(1) Biz Quranı ramazan ayının qədr gecəsindən Peyğəmbərə (səllallahu aleyhi və səlləm) nazil etdiyimiz kimi onu bütöv olaraq qədr gecəsində dünya səmasına nazil etdik.
(2) Ey Peyğəmbər! Bu gecənin nə qədər xeyir və bərəkətli olduğunu bilirsənmi?!
(3) Bu gecə xeyirlə dolu bir gecədir. Bu gecə, min ay imanla və savabını Allahdan umaraq ibadət edən kimsənin qazandığından daha xeyirlidir.
(4) O gecə mələklər və Cəbrail (aleyhissəlam) pak və müqəddəs Rəbbinin izni ilə, Allahın həmin il üçün əzəldən yazdığı hər bir işə görə - ruzi gətirmək, öldürmək, ruh vermək və başqa bu kimi - Allahın əzəldən müəyyən etdiyi işlərdən ötrü yerə enirlər.
(5) Bu mübarək gecə əvvəlindən axırınadək ta dan yeri sökülənədək xeyirlə doludur.