına şəhadət gətirməyə), Allahu Əkbər (Allah ən böyükdür), Əlhəmdulləh (Həmd-sənalar Uca Allaha aiddir) kimi gözəl kəlamlara nail etmiş və eyni zaman da tərifəlayiq İislam yoluna yönəltmişdir.
(25) Şübhəsiz ki, Uca Allahı inkar edənlərə, insanların İslamı qəbul etməsinə mane olanlara, Hüdeybiyyə ilində müşriklərin etdikləri kimi insanların Məscidulharama daxil olmalarına izin verməyənlərə şiddətli əzab daddıracağıq. Biz bu məscidi, insanlar üçün namazlarında qiblə, həcc və ömrə ayinlərinin icrası üçün müqəddəs bir yer qıldıq. Oranı, Məkkənin yerli əhalisi və gəlmələr üçün eyni səviyyədə etdik. Kim orada haqqdan meyil edərək qəsdən günah etmək istəyərsə, ona ağrılı-acılı bir əzab daddırarıq.
(26) Ey Peyğəmbər! Yadına sal ki, bir zaman Biz İbrahimə - aleyhissəlam - müqəddəs evin yerini və bilinməyən hüdudlarını göstərib: "Mənə ibadətdə heç bir şeyi şərik qoşma, yalnız tək Mənə ibadət et və evimi də orada təvaf edənlər və namaz qılanlar üçün hissi və mənəvi pisliklərdən təmizlə!" – deyə vəhy etdik.
(27) Sənə bina etməyi əmr etdiyimiz bu evi insanların həcc etmələri üçün onlara yüksək səslə səslən ki, onlarda sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn və səfər məşəqqətindən yorulub, taqətdən düşmüş dəvələr üstündə gəlsinlər.
(28) Qoy insanlar günahların bağışlanması, savab əldə etmək və müsəlmanların həqiqətən də tək bir ümmət olması və s. bu kimi öz mənfəətlərinin şahidi olmaları üçün həccə gəlsinlər və məlum günlərdə, yəni: zülhiccə ayının onuncu günü və sonrakı üç gündə Allahın sizə ruzi olaraq verdiyi dəvə, inək və qoyun heyvanların üstündə Uca Allahın adını çəkərək (Bismilləh deyib) həmən heyvanlardan qurban kəssinlər. Bu həcc qurbanlarından həm özünüz də yeyin, həmdə ki, fəqir olan ehtiyac sahiblərinə ondan yedirdin!
(29) Sonra həccin qalan ayinlərini tamamlasınlar, saçlarını qırxaraq, dırnaqlarını kəsmək və ihramda olmaları səbəbindən üzərlərinə yığılmış kirlərdən bədənlərini təmizləyərək ihram libasından çıxsınlar, həcc və ya ömrə yaxud qurban kimi özlərinə vacib etdikləri ibadətləri yerinə yetirsinlər və Uca Allahın zalımların əlindən qurtardığı qədim Kəbə evini təvaf etsinlər!
(30) Sizə əmr edilənlər - başınızı qırxmaq, dırnaqlarınızı kəsmək, bədəninizi kirdən təmizləmək, özünüzə vacib etdiyiniz ibadətləri yerinə yetirmək və nəhayət Kəbə evini tavaf etmək - Uca Allahın sizə fərz buyurdugu hökmlərdir. Elə isə Allahın hökmlərinə hörmət və sayğı ilə yanaşın! Hər kim ihram libasında ikən Allahın haram buyurduqlarına hörmət etdərək, Allahın qadağan etdiyi əməllərdən özünü qoruyub, saxlayarsa bu, Rəbbi yanında dünya və axirətdə onun üçün daha xeyirli olar. Ey İnsanlar! sizə, dəvə, inək və qoyun heyvanları halal edilmişdir. Uca Allah bu heyvanlardan sizə Hamidən (Bu da, belindən bir necə sayda dəvə doğulan erkək dəvədir), Bəhirədən (Bu, müəyyən say bala verdikdən sonra qulaqları kəsilən dişi dəvədir), Vəsiləndən (Bu, dişi dəvə doğduqdan sonra ardınca daha bir dişi dəvə doğan dişi dəvədir) və Quranda sizə oxunan leş və qandan başqa heç bir şey haram etməmişdir. Elə isə iyrənc və çirkin bütlərdən uzaq durun. Uca Allah adından və yaratdıqları adından yalan söyləməkdən və hər bir batil sözdən çəkinin.
