14 - İbrahim ()

|

(1) ﴾Əlif. Ləm. Ra﴿. Bu ayə ilə əlaqəli açıqlama əl-Bəqərə surəsinin əvvəlində keçmişdir. Ey Peyğəmbər! Bu Quran, Allahın istəyi və köməyi ilə insan­la­rı küfr, cəhalət və zəlalət çirkabından, iman, elm və hər bir şeydə həmd-sənaya layiq, kimsənin qalib gələ bilməyəcəyi İzzət sahibi olan Allahın yoluna, İslam dininə çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır.

(2) Göylərdə və yerdə olan hər bir mülkün sahibi yalnız tək Allahdır. İbadərə yalnız O layiqdir. Onun məxluqatdan heç bir şəriki yoxdur. Kafir olanlar şiddətli bir əzaba düçar olacaqlar!

(3) Kafirlər nemətləri fani olan dünya həyatını, nemətləri əbəbi olan axi­rət həyatından üstün tutur, insanları Allah yo­lundan sapdırır və kiminsə bu haqq yolu tutmasın deyə, insanlara bu yolu, əyri bir yol kimi göstərməyə çalışırlar. Bu sifətlərə sahib olan kimsələr, haqq və həqiqətdən uzaq düşüb, azan kimsələrdir.

(4) Biz hər bir elçini ancaq öz qövmünün dilində danışan gön­dər­dik ki, Allah yanından gətirdikləri haqqı on­lara bə­yan edib, başa salması üçün asan olsun. Biz elçiləri öz qövmlərinə məcburən Allaha iman etdirmələri üçün göndərmədik. Allah istədiyini Öz ədaləti ilə azdırır və istədi­yini də fəziləti ilə doğru yola müvəffəq edir. O, qüdrətlidir, kimsə Onu məğlub edə bilməz. Yaratmasına və idarə etməsində hikmət sahibidir.

(5) Biz Musanı onun doğruluğuna dəlalət edən möcüzələri­miz­lə gön­dərib ona dəstək verdik. Şübhəsiz ki, o, Rəbbi tərəfindən göndərilən bir elçidir. Biz ona, qövmünü küfrdən və cəhalətdən, imana və elmə çıxarmasını əmr etdik. Eyni zamanda Biz ona, Allahın özlərinə nemət bəxş etdiyi günləri qövmünə xatırlamasını əmr etdik. Həqiqətən o günlərdə, Allahın tövhidinə, qüdrətinin əzəmətinə və möminlərə nemətlər bəxş etməsinə dəlalət edən açıq-aydın dəlilər vardır. Bundan, Allaha ibadət etməkdə səbirli olan və Onun nemətlərinə daima şükür edən kimsələr faydalanarlar.

(6) Ey Peyğəmbər! Yadına sal ki, bir zaman Musa Rəbbinin əmrinə tabe olub, qövmü İsrail oğullarına Allahın onlara verdiyi nemətləri özlərinə xatırlataraq belə de­di: "Ey Qövmüm! Allahın sizi Firon ailəsindən qurtardığını, sizi onların şərindən və onların sizə dəhşətli əzab dadırmalarından sizi xilas edərək, sizə bəxş etdiyi ne­mətini xatır­la­yın. Çünki on­lar, sizdən kiminsə Fironun səltənətinə sahib çıxmaması üçün dünyaya gələn oğ­lan uşaq­la­rınızı öldürür, qa­dın­la­rı­nızı isə zəlil edib, alçaltmaq üçün sağ bu­ra­xırdılar. Onların bu etdikləri əməllərə səbir etməniz sizin üçün böyük bir imtahan idi. Uca Allah bu müsibətə səbir etdiyinizə görə, sizi Firon ailəsinin şərindən xilas etməklə mükafatlandırdı!".

(7) Musa onlara belə dedi: "Rəbbiniz bu əmrini xatırlayın: Əgər sizə zikr edilən nemətlərə görə Allaha şükür etsə­niz, Allah si­zə olan nemə­tini və lütfünü bir qədər də artı­ra­r, yox əgər nankorluq edib, bu nemətlərə görə Allaha şükür etməsəniz, bilin ki, nankorluq edib, nemətlərə şükür etməyənə qarşı Mə­nim əzabım şid­dət­lidir!"

