(1) Allah, Ona ibadət etmək üçün səf-səf duran mələklərə and içir.
(2) Allah, həmçinin, buludları qovduqca qovan və onları Onun yağış yağdıracağı yerədək aparan mələklərə and içir.
(3) O, həmçinin, Allahın kəlamını oxuyan mələklərə and içir.
(4) Ey insanlar, həqiqətən, sizin haqq məbudunuz təkdir, Onun heç bir şəriki yoxdur! Bu məbud, Allahdır.
(5) O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də il boyu məşriqlərdən doğan və məğriblərdə batan günəşin Rəbbidir.
(6) Biz yerə ən yaxın olan səmanı, parıldayan cavahiratlar tək görünən gözəl zinətlə - ulduzlarla bəzədik.
(7) və onların sayəsində dünya səmasını, itaət etməkdən boyun qaçıran hər bir asi şeytandan mühafizə etdik. (Belə ki, onlar) ulduzlarla vurulurlar.
(8) O şeytanlar artıq, göydəki mələklərin Rəbbinin onlara vəhy etdiyi şəriət qanunları və müəyyən etdiyi qədəri haqqında danışdıqları söhbətlərinə qulaq asa bilməzlər. (Və əgər qulaq assalar,) hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırılar.
(9) Onlar səmadan qovular və mələklərə qulaq asmaqdan kənar edilərlər. Axirətdə isə onları uzun sürəcək ağrılı-acılı bir əzab gözləyir.
(10) Lakin şeytanlardan hər kim mələklərin bir-birlərinə dedikləri və öz aralarında etdiyi söhbətlərdən yer əhlinə gedib çatmayan bir sözü qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir ulduz təqib edər. Bəzən olur ki, ulduz (oğru) şeytanı yandırmamışdan əvvəl o, həmin sözü öz qardaşlarına çatdırır, sonra da, bu söz kahinlərə yetişir, kahinlərdə o sözə yüz yalan qataraq qeybi bildiklərini iddia edirlər.
(11) Ey Muhəmməd, dirilməni inkar edən kafirlərdən soruş: onlar xilqətcə daha möhkəm, bədəncə daha güclü və daha böyük məxluqdurlar, yoxsa Bizim yaratdığımız göylər, yer və mələklər? Biz o kafirləri yapışqan kimi bir palçıqdan yaratmışıq. Onlar yapışqan palçıqdan yaradılmış zəif məxluq olduqları halda, dirilməni necə inkar edirlər?!
(12) Ey Muhəmməd, sən Allahın qüdrətinə və məxluqatı yaratmasına, habelə, müşriklərin dirilməni yalan saymasına təəccüb edirsən, müşriklər isə dirilməyə qətiyyətlə inanmadıqlarına görə, sənin o haqda söylədiklərinə lağ edirlər.
(13) O müşriklərin qəlbləri sərtləşdiyinə görə, onlara öyüd-nəsihət verildikdə, düşünüb ondan ibrət almır və fayda əldə etmirlər.
(14) Onlar Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dorğu danışdığını təsdiqləyən bir möcüzə gördükdə, ona lağa qoyur və ona təccüb edirlər.
(15) Onlar deyirlər: “Muhəmmədin gətirdiyi bu, açıq-aydın sehrdən başqa bir şey deyil.
(16) Məgər biz ölüb torpaq və çürümüş sür-sümük olduqdan sonra yenidən dirildilib həyata qaytarılacağıqmı?! Şübhəsiz ki bu, mümkün olmayan bir işdir.
(17) Habelə, bizdən əvvəl ölüb getmiş atalarımız dirildiləcəklərmi?”
(18) Ey Muhəmməd onlara cavab olaraq de: “Bəli, siz də, sizdən əvvəlki atalarınız da, torpaq və çürümüş sümüklər olduqldan sonra, həm də, hamınız zəlil və alçalmış olaraq dirildiləcəksiniz.
(19) Bu, sura üfürüləcək təkcə dəhşətli bir səs olacaq (İkinci üfürmə). Onların hamısı qalxıb Qiyamətin dəhşətli hadisələrinə baxacaq və Allahın onlara nə edəcəyini gözləyəcəklər.
(20) Dirilməni yalan sayan müşriklər deyəcəklər: “Vay halımıza! Bu ki, Haqq-hesab günüdür! Bu gün Allah Öz qullarına dünya həyatlarında etdikləri əməllərin əvəzini verəcək.”
(21) Onlara deyiləcək: “Bu, insanlar arasında hökm verilən gündür! O gün ki, siz onu dünyada inkar edir və yalan sayırdınız.”
(22) O gün Mələklərə belə buyurulacaq: “Şirk etmiş zalım müşriklərin həm özlərini, həm, Allaha şərik qoşmaqda onlara bənzəyənləri və haqqı yalan saymaqda onları dəstkləyənləri, həm də, onların Alladan başqa tapındıqları bütləri bir yerə toplayın və onlara Cəhənnəmin yolunu tanıdın, göstərin və onları ona tərəf aparın, çünki onları gedəcəyi yer Cəhənnəmdir.
