(1) Qiyamət, həqiqətən də, qopacaqdır. Bunda şübhə ola bilməz.
(2) Həmin vaxt heç kəs dünya olduğu kimi onun qopduğunu yalan saya bilməz.
(3) O, kafirləri və günahkarları Cəhənnəm oduna daxil etməklə alçaldacaq, möminləri və müttəqiləri isə Cənnətə daxil etməklə ucaldacaqdır.
(4) Yer çox möhkəm titrəyişlə titrədiyi zaman,
(5) Dağlar tikə-tikə olub ovxalandığı zaman,
(6) Dağlar parça-parça olub, bir yerdə sabit qalmayan toza çevriləcəyi zaman,
(7) Ey insanlar! O gün siz üç zümrəyə ayrılacaqsınız.
(8) Öz kitablarını sağ əlləri ilə götürəcək sağ tərəf sahibləri. Onların yeri necə uca və necə də əzəmətlidir!
(9) Öz kitablarını sol əlləri ilə götürəcək sol tərəf sahibləri. Onların yeri necə alçaq və necə də pisdir!
(10) Dünyada xeyirxah işlərdə öndə gedənlər, axirətdə Cənnətə daxil olma xüsusunda da öndə olacaqlar!
(11) Onlar Allaha yaxın olanlar,
(12) Nəim cənnətlərində qalacaq və orada cürbəcür nemətlərdən istifadə edəcək kimsələrdir.
(13) Onların bir qismi bu ümmətdən, qalanı da əvvəlki ümmətlərdən,
(14) Axır zamanda olan insanların az bir qismi öndə gedənlərdən və yaxın olanlardan olacaqlar.
(15) Onlar qızılla toxunmuş taxtlar üstündə
(16) O taxtlar üzərində qarşı-qarşıya əyləşib dirsəklənəcək və onlardan heç biri arxasını qarşısında əyləşənə çevirməyəcəkdir.
(17) Onlara xidmət etmək üçün ətraflarında həmişəcavan və ölməz xidmətçi oğlanlar dolanacaqlar.
(18) O xidmətçilər Cənnətdə daim axan çeşmə şərabı ilə dolu qulpsuz badələr, qulplu bardaqlar və qədəhlərlə ətraflarında dolanarlar.
(19) Bu şərab dünyadakı şəraba bənzəmir, onu içdikdə nə başağrı verər, nə də ağılı aparar,
(20) O xidmətçilər Cənnət əhlinin ətrafınd onların bəyənib seçdikləri meyvələrlə dolanarlar.
(21) Və nəfslərinin istədiyi quş əti ilə onların ətraflarında dolanacaqlar.
(22) Onlar üçün Cənnətdə yaraşıqlı iri gözlü hurilər də vardır.
(23) Sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər.
(24) Bu, onların dünyada etdikləri saleh əməllərin mükafatı olacaqdır.
(25) Onlar Cənnətdə nə pis bir kəlam, nə də sahibini günaha batıran bir söz eşidəcəklər.
(26) Onlar Cənnətdə yalnız mələklərin onları salamlamasını və bir də bir-birilərinə verdikləri salamı eşidəcəklər.
(27) Kitabları sağ əllərinə veriləcək sağ tərəf sahibləri necə də yüksək məqam sahibləri və Allah yanında şərəfli olan kimsələrdir.
(28) Onlar tikansız, insana əziyyət verməyən sidr ağacları arasında,
(29) Habelə, meyvələri bir-birinin üstündə yerləşən salxım-salxım asılmış banan ağacları arasında,
(30) Uzanan və heç vaxt yox olmayan kölgəliklərdə,
(31) Davamlı şəkildə axan sular kənarında,
(32) Saymaqla bitməyən, çoxlu meyvələr,
(33) Heç vaxt tükənməyən, mövsümə bağlı olmayana və dərmək istədikləri vaxt özlərinə qadağan edilməyən meyvələr içində,
(34) Və taxtlar üzərinə qoyulmuş hündür döşəklər üstündə olacaqlar.
(35) Biz bu zikir edilən Cənnət hurilərini xəyala gəlməyən, yeni bir biçimdə yaradacağıq.
(36) Onları daha öncə heç kəsin toxunmamış bakirə qızlar edəcəyik –
(37) Ərlərini sevən, həmyaşıdlar.