(31) Uca Allahın razı olduğu tək İslam dinindən başqa bütün dinlərdən uzaq duraraq, üzünüzü yalnız İslama çevirin. İbadətdə Ona heç bir şeyi şərik qoşmayın. Allaha şərik qoşan kimsə, sanki göydən yerə düşən, ətini və sümüyünü quşların qamarlayıb apardığı yaxud küləyin sovurub uzaq bir yerə atdığı kimsəyə bənzər.
(32) İxlasla tək Allaha ibadət etmək, bütlərdən və yalan söz söyləməkdən uzaq durma Allahın sizə olan əmridir. Hər kim Allahın ayinlərinə (qurbanlıq heyvanlara və ya həcc əməllərinə) hörmət edərsə, əlbəttə ki, bu, qəlblərin Allahdan qorxmasındadır.
(33) Məkkədə kəsdiyiniz həcc qurbanlarında sizin üçün müəyyən faydalar vardır. Beləki siz, bu heyvanları, Uca Allahın zalımların əlindən qurtardığı qədim Kəbə evini yaxınlığında kəsdiyiniz vaxta qədər minir, südünü içir, onların yunundan və nəslindən istifadə edirsiniz.
(34) Biz hər bir keçmiş ümmətə onların qurban kəsib Allaha yaxınlaşmaları üçün müəyyən bir qurbangah təyyin etdik ki, Allahın onlara ruzi olaraq verdiyi dəvə, inək və qoyun heyvanların üstündə Uca Allahın adını çəkərək (Bismilləh deyib) həmin heyvanlardan qurban kəssinlər.Ey İnsanlar! Haqq olan məbudunuz təkdir. Onun heç bir şəriki və ortağı yoxdur. Elə isə siz yalnız Ona itaət edərək, boyun əyin. Ey Peyğəmbər! Allahdan qorxub ixlasla yalnız Ona ibadət edənlərə olanları sevindirəcək şeylərlə xəbər ver.
(35) O kəslərə ki, Allah anıldığı zaman Onun əzabından qorxar, Onun əmrinə müxalif olmaqdan uzaq durar, başlarına gələn bəlalara səbir edər, namazlarını vaxtı-vaxtında kamil şəkildə yerinə yetirər və Allahın onlara verdiyi ruzidən xeyirxah işlər üçün xərcləyərlər.
(36) Məscidulharama qurbanlıq olaraq göndərdiyiniz dəvə və inəyi də sizin üçün dinin ayinlərindən və əlamətlərindən biri etdik. Bu heyvanlarda sizin üçün dini və dünyəvi mənfəətlər vardır. Dəvənin qaçmaması üçün iki əlindən birini bağlı, ayaq üstə durmuş vəziyyətdə kəsmək istədiyinizdə Bismilləh deyin. Ey qurban kəsən kimsələr! Kəsdikdən sonra heyvan böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, istəməkdən çəkinən fəqirə və ondan özünə verilməsini istəyən kasıba və dilənçiyə də verin. Bu heyvanlara minməyi və onlar üzərində ağır yüklərinizi daşımağı sizə ram etdiyimiz kimi, onları Allah üçün kəsmək istədiyiniz yerə aparmanızı da sizə asanlaşdırdıq ki, bəlkə Uca Allah bu heyvanları sizin ixtiyarınıza buraxdığına görə Ona şükür edəsiniz!
(37) Kəsdiyiniz qurbanların ətləri və qanları Allaha çatmaz. Lakin Allaha yaxınlaşmaq məqsədi ilə Onun əmrinə tabe olub bu heyvanlardan kəsdiyinizə görə itaətinizdəki təqvanız Uca Allaha çatar. Uca Allah sizi haqqa yönəltdiyinə görə Onu uca tutub, Onun şəninə təkbirlər (Allahu-Əkbər) gətirəsiniz deyə, bu heyvanları sizə beləcə ram etdi. Ey Peyğəmbər! Rəbbinə ibadətində və insanlarla xoş müamilədə olan kimsələri onları sevindirəcək şeylərlə müjdələ!
