(1) Ey müsəlmanlar! Bu, Allah və Onun Rəsulu tərəfindən Ərəb yarımadasında yaşayan əhd bağladığınız müşriklərə onlarla olan əhdlərin sona çatdığı barədə bir xəbərdarlıqdır.
(2) Ey müşriklər! Elə isə yer üzündə dörd ay müddətində əmin-amanlıqla gəzib dolaşın. Bu müddət bitdikdən sonra sizin heç bir toxunulmazlıq və əhdiniz yoxdur. Siz nə qədər Allaha küfür etsəniz də, Onun əzabından qaçıb yaxa qurtara bilməyəcəyinizə yəqin olun və bilin ki, Allah kafirləri bu dünya da ölüm və əsir düşməklə, axirətdə isə onları cəhənnəm oduna varid etməklə rüsvay edəcəkdir. Allahın bu hökmü, əhdlərini pozan və ya daimi əhdləri olub, əhdlərini pozmayan kafirlərə aiddir. Amma əhdləri hətta dörd aydan çox olaraq müəyyən bir vaxta qədər əhd bağlamış kafirlərə gəldikdə isə belə kimsələrin əhdləri, əhd bağladıqları vaxtın bitməsinə kimidir.
(3) Bu, Allah və Onun Rəsulu tərəfindən qurban bayramı günü bütün insanlara Allahın və həmçinin Onun Elçisinin müşriklərdən uzaq olmasını elan edəcək bir bildirişdir. Ey müşriklər! Əgər Allaha şərik qoşmaqdan tövbə etsəniz, bu sizin üçün daha xeyirli olar. Yox əgər tövbə etməkdən üz döndərsəniz, bu zaman Allahdan və Oun əzabından yaxa qurtara bilməyəcəyinizə yəqin olun. Ey Peyğəmbər! Allaha küfür edən kimsələrə onları məyus edəcək xəbəri ver, Bu, onları ağrılı-acılı bir əzabın gözlədiyi xəbərindir.
(4) Saziş bağladıqdan sonra əhdlərinə vəfalı olub, onu pozmayan müşriklər əvvəldə qeyd edilən hökmdən müstəsnadırlar. Onlarla olan əhdlərinizə, müddəti sona çatanadək vəfalı olun. Həqiqətən, Allah, əhdlərinə vəfalı olaraq Onun əmrlərinə tabe olan və özünü xəyanətdə qoruyaraq Allahın qadağan etdiyi şeylərdən uzaq duran müttəqiləri sevər.
(5) Müşriklərə fürsət verdiyiniz haram aylar bitdikdə, onlara harada rast gəlsəniz, onları öldürün, yaşadıqları yeri mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər onlar Allaha şərik qoşmaqdan Allaha tövbə etsələr, namaz qılıb mallarının zəkatını versələr, onda sizin din qardaşlarınız sayılacaq. Odur ki, onları sərbəst buraxın. Çünki Allah Ona tövbə edən qullarını bağışlayandır, onlara qarşı rəhmlidir.
(6) Ey Peyğəmbər! Əgər qanı və malı sizə halal olan müşriklərdən biri səndən onu himayə etməsini istəyərsə, onun Quranı dinləyənə qədər istədiyini yerinə yetir. Sonra onu özünün arxayın olduğu yerə çatdır. Çünki kafirlər bu dinin həqiqətlərini anlamayan bir qövmdür. Əgər Quranı dinlədikdən sonra bu dini anlasalar ola bilsin ki, bəlkə Allaha iman gətirsinlər.
(7) Ey müsəlmanlar! Hüdeybiyyə sülhü zamanı Məscidulharamın yanında saziş bağladığınız Allaha şərik qoşan müşriklər müstəsna olmaqla müşriklərin Allah və Onun Rəsulu yanında əhdinin və toxunulmazlığının olması səhih deyildir. Nə qədər ki, onlar sizinlə öz aranızda olan əhdə düzgün davranıb, əhdi pozmurlarsa, siz də onlarla düzgün davranıb onlarla öz aranızda olan əhdi pozmayın. Həqiqətən, Allah, Onun əmirlərinə tabe olub, qadağalarından çəkinən müttəqiləri sevər.
(8) Axı onların sizinlə düşmən olduqları bir halda, onlar ilə sizin aranızda əhdin və toxunulmazlığın təmin ediləsi necə ola bilər?! Əgər onlar sizə qalib gəlsələr, nə Allahın hökmlərinə, nə qohumluq əlaqəsinə, nə də əhdə riayət edərlər. Əksinə sizə ən ağır işgəncələr verərlər. Qəlblərində olanlarla əməllərində göstərtdikləri düz gəlmədiyi bir halda, dildə sizə yalandan gözəl söz söyləməklə sizi razı salmağa çalışarlar. Onlar dediklərinə vəfalı olmazlar. Onların çoxu əhlərini pozduqları üçün Allahın itaətindən çıxmış kimsələrdir.
(9) Onlar Allahın əhdlərinə vəfalı olmağı əmr edən ayələrinə tabeçilik göstərməyi, öz istəklərinin ardınca gedərək ucuz dünya malına dəyişdilər. Beləliklə də, özlərini haqqa tabe olmaqdan məhrum edərək, ondan üz çevirdilər və başqalarının da haqqa tabe olmağına mane oldular. Onların tutduqları iş necə də pisdir!
(10) Onlar möminlərə qarşı qəlblərində düşmənçilik bəslədikləri üzündən nə Allahın hökmlərinə, nə qohumluq əlaqəsinə, nə də ki, əhdə riayət etməzlər. Onlar zülüm və düşmənçilik etdiklərinə görə Allahın həddlərini aşanlardır.
(11) Əgər etdikləri küfür əməllərdən Allaha tövbə edib, iki şəhadət kəlməsini tələffüz etsələr, namaz qılıb mallarının zəkatını versələr, onlar sizin din qardaşlarınızdır. Bu zaman sizə vacib edilən onlara da vacib edilər, sizə qadağan edilən onlara da qadağan edilmiş olar və bundan sonra onlarla döyüşmək sizə halal olmaz. Çünki İslamı qəbul etmələri onların qanlarını, mallarını və namuslarını qoruyar. Biz ayələri bilən kimsələrə beləcə izah edirik. Çünki ayələrimizdən məhz belə kimsələr faydalanar və başqalarınıda fayda verərlər.