(8) Musa qövmünə dedi: "Ey Qövmüm! Əgər siz və sizinlə birgə bütün yer üzün­də olanların hamısı ka­fir ol­­sanız, bunun zərəri yalnız özünüzə olacaqdır. Çünki Allah, zəngindir, Onun heç bir şeyə ehtiyacı yoxdur. Həmd-sənalara yalnız O layiqdir. Möminin iman etməsi Ona fayda vermədiyi kimi, kafirində küfür etməsi Ona heç bir zərər verməz!".

(9) Ey Kafirlər! Sizdən əvvəlkilərin – Nuh qövmü­nün, Ad, Hud, Səmud və Saleh tay­fa­la­rı­nın və həmçinin on­lar­dan sonra yaşayıb, peyəmbərləri yalan sayan qövmlərin həlak olma xəbəri sizə gəlib çatma­dı­mı? Onlar çoxdur, onların sayını Allah­dan başqa heç kəs bilməz. Halbuki elçiləri on­lara açıq-ay­dın dəlil­lər gətir­di­lər. Onlar isə elçilərə olan qəzəblərindən dolayı əllərini ağız­la­rı­nın üstünə qo­yub, barmaqlarını çeynəyərək elçilərə belə dedilər: "Şübhəsiz ki, biz si­zinlə göndərilənlərə inan­mı­rıq və bizləri çağırdığınız şey barəsində şübhə doğu­ran şəkk içindəyik!".

(10) Elçiləri onlara cavab olaraq belə dedilər: "Məgər Allahın vəhdaniyyətində və Onun tək ibadətə layiq olmasında şəkk-şübhə varmı? O, göy­ləri və yeri yaradan və onların hər ikisinidə misilsiz olaraq yoxdan var edəndir. Allah, keçmiş günahlarınızı bağışlamaq və dünya həyatındakı əcəlinizi tamamlamanız üçün əvvəlcədən müəyyən edilmiş vaxt gəlib çatana qədər sizi Özünə iman etməyə çağırır. Qövmləri elçilərə belə de­dilər: "Siz də bizim kimi bir bəşər övladısınız. Sizin bizdən heç bir üstünlüyünüz yoxdur. Siz bizi atala­rımızın ibadət et­dikləri bütlərdən dön­dər­mək istə­yirsiniz. Elə isə bizə, özünüzün həqiqətən də Allah tərəfindən göndərilən elçilər olduğunuza dəlalət edən açıq-ay­dın bir dəlil gətirin!".

(11) Peyğəmbərləri onlara cavab olaraq belə dedilər: "Biz də si­zin kimi bir insanıq. Biz bu işdə sizinlə eyni olduğumuzu inkar etmirik. Bizim, sizin kimi bir insan olmağımız heç də bütün işlərdə sizinlə eyni dərəcədə olmağımız anlamında deyil. Uca Allah qul­la­rından is­tə­diyinə xüsusi olaraq nemət bəxş edir və onlar içərisindən seçib insanlara elçi göndərir. Alla­hın istəyi ol­ma­dan biz, sizin bizdən tələb etdiyiniz heç bir dəlili gətirə bilmərik. Çünki sizə hər hansı bir dəlili gətirmək bizim ixtiyarımızda olan bir iş deyil. Əksinə, buna yalnız Allah qadirdir. Elə buna görə də mö­minlər bütün işlərində yalnız Alla­ha təvək­kül etsinlər!".

(12) Hansı maneə və ya hansı üzür bizimlə Allaha təvəkkül etməyin arasını ayıra bilər?! Allah bizi ən düz və ən aydın bir yola yönəltmişdir. Bi­zi yalan sayıb və bizə istehza edərək verdiyiniz əziy­yət­lə­rə səbir edəcəyik. Elə buna görə də mö­minlər bütün işlərində yalnız Alla­ha təvək­kül etsinlər!".

(13) Elçilərin qövmlərindən olan və elçilərlə mübahisədə onlara qarşı dəlil gətirməkdən aciz qalan kafirlər belə dedi­lər: "Sizi ya öz torpa­ğı­mız­dan çıxaracağıq, ya da öz dinimizi tərk edib bizim dinimizə qayıdacaq­sı­nız!" Allah də elçiləri sabitqədəm etmək üçün on­lara belə vəhy etdi: "Biz Allah və Onun elçilərinə küfür edən zalımları mütləq məhv edəcəyik!"