(38) Həqiqətən, uca Allah, Ona iman gətirənləri düşmənlərinin şərindən mühafizə edir. Şübhəsiz ki, Allah, əmanətinə xəyanət edən xaini, Allahın nemətlərinə qarşı nankorluq edib və bunlara görə Uca Allaha şükür etməyəni sevmir. Əksinə, O, belə kimsələrə qəzəblənir.
(39) Uca Allah, düşmənləri tərəfindən zülümə məruz qalmış möminlərə, Allah yolunda müşriklərlə vuruşmağa icazə verir. Şübhəsiz ki, Allah, döyüşsüz də, möminlərə düşmənləri üzərində qələbə nəsib etməyə qadirdir. Lakin Allah Öz hikməti ilə möminləri düşmənlərlə vuruşaraq sınağa çəkməyi istəmişdir.
(40) Onlar: "Rəbbimiz Allahdır, bizim Ondan başqa bir Rəbbimiz yoxdur" – dediklərinə görə, günahsız yerə, kafirlər tərəfindən öz yurdlarından çıxarıldılar. Əgər Uca Allah peyğəmbərlərə və möminlərə, kafirlərə qarşı döyüşməyə izin verməsəydi, bu zaman o kafirlər ibadətgahları, rahiblərin məbədlərini, nəsranilərin kilsələrini, yəhudilərin ibadət etdikləri yerləri və müsəlmanların namaz üçün hazırlayıb içində Uca Allahı çox andıqları məscidləri dağıldıb, yerlə yeksan edərdilər. Şübhəsiz ki, Uca Allah Öz dininə və peyğəmbərinə yardım edənlərə, mütləq yardım edər. Həqiqətən, uca Allah Öz dininə yardım edənlərə yardım etməyə qadirdir. O, Öz mülkündə qüc-qüvvət sahibidir, kimsə Ona qələbə çala bilməz.
(41) Uca Allahın onlara yardım edəcəyinə dair vəd verdiyi bu kimsələrə yer üzündə düşmənlərinə qarşı onlara zəfər nəsib edilib, hökmranlıq verildikdə, namazı vaxtı-vaxtında, kamil bir şəkildə əda edər, mallarının zəkatını verər, insanlara dinin əmr etdiyini əmr edib, qadağa etdiyini də qadağan edərlər. Bütün işlərin savab və cəza olaraq qarşılığı yalnız Allaha aiddir.
(42) Ey Peyğəmbər! Əgər qövmün səni yalançı sayarsa, səbir et, çünki, sən qövmü tərəfindən yalançı sayılan ilk peyğəmbər deyilsən. Bil ki, səndən öncə Nuhun qövmü Nuhu, Ad qövmü Adı və Səmud qövmü də Səmudu yalançı saymışdı.
(43) İbrahimin qövmü İbrahimi, Lutun qövmü də Lutu yalançı saymışdır.
(44) Mədyən əhalisi də Şueyb peyğəmbəri yalançı saymışdı. Firon və onun camaatı da Musanı yalançı saydı. Mən, göndərilən peyğəmbərləri yalan sayan qövmlərin azğınlıqlarında davam etmələri üçün onlara əzab verməyə tələsmədim. Sonra isə onları gözləmədikləri bir halda, qəfildən şiddətli bir əzabla yaxaladım. Mənim onları necə cəzalandırdığımı bir düşün. Mən onları, etdikləri küfr və günahlardan dolayı məhv etdim.
(45) Biz, əhalisi küfr içində yaşayan və zalım olan bir çox məmləkətləri məhv etdik. Beləcə onların yaşadıqları yurdları, içində sakinləri olmayan xarabalığa, neçə-neçə su quyuları boş və quru quyulara çevrilmiş və Allahın əzabından qoruya bilməyən neçə-neçə hündür və bərbəzəkli qəsrləri boş qalmışdı.
