67 - əl-Mulk ()

|

(1) Mülkün tək sahibi olan Allahın bəxş etdiyi xeyir böyüdü və çoxaldı. O, hər şeyə qadirdir və heç nə onu aciz qoya bilməz.

(2) Ey insanlar! Hansınızın əməl baxımından daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, kimsə Onu məğlub edə bilməyəcək yenilməz qüvvət sahibidir, və qullarından tövbə edən kimsələrin günahlarını bağışlayandır.

(3) O Allah ki, yeddi göyü təbəqələr şəklində xəlq etmişdir. Bu təbəqələr bir-birinə toxunmadığı halda onlardan hər biri özündən əvvəlkinin üzərində yerləşir. Ey göyə baxan insan! Sən Allahın yaratdığında heç bir fərq və ya bir uyğunsuzluq görməzsən. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat, yaxud bir yarıq görürsənmi? Heç vaxt onu görə bilməzsən, əksinə, sən möhkəm və dəqiq biçimdə yaradılmış bir məxluq görəcəksən.

(4) Sonra başını qaldır bir daha bax. Sənin gözün göyün xilqətində heç bir eyib və xələl tapmayıb zəlil və yorğun halda sənin özünə tərəf dönəcək.

(5) Biz yerə ən yaxın olan göyü işıq saçan ulduzlarla bəzədik və o ulduzları səma xəbərlərini oğurlayan şeytanları vurub yandırmaq üçün alovlar etdik. Biz o şeytanlar üçün axirətdə onları yandırıb-yaxan od əzabı da hazırlamışıq.

(6) Rəbbinə küfr edən kimsələr qiyamət günü yandırıb-yaxan Cəhənnəm əzabına düçar olacaqlar. Onların qayıdacaqları yer nə pis dönüş yeridir.

(7) Onlar Cəhənnəmə atıldıqda, onun dəhşətli uğultusunu eşidəcəklər. Cəhənnəm, qazan qaynadığı kimi qaynayacaqdır.

(8) Cəhənnəm, öz içinə düşənlərə olan qəzəbindən az qala parçalanıb ayrılsın. Hər dəfə cəhənnəmlik olan kafirlərdən bir dəstə oda atılarkən Cəhənnəm gözətçiləri onlara təhqiranə sual verib deyəcəklər: “Məgər dünyada sizə Allahın əzabı ilə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?”

(9) Kafirlər deyəcəklər: "Əlbəttə, bizə Allahın əzabı ilə bizi qorxudan bir peyğəmbər gəlmişdi. Lakin biz onu yalançı saymış və ona: “Allah heç bir vəhy nazil etməyib. Ey elçilər! Siz də, haqdan uzaq olan böyük bir azğınlıq içindəsiniz" – demişdik.

(10) Kafirlər deyəcəklər: "Əgər biz faydalı alacaq bir tərzdə dinləsəydik və ya haqqı batildən ayırd edən bir kimsə ağlı tək anlasaydıq cəhənnəm əhli içində olmazdıq. Əksinə, peyğəmbərlərə iman gətirər, onların gətirdikləri dini təsdiq edər və beləliklə də, Cənnət əhlindən olardıq".

(11) Onlar küfr etdiklərini və haqqı yalan saydıqlarını etiraf etdilər və beləliklə də, Cəhənnəmə layiq oldular. Məhv olsun Cəhənnəm sakinləri!

(12) Həqiqətən, xəlvətə çəkildikləri zaman Allahdan qorxan kimsələri, günahlarının bağışlanması və böyük bir mükafat - Cənnət gözləyir.

(13) Ey insanlar! Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də, Allah onu bilir. Şübhəsiz ki, O Öz qulların qəlbində olanları bilir və heç bir şey Ona gizli qalmaz.

(14) Heç ola bilərmi ki, bütün məxluqatı yaradan Allah sirri, hətta ondan da gizlin olanları bilməsin? Allah qullarına qarşı lütfkardır və onların bütün işlərindən xəbərdardır, bu işlərdən heç bir şey Ona gizli qalmaz.

(15) Yer üzündə gəzib-dolaşmanızı və orada məskunlaşmanızı sizin üçün asanlaşdıran Allahdır. Yerin hər tərəfini gəzin və Allahın orada sizin üçün hazırladığı ruzidən yeyin. Haqq-hesab çəkilməyiniz və etdiyiniz əməllərin əvəzini almağınız üçün qayıdış da təkcə Onadır.

(16) Göydə olan Allahın, yer üzünü sizin məskunlaşmanız üçün asanlaşdırdıqdan sonra, Qarunun ayağı altındakı yeri yardığı kimi, sizin də ayağınızın altındakı yeri yarıb sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib sizi titrətəcəkdir.

