16 - ən-Nəhl ()

|

(1) Ey Kafirlər! Allahın sizlər üçün təqdir etdiyi əzabınız yaxınlaşdı. Odur ki, onun vaxtından əvvəl gəlməsini tələb etməyin. Bilik ki, Allah müş­riklərin Ona qoşduqları şəriklərdən pak və uca­dır.

(2) Allah istədiyi elçilərinə: "Ey Elçilər! İnsanları Allaha şərik qoşmaqdan çəkindirin. Ey İnsanlar! Məndən başqa ibadətə layiq olan haqq məbud yoxdur. Elə isə əmrlərimi yerinə yetirib və qadağalarımdan çəkinərək Məndən qorxun!" deyə təqdir etdiyi vəhyi, mələklərlə birgə endirdi.

(3) Uca Allah göyləri və yeri daha öncə belə bir yaradılış olmadan, misilsiz bir şəkildə, haqq olaraq yarat­mışdır. Allah bunları əbəs yerə yaratmadı. Əksinə, Allah bunları, Onun nə qədər əzəmətli olduğuna əyani bir sübut olması üçün yaratdı. Allah müş­riklə­rin Ona qoş­duqları şə­riklərdən ucadır!

(4) Allah insanı bir qətrə həqir sudan ya­rat­dı. Lakin o, böyüyüb boya-başa çatdıqdan sonra açıq-aydın olan batil ilə haqqı yox etmək üçün açıq-aşkar mübahi­səçi­yə çevrildi.

(5) Ey İnsanlar! Dəvə, inək, qoyun və s. bu kimi heyvanları da sizin faydalanmanız üçün O yaratdı. Bu faydalardan biri də, sizin həmin hevyanların yunundan bə­dəninizi isti saxlaması üçün istifadə etmənizdir. Bu heyvanlarda sizin üçün onların südündən, dərisində və onlardan minik kimi istifadə etmək faydaları da vardır. Həmçi­nin, siz onların bəzilərinin ətindən yeyirsiniz.

(6) Mal-qaranı axşam töv­ləyə saldıqda və səhər otlağa burax­dıq­da sizin üçün bir fərəh­ vardır.

(7) Sizin üçün yaratdığımız bu heyvanlar, səfərdə ikən ağır yüklərinizi özünü­zün çox çə­tin­liklə apara biləcə­yi­niz bir öl­kəyə da­şıyırlar. Ey İnsanlar! Həqi­qə­tən də, Rəbbiniz sizə qarşı şəf­qət­lidir. O, bu heyvanları sizə ram edərək sizə rəhm­ etmişdir.

(8) Uca Allah sizin minməyiniz, üzərində yüklərinizi daşımanız və insanlar arasına bu heyvanlara baxıb zövq alıb, fərəhlənəsiz deyə sizlər üçün atları, qatırları və uzun­qu­laqları ya­ratdı. O, sizin hələ bilmədiyi­niz, istədiyi bir çox şey­lə­ri də yaradır.

(9) Uca Allahın razılığına qovuşduran yola, İslam yoluna yönəltmək yalnız Al­laha aid­dir. Bəzi yollar, haqqdan batilə meyil edən, şeytanın yollarıdır. İslam yolundan başqa bütün yolların hamısı əyri yollar­dır. Əgər Allah sizin hamınızı iman gətirməyə müvəffəq etmək is­tə­səydi, bu zaman O, hamınızı iman gətirməyə müvəffəq edərdi.

(10) Buluddan sizlər üçün su endirən Odur. Bu sudan, həm özünüz içirsiniz, həm də mal-qaranızı içizdirirsiniz. Həmin suyun qalan bir qismini də otlaqları suvarıb, mal-qaranızı üçün ot yetişdirirsiniz.

(11) Uca Allah bu su vasitəsi ilə sizlər üçün yediyiniz dənli bit­kilər, zeytun, xurma, üzüm və başqa mey­vələr­in ha­mısından yetişdirir. Həqi­qə­tən, bu suda və bu sudan həyat əldə edən şeylərdə, Allahın yaratdıqları barədə təfəkkür edən və bununla Onun əzəmətli olduğuna dəlil gətirən bir qövm üçün Allahın qüdrətini göstərən də­lil­lər vardır.

(12) Uca Allah, istirahət edib, dincəlməniz üçün gecəni, azüqə əldə etməniz üçün isə gündüzü sizin ixtiyarınıza buraxdı. Gü­nəş və ayı sizə ram etdi. O, günəşi parlaq bir işıq saçan çıraq, ayı isə işıldayan bir nur etdi. Ul­duz­lar da Onun qədəri əm­ri ilə sizə ram edilmişdir. Siz bu ulduzların vasitəsi ilə suyun və qurunun zülmətində yolunuzu düz getmək üçün istifadə edib, bununla vaxtları təyin edir, bunlardan və s. bu kimi daha başqa faydalar əldə edirsiniz. Sözsüz ki, bütün bun­lar­da ağıllarını işlədib dərk edən kimsələr üçün Allahın qüdrətinə dəlalət edən açıq-aydın əla­mətlər vardır. Çünki bunların hikmətini düşünüb dərk edənlər elə məhz onlardır.

(13) Uca Allah yer üzündə rəngləri bir-birindən fərqli olan mədənləri, heyvanları, bitkiləri, əkinləri də sizə ram etdi. Şübhəsiz ki, bu zikr edilənlərin yaradılmasında və onları sizin ixtiyarınıza verilməsində, düşünüb ibrət alan və Allahın hər bir şeyə qadir olduğunu anlayan insanlar üçün Allahın qüdrətinə dəlalət edən açıq-aydın də­lillər vardır.

(14) Dənizi də sizin xid­mə­ti­nizə ver­ən, ovladığınız balıqların təzə, yumuşaq ətidən yeməyiniz üçün dənizə çıxmanıza, sizin və qadınlarınızın taxıb istifadə etdiyiniz mərcan kimi bəzək şeylərini dənizin dibindən çıxarmanıza izin verən uca Allahdır. Sən gəmi­lə­rin, dənizin coşqun dalğalarını yara-yara üz­­üb getdiyini görürsən. Siz, Alla­hın lüt­fü ilə ticarət qazancı əldə etməyiniz üçün Allahın sizə bəxş etdiyi nemətlərə görə Ona şükür edib, yalnız Ona ibadət etmək ümüdü ilə o gəmilərə minirsiniz!

(15) Uca Allah, yer üzü hərəkət edib sizi silkələməsin de­yə və onun sabit qalması üçün orada möhkəm dağ­lar ya­ratdı. Su içmənizin, mal-qaranızı və əkin sahələrinizi sulamanız üçün onun üzərindən nəhrlər axıtdı. Getmək istədyiniz istiqamətə azmadan, düz­gün səmt gö­türəsi­niz deyə, orada sizin üçün yollar çəkdi.

(16) Gündüzlər getmək istədiyiniz istiqamətin yolunu tapasız deyə yer üzündə sizin üçün görünən əlamətlər və gecələr də get­diyiniz yo­lu müəy­yənləşdirəsiniz deyə göydə ulduzlar yaratdı.

(17) Məgər bütün bunları və bundan başqa olan şeyləri yaradan, heç bir şey yarada bil­mə­yən kimsə ilə eyni ola bilərmi?! Doğurdanmı siz, hər bir şeyi yaradan Allahın əzəməti barədə düşünümürsünüz? Elə isə siz, yalnız Ona ibadət edin və Ona, heç bir şeyin yaratmağa qadir olmayanları şərik qoşmayın!

(18) Ey İnsanlar! Əgər Allahın sizə bəxş etdiyi saysız-hesabsız nemətlə­ri­ni sayıb-sadalamağa çalışsanız, bu nemətlərin çoxlu və müxtəlif olduğu səbəbdən onları sa­yıb qur­ta­ra bil­məz­si­niz. Siz bu nemətlərə şükür etməkdən qafil olduğunuza rəğmən, Allah yenə də sizə qarşı bağışlayandır. Günahlarınıza və Ona lazımınca şükür etmədiyinizə görə sizdən bu nemətləri almamaqla yenə də sizə qarşı mərhəmətlidir!

(19) Ey Allah qulları! Allah sizin etdiyiniz əməllərdən gizli saxladığınızı da və aşkara çıxart­dığınız əməlləri da bilir. Bunlardan Ona heç bir şey qizli qalmaz. O, sizə qarşılıqlı olaraq etdiyiniz əməllərin mükafatını verəcəkdir.