(46) Məgər Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gətirdiyi dini yalan sayan kimsələr, həlak edilmiş məmləkətlərin əlamətlərinə öz gözləri ilə şahid olmaq üçün yer üzündə gəzib dolaşaraq onların başına gələnlərdən düşünüb ibrət almazlarmı?! Həqiqi kor, heç də gözləri kor olan kimsə deyildir. Əksinə, həqiqi kor, insanı həlaka sürükləyən, qəlblərdə olan bəsirət gözünün kor olmasıdır. Belə olan bir kimsə nə nəsihət qəbul edər, nə də ki, öyüd-nəsihətdən ibrət alar.
(47) Ey Peyğəmbər! Qövmündən kafir olanlar səndən, qorxudulduqları əzabın dünyada və axirətdə özlərinə tez bir zamanda gəlməsini istəyirlər. Uca Allah onlara verdiyi vədindən əsla geri dönməz. Kafirlərə bu dünyada verilən əzabın bir növü də, Bədr günü onların başına gələn müsibətdir. Axirətin bir günü içərisindəki dəhşətli əzabdan dolayı, dünyada hesabladığınız vaxtın min ili kimidir!
(48) Küfr əməllərindən dolayı özlərinə zülm edərək zalım olan neçə-neçə məmləkət əhlinə, etdikləri günahlarda davam etsinlər deyə və onları gəfildən əzabımızla yaxalamağımız üçün onlara həmən əzab göndərməyib bir az möhlət verdim, sonra da onları gözləmədikləri bir halda dəhşətli əzabla yaxaladım. Qiyamət günü onların dönüşü yalnız Mənədir! Mən onları dünyada ikən etdikləri küfrlərə görə əbədi bir əzabla cəzalandıracağam.
(49) De: Ey insanlar! Mən sizi təbliğ etdiyim şeylə xəbərdar edən bir peyğəmbərəm. Mən sizə Allahın əzabı ilə açıq-aşkar xəbərdarlıq edənəm.
(50) Uca Allaha iman edib, yaxşı işlər görənlərə, Rəbbi yanında günahlardan bağışlanma, Cənnətdə ilə saysız-hesabsız və bol-bol ruzilər vardır.
(51) Uca Allahın onlara əzab verməkdən aciz qalacağını düşünərək ayələrimizi yalan saymağa cəhd göstərən kimsələr, Cəhənnəm əhlidir. Dost dostu ilə daima birğə olduğu kimi, onlarda daima Cəhənnəmlə birğə olacaqlar.
(52) Ey Peyğəmbər! Səndən öncə göndərilən hər bir elçi və hər bir peyğəmbər Allahın kitabından oxumaq istədiyi zaman, şeytan insanları çaşdırmaq üçün onun oxuduğuna gizlicə vəsvəsə vermişdir. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarmış və Öz ayələrini şeytanın müdaxilə edərək dəyişməsindən sabit saxlamışdır. Allah hər şeyi biləndir. Ona heç bir şey gizli qalmaz. O, yaratmaq, hər şeyin müqəddəratını müəyyən etmək və işləri idarə etmək xüsusunda hikmət sahibidir.
(53) Uca Allah, şeytanın peyğəmbərə vəsvəsə edərək ona gizli təlqin etməsini, yalnız münafiqləri və qəlbləri daşlaşmış müşrikləri sınağa çəkmək üçün edər. Həqiqətən, münafiqlər və müşriklər Allaha və Onun elçisinə qarşı düşmənçilik bəsləyən, haqqdan və doğru yoldan aşıq-aydın uzaq olan kimsələrdir.
(54) Ey Peyğəmbər! Eyni zaman Uca Allah bunu, özlərinə elm verilmiş kimsələrin Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edilən Quranın həqiqətən də Allah tərəfindən haqq olaraq nazil edilən bir kitab olduğuna yəqin olmaları və qəlblərində Allaha olan imanlarının, təqva və itaətlərinin bir daha da artması üçün etmişdir. Şübhəsiz ki, uca Allah Ona iman gətirənləri, etdikləri itaətə görə heç bir əyriliyi olmayan doğru yola yönəldər.
(55) Allaha küfr edib, Onun peyğəmbərini yalançı sayan kimsələr isə, Qiyamət saatı onlardan xəbərsiz başlarının üstünü alanadək, yaxud mərhəmət və xeyir olmayan bir günün əzabı onlara gələnədək, Uca Allahın sənə nazil etdiyi Quran barəsində şəkk-şübhə içində olacaqlar.
