(1) ﴾Nun﴿. Artıq "əl-Bəqərə" surəsinin əvvəlində bunun bənzəri barədə açıqlama verilmişdir. Uca Allah bu ayədə qələmə və insanların qələmlə yazdıqlarına and içir.
(2) Ey Peyğəmbər! Allahın sənə bəxş etdiyi peyğəmbərlik sayəsində sən dəli divanə deyilsən, əksinə, sən müşriklərin səni ittiham etdikləri divanəlikdən uzaqsan.
(3) Şübhəsiz ki, sən peyğəmbərlik risalətini insanlara təbliğ etmək yolundakı çətinliklərə səbir etdiyinə görə sənin üçün tükənməz bir mükafat hazırlanmışdır və buna görə heç kəs sənə minnət edə bilməz.
(4) Həqiqətən də, sən, Quranın gətirdiyi çox böyük bir əxlaq üzərindəsən!. Sən Quranda deyilənləri ən kamil şəkildə özündə əks etdirən əxlaq sahibisən.
(5) Sən də görəcəksən, o yalan sayanlar da –
(6) Haqq aşkara çıxdıqda, hansınızın dəli divanə olduğu bəlli olacaqdır.
(7) Ey Peyğəmbər! Şübhəsiz ki, sənin Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır, habelə, onların zəlalət düşdüyünü, sənin isə doğru yola yönəldiyini yaxşı bilir.
(8) Ey Peyğəmbər! Elə isə, sənin gətrdiyin haqqı yalan sayanlara itaət etmə.
(9) Müşriklər, sən onlarla mülayim davranmanı və onlara güzəştə getməni, onlar da səninlə mülayim rəftar etmələrini və sənə güzəştə getmələrini istəyirlər.
(10) Yalan yerə çox and içən alçağ kimsəyə əsla itaət etmə,
(11) İnsanların qeybətini edənə, onların arasını vurmaq üçün onların arasında dedi-qodu yayana,
(12) Daima xeyrə mane olana, insanların malına, namusuna və canına təcavüz edənə, çoxlu günah işlər görənə və asiliklər edənə,
(13) Daş ürəkli kobud birisinə, əsli-nəsəbini tərk edib özünün başqa bir qövmündən olduğunu iddia edən kimsəyə –
(14) O var-dövlət və oğul-uşaq sahibi olduğu üçün, Allaha və Onun rəsuluna (səllallahu aleyhi və səlləmə) iman gətirməyi özünə sığışdırmadı.
(15) Ayələrimiz ona oxunduğu zaman: "Bu, əvvəlkilərin uydurduğu xurafatlardandır!” – deyər.
(16) Biz onun burnuna, onu ləkələyən və daim burnunda qalan bir damğa vuracağıq.
(17) Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi müşrikləri də sınağa çəkdik. O zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələrdən kasıblara verməsinlər deyə onları tez dərəcəklərinə dair and içmişdilər.
(18) Və bu andlarında: "inşallah" deyə istisna etməmişdilər.
(19) Bağ sahibləri yuxuda ikən Allah o bağa göydən od göndərdi və bu od o bağı yandırıb yaxdı, beləliklə də, bağ sahibləri o alovun qarşısını ala bilmədilər.
(20) Bağ yanıb zülmət gecə kimi qapqara oldu.
(21) Onlar səhər qalxdıqda bir-birlərini səsləyib dedilər:
(22) "Əgər meyvə dərəcəksinizsə, kasıblar gəlməmiş, bağınıza erkən gedin!" – dedilər.
(23) Onlar tələm-tələsik bağa yollandılar, yol boyu da bir-birlərinə belə pıçıldayırdılar:
(24) Onlar bir-birlərinə belə deyirdilər: "Bu gün oraya – bağınıza heç bir kasıb girməsin!"
(25) Onlar bu məqsədlə kasıbları bağa buraxmamağa qadir olacaqlarını zənn edib səhərin erkən vaxtında bağa getdilər.
(26) Bağın yanıb kül olduğunu görəndə bir-birilərinə dedilər: "Deyəsən, biz bağın yolunu azmışıq".
(27) Xeyr, biz kasıbları bağa buraxmayacağımıza niyyət etdiyimizə görə bu bağın meyvəsindən məhrum olmuşuq!"
(28) Onlar arasında ən xeyirli olanı belə dedi: "Siz kasıblara meyvə verməyəcəyinizə qərar verdikdə, məgər mən sizə Allahın şəninə təriflər deyin və Ona tövbə edin, demədimmi?!"
(29) Onlar dedilər: “Rəbbimiz pakdır və müqəddəsdir! Həqiqətən də, biz kasıbları bağımızın meyvələrindən verməyəcəyimizə niyyət etməklə özümüzə zülm etmişik!"
(30) Onlar dedikləri sözdən peşman olaraq bir-birlərini qınamağa başladılar
(31) Onlar etdikləri əməldən peşmançılıq çəkərək belə dedilər: “Vay halımıza! Biz kasıbların haqqını verməməklə həddimizi aşdıq.