(12) Əgər müşriklər müəyyən müddət ərzində sizinlə onlar arasında atəşkəsin olması üçün əhd bağladıqdan sonra əhdlərini pozub dininizə eyib edib, aşağılayarlarsa, onlarla döyüşün, çünki onlar küfür başçıları və öndə gedənləridir. Artıq onların qanlarını qorunmasını təmin edən əhd-peymanları yoxdur. Onlarla döyüşün ki, bəlkə Allaha küfür etməkdən, əhdlərini pozmaqdan və dini aşağılamaqdan çəkinsinlər.
(13) Ey möminlər! Əhd-peymanlarını pozan, Dərun-nədva da bir yerə yığışıb Peyğəmbəri (sallallahu aleyhi və səlləm) Məkkədən çıxarmaq üçün məşvərət edən, özləri də Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yaxın dostu və sirdaşı olan Xuzəah qəbiləsinə qarşı, Qureyişin yaxın dostu və sirdaşı olan Bəkr qəbiləsinə yardım edərək sizinlə döyüşü birinci başlayan bir camaatla nə üçün vuruşmursunuz? Məgər onlardan qorxub, onlarla döyüşməkdən çəkinirsinizmi? Əgər siz həqiqi möminsinizsə, daha çox Uca Allahdan qorxmalısınız.
(14) Ey möminlər! Müşriklərlə döyüşün. Siz onlarla döyüşün ki, Allah sizin əlinizlə onları öldürmək, məğlub etmək və ya əsir götürməklə onlara əzab versin. Möminlərdən, düşmənlərinin öldürülməsinə, onların əsir götürülməsinə, məğlub edilməsinə və Uca Allahın möminlərə düşmənlərinə qarşı yardım etməsinə şahid olmayan mömin camaatın qəlbini sevindirsin.
(15) Allaha mömin qullarına düşmənləri üzərində qələbə nəsib etməklə möminlərin qəlbindən qəzəbi uzaq etsin. Məkkənin fəti günü baş verdiyi kimi, Allah, o inadkarlardan kimsə tövbə etdikdə istədiyi kəsin tövbəsini qəbul edər. Allah onlardan kimin ixlasla tövbə etdiyini biləndir və O, xəlq etməyində, işlərində və şəri əhkamlarında hikmət sahibidir.
(16) Ey möminlər! Allah sizi imtahan etmədən sərbəst buraxacağınızımı güman edirdiniz? İmtahan Allahın sünnəsidir. Allah sizi ta içərinizdən, özlərinə, Allahdan, Onun Elçisindən və möminlərdən başqa kafirləri sirdaş, dost tutmayanları, ixlasla Allah üçün cihad edənləri ayırd edənə qəbər imtahan edəcəkdir. Allah nə etdiklərinizdən xəbərdardır. Ona heç bir şey gizli qalmaz. Allah onlara etdikləri əməllərin əvəzini verəcəkdir.
(17) Müşriklər qəlblərində Allaha küfr etdikləri və bunu əməlləri ilə büruzə verdikləri bir halda, onlara Allahın məscidlərini ibadət və başqa itaət əməllərlə abadlaşdırmaq yaramaz. Onların imanları olmadığı üçün əməlləri puça çıxmışdır. Əgər onlar ölməzdən əvvəl Allaha şərik qoşmaqdan tövbə etməsələr, qiyamət günü cəhənnəmə varid olaraq orada əbədi qalacaqlar.
(18) Allahın məscidlərini abadlaşdırmağa yalnız tək Allaha iman edən, Ona heç bir şeyi şərik qoşmayan, qiyamət gününə iman gətirən, namaz qılan, malının zəkatın verən və Uca Allahdan başqa heç kəsdən qorxmayan kimsə layiqdir. Ola bilsin ki, məhz onlar doğru yolla yönələn kimsələr olsunlar. Amma müşriklər isə bu yoldan olduqca çox uzaq olan kimsələrdir.
(19) Ey müşriklər! Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha iman gətirib, Ona heç bir şeyi şərik qoşmayan və qiyamət gününə imanan, kafirlərin kəlməsi alçaq, Allahın kəlməsi isə uca olması üçün canı və malı ilə Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Məgər siz bu iki dəstəni Allah qatında fəzilət baxımından eyni dərəcədə edirsiniz? Bilin ki, onlar Allahın yanında əsla eyni dərəcədə ola bilməzlər. Allah zalım qövmü, hacılara su vermək kimi yaxşı əməllər etsələr də belə, şirk etdiklərinə görə doğru yola müvəffəq etməz.
(20) Allaha iman gətirib, küfür diyarından İslam diyarına hicrət etməklə, malı və canı ilə Allah yolunda cihad etməyi bir araya cəm edən kimsələrin mükafatı Allah yanında başqalarından ən yüksək dərəcələrdədir. Məhz bu sifətləri özündə cəm edən kimsələr cənnətə daxil olan kimsələrdir.
(21) Allah onlara mərhəmət əta edib, razı qalacağını, onlara əsla qəzəblənməyəcəyini və içərisində onlar üçün heç vaxt tükənməyən, əbədi nemətlər olan cənnətlərə daxil edəcəyini xəbər verərək sevindirmişdir.
(22) Onlar o cənnətlərdə əbədi qalacaqlar. Bu onların dünyada ikən etdikləri saleh əməllərinin mükafatıdır. Şübhəsiz ki, dini məhz Allaha məxsus edərək Allahın əmrlərinə tabe olub, qadağalarından çəkinən kimsələr üçün Allah yanında böyük mükafat vardır.
(23) Ey Allaha iman edib Rəsulunun gətirdiyinə tabe olan kimsələr! Əgər atalarınız, qardaşlarınız və ya yaxın qohum-əqrəbanız küfürü tək Allaha iman etməkdən üstün sayarlarsa, bu zaman möminlərin sirrlərini onlara açaraq, onlarla məsləhətləşib onları özünüzə dost tutmayın. Onlar küfürdə israr etdikləri bir halda onları özünə dost tutub, onlara məhəbbət bəsləyən kimsə artıq Allaha asi olmuş və asilik etdiyinə görə nəfsini həlaka sürüklədiyi üçün özünə zülm etmişdir.
(24) Ey Peyğəmbər! De: "Ey möminlər! Əgər atalarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohum-əqrəbanız, qazandığınız mallar, rəvac olmasını istədiyiniz, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və yaşamaq istədiyiniz evləriniz və bunların hamısı sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihad etməkdən daha sevimlidirsə, o zaman Allahın əzabını və cəzasını gözləyin. Allah, Onu razı salan əməllər etməyib, əksinə Onun itaətindən çıxan kimsələri xeyirə müvəffəq etməz".