(20) Müşriklərin Allahdan başqa tapındıq­ları büt­lər, hətta kiçik bir şey də olsa belə heç bir şey yarada bil­məz­lər. Onları, Allahdan başqasına ibadət edən kimsələr öz əlləri ilə düzəltmişdilər. Odur ki, onlar, öz əlləri ilə özlərinə ilah düzəltdikləri bütlərə, Allahı buraxıb necə ibadət edirlər?!

(21) Bütlərə ibadət edənlər, o bütləri öz əlləri ilə düzəlmişdilər. Bu bütlər cansızdırlar, onlar nə bir həyata, nə də ki, bir elmə sahib deyillər. Bütlər, Qiyamət günü özlərinə ibadət edən kimsələrlə birgə Cəhənnəm atəşinə atılmaq üçün nə zaman dirildilə­cək­lə­rini də bilməzlər.

(22) Sizin haqq məbudunuz, O, heç bir şəriki olmayan, tək məbud olan Allahdır. Öldükdən sonra sorğu-sual olmaq üçün yenidən dirilməyə inanma­yan­la­rın qəlbləri, Allahdan qorxmadıqları üçün Onun vəhdaniyyətini in­kar edərlər. Onların qəlbləri, Qiyamət günü sorğu-sual ediləcəklərinə və əzab görəcəklərinə imanmır. Öz­ləri də təkəbbürlüdürlər, haqqı qəbul etməz və ona boyun əyməzlər.

(23) Şübhə yoxdur ki, Allah on­ların gizlində və aşka­rda etdikləri əməllərin hamısını bilir. Bu əməllərdən Ona heç bir şey gizli qalmaz. Allah Qiyamət günü onların dünyada ikən etdikləri əməllərin mükafatını verəcəkdir. Həqi­qətən, Allah, Ona ibadət etməkdə təkəb­bürlük edib, Ona boyun əyməyi özünə sığışdırmayanları sev­məz, əksinə onlara qəzəblənər!

(24) Uca Allahın vəhdaniyyətini və öldükdən sonra qiyamət günü yenidən dirilməyi inkar edən kimsələrdən: "Allah Muhəmmədə (sallallahu aleyhi və səlləm) nə nazil etmişdir?" – deyə soruşduqda, onlar: "Ona heç bir şey nazil edilməmişdir. O yalnız özündən keç­mişdəkilərin qissələrini və uydurmalarını gətirdi!" – deyərək cavab verirlər.

(25) Beləliklə də onlar Qiyamət gü­nü həm öz gü­nahlarının hamısını, həm də cəhalət üzündən və kor-koranə onların ardınca gedərək İslamdan azdır­dıq­ları kəs­lərin günah­la­rının bir qismini daşıyacaqlar. Öz günahlarından əlavə, onların ardınca gedənlərin günahlarını daşımaları necə də pisdir!

(26) Onlardan öncəki kafirilər də özlərinə göndərilən peyğəmbərlərə qarşı hiylələr qur­muşdular. Allah on­la­rın tikililərini özülündən da­ğıtdı, beləcə, ta­vanları başlarına uçdu və əzab onlara gözləmədikləri yer­dən gəldi. Onlar tikdikləri binalarının, özlərini qoruyacağını zənn eirdilər. Amma onlar tikdikləri binaları ilə birgə məhv oldular.

(27) Sonra Qiyamət günü Allah onlara əzab verib, rüsvay və zəlil edəcək və onlara belə deyə­cəkdir: "İbadətdə Mənə ortaq qoşduğunuz, peyğəmbərlərimə və möminlərlə onların səbəbi ilə düşmənçilik etdiyiniz şə­riklərim harada­dır?" Rəbbani alimlər belə deyəcəklər: "Şübhəsiz ki, qiyamət günü rüs­vay­çılıq və əzab yalnız kafir­lərə üz ve­rə­cəkdir!"

(28) Ölüm mələyi və onun mələklərdən olan köməkçiləri, Allaha küfr edib öz nəfslərinə zülm edən kim­sələrin canını aldıq­da, özlərinə gələn ölümə təslim olub, boyun əyər və inkar etməylərinin özlərinə fayda verəcəyini zənn edərək, dünya həyatında etdikləri küfür və asilikləri inkar edəcəklər. On­­la­ra: "Yalan söyləyirsiniz. Siz Allaha qarşı asiliklər etdiyiniz zaman kafir idiniz. Şübhəsiz ki, Allah sizin dünyada nələr et­diyinizi bi­lir. Əməllərinizdən Ona heç bir şey gizli qalmaz. O, etiyiniz əməllərin qarşılığını verəcəkdir!" – deyiləcəkdir.

(29) Onlara: "Dünyada ikən etdiyiniz pis əməllərə görə içində həmişəlik qa­lacağınız Cəhənnəmin qapıla­rından girin. Ora, Allaha iman gətirməyə və yalnız Ona ibadət etməyə tə­kəb­bürlük göstərən kimsələr üçün qalacaqları necə də pis­ bir yerdir!" – deyiləcəkdir.

(30) Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Rəbbindən qorxan müttəqilərə: "Allah, Muhəmmədə (sallallahu aleyhi və səlləm) nə nazil etmiş­dir?" – deyildikdə, onlar: "Allah ona böyük bir xeyir nazil et­mişdir!" – deyərlər. Bu dünyada Allaha layiqincə ibadət edib və insanlarla gözəl əxlaqda muamilə edən kimsələr üçün zəfər, bol-bol ruzi olmaqla və s. bu kimi gözəl mü­ka­fat ha­zır­­lanmış­dır. Uca Allahın axirətdə onlara verəcəyi savab, dünya həyatında onlara bəxş etdiyi nemətlərdən qat-qat xe­yir­li­dir. Axirət yurdu, Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinən təqva sahibləri üçün necə də gö­zə bir yurddur!

(31) Müttəqilər üçün qəsirləri və ağacları altından caylar axan, içərisinə daxil olub, orada qərar tutaraq, əbədi qalacaqları cən­nətlər vardır. Üstəlik, bu Cənnətlərdə onlar üçün ürəklərindən keçən yeməklər, içkilər və daha neçə-neçə ağıla gəlməyən, tükənməz nemətlər vardır. Uca Allah, Muhamməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ümmətindən olan müttəqilərə bəxş edilən bu mükafatın, eynisini keçmiş ümmətlərdən olan müt­tə­qilərədə vermişdir.

(32) Ölüm mələyi və onun mələklərdən olan köməkçiləri, qəlbləri küfrdən təmizlənmiş kimsələrin canını aldıqda, onlara belə deyərlər: "Sizə sa­lam olsun! Siz bütün sınaqlardan üzü ağ çıxdınız. Dünya həyatında düzgün etiqada sahib olub və saleh əməllər etdiyinizə görə Cənnətə daxil olun!"

(33) Yoxsa yalan sayan o müşriklər ölüm mələyinin və onun mələklərdən olan köməkçilərinin onların üzlərinə və yanlarına vuraraq canlarını alması üçün gəlməsindən və ya­xud onları dünyada məhv edəcək əzabın gəl­mə­sin­dən başqa bir şeymi göz­lə­yirlər? Məkkədəki müşriklərin etdikləri əməlləri eyni ilə onlardan əvvəlki müşriklərdə etmişdir, Allahda onları məhv etdi. Uca Allah on­ları məhv etdiyi zaman əsla onlara zülüm etmədi. Lakin onlar Allaha küfür etməklə özlərini öz əlləri ilə həlaka sürükləyərək özlərinə zülm etdilər.

(34) Nəhayət, etdikləri pis əməl­lərin cəzası onları tapdı və öz­lərinə xatırlandığı zaman isteh­za etdik­ləri əzab da onları hər tərəfdən əhatəyə aldı.

