(1) Geniş rəhmət sahibi olan Mərhəmətli Allah.
(2) İnsanlara Quranın əzbərləməyin və onun mənəsanı başa düşməyin asan yolunu öyrətdi.
(3) İnsanı kamil biçimdə yaradıb gözəl şəkilə saldı.
(4) Ona öz fikirlərini həm şifahi, həm də yazılı şəkildə ifadə etməyi öyrətdi.
(5) İnsanlar illərin sayını və hesabı bilsinlər deyə günəş və ayın hərəkətini müəyyən bir ölçüyə uyğun etdi.
(6) Gövdəsiz bitkilər da, ağaclar da Uca Allahın əmrinə boyun əyərək və Ona təslim olaraq Ona səcdə edir.
(7) Allah göyü yerin üzərində ucaldıb onun üçün tavan etdi və yer üzündə ədaləti bərqərar edib, qullarına ədalətli olmağı əmr etdi.
(8) Ey insnalar! Haqsızlığa yol verməməyiniz, həmçinin, ölçüdə və çəkidə xəyanət etməməyiniz üçün Biz yer üzündə ədaləti bərqərar etdik.
(9) Öz aranızda əşyaları tərəzidə insafla çəkin və başqaları üçün bir şey ölçdükdə və ya çəkdikdə ölçünü və çəkini əskiltməyin.
(10) Məxluqat yerin üzərində qərar tutsun deyə, Allah onu döşədi.
(11) Orada meyvə verən ağaclar və bar verən salxımları olan xurma ağacları vardır.
(12) Həmçinin, buğda və arpa kimi saçaqlı dənli bitkilər və iyləyəcəyiniz xoş ətirli çiçəklər də vardır.
(13) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(14) O, Adəmi (əleyhissəlam) insanı saxsı kimi səs çıxaran bişmiş quru gildən yaratdı.
(15) Cinlərin atasını da tüstüsüz xalis oddan yaratdı.
(16) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(17) O, günəşin yaydakı iki məşriqinin və qışdakı iki məğribin Rəbbidir.
(18) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(19) Allah, qarşı-qarşıya gələn, birinin suyu şirin, digərininki isə duzlu olan iki dənizi, göz gördüyü qədər bir-birinə qovuşdurdu.
(20) O dənizlərin arasında elə bir maneə var ki, o, bu dənizlərdən hər birinin digərinə qarışmasına mane olur. Bu, suyu şirin olan dəniz şirinliydə, duzlu olan da duzluluğunda qalması üçündür.
(21) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(22) O iki dənizdən böyük və kiçik mirvarilər çıxır.
(23) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(24) Dənizlərdə dağlar kimi üzən gəmiləri yönəltmək də pak və müqəddəs Allaha aiddir.
(25) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(26) Yer üzündə olan məxluqatın hamısı, sözüsüz ki, həlak olacaqdır.
(27) Ey peyğəmbər! Öz qullarına qarşı lütfükar olan, əzəmətli və kəramətli Rəbbinin Üzü isə əbədidir. Ölüm əsla Ona aid ola bilməz.
(28) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(29) Göylərdə olan mələklər və yerdə olan cinlər və insanlar öz ehtiyaclarını Ondan diləyirlər. O hər gün Öz qullarının işlərini görür - yaradır, öldürür, ruzi verir və s.
(30) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(31) Ey insan və cin tayfası! Tezliklə sizinlə haqq-hesab çəkəcəyik və sizlərdən hər kəsə etdiyi əməlinin əvəzini - mükafatını və ya cəzasını verəcəyik.
(32) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(33) Qiyamət günü Allah cinləri və insanları bir yerə toplayacağı zaman belə buyuracaq: "Ey cin və insan tayfası! Əgər göylərin və yerin hər hansı bir nahiyəsindən yarıb keçə bilirsiniz, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz. Lakin hardadı sizdə o güc-qüvvət?!
(34) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(35) Ey insanlar və cinlər! Sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək və siz bunun qarşısnı almaq üçün gücünüz yetməyəcəkdir.
(36) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(37) Mələklərin yerə enməsi üçün göy yarılacaq, rəngi də, dağ basılmış yağ kimi qıpqırmızı olacaqdır.
(38) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(39) O əzəmətli gündə Allah insanların və cinlərin (dünyada) nə əməllər etdiklərini bildiyinə görə, onlar öz günahları barədə sorğu-sual olunmayacaqlar.
(40) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(41) Qiyamət günü günahkarlar əlamətlərindən - üzlərinin qara, gözlərinin də göy olmasından tanınacaq, üstəlik, kəkilləri ilə ayaqları bir-birinə bitişik halda tutulub yaxalanaraq Cəhənnəmə atılacaqlar.
(42) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(43) Onlara məzəmmət edilərək deyiləcəkdir: "Günahkarların dünyada ikən yalan hesab etdikləri Cəhənnəm budur, onların gözləri önündədir və onlar bunu inkar edə bilməzlər!
(44) Onlar cəhənnəm odu ilə istisi olduqca hərarətli olan qaynar su arasında dolanacaqlar.
(45) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(46) Axirətdə Rəbbinin hüzurunda durmaqdan qorxan və iman gətirib yaxşı işlər görən kimsələri iki cənnət gözləyir.
(47) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(48) İkisində də növbənöv meyvələrlə dolu budaqlı ağaclar vardır.
(49) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(50) Bu iki Cənnətdə suyu axıb gedən iki bulaq vardır.
(51) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(52) İkisində də hər meyvədən iki növ vardır.
(53) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(54) Onlar orada astarları qalın ipəkdən olan döşəklərə dirsəklənəcəklər. Hər iki cənnətin bar verdiyi məhsullar və meyvələr onlara o qədər yaxın olacaq ki, cənnət əhli istər ayaq üstə, istər oturulu vəziyyətdə, istərsə də, uzanmış halda onları dərə biləcəkdir.
(55) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(56) Orada gözlərini öz ərlərinə dikmiş, ərlərindən əvvəl onların bakirəliyinə heç bir ins-cins toxunmamış qadınlar vardır.
(57) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(58) Onlar gözəllikdə və saflıqda sanki yaqut və mərcandırlar.
(59) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(60) Rəbbinə itaət etməklə yaxşılıq etmiş kimsənin əməlinin əvəzi, Allah onun mükafatını yaxşılaşdırmaq deyilmi?!
(61) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(62) Zikr edilmiş bu iki cənnətdən başqa daha iki cənnət də vardır.
(63) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(64) Hər iki cənnət tünd yaşıldır.
(65) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(66) Bu iki cənnətdə çox bərk və davamlı olaraq fəvvarə vurub qaynaya iki bulaq vardır.
(67) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(68) Bu iki cənnətdə çoxlu meyvələr, böyük xurma ağacları və nar vardır.
(69) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(70) Bu iki cənnətdə gözəl əxlaqlı, yaraşıqlı qadınlar vardır.
(71) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(72) Çadırlarda mühafizə olunsunlar deyə, orada ərlərinə sadiq olan ismətli hurilər vardır.
(73) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(74) Ərlərindən əvvəl özlərinə heç bir bir ins-cins toxunmamış qadınlar vardır.
(75) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(76) Onlar yaşıl üzlükləri olan balışlara və gözəl döşəkçələrə dirsəklənəcəklər.
(77) Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?!
(78) Sənin əzəmət və kərəm sahibi olan, Öz qullarına lütf göstərən Rəbbinin adı nə qədər əzəməti və nə qədər xeyirlidir!