(25) Ey möminlər! Allah, sayınızın və qüvvənizin az olmasına rəğmən Allaha təvəkkül edib, səbəblərdən yapışdığınıza görə sizə müşriklərdən olan düşməninizə qarşı bir çox döyüşlərdə kömək etmişdir. Heç zaman sayınızın çoxluğu ilə qürurlanmayın, çox olmanız heç də düşmən üzərində qələbə çalmaq üçün səbəb deyildir. Hərçənd Hüneyn döyüşü günü siz sayınızın çoxluğu ilə qürurlanıb öyündünüz və: "Bu gün sayımızın çox olduğuna görə kimsə bizə qələbə çala bilməz" - dediniz, lakin sayınızın çox olması ilə qürurlanıb öyünməyiniz sizin karınıza gəlmədi. Düşmən sizi məğlub etdi. Yer üzü öz genişliyinə rəğmən sizə dar gəldi, sonra düşmənə arxa çevirib məğlub olaraq qaçdınız.
(26) Düşmənə arxa çevirib qaçdıqdan sonra Allah Öz Elçisinə və möminlərə əminlik, rahatlıq nazil etdi və beləliklə də onlar bunun sayəsində döyüşdə sabit qədəm oldular. Allah sizin köməyinizə sizin görə bilmədiyiniz mələklər göndərdi və kafirlərə isə öldürülmə, əsir alınma, mal-dövlətlərinin və oğul-uşaqlarının ələ keçirilməsi ilə əzab verdi. Kafirlərin başına gələn bu müsibət onların Allahın elçisini yalan sayıb ondan üz çevirdiklərinə görə idi.
(27) Kim bu əzabdan sonra küfür və zəlalət əməllərindən tövbə edərsə Allah onun tövbəsini qəbul edər. Allah, Ona tövbə edən qullarına qarşı bağışlayandır, rəhmlidir. Beləki Uca Allah onların küfür və asilik etdikdən sonra tövəbələrini qəbul edər, onalara əzab verməz.
(28) Ey Allaha və Onun Rəsuluna iman gətirib, Rəsulun şəriətinə tabe olan kimsələr! Həqiqətən də, müşriklər küfür, zülm əməllərinə görə və həmçinin pis və xoşağəlməz adətləri və əxlaqları olduğu üçün murdardırlar. Odur ki, özlərinin bu ilindən, yəni, hicrətin doqquzuncu ilindən sonra həcc və ömrə etmələrindən aslı olmayaraq Məscidulharama yaxınlaşmasınlar. Ey möminlər! Əgər müşriklərin sizə gətirdikləri qida və ticarət mallarının bundan sonra gəlməməsi səbəbindən kasıb olacağınızdan qorxursunuzsa, bilin ki, Allah istəsə, sizə Öz lütfü ilə bəs edər. Allah halınızı daha yaxşı bilir. O, sizin üçün verdiyi bu hökmlərin də hikmət sahibidir.
(29) Ey möminlər! Şəriki olmayan Allaha və Qiyamət gününə iman gətirməyən, Allahın və Onun rəsulunun haram buyurduğu leşdən, donuz ətindən, şərabdan, sələmdən və s. bu kimi haramlardan çəkinməyən, Allahın əmrlərinə boyun əyməyən yəhudi və nəsranilərdən olan kafirlərlə, onlar zəlil halda öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun.
(30) Yəhudi və nəsranilərin hər ikisi də Allaha şərik qoşanlardır. Yəhudilər Üzeyir Allahın oğlu olduğunu iddia etdikləri zaman Allaha şərik qoşdular. Nəsranilərdə həmçinin Məsih İsa Allahın oğlu olduğunu iddia etdikləri zaman Allaha şərik qoşdular. Bu onların heç bir əsası olmayan ağızlarından çıxan boş sözləridir. Onların bu sözü, özlərindən əvvəlki, "Mələklər Allahın qızlarıdır" – deyən müşriklərin sözlərinə oxşayır. Allah onların bu sözündən uca və böyükdür. Allah onları məhv etsin! Gör onlar necə də açıq-aydın haqdan batilə döndərilirlər!
(31) Yəhudilər Allahı qoyub, öz alimlərini, nəsranilər də rahiblərini özlərinə tanrılar qəbul etdilər. Onlar da Allahın onlara haram etdiklərini halal, Allahın onlara halal etdiyini isə haram etdilər. Nəsranilər, Məryəm oğlu Məsih İsanı Allahla yanaşı özləri üçün tanrı qəbul etdilər. Halbuki Allah yəhudi alimlərinə, nəsrani rahiblərinə, Üzeyrə və Məryəm oğlu İsaya, yalnız tək olan İlaha ibadət etməyi və Ona heç bir şeyi şərik qoşmamağı əmr etmişdir. O, tək olan İlahdır. Ondan başqa ibadətə layiq məbud yoxdur. Allah, müşriklərin və qeyrilərinin dedikləri kimi, şəriki olmaqdan pak və ucadır.
(32) Kafirlər və onlardan qeyriləri iftira ataraq və Muhammədin (sallallahu aleyhi və səlləm) gətirdiyi dini yalan sayaraq İslamın sonuna çıxmaq, onu məhv etmək və Allahın təkliyinə dəlalət edən açıq-aydın dəlillərin həqiqəti əks etmirmədyini isbat etmək istəyrlər. Şübhəsiz ki, Peyğəmbərin gətirdiyi haqqdır. Allah isə Öz dinini tamamlayıb, zahir edəcək və onu başqa dinlərdən üstün tutacaqdır. Allah, hətta kafirlərin xoşuna gəlməsə də delə Öz dininin tamamlamasını, onu zahir edib, başqa dinlərdən üstün tutmasını mütləq edəcəkir. Bilin ki, əgər Allah bir işin olmasını istəyərsə, kimsə onun qarşısını əsla ala bilməz.
(33) Müşriklər istəməsə də, İslam dinini açıq-aydın dəlillər və hökmlərlə başqa dinlərdən üstün etmək və insanlara doğru yolu göstərmək üçün Muhamməd peyğəmbəri (sallallahu aleyhi və səlləm) Quranla göndərən Pak olan Allahdır.
(34) Ey iman gətirib Allahın şəriətinə əməl edən kimsələr! Həqiqətən, yəhudi alimlərindən və nəsrani rahiblərindən bir çoxu insanların mallarını rüşvət və s. bu kimi haqsız yolla mənimsəyir və onların Allah dininə daxil olmalarına mane olurlar. Ey Peyğəmbər! Qızıl-gümüş yığıb onların zəkatını verməyən kimsələrə qiyamət günü onları məyus edəcək ağrılı-acılı əzabın olacağını xəbər ver.