(35) İbadətlərində Allahdan başqasını Ona şərik qoşanlar belə dedilər: "Əgər Allah bizim Ona heç bir şeyi şərik qoşmadan yalnız Ona ibadət edməyimizi is­təsəydi, o zaman nə biz, nə də ki, bizdən əvvəlki ata-babaları­mız əsla Ondan baş­qa heç şəyə ibadət etməz və Onun istəyi ol­madan heç nəyi haram edə bilməzdik!" Özlərindən əvvəl olan kafirlərdə bu kimi batil sözlər söyləmişdilər. Peyğəmbərlərin borcu ancaq özlərinə təbliğ etməyi əmr olunan Allahın hökmlərini insanlara təbliğ etmək. Onlarda bunu təbliğ edərək lazımınca yerinə yetirdilər. Uca Allah, kafirlərə istək və seçim haqq verdikdən və həmçinin onlara elçilər göndərdikdən sonra kafirlərin Allah yanında özlərinə, yazılan qədəri bəhanə gətirmələrinə heç bir əsasları yoxdur.

(36) Biz keçmişdə olan hər ümmətə, qövmlərinə tək Allaha ibadət edib, bütlər, şeytanlar və s. bu kimi onlara Allahdan başqasına ibadət etməyi tərk etmələrini əmr edən elçi gön­dərdik. Allah o ümmətlərdən bəzilərini doğ­ru yola müvəffəq eti. Onlarda Allaha iman edib və Onun peyğəmbərinin gətirdiyi dinə tabe oldular. Bəziləri də Allaha küfr edib, Onun peyğəmbərinə ası oldular. Allah da, bu əməllərinə görə onları haqqa müvəffəq etmədi və beləliklə də, zəlalətə düçar oldular. Yalan sayan kimsələrə Allahın əzabı gəldikdən sonra aqibətlərinin necə olduğunu öz gözlərinizlə şahid olmanız üçün elə isə yer üzün­də gə­zib dola­şın!

(37) Ey Peyğəmbər! Sən onların İslama gəlməsi üçün əlindən gələn hər bir şeyi edib, buna nə qədər həris olsanda, bunun üçün nə qədər çalışsanda, bil ki, Allah az­dır­dığı kimsəni əsla doğru yola müvəffəq etməz. Allahdan başqa onları əzabdan qoruyan və on­lara yardım edən heç bir kimsə yoxdur!

(38) Öldükdən sonra yenidən dirilməyi yalan sayan kimsələr, heç bir dəlilə əsaslanmadan, Allaha möhkəm and içərək: "Allah ölən bir kəsi yenidən bir daha di­rilt­mə­yə­cəkdir!" – dedilər. Əksinə! Allahın doğru və­di­nə əsasən, O, ölən hər bir kimsəni diriltəcəkdir. Lakin insanların əksəriyyəti, Allahın ölüləri yenidən dirildəcəyini bilmədikləri üçün bunu inkar edərlər!

(39) Uca Allah onlara tövhid, öldükdən sonra yenidən dirilmək və peyğəmbərlik barədə ixtilaf etdikləri məsələri bildirmək, kafirlərin, Allahın şərikləri olduğuna və öldükdən sonra yenidən dirilməyi inkar etmələrinə dair irəli sürdükləri iddialarının yalan olduğunu anlamaları üçün, onların hamısını Qiyamət günü yenidən dirildəcəkdir.

(40) Biz ölülərə həyat vermək və onları yenidən diriltmək istəsək, bunu etməmizə, Bizə mane ola biləcək heç bir qüvvə olmaz. Biz bir şeyin olmasını istədikdə, ona ancaq: "Ol!" – de­yirik, o da dərhal istədiyimiz kimi olar.

(41) Kafirlərin əzabına və onların işgəncəsinə məruz qaldıqdan sonra öz yurdlarını, ailələrini və mal-dövlətlərini tərk edib, Allahın rizasını umaraq, küfür diyarından İslam diyarına hicrət edən kimsələri dünya həyatında onları izzətli olacaqları gözəl bir məs­kəndə sakin edəcəyik. Onların axi­rət mü­kafatı isə bundan da da­ha böyük­ olacaqdır, bu isə Cənnətdir. Əgər hicrət etməyib, geridə qalanlar, hicrət edənlərin Allah qatındakı savab və mükafatını bilsəydilər, hicrət etməkdən əsla geridə qalmazdılar.

(42) Allah yolunda hicrət edən bu mühacirlər, qövmlərinin əziyyətlərinə, ailələrindən və mal-dövlətlərindən ayrı qalmağa və Allaha itaət etməyə səbrli olan kimsələrdir. Onlar hər işlərində yalnız Allaha güvənərlər. Elə bu üzdən Allah da onlara belə böyük bir mükafat bəxş etmişdir.

(43) Ey Peyğəmbər! Biz səndən əvvəl də, öz­lə­rinə vəhy etdiyimiz məhz bəşərdən olan ki­şiləri peyğəmbər gön­dərmiş­dik. Biz mələklərdən peyğəmbər göndərmədik. Bu Bizim, dəyişməz, sabit qalan sünnəmizdir. Əgər peyğəmbərlərin bəşər nəslindən olduğunu inkar edir və yaxud siz bunu bilmirsinizsə, elə isə, sizdən öncə göndərilmiş kitab əhlindən bu barədə soruşun, onlar sizə peyğəmbərlərin, mələklərdən deyil, əksinə, bəşər nəslindən olduğunu xəbər verəcəklər.

(44) Biz bəşərdən olan o peyğəmbərləri açıq-aydın dəlillər və Allahdan nazil edilən ki­tab­larla göndərdik. Ey Peyğəmbər! Biz, insanlara izah eilməsinə ehtiyac olan şeyləri izah etmən üçün sənə Quranı nazil etdik ki, bəlkə on­lar ağıllarını işlədib, bu Qurandan öyüd nəsihət alsınlar!

(45) Məgər insanları Allahın yolundan sapdırmaq üçün hiylələrə əl atan­lar Allahın daha öncə Qarunu yerə batırdığı kimi, onları da yerə batır­ma­yaca­ğı­na və yaxud gəlməsini gözləmə­dik­ləri bir yerdən əzabın on­la­ra gəlməyə­cə­yi­nə əmindir­lər­mi?!

(46) Yaxud da onlar, səfərdə ikən gəzib dolaşdıqları və ya ruzi arxasınca çıxdıqları zaman Allahın əzabı onlara isabət etməyəcəyinimi dü­şünürlər? Onlar Allahın əzabından əsla qaçıb canlarını qurtara bilməzlər!

(47) Yaxud onlar Allahdan qorxduqları hala Allahın əzabı onları ya­xa­la­mayaca­ğındanmı əmindilər? Allahın onlar hər bir hallarında əzab verməyə qadirdir. Şübhəsiz ki, Rəbbiniz sizə qarşı çox şəf­qət­lidir, rəhm­lidir. Bəlkə qulları Ona tövbə edərlər deyə, Allah onlara əzab verməyə tələsməz.

(48) Məgər o yalan sayan kimsələr Allahın xəlq etdiyi məxluqatına baxıb təfəkkür etmirlərmi? O məxluqatın köl­gələri Allah qarşısında zəlil bir halda, Ona həqiqi səcdə edərək, gündüz vaxtı günəşin hərəkətinə, gecə vaxtı isə ayın hərəkətinə tabe olaraq sağa-sola meyil edərlər!

(49) Göylərdə və yerdə olan­ məxluqatın ha­mısı Allaha səcdə edirlər! Mə­ləklər də Allaha ibadət və itaət etməkdə təkəb­bürlük göstər­mə­dən yalnız Ona səcdə edərlər!

(50) Mələklər Allaha davamlı olaraq ibadət və itaət etmələrinə rəğmən zatı, qüc-qüvvəti və ağalığı ilə özlərinin fövqün­də olan Rəb­bindən qorxurlar və Rəbbinin on­lara əmr etdiklərini yerinə yeti­rirlər.

(51) Uca Allah bütün qullarına xitab edərək belə dedi: "İki məbuda sita­yiş etmə­yin! Allah, ikincisi və səriki olmayan yalnız tək haqq İlah­dır. Elə isə yalnız Mən­dən qor­xun, Məndən başqasından qorxmayın!"

(52) Göylərdə və yerdə mövcud olan hər bir şeyin yaradılması, mülkiyyəti və idarə edilməsi yalnız tək Allaha aiddir. Elə bu baxımdan, itaət edilməyə, qarşısında ixlasla boyun əyilməyə yalnız O layiqdir. Belə olduğu təqdirdə, Allahı qo­yub başqasın­danmı qor­xur­su­nuz?! Xeyr, yalnız tək Allahdan qorxun!

