27 - ən-Nəml ()

|

(1) ﴾Ta. Sin!﴿ Bu xüsusda bənzər bir açıqlama Bəqərə surəsinin əvvəlində zikir edilmişdir. Ey Peyğəmbər! Sənə nazil edilən bu ayələr, Quran ayələridir. Bu, içərisində heç bir qarışığlıq olmayan açıq-ay­dın bir kitabdır. Kim onu tədəbbür edərək oxuyarsa, onun həqiqətən də Allah qatından nazil edildiyinə əmin olar.

(2) Bu ayələr, Allaha və Onun elçilərinə iman edən möminlər üçün doğru yola yönəldən rəhbər və (Cənnətlə) müjdədir.

(3) O kəslər ki, namazlarını ən gözəl bir şəkildə qılarlar, mallarının zəkatını, zəkata haqlı olan kimsələrə ver­ərlər və axi­rətdə olan savaba və cəzaya yəqin olaraq iman edərlər.

(4) Şübhəsiz ki Biz, axirətə və orada olan savaba və cəzaya iman gətirmə­yən kafir kimsələrin etdikləri günahlarda davamlı olmaları üçün pis əməllərini özlərinə yaxşı ki­mi gös­tərdik. Odur ki, onlar çaşqınlıq içindədirlər və elə bu üzdən də, haqq yola yönələ bilməzlər.

(5) Sadalanan bu kimsələr üçün dünya həyatında qətilə yetirilmək və əsir düşmək kimi pis bir əzab vardır. Axirətdə isə onlar, insanların ən çox ziyana uğ­rayanları olacaqlar. Belə ki, Qiyamət günü, özlərini və ailələrini Cəhənnəmdə əbədi buraxaraq ziyana uğratacaqlar.

(6) Ey Peyğəmbər! Şübhəsiz ki, Sənə nazil edilən bu Quran, yaratmasında, bütün işləri ən gözəl şəkildə idarə etməsində və şəri hökmlərində hikmət sahibi olan və qullarına xeyirli olan şeylərdən heç birinin Ona gizli qalmayan Uca Allah tərəfindən nazil edilmişdir.

(7) Ey Peyğəmbər! Musa (Mədyəndən Misirə gedərkən) öz ailə­si­nə: "Mən, bir od gör­düm. (Siz burada gözləyin) mən gedim o odu yandıran kimsədən, bizə doğru yolu göstərən bir xəbər və ya soyuqdan isinməniz üçün sizə bir köz gə­ti­rim – de­diyini yadına sal!

(8) Musa od gördüyü yerə yetişdikdə, uca Allah ona belə nida edərək səsləndi: "Aləmlərin Rəbbi olan Allahı təzim edib, Onu uca tutmaq və zəlalətdə olan kimsələrin Onu vəsf etdikləri bütün eyib sifətlərdən münəzzəh etmək üçün odun ət­rafın­da­ olan Musa da və mələklər də mübarək edilmişdir!"

(9) Uca Allah ona belə buyurdu: "Ey Musa! Həqiqətən Mən, heç bir kimsənin məğlub edə bilməyəcəyi yenilməz qüdrət sahibi və həmçinin yaratmağımda, idarə etməyimdə və hökmlərimdə hikmər sahibi olan Allaham!

(10) "Əsanı yerə at!" Musa əmrə tabe olub əlindəki əsanı yerə atdı. Musa əsanın ilan ki­mi qıvrılb hərəkət etdiyini gör­üncə arxaya baxmadan qaç­dı və geriyə də dön­mədi. Bu zaman Uca Allah ona belə buyurdu: "Ondan qorxma! Çünki Mənim yanımda elçilər nə bir ilandan, nə də ki, başqa bir şeydən qorxmazlar.

(11) Ancaq, kim günah etməklə öz nəfinə zülüm edər və bundan sonra da tövbə edərsə, bil­sin ki, Mən onu ba­ğışlayaram və ona mərhəmət edərəm!

(12) Əlini, köynəyinin yaxasından boyun tərəfindən qoynuna sal ki, əlin oradan çıxartdıqda, qar kimi, ağappaq, ləkəsiz bir halda çıx­sın. Bu, sənə verilən və Firon və onun qövmü yanında sənin doğrulurunu isbat edən doqquz möcü­zə­dən biridir. Bu doqquz möcüzə bunlardır: Əlinin ağappaq çıxması, əsa, quraqlıqlar, məhsulların azalması, tufan, çəyirtkə, bit, qurbağa və qan. Hə­qi­qətən, onlar Allaha küfr etməklə Allahın itaətindən çıxmış bir tayfadır!".

(13) Nəhayət, Müsanın, həqiqətən də, Allah tərəfindən olduğuna dəlalət edən möcüzələrimiz onlara açıq-aş­kar bir şə­kildə göstərildikdə: "Musanın gətirdiyi bu möcüzələr, açıq-aydın bir sehrdir!" – dedi­lər.