(56) Qiyamət günü - onların özlərinə vəd edildikləri əzab içində yenidən diriləcəkləri gün - hökm yalnız Allaha aid olacaq. Bu barədə heç bir ixtilaf ola bilməz. Uca Allah o gün möminlərlə kafirlər arasında hökm verəcəkdir. Hər kəsə dünyada ikən etdiyi əməllərin qarşılığını verəcəkdir. Uca Allaha iman gətirib yaxşı işlər görənlər üçün böyük mükafat olaraq tükənməz nemətləri olan və orada əbədi qalacaqları Nəim cənnətləri vardır.
(57) Uca Allaha küfr edib və elçimizə nazil etdiyimiz ayələri yalan sayan kimsələrə gəldikdə isə, uca Allah Cəhənnəmdə onlar üçün zəlil edən, alçaldıcı bir əzabı hazırlamışdır.
(58) Uca Allahın razılığını qazanmaq və dinini ayaqda tutmaq üçün vətənlərini və yurdlarını tərk edib, sonra Allah yolunda cihad edərkən öldürülən və yaxud ölən kimsələri uca Allah Cənnətdə əbədi olan gözəl ruzilərlə ruziləndirəcəkdir. Həqiqətən, uca və pak olan Allah ruzi verənlərin ən xeyirlisidir!
(59) Uca Allah onları sevinib, razı qalacaqları bir yerə daxil edəcəkdir. O yer Cənnətdir. Həqiqətən, uca Allah qullarının niyyətlərindən və əməllərindən xəbərdardır və onlara qarşı həlimdir, belə ki, etdikləri hər bir günaha görə onlara əzab verməyə tələsməz!
(60) Uca Allah bu ayədə, Allah yolunda hicrət edən mühacirlərin Cənnətə daxil olmasını və hər bir kimsənin özünə verilən cəza mislində cəza versinin icazəli olduğunu xəbər vermişdir. Əgər zalim kimsə bundan sonra həddini aşaraq yenə də zülümə əl atarsa, bilsin ki, Allah ona qarşı mütləq məzluma kömək edəcəkdir. Şübhəsiz ki, Uca Allah möminlərin günahlarını əfv edən və onları bağışlayandır!
(61) Uca Allah mütləq məzlumu zalımın zülmündən xilas edərək ona kömək edər, çünki O, dilədiyi hər bir şeyə etməyə qadirdir. Birini artırıb, digərini isə azaldaraq gecəni gündüzə, gündüzü də gecəyə qatması Onun qüdrətinin təzahürüdür. Həqiqətən Uca Allah qullarının söylədiklərni eşidən və onların etdiklərini görəndir. Bunlardan heç bir şey Ona gizli qalmaz. Allah Qiyamət günü onların dünyada ikən etdikləri əməllərin mükafatını verəcəkdir.
(62) Uca Allahın gecəni gündüzə və gündüzü də gecəyə qatmasının səbəblərindən biri də Onun, dininin, vədinin və möminlərə yardım edəcəyinin haqq, müşriklərin Ondan başqa ibadət etdikləri bütlərin isə batil və əsassız məbudlar olduğu üçündür. Həqiqətən, uca Allah zatı ilə bütün məxluqatı üzərində mütləq güc-güvvət sahibidir. O, əzəməti və cəlalı ilə ən uca və ən böyükdür.
(63) Ey Peyğəmbər! Məgər Allahın göydən yağış yağdırdığını və bundan sonra yer üzünü yamyaşıl bitkilərlə bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah yağış yağdırmaqla və bu yağış vasitəsilə yer üzündə müxtəlif növ bitkilər bitirməklə qullarına qarşı lütfkarlıq edəndir və onlara nəyin daha faydalı olduğunu biləndir. Bunlardan Ona heç bir şey əsla gizli qalmaz.
(64) Göylərdə və yerdə nə varsa, hamısı yalnız Uca Allaha məxsusdur. Həqiqətən, Allah tükənməz zənginliyə sahibdir. Allah qətiyyən hər hansı bir məxluquna möhtac deyildir. O, hər çür həmd-sənalara və tərifə layiqdir.
