109 - əl-Kafirun ()

|

(1) Ey Peyğəmbər! De: “Ey Allaha küfr edən kəslər!

(2) İstər bu gün, istərsə də gələcəkdə, mən sizin ibadət etdiyiniz bütlərə ibadət etmərəm,

(3) Siz də mənim ibadət etdiyim tək Allaha ibadət edən deyilsiniz.

(4) Mən sizin ibadət etdiyiniz bütlərə ibadət edən deyiləm,

(5) Siz də mənim ibadət etdiyim tək Allaha ibadət edən deyilsiniz.

(6) Sizin özünüzdən uydurduğunuz dininiz sizə, Allahın mənə nazil etdiyi mənim dinim də mənədir!”