(14) Onlar bütün bu möcüzələrin Allah tərəfindən yəqin olmalarına baxmayaraq, etdikləri zülm və haqsızlıqlarlı üzündən bu açıq-aydın ayələri inkar edib, qəbul etmədilər. Ey Peyğəmbər! Küfr və günahlarla yer üzündə fitnə-fəsad törədənlərin aqibətinin ne­cə olduğunu bir düşün!

(15) Biz Davuda və oğlu Süleyma­na elm verdik. Quşların dilini bilmək də bu elmə aid idi. Davud və Süleyman, İzzət və Cəlal sahibi olan Allaha şükür edərək belə dedi­lər: "Bizə elm və peyğəmbərlik bəxş edərək, bizi bir çox mömin qullarından üstün tutan Alla­ha həmd olsun!".

(16) Süleyman atası Davuda peyğəmbərlikdə, elmdə və mülkdə varis oldu. O, uca Allahın ona və atasına bəxş etdiyi nemətindən bəhs edərək belə dedi: "Ey in­san­lar! Allah bizə quşların dilini öy­rətdi və O bizə peyğəmbərlərə padşahlara verdiyi hər şeydən ve­­rdi. Şübhəsiz ki, uca Allahın bizə bəxş etdiyi bu nemətlər, bizə gös­tə­rilən açıq-aşkar üstünlük və fəzilətdir!"

(17) Süleymanın in­sanlar­dan, cinlərdən və quşlardan olan qo­şu­nu top­la­ndı. və onlar hamısı mün­tə­zəm bir şəkildə gedirdilər.

(18) Nəhayət, onlar Şamdakı qarışqa vadisinə gəlib çatdıqda, qarışqalardan biri belə de­­di: "Ey qa­rışqalar! Yu­valarınıza girin ki, Süley­man və onun qo­şu­nu özləri də hiss et­mə­dən si­zi tapdayıb məhv etmə­sinlər. Əgər sizi hiss etsələr, sizi basıb tapdalamazlar!"

(19) Süleyman qarışqanın sözünü eşitdiyi zaman onun bu sözünə təbəssüm edərək güldü və Rəbbinə dua edərək belə dedi: "Ey Rəb­bim! Mə­nə və valideyinlərimə əta et­di­yin nemətinə şükür et­mək üçün, Sənin razı qala­ca­ğın yax­şı əməli et­məyə məni müvəffəq et və məni Öz mərhə­mə­tinlə əməli­saleh qul­la­rı­na qo­vuş­dur!"

(20) Süleyman quşları bir-bir nəzər­dən keçi­rib, hüdhüdü onların arasınada görməyincə belə dedi: "Hüdhüdü nə üçün gör­mü­rəm? Onu görməyimə mənə nəsə manemi oldu, yoxsa o bu­rada yoxdur?

(21) Süleyman hüdhüdün orada olmadığını bildikdən sonra belə dedi: "O, burada olmadığının üzürünü isbat edəcək mənə açıq-aşkar də­lil gə­tir­məsə, mən ona şid­dət­li bir əzab verəcəm, ya da cəza olara onu tutub bo­ğa­zını üz­əcəm!"

(22) Çox keçmədən hüdhüd gəldi və Süleymana - aleyhissəlam - belə dedi: "Mən, sənin bilmədiyin önəmli bir şeyi öyrəndim və sənə Səba əhlindən doğru və şübhə olmayan bir xəbər gətirdim!

(23) Mən Səba əhlinə hökmüranlıq edən bir qa­dın gördüm. O qa­dına hökmüranlıq etməsi üçün hər cür güc-qüvvət verilmişdir. Həmən qadını, üzərində oturub qövmünü idarə ediyi bö­­yük bir taxtıda vardır.

(24) Mən bu qadının və qövmünün uca Allahı qoyub günəşə səcdə etdikləri­nin şahidi oldum. Şey­tan onlara, Allaha şərik qoşmalarını və günah əməllərini öz­lə­rinə gözəl gös­tər­miş, beləcə, onları haqq yol­dan azdırmışdır və elə bu üzdən onlar haq­q yolunu tapa bil­mirlər.

(25) Göylərdə saxlanılan yağışları, yerdə gizlədilən bitkiləri ortaya çıxaran, qəlbinizdə giz­lətdiklərinizi və üzə çı­xartdıqınız əməlləri bilən uca Allaha səcdə etməsinlər deyə Şeytan ona Allaha şərik qoşmalarını və günah əməllərini gözəl göstərtdi.

(26) Ondan başqa heç bir məbud yoxdur. O, əzəmətli ərşin Rəbbidir!"

(27) Süleyman - aleyhissəlam - hüdhüdə dedi: "İddianda doğru yoxsa yalançılardan olduğuna hələ sonra baxacağıq.