(35) Qiyamət gün yığdıqları və haqqını Allah yolunda xərcləmədikləri sərvətləri Cəhənnəm odunda qızdırılacaq və bu sərvətlər atəşdə şiddətli qızdırıldıqdan sonra bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və onlara məzəmmət edilərək: "Bu sizin özünüz üçün yığıb, vacib haqqlarını vermədiyiniz var-dövlətinizdir. Elə isə dadın yığıb, haqqını vermədiyiniz var-dövlətinizin əzabını!" – deyiləcəkdir.
(36) Həqiqətən, Allah dərgahında il ərzindəki ayların sayı on iki aydır. Allah bunu göyləri və yeri yaratdığı ən birinci gündə Lövhi-Məhfuzda yazmışdır. Allah bu on iki ayın dörd ayında döyüşməyi haram etmişdir. Bu ayların üçü: zülqədə, zülhiccə və məhərrəm ayları ardıcıl haram aylardır. O, bir ay isə, bu üç aydan ayrı olan rəcəb ayıdır. Sizə deyilən il ərzindəki ayların sayı və bu aylardan dördünün haram aylar olması doğru düzgün dindir. Odur ki, bu aylarda düşmənlə döyüşə başlamaqla və bu ayların haramlığına səhlənkar yanaşmaqla öz canınıza zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah, Onun əmrlərinə tabe olub Ondan qorxan və qadağalarından çəkinən müttəqilərlə Öz yardımı ilə birgədir. Allah kiminlə birgə olarsa onu heç kəs məğlub edə bilməz.
(37) Ərəblərin cahiliyyət dövrdündə etdikləri kimi haram ayın haramlığını haram olmayan ayın yerinə salıb bu haram aylarda döyüşmək onların Allaha küfrlərini daha da artırmaqdır ki, şeytan bu pis bir adətlə Allaha küfür edənləri azdırar. Onlar halal olan ayların yerinə bir il haram olan ayı özlərinə halal sayır, beləliklə də, Allahın haram etdiyi ayların sayını uyğunlaşdırmaq üçün ayların adları üs-üstə düşməsə də belə bir il həmən ayların haramlığını başqa aylarda keçirdirlər. Əgər bir ayı özlərinə halal etsələr mütləq onun yerinə başqa bir ayı özlərinə haram edər, Allahın haram buyurduğun aylardan istədiklərini özlərinə halal edib, Allahın hökmlərinə müxalif olurlar. Beləcə, şeytan onlara etdikləri pis əməlləri özlərinə gözəl göstərdi. Şeytanın onlara gözəl göstərdiyi əməllərindən biri də onların haram ayların yerlərini halal ayların yerləri ilə dəyişmələridir. Allah kafirləri günahlarda israr etdiklərinə görə doğru yola müvəffəq etməz.
(38) Ey Allaha və Onun Rəsuluna iman gətirib, Allahın şəriətinə əməl edən kimsələr! Sizə nə olub ki, Allah yolunda düşməninizlə döyüşməyə çağırıldığınız zaman ləngidiniz və evlərinizdə qərar tutub qaldınız? Olmaya, fani dünya həyatını və onun keçici ləzzətlərini, Allah yolunda cihad edən mücahidlər üçün axirətdəki əbədi qalan nemətlərə dəyişməyə razısınız? Halbuki dünya həyatının keçici zövqü axirət nemətləri ilə müqayisədə çox dəyərsiz bir şeydir. Axı ağıl sahibi fani olan bir şeyi əbədi qalan şeydən, alçağı əzəmətlidən neçə də üstün tuta bilər?!
(39) Ey möminlər! Əgər Allah yolunda düşməninizlə döyüşə çıxmasanız, Allah sizi məğlubiyyət, zəlillik və s. bu kimi rüsvayçılıqla əzaba düçar edər və sizi ,cihada səfərbərlik elan edildikdə cihada çıxan, Allaha itaətkar başqa bir qövmlə əvəz edər. Sizin Allahın əmrinə müxalif olmanız Ona heç bir zərər yetirməz, çünki Onun sizə ehtiyacı yoxdur, əksinə siz Ona möhtacsınız. Allah hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz, Allah, siz olmasanızda Öz dininə və Peyğəmbərinə yardım etməyə qadirdir.
(40) Ey möminilər! Əgər siz Allahın Elçisinə (sallallahu aleyhi və səlləm) kömək etməsəniz və onun sizi Allah yolunda çihada çıxmaq çağırışına cavab verməsəniz bilin ki, Allah ona artıq müşriklər onu və Əbu Bəkri (Allah ondan razı olsun) Məkkədən çıxartdıqları zaman siz olmadan da kömək göstərmişdir. Kafirlər onları axtardıqları vaxt mağarada gizləndikdə onlar yalnız iki nəfər idilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) öz yoldaşının müşriklərin onları görəcəklərindən qorxduğu zaman ona: "Kədərlənmə, Allah Öz yardımı və dəstəyi ilə bizimlədir!" – dedi. Bundan sonra Allah Peyğəmbərin qəlbinə bir arxayınlıq nazil etdi, sizin görmədiyiniz mələklərlə ona yardım göstərdi, müşriklərin sözünü alçaltdı və İslamı izzətləndirməklə Allah sözünü ucadır. Allah zatında, güc-qüvvətində və mülkündə qüdrətlidir sahibidir, kimsə Ona məğlub edə bilməz. O, işlərində, insanlar üçün təyin etdiyi qədərin də və həmçinin şəri hökmlərin də hikmət sahibidir.
(41) Ey möminlər! Çətin və rahat vaxtınızdan aslı olmayaraq, qocalı-cavanlı hamınız Allah yolunda cihad etmək üçün çıxın. Malınız və canınızla cihad edin! Çünki malınız və canınızla cihad etməniz, evdlərinizdə otururaraq malınızı və canınızı salamat saxlamaqdan, dünya və axirət mənfəəti baxımından sizin üçün daha xeyirlidir. Əgər bunu bilirsinizsə, əldən verməyin.