(38) Biz o huriləri sağ tərəf sahibləri üçün yaratmışıq. O kəslər ki, özlərinə xoşbəxt olacaqlarını bildirmək üçün sağ tərəfdən götürüləcəklər.
(39) Onlar əvvəlki peyğəmbərlərin ümmətlərindən olan bir toplumdur.
(40) Bir qismi də Muhəmmədin (səllallahu aleyhi və səlləm) ümmətindən olan toplumdur. Bu toplum ümmətlərin sonuncusudur.
(41) Kitabları sol əllərinə veriləcək sol tərəf sahiblərinin də halı və gedəcəkləri yer necə də pisdir.
(42) Onlar çox isti külək və qaynar su içində,
(43) Qapqara tüstü kölgəsində olacaqlar.
(44) Bu tüstünün nə sərin havası var, nə də xoşagələn görkəmi.
(45) Onlar bu əzaba düçar olmazdan əvvəl dünyada ikən cah-calal içində yaşayırdılar. Duyada onların öz nəfslərinin istəklərindən başqa qayğıları yox idi.
(46) Onlar Allaha küfr etməkdə və Onu qoyub bütlərə tapınmaqda israr edirdilər.
(47) Və dirilməni inkar edib istehza edərək və ona inanmayaraq deyirdilər: “Məgər biz ölüb torpaq və çürümüş sür-sümük olduqdan sonra yenidən dirildiləcəyikmi?!
(48) Yaxud bizdən əvvəl ölüb getmiş atalarımız dirildiləcəklərmi?”
(49) Ey Peyğəmbər! Dirilməni inkar edən o kimsələrə de: “Şübhəsiz ki, əvvəl yaşamış insanlar da, sonra gələcək bütün nəsillərdə,
(50) Qiyamət günü haqq-hesaba çəkilmək və etdikləri əməllərin əvəzini almaq üçün mütləq toplanacaqlar.
(51) Sonra siz, ey dirilməni yalan sayan və düz yoldan azan kimsələr, Qiyamət günü zəqqum ağacının meyvəsindən yeyəcəksiniz. Bu isə, meyvələrin ən şərli və murdar olanıdır.
(52) Sonra siz, ey dirilməni yalan sayan və düz yoldan azan kimsələr, Qiyamət günü zəqqum ağacının meyvəsindən yeyəcəksiniz. Bu isə, ən şər və murdar meyvədir.
(53) Boş qarnınızı o ağacın acı meyvəsi ilə dolduracaqsınız,
(54) Üstündən də olduqca hərarətli olan qaynar su içəcəksiniz.
(55) Siz onu susuzluq xəstəliyinə tutulmuş dəvənin çoxlu su içdiyi kimi çoxlu-çoxlu içəcəksiniz”.
(56) Bu zikr edilən acı yemək və qaynar içki, haqq-hesab günü onlara veriləcək ziyafətdir.
(57) Ey haqqı yalan sayanlar! Siz yox ikən sizi Biz yaratdıq. Bəs nə üçün siz öldükdən sonra Bizim sizi dirildəcəyimizi təsdiq etmirsiniz?!
(58) Ey insanlar! Qadınlarınızın uşaqlığına axıtdığınız mənini gördünüzmü?!
(59) O mənini siz yaradırsınız, yoxsa onu yaradan Bizik?!
(60) Sizin aranızda ölümü Biz müəyyən etdik. Sizlərdən hər kəsin əvvəlcədən müəyyən edilmiş əcəli vardır, o, nə qabağa keçər, nə də yubanar. Biz acizdə deyilik.
(61) Sizi bildiyiniz xilqətinizi və görünüşünüzü başqası ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir xilqətdə və şəkildə yaratmağa Bizə mane olan tapılmaz.
(62) Siz artıq Bizim sizi ilk dəfə necə xəlq etdiyimizi bilirsiniz. Bəs nə üçün sizi ilk dəfə yaradan Allahın, siz öldükdən sonra sizi yenidən diriltməyə qadirdir olduğunu düşünüb ibrət almırsınız?!
(63) Torpağa səpdiyiniz toxumu gördünüzmü?!
(64) O toxumu siz bitirisiniz, yoxsa onu bitirən Bizik?!
(65) Əgər Biz istəsəydik, o əkin yetişib məhsul verdiyi zaman onu saman çöpünə döndərər, siz də onun nə kökə düşdüyünə heyrət edərdiniz,
(66) Və deyərdiniz: “Biz xərc qoyduğumuz işdə ziyana uğramaqla əzaba düçar olduq.
