93 - əd-Duha ()

|

(1) Uca Allah gündüzün əvvəlinə and içir.

(2) O, həmçinin, zülmətə bürünən və içində insanların hərkətinin sakitləşən gecəyə and içir.

(3) Ey Peyğəmbər! Vəhy nazil olmadığı vaxtda müşriklərin iddia etdiyi kimi deyil, Rəbbin səni nə tərk etdi, nə də sənə qəzəbləndi.

(4) Tükənməz nemətlərlə dolu olan axirət yurdu, əlbəttə, sənin üçün dünya həyatından daha xeyirlidir.

(5) Rəbbin sənə və sənin ümmətinə böyük nemət bəxş edəcək, sən də, Onun sənə və sənin ümmətinə bəxş etdiyindən razı qalacaqsan.

(6) Sən körpə ikən, atan da dünyadan köçmüş ikən Rəbbin səni tapıb sənə sığınacaq vermədimi?! Əvvəlcə baban Əbdülmüttəlib, sonra da əmin Əbu Talib səni öz himayəsinə götürmüşdür.

(7) Sən kitabın və imanın nə olduğunu bilmədiyin bir halda O səni tapıb bunlardan sənə bilmədiklərini öyrətdi.

(8) Və səni kasıb ikən tapıb zəngin etdi.

(9) Elə isə atasını itirmiş uşaqla pis davranma və ona xor baxma.

(10) Səndən kömək diləyən ehtiyaclını yanından qovma.

(11) Allahın sənə bəxş etdiyi nemətlərə şükür et və onlardan söhbət aç.