(53) Ey İnsanlar! Sahib olduğunuz dini və dünyavi bütün nemətlərin ha­mısı yalnız tək Allahdandır. Sonra sizə bir bəla, xəstəlik yaxud yoxsulluq üz verdikdə, başınıza gələn bu müsibətdən sizi qurtarmaq üçün yalnız Ona dua edərək yalva­rırsınız. Nemətləri bəxş edən, bəlaları sovuşduran kimdirsə, tək ibadət edilməyə layiq olan da elə Odur!

(54) Dualarınıza cavab verib başınıza gəlın müsibəti sizdən sovuşdur­duq­dan son­ra sizlərdən bəzilə­ri Allahla yanaşı başqasına ibadət edərək Rəb­bi­nə şərik qoşur. Axı bu nə zəlillikdir?!

(55) Onların Allaha şərik qoşmaları, Uca Allahın onlara bəxş etdiyi ne­­mətlər, nan­korluq etmələrinə səbəb oldu. Allahın onlara bəxş etdiyi nemətlərdən biri də, sıxıntını onlardan götürməsi idi. Elə buna görə də onlara: "Allahın sizə tez və ya gec bir zamanda göndərəcəyi əzab gələnə qədər olduğunuz nemətlər içində kef çəkib əy­lənin!" – deyildi.

(56) Müşriklər, heç nə dərk et­mək qabi­liyyətində ol­mayan bütlərə – onlar cansız varlıq olduqlarına görə fayda və zərər verə bilməzlər – yaxınlaşmaq məqsədi ilə özlərinə verdiyi­miz ruzi­dən, onlara pay ayı­rırlar. Ey Müşriklər! Allaha and ol­sun ki, bu bütlərin ilah olduqlarına və onların mallarınızdan bir qisim haqqları olduğuna dair atdı­ğı­nız iftiralara görə qiyamət günü müt­ləq sorğu-sual olunacaqsınız!

(57) Müşriklər Allaha qız uşaqlarını nisbət edir və bunların mələklər olduğuna etiqad edirlər. Özlərinə də oğlan uşaqlarını nisbət edirlər. Özlərinə bəyənmədiklərini, Uca Allah üçün seçirlər. Uca Allah, müşriklərin Ona yaxdıqları iftiralarından pak və müqəddəs­dir. Amma öz­lərinə isə is­tədik­lərini oğlan uşaqlarını məx­sus edirlər. Məgər bundan da daha böyük günah ola bilərmi?!

(58) O müşriklərdən birinə qızı uşağının doğulduğunu xəbər verilsə, özünə verilən xəbərin kədərinin şiddətindən üzü qap­qara qaralır, qəlbi qəm-qüssə ilə dolur. Sonra da bu kimsə, özü üçün razı olmadığı bir şeyi Uca Allaha nisbət edir!

(59) Özünə qız uşağının doğulduğu xəbəri verildikdə bu bəd xəbər ucba­tın­dan qövmündən gizlənir. Öz-özünə, onun zəlillik və rüsvay­çı­lıq içində saxlamaq, yoxsa diri-diri torpağa basdırması barədə düşünər. Müşriklərin verdikləri hökm necə də pis hökmdür. Onlar özlərinə sevmədikləri şeyləri Uca Allah üçün hökm vermişdilər.

(60) Axirətə iman etməyən kafirlərin, övlada möhtac olmaq, cəhalət və küfür etmək kimi sifətləri vardır. Allahın isə həmd-sənaya layiq, uca, kamillik, zənğinlik və elm kimi sifətləri vardır. Uca Allah Öz mülkündə qüc-qüvvət sahibidir, kimsə Ona qələbə çala bilməz. O, yaratmasında, idarə etməsində və hökmlərində hikmət sahibidir.

(61) Əgər Uca Allah insanları etdikləri zülmlərə və günahlara görə cəzalandırsaydı, yer üzündə heç bir insan yaxud da yer üzündə heç bir sürünən canlını qoymazdı. Lakin Allah onlara Öz elmi ilə bildiyi müəyyən vaxta qədər möhlət ve­­rir. Əvvəlcədən Öz elmi ilə təyin etdiyi vaxt gəlib yetişdikdə, hətta qısa bir müddətdə olsa belə, nə bircə an yubanar, nə də tezləşə bilər.

(62) Onlar özlərinə nisbət edilməsini xoş­lama­dıq­ları qız­ uşaqlarını Pak və Uca Allaha nisbət edir­lər. Dil­­ləri də özləri üçün Allah yanında - əgər yenidən diriliş olarsa - ən gö­zəl aqibətin onların olacağını yalan­dan söy­ləyir. Şüb­hə­ yoxdur ki, onlar üçün Cəhənnəm atəşi ha­zır­lanmış­dır, onlar orada tərk olu­na­­caq­lar və heç bir zaman oradan çıxalımayacaqlar.

(63) Ey Peyğəmbər! Allaha and olsun ki, sən­dən əvvəl də ümmətlərə elçilər gön­dərmişdik. Şey­tan onlara şirk, küfür və günahlar kimi çirkin əməl­lərini öz­lə­rinə gö­zəl­ gös­tərmişdi. Şeytan Qiyamət gün onların yardımçısı olacağını idda etdiyi köməkçiləridir. Elə isə haydı ondan yardım diləyin, o, sizə kömək etsin. Onlar üçün qiyamət günü ağrılı-acılı bir əzab vardır.

(64) Ey Peyğəmbər! Biz Quranı sənə ancaq, öz aralarında ixti­laf­a düşdükləri tövhid, öldükdən sonra dirilmə və şəri əhkamlar kimi dini məsələləri bütün insanlara bə­yan etmən və həmçinin, Allaha, Onun elçilərinə və Quranda olana iman edən möminlər üçün doğ­ru yol göstəricisi və mər­həmət olsun deyə nazil etdik. Çünki haqdan faydalanan kimsələrdə elə məhz onlardır!

(65) Uca Allah səmadan yağmur yağ­dırıb və bu yağmurla quraqlıq səbəbindən ölmüş torpağı dirildib, orada bitkilər yetişdirərək yer üzünə can verdi. Hə­qiqətən, səmadan yağmurun endirilməsi və bunun səbəbi ilə yer üzündə bitkilərin yetişdirilməsində, Allahın kəlamını eşidib və onu düşünüb dərk edən bir qövm üçün Uca Allahın qüdrətinə dəlalət edən açıq-aydı dəlillər vardır.

(66) Ey İnsanlar! Şübhəsiz ki, dəvədə, inəkdə və qoyunda sizin öyüd-nəsihət almanız üçün bir ibrət vardır. Biz si­zə, onların qarınlarındakı ifrazatın və bədənlərindəki qanın arasından əmcəklərindən çıxan süd içirdirik. Həmən südün qan və ifrazat arasından çıxmasına baxmayaraq, bu süd oradan, içən­lə­r üçün saf, tərtəmiz, dadı ləzzətli və gözəl bir şəkildə çıxar.

(67) Sizə ruzi olaraq verdiyimiz xurma və üzüm mey­vələ­rindən də öyüd-nəsihət almanız üçün bir ibrət vardır. Siz bu meyvələrdən sər­xoş­edi­ci içkilər ha­zırla­yırsınız. Ancaq bu heç də yaxşı şey deyil. Həm də, bu meyvələrdən özünüzün faydalanması üçün xurma, kişmiş, sirkə və doşab kimi gözəl ruzilər əldə edirsiniz. Həqiqətən, zikir edilən bu nemətlərdə, düşünüb an­la­yan adamlar üçün Allahın qüdrətinə və qullarına nemətlər bəxş etməsinə dair açıq-aydın dəlillər var­dır. Çünki düşünüb ibrət alan elə məhz onlardır.

(68) Ey Peyğəmbər! Rəbbin bal arısına ilham edib onu belə yönləndirdi ki, "Sən dağlarda, ağac­lar­da, in­sanların yaşayış yerlərində və evlərin damında özünə evlər tik!

(69) Sonra istədiyin hər bir meyvə­dən ye və Rəbbinin sənə ilham edərək qayıtmasını asan­laş­dır­dığı yol­larla qayıt get!" Bu arıların qarınlarından xəstəliklərin müalicəsi, tər­ki­bin­də insan­lar üçün şəfa olan ağ, sarı və s. müx­tə­lif rəngli ballar çıxar. Həqi­qə­tən, Rəbbinin bu arıya ilham etməsində və arıların qarınlarından çıxan balda, bunları dü­şü­nən bir qövm üçün Allahın qüdrətinə və Onun məxluqatın işlərini idarə etməsinə dair dəlillər vardır. Çünki düşünüb ibrət alan elə məhz onlardır.