(65) Ey Peyğəmbər! Uca Allahın, faydalanmanız və ehtiyaclarınızı ödəməniz üçün yer üzündəki canlı və cansız əşyaları sənin və insanların xidmətinə buraxdığını görmürsənmi? Uca Allah, dənizdə Onun əmri ilə hərəkət edən və bir ölkədən başqa bir ölkəyə getmənizi asanlaşdıran gəmiləri sizin ixtiyarınıza buraxmışdır. Göyü də Onun izni olmadan yerə düşməsin deyə O tutub saxlayır. Əgər Allah ona yerə düşməyə izin versəydi, o, həmən yerə düşərdi. Həqiqətən, Allah insanlara qarşı çox şəfqətlidir, rəhmlidir. İnsanların etdikləri günahların çoxluğuna rəğmət, Uca Allah yenə də bu şeyləri onların ixtiyarına buraxmışdır.
(66) Sizi yoxdan var edərək həyat verən uca Allahdır. Sonra O, ömrünüz tükəndikdə sizi öldürəcək, daha sonra etdiyiniz əməlləri hesaba çəkmək üçün sizi yenidən dirildəcək və hər bir kəsə layiq olduğu əvəzi verəcəkdir. Şübhəsiz ki, insan, Allahın ona bəxş etdiyi nemətlərin çoxluğuna rəğmən, Allahdan başqasına ibadət edərək Rəbbinə qarşı çox nankordur.
(67) Biz hər ümmət üçün bir şəriət təyin etdik. Onlar bu şəriətə əsasən əməl edərlər. Ey Peyğəmbər! Qoy müşriklər və başqa dinlərə mənsub olanlar din və ya şəriət barəsində səninlə münaqişə etməsinlər. Çünki sən haqqa onlardan daha yaxınsan. Onlar isə batil əhlidir. Elə isə sən, insanları ixlasla tək Allaha ibadət etməyə dəvət et. Həqiqətən, sən heç bir əyriliyi olmayan ən doğru bir dindəsən.
(68) Əgər onlar, haqq özlərinə bəyan edildikdən sonra yenə də səninlə din və ya şəriət barəsində münaqişə etsələr, bu zaman onları təhdid edərək de: "Uca Allah etdiyinizi əməlləri daha yaxşı bilir. Əməllərinizdən ona heç bir şey gizli qalmaz. Allah Qiyamət günü dünya da ikən etdiyiniz əməllərin müqabilini sizə verəcəkdir!"
(69) Uca Allah Qiyamət günü dünyada ikən ixtilafa düşdüyünüz şəri məsələlər barəsində mömin və kafir qulları arasında hökm verəcəkdir.
(70) Ey Peyğəmbər! Məgər sən, Allahın göydə və yerdə olanların hamısını bildiyini bilirsənmi? Göylərdə, yerdə və onların arasında olan heç bir şey Ona gizli qalaz. Bütün bunların elmi lövhi-məhfuz deyilən bir kitabda əvvəlcədən qeyd edilmişdir. Şübhəsiz ki, bütün bunları bilmək, Allah üçün asandır.
(71) Müşriklər, Allahın Quranda onlara ibadət ediləcəyinə dair heç bir dəlil nazil etmədiyi Allahdan qeyri bütlərə tapınırlar. Onların bu barədə heç bir elmi dəlili yoxdur. Onların bu işdə tək dəlilləri, ata-babalarına kor-koranə təqlid etmələridir. Zalımlar üçün Allahın əzabından onları qoruyacaq bir yardımçıları yoxdur.
(72) Kafirlərə Qurandan açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə Quran ayələrini eşitdiklərinə görə nifrət hissi görərsən. Qəlblərindəki qəzəbin şiddətindən dolayı az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar. Ey Peyğəmbər! Onlara belə de: "Sizə qəlbinizdə olan qəzəbdən və üz-gözünüzdə olan nifrət hissindən də daha şərlisini xəbər verimmi? Bu, Allahın, kafirlərin girəcəyinə dair vəd etdiyi Cəhənnəmdir. Onların varid olacaqları yer necə də pis bir yerdir!"