(14) Ey Elçilər və onlara tabe olanlar! Biz onları məhv etdikdən sonra mütləq sizi o yerdə sa­kin edəcəyik. Bu, yalan sayan kafirlərin məhv olması, onları məv etdikdən sonra o yelərdə elçiləri və möminləri sakin edilməsi Mənim əzəmətimi, hər bir halda onu gördüyümü dərk edib və onu xəbərdar etdiyim əzabdan qorxub çəkinənlərə aiddir.

(15) Elçilər Rəbbindən düşmənlərinə qələ­bə çalmaq üçün yardım dilədilər. Haqq özünə bəlli olduqdan sonra ona tabe olmayıb, inadkarlıq edərək, təkəbbürlük göstərən hər bir kəs zi­yana uğ­ra­dı.

(16) Təkəbbürlük edən bu kimsənin, Qiyamət günü qarşısında Cə­hən­nəm vardır. Cəhənnəm onu gözləməkdədir. Orada ona cəhənnəm əhlinin bədənindən axan irin içir­di­lə­cəkdir. Bu isə onun susuzluğunu yatırmayacaqdır. Ona orada susuzluq və başqa əzab növləri ilə əzab verilməkdə hey davam ediləcəkdir.

(17) İrinli-qanlı suyun acılığının, hərarətinin və üfunətli iyinin şiddətindən dolayı zorla, özünü məcbur edərək onu qurtum-qurtum içməyə çalışacaq, amma onu uda bilmə­yəcək­dir. Üz verən əzabın şiddətindən ona ölüm hər yandan gələ­cək, lakin o, ölüb canını bu dəhşətli əzabdan qurtarıb, rahat ola bilməyəcəkdir. Əksinə, sağ qalıb əzabdan ah-nalə çəkəcəkdir. Qarşısında onu gözləyən dəhşətli başqa bir də əzab olacaqdır.

(18) Kafirlərin sədəqə vermək, insanlara yaxşılıq və zəyiflərə mərhəmət etmək kimi etdikləri yaxşı əməllərinin misalı qa­sır­ğanın şiddətli olduğu bir gündə kü­ləyin şiddətlə sovur­duğu külə bən­zə­yir ki, külək də onu şiddətli bir şəkildə havaya sovurar və ondan heç bir əsər-əlamət qalmayana qədər onu hər tərəfə yayıb səpələyər. Kafirlərin əməlləridə belədir. Onların etdikləri küfür əməlləri, dünyada ikən etdikləri yaxşı əməllərini puç edər. Beləliklə də etdikləri yaxşı əməlləri qiyamət günü onlara heç bir faydası olmaz. İman təməli üzərində edilməyən hər bir əməl haqq yoldan azmaq və zəlalətdir.

(19) Ey İnsan! Məgər sən Allahın göyləri və yeri əbəs yerə deyil, əksinə haq­q ilə ya­ratdığını bilmirsənmi? Ey İnsanlar! Əgər Allah sizi yox edib, yerinizə Ona ibadət və itaət edən başqa bir məx­luq gətirmək is­tə­sə, sizi yox edib yeri­nizə Ona ibadət və itaət edən yeni bir məx­luq gətirər. Bu Allah üçün çox asan və rahat bir işdir.

(20) Sizi məhv edib, yerinizə sizdən başqa yeni bir məxluq gətirmək uca Allah əsla aciz etməz. Çünki O, hər şeyə qadirdir. Onun aciz qaldığı bir iş yoxdur.

(21) İnsanlar Qiyamət günü qəbirlərindən çıxıb Alla­hın hüzu­runa gələcək və zəif­lər dünyada ikən öndə gedən başçılarına belə de­yə­cək­lər: "Ey Öndə gedən başçılarımız! Biz dünyada sizin arxanızca getdik. Əmrlərinizə itaət edib, qadağalarınızdan çəkindik. İndi siz bizi, Alla­hın əzabından, qismən də olsa, qoruya bilər­si­nizmi?" Bu zaman dünyada ikən öndə gedən başçıları onlara de­yə­cəklər: "Əgər Allah bizi doğ­ru yola müvəffəq etsəydi, biz də si­zə doğ­ru yolu yönəldərdik və beləliklə də, hamımız Allahın əzabından xilas olardıq. Lakin biz özümüz də azdıq və sizi də azdırdıq. İndi əzaba dözə bilməməyimiz və ya buna sə­bir etməyimiz hamımız üçün eynidir. Bu gün əzabdan qaçıb canımızı qurtarmaq üçün heç bir qurtuluş yeri yox­dur!"