(28) Süleyman bir məktub yazıb onu hüdhüdə verdi və ona belə buyurdu: "Bu məktubumu Səba əhlinə apar və göydən on­ların üzərinə at. Sonra da onları dediklərini eşidəcək qə­dər uzaqda dur və bax gör bu məktuba nə cavab verəcəklər!"

(29) (Səba hökmdarı Bəlqis) Süleymanın məktubunu alıb oxuduqdan sonra dedi: "Ey əyan­lar! Mənə çox əhəmiyyətli və dəyərli bir mək­tub göndərildi.

(30) Bu məktubu Süleyman göndərmişdir. Bu məktub: "Mərhə­mət­li və Rəhm­li Alla­hın adı ilə" başlayır.

(31) (Məzmunu belədir): "Əsla mənə qarşı təkəbbür gös­tərməyin. Tək Allaha ibadət etmək və Ona qoşduğunuz şərikləri tərk etmək adından sizlərə etdiyim bu dəvətimi qəbul edərək yanıma müsəl­man ola­raq gəlin! Çünki siz, uca Allahı buraxıb günəşə ibadət edirsiniz."

(32) Hökmdar qadın dedi: "Ey əyanlar! Bu iş mənə doğru bir yol göstərin. Mən heç vaxt siz ya­nım­da olmayınca və öz rəylərinizi mənə bildirməyincə qəti bir qərar ver­­mə­mi­şəm!"

(33) Qövmünün əyanları ona belə dedilər: "Biz bö­yük qüv­vət və qüdrət sahi­biyik. Özümüz döyüş təcrübəsinə sahib olan amansız döyüşçülərik. Bu­ işdə qərar, sənindir. Artıq nə etmək lazım olduğuna sən qərar ver, biz də onu yerinə yetirək!"

(34) Hökmdar qadın dedi: "Şübhəsiz ki, hökmdarlar hər han­sı bir məmləkətə daxil olduqları zaman: öldürərək, qarət edərək və soyub talayaraq oranı viran qo­yar, xalqının izzətli və qüvvətli adam­larını da zəlil və həqir edər­lər. Hökmdarlar üstün gəlib, məğlub etdikləri məmləkətin əhalisi arasında qorxu və heybət yaymaq üçün daiman belə edərlər.

(35) Mən bu məktubun sahibinə və onun qövmünə bir hədiyyə göndə­rə­cəyəm və elçilərin bu hədiyyədən sonra nə xəbərlə geri döndüklərinə baxacağam!" (Əgər Süleyman peyğəmbərdirsə, onu rədd edər; yox, əgər ancaq bir padşahdırsa, qəbul edər).

(36) Hökmdar qadının elçisi və onunla bərabər olan əyanları daşıdıqları hədiyyələrlə Süleymanın ya­nı­na gəldik­ləri zaman Süleyman onların hədiyyə gətirmələrini xoş qarşılamayaraq belə dedi: "Yaxanızı məndən qurtarmaq üçün siz mənə mal-döv­lətləmi təklif edirsiniz?! Allahın mənə bəxş etdiyi: peyğəmbərlik, hökmranlıq və mal-dövlət sizə verdiklərindən daha xeyirlidir. Lakin siz, dünya malından sizə verilən hədiyələrinizlə fə­rəh­lə­nib sevinirsiniz!"

(37) Süleyman - aleyhissəlam - hökmdar qadının göndərdiyi elçiyə belə dedi: "Gətirdiyin hədiyyələrlə birlikdə onların yanına geri dön! Əgər onlar əmrimə tabe olub, boyun əyərək yanıma gəlməsələr, Biz o hökmdarın və onun qövmünün üstünə qarşısında dura bil­məyə­cəkləri bir ordu ilə gəlib, onları Səba məmləkətindən izzət və cah-cəlal içində yaşadıları bir halda zəlil və al­çalmış və­ziy­yətdə çıxardacağıq!"

(38) Süleyman - aleyhissəlam - hökmranlığı altında olan əyanlarına üzünü tutub, xitab edərək dedi: "Ey əyan­lar! Onlar əmrimə boyun əyib gəlmədən öncə hansınız o Hökmüdar qadının tax­tı­nı mənə gətirə bilər?"

(39) Cinlərin azğın olanlarından biri belə deyərək cavab verdi: "Sən olduğun bu məclisdən qalxmadan öncə mən onun taxtını sənə gə­ti­rə­rəm. Həqiqətən mənim onu gətirməyə gücüm yetət, taxtın üzərində olanlara əlimi belə vurmaram və onlardan heç bir şey əksiltmərəm!"