(70) Uca Allah sizi, daha öncə belə bir yaradılış olmadan yoxdan var etdi. Sonra da əcəliniz yetişdikdə, O, sizi öldürəcək. Allah siz­lər­dən bəzilərinin ömrünü, ömrün ən pis ça­ğı­nadək, bildiyi şeylərdən heç birini xatırlamadığı, qocalıq çağına qədər uzadacaq. Şübhəsiz ki, Allah hər şeyi biləndir. Qullarının əməllərindən Ona heç bir şey gizli qalmaz. O, hər şeyə qa­dir­dir. Heç bir şey Onu aciz edə bilməz!

(71) Uca Allah sizlərə bəxş etdiyi ruzidə bəzilərinizi digərlərinizdən üstün et­miş­dir. O, sizlərdən bəzilərini zəngin, bəzilərini yoxsul, bəzilərini ağa, bəzilərini də qul etmişdir. Allahın ruzi baxımından üstün etdiyi kimsələr, sahib olduqları sərvətlərdən, əlləri altında olan qullarının özləri ilə eyni səviyyədə olmaları üçün onlara öz mal-dövlətlərindən verməzlərmi? Elə isə onlar qullarının öz mal-dövlətlərinə şərik olub, özləri ilə eyni bir səviyyədə olmalarına razı olmadıqları bir halda, uca Allahın Öz qullarından Onun şəriki olmasına necə razı ola bilərlər?! Bu necə bir zülmdür. Allahın nemətlərinə qarşı olan hansı nankorluq bundan da daha böyükdür?!

(72) Ey İnsanlar! Uca Allah sizin üçün özü­nüz­dən bir-birinizə alışıb, ünsiyyət qurduğunuz zöv­cələr yaratdı. Zövcələ­ri­niz­dən də sizin üçün övlad­lar, nəvələr və nəticələr yaratdı. Sizə ət, dənli bitkilər, meyvələr və s. yeyiləcək pak ruzilər verdik. Bundan sonra siz batil bütlərəmi inanırsınız?! Uca Allahın sizə bəxş etdiyi saysız-hesabsız nemətlərini inkar edib, tək Allaha iman edərək Ona şükür etmirsiniz?!

(73) Müşriklər Allahı buraxıb on­lara göy­lərdən və yerdən ruzi­ verməyə gücləri çatmayan büt­lərə ibadət edirlər. O bütlər əsla buna sahib ola bilməzlər. Çünki onlar yaşamayan və ətrafındakıları eşidib görməyən cansız bir varlıqlardır.

(74) Ey İnsanlar! Fayda və zərər verməyə qadir olmayan bu bütləri Allaha oxşat­ma­yın. Uca Allahın oxşarı yoxdur. Elə isə ibadətdə Ona heç bir şeyi şərik qoşmayın. Hə­qiqətən, Allah Özünün sahib olduğu Cəlal və Kamil sifətlərini bilir, siz isə bunları layiqincə bilməzsiniz. Bu üzdən Ona şərik qoşur və Onun bütlərinizə bənzər olduğunu idda edirsiniz!

(75) Uca Allah müşriklərin iddalarına cavab olaraq, xərcləməyə heç bir şeyi omayan, hərəkət etməkdən aciz olan bir qul ilə Öz dərgahımızdan özünə mal-dövlət bəxş etdiyimiz, o da ona verilən mal-dövlətdən gizli və aşkar, istədiyi kimi xərcləyən azad bir insanı nümunə olması üçün məsəl çəkdi. Bu iki kişinin məsəli əsla eyni ola bilməz. Elə isə hər bir şeyə malik olan və mülkündə istədiyini edən Allahla, heç bir şeyə qadir olmayan, hər bir şeydən aciz olan bütləri necə eyni səviyyədə tutursunuz? Həmd-səna və bütün təriflər, yalnız həmd-sənaya və bütün təriflərə layiq olan Allaha məxsus­dur. Lakin müşriklərin çoxu Allahın vəhdaniyyətində tək olduğunu və yalnız Onun ibadət edilməyə haqqlı olduğunu bilməzlər!

(76) Uca Allah müşriklərin iddialarına başqa bir məsəl çəkməklədə cavab vermişdir, bu məsəl iki kişi ba­rə­sində məsəl çəkdi; onlar­dan biri lal­dır, eşitməz, danışmaz və heç bir şey anlamaz. Kar və lal olduğu üçün özünə və başqalarına fayda verməkdən aciz qalmış bir kimsədir. Bu insan onun qayğısına qalan və ona görə məsuliyyət daşıyan kimsələr üçün üzərlərində ağır bir yükdür. Onu ha­ra yollasa, xe­yirlə qa­yıt­maz və istədiyini əldə edə bilməz. Məgər halı belə olan bir kimsə, eşidən, görən, danışan, başqalarına fayda verən, özü doğru yolda olub insanlara əda­lətli işlər gör­məyi əmr edən bir kimsə ilə ey­ni bir səviyyədə ola bilərmi? Ey Müşriklər! Elə isə Cəlal və Kamil sifətlərə sahib olan Uca Allahı, eşitməyən, danışmayan, fayad verməyən və zərəri aradan qaldıra bilməyən bütlərinizi necə tay tutursunuz?!

(77) Göylərdə və yerdə qizli qalan bütün işlərin elmi yalnız Uca Allaha aiddir. Bütün bunların elmi heç bir məxluqda deyil, yalnız Uca Allahdadır. Allaha məxsus sirlərdən biridə, Qiyamət saatının Allahın istədiyi vaxt sürətli bir şəkilə hətta gözü qırpıb açmaqdan da daha tez bir zamanda gəlməsidir. Əksinə, qiyamətin qopma saatı bundan da daha yaxındır. Həqiqətən, Allah hər şeyə qa­dirdir. Onu heç bir şey aciz edə bilməz. O, bir işin olmasını istədikdə ona yalnız: "Ol" deyər, oda dərhal olar!

(78) Ey İnsanlar! Allah sizi hamiləlik müddəti sona yetişdikdən sonra analarınızın bət­­nindən heç nə anlamayan körpə olaraq çıxart­dı. Allahın sizə bəxş etdiyi nemətlərinə şükür edəsiniz deyə, eşitməniz üçün sizə qu­laq, görə bilməniz üçün göz və başa düşüb, dərk etməniz üçün sizə ürək verdi!

(79) Məgər müşriklər, Allahın quşlara iki qanad verib, onların havada uça bilməsi üçün havanı münasib bir vəziyyətə gətirdiyini, onlara havada ikən qanadlarını necə açıb bağlamağı və havada istədikləri kimi uça bilmələrini öyrətdiyini gör­mür­lər­mi?! Onları havadan yerə düşmədən göydə sax­layan ancaq qadir olan Allahdır. Həqi­qə­tən, quşların uça bilməsi üçün onların yerə düşmədən göy üzündə saxlanılmasında Allaha iman gətirən insan­lar üçün dəlil­lər vardır. Çünki bu dəlillərdən və öyüd-nəsihətdən yalnız onlar faydalanarlar!

(80) Uca Allah daşlardan və başqa şeylərdən düzəltdiyiniz evlərinizdə sizə rahatlıq verdi. Sizlər üçün dəvə, inək və qoyun dərilərindən, şəhərdəki evlər kimi, çöllərdə qurulan çadırlar və evlər etdi. Səfərdə ikən dərilərdən qurduğunuz bu evləri bir tərəfdən başqa bir tərəfə aparmaq və istədiyiniz vaxtı bu evləri qurub dağıtmaq sizə çoz rahat gəlir. Ustəlik də sizin üçün qoyunun yunundan, dəvənin tükün­dən və keçinin qılından müəy­­yən vaxta qədər is­tifadə edə­cəyi­niz ev əşyaları, geyib, örtük və başqa şey­lər dü­zəltdi.