(23) O gün Mələklərə belə buyurulacaq: “Şirk etmiş zalım müşriklərin həm özlərini, həm, Allaha şərik qoşmaqda onlara bənzəyənləri və haqqı yalan saymaqda onları dəstkləyənləri, həm də, onların Alladan başqa tapındıqları bütləri bir yerə toplayın və onlara Cəhənnəmin yolunu tanıdın, göstərin və onları ona tərəf aparın, çünki onları gedəcəyi yer Cəhənnəmdir.
(24) Onlar sorğu-sual olunacaqlar deyə, onları Cəhənnəmə salmamışdan əvvəl dayandırın! Sorğu-sual olunduqdan sonra isə Cəhənnəmə aparın.
(25) Onlara məzəmmət edilərək deyiləcək: “Sizə nə olub ki, dünyadakı kimi bir-birinizə kömək etmirsiniz? Bütlərinizin sizə kömək edəcəyinimi iddia edirdiniz?!”
(26) Xeyr, onlar bu gün Allahın əmrinə boyun əyib zəlil olmuşlar. Onlar aciz olduqlarına və hiylələrinin də, az olduğuna görə, bir-birlərinə kömək edə bilməzlər.
(27) Onlar bir-birlərinə tərəf dönüb bir-birini qınayacaq və bir-birilə höcətləşəcəklər. Halbuki həmin vaxt qınamağın və höcətləşməyin heç bir faydası olmayacaqdır.
(28) Tabe olanlar öz başçılarına deyəcəklər: “Siz, ey başçılarımız, bizə din və haqq tərəfdən yanaşıb küfrü, Allaha şərik qoşmağı və asiliklər etməyi bizim üçün gözəl göstərir və bizi, Allah tərəfindən göndərilmiş elçilərinin gətirdikləri haqdan uzaqlaşdırırdınız.”
(29) Başçılar tabeçiliklərində olanlara deyəcəklər: “Xeyr, bu, heç də sizin dediyiniz kimi deyil. Əksinə, siz özünüz küfr edirdiniz, inanan kimsələr deyildiniz, üstəlik, (haqqı) inkar da edirdiniz.
(30) Ey bizə tabe olanlar, biz sizə hökmranlıq etmirdik, yaxud təzyiq göstərmirdik ki, sizi küfr, şirk və asiliklər etməyə vadar edək. Xeyr, siz özünüz küfrdə və azğınlıqda həddi aşmış bir qövm idiniz.
(31) Rəbbimizin (İblisə dediyi): ﴾Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!﴿ [Sad, 85] sözü, həm bizim barəmizdə, həm də sizin barənizdə gerçəkləşdi. Elə buna görə də, biz Rəbbimizin xəbərdar etdiyi əzabı hökmən dadacağıq.
(32) Biz sizi zəlalətə və küfrə dəvət etdik. Həqiqətən də, biz doğru yoldan azmış kimsələr idik.”
(33) Şübhəsiz ki, qiyamət günü başçılar da, onlara tabe olanlar da, əzaba şərik olacaqlar.
(34) Biz bunlara əzab daddırdığımız kimi, digər günahkarlara da, əzabı belə daddıracağıq.
(35) Çünki dünyada o müşriklərə tovhidin tələblərini yerinə yetirmək və ona müxalif olan işlərdən uzaq olsunlar deyə: “Allahdan başqa ibadətə layiq olan məbud yoxdur”– deyildikdə, haqqa boyun əyməyə təkəbbür göstərib və özlərini yüksək tutub onu qəbul etmirdilər və ona heç qulaq da asmırdılar.
(36) və öz küfrlərinə bəraət qazandırmaq üçün deyirdilər: “Məgər bir məcnun şairə görə tanrılarımıza tapınmağı tərkmi edəcəyik?!” Onlar bu sözləri ilə Rəsulullahı (səllallahu aleyhi və səlləm) qəsd edirdilər.
(37) Onlar böyük bir iftira yaxdılar. Rəsulullah (səllallahu aleyhi və səlləm) nə dəli idi, nə də şair, əksinə, o, Allahın tək ilah olduğunu qəbul etməyə və Onun rəsuluna tabe olmağa dəvət edən Quranı gətirdi, üstəlik, əvvəlki peyğəmbərlərin Allah tərəfindən gətirdiyi tovhidi və axirətin həqiqət olduğunu təsdiqlədi və heç bir şeylə onlara müxalif olmadı.
(38) Ey müşriklər, siz küfr etdiyinizə və peyğəmbərləri yalançı saydığınıza görə qiyamət günü mütləq ağrılı-acılı əzabı dadacaqsınız.
(39) Ey müşriklər, siz ancaq dünyada Allaha küfr etdiyinizə və asi işlər gördüyünüzə görə cəzalandırılacaqsınız.
(40) Lakin Allahın Özünə ibadət etmək üçün seçdiyi, ixlasla Allaha ibadət etdiyi qulları müstəsnadır. Onlar əzabdan xilas olacaqlar.