(40) Süleymanın yanında, kitabdan elmi olan və həmçinin Allahın əzəmətli adı ilə dua etdikdə dua dərhal qəbul olan o əzəmətli adını bilən saleh və bilikli bir kişi isə belə dedi: "Mən onun taxtını gözünü açıb yumanadək, Allaha dua edərək sənə gətirərəm!". Bunun ardından o Allaha dua etdi, Allahda onun duasına dərhal icabət etdi. Süleyman o taxtı ya­nında hazır durmuş görən kimi belə dedi: "Bu, mənə bəxş edilən nemətlərə şükürmü yoxsa nankorluqmu edəcəyimi imtaha etmək üçün uca Rəbbimin mənə olan bir lütfün­dəndir! Kim Allaha şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar. Çünki Allah zəngindir, kiminsə Ona şükür etməsi Allaha heç bir fayda verməz. Kim də nankorluq edib, Allahın nemətlərinə şükür etməzsə, bilisin ki, Rəbbimin onun şükrünə ehtiyacı yoxdur və O kərəm sahibidir. Nankorluq edən kimsələrə nemətlər verməsi də, Onun kərəmindəndir!"

(41) Süleyman - aleyhissəlam - dedi: "Onun taxtını əvvəlki halından başqa bir hala gətirin, baxaq gö­rək onun öz taxtı olduğunu tanıyacaq, yoxsa tanı­ma­yanlardan olacaq?"

(42) Səba hökmdarı Süleymanın yanına gəldiyi zaman onu imtaham etmək üçün ona: "Sənin tax­tın bu cür­dürmü?" – deyildi. Qadında ondan soruşulan sualın eynisi ilə cavab verərək: "De­yəsən odur!" – dedi. Bunun ardından Süley­man ona belə dedi: "Uca Allah bundan əv­vəl də bu kimi işlərə qadir olması barədə bizə elm ve­ril­miş və biz də Allahın əmrinə boyun əyərək Ona tabe olmuşuq!"

(43) Qövmünə tabe olub, onlara təqlid edərək Allahdan başqa tapındı­ğı şeylər o qadını tək Allaha ibadət etməkdən ya­yın­dır­mışdır. Şübhəsiz ki, o qadın, Allaha küfür edən bir qövmdən idi və özüdə elə onlar kimi kafir idi.

(44) Qadına: "Saraya daxil ol!" – de­yildi. Sarayın içərisi düz bir şəkildə tikilmişdir. O, sarayı gör­üncə onu də­rin bir gölməçə he­sab etdi və suya girmək üçün paltarını qaldırıb baldırlarını açdı. Bu zaman Sü­ley­man -aleyhissəəlam - ona: "Bu, büllurdan ha­mar­lanıb düzəldilmiş dümdüz bir sa­ray­dır!" – dedi və onu İslama dəvət etdi. O da, Süleyman onu dəvət etdiyi dini qəbul edib, çağırışına icabət edərək belə dedi: "Ey Rəb­bim! Mən Səninlə bərabər, Səndən başqasına ibadət edərək özümə zülm etdim. İn­di isə mən Süleymanla birgə bütün məxluqatın Rəbbi olan Allaha boyn əyib, təslim ol­dum!"

(45) Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qar­daşları Sa­­lehi - aleyhissəlam - elçi göndərdik. Saleh onları Allaha dəvət etdikdən sonra onlar öz aralarında ixtilafa düşərək, onlardan hansının haqq üzərində olduğları barədə bir-biri ilə müba­rizə aparan, bir hissəsi mömin, diğər bir hissəsi isə kafir olmaqla iki fir­qə­yə bölündülər.

(46) Sa­­leh - aleyhissəlam- onlara dedi: "Nə üçün rəhmətdən öncə əzabın gəlməsini istəyirsiniz? Məğər siz, Allahın sizə mərhəmət etməsinə ümüd edərək günahlarınızın bağışlanmasını On­dan di­lə­məyəksinizmi?

(47) Salehin qövmü haqqa qarşı inadkarlıq edərək ona belə dedi: "Biz sə­nin və sə­nin­lə birlikdə olan möminlərin üzündən uğur­suz­luğa uğra­dıq". Saleh - aleyhissəlam - onlara dedi: "Başınıza gələn sıxıntılar ucbatından sizə fərəc gətirmək üçün uçurtduğunuz quşların elmi Allah yanında­dır. Bu işdə Ona heç bir şey gizli qalmaz. Əksinə, siz, sizə verilən nemətlərlə və başınıza gələn müsibətlərlə sı­na­ğa çəkilən bir qövmsü­nüz".

(48) (Səmud tayfasının yaşadığı) Hicir adlı şəhərdə küfr və günahlarla fitnə-fəsad törədən doqquz kişi var idi ki, bunlar yer üzündə iman edib, yaxşı işlər görərək islah etməyən kimsələr idi.