(42) Ey Peyğəmbər! Əgər səfəriniz asan əldə edilən qənimət və yüngül bir səfər olsaydı, bu zaman cihada çıxmayıb evlərində qalmaq üçün səndən izin istəyən münafiqlər mütləq sənin ardınca gedərdilər. Lakin onları səfərə çıxmaqa çağırdığın yol, əziyyətli bir yol olduğu üçün bu yol onlara çətin gəldi. Sən səfərdən qayıtdıqdan sonra onlar səni yanına gələrək: "Əgər sizinlə cihada çıxmaqa taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!" – deyə Allaha and içəcəklər. Onlar həm döyüşdən geridə qaldıqlarına və həm də ki, yalandan Allaha and içdiklərinə görə özlərini Allahın əzabına məruz qoyaraq həlak edirlər. Allah onların yalan danışdıqlarını və həmçinin yalandan Allaha and içdiklərini bilir.
(43) Ey Peyğəmbər! Onların döyüşdən geri qalmaları üçün ictihad edərək onlara izin verdiyinə görə Allah səni bağışlasın! Axı sən onların döyüşdən geri qalmalarına nə üçün izin verdin? Əgər belə etməsəydin onlardan doğru danışaraq üzürlü səbəbdən döyüşə qatılmayanlar, yalan danışaraq döyüşdən geridə qalanlar sənə bəlli olardı bu zaman onlardan doğru danışanlara izin verib, yalançılara isə izin verməzdin.
(44) Ey Peyğəmbər! Sidq qəlbdən Allaha və qiyamət gününə iman gətirən möminlər əsla səndən Allah yolunda malları və canları ilə cihad etməmək üçün geridə qalmağa görə izin istəməzlər. Əskinə onlar nə zaman səfərbərlik elan edilsə döyüşə çıxar, Allah yolunda malları və canları ilə cihad edərlər. Allah müəyyən üzür səbəbindən döyüşə çıxa bilmədikləri üçün səndən evlərində qalmağa izin istəyən müttəqi qullarını biləndir.
(45) Ey Peyğəmbər! Səndən ancaq Allaha və qiyamət gününə iman gətirməyən, malları və canları ilə Allah yolunda cihad eməkdən boyun qaçırıb, geridə qalmaq istəyən münafiqlər izin istəyirlər. Onların qəlbləri şəkk-şübhəyə ilə doludur. Onlar öz şübhələri içində tərəddüd edərlər və beləliklə də, haqqa yönələ bilməzlər.
(46) Əgər onlar Allah yolunda səninlə döyüşə çıxmaq istəklərində sadiq olsaydılar bu zaman döyüşə çıxmaq üçün hazırlıq görərdilər. Lakin Allah onların səninlə birgə döyüşə çıxmalarını istəmədi və onlara döyüşə çıxmağı ağır göstərdi və beləliklə də onlar, evlərində qərar tutmağı döyüşə çıxmaqdan üstün gördülər.
(47) Münafiqlərin sizinlə birgə döyüşə çıxmamaları sizin üçün daha xeyirlidir. Əgər onlar sizinlə birgə döyüşə çıxsaydılar, qəlbinizə şək-şübhə salar və işinizdə qarışıqlığı artıraraq sizi fitnəyə məruz qoyar, sizi parçalamaq üçün səfləriniz arasında söz gəzdirərək aranıza girərdilər. Ey möminlər! Bilin ki, içinizdə onların uydurduqları yalana qulaq asan, ona inanan, bunu insanlar arasında yayan və bu səbəbdən insanlar arasında ixtilaf yaradan kimsələrdə vardır. Allah möminlər arasında şək-şübhə yayan münafiqlərdən olan zalımları tanıyandır!
(48) Ey Peyğəmbər! Allahın sənə yardımı gələnədək o, münafiqlər daima möminlər arasında fitnəkarlıq etməyə çalışmış, Təbuk döyüşündən əvvəllər də möminlərin parçalanmasına səy göstərmiş, səni cihad fikrindən daşındırmaq üçün hiylələr quraraq səni həqiqətdən yayındırmağa çalışmışlar. Axır ki, Allah, münafiqlər istəmədikləri halda dinini izzətləndirdi, düşmənləri məğlub etdi. Çünki onlar batilin haqq üzərində qələbə çalmasını arzu edirdilər.
(49) Münafiqlərdən sənə: "Ey Allahın Rəsulu! Mənə döyüşə getməməyə izin ver, düşmən -Rum- qadınlarını görüb günaha batmamaq üçün məni cihada çıxmağa məcbur etmə!"– deyərək özlərinə cürbəcür bəhanələr gətirən kimsələrdə vardır. Doğrusu onlar, idda etdikləri günahdan daha da böyügünə batmışlar. Bu isə, nifaq və döyüşdən geridə qalmaq fitnəsidir. Şübhəsiz ki, qiyamət günü cəhənnəm kafirləri hər bir tərəfdən əhatə edəcəkdir. Bu zaman cəhənnəmin əzabından kimsə nə qaçıb canını qurtara, nə də ki, ondan qaçmağa bir yer tapa bilər.
(50) Ey Peyğəmbər! Əgər Allah sənə, qələbə və ya qənimət kimi səni sevindirən bir nemət bəxş etsə, bu onları kədərli, hüzünlü edər. Əgər sənə bir müsibət və ya məğlubiyyət kimi xoşagəlməz hal üz versə, bu zaman onlar: "Biz, möminlər döyüşə çıxıb, öldükdə yaxud əsir düşdükdə, onlardan geridə qalaraq öz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!" – deyər və sonra da onlar sağ-salamat qaldıqları üçün sevinə-sevinə öz evlərinə gedərlər.
(51) Ey Peyğəmbər! O münafiqlərə de: "Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim himayədarımız və mövlamızdır. Biz işlərimizi ona təvəkkül edirik. Qoy möminlərdə işlərini yalnız Ona həvalə etsinlər. Əgər belə etsələr Allah onlara kifayət edəndir, O nə gözəl vəkildir!"
(52) Ey Peyğəmbər! Onlara de: "Doğrudanmı siz bizlərə qələbə və ya şəhidlik yetişməsini gözləyirsiniz? Biz isə ya Allahın Özü tərəfindən və da bizim əllərimizlə sizi məhv etməsini yaxud da ki, Allah bizə sizinlə döyüşməyə izin verdiyi təqdirdə sizi əsir götürməyimizi gözləyirik. Siz bizim sonumuzu gözləyin; şübhəsiz ki, biz də sizin sonunuzu gözləyirik".
(53) Ey Peyğəmbər! Onlara de: "İstər könüllü, istərsəniz də ki, könülsüz olmasından aslı olmayaraq nə xərcləyirsinizsə xərcləyin, Allaha küfür edib, Onun itaətindən çıxdığınız üçün onsuz da xərclədikləriniz sizdən qəbul edilən deyildir.
