(1) ﴾Əlif. Ləm. Ra﴿. Bu ayə ilə əlaqəli açıqlama əl-Bəqərə surəsinin əvvəlində keçmişdir. Bu ayələr, yüksək məqama sahib olan Allah tərəfindən nazil edilməsinə dəlalət edən, Allahın vəhdaniyyətini, dini əmrləri və qadağaları açıq-aydın izah edən Quran ayələridir.
(2) Qiyamət günü kafirlər, peyğəmbərlərin dünyada ikən onları xəbərdar etdiklərinin həqiqət olduğunu və onların dünyada batil yol üzərində olduqlarını anladıqda özlərinin, müsəlman olmalarını arzulayacaqlar.
(3) Ey Peyğəbmər! Yalan sayan kimsələri tərk et, qoy onlar dünyada bir müddət heyvan kimi yeyib-içsinlər, fani dünya həyatının ləzzətləri ilə əylənsinlər və xam xəyallarla başlarını qatıb, iman gətirib, saleh əməllər etdməkdən yayınsınlar. Onlar, Qiyamət günü Allahın hüzuruna cəm olduqda, özlərinin ziyan içində olduqlarını biləcəklər.
(4) Biz, məhv etdiyimiz hər bir zalın diyarın, Allah qatında əvvəlcədən təyin edilmiş məlum bir vaxtı vardır. Həlak onlara əvvəlcədən təyin edilmiş vaxtdan nə bir an tez gələr, nə də ki, gecikər.
(5) Heç bir ümmətin həlakı əvvəlcədən təyin edilmiş vaxtdan öncə gəlməz, nə də, həmin vaxt ərsəyə çatdıqda, gecikməz. Elə buna görə də, zalimlər, Allahın onlara əzabı geçikdirməsinə aldanmasınlar.
(6) Məkkə müşrikləri Peyğəmbərə (sallallahu aleyhi və səlləm) belə dedilər: "Ey özünə Zikr nazil edildiyini idda edən kimsə! Doğrudan da, sən bu iddianla dəlisən və dəlillər kimi hərəkət edirsən!
(7) Kaşki göndərilmiş peyğəmbər olduğuna və bizə əzab gələcəyi barədə verdiyin xəbərin doğruluğuna şahidlik edəcək bir mələk gətirəydin.
(8) Uca Allah, onların mələklərin gəlməsi haqqında irəli sürdükləri fikirlərinə cavab olaraq belə buyurdu: "Biz mələkləri ancaq əzabla həlak olma vaxtınız yetişdikdə, müəyyən hikmət üçün endiririk. Əgər Biz, mələkləri göndərsək və onlar bundan sonra da iman gətirməsələr, bu zaman kafirlərə möhlət verilməz. Əksinə, əzab onlara daha tez bir vaxta gələr!"
(9) Şübhəsiz ki, bu Quranı insanlara bir öyüd-nəsihət olaraq Muhəmmədin (sallallahu aleyhi və səlləm) qəlbinə Biz nazil etdik, əlbəttə, Biz də onu hər cür artırılıb-əskiltmədən, təbdildən və təhrifdən qoruyacağıq!"
(10) Ey Peyğəmbər! Biz səndən öncə də küfür edən əvvəlki millətlərə elçilər göndərmişdik, onlar da özlərinə göndərilən peyğəmbərləri yalançı hesab etdilər. Ümmətinin səni yalançı hesab etməsində heç də peyğəmbərlərin birincisi deyilsən.
(11) Küfür edən əvvəlki millətlər, özlərinə göndərilən peyğəmbərləri yalançı sayıb, onlara istehza etdilər.
(12) Biz o əvvəlki millətlərin qəlblərinə peyğəmbərləri yalançı hesab etməyi saldığımız kimi, eyni şəkildə, üz çevirib, inadkarlıq etdiklərinə görə onu Məkkə müşriklərin qəlblərinə də salarıq.
(13) Onlar hələ də Muhəmməd Peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Qurana inanmırlar. Halbuki Allahın əvvəlki ümmətlərdən peyğəmbərlərin gətirdiklərini yalan sayanların necə həlak etməsi xəbər onlara gəlib çatmışdır. Elə isə qoy yalan sayanlar səndən ibrət alsınlar.