(49) Onlar bir-biri­nə belə dedilər: "Sizdən hər biriniz gecə onun evinə gəlib, onu və ailəsini öldürəcəyinzə dair Allaha and içsin, sonra da onun qanını tələb edən yaxınlarına: "Biz Salehin və onun ailəsinin ölümündə iştirak etməmişik və biz, həqi­qətən də, sizə, düzünü de­yi­rik!"- desin.

(50) Onlar, Salehi və ona tabe olan möminləri öldürmək üçün gizli bir hiylə qurdular. Bizdə Salehə yardım etmək və onu kafirlərin hiyləsində qurtarmaq və qövmünün kafir olanlarını, heç özləridə bilmədən, həlak etmək üçün bir hiylə qurduq.

(51) Ey Peyğəmbər! Bax gör onların hiylələ­rinin və həmçinin qabaqcadan qurduqları tədbirlərin sonu necə oldu? Biz on­lara və onların tay­fa­la­rına Öz qatımızdan bir əzab göndərdik və beləliklə də onların hamısı yerli-dibli məhv olub getdi.

(52) Bu onların evləridir, divarları uçub dağılmış, zülümləri səbəbiylə əhalisinin içində yaşamayacağ bir hala düşmüşdür. Şübhəsiz ki, zülümləri səbəbindən onların başına gələn bu əzabda iman edən qövm üçün bir ibrət var. Çünki kafirlərin başlarına gələn müsibətlərdən ibrət alanlar elə məhz onlardır!

(53) Biz, Salehin - aleyhissəlam - qövmündən iman gətirənləri o əzabdan xilas etdik. Onlar Allahın əmrlərini yerinə yetirib və qadağalarından çəkinərək Allahdan qor­xan kimsələr idi.

(54) Ey Peyğəmbər! Biz zaman Lutun, öz qövmünün etdikləri çirkin əməllərə inkar edərək və onları danlayaraq: "Siz öz məclislərinizdə biri-birinizin gö­zü­ qarşısında bu çirkin işimi görürsünüz?! – dediyini yada sal.

(55) Siz qadınları buraxıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Doğrusu siz bu əməlinizlə heç də, iffətli yaşamaq və övlad sahibi olmaq istəmirsiniz. Siz sadəcə heyvan kimi şəhvətinizi ödəmək istəyirsiniz. Siz həqiqətən də, iman edilməsi vacib olan şeyləri, pak olmağı və günahlardan uzaq durmağı bilməyən cahil bir tayfasınız!"

(56) Lut qövmünün, Lutun və ona ailəsini onların etdikləri çirkin əməllərə ortaq olmadıqları, əksinə, onlara inkar etdikləri üçün Luta və ona ailəsinə istehza edərək: "Lutu və ona ailəsini məmləkətinizdən çıxarın, çünki onlar günahlardan və pisliklərdən uzaq duran kimsələrdir" – deməkdən başqa bir cavabı yox idi.

(57) Biz də onu və zövcəsi istisna olmaqla bütün ailə üzüvlərini o əzabdan qoruyub salamat etdik. Zövcəsinin həlak olanlardan biri olması üçün, əzaba uğrayanlar arasında qalmasına hökm verdik.

(58) Nəhayət, Biz onların üstünə göydən daşlar yağdırdıq. Əzabla qorxudulduqdan sonra yenə də iman gətirməyən kimsələrin yağışı nəcə də pis yağışdır.

(59) Ey Peyğəmbər! De: "Bizə bəxş etdiyi nemətlərə görə Uca Allaha sonsuz həmd-sənalar olsun. Peyğəmbəri (sallallahu aleyhi və səlləm) və onun əshabını Lut və Saleh qövmünə göndərilən əzabdan salamat etsin! Ey müşriklər! Hər bir şeyin mülkü əlində olan, haqq məbud, Uca Allahmı yaxşıdır, yoxsa müşriklərin ibadət etdikləri, heç bir fayda və ya zərər verməyə qadir olmayan məbudları?!

(60) Ey müşriklər! Allaha şərik qoşduğunuz bütlərinizmi yaxşıdır, yoxsa göyləri və yeri misilsiz olaraq yaradan, sizin üçün göydən yağmur en­dirən və o yağmurla sizin üçün neçə-neçə gözəl bağ-bağçalar bitirən Allahmı? Əgər Allah sizə izin verməsəydi, siz acizliyinizdən dolayı bu bağ-bağçalarda bir ağacda olsun belə bitirə bilməzdiniz. Onları bitirən uca Allahdır. Yoxsa Allahla bərabər bunları edən başqa bir məbudmu vardır?! Xeyir. Əksinə onlar, nəfslərinə zülüm edərək Xaliq ilə məxluqu biri-birinə tən tutan, haqq yoldan azmış bir qövmdürlər!