(32) Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha xeyirlisini versin. Çünki artıq biz təkcə Rəbbimizə tərəf yönəlir, Ondan bağışlanmağımı istəyir və Ondan xeyir diləyirik".
(33) Bizə asi olanlara, beləcə, ruzidən məhrum etməklə əzab verərik. Axirət əzabı isə daha böyükdür! Kaş onun necə şiddətli və necə davamlı olduğunu biləydilər!
(34) Şübhəsiz ki, Allahın əmrlərini yeriən yetirib qadağan etdiklərindən çəkinərək Allahdan qorxanlar üçün Rəbbi yanında içində xoş güzəran görəcəkləri, tükənməz nemətlərlə dolu Nəim cənnətləri hazırlanmışdır.
(35) Məkkə əhlindən olan müşriklərin iddia etdiyi kimi, cəza verərkən Biz heç müsəlmanları kafirlərə tay tutarıqmı?!
(36) Ey müşriklər! Sizə nə olub, bu cür ədalətsiz dolaşıq hökm verirsiniz?!
(37) Yoxsa sizin elə bir kitabınız var ki, üsyankarla itaətkarın eyni olduğunu ondan oxuyursunuz?!
(38) Yoxsa o kitabda bəyəndiyiniz hər bir şeyin axirətdə sizin üçün olacağı yazılmışdır?!
(39) Yaxud istədiyiniz hər şey sizin üçün olacağına dair Bizə and verib Bizimlə qətiyyətlə əhd bağlamısınız?!
(40) Ey Peyğəmbər! Bu sözləri danışanlardan soruş: "Kim buna zamin duracaqdır?!"
(41) Yoxsa onların möminlərə veriləcək mükafatın eynisini özlərinə də verəcək Allahdan başqa şəriklərimi vardır?! Əgər bu iddialarında doğrudurlarsa, elə isə qoy onlar möminlərə veriləcək mükafatın eynisini özlərinə də verəcək o şəriklərini gətirsinlər.
(42) Qiyamət günü hər tərəfi dəhşət bürüyəcəkdir. Rəbbimiz baldırını açacaq və insanlar səcdə etməyə çağırılacaqlar. O gün möminlər səcdə edəcəklər, kafirlər və münafiqlər isə səcdə etməyə qadir olmayacaqlar.
(43) Onların baxışları zəlil görkəm alacaq, özlərini də zillət və peşmançılıq bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada ikən sağ-salamat olduqları halda onlardan Allaha səcdə etmək tələb olunurdu.
(44) Ey Peyğəmbər! Sənə nazil edilmiş bu Quranı yalan sayanları Mənim öhdəmə burax. Biz onları özləri üçün bir hiylə və tədriclə məhv olmalarını anlamadan yavaş-yavaş əzaba tərəf sürükləyəcəyik.
(45) Mən onlara bir müddət möhlət verirəm ki, günah işlər görməkdə davam etsinlər. Şübhəsiz ki, Mənim kafirlər və yalançılar üçün qurduğum hiyləm çox şiddətlidir. Onlar Məndən və Mənim əzabımdan canlarını qurtara bilməyəcəklər.
(46) Ey Peyğəmbər! Yoxsa sən, onları haqq yola dəvət etdiyinə görə onlardan bir mükafat istəyirsən və onlar da buna görə ağır bir borca düşüblər, bu səbəbdən də, səndən üz çevirirlər?! Həqiqət isə bunun tam əksidir, sən onlardan heç bir mükafat istəmirsən.Elə isə sənə tabe olmağa onlara mane olan nədir?!
(47) Yoxsa onlarda qeyb elmi var və onlar da ona baxıb sənə gətirdikləri istədikləri dəlilləri yazırlar?!
(48) Ey Peyğəmbər! Sən öz Rəbbinin hökmünü - onları tədriclə məhv edəcəyini səbirlə gözlə və balıq sahibi Yunus peyğəmbərin (aleyhissəlam) qövmünə əsəbiləşdiyi kimi əsəbiləşmə! O zaman o, dənizin zülmətləri içində və balığın qarnında ikən, qəm-qüssəli bir halda Rəbbinə dua etmişdi.
(49) Əgər Allahın mərhəməti ona yetişməsəydi, balıq onu heç bir bitki bitməyən boş yerə qınanmış halda atılacaqdı.
(50) Lakin Rəbbi onu seçib əməlisaleh qullarından etdi.
(51) Həqiqətən, Allaha küfr edənlər və Onun rəsulununu (səllallahu aleyhi və səlləm) yalançı sayanlar sənə nazil edilmiş bu Quranı eşitdikləri zaman, öz kəskin baxışları ilə az qala səni gözə gətirələr. Onlar nəfslərinin istəklərinə uyaraq və haqdan üz döndərərək: "Bu Quranı gətirən elçi dəlidir!" – deyirlər.
(52) Halbuki sənə nazil edilmiş Quran insanlar və cinlər üçün yalnız bir öyüd-nəsihət və bir xatırlatmadır.