(22) Cənnət əhli Cənnətə, Cəhənnəm əhlidə Cəhənnəmə daxil olduqda, İblis onlara belə deyə­cək: "Allah sizə haqq vəd ver­mişdi. O, vədini yerinə yetirdi. Mən isə sizə batili vəd vermişdim, ona görə də və­dimi yerinə yetirmədim. Mənim dünyada sizi küfrə və zəlalətə sürükləyəcək heç bir gücüm yox idi. Lakim mən si­zi küfrə dəvət etdim və günahları sizə gözəl göstərdim, siz də mənə tabe olmaq üçün tələsdiniz. Odur ki, dünyada zəlalətə düşdüyünüz üçün məni yox, yalnız özünüzü qınayın. Bu gün nə mən si­zin köməyi­nizə ça­tıb əzabı sizdən sovuşdura bi­lə­rəm, nə də siz mənim kö­mə­yimə ça­tıb əzabı məndən sovuşdura bilərsi­niz. Şüb­hə­siz ki, mən əv­vəllər də sizin məni Allaha ibadətdə Ona şərik qoşma­ğınızı rədd et­miş­dim!". Həqiqə­tən, dünyada Allaha şərik qoşub və Ona küfr edərək özlərinə zülüm edən kimsər üçün qiyamət günü onları gözləyən ağrılı-acılı bir əzab vardır.

(23) Zalımların tam əksi olaraq, uca Allah iman gətirib saleh əməl­lər edən­ləri, ağacları və qəsrləri altın­dan çay­lar axan cən­nətlərə daxil edəcəkdir. Onlar Rəbbinin izni və güc-güvvəti ilə orada əbədi olaraq qalacaqlar. Onların orada qarşıla­şarkən bir-birilərinə deyəcəyi, habelə, mələklərin və uca Allahın onlara de­yə­cəyi söz: "Sa­lam!" olacaqdır.

(24) Ey Peyğəmbər! Allahın tövhid kəliməsi olan (lə iləhə illallah) üçün necə məsəl çək­di­yini bilmirsənmi? Belə ki, Allah, həmin kəlməni kökü yerdə möh­kəm olub, təmiz sudan içən, budaqları isə göyə yük­sə­lən üzərinə düşən damcılardan su içən və təmiz havadan sovuran gözəl bir xurma ağacına bənzətmişdir.

(25) Rəbbinin əmri ilə bu gözəl ağac hər zaman öz gözəl bəhrə­sini verir. Uca Allah insanların öyüd-nəsihət almaları üçün onlara belə misallar çəkər.

(26) Pis olan şikr kəlməsinin məsəli, pis ağac (hənzələ) acı qovun ağacın məsəli kimidir. Bu ağac, kökü yerdən qopa­rıl­mış, nə yerə bağlı olan bir kökü, nə də ki, göyə yüksələn bu dudağı olmayan, çürüyüb, küləklər onu hər tərəfə sovuran ağaca bənzər. Küfür kəlməsinin sonuda beləcə yox olmaqdır. O kəlmə sahibinin yaxşı əməli əsla Allaha yüksəlməz.

(27) Uca Allah möminləri tam bir iman ilə ölənə qədər həm dünya həyatında, həm bərzəx aləmində qəbirlərində sorğu-sual zamanı, həm də, Qiyamət günü tövhid kəliməsi üzərində sabit saxla­yar. Uca Allah Ona şəirk qoşan və Ona küfr edən zalımları haqq yoldan azdırar. Allah Öz ədaləti ilə istədiyi kimsəni zəlalətə salar və lütfü ilə də istədiyini hidayətə qovuşdurar. Bu işdə uca Allahı kimsə məcbur edə bilməz.