(14) O yalan sayanlar, inadkar insanlardır. Haqq onlara açıq-aydın dəlillərlə bəlli olsa, hətta onlar üçün göydən bir qapı açsaydıq və onlar dayanmadan oraya qalxsaydılar:
(15) yenə də inanmayıb: "Gözlərimiz dumanlıdır, əksinə, bizim gördüyümüz şeylər sehrin təsirindəndir, daha doğrusu biz sehrlənmişik" – deyərlər.
(16) Biz, insanların səfərdə ikən səhra və dənizin zülmətlərində yolu tapmaları üçün səmada əzəmətli ulduzlar yaratdıq və onların bununla uca Allahın qüdrətini dərk etsinlər deyə, göy üzünü səmaya baxan insanlar üçün ulduzlarla bəzədik.
(17) Göy üzünü Allahın rəhmətindən qovulmuş hər bir şeytandan mühafizə etdik.
(18) Yalnız mələklər toplumunu gizlincə dinləyib və buna görə də ona alovlu bir cisim yetişib onu yandırıb yaxan şeytan və cin bundan müstəsnadır.
(19) Biz, insanların yer üzündə qərar tutub yaşamaları üçün oranı döşəyərək sərdik. Yeri üzünün onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq və Allahın hikmətinə müvafiq olaraq yer üzündə müəyyən ölçüdə göz oxşayan bitkilərin hər növündən yetişdirdik.
(20) Ey İnsanlar! Dünya həyatında olduğunuz müddətcə orada həm sizin üçün, həm də sizin ruzi vermədikləriniz insanların və heyvanların dolanması üçün yeyiləcək və içiləcək vasitələri yaratdıq.
(21) İnsan və heyvanların faydalandığı hər şeyi var etməyi və insanları onunla faydalandırmağa qadir olan yalnız Bizik. Biz, var etdiyimiz hər bir şeyi hikmətimizin və iradəmizin tələbinə müvafiq olaraq yalnız müəyyən bir ölçüdə var edirik.
(22) Biz, küləklər göndərib buludları bir yerə cəm etdik. Cəm olan buludlardan yağmuru yağdırdıq və sizləri bu yağmur suyu ilə suladıq. Ey İnsanlar! Bu suyun yer üzündə bulaq olub, yerdən qaynayıb çıxması üçün onu bir yerə toplayan siz deyilsiniz. Onu bir yerə toplayıb saxlayan yalnız Uca Allahdır.
(23) Şübhəsiz ki, Biz ölüləri yoxdan var edərək həm öldükdən sonra onları yenidən dirildən, həm də dirilərin əcəli çatdıqda onları öldürən həm də ki, yerə və yer üzərində olan hər bir şeyə varis olub əbədi qalan da Bizik!
(24) Əlbəttə, sizdən əvvəl dünyaya gəlib, dünyasını dəyişənləri də və sizdən sonra kimlərin bu dünyaya dəlib-gedəcəyini də bilirik. Bundan heç bir şey Bizə gizli qalmaz.
(25) Ey Peyğəmbər! Həqiqətən, Rəbbin Qiyamət günü yaxşılıq edən kimsələrin mükafatını, pislik edən kimsələrin də cəzasını vermək üçün onları bir yerə toplayacaqdır. Şübhəsiz ki O, işlərində hikmət və elm sahibidir. Ona heç bir şeyi gizli qalmaz.
(26) Biz Adəmi toxunduqda saxsı kimi səs çıxaran quru palçıqdan yaratdıq. Adəmin yaradıldığı palçıq, üzün müddət qaldığı üçün rənği qara, qoxusu dəyişmiş bir palçıq idi.
(27) Biz cinlərin babasını, Adəmi - aleyhissəlam - yaratmazdan daha öncə hərarəti olduqca şiddətli olan alovdan yaratmışdıq.
(28) Ey Peyğəmbər! Bir zaman Rəbbin mələklərə və onlarla birğə olan iblisə: "Mən, toxunduqda saxsı kimi səs çıxaran, üzün müddət qaldığı üçün rənği qara və qoxusu dəyişmiş quru palçıqdan bir bəşər yaradacağam" - dediyini xatırla!
(29) Mən ona surətini düzəldib, kamil bir biçimdə yaratdıqda, siz, əmrimə tabe olaraq, onu salamlamaq üçün ona səcdə edin!
(30) Mələklər Rəbbinin əmrinə tabe oldular və Rəbbi onlara əmr etdiyi kimi hamısə ona səcdə etdilər.
(31) Lakin İblis - mələklərlə birgə olsada, amma bu işdə onlarla birgə olmadı - mələklərlə bir yerdə Adəmə səcdə etməkdən imtina etdi.
