(1) Pak və müqəddəs Allah dan yerinə and içir.
(2) O, həmçinin, zilhiccə ayının ilk on gecəsinə and içir.
(3) Habelə, əşyalardan cüt və tək olanlara and içir.
(4) Eləcə də, gəlib, davam edib və keçib getməkdə olan gecəyə and içir. Bu andların cavabı belədir: Siz əməllərinizin əvəzini mütləq alacaqsınız.
(5) Məgər bu andlar ağıl sahibini qane etmirmi?!
(6) Ey Peyğəmbər! Hud peyğəmbərin qövmü Ad tayfası öz peyğəmbərini yalançı saydığı zaman Rəbbinin onlara nələr etdiyini görmədinmi?!
(7) Bu, Ad tayfasının babası uzunboy İrəmə mənsub edilən qəbilədir.
(8) Allah yer üzündə onlara bənzərini xəlq etməmişdir.
(9) Rəbbinin Saleh qövmünə - səmudlulara nələr etdiyini görmədinmi?! Onlar dağlardakı qayaları yarıb orada özləri üçün evlər düzəldirdilər.
(10) Rəbbinin Firona nələr etdiyini görmədinmi?! O Firon ki, onun sütunları var idi və o, insanları bu sütunlara bağlayıb onlara əzab verirdi.
(11) Bunların hamısı qəddarlıqda və zülm etməkdə həddi aşmışdılar. Hər bir öz ölkəsində zülm edirdi.
(12) Orada küfr və asilikləri yaymaqla fəsad törədirdilər.
(13) Rəbbin onlara Öz şiddətli əzabını daddırdı və onları yer üzündən sildi.
(14) Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, insanların əməllərinə göz qoyur və nəzarət edir ki, yaxşı işlər görənləri Cənnətlə mükafatlandırsın, pis işlər görənləri də, Cəhənnəm odu ilə cəzalandırsın!
(15) İnsana gəlincə, onun xasiyyətidir ki, Rəbbi onu imtahana çəkib ona ehtiram göstərdikdə və ona mal-dövlət, övlad və yüksək məqam bəxş etdikdə, özünün Allah yanında hörməti olduğunu zənn edib deyər: "Mən Rəbbimin ehtiramına layiq olduğum üçün O mənə ehtiram göstərdi".
(16) Lakin onu imtahana çəkib ruzisini azaltdıqda, Rəbbinin onu hörmətdən saldığını zənn edib deyər: "Rəbbim məni alçaltdı".
(17) Xeyr, bu heç də insanın təsəvvür etdiyi kimi deyil, yəni insana nemətlərin bəxş edilməsi, Allahın ondan razı qalması demək deyil, eləcə də, onun fəlakətə uğraması, Rəbbi yanında alçalması deyil. Əksinə, həqiqət budur ki, siz, Allahın sizə verdiyi ruzidən yetimə vermirsiniz.
(18) Gündəlik yemək tapa bilməyən fəqiri yedirtməyə bir-birinizi təhrik etmirsiniz.
(19) Zəiflərin, qadınların və yetimlərin haqlarını hərisliklə - onun halal və ya haram omasına varmadan yeyirsiniz.
(20) Mal-dövləti də hərisliklə sevirsiniz və onu çox sevdiyinizə görə ondan Allah yolunda xərcləməyə xəsislik edirsiniz.
(21) Sizin belə etməyiniz yalnışdir. Siz yerin şiddətlə titrəyib lərzəyə gələcəyi vaxtı xatırlayın.
(22) Ey Peyğəmbər! Rəbbin Öz qulları arasında hökm vermək üçün gələcək, mələklər də gəlib səf-səf duracaqlar.
(23) O gün Cəhənnəm gətiriləcək. Onun yetmiş min tutacağı olacaq və hər tutacaqdan yetmiş min mələk çəkib gətirəcək. O gün insan Allah üçün etmədiyi əməlləri xatırlayacaq, lakin bu xatırlamanın həmin gün ona nə faydası. Axı o gün, əməl etmək günü yox, əməllərin cəzasını almaq günüdür.
(24) Beləsi çox peşman olub deyəcək: "Kaş bu həqiqi həyat - axirət həyatım üçün əvvəlcədən yaxşı əməllər etməklə hazırlıq görəydim".
(25) O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz. Çünki Allahın əzabı daha şiddətli və daha sürəklidir.
(26) Heç kəs Allahın kafirləri zəncirlərə buxovladığı kimi buxovlaya bilməz.
(27) Mömin kimsəyə isə həm ölüm anında həm də qiyamət günü belə deyiləcək: "Ey imanına və saleh əməllərinə arxayın olan nəfs!
(28) Böyük mükafata nail oduğuna görə razı qalmış və etdiyin saleh əməllər sayəsində pak və müqəddəs Rəbbinin yanında razılıq qazanmış halda öz Rəbbinə tərəf dön!
(29) Məmin əməlisaleh qullarımın zümrəsinə daxil ol!
(30) Əməlisaleh qullarımla bərabər onlar üçün hazırladığım Cənnətimə daxil ol!