(28) Ey Peyğəmbər! Qüreyiş qəbiləsindən Allahın onlara haram bölğəsində bəxş etdiyi əmin-amanlıq içində yaşamaq nemətinə və Muhəmmədi (sallallahu aleyhi və səlləm) öz içərilərindən özlərinə peyğəmbər göndərilməsinə qarşı çıxıb Allaha və Onun rəsuluna küfr edənlərin halının necə olduğunu gördün. Onlar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Rəbbindən özlərinə gətirdiyi haqqı yalan sayaraq Allahın nemətlərinə nankorluq edilər. Qövmlərindən küfürdə onların ardınca gedənləri də həlak diyarına sürüklədilər.

(29) Həlak diyarı, onların varid olacaqları Cəhənnəmdir. Onlar orada Cəhənnəm atəşindən əzab çəkəcəklər. Onların qərar tutacaqları yer, necə də pis bir yerdir.

(30) Müşriklər, Allahın yolundan azdıqdan sonra özlərinə tabe olanları da azdırmaq üçün bütləri uca Allaha tay tut­du­lar. Ey Peyğəmbər! Onlara de: "Hələlik dünya ləzzətləri ilə əylənin və insanlar arasında şübhələr yaymaqla məşğul olun. Şübhəsiz ki, Qiyamət günü dönüşü­nüz Cəhhənəmə olacaqdır. Sizin oradan başqa dönüş yeriniz yoxdur!"

(31) Ey Peyğəmbər! Möminlərə belə de: "Ey İman gətirənlər! Na­mazı kamil şəkildə əda edin. Allahın əzabından qurtarmaq üçün, alış-ve­rişin, fidyənin və heç bir dostun öz dostuna şəfaət etməsinin qəbul edilməyəcəyi bir günün gəlməsindən əv­vəl Allahın sizə ver­di­yi ruzidən riyadan qorxaraq gizli şəkildə və başqa insanlara nümunə olmanız üçün açıq şəkildə Allah yolunda öz mallarınızdan vacib və müstəhəb yerlərə xərc­lə­yin!".

(32) Uca Allah göy­ləri və yeri misilsiz olaraq yoxdan var etdi. Sizə səmadan yağmur endirdi və bu yağmurun səbəbi ilə yer üzündə sizin üçün növbənöv məhsullardan ruzi ye­tişdirdi. Ey İnsanlar! Allah, Onun əm­ri ilə su üzərində üz­ən gəmiləri sizə rab etdi. Həm özünüzün, həm də heyvanlarınız su içib, həm də ki tarlalarınızı suvalamaq üçün çayları da sizin ixtiyarınıza buraxdı.

(33) Davamiyyətli olaraq hərəkət edən günəşi və ayı si­zə ta­be etdi. Eyni şəkildə bir-birini təqib edən ge­cə­ni və gün­dü­zü də sizə ram etdi. Gecə yatıb istirahət etməniz, gündüz isə işləyib, çalışmanız üçündür.

(34) O sizə istədiyiniz və istəmədiyiniz hər bir şey­dən ver­mişdir. Əgər Alla­hın ne­mət­lərini saya­caq olsa­nız, o nemətlərin çoxluğundan və növbənöv olmasından onları sayıb qurtara bil­məz­si­niz. Sizə xatırlanan bu nemətlər isə sizə bəxş edilən nemətlərdən cüzi bir hissəsidir. Həqi­qə­tən, insan öz nəfsinə qarşı za­lımdır və Uca Allahın ona verdiyi nemətlərə çox nan­­korluq edəndir.

(35) Ey Peyğəmbər! Bir zaman İbrahim oğlu İsmaili və onun anası Həcəri Məkkədəki vadidə yerləşdirdikdən sonra: "Ey Rəbbim! Ailəmi yerləşdirdiyim diyarı (Məkkəni) əmin-aman bir diyar et. Orada qan tökülməsin, kimsəyə zülüm edilməsin. Məni və mənim övladlarımı bütlərə ibadət etməkdən qoru! dediyini xatırla.

(36) Ey Rəbbim! Həqiqətən də, bütlər çox insanları haqq yoldan azdırıblar. İnsanlar bütlərin onlara şəfaətçi olacaqlarını zənn edib fitnəyə düşdülər və beləliklə də, Allaha ibadət etməyi tərk edib onlara ibadət etdilər. İnsanlardan hər kim, tək Allaha ibadət və itaət etməklə mənim ardımca gələrsə, o, mən­dən və mənim dəstəmdəndir. Kimdə mənə asi olub, tək Allaha ibadət və itaət etməzsə, ey Rəbbim! şübhəsiz ki, Sən, günahını bağışlamaq istədiyin qullarının günahını bağışlayan və onlara rəhm edənsən!