(81) Uca Allah günəşin hərarətindən qorunub, kölgələnəsiz deyə, ağaclardan və binalardan sizin üçün kölgələr əmə­lə gə­tir­di. Dağ­larda sizin üçün soyuqdan, istidən və düşməndən qorunub mühafizə olunasız deyə, mağaralar, kahalar və sığınacaqlar saldı. Sizə soyuqdan və istidən qo­ru­nmaq üçün yun, kətan, pambıq pal­tarlar və döyüş zamanı sizi bir-birinizin zərbələrindən qoruyan və silahın təsiri cisminizə nüfuz etməsinə mane olan zirehli ge­yimlər verdi. Uca Allah bu nemətləri sizə bəxş etdiyi kimi, daima sizə olan nemətlərini tamam­layır ki, bəl­kə Alllaha heç bir şeyi şərik qoşmadan, tək Ona ibadət edəsiniz!

(82) Ey Peyğəmbər! Əgər onlar imandan və sənin gətirdiyin dini təsdiq etməkdən üz çevirsələr, bil ki, sənin və­zifən ancaq təbliğ etməklə əmr olunduğun şeyləri aşıq-aydın şəkildə təbliğ etməkdən başqa bir şey deyildir. Onları hidayətə qovuşdurmaq sənin işin deyil.

(83) Müşriklər, Allahın onlara bəxş etdiyi nemətləri bilirlər. Bu nemətlərdən biri də Allahın onlara Muhəmmədi (sallallahu aleyhi və səlləm) peyğəmbər göndərməsidir. Amma onlar bu nemətlərə şükür etməyərək, peyğəmbəri (sallallahu aleyhi və səlləm) yalnçı hesab edərək Allahın onlara bəxş etdiyi nemətlərinə nankorluq edir­lər. Onların ço­xu Allahı nemətlərini inkar edir.

(84) Ey Peyğəmbər! Uca Allahın hər bir qövmdən iman edənlərin imanına, küfür edənlərində küfürlərinə şahidlik etmək üçün göndərdiyi peyğəmbərləri şahid gətirəcəyi günü xatırla. Bundan sonra kafirlərə etdikləri günahlara görə üzr­xahlıq etməyə və bir daha dünyaya qayıdıb Rəbbini razı salacaq əməllər etmələrinə izin verilmə­yəcəkdir. Axirət yurdu, əməl etmək yurdu deyil, haqq-hesab yurdudur.

(85) Zalımlar və müşriklər əzabı öz gözləri ilə gördükdə, artıq onlardan əzab nə yüngül­ləş­di­riləcək, nə də əzabı gecikdirmək üçün onlara möhlət veriləcəkdir. Əksinə onlar Cəhənnəmə əzab içində əbədi qalmaq üzrə daxil olacaqlar.

(86) Müşriklər axirətdə, Allahdan başqa ibadət etdikləri bütlərini görüncə, öz günahlarını onların üzərinə yüklənməsi üçün belə de­yə­cək­lər: "Ey Rəbbi­miz! Bunlar bizim Səndən başqa ibadət et­diyimiz şə­rik­lə­rimizdir!". Bu zaman Allah onların ibadət etdikləri bütləri dilə gətirib danışdıracaq və bütlər dünyada ikən onlara ibadət edənlərə: "Ey Müşriklər! Siz Allaha şərik qoşaraq etdiyiniz ibadətlərinizdə ya­lançı­sı­nız, çünki Allahdan başqasına ibaət edilməsi üçün Onun heç bir şəriki yoxdur!" – deyə ca­vab qay­taracaq­lar.

(87) O gün müşriklər, Allaha boyun əyərək təs­lim ol­acaqlar və bütlərinin də özlərinə Allah qatında şəfaətçiləri olacaqları iddaları puca olub, yoxa çıxacaqdır.

(88) Uca Allaha küfür edib, başqalarını da Allah yolundan azdıranlara, törət­dik­lə­ri fitnə-fəsadlarının və başqalarını azdırmalarının səbəbi ilə etdikləri küfür əməllərinə görə layiq olduqları əzablarının üs­tündən bir əzab da artıra­cağıq.

(89) Ey Peyğəmbər! Hər ümmətə, onlara küfr və ya iman üzərində olub-olmadıqlarını şahidlik edən bir peyğəmbər göndərəcəyimiz günü xatırla. Bu peyğəmbər onlar kimi bir bəşər övladından olub, onların danışdıqları dilində danışacaqdır. Ey Peyğəmbər! Biz səni bütün ümmətlərə şahidlik etmək üçün gətirdik. Halal və haram, savab və günah olan və bunlardan başqa təfsilata ehtiyacı olan hər bir şeyi izah etmən üçün sənə Quranı nazilı etdik. Biz bu kitabı, insanları haqqa yönəltmək üçün nazil etdik. Biz onu, ona iman edərək, onunla əməl edənlərə bir rəhmər olması və əbədi olan nemətləri arzu edərək, Allaha iman edən möminlərə bir müjdə olması üçün na­zil etdik.

(90) Şübhəsiz ki, Allah insanlara, Allahın və insanların haqlarını verməyi, üstün tutmağı tələb edən amillər müstəsna olmaqla, verilən hökmlərdə heç bir kimsəni digərindən üstün tutmayaraq əda­lət­li olmağı, Allah yolunda xərcləmək və zalimi əfv etmək kimi edilməsi çətin olmayan yaxşı işləri əmr etməyi və qo­hum­­la­rın ehtiyacı olduqları şeyi onlara verməyi əmr etməyi, əmr edir, pis sözlər söyləməyi, zina kimi çirkin əməlləri və şəriətin çəkindirdiyi hər bir günah və iyrənc işlər görməyi qadağan edir. Uca Allah zülüm etməyi və insanlara qarşı təkəbbürlük etməyi qadağan edir. Uca Allah bu ayədə sizə əmr edib, qadağan etdiyi şeylərdən ibrət almanız üçün si­zə öyüd-nəsihət ve­rir!

(91) Allaha və insanlara verdiyiniz bütün vədlərə sadiq olun, Allah adına möhkəm and iç­dik­dən sonra and­larınızı əsla poz­ma­yın. Çünki siz verdiyiniz sözə vəfalı olacağınıza dair Allahı özü­nü­zə şahid etmi­siniz. Şübhəsiz ki, Allah sizin etdiyinizi hər bir şeyi bilir. Bunların heç biri Ona gizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını verəcəkdir.

(92) İpliyini, yununu möhkəm əyir­dik­­dən sonra onu açıb sökərək, əvvəlki halına gətirməkdə yorulan axmaq bir qa­dın ki­mi, verdiyiniz əhdləri pozaraq yüngül ağıllı, səfeh kimsələr kimi olmayın. Bu qadın ipini, yununu əyirmək də və onu açıb sökmək də yorulub əldən düşsə də, sonda istədiyinə nail ola bilmədi. Camaatınızın, düşmən camaatından sayca və ma­lca daha çox olması üçün andları­nı­zı aranızda hiylə vasitəsinə çevirir­siniz. Şübhəsiz ki, Allah bununla, verdiyiniz vədlərə vəfalı olmanız üçün sizləri sınağa çəkir. Görsün görək siz verdiyiniz vədlərə sadiq olacaqsınız, yoxsa onları pozacaqsınız? Allah qiyamət günü, dünyada ikən ixtilafda olduğunuz şeyləri açıqlayacaq, kimin haqqlı, kimin haqqsız, kimin sadıq və kimin də yalançı olduğunu bəyan edəcəkir.

(93) Əgər Allah istəsəydi, si­zi haqq üzərində birləşən, vahid bir ümmət edərdi. La­kin Uca Allah istədiyini, haqdan və verdiyi vədlərə vəfalı olmaqdan məhrum edərək, Öz ədaləti ilə az­dırır və istə­di­yini də Öz lütfü ilə doğru yola müvəffəq edir. Siz Qiyamət günü dünyada ikən etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız.

(94) Andlarınızı nəfsinizin istəyinə tabe olub, istədiyiniz zaman pozub, istədiyiniz zaman da ona vəfalı olaraq, öz aranızda bir-birinizə qarşı hiy­lə vasi­tə­si­nə çevirməyin. Əgər siz belə etsəniz, aya­ğınız doğru yolda möh­kəm dayanmış ikən sü­rüşər, sonra həm özünüzü həm də ki, insanları Allah yolun­dan azdırdığınıza görə əzabı dadar­sınız. Sizin üçün axirətdə də daha böyük bir əzab vardır.