(32) İblis Adəmə səcdə etməkdən imtina etdikdən sonra, uca Allah ona belə dedi: "Mənim əmrimə tabe olaraq Adəmə səcdə edən mələklərlə birgə səcdə etməyə sənə mane olan və səni, əmrimə asi olmağa sövq etdirən nədir?"
(33) İblis lovğalanaraq dedi: Mənim, üzün müddət qaldığı üçün rənği qara və qoxusu dəyişmiş quru palçıqdan yaratdığın bir bəşərə səcdə etməyim doğru olmaz!"
(34) Bu zaman Uca Allah İblisə belə buyurdu: "Cənnətdən çıx! Artıq sən rəhmətimdən qovuldun!
(35) Qiyamət gününə qədər üzərində lənət olacaqdır və rəhmətimdən də qovulacaqsan!".
(36) İblis dedi: Ey Rəbbim! Məxluqatın yenidən diriləcəkləri günə qədər mənə möhlət ver və o vaxta qədər məni öldürmə!"
(37) Uca Allah ona belə buyurdu: "Elə isə sən, əcəli gecikdirilib möhlət verilənlərdənsən -
(38) Bütün məxluqatın öldüyü, surun ilk üfürldüyü günə qədər!"
(39) İblis dedi: "Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını doğru yoldan azdıracağam!
(40) Yalnız Sənə ibadət etmək üçün seçdiyin qullarından başqa!"
(41) Allah dedi: "Bu, Mənə tərəf gətirib çıxaran düz yoldur.
(42) Şübhəsiz ki, yalnız sənə tabe olan azğınlardan başqa, mənim ixlaslı qullarım üzərində onları azdırmaq üçün sənin heç bir gücün-güvvətin və hökmranlığın olmaz!".
(43) Həqiqətən, Cəhənnəm iblisin və ona tabe olan azğınların hamısına vəd olunmuş yerdir.
(44) Cəhənnəmin yeddi qapısı vardır. Cəhənnəm əhli Cəhənnəmə o qapılardan daxil olarlar. O qapılarının hər birdən iblisə tabe onlardan sayları əvvəlcədən müəyyən edilmiş kimsələr Cəhənnəmə daxil olacaqlar.
(45) Uca Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxan müttəqilər cənnətlərdə və bulaqlar başında olacaqlar.
(46) Cənnətə daxil olarkən onlara deyiləcək: "Oraya müsibətlərdən sağ-salamat və qorxulu şeylərdən xatircəmliklə daxil olun!"
(47) Biz onların qəlblərindəki kin-küdurət və düşmənçilik hisslərini çıxarıb kənar etdik. Onlar taxtlar üstündə oturub bir-birilərinə baxan və bir-birilərini sevən qardaşlar olacaqlar.
(48) Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar. Əksinə, orada əbədi qalacaqlar.
(49) Ey Peyğəmbər! Qullarımdan Mənə tövbə edənləri bağışlayıb, rəhm edəcəyimi onlara bildir.
(50) Əzabım isə ağrılı-acılı əzab olduğunu onlara bildir ki, qoy Mənə tövbə edib bağışlamama nail olub və əzabımdan xatircəm olsunlar!
(51) Onlara, İbrahimə - aleyhissəlam - oğlan övladı ilə müjdələmək və Lut qövmünü həlak etmək üçün gələn mələk qonaqları barəsində də xəbər ver!
(52) Onlar İbrahimin yanına daxil olduqda ona: "Sənə salam olsun!" – dedilər. İbrahim də onlara daha gözəl bir şəkildə salam qaytardı və onların bəşər övladından olduqlarını zənn edərək onların yemələri üçün onlara qızarmış bir buzov gətirdi. İbrahim də qonaqların yeməyə əl uzatmadıqlarını görüb dedi: "Doğrusu, biz sizdən qorxuruq!".
(53) Mələklərdən olan elçilər İbrahimə: "Qorxma! Biz sənə, səni sevindirəcək bir xəbər verəcəyik. Sənin bilikli bir oğlan övladın olacaqdır!" – dedilər.
(54) İbrahim –mələklərin, onun bir oğlan övladı olacağı müjdələməsinə təəccüb edərək– olara dedi: "Qocalıq məni haqladığı bir vaxtda mənə oğlan övladımın olacağı ilə müjdə verirsiniz? Məni nə ilə müjdələyirsiniz?"