(61) Ey müşriklər! Allaha şərik qoşduğunuz bütlərinizmi yaxşıdır, yoxsa yeri və üzərində olanları hərəkət edərək titrətməsin deyə sabit saxlayan, orada çay­lar axıdan, yerin lərzəyə gəlməməsi üçün üzərində möh­kəm duran dağ­lar yara­dan, şirin və şor suların bir-birinə qarışıb suyu içilməyəcək bir hala gətirməməsin deyə iki dənizin arasında maneə qoyan Uca Allahmı?! Yoxsa Allahla bərabər bunları edən başqa bir məbudmu vardır?! Xeyr, on­la­rın ək­səriyyəti bunu bilmirlər. Əgər bilsəydilər, o zaman heç bir məxluqu Uca Allaha şərik qoşmazdılar!

(62) Ey müşriklər! Allaha şərik qoşduğunuz bütlərinizmi yaxşıdır, yoxsa dara və çətinliyə düşmüş kimsə yal­varıb yaxararaq Uca Allaha dua etdiyi za­man onun duasına cavab ve­rən: xəstəlik, yoxsulluq və buna bənzər sıxıntıları so­vuşduran və siziləri biri-birinizin ardından, nəsildən-nəsilə keçərək yer üzü­nün varisləri təyin edən Allahmı?! Yoxsa Allahla bərabər bunları edən başqa bir məbudmu vardır?! Xeyr, Siz necə də az öyüd-nəsihət alan bir qövmsünüz?

(63) Ey müşriklər! Allaha şərik qoşduğunuz bütləriniz yaxşıdır, yoxsa səhranın və dənizin qa­ranlıq­la­rında sizə əlamətlər və ülduzlarla yol gös­tə­rən, qullarına mərhəmət edərək yağışın yağmasından öncə müj­dəçi küləkləri gön­dərən Allah?! Məgər Allahla bərabər bunları edən başqa bir məbudmu vardır?! Uca Allah, müşriklərin Ona qoş­duqları şəriklər­dən pak və ucadır!

(64) Ey müşriklər! Allaha şərik qoşduğunuz bütlərinizmi yaxşıdır, yoxsa məxluqatın ya­radılışını bətnlərdə mərhələ-mərhələ başladan, onu öldürdükdən son­­ra ona təkrarən həyat verən, si­zə Öz mərhəməti ilə üzərinizə göydən yağmur yağdırıb və bu yağmurla yer üzündə sizin üçün müxtəlif növ bitkilər yetişdirərək sizə ru­zi verən Allahmi?! Yoxsa Allahla bərabər bunları edən başqa bir məbudmu vardır? Ey Peyğəmbər! O müşriklərə belə de: "Əgər həqiqətən də siz haqqlı olduğunuza əminsinizsə, elə isə haydı, Allaha şərik qoşduğunuzun doğruluğuna dair dəlillərinizi gə­ti­rin!"

(65) Ey Peyğəmbər! De: "Göylərdə olan mələklərdən və yerdə olan insanlardan heç biri qey­bi bilməz. Qeybi bilmək yalnız Uca Allaha aiddir. Həmçinin göylərdə və yerdə olanların hər hansı biri əməllərinin mükafatını almaq üçün uca Allahın hüzurunda nə za­man diriləcəklərini bil­məzlər. Bunu bilmək yalnız Uca Allaha aiddir!

(66) Yoxsa onların axirət barədə olan elmləri artıb və beləcə də onun bir həqiqət olduğuna yəqinmi oldular? Xeyir, heç də belə deyildir. Onlar axirət barəsində şəkk-şübhə içindədirlər, üstəlik axirət barədə düşünüb dərk etməkdən bəsirət gözləri də kor olmuşdur!"

(67) Kafirlər öldükdən sonra yenidən dirilməyi inkar edərək belə dedilər: "Məgər bizim ölüb torpağa qa­rış­dıq­dan sonra canlı olaraq təkrarən dirilməyimiz mümkündürmü?

(68) Həqiqətən, hamımızın öldükdən sonra yenidən diriləcəyi bizə də və bizdən öncəki ata-babalarımıza da vəd edilmişdir. Biz bu vədin gerçək olduğunu görmürük. Bizə edilən bu vəd, keçmiş ümmətlərin kitablarda yazdıqları yalan sözlərindən başqa bir şey deyildir!"

(69) Ey Peyğəmbər! Öldükdən sonra yenidən dirilməyi inkar edənlərə belə de: "Yer üzünü gəzib-dolaşın və öldükdən sonra yenidən dirilməyi yalan sayan günahkarların aqibətinin necə olduğunu düşünün. Biz onları, öldükdən sonra dirilməyi yalan saydıqlarına görə məhv etdik.

(70) Müşriklərin sənin dəvətindən üz çevirdiklərinə görə üzülmə. Sənə qarşı qur­duqları hiylələrdən ötrü də ürə­yini sıx­ma. Uca Allah, onlara qarşı sənə yardım eəcəkdir!"