(41) Məhz o seçilmiş ixlaslı qullar üçün Allahın onlara bəxş etdiyi - paklığı, gözəlliyi və tükənməzliyi məlum olan bir ruzi vardır.
(42) Bu ruzilərdən biri də, onların yeyəcəyi və nəfslərinin çəkdiyi ən təmiz meyvələrdir. Bundan əlavə onlar öz dərəcələrinin yüksəlməsi və Allahın üzünə baxmaq şərəfinə nail olacaqlar.
(43) Onlar bütün bu nemətlərə, nə sona yetişəcək, nə də yox olacaq, əbədi və dəyişilməz Nəim cənnətlərində nail olacaqlar.
(44) Onlar taxtlar üstündə üzbəüz oturub bir-birilərinə baxacaqlar.
(45) Onlar üçün axar su kimi şəffaf olan şərabla dolu piyalələr dolandırılacaq.
(46) Rəngi ağappaq, içənlərə tam şəkildə ləzzət verən bir şərab.
(47) Bu, dünyadakı şəraba bənzəmir. Onun içində nə ağlı başdan çıxaran sərxoşedici bir şey var, nə də ki o, içənlərə başağrısı verər. Onu içən kimsənin bədəni də, ağlı da salamt qalar.
(48) Cənnətdə onların yanında iffətli qadınlar olacaq. Onlar ərlərindən başqa heç kəsə baxmayacaq, gözlləri də çox gözəl olacaq.
(49) Onların rənginin ağlığı, qorunub saxlanılmış, heç bir əl dəyməmiş quş yumurtasının sarıya çalan ağlığı kimi olacaq.
(50) Cənnət əhlinin bəzisi digərlərinə tərəf dönüb bir-birilərinin keçmişi və dünyada başlarına nələr gəldiyi barədə soruşacaqlar.
(51) O möminlərdən biri deyəcək: “Dünyada mənim, dirilməni inkar edən bir tanışım var idi.
(52) O inkar və istehza edərək deyirdi: “Ey siddiq, sən də ölülərin dirəlcəyinə inananlardansan?!
(53) Məgər biz öldükdən, torpağa və sür-sümüyə çevrildikdən sonra dirildiləcək və dünyada etdiyimiz əməllərimizə görə cəzalandırılacağıq?”
(54) Sonra həmin mömin şəxs Cənnətdəki yoldaşlarına deyəcək: “Mənimlə gəlin, dirilməni inkar edən o tanışımın hara düşdüyünü görək.”
(55) O boylanıb tanışını Cəhənnəmin ortasında olduğunu görəcək
(56) və deyəcək: “Ey yoldaş, Allaha and olsun ki, sən məni küfrə və dirilməni inkar etməyə dəvət etməklə az qala məni Cəhənnəm oduna salıb məhv edəcəkdin.
(57) Əgər Allah məni imana doğru yönəldib mömin olmağa müvəffəq etməsydi, mən də sənin kimi əzaba düçar edilənlərdən olardım.
(58) Biz Cənnət əhli artıq ölməyəcəyik, elə deyilmi?
(59) Yalnız dünya həyatındakı ilk ölümümüzdən başqa. Əksinə, biz əbədi olaraq Cənnətdə qalacaq və kafirlər kimi əzaba düçar olmayacağıq.”
(60) Rəbbimizin bizə əta etdiyi bu lütf - bizi Cənnətə daxil etməsi və Cəhənnəm odundan qoruması, heç bir bənzəri olmayan böyük uğrurdur.
(61) Çalışıb əməl edənlər, qoy bu böyük mükafatı əldə etmək üçün çalışıb əməl etsinlər. Həqiqətən qazanclı ticarət budur.
(62) Allahın, Özünə itaət etməkdən ötrü seçdiyi qulları üçün hazırladığı bu zikr edilən nemətlər, məqam və ehtiram baxımından daha xeyirli və daha əfzəldir, yoxsa kafirlərin yeməyi olan, nə qüvvət verən, nə də aclıqdan qurtaran, Quranda lənətlənmiş zəqqum ağacı?!
(63) Şübhəsiz ki biz bu ağacı, küft və asilik etməklə özlərinə zülüm edən zalımlar üçün bir sınaq etdik. Çünki onlar: "Təbii ki, od ağacı yandırır. Odur ki,o ağacın Cəhənnəmdə bitməsi mümkün deyil" deyirdilər.
(64) Zəqqum ağacı Cəhənnəmin lap dibindən bitib çıxan xəbis bir ağacdır.
(65) Bu ağacda bitən meyvə iyrənc görünüşlüdür, sanki şeytanların başıdır. İyrənc görünüş isə görünənin iyrənc olmasından xəbər verir. Bu da, o deməkdir ki, onun meyvəsinin dadı çox pisdir.
(66) Kafirlər onun acı və iyrənc meyvəsindən yeyib onunla boş qarınlarını dolduracaqlar.