(73) Ey insanlar! Sizə bir məsəl çəkilir, onu yaxşıca dinləyin və ondan ibrət alın. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bütlər və bunlardan qeyriləri, acizliyindən dolayı kiçik bir milçək belə yarada bilməzlər, hətta onlar bunun üçün bir araya gəlsələr belə. Əgər milçək bütlərin üstündə olan ətir və ya başqa bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Beləliklə də, bütlərin kiçik bir milçək yaratmaqdan və milçəyin onların üstündən bir şey götürüb apardıqda onu milçəkdən qeri almaqdan aciz olduqları üçün ondan da daha böyük şeyləri yaratmağa aciz olduqları ortaya çıxdı. Belə olan bir halda - onların aciz olmalarına rəğmən - necə ola bilər ki, onlar, Allahdan başqasına ibadət edirlər? İstəyən də, yəni: milçəyin ondan aldığı kiçik bir şeyi milçəkdən geri almağa qadir olmayan, ibadət edilən bütlər də acizdır və aldığını geri qaytarılmasını istənilən milçək də.
(74) Müşriklər Allahın yaratdığı bəzi məxluqlara ibadət edərək uca Allahı lazımınca təzim edib, uca tutmadılar. Şübhəsiz ki, uca Allah qüvvətlidir. Göyləri, yeri və onların arasında olanları yoxdan var edərək yaratması da, Onun güc və güvvətindəndir. Müşriklərin ibadət etdikləri heç bir şey yaratmayan, zəlil və zəyif bütlərin əksi olaraq, Uca Allah kimsənin qalib gələ bilməyəcəyi mütləq güc-güvvət və qüdrət sahibidir!
(75) Uca Allah həm mələklərdən? həm də insanlardan elçilər seçir. Uca Allah Cəbrail kimi bəzi mələkləri peyğəmbərlərə göndərir. Allah Cəbraili insanlar içindən seçilmiş elçilərə göndərmişdir. İnsanlardan olan elçiləri də insanlara peyğəmbər göndərir. Şübhəsiz ki, Uca Allah müşriklərin elçilər barədə nə söylədiklərini eşidəndir, risaləsi üçün kimin daha layiq olduğunu görəndir!
(76) Uca Allah, mələklər və insanlardan olan elçilərini yaratmazdan öncə və onlar vəfat etdikdən sonra onların hansı halda olduqlarını yaxşı bilir. Qiyamət günü bütün işlər nəticə etibarilə Allaha dönəcəkdir. Məhz o gün Uca Allah, bütün qullarını yenidən dirildib, dünya da ikən etdikləri əməllərin əvəzini onlara verəcəkdir!
(77) Ey Allaha iman gətirib, Onun şəriətinə əməl edənlər! Namaz qıldıqda, Uca Allahın rizasını diləyərək yalnız Onun üçün rüku və səcdə edin. Sədəqə vermək, qohumluq əlaqələrini birləşdirmək və s. bu kimi yaxşı işlər görün ki, bəlkə mətləbinizə yetişib, qorxduğunuz şeydən canınızı qurtarasınız!
(78) Allahın rizasını umaraq Allah yolunda ixlasla cihad edin. O, bu din üçün məhz sizi seçdi və dininizi də çətinlik və məşəqqət olmayan rahat bir din etdi. Sizin bu dininiz, atanız İbrahimin - aleyhissəlam - dinindir. Peyğəmbər təbliğ etməklə sorumlu olduğu şeyləri sizə təbliğ edərək sizin üzərinizdə şahid olması və sizində keçmiş ümmətlərə peyğəmbərlərinin onlara təbliğ etdiyinə şahid olmanız üçün uca Allah keçmiş kitablarda və Quranda sizi müsəlman adlandırmışdır. Elə isə namazı kamil şəkildə əda edərək, mallarınızın zəkatını verərək, Allaha pənah apararaq və bütün işlərinizdə Ona arxalanaraq Allaha şükür edin. Uca Allah möminlərdən Özünə dost tutanlar üçün nə gözəl himayədar və Ondan yardım diləyənlər üçün nə gözəl yardımçıdır. Onu özünüzə dost edin ki, O sizin dostunuz olsun. Ondan yardım diləyin ki, O sizə yardım etsin!