(54) Onların Allah yolunda sərf etdiklərinin qəbul olunmamasının yalnız üç səbəbi vardır. Birincisi: Allah və Onun Rəsuluna küfür etmələri. İkincisi: Namazı tənbəlliklə qılmaları. Üçüncüsu: Mallarını könül xoşluğu ilə deyil, könülsüz xərcləmələridir. Onlar nə namaza qıldıqda, nə də ki, xərclədikdə savabını Allahdan gözləməzlər.
(55) Ey Peyğəmbər! Münafiqlərin var-dövlətinin və oğul-uşağlarının çoxluğundan heyrətlənib, heçdə sənə xoş görsənməsin. Əldə etdikləri var-dövlətləin və oğul-uşağlarının aqibəti onlar üçün pisdir. Allah onların dünya həyatında ölənə qədər bunları cəm etmələrini onlar üçün bir əzab, məşəqqət etmişdir, axirətdə isə cəhənnəmin ən aşağı təbəqəsində əbədi qalmaqla onları əzaba düçar edəcəkdir.
(56) Ey möminlər! Münafiqlər yalandan özlərinin sizinlə həmrəy olduqlarına and içirlər. Zahirən sizinlə həmrəy olduqlarını büzuzə etsələrdə, həqiqət də isə onlar sizdən deyillər. Əslində onlar, müşrikləri öldürüb, əsir tutduğunuzdan sonra onların başlarına gələn müsibətlərin eyni ilə öz başlarına gəlmələrindən qorxaraq, özlərinin İslamda olduqlarını göstərən kimsələrdir.
(57) Əgər o münafiqlər canlarını qorumaq üçün bir qala və ya dağlarda daldalanmaq üçün mağaralar yaxud gizlənməyə bir oyuq tapsaydılar, ləngimədən özlərini ora salardılar.
(58) Ey Peyğəmbər! Münafiqlərdən elələri də var ki, sədəqələrin bölümü zamanı onlara istədikləri çatmadıqda sənə nöqsan tutub, eyib edirlər. Əgər istədikləri onlara verilərsə, bu zaman səndən razı qalar, əgər verilməzsə, dərhal şikayətlənərlər.
(59) Kaş ki, sədəqələrin bölümü zamanı sənə nöqsan tutanlar Allahın onlar üçün təyin etdiyi və Allahın Elçisinin onlara verdiyi paya razı qalıb: "Allah bizə yetər. Allah bizə Öz lütfündən və həmçinin, Onun Elçisi də Allahın ona əta etdiyindən bizə verəcəkdirdə. Allah bizə öz lütfündən bəxş etmək üçün biz yalnız tək Allaha rəğbət bəsləyirik"– deyəydilər. Əgər onlar belə etsəydilər, bu onlar üçün sənə nöqsan tutmaqdan daha xeyirli olardı.
(60) Vacib zəkatlar işi və ya müəyyən bir vəzifəsi olub, lakin öz maddi tələbatını ödəməyə kifayət etməyən və həmçinin ehtiyaclı olduğu insanlar arasında bilinməyən fəqirlərə, heç bir şeyə sahib olmayan, sözündən və zahiri görnüşündən ehtiyaclı olması insanlara arasında bilinən miskinlərə, zəkatı yığıb paylamaq üçün imam tərəfindən təyin etdiyi kimsələrə, qəlbləri İslam dininə isinişdirmək üçün və ya imanının qüvvətlənməsi məqsədi ilə verilən zəyif imanlı, yaxud da ki, şərindən qorunmaq üçün verilən kimsələrə, kölələrin azad olunmasına, israfçılığa yol vermədən və ya günah işləmək məqsədi olmadan borc alıb, qaytarmağa maddi imkanı olmayan borclulara, Allah yolunda cihad edən mücahidlərin maddi və texniki ehtiyaclarını təmin edilməsinə və pulu qurtarıb yarı yolda qalan müsafirlərə məxsusdur. Zəkatın yalnız bu kimsələrə məxsus edilməsi Allah tərəfindən təyin edilmiş bir fərzdir. Allah qulların mənfəətlərini daha yaxşı bilir. O, işlərində və şəri hökmlərində hikmət sahibidir.
(61) Münafiqlərdən elələri də var ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) həlim qəlbli olduğunu görüb, ona sözlə əziyyət verərək: "O, hər deyilən sözə inanır, haqqla batilin arasını ayırd edə bilmir!" - deyirlər. Ey Peyğəmbər onlara belə de: "Allahın Elçisi yalnız xeyir sözlər eşidər. O, Allaha və sadiq möminlərin ona verdiyi xəbərlərə inanar. Onun Peyğəmbər göndərilməsi ona iman gətirən kimsələr üçün bir rəhmətdir". Allahın Elçisinə hər hansı bir əzab-əziyyət verənləri isə ağrılı-acılı bir əzab gözləyir.
(62) Ey möminlər! Münafiqlər yanınızda sizi özlərindən razı salmaq üçün onlar Peyğəmbərə (sallallahu aleyhi və səlləm) əziyyət verəcək heç bir söz söyləmədiklərinə dair Allaha and içirlər. Əgər onlar həqiq mömindirlərsə, bilsinlər ki, iman edib, saleh əməllər görməklə Allahı və Onun Elçisini razı salmaları daha yaxşıdır.
(63) Məgər o münafiqlər, bu əməlləri ilə Allaha və Onun Elçisinə qarşı düşmənçilik etdiklərini və həmçinin Allaha, Ona və Onun Elçisinə qarşı düşmənçilik edənləri qiyamət günü içində əbədi qalacaqları Cəhənnəm oduna daxil edəcəyini bilmirdilərmi? Bu isə böyük rüsvayçılıq və zəlillikdır.
(64) Münafiqlər, Allah Öz Elçisinə bir surə nazil edib, onların qəlblərində gizlətdikləri küfürü möminlərə xəbər verməsindən qorxurlar. Ey Peyğəmbər! De: "Ey Münafiqlər! Siz istehzanızda və dinə tənə etməyinizdə davam edin! Şübhəsiz ki, Allah surə nazil etməklə yaxud da ki, qəlblərinizdə olanı Peyğəmbərə xəbər verməklə qorxduğunuzu üzə çıxaracaqdır".
(65) Ey Peyğəmbər! Allah sənə xəbər verdikdən sonra münafiqlərdən nə üçün dinə tənə edib, möminləri söydükləri darədə soruşsan: "Biz ciddi deyil, sadəcə olaraq zarafat edirdik!" - deyərlər. Ey Peyğəmbər! Onlara belə de: "Allahı, Onun ayələrini və Onun Elçisini ələmi salırsınız?!