(71) Qövmündən, öldükdən sonra yenidən dirilməyi inkar edən kafirlər səbirsizlik göstərərək: "Əgər öldükdən sonra yenidən dirilmə iddianızda doğru söyləyirsinizsə elə isə deyin görək, bizə vəd etdiyiniz bu əzab nə zaman gerçəkləşəcəkirdir?!" – deyə soruşarlar.

(72) Ey Peyğəmbər! Onlara belə de: "Ola bilsin ki, tələ­sik istə­di­yiniz əzabın bir qismi, ar­tıq si­zə yaxın­laşmışdır!"

(73) Ey Peyğəmbər! Həqiqətən, sənin Rəbbin insan­la­ra qarşı lütfkardır, onlar, Allaha qarşı küfür və günahlar etməsinə baxmayaraq yenə də Allah onlara əzab verməyə tələsməz. La­kin insanların əksə­riy­yəti Allahın onlara verdiyi nemətlərə görə Allaha şükür etməzlər.

(74) Şübhəsiz ki, sənin Rəbbin, qullarının qəlblərində gizli sax­la­dıq­la­rını da və aşkar et­diklərini də bilir. Bu işdə Ona heç bir şey gizli qalmaz. Allah qiyamət günü onların dünyada ikən etdikləri əməllərin mükafatını verəcəkdir!

(75) Göylərdə və yerdə insanlara gizli qalan hər bir şeyin elmi açıq-aydın kitabda yazılmışdır. Bu kitab, Lövhi-məh­fuzdur.

(76) Həqiqətən, Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Quran, İs­rail oğul­larının ixtilafda olduq­ları şey­lərin bir ço­xu­nu anlatmaq­da və onların haqq yoldan azdığlarını açıq-aşkar bəyan etməkdədir.

(77) Həqiqətən, bu Quran, ona əməl edən mömin­lə­r üçün doğru yolu göstərən bir rəhbər və rə­h­­mət­dir.

(78) Ey Peyğəmbər! Şübhəsiz ki, sənin Rəb­bin Qiyamət günü mömin və kafir - bütün insanlar arasında ədalətli hök­mü ilə hökm ve­rə­cək­dir. Uca Allah o gün mömunlərə mərhəmət edəcək, kafirlərə isə əzab verəcəkdir. O, düşmənlərindən intiqam alan, məğlub edilməz və yenilməz güc-qüvvət sahibidir. O, hər bir şeyi biləndir. Kimin haqq yolda kimin də batil yolda olduğunu Ona əsla gizli qalmaz!

(79) Ey Peyğəmbər! Elə isə yalnız Allaha təvək­kül et və bütün işlərində Ona arxalan! Çünki sən açıq-aydın haqq yol­dasan.

(80) Ey Peyğəmbər! Həqiqətən sən, Uca Allaha küfr etməklə qəlbləri ölmüş kimsələrə nə haqqı eşitdirə bilərsən, nə də ki, səndən üz çevirib, dö­nüb gedən, Uca Allahın haqqı eşitməkdən qulaqlarını kar etdiyi karlara haqq dəvətini çatdıra bilərsən!

(81) Sən, haqqa qarşı gözləri kor olmuş kimsələri doğru yola gətirə bil­məz­sən. Onlara görə kədərlənmə və üzülmə. Sən dəvətini ancaq, Uca Allahın əmrlərinə boyun əyən və ayələrimizə yəqinliklə iman gətirən kimsələrə eşit­dirə bilərsən.

(82) Küfr və günahlarda israrlı olduqlarından dolayı onlara əzab vacib olduğunda, yer üzündə insanların ən şərliləri qaldığında və Qiyamətin qopma saatı yaxınlaşdığı zaman qiyamətin böyük əlamətlərindən birini onlara göstərərik. Bu əlamət, yerdən çıxan, insanlarla onların başa düşüb, anlayacaqları dildə danışaraq: "İnsanlar, Peyğəmbərlərimizə nazil etdiyimiz ayələrinizə yə­qin­lik­lə inanmadılar" – deyən bir heyvan olacaq.

(83) Ey Peyğəmbər! Hər bir ümmətdən ayələrimizi yalan sayanlarının öndə gedənlərindən olan dəstələrini həşr edib bir yerə toplayacağımız günü xatırla. O gün onların əvvəldəkiləri ilə axırıncıları hamısı gətiriləcək və sonra da onlar hesab üçün bir yerdə məh­şərə sü­rük­lə­nəcəklər.

(84) Onlar haqq-hesab ediləcək yerə qədər gətiriləcək və nəhayət Allahın hüzurunda dayandıqları zaman uca Allah onlara tənə və məzəmmət edərək belə de­yəcəkdir: "Mənim vəhdaniyyətimə dəlalət edən və şəri hökmlərimi açıq-aydın izah edən ayə­lərimin, batil olduğuna dair bir bilginiz olmadığı bir halda, onları yalanmı say­ırdınız?! Yoxsa dünyada ikən ayələrimizi təsdiq və ya təkzib barədə nə edirdiniz?!"