(67) O ağacın meyvəsindən yedikdən sonra, onları qaynar su ilə qatışdırılmış iyrənc bir içki gözləyir.
(68) Bundan sonra onların qayıdacağı yer, əlbəttə ki, Cəhənnəm əzabıdır. Beləcə onlar, bir əzabdan qurtardıqdan sonra başqa bir azaba düçar olacaqlar.
(69) Həqiqətən, o kafirlər ata-babalarının haqq yoldan azmış olduğunu gördülər, sonra da, heç bir dəlil-sübut olmadan, təqlid edərək onların yolunu tutub getdilər.
(70) Onlar zəlalətdə tez-tələsik atalarının yolunu tutub getdilər.
(71) Həqiqətən, onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü. Yoxsa ki, sənin qövmün, ey Peyğəmbər, ümmətlər arasında ilk azmış ümmət deyil.
(72) Artıq Biz o əvvəlki ümmətlərə Allahın əzabı ilə qorxudan elçilər göndərmişdik, lakin onlar yenə də Allaha küfr etdilər.
(73) Ey Peyğəmbər, bax gör öz peyğəmbərləri tərəfindən qorxudulmuş, lakin onların dəvətini qəbul etməmiş ümmətlərin axırı necə oldu. Küfr etdiklərinə və peyğəmbərlərini yalançı saydılarına görə, onların axırı, əbədi olaraq Cəhənnəmdə qalmaq oldu.
(74) Yalnız o kəslərdən başqa ki, Allah onları Özünə iman gətirmək üçün seçmişdir. Onlar, haqqı yalan sayan o kafirlərin aqibəti olan əzabdan xilas olacaqlar.
(75) Peyğəmbərimiz Nuh (aleyhissəlam) onu yalançı sayan qövmünə bəddua edərkən Bizə dua etmişdi. Biz çağırışa necə gözəl cavab verənik! Biz onun öz qövmünün əleyhinə etdiyi duanı tez qəbul etdik.
(76) Biz onu, onun əhli-beytini və onunla birlikdə olan möminləri, onun qövmünün əziyyətindən və onlardan kafir olanların üstünə göndərilmiş böyük tufan qopduğu zaman suya qərq olmaqdan xilas etdik.
(77) Biz ancaq onun ailəsini və onunla birlikdə olan möminləri xilas etdik. Onlardan başqa qövmündən olan kafirləri isə suda qərq etdik.
(78) Sonra gələn ümmətlər onu tərifləsinlər deyə, onların arasında onun üçün gözəl xatirə qoyduq.
(79) Gələcək nəsillər arasında Nuh salam və əmin-amanlıq olsun ki, pis xatirə ilə yada salınmasın, əksinə, onu tərifləsinlər və gözəl xatirə ilə yad etsinlər.
(80) Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini, tək Allaha etdikləri ibadətlərinə və itaətlərinə görə, Nuhu (aleyhissəlam) mükafatlandırdığımız kimi mükafatlandırarıq!
(81) Həqiqətən, Nuh Allaha itaət və ibadət edən mömin qullarımızdandır.
(82) Sonra yerdə qalanları üstlərinə göndərdiyimiz tufanla suya qərq etdik. Onlardan heç biri salamat qalmadı.
(83) Həqiqətən, İbrahim Allahın vəhdaniyyətinə dəvət etmək xüsusunda Nuhun yolunu tutub gedən din əhlindən idi.
(84) Bir zaman onun, Allahın yaratdıqlarına nəsihət edən, öz Rəbbinin hüzuruna şirkdən uzaq olan, təmiz bir qəlblə gəldiyini xatırla.
(85) O zaman o, öz atasına və müşrik qövmünə məzəmmət edərək demişdi: “Siz Allahı qoyub nəyə ibadət edirsiniz?
(86) Allahı qoyub yalançı tanrılaramı ibadət edirsiniz?
(87) Ey qövmüm, siz aləmlərin Rəbbini qoyub başqasına ibadət etdiyiniz halda, Onun hüzuruna çıxacağınız zaman nə zənn edirsiniz, (sizin halınız necə olacaq)?! Onun sizə nə edəcəyini düşünürüsünüz?!
(88) İbrahim qövmü ilə birlikdə getməsin deyə bir hiylə fikərləşərək ulduzlara nəzər saldı.
(89) O, öz qövmü ilə bayramı keçirməyə getməmək üçün bəhanə gətirib: "Mən xəstəyəm" dedi.
(90) Onlar onu orada qoyub getdilər.
(91) O, onların Allahdan başqa ibadət etdikləri ilahların yanına gəlib onlara istehza edərək dedi: “Siz müşriklərin sizin üçün hazırladığı təamlardan yemirsiniz?!
(92) Sizə nə olub ki, danışmırsınız, sizə sual verən kimsəyə cavab vermirsiniz?!” Heç Allahı qoyub beləsinə ibadət edilərmi?!
(93) Sonra İbrahim o bütlərə yaxınlaşıb onları sındırmaq üçün sağ əli ilə onlara zərbə endirdi.