(55) Mələklərdən olan elçilər İbrahimə dedilər: "Biz sənə heç bir şəkk-şübhə olmayan həqiqətlə müjdə veririk. Səni müjdələdiyimiz şey barədə əsla ümidsizliyə qapananlardan olma!".
(56) İbrahim mələklərə belə cavab verdi: "Allahın doğru yolundan azanlardan başqa, Rəbbinin mərhəmətindən kim ümidini üzər?!".
(57) İbrahim mələklərə dedi: "Bir deyin görək, sizi Uca Allah yanından buraya gətirən səbəb nədir?"
(58) Mələklərdən olan elçilər İbrahimə dedilər: "Allah bizi fəsadı və şəri çox böyük olan Lut qövmünü məhv etmək üçün göndərdi!"
(59) Ancaq Lutun ailəsi və ona tabe olan möminlər bu əzabdan müstəsnadırlar. Onlara əsla əzab olunmaz. Biz onların hamısını bu əzabdan salamat edəcəyik!
(60) Yalnız Lutun arvadından başqa. Biz onun geridə əzab içində qalanlardan olmasına hökm verdik!".
(61) Göndərilən elçi mələklər kişi simasında Lut əhlinin yanına gəldikləri zaman
(62) Lut - aleyhissəlam - onlara dedi: "Biz sizi tanımadığımız bir qövmdənsiniz!".
(63) Mələklərdən olan elçilər Luta dedilər: "Ey Lut! Qorxma, biz sənin yanına qövmünün şübhə etdiyi onları məhv edəcək əzab ilə gəlmişik.
(64) Biz sənin yanına zarafat olmayan, doğru bir xəbərlə gəlmişik. Şübhəsiz ki, biz sənə verdiyimiz xəbərdə doğru danışanlarıq.
(65) Gecədən bir müddət keçdikdən sonra ailəni götürərək yola çıx və səndə onların arxasınca get. Sizdən heç kəs onların başına nə gəldiyini görmək üçün çevrilib arxaya baxmasın. Beləliklə də, Allahın sizə getmənizi əmr etdiyi yerə qədər irəliləyib gedin!"
(66) Biz Luta üçün əzəldən yazdığımız əmri, sübh çağı o qövmün sonuncusu da həlak olana qədər kökü kəsilərək hamısı məhv olacaqlarını vəhy edərək bildirdik.
(67) Sədum əhalisi, Lutun qonaqları ilə fahişə əməli etmək ümüdü ilə sevinərək onun yanına gəldilər.
(68) Lut onlara belə dedi: "Bunlar mənim qonaqlarımdır. Onlara etmək istədiyiniz şeylə məni biabır etməyin!
(69) Bu fahişə əməldən əl çəkərək Allahdan qorxun və bu iyrənc əməlinizlə məni hörmətdən salmayın!"
(70) Qövmü ona dedi: "Məgər biz sənə hər hansı bir kimsəni qonaq saxlamağı qadağan etməmişdikmi?"
(71) Lut - aleyhissəlam - qonaqlarının qarşısında özünə üzr qazandıraraq onlara belə dedi: "Bunlar mənim, sizə zövcə ola biləcək qızlarımdır! Əgər şəhvətinizi ödəmək istəyirsinizsə, onlarla evlənin!"
(72) Ey Peyğəmbər! Sənin canına and olsun ki, Lutun qövmü şəhvətlərinin tüğyanında tərəddüd edib durdular.
(73) Günəş doğanda onları həlak edici qorxunc bir səs yaxaladı.
(74) Oranın üstünü altına gərirərək diyarlarını tərsinə çevirərək və onların üzərinə möhkəm gil daşlar yağdırdıq.
(75) Şübhəsiz ki, Lut qövmünün həlak edilməsi haqqında zikir edilən bu ayələrdə başa düşənlər üçün dəlillər vardır.
(76) Lut qövmünün diyarı, oradan keçməkdə olan müsafirlərin gördükləri sabit bir yer üzərindədir.
(77) Şübhəsiz ki, Lut qövmünün başına gələn bu hadisə də, möminlərin ibrət almaları üçün neçə-neçə dəlillər vardır!
(78) Sıx meşəlikdə yaşayan şəhər xalqı, Şueyb tayfası da, Allaha küfür edib və özlərinə göndərilən Allahın elçisi Şüeybi yalan saydıqlarına görə zalımlardan oldular.
(79) Onları əzabla yaxalayaraq onlardan da intiqam aldıq. Lut qövmünün yaşadıqları diyar və Şueyb əshabının yurdu oradan keçən kimsələrin açlıq-aydın görə biləcəyi bir yol üzərində yerləşirdi.