(85) Onlar, uca Allaha və Onun ayələrinə iman gətirməyib, küfrə düşərək öz nəfslərinə zülm etdiklərinə görə, əzab on­la­rı haqlayacaq və söz söyləməkdən aciz və dəlillərinin əsassız olduğundan dolayı özlərini müdafiə etmək üçün ağızlarını açıb bir kəlmə də olsun belə da­nı­şa bilmə­yə­cəklər.

(86) Məgər öldükdən sonra yenidən dirilməyi yalan hesab edənlər gecəni yatıb dincəlməyiniz üçün qaranlıq, gündüzü isə görməniz və sizə lazım olan işlərinizin ardınca getməniz üçün işıqlı etdiyimizi görmürlərmi?! Həqiqətən, sizin hər gün yataraq ölməyinizdə və oyanaraq yenidən həyata qayıtmanızda, iman edən bir qövm üçün Allahın vəhdaniyyətinə dəlalət edən açıq-aydın əlamətlər vardır.

(87) Ey Peyğəmbər! Sura üfürmək üçün təyin olunmuş mələyin ona ikinci kərə üfürəcəyi günü xatırla. O gün, Alla­hın lütf edərək, həmin günün dəhşətindən qorxmaqdan müstəsna etdiyi kimsələr xaric olmaqla, göy­lər­də və yerdə olan­ları dəhşət düşəcək və bütün məxluqat o gün, Onun hü­zu­runa baş əyə­rək, zəlil bir halda gələcəkdir.

(88) O gün sən, dağlara baxıb onları hərə­kət­siz, yerində sabit durmuş güman edər­sən, hal­buki on­lar həqiqət də buludların keç­diyi kimi sürətlə keçib gedərlər. Bu, Allahın işidir. Dağları hərəkət etdirən uca Allahdır. Şübhəsiz ki, O, etdiyiniz əməllərdən xə­bər­dardır. Etdiyiniz əməllərdən Allaha heç bir şey gizli qalmaz. O, etdiyiniz əməllərin əvəzini sizə verəcəkdir.

(89) Hər kim, Qiyamət günü Allahın hüzuruna iman və saleh əməllə gəl­sə, ona Cən­nət vardır. Onlar o gün, Qiyamət gününün dəh­şətindən Allahın qorxusuz etdiyi kimsələrlə birlikdə olar­lar.

(90) Hər kim də, küfr və günah əməllərlə Allahın hüzuruna gələrsə, onlar üçün üzüstə içinə atılacaqları Cəhənnəm atəşi vardır. Onlara danlaq və məzəmmət edilərək belə de­yilər: "Mə­gər siz an­caq dünyada ikən etdiyiniz küfür və günahlara görə cəzalan­dı­rıl­mırsınız?!"

(91) Ey Peyğəmbər! Onlara de: "Mənə hüdüdları daxilində qan tökməyi, zülüm etməyi, orada ov heyvanlarının öldürülməsini və ağacların kəsilməsini haram etdiyi Mək­kənin Rəbbinə iba­dət et­mək əmr edil­mişdir. Hər bir şeyin mülkü yalnız Ona aiddir. Mənə yalnız Uca Allaha təslim olmaq və Ona itaət edib boyun əymək əmr olunmuşdur

(92) və mənə insanlara Quran oxumaq əmr olunmuşdur!". Kim Quranın hidayəti ilə özünə doğru yol tutarsa və içində olanlara əməl edərsə, bunun faydası yalnız özünə qayıdar. Haqq yoldan azıb, bu kitabın içində olanlardan üz çevirib və orada olanlara əməl etməkdən boyun qaçıran kimsələrə də be­lə de: "Mən sadəcə sizi Allahın əzabı ilə xə­bərdar edən bir peyğəmbərəm. Sizi doğru yola gətirmək isə mənim əlimdə olan bir iş deyildir!"

(93) Ey Peyğəmbər! De ki: "Allahın sayılmaz və tükənməz nemətlərinə görə, uca Allaha sonsuz həmd-sənalar olsun! Allah sizə: nəfsinizdə, göylərdə, yerdə və sizlərə verdiyi ruzidə Onun vəhdaniyyətinə və qüdrətinə dəlalət edən Öz ayət və dəlillərini sizə gös­tə­rə­cək, siz də onları lazımınca tanıyıb biləcəksiniz. Bu ayət və dəlillərimizi tanıyıb bilməniz sizi haqqa tabe olub ona boyun əyməyə vadar edəcəkdir. Ona heç bir şey əsla gizli qalmaz. O, etdiyiniz əməllərin əvəzini sizə verəcəkdir!"