(94) Bu bütlərə sitayiş edən kimsələr yüyürə-yüyürə onun yanına gəldilər.
(95) İbrahim mərd-mərdanə onların qabağına çıxıb onları məzəmmət edərək dedi: “Siz Allahı qoyub öz əllərinizlə yonub düzəltdiyiniz bütlərəmi ibadət edirsiniz?!
(96) Pak və müqəddəs Allah sizi və sizin əməllərinizi yaratmışdır. O əməllərinizdən biri də öz əllərinizlə düzəltdiyiniz bu bütlərdir. İbadət edilməyə layiq olan və heç bir şəriki olmayan yalnız Allahdır.
(97) Onlar ona dəlil-sübutla üstün gələ bilmədiklərini gördükdə, güc tətbiq etmək qərarına gəldilər. Onlar İbrahimə nə edəcəkləri barədə öz aralarında məşvərət edib dedilər: "Onun üçün bir bina tikin və içərisini odunla doldurub yandırın, sonra da onu o odun içinə atın".
(98) İbrahimin qövmü İbrahimə pislik edib onu öldürməklə onlara verdiyi rahatsızlığa son qoymaq istədi. Biz isə (onların qaladığı) odu İbrahim üçün sərin və salamat etməklə onları zəlil bir vəziyyətə saldıq.
(99) İbrahim dedi: “Mən qövmümün yurdunu tərk edərək, Ona ibadət etməkdə möhkəm olmağım üçün Rəbbimə doğru gedirəm. O məni dünyada və axirətdə olan xeyrə doğru yola yönəldəcəkdir”.
(100) “Ey Rəbbim! Mənə əməlisaleh övlad bəxş et ki, mənə kömək olsun və mən qürbəttə ikən mənim üçün qövmümü əvəz etsin!”
(101) Biz də onun duasını qəbul edib ona, onu sevindirəcək bir xəbər verdik. Onu, böyüdükdə həlim xasiyyətli olacaq bir oğlan uşağı ilə müjdələdik. Bu uşaq İsmail (aleyhissəlam) idi.
(102) İsmail böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda atası İbrahim yuxu gördü. Peyğəmbərlərin yuxusu isə vəhydir. İbrahim öz oğluna gördüyü yuxu barədə məlumat verərək belə dedi: “Ey oğlum, yuxuda səni qurban kəsdiyimi gördüm. Bax gör bu haqda nə düşünürsən!”. İsmail atasına dərhal cavab verərək belə dedi: “Atacan, Allahın mənim qurban kəsilməyimə dair sənə buyurduğu əmrini yerinə yetir. Mənim səbirlilərdən və Allahın verdiyi hökmə razı qalanlardan olduğumu görəcəksən”.
(103) Hər ikisi Allahın əmrinə boyun əydikləri və İbrahim Allahın əmrini yerinə yetirmək üçün öz oğlunu üzüstə yerə uzatdığı zaman
(104) İbrahim Allahın əmrini yerinə yetirib oğlunu qurban kəsmək istədikdə, Biz onu çağırıb dedik: “Ey İbrahim!
(105) Artıq sən yuxuda gördüyünü - oğlunu qurban kəsmək əmrini yerinə yetirdin!” Biz səni bu böyük imtahandan qurtardığımız kimi, yaxşı iş görən kimsələri də, sınaqlardan və müsibətlərdən xilas etməklə, mükafatlandırırıq.
(106) Həqiqətən, bu, açıq-aydın bir imtahan idi ki, İbrahim ondan müvəffəqiyyətlə keçdi.
(107) Biz İsmailin əvəzinə böyük bir qoç fidyə verdik ki, onun əvəzinə o qoçu kəssin.
(108) Sonra gələn ümmətlər onu tərifləsinlər deyə, onların arasında onun üçün gözəl xatirə qoyduq.
(109) Allahın ona salamı olsun və bu onun üçün hər bir zərərdən və bəladan qoruyan bir dua olsun!
(110) Biz İbrahimi əmrə itaət etdiyinə görə mükafatlandırdığımız kimi, yaxşı əməl sahiblərini də, belə mükafatlandırırıq!”
(111) Həqiqətən İbrahim, Allaha etdiyi ibadətləri tam yerinə yetirən mömin qullarımızdan idi.
(112) Biz ona digər bir övlad - peyğəmbər və əməlisaleh olacaq bir övlad ilə müjdə verdik. Bu da, İshaq idi. Bu, onun, Allaha itaət edib yeganə övladı İsmaili qurban kəsmək istəyinin əvəzi idi.
(113) Biz ona və onun oğlu İshaqa Öz tərəfimizdən bərəkət verdik və onlara verdiyimiz nemətləri artırdıq. Bu nemətlərdən bir, onların övladlarını artırmağımız idi. Hər ikisinin nəslində Rəbbinə itaət edib yaxşı iş görənləri də var, küfr və asiliklər etməklə açıq-aydın özlərinə zülm edənləri də.