(80) Hicr əhalisi olan (Hicir, Hicaz və Şam arasında yerləşən bir yerdir) Səmud qövmüdə özlərinə göndərilən Salehi peyğəmbəri yalançı saymaqla, göndərilən bütün Peyğəmbərləri yalançı saymış oldular.
(81) Biz onlara Salehin həqiqətən də Allah tərəfindən göndərilən bir elçi olduğuna dəlalət edən ayələr və dəlillər verdik. Bunlardan biridə göndərdiyimiz dişi dəvə idi, lakin onlar bu ayələr və dəlillərdən düşünüb öyüd-nəsihət almadılar və bunlar barədə heç düşünmədilər.
(82) Onlar qorxduqları şeydən əmin-amanlıqda yaşamaları üçün dağları yarıb orada özlərinə evlər düzəldirdilər.
(83) Beləliklə, sübh vaxtı zəliledici ildırım əzabı onları yaxaladı.
(84) Qurduqları möhkəm evlər, yığdıqları var-dövlət, qazandıqları dünya malı, Allahın əzabın onlardan sovuşdura bilmədi.
(85) Biz göyləri, yeri və onların arasında olanları heç bir hikmətsiz, boş yerə yaratmadıq. Biz bütün bunların hamısını yalnız haqq ilə yaratdıq. O saat mütləq gələcəkdir, bu barədə əsla şəkk-şübhə ola bilməz. Ey Peyğəmbər! Odur ki, səni yalan sayanlardan üz çevir və onları gözəl tərzdə bağışla!
(86) Ey Peyğəmbər! Həqiqətən, Rəbbin hər şeyi yaradandır və hər bir şeyi biləndir!
(87) Biz sənə yeddi ayədən ibarət Fatihə surəsini verdik. Bu ayələr, əzəmətli Quran ayələridir.
(88) Kafirlərdən bəzilərinə verdiyimiz müxtəlif növlü fani dünya malına gözünü dikmə, onların səni yalançı saydıqlarına görə qəm-qüssə etmə və möminlərə qarşı da təvazökar ol!.
(89) Ey Peyğəmbər! Onlara de: "Şübhəsiz ki, mən sizi əzabdan açıq-aşkar çəkindirən bir peyğəmbərəm!".
(90) Mən sizi, Allahın kitablarını hissələrə ayıraraq, bu kitabların bir qisminə iman edib, digər bir qismini isə inkar edən kimsələrə Allahın endirdiyi əzabın eyni ilə sizə də endirməsinə qarşı sizləri xəbardar edirəm!
(91) Quranı hissələrə bölənlər belə dedilər: "O, sehrdir, yaxud kahinlik əsəridir, yaxud da şeirdir".
(92) Ey Peyğəmbər! Rəbbinə and olsun ki, Biz qiyamət günü Quranı hissələrə bölənlərin hamısından soruşacağıq –
(93) Biz onlardan dünyada etdiklər küfr və günahların sorğu-sualını edəcəyik!
(94) Ey Peyğəmbər! Artıq sən, Allahın sənə dəvət etməyi əmr etdiyi şeyləri açıq-aşkar şəkildə bəyan et və müşriklərin söylədiklərinə və etdiklərinə də fikir vermə!
(95) Onlardan qorxma. Sənə istehza edən Qureyişin küfür imamlarının hiylələrinə qarşı sözsüz ki, Biz sənə yetərik.
(96) O kəslər ki, Allahla yanaşı başqa bir məbudun Allahın şəriki olduğunu qərar verirlər. Onlar tezliklə qərar verdikləri bu pis şirkin aqibətinin nə olduğunu bilib, anlayacaqlar.
(97) Ey Peyğəmbər! Şübhəsiz ki, Biz onların səni yalan saydıqlarına və sənə istehza etdiklərinə görə qəlbinin daraldığını bilirik.
(98) Elə isə sən, Allaha layiq olmayan şeylərdən Onu uca tutaraq və kamil sifətləri ilə həmd-səna edərək Ona sığın. Uca Allaha ibadət edənlərdən və Onun üçün namaz qılanlardan ol! Çünki qəlbinin daralmasının əlacı yalnız budur.
(99) Rəbbinə ibadət etməkdə davamlı ol. Ölüm sənə gəlincəyə qədər və həyatda olduğun müddətcə bu hal üzərində qalmağa davam et!