(67) Xeyr, biz ruzidən məhrum olduq!”
(68) Susadığınız zaman içdiyiniz suyu gördünüzmü?!
(69) Onu göydəki buluddan siz endirirsiniz, yoxsa onu endirən Bizik?!
(70) Əgər istəsəydik, o suyu elə duzlu edərdik ki, o, nə içməyə, nə də suvarılmağa yaralı olardı. Bəs nə üçün Allahın sizə rəhmət olaraq şirin su endirdiyinə görə Ona şükür etmirsiniz?!
(71) Öz mənfəətiniz üçün yandırdığınız odu gördünüzmü?!
(72) Yandırdığınız ağacı siz yaratdınız, yoxsa onu Biz sizə mərhəmət olaraq yaradırıq?!
(73) Biz onu axirət odunu yada salmağınız və sizlərdən səfərə çıxan müsafirlərin istifadəsi üçün yaratdıq.
(74) Ey Peyğəmbər! Elə isə, əzəmətli Rəbbini Ona layiq olmayan sifətlərdən uzaq tutaq şəninə təriflər de!
(75) Uca Allah ulduzların batdığı və olduğu yerlərə and içir.
(76) Kaş bu yerlərə and içməyin, onda olan dəlillərə və məhdud olmayan ibrətlərə görə, böyük bir and olduğunu biləydiniz.
(77) Ey insanlar! Sizə oxunan bu Quran, içində əzəmətli faydalar olduğuna görə, həqiqətən də, ehtirama layiq olan dəyərli bir Qurandır.
(78) İnsanların görmədiyi bir kitabda - Lövhi-məhfuzda qorunub saxlanan kitabdır.
(79) Ona ancaq günahlardan və eyiblərdən uzaq olan mələklər toxuna bilər.
(80) O, məxluqatın Rəbbi tərəfindən Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edilmişdir!
(81) Ey müşriklər! Siz bu kəlamı yalan sayırsınız, ona inanmırsınız?!
(82) Allahın sizə verdiyi nemətlərə şükür etməyi, onu yalan saymaqla yerinə yetirirsiniz?! Yağışın yağmasını ulduzla əlaqələndirib: "Bizə filan və filan ulduz sayəsində yağış yağır" - deyirsiniz?!
(83) Ruh hülquma yetişdiyi zaman,
(84) Həmin vaxt siz önünüzdə can verən adama baxıb durursunuz.
(85) Biz Öz elmimiz, qüdrətimiz və mələklərimizlə sizin ölünüzə sizdən daha yaxın oluruq, lakin siz o mələkləri görmürsünüz.
(86) Madam ki, siz iddianıza görə əməllərinizin əvəzini almaq üçün haqq-hesab olunmayacaqsınız -
(87) Əgər doğru danışanlarsınız, onda, ölünüzdən çıxan o ruhu geri qaytarın! Siz bunu bacara bilməzsiniz.
(88) Amma əgər o can verən adam, yaxşı işlər görməyə tələsən kimsələrdəndirsə,
(89) Onda o, rahatlıq tapar və bundan sonra heç vaxt yorulmaz, üstəlik, gözəl ruzi əldə edər və Nəim cənnətində nəfsi çəkdiyi hər bir nemətdən istifadə edər.
(90) Əgər ölən adam sağ tərəf sahiblərindəndirsə, belələrinin aqibətinə görə narahat olma, çünki onları salamatlıq və əmin-amanlıq gözləyir.
(91) Əgər ölən adam sağ tərəf sahiblərindəndirsə, belələrinin aqibətinə görə narahat olma, çünki onları salamatlıq və əmin-amanlıq gözləyir.
(92) Yox əgər ölən adam Rəsulullahın (səllallahu aleyhi və səlləm) gətirdiyi risaləti yalan sayanlardan və doğru yoldan azanlardandırsa,
(93) Ona veriləcək ziyafət, hərarəti olduqca şiddətli olan qaynar su olacaqdır,
(94) Özü də Cəhənnəm odunda yanacaqdır.
(95) Ey Peyğəmbər! Bizim sənə anlatdığımız bu hadisələr, doğrudan da, təkzibolunmaz bir həqiqətdir.
(96) Elə isə əzəmətli Rəbbinin adına təriflər de və Onun bütün eyib və nöqsanlardan uca tut!