(114) Biz Musaya və onun qardaşı Haruna da peyğəmbərlik bəxş etdik.
(115) Biz onların hər ikisini və onların qövmü İsrail oğullarını, Fironun onları kölə etməsindən və onların dənizdə qərq olmasından xilas etdik.
(116) Biz onlara Firona və onun ordusuna qarşı yardım etdik və onlar öz düşmənlərinə qalib gəldilər.
(117) Biz Musaya və onun qardaşı Haruna Allahın açıq-aydın, içində heç bir şübhə olmayan Kitabını - Tövratı verdik.
(118) Onların hər ikisini, heç bir əyriliyi olmayan doğru yola yönəltdik! Bu, pak və müqəddəs Xaliqin rizasına doğru yönəldən İslam dininin yoludur.
(119) Biz hər ikisi üçün, sonra gələn nəsillər arasında gözəl təriflər və xoş xatirələr saxladıq.
(120) Allahdan onların hər ikisinə gözəl salam və təriflər olsun, üstəlik, hər bir xoşagəlməz şeydən salamat qalsınlar!
(121) Biz Musanı və Harunu bu gözəl mükafatla mükafatlandırdığımız kimi, yaxşı əməl sahiblərini də, özlərinin Rəbbinə itaət etdiklərinə görə belə mükafatlandıracağıq.
(122) Həqiqətən, Musa və Harun Allaha iman gətirən və Allahın onlara buyurduqlarını yerinə yetirən qullarımızdan idi.
(123) Şübhəsiz ki, İlyas da, Rəbbinin göndərdiyi elçilərdən idi. Allah ona peyğəmbərlik və risalət bəxş etmişdir.
(124) Bir zaman o, İsrail oğullarından elçi göndərildiyi qövmünə demişdi: “Ey qövmüm, məgər siz Allahın əmrlərini yerinə yetirməklə - Allahın təkliyini qəbul etməklə və qadağan etdiyi əməllərdən - şirkdən çəkinməklə Allahdan qorxmursunuz?
(125) Siz yaradanların ən yaxşısı olan Allaha ibadət etməyi buraxıb bütünüz Bələ ibadət edirsiniz?!
(126) Allah sizin Rəbbinizdir. O Rəbbiniz ki, həm sizi, həm də, sizin əcadlarınızı yaratmışdır. Allahdan başqa nə fayda, nə də zərər verən bütlər yox, məhz Allah ibadət edilməyə layiqdir.
(127) Qövmü onu yalançı saydı. Elə bu günahlarına görə də, onlar əzaba düçar olacaqlar.
(128) Yalnız onun qövmündən mömin olmuş Allaha ixlasla ibadət etmiş kimsələrdən başqa. Belələri, əzaba düçar olmaqdan qurtulacaqlar.
(129) Biz onun üçün, sonra gələn nəsillər arasında gözəl təriflər və xoş xatirələr saxladıq.
(130) İlyasa Allahdan salam və təriflər olsun!
(131) Biz İlyası bu gözəl mükafatla mükafatlandırdığımız kimi, yaxşı əməl sahiblərini də, özlərinin Rəbbinə itaət etdiklərinə görə belə mükafatlandıracağıq.
(132) Həqiqətən, İlyas Rəbbinə sidq-ürəklə iman gətirmiş həqiqi mömin qullarımızdan idi.
(133) Şübhəsiz ki, Lut da, Allahın öz qövmlərinə müjdə verən və qorxudan olaraq göndərdiyi elçilərindən biri idi.
(134) Bir zaman Biz onu və bütün ailəsini qövmünə göndərdiyimiz əzabdan xilas etdiyimizi xatırla.
(135) Yalnız onun zövcəsindən başqa. O qadın da, qövmünün düçar olacağı əzaba düçar olmuşdu. Çünki o, onlar kimi kafir idi.
(136) Sonra Biz onun qövmündən yerdə qalanları - onu yalançı sayanları və onun gətirdiyi risaləti təsdiq etməyənləri məhv etdik.
(137) Ey Məkkə əhli, siz Şama səfər edərkən, səhər çağı onların məhv olduğu yerdən keçirsiniz.
(138) Həmçinin, axşam çağı da, onların yanından keçirsiniz. Məgər anlamırsınız və onların haqqı yalan saydıqdan, küfr etdikdən və əvvəlki nəsillərdən heç kəsin etmədiyi fahişəliyi etdikdən sonra, onların başına gələnlərdən ibrət almırsınız?!
(139) Şübhəsiz ki, qulumuz Yunis da, Allahın öz qövmlərinə müjdə verən və qorxudan olaraq göndərdiyi elçilərindən biri idi.
(140) Bir zaman o, Rəbbinin izni olmadan qövmünün (küfründən) qaçıb insanlar və əşyalarla dolu bir gəmiyə minmişdi.