(17) Yoxsa, göydə olan Allahın göydən Lut qövmünün üstünə daşlar yağdırdığı kimi, sizin də üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz, Mənim verdiyim cəzanı gördüyünüz zaman sizə olan xəbərdarlığımın nə olduğunu biləcəksiniz. Lakin əzabı gördükdən sonra bu xəbrədalığın sizə heç bir faydası olmayacaqdır.

(18) Bu müşriklərdən əvvəl yaşamış ümmətlər də özlərinə göndərilən elçiləri yalançı hesab etmişdilər. Onlar öz küfrlərində və elçiləri yalan saymalarında israr etdikdə, Allahın əzabı onları yaxalamışdır. Bir görəydin Mənim onlar inkar etməyim necə idi. Bu, olduqca şiddətli bir inkar idi.

(19) Məgər haqqı yalan sayanlar başları üzərində dəstə-dəstə pərvazlanıb uçan, hərdən qanadlarını yığan, hərdən də açan qanadlarını quşları görmürlərmi?! Onları yerə düşmədən havada saxlayan yalnız Mərhəmətli Allahdır. Şübhəsiz ki, O, hər şeyi görəndir və heç bir şey Ona gizli qalmaz.

(20) Ey kafirlər! Allah sizə əzab vermək istəsə, heç bir ordu sizi Onun əzabından xilas edə bilməz. Kafirlər ancaq aldanmaqdadırlar, şeytan onları aldatmış, onlar da ona aldanmışlar.

(21) Əgər Allah sizə verdiyi ruzinin qarşısını kəssə, heç kəs sizə ruzi verə bilməz. Xeyr, kafirlər inadkarlıq və təkəbbürlük göstərməkdə, həmçinin haqdan üz çevirməkdə davam edirlər.

(22) Elə isə üzü üstə sürünərək gedən müşrik daha doğru yoldadır, yoxsa düz yolda özü şax gedən mömin kimsə?!

(23) Ey Peyğəmbər! Haqqı yalan sayan o müşriklərə de: "Sizi yaradan Allahdır. O Allah ki, sizə qulaq vermiş onun sayəsində eşidirsiniz, sizə göz vermiş onun sayəsində görürsünüz və sizə qəlb vermiş onun sayəsində dərk edirsiniz. Siz Onun sizə verdiyi nemətlərə necə də az şükür edirsiniz!"

(24) Ey Peyğəmbər! Haqqı yalan sayan o müşriklərə de: "Sizi yer üzünə göndərən və sizi orada yayıb səpələyəndə, heç bir şey yaratmağa qadir olmayan bütləriniz deyil, məhz Allahdır. Qiyamət günü siz haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün bütlərinizin deyil, təkcə Allahın hüzuruna toplanacaqsınız. Elə isə yalnız Ondan qorxun və yalnız Ona ibadət edin!

(25) Dirilməni yalan sayanlar onun mümkün olmadığını düşünərək belə deyirlər: "Ey Muhəmməd, əgər sən və sənin sahabələrin doğru deyirsinizsə, elə isə bizi təhdid etdiyin bu vəd nə vaxt olacaqdır?"

(26) Ey Peyğəmbər! De: "Qiyamətin qopacağı vaxtı bilmək Allaha məxsusdur, onun nə zaman qopacağını yalnız O bilir. Mən isə ancaq sizə açıq-aydın xəbərdar edən bir peyğəmbərəm".

(27) Qiyamət günü, kafirlər özlərinə verilmiş vədin gerçək olduğunu və əzabın onlara yaxınlaşdığını gördükdə, Allaha küfr edənlərin üzləri dəyişib qapqara olacaq və onlara belə deyiləcək: "Dünyada sizin durmadan tələb etdiyiniz və tez gəlməsini istədiyiniz əzab budur!"

(28) Ey Peyğəmbər! Haqqı yalan sayan o müşriklərə inkar edərək de: "Deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olan möminləri öldürərsə və ya bizə mərhəmət edib əcəlimizi uzatsa, o zaman kafirləri ağrılı-acılı əzabdan kim qurtara bilər?! Onları əzabdan heç kəs qurtara bilməz".

(29) Ey Peyğəmbər! O müşriklərə de: "O, Mərhəmətli Allahdır! O Allah ki, sizi yalnız Ona iman gətirməyinizi, öz işlərinizdə yalnız Ona təvəkkül etməyiniz buyurur. Heç şübhəsiz ki, siz kimin açıq-aydın azğınlıq içində, kimin də doğru yolda olduğunu tezliklə biləcəksiniz.

(30) Ey Peyğəmbər! O müşriklərə de: "Deyin görüm, əgər içdiyiniz su əliniz çatmayacaqı bir şəkildə çəkilib yerin dibinə getsə, Allahdan başqa kim sizə bol-bol axar su gətirə bilər? Əlbəttə ki, Allahdan başqa onu heç kəs gətirə bilməz".