(66) Yalandan bəhanə gətirməklə üzrxahlıq istəməyin! Siz qəlbinizdə gozlətdiyiniz küfrü, Allaha, Onun ayələrinə və Onun Elçisinə istehza etdiklə aşkara çıxararaq artıq kafir oldunuz. Sizlərdən bir qismini münafiqlik etməkdən tövbə edərək, bu işdən əl çəkib, ixlasla Allaha ibadət etdiklərinə görə bağışlasaq da, tövbə etməyib, münafiqlikdə davam edərək, bu işdən əl çəkməyənlərə əzab verərik.
(67) Münafiq kişilər və qadınlar nifaqda bir-birinin tayıdırlar. Onlar möminlərin tam əksidirlər. Onlar insanları pis işlər görməyə vadar edir, yaxşı işlər görməyi isə qadağa edərlər və əllərində olan var-dövlətdən xəsislik göstərərək Allah yolunda xərcləməzlər. Onlar Allaha itaət etməyi tərk etdilər, Allahda onları xeyir əməllərə müvəffəq etmədi. Həqiqətən, münafiqlər Allaha itaət etmək yolunda uzaq olan, haqq yolu tərk edib, özlərinə asilik və zəlalət yolunu tutan kimsələrdir.
(68) Allah tövbə etməyən münafiqlərə və kafirlərə içərisində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Bu onlara əzab olaraq kifayət edər! Allah onları Öz rəhmərindən qovmuşdur. Onlar üçün daimi bir əzab vardır.
(69) Ey münafiqlər! Siz, küfür və istehza etməkdə eyni ilə sizdən əvvəlki yalan sayan ümmətlər kimisiniz. Onlar sizdən qüvvədə daha üstün, mal-dövlət və oğul-uşaq baxımından daha çox idilər. Onlar dünyadakı öz paylarından və ləzzətlərindən zövq aldılar. Ey münafiqlər! Sizdən əvvəlki yalan sayan ümmətlər, öz paylarından zövq aldıqları kimi, siz də öz payınızdan zövq aldınız. Onlar haqqı yalan sayıb, Peyğəmbərə tənə etdikləri kimi, siz də haqqı yalan sayıb, Peyğəmbərə tənə etdiniz. Məhz bu çirkin sifətlərə sahib olan kimsələr, etdikləri küfürə görə Allah qatında əməlləri batil olan kimsələrdir. Məhz onlar, etdikləri günahlar ucbatından özlərini ziyana uğradan kimsələrdir.
(70) Məgər o münafiqlərə özlərindən əvvəlki yalan sayan ümmətlərin etdikləri əməllər və bu səbəbdən onların başına gələn müsibətlərin xəbəri –Nuh qövmünün, Hud qövmünün, Saleh qövmünün, İbrahim qövmünün, Mədyən əhalisinin və Lut qövmünün alt-üst edilmiş kəndin xəbəri – gəlib çatmadımı? Elçiləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Allah onlara zülm etmədi, çünki Elçiləri onlara xəbərdarlıq etmişdir, lakin onlar Allaha küfür etməklə və Elçiləri yalan saymaqla özləri özlərinə zülm etdilər.
(71) Mömin kişilərlə mömin qadınlar Allaha və Rəsuluna iman etdikləri üçün bir-birinin dayağı və yardımçısıdırlar. Onlar insanlara tək Allaha ibadət etməyi, namaz qılmağı və s. bu kimi Allahın sevib, razı qaldığı yaxşı işlər görməyi əmr edər, küfür, sələm və s. bu kimi Allahın qəzəbləndiyi pis əməlləri qadağan edərlər, namazı kamil şəkildə qılırlar, Allaha və Onun Elçisinə itaət edərlər. Uca Allaha belə gözəl sifətlərə sahib olan kimsələri, Öz rəhmətinə daxil edəcəkdir. Həqiqətən, Allah qüdrətlidir, kimsə Onu məğlub edə bilməz. Allah xəlq etməyində, işlərində və şəri hökmlərində hikmət sahibidir.
(72) Allah Ona iman edən kişilərə və qadınlara qəsirləri altından çaylar axan, içində əbədi qalacaqları, heç bir zaman orada ölməyəcəkləri və nemətləri tükənmək bilməyən cənnətlərə daxil edəcəyinə və həmçinin Allah onlara əbədi qalacaqları cənnətlərdə onları gözəl məskənlərə varis edəcəyinə vəd vermişdir. Bu, böyük uğurdur. Heç bir uğur buna bərabər ola bilməz.
(73) Ey Peyğəmbər! Kafirlərlə qılıncla döyüşərək, münafiqlərlə isə dəlil-sübutla sözlə vuruş! Bu hər iki dəstəyə qarşı sərt davran, çünki onlar buna layiqdirlər. Qiyamət günü onların gedəcəkləri yer Cəhənnəmdir. Onların gedəcəkləri yer necə də pis yeridir!
(74) Münafiqlər sənin barədə pis sözlər söyləmədiklərinə və dinə tənə etmədiklərinə dair yalandan Allaha and içirlər. Onlar həqiqətən də, sənə onlardan çatan küfr sözləri demiş, imanı gəldikdən sonra kafir olmuş və bacara bilməsələrdə haqsız yerə Peyğəmbəri (sallallahu aleyhi və səlləm) öldürmək üçün can atmışlar. Onların Peyğəmbərdən intiqam almağı yalnız Allah Öz lütfündən Peyğəmbərinə qənimətlər bəxş edərək onu varlandırdığına görədir. Əgər onlar münafiqlikdən Allaha tövbə etsələr, bu onlar üçün daha xeyirli olar. Əgər tövbə etməkdən üz döndərsələr, Allah onları dünyada qətil və ya əsir düşməklə, axirətdə də isə Cəhənnəm atəşi ilə ağrılı-acılı əzaba düçar edər. Yer üzündə onları əzabdan xilas edən nə bir dostu, nə də əzabdan qoruyan bir köməkçisi vardır.
(75) Münafiqlərdən: "Əgər Allah Öz lütfündən bizə bəxş etsə, əlbəttə, biz yoxsullara sədəqə verən və yaxşı işlər görən əməlisaleh kimsələrdən olarıq!" – deyə Allaha əhd edənləri də vardır.
(76) Uca Allah Öz lütfündən onlara bəxş etdikdə, Allaha verdikləri əhdin üstündə durmadılar, əksinə xəsislik edərək, mallarından Allah yolunda bir şeydə olsa belə sədəqə vermədilər və imandan da üz çevirib getdilər.