(141) Gəmi dolu olduğundan az qala batacaqdı. Gəmidəkilər insan sayının həddən ziyadə olduğundan dolayı, gəminin batacağından qorxduqlarına görə, öz aralarından bəzilərini dənizə atmaq üçün püşk atmaq qərarına gəldilər. Yunus uduzanlar arasında idi. Odur ki, onu da dənizə atdılar.
(142) Onlar onu dənizə atdıqda balıq onu tutub udmuşdu. O vaxt o, Rəbbinin izni olmadan dənizə çıxdığına görə qınanmağa layiq idi.
(143) Əgər Yunis bu hadisədən öncə Allahı çox zikr edənlərdən olmasaydı, habelə, balığın qarnında Allahı yad edib, Onun şəninə təriflər deməsəydi,
(144) balığın qarnında qiyamət gününə qədər qalardı. Belə ki, balığın qarnı onun üçün qəbir olardı.
(145) O, balığın qarnında uzun müddət qaldığına görə, halsız olduğu vəziyyətdə, Biz onu balığın qarnından çıxardıb, heç bir ağac və tikili olmayan boş bir sahəyə atdıq.
(146) Və o boş sahədə onun üstünə kölgə salmaq üçün, üstəlik onun meyvəsindən yesin deyə, qabaq növündən iriyarpaqlı bir ağac bitirdik.
(147) Biz onu sayı yüz min, hətta daha çox olan bir qövmünə peyğəmbər göndərdik.
(148) Onlar ona iman gətirdilər və onun gətridiyi (risaləti) təsdiqlədilər, Allah da onlara dünya həyatında əcəlləri yetişənədək firavanlıq nəsib etdi.
(149) Ey Muhəmməd, müşriklərə inkar edərək soruş: “Yoxsa, xoşlamadığınız qızları Allaha, sevdiyiniz oğlanları isə özünüzə nisbət edirsiniz?! Bu nə cür bölgüdür?!”
(150) Onlar mələklərin yaradılışında iştirak etmədikləri və bunu görmədikləri halda, onların dişi olduğunu necə iddia edə bilərlər?!
(151) Müşriklər Allaha qarşı yalan danışaraq və Ona iftira ataraq Onun övladının olduğunu iddia edirlər. Onların bu iddiası yalandır.
(152) Müşriklər Allaha qarşı yalan danışaraq və Ona iftira ataraq Onun övladının olduğunu iddia edirlər. Onların bu iddiası yalandır.
(153) Məgər Allah onların nifrət etdiyi qızları Özü üçün seçib, onların sevdiyi oğlanlardan üstünmü tutmuşdur?! Əsla belə deyildir.
(154) Ey müşriklər, sizə nə olub, belə ədalətsiz hökm verir - qızları Allaha, oğlanları isə özünüzə aid edirsiniz?!
(155) Məgər siz tutduğunuz bu yaramaz etiqadın batil olduğunu düşünmürsünüz?! Əgər düşünsəydiniz, belə söz danışmazdınız.
(156) Yoxsa sizin buna dair Kitabdan və ya Peyğəmbərdən tutarlı bir sübutunuz və aydın bir dəliliniz var?!
(157) Əgər iddianızın doğru olduğunu deyirsinizsə, onda bu iddianı isbat edən kitabınızı gətirin!”
(158) Müşriklər Allahla özlərinin görmədikləri mələklər arasında qohumluq olduğunu uydurdular. Belə ki, onlar mələklərin Allahın qızları olduğunu söylədilər. Mələklər Allahın müşrikləri sorğu-sual etmək üçün (məhşərə) gətirəcəyini bilirlər.
(159) Allah pak və müqəddəsdir, müşriklərin Ona aid etdikləri, Ona layiq olmayan sifətlərdən - Özünə övlad götürməkdən, şəriki olmaqdan və başqa bu kimi nöqsanlardan uzaqdır.
(160) Yalnız Allahın seçilmiş qullarından başqa. Həqiqətən də, onlar Allahı yalnız Ona layiq olan - uca və kamil sifətlərlə vəsf edirlər.
(161) Ey müşriklər, nə siz, nə də Allahdan başqa ibadət etdikləriniz,
(162) Siz heç kəsi haqq dindən azdıra bilməzsiniz.
(163) Allah kimin Cəhənnəm əhlindən olacağına qərar vermişdirsə, Allah onun barəsində verdiyi qərarını gerçəklədirəcək və o adam kafir olacaq, beləliklə də, Cəhənnəm oduna girəcək. Sizin və sizin ibadət etdiyiniz bütlərin isə buna qüdrəti çatmaz.
(164) Mələklər Allaha qul olduqlarını və müşriklərin onlar barədə iddia etdiklərindən uzaq olduqlarını bəyan edərək dedilər: “Bizdən hər kəsin Allaha ibadət və itaət etməkdə, müəyyən bir yeri vardır.
(165) Həqiqətən, biz mələklər Allaha ibadət və itaət etmək üçün səf-səf dururuq və biz, Allahı Ona layiq olmayan sifətlərdən və vəsflərdən uzaq tuturuq.
