111 - əl-Məsəd ()

|

(1) Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əmisi Əbu Ləhəb bin Əbdülmüttəlibin əməlləri ziyana uğramaqla əlləri qurudu. Belə ki, o, Peyğəmbərə (səllallahu aleyhi və səlləm) əziyyət vermiş, lakin bütün səyləri boşa çıxmışdır.

(2) Var-dövləti və oğul-uşağı ona fayda verə biləcəkmi?! Onlar nə əzabı ondan dəf edər, nə də onun üçün mərhəmət əldə edər.

(3) Qiyamət günü o, alovlanan oda girəcək və onun hərarətindən əzab çəkəcəkdir.

(4) Əbu Ləhəbin, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yoluna tikan atmaqla ona əziyyət vermiş arvadı Ummu Cəmil də, alovlanan oda girəcək.

(5) O qadının boynuna möhkəm şəkildə ip bağlanmış halda Cəhənnəmə gətiriləcəkdir.