(77) Allaha verdikləri əhdə müxalif olduqlarına və yalan söylədiklərinə görə onlara əzab olaraq, Allah da onların qəlblərinə qiyamət günədək nifaq saldı.
(78) Məgər o münafiqlər Allah onların öz məclislərində gizli saxladıqları sirlərini və həmçinin Allahın qeybləri bildiyini anlamırdılarmı? Onların etdikləri əməllərdən Allah heç bir şey gizli qalmaz. Allah onların etdikləri əməllərin müqabilini verəcəkdir.
(79) Möminlərdən çətinliklə əldə etdikləri az bir şeydən könül xoşluğu ilə sədəqə verənlərə eyib tutanları, onları məsxərəyə qoyub: "Bunların verdiyi sədəqənin nə faydası olacaqdır?!" – deyərək, möminləri məsxərəyə qoyduqları üçün Allah da onları məsxərəyə qoyacaqdır. Onları ağrılı-acılı bir əzab gözləyir.
(80) Ey Peyğəmbər! Münafiqlərin bağışlanması üçün Allaha dua etsən də, etməsən də, hətta onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, bu sayın çoxluğuna rəğmən, yenə də onlar Allahın məğfirətinə əsla nail ola bilməyəcəklər. Bu onların, Allaha və Onun Elçisinə küfür etdiklərinə görədir. Allah bilərəkdən Onun şəriətindən uzaqlaşan insanları haqq yoluna müvəffəq etməz.
(81) Təbuk döyüşündə iştirak etməyib, Allah yolunda cihad etməkdən arxada qalan münafiqlər Allahın Elçisinin əleyhinə çıxaraq evdə qalmalarına sevindilər. Onlar möminlərin cihad etdikləri kimi Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər və öz münafiq qardaşlarının cihada çıxmalarına mane olaraq: "Bu qizmar günəş altında döyüşə çıxmayın!" – dedilər. O zaman Təbuk isti vaxtlara təsadüf etmişdir. Ey Peyğəmbər! Onlara belə de: "Münafiqləri gözləyən Cəhənnəm atəşi, qaçdığınız bu dünyanın istisindən daha şiddətlidir!" Kaş onlar bunu anlayaydılar!
(82) Qoy cihada çıxmaqdan geridə qalan münafiqlər dünyada ikən etdikləri günahların, asiliklərin cəzası olaraq bu fani dünya həyatında az gülüb, əbədi qalacaq axirət həyatları üçün çox ağlasınlar.
(83) Ey Peyğəmbər! Əgər Allah səni nifaq əməllərində davam edən o münafiq zümrənin yanına qaytarsa və onlar səninlə birğə başqa döyüşə çıxmaq üçün səndən izin istəsələr, onlara belə de: "Ey münafiqlər! Həm sizin mənimlə birgə olmağınızın şərindən qorunmaq üçün həm də ki, sizə Allah tərəfindən bir cəza olaraq siz bir daha mənimlə Allah yolunda cihad etməyə çıxmayacaqsınız. Çünki siz Təbuk döyüşündə geridə qalıb öz evlərinizdə oturmağa razı oldunuz. Elə isə arxada qalan xəstə, qadın və uşaqlarla bərabər siz də evdə oturun!"
(84) Ey Peyğəmbər! Heç vaxt kimliyindən aslı olmayaraq heç bir münafiq üçün cənazə namazını qılma, qəbrinin üstündə durub onun bağışlanması üçün Allaha dua etmə. Çünki onlar Allaha və Onun Elçisinə küfür etdilər və Allahın itaətindən çıxmış halda öldülər. Belə bir kimsə üçün nə cənazə namazı qılınar, nə də ki, onun üçün dua edib Allahdan bağışlanma istənilər.
(85) Ey Peyğəmbər! Münafiqlərin nə var-dövləti, nə də ki, oğul-uşağı səni təəccübləndirməsin. Allah münafiqlərə bu var-dövlət və oğul-uşaqla ancaq dünya həyatında bunları cəm edib, ərsəyə gətirmək üçün məşəqqətlərə qatlaşmaqla onlara əzab vermək, ruhları canlarından kafir olduqları halda çıxararaq, canlarını almaq istər.
(86) Allah, Peyğəmbəri Muhammədə (sallallahu aleyhi və səlləm) Allaha iman gətirməyi və Onun yolunda cihad etməyi əmr edən bir surə nazil etdiyi zaman, onlardan var-dövlətə malik olanları səndən cihada getməyib, geridə qalmaları üçün icazə istəyib: "Bizə izin ver, evdə qalan zəiyf və xəstələrlə birlikdə evlərimizdə qalaq!" – deyərlər.
(87) Münafiqlər, arxada qalıb müəyyən səbəbdən cihada çıxa bilməyən insanlarla birgə olmağa razı olduqları zaman, həqiqət də özlərinin zəlil və alçaq olmasına razı oldular. Allah da onların küfür və nifaq əmələrinə görə qəlblərinə möhür vurdu. Buna görə də onlar özlərinə mənfəət verən şeyləri anlamazlar.
(88) Amma Allahın Elçisi və möminlər, münafiqlər kimi Allah yolunda cihad etməkdən geridə qalmadılar. Əksinə onlar malları və canları ilə Allah yolunda cihad etdilər. Elə buna görə də onların Allah yanında mükafatı, qələbə və qənimət kimi dünya mənfəətlərinə, qiyamət günü isə, Cənnətə daxil olub, qorxduqları cəhənnəm əzabından nicat taparaq axirət mənfəətlərinə nail olmalarıdır.
(89) Allah onlar üçün qəsirləri altından çaylar axan, içində əbədi qalacaqları və heç bir zaman fani olmayacaqları cənnətlər hazırlamışdır. Bu, heç bir qurtuluşun ona bərabər ola bilməyəcəyi böyük bir qurtuluşdur.
(90) Mədinə və Mədinənin ətrafında yaşayan bədəvilərdən bir qisim insanlar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib, üzrlü olduqlarını iddia edərək, Allah yolunda cihada çıxmayıb evlərində qalmaq üçün Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) onlara icazə verməsini istədilər. Başqa bir qisim insanlar isə Peyğəmbərə və Allahın vədinə inanmadıqlarına görə cihada çıxmayıb evlərində qalmaları üçün heç Peyğəmbərin yanına gəlib icazə də istəmədilər. Etidkləri bu küfürlərinə görə