(37) Ey Rəbbimiz! Mən zürriyyətimdən bəzilərini, İsamili və onun oğullarını əkin bitməyən və su çıxmayan bir vadidə (Məkkədə) Haram evinin yanında sakin et­dim. Ey Rəbbimiz! Övladlarımın Haram evində na­maz qılmaları üçün onları orada sakin etdim. Ey Rəbbim! İn­san­la­rın qəlblərini on­lara tərəf çevir ki, insanlar həm övladlarını, həm də bu diyarı sevsinlər. Onlara bəxş etdiyin nemətlərə görə Sənə şükür etsinlər deyə onları növbənöv meyvələrlə ruziləndir!

(38) Ey Rəbbimiz! Sən, qəlbimizdə gizli saxladığımız və aş­ka­ra çıxart­dı­ğı­mız hər bir şeyi bilir­sən. Yerdə və göylərdə heç bir şey Allah­a gizli qalmaz. Əksinə, O, hər şeyi biləndir. Eyni zaman da möhtac olduğumuz şeylər və həmçinin Ona olan ehtiyacımız Uca Allaha gizli qalmaz.

(39) Şükür və həmd-sənalar duamı qəbul edib mənə saleh övladlar verən Allaha aiddir. O, qoca vaxtımda mənə Həcərdən İs­maili, Saradan isə İshaqı bəxş etdi. Həqiqətən, Uca Rəb­bim Ona dua edənin duasını eşidib qəbul edəndir!

(40) Ey Rəbbim! Məni də, zürriyyətimdən olanları də namazı kamil şəkildə qı­lanlardan et! Ey Rəbbi­miz! Duama cavab ver və duamı Öz yanında məqbul olan dualardan elə!

(41) Ey Rəbbimiz! Mənim və valideynlərin günahlarını bağışla (İbrahim bu sözləri, atasının Allahın düşməni olduğunu bilməzdən əvvəl demişdir. Atasının Allahın düşməni olduğunu bildikdə isə ondan uzaqlaşdı). İnsanlar qəbirlərindən dirilib, Allahın qarşısında haqq-hesab olunmaq üçün durduqları zaman möminlərin günahlarını da bağışla.

(42) Ey Peyğəmbər! Uca Allahın zalımlara əzabını gecikdirməsini heç də Allahı onların yalan saymalarından, insanları Allahın yolundan azdırmalarından və s. etdikləri əməllərdən xəbərsiz oldu­ğunu əsla zənn etmə. Əksinə, Allah, onların nə etdiklərindən xəbərdardır. Bundan Allaha heç bir şey gizli qalmaz. Allah, sadəcə on­ları cəza­landırmağı Qiyamət gününə saxlamışdır. O gün elə qorxulu bir gündür ki, onlar gördükləri dəhşətli şeylərdən qorxduqları üçün göz­ləri bə­rəlib qalacaqlar.

(43) O gün insanlar qəbirlərindən dirilib qalxdıqda, qorxudan başlarını göyə qal­dı­raraq carçıya doğru tə­lə­sə­cək­lər. Onlar özlərinə belə dönüb baxmayacaq, əksinə, gördükləri dəhşətli mənzərədən gözləri bərəlib qalacaqlar. Onların qəlbləri boşdur, dərk etməzlər. Gördüklərini dəhşətli mənzərədən isə bir şey anlayıb, başa düşməzlər.

(44) Ey Peyğəmbər! İnsanları Qiyamət günü onlara üz verəcək Allahın əzabı ilə qorxut. O gün, Allaha küfür edib, Ona şərik qoşaraq öz nəfslərinə zülüm edənlər de­­yə­cək­lər: "Ey Rəbbi­miz! Bizə bir az möhlət ver, əzabı bizə bir qə­dər gecikdir, qısa bir müddət də olsa bizi dünyaya qaytar Sənə iman edək və bizə göndərdiyin elçilərin ar­xasınca gedək!" Onlara məzəmmət olaraq belə deyi­lə­cəkdir: "Məgər siz öldükdən sonra yenidən diriləcəyinizi inkar edərək, siz əsla dünya həyatından axirət həyatına köçməyəcəyinizə dair dünya da ikən and iç­mə­mişdinizmi?!

(45) Allaha küfr etməklə özlərinə zülm edən­ Hud və Saleh qövmü kimi keçmiş ümmətlərin diyarlarında sakin oldu­nuz. On­la­rı necə məhv et­diyimiz si­zə ay­dın oldu. Öyüd-nəsihət almanız üçün sizə Allahın Kitabda bir çox mi­sal­lar da çəkdik. Amma siz isə bundan öyüd-nəsihət almadınız.

(46) Zalım ümmətlərin yurdlarında məskunlaşanlar Muhəmməd Peyğəmbəri (sallallahu aleyhi və səlləm) öldürmək və onun dəvətinə son qoymaq üçün hiylələr qu­rurdu­lar. Halbuki Allah onların qurduqları hiylələri bilir və bundan Allaha heç bir şey gizli qalmaz. Onların hiyləsi zəyifdir. Allahın onlar üçün qurduğu hiylənin əksi olaraq, onların hiyləsi, zəyifliyinə görə nə dağları nə də ki, başqa hər hansı bir şeyi yerindən tər­pətməyə qadir de­yil­.

(47) Ey Peyğəmbər! Allahın Öz elçilərinə onlara qalibiyyət verəcəyinə və dini aşkar edəcəyinə dair ver­diyi vədinə xilaf çıxacağını əsla zənn etmə! Şübhəsiz ki, Allah qüd­rət­lidir, kimsə Onu məğlub edə bilməz. O, Öz dostlarını izzətli edəcəkdir. Həmçinin, Öz düşmənlərindən və elçilərinin düşmənlərindən şiddətli in­tiqam almağa qadirdir.

(48) Bu intiqam, kafirlərdən Qiyamət saatı qopduğu zaman alınacaqdır. O gün yer pak və bəyaz başqa bir yer­lə, göylər də başqa göylərlə dəyişdiriləcəkdir. İnsanlar, hər şeyə qalib gələn və kiminsə əsla Ona qələb çala bilməyən, məğlub edən əsla məğlub olunmayan, mülkündə və əzəmətində tək olan Allahın hüzurunda durmaq üçün bədəniləri və əməlləri ilə qəbirlərindən qalxacaqlar.

(49) 49 - 50 - Ey Peyğəmbər! O gün yer başqa bir yerlə göylər də başqa göylərlə dəyişdiriləcəkdir. Kafirlərin və müşriklərin bəzisini bəzilərinə bağlandığını görəcəksən. Əlləri və ayaqları boyunlarında zən­­cir­lərlə qandal vurulacaqdır. Əyinlərinə getdikləri paltarlar isə qatrandan olacaqdır (qatran alışqan maddədir). Cəhənnəm odu onların üzünü yandıracaqdır.

(50) 49 - 50 - Ey Peyğəmbər! O gün yer başqa bir yerlə göylər də başqa göylərlə dəyişdiriləcəkdir. Kafirlərin və müşriklərin bəzisini bəzilərinə bağlandığını görəcəksən. Əlləri və ayaqları boyunlarında zən­­cir­lərlə qandal vurulacaqdır. Əyinlərinə getdikləri paltarlar isə qatrandan olacaqdır (qatran alışqan maddədir). Cəhənnəm odu onların üzünü yandıracaqdır.

(51) Uca Allah hər kəsə xeyir yaxud şərdən qazandı­ğı­nın əvə­zini vermək üçün belə edə­cək­. Həqi­qə­tən, Allah əməlləri hesabını tez bir zaman da çəkəndir.

(52) Muhamməd Peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Quran, Uca Allahdan insanlar üçün bir bildi­rişdir. Qoy insanlar, bu Quranla orada olan qorxuducu və şiddətli təhdidlərdən qorxsunlar, haqq məbudun yalnız Allahın olduğunu bilib, ancaq Ona ibadət edərək Ona heç bir şeyi şərik qoşmasınlar və sağlam ağıl sahibləri də bu Quranla ibrət və öyüd-nəsihət alsınlar. Çünki öyüd-nəsihətdən yalnız sağlam ağıl sahibləri faydalanarlar.