(166) Həqiqətən, biz mələklər Allaha ibadət və itaət etmək üçün səf-səf dururuq və biz, Allahı Ona layiq olmayan sifətlərdən və vəsflərdən uzaq tuturuq.
(167) Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərilməmişdən əvvəl Məkkə müşrikləri belə deyirdilər: "Əgər bizdə də, əvvəlkilərə göndərilmiş kitablardan - məsələn Tövrat kimi - bir kitab olsaydı, Allaha ixlasla ibadət edərdik." Onlar yalan danışırlar. Çünki Muhəmməd (səllallahu aleyhi və səlləm) onlara Quran gətirmiş, lakin onlar ona küfr etmişlər. Onlar qiyamət günü özlərini şiddətli əzab gözlədiyini tezliklə biləcəklər.
(168) Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərilməmişdən əvvəl Məkkə müşrikləri belə deyirdilər: "Əgər bizdə də, əvvəlkilərə göndərilmiş kitablardan - məsələn Tövrat kimi - bir kitab olsaydı, Allaha ixlasla ibadət edərdik." Onlar yalan danışırlar. Çünki Muhəmməd (səllallahu aleyhi və səlləm) onlara Quran gətirmiş, lakin onlar ona küfr etmişlər. Onlar qiyamət günü özlərini şiddətli əzab gözlədiyini tezliklə biləcəklər.
(169) Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərilməmişdən əvvəl Məkkə müşrikləri belə deyirdilər: "Əgər bizdə də, əvvəlkilərə göndərilmiş kitablardan - məsələn Tövrat kimi - bir kitab olsaydı, Allaha ixlasla ibadət edərdik." Onlar yalan danışırlar. Çünki Muhəmməd (səllallahu aleyhi və səlləm) onlara Quran gətirmiş, lakin onlar ona küfr etmişlər. Onlar qiyamət günü özlərini şiddətli əzab gözlədiyini tezliklə biləcəklər.
(170) Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərilməmişdən əvvəl Məkkə müşrikləri belə deyirdilər: "Əgər bizdə də, əvvəlkilərə göndərilmiş kitablardan - məsələn Tövrat kimi - bir kitab olsaydı, Allaha ixlasla ibadət edərdik." Onlar yalan danışırlar. Çünki Muhəmməd (səllallahu aleyhi və səlləm) onlara Quran gətirmiş, lakin onlar ona küfr etmişlər. Onlar qiyamət günü özlərini şiddətli əzab gözlədiyini tezliklə biləcəklər.
(171) Bizim elçilərimizə dediyimiz sözümüz əzəldən deyilmişdi ki, onlar Allahın onlara verdiyi dəlil-sübut və güc sayəsində öz düşmənlərinə qalib gələcəklər. Qələbə Bizim orduya məxsusdur. O kəslər ki, Allahın kəlməsini ucaltmaq üçün Onun yolunda vuruşurlar.
(172) Bizim elçilərimizə dediyimiz sözümüz əzəldən deyilmişdi ki, onlar Allahın onlara verdiyi dəlil-sübut və güc sayəsində öz düşmənlərinə qalib gələcəklər. Qələbə Bizim orduya məxsusdur. O kəslər ki, Allahın kəlməsini ucaltmaq üçün Onun yolunda vuruşurlar.
(173) Bizim elçilərimizə dediyimiz sözümüz əzəldən deyilmişdi ki, onlar Allahın onlara verdiyi dəlil-sübut və güc sayəsində öz düşmənlərinə qalib gələcəklər. Qələbə Bizim orduya məxsusdur. O kəslər ki, Allahın kəlməsini ucaltmaq üçün Onun yolunda vuruşurlar.
(174) Sən, ey Peyğəmbər, Allahın bildiyi bir vaxtadək - onlara əzab yetişəcək vaxta qədər o inadkar müşriklərdən üz çevir!
(175) Sən onlara əzaba düçar olacaqları zamana qədər möhlət ver! Onlar əzabı görməyin heç bir faydası olmayacağı bir vaxt onu görəcəklər.
(176) O müşriklər Allahın əzabının tez gəlməsinimi istəyirlər?
(177) Allahın əzabı onları yaxladığı zaman onların sabahı necə də pis sabah olacaq!
(178) Ey Peyğəmbər, Allah onlara əzab göndərənədək sən onlardan üz çevir!
(179) Sən onların əzaba düçar olacaqları zamanı gözlə! Onlar da tezliklə Allahın göndərdiyi əzabın və cəzanın onları necə yaxalayacağını görəcəklər.
(180) Ey Muhəmməd, sənin pak və müqəddəs Rəbbin - qüdrət sahibi olan Rəbbin müşriklərin Ona aid etdikləri naqis sifətlərdən uzaqdır.
(181) Allahın salamı və tərfiləri göndərdiyi hörmətli elçilərə olsun!
(182) Həmd-sənaların hamısı pak və uca Allaha məxsusdur. Yalnız O, buna layiqdir və O, bütün aləmlərin Rəbbidir. Onların Allahdan başqa Rəbbi yoxdur.