(95) Allahla bağladığınız əh­di pozaraq ona vəfalı olmayıb, onu ucuz bir dünya malına dəyişməyin. Bilin ki, Allah yanında, sizin üçün dünyada olan zəfər, qənimətlər və axirətdə olan daimi nemətlər əhdinizi pozub əldə etdiyiniz ucuz bir dünya malından daha xe­yir­li­dir.

(96) Ey İnsanlar! Sahib olduğunuz mal-dövlət, naz-nemətlər nə qədər çox olsa da tü­kə­nəcək, Allah yanında olan mükafat isə daim qala­caq­dır. Elə isə onlar, fani olanı, necə əbədi qalandan üstün tuturlar? Əhdlərində sə­birli olub onları pozmayanlara, etdik­ləri yaxşı əməllərin mükafatını ve­rə­cəyik. Onlara, hər bir yaxşı əməlin qarşılığı olaraq, etdiyi yaxşı əməlin on mislindən, yeddi yüz mislinə qədər hətta bundan da daha çox qarşılığı ve­rilə­cəkdir!

(97) Allaha iman edərək, şəriətə müvafiq əməl edən hər bir kişi və qadına, etdikləri əməllərin müqabili olaraq dünyada ikən onlar üçün Allahın qədərinə qane və razı olub, yaxşı əməllərə müvəffəq olmaq kimi gözəl bir həyat bəxş edəcəyik. O kimsələri axirətdə, dünyada gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatla mükafatlandıracağıq.

(98) Ey Mömin! Quran oxuduqda, Uca Allahdan, səni, Allahın rəhmətindən qo­vul­muş şey­tan­ın vəsvəsələrindən qorumasını istə!

(99) Şübhəsiz ki, şeytanın, Allaha iman gə­ti­rib bütün işlərində yalnız tək Rəbbinə təvək­kül edən və Ona güvənənlər üzərində heç bir hökm­ranlığı yoxdur!

(100) Onun hakimiyyəti yal­nız vəsvəsə verməklə onu özünə dost tutanlar və azğınlıqda ona tabe olanlar, üstəlik, onları azdırdığına görə Allahdan başqasına ibadət edərək Ona şərik qo­şanlar üzərin­də ola bilər!

(101) Biz Quranda bir ayənin hökmünü başqa bir ayə ilə nəsx etdikdə -uca Allah müəyyən bir hikmət üçün hansı ayəni Qurandan nəsx edib, hansınıda nəxs etməyini daha yaxşı bilir - Kafirlər Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Ey Mühamməd! Sən an­caq Allah adından yalan uydurub, özündən danışan bir ifti­ra­çısan!" – deyir­lər. Xeyr! On­la­rın çoxu uca Allah bir ayənin hökmünü qüsursuz, ilahi bir hikmətdən örtü nəsx etdiyini bilməz!

(102) Ey Peyğəmbər! Onlara belə de: "Cəb­rail – aleyhissəlam – bu Quranı uca Allah yanından heç bir xəta, dəyişiklik və təhrif olmadan, Allaha iman gə­ti­rənlərin hər dəfə yeni bir ayə nazil edildikdə və bəzi ayələri nəsx etdikdə imanlarının sa­bit­qədəm olması, mü­səlman­lara doğru yol göstəricisi və onlara böyük bir savabla müjdə olsun deyə gerçək olaraq nazil etmişdir!"

(103) Biz müşriklərin: "Quranı Muhammədə (sallallahu aleyhi və səlləm) bir in­san öyrədir!" – de­dik­lə­ri­ni bi­lirik. Halbuki onla­r ortaya atdıqları bu iddialarında yalançıdırlar. Peyğəmbərə Quranı öyrətdiyini istinad et­dik­ləri şəx­sin dili əcnəbi dil­dir. Bu Quran isə açıq-aydın, bəlağətli və fəsahətli ərəb dilində nazil edilmişdir. Axı belə olduğu təqdirdə, onlar, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) Quranı bir əcnəbi öyrətdiyini necə iddia edirlər?!

(104) Uca Allahın ayələrinin Allah yanından nazil edilməsinə inan­ma­yan­la­r bu əməllərində israrlı olduğu müddətcə, əlbəttə ki, Allah onları doğ­ru yo­la müvəffəq etməyəcəkdir. Onlar Allaha küfr edib, Onun ayələrini yalan saydıqlarına görə onlar üçün ağrılı-acılı bir əzab var­dır!

(105) Muhəmməd (sallallahu aleyhi və səlləm) Rəbbindən sizə gətirdiyi dində əsla yalanı danışmır. Yalanı uyduranlar Allahın ayə­lərini təsdiq etməyən kimsələrdir. Çünki onlar Allahın əzabından qorxmayan və Onun mükafatına ümüd bəsləməyən kimsələrdir. Küfrlə vəsf edilən bu kimsələr sözün həqiqi mənasında kafir olanlardır. Çünki yalan söyləmək artıq onların adətinə çevrilişdir.

(106) Allaha küfr etmək məcburiyyəti qarşısında qalaraq, qəlbi imanla sabit olduğu halda, dili ilə küfr sözünü söyləməyə məc­bur edi­lən və qəlbindəndə onu təsdiqləməyən kəslər müstəsna ol­maq­la, kim Allaha iman gətirdikdən sonra qəlbini küf­rə açaraq, öz ixtiyarı ilə Allaha küfr etməyi seçib, küfr sözünü söyləyərsə, o, mürtəd olub, İslamdan çıxar və Allahın qəzəbinə dü­çar olar. On­lar üçün böyük bir əzab vardır!

(107) Onların mürtəd olub İslam dinindən çıxma səbəbi, Allaha qarşı etdikləri küfrə əvəz olaraq fani dünya həyatında əldə etdikləri keçici dünya malını axirət həyatından üstün tutduqlarına görədir. Həqiqətən, Allah, ka­fir qövmü doğru yola müvəffəq etməz, əksinə onları rəzil və rüsvay edər!

(108) İman etdikdən sonra İslamdan dönüb mürtəd olanlar, Allahın, qəlblərini, qulaqlarını və gözlərini möhürlədiyi kimsələrdir ki, onlar öyüd-nəsihət anlamaz, haqqı eşidib ondan faydalanmaz və Allaha iman etməyə dəlalət edən açıq-aydın möcüzələri görüb iman gətirməzlər. Məhz belə kimsələr, xoşbəxtlik və səadət səbəblərindən və Allahın onlar üçün hazırladığı əzabdan əsl qafil­ olan kimsələrdir!

(109) Həqiqətən, onlar, iman etdikdən sonra kafir olduqlarına görə, özlərinə zərər verərək Qiyamət günü ən çox ziyana uğrayan kimsələrdir! Əgər onlar imanlarında sabitqədəm olsaydılar, Cənnətə daxil olardılar!

(110) Ey Peyğəmbər! Qəlbləri imanla arxayın olduğu halda küfr sözünü söyləyincəyə qədər müşriklərin işgəncəsinə məruz qalıb, onlar tərəfindən dinlərində imtahan edildikdən sonra Məkkədən Mədinəyə hicrət edən zülmə məruz qalan zəyif müsəlmanlara qarşı Rəbbin bağışlayan və rəhimilidir. Bu kimsələr, Allahın kəlməsi uca, kafirlərin kəlməsi isə alçaq olması üçün Allah yolunda cihad edən və bu yolda məşəqqətlərə səbir edən kimsələrdir. Həqiqətən, Rəbbin onlara edilən bu zülmdən və küfr kəlməsini söyləyincəyə qədər özlərinə verilən əzab-əziyyətdən sonra onları bağışlayar və onlara mərhəmət edər. Çünki onlar küfr sözünü əzab-əziyyətə və işgəncəyə məruz qaldıqları üçün söyləmişdilər!

(111) Ey Peyğəmbər! Qiyamətin dəhşətindən hər bir kəsin başqasını deyil yalnız öz canını qurtarmaq üçün çalışacağı bir günü xatırla. O gün hər kəsə et­di­yi xeyir və şər əməl­lə­rin əvəzi tam verilə­cək və onlara etdikləri yaxşı əməllərini naqis edilməklə və ya etdikləri günahları artırmaqla zülm edil­məyə­cəkdir!

(112) Uca Allah sizə, əhalisi əmin-aman­lıq içində yaşayan, heç bir kimsədən qorxmayan, çevrələrindəki adamlar qamarlanıb götürüldüyü, əsir alındığı, öldürüldüyü, qarət edildiyi halda, özləri isə təhlükəsizlik içərisində yaşayan, ruzisi hər bir tərəfdən rahat və məşəqqətsiz gələn bir diyarı - Mək­­kə­ni - məsəl çəkir. Bu diyarın əhalisi Allahın onlara bəxş etdiyi nemətlərə nankaorluq edib, buna görə Allaha şükür etmədilər. Allah da onların yalan sayıb, küfür etdiklərinə cəza olaraq onları şiddətli aclıq və qorxu libasına bürüdü.

(113) Artıq Məkkə xalqına öz içərilərindən sadiqliyinə və dürüst bir insan olduğuna yaxşı bələd olduqları bir peyğəmbər gəldi. Bu, Muhəmməd peyğəmbərdir (sallallahu aleyhi və səlləm). Lakin onlar, Rəbbindən ona nazil edilən ayələri yalan saydılar. Bu səbəbdən Allah onlara acılq və qorxu əzabı göndərdi. Onlar isə Allaha şərik qoşmaq və peyğəmbəri ya­lan­çı say­maqla nəfslərini həlaka sürükləyərək, özlərinə zülm et­dilər.

(114) Ey Allahın qulları! Allahın sizə ruzi olaraq verdiyi, xoşunuza gələn ha­lal ruzilərdən yeyin. Əgər tək Allaha ibadət eidb və Ona heç bir şeyi şərik qoşmursunuzsa, Allahın sizə bəxş etdiyi bu nemətlərini məhz Uca Allahın bəxş etdiyini etiraf edib və bunları Allahın sevib və razı qaldığı işlərə sərf etməklə bu nemətlərə görə Uca Allah şükür edin!

(115) Uca Allah sizə yeyiləcək şeylərdən, kəsilmədən ölən heyvanları, axar qanı, hər bir parçası ilə donuz ətini və Allahdan başqası üçün qurban kəsilən heyvanların ətindən yeməyi haram etmişdir. Uca Allah bütün bunlar firavan və bolluq vaxtlarda haram etdi. Amma kim çarəsizlikdən, məcburiyyət qarşısında qalsa, zikir edilən bu harama iştah salmadan və həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yesə, ona heç bir günah olmaz. Həqiqətən Allah günahları bağışlayandır. Məcburiyyət qarşısında qalıb haramdan yediyi üçün Allah ona əzab verməz, əksinə, onu bağışlayar. Uca Allah zərurət halında haram olan bir şeyi yeməyi mübah etməklə, Öz qullarına qarşı mərhəmət etmişdir!

(116) Ey Müşriklər! Allah adından yalan uydurmaq məqsədi ilə haram buyrulmayan şeyləri haram edərək, ya halal buyrulmayan şeyləri də halal edərək, Allah haqqında dilinizin uydurduğu yalanlarla əsa­sən: "Bu halal bir şeydir, bu isə haram bir şeydır!" – demə­yin. Şüb­hə­siz ki, Allaha qar­şı yalan uydu­ranlar istədiklərinə nail ola bilməz, qorxduqları şeydən də canlarını qurtara bilməzlər!

(117) Dünyada ikən şəhvətlərinin qulu olduqları səbəbindən onlar üçün bu həyatda alçaq və az dünya malı vardır, Qiyamət günü isə on­la­rı ağ­rı­lı-acılı bir əzab göz­ləyir.

(118) Sənə, əl-Ənam surəsi: 146 cı ayədə xəbər verdiyimiz şey­lərin eynisini da­ha öncə xüsusilə yəhudilərə ha­ram etmişdik. Biz bunları haram etməklə onlara zülm et­mədik, lakin onlar qadağan olunan əməlləri edərək özləri öz­lə­­rinə zülm edirdilər. Biz də onların azğınlıqlarına görə cəzalandırdıq və onlara cəza olaraq bunları haram etdik.

(119) Ey Peyğəmbər! Şübhəsiz ki, Rəbbin, bilmədiklərindən dolayı, hətta qəsdən olsa da, günah iş gö­rən və günah iş gördükdən sonra Allaha tövbə edib, etdiyi pis əməllərini islah edənləri, əlbəttə ki, Rəb­bin onların tövbəsindən sonra güahlarını ba­ğış­layar və onlara rəhm edər!

(120) Həqiqətən, İbrahim - aleyhissəlam - bütün yaxşı cəhətləri, gözəl xüsusiyyətləri özündə cəmləşdirən, davamlı olaraq Rəbbinə ibadət və itaət edən, bütün dinlərdən üz çevirib yalnız İslama yönələn və heç bir zaman müş­riklərdən olmayan bir kimsə idi.

(121) O, Allahın ona bəxş etdiyi nemətlərinə şü­kür edən idi. Uca Allah onu peyğəmbərlik üçün seç­di və onu haqq olan İslam dininə yönəlt­di.

(122) Biz ona dünyada peyğəmbərlik, gözəl tərif və saleh övlad verdik. Əlbəttə, axirətdə də o, uca Allahın onlar üçün Cənnətdə yüksək dərəcələr hazırladığı əmə­lisaleh kimsələr­dən­dir!

(123) Ey Peyğəmbər! Bundan sonra Biz sənə, tək Allaha ibadət etməkdə, müşriklərdən uzaq olmaqda, Allaha dəvət etməkdə və Onun şəriətinə əməl edib, bütün dinlərdən üz çevirib yalnız İslam dininə yönəlməkdə İbrahimin dininə tabe olmağı vəhy etdik. O, müşriklərin iddia etdikləri kimi heç vaxt müşrik bir kimsə olmadı, əksinə, o, tək Allaha ibadət edən bir kimsə idi.

(124) Şənbə günü təzim etmək ancaq o gü­nün barə­sində ixtilafa düşən­ yəhudilərə fərz edilmişdir. Belə ki, yəhudilər Allahın onlara cümə gününü ibadətlə keçirmək əmrinə laqeyid yanaşdıqdan sonra Allah onlara şənbə gününü ibadətlə keçirmlərini əmr etdi. Ey Peyğəmbər! şübhəsiz ki, Rəbbin Qiyamət günü, dünyada ikən ix­tilafa düş­dük­lə­ri şey barəsində onla­rın arasında hökm verəcək və hər bir kimsəyə layiq olduğu mukafatı verəcəkdir.

(125) Ey Peyğəmbər! Sən və sənə tabe olan möminlər, insanları İslam dininə dəvət edərkən dəvət edilən kimsənini başa düşmə tərzini, anlamasını, qəbul etməsini nəzərə alaraq, onları İslama təşviq edib, Allahın əzabından qorxudaraq və onlarla ən gözəl tərzdə mübahisə edərək Allahın dininə dəvət edin. Sənin vəzifən insanlara hidayət bəxş etmək deyil, sənin vəzifən yalnız insanlara təbliğ etməkdir. Şüb­həsiz ki, Rəb­bin İslam dinindən dönənləri də, İslam dininə meyil edənləri də yaxşı biləndir. Elə isə onların haqq yoldan azmalarına görə özünü üzüb həlak etmə!

(126) Əgər düşməninizi cəzalan­dır­maq istəsə­niz, sizə nə cəza ve­rilibsə, siz də ona ey­nilə, cəzaya heç bir ziyadə etmədən, həmin cəzanı verin. Əgər cəza verməyə qadir olduğunuz bir halda, səbir edib, onu cəzalandırmaqdan vaz keçsəniz, bu, səbir edən kimsələr üçün sizə cəza verəni cəzalandırıb intiqam almaqdan daha xeyir­lidir.

(127) Ey Peyğəmbər! Səbir et! Onlardan sənə isabət edən əziyətlərə səbirli ol, sənin, onların əziyyətlərinə səbir etməyin yalnız Allahın izni ilə mümkündür. Kafirlərin səndən üz çevirməsinə görə əsla üzülmə və onların sənə qarşı qurduqları hiy­lələr­dən ötrü də qəlbini sıxıb, kədərlənmə!

(128) Həqiqətən də Uca Allah, günahları tərk edərək On­dan qor­xanlarla, itaət əməllər edərək yaxşı işlər gö­rən­lər­lə və Onun əmrlərini yerinə yetirənlərlə Öz yardımı və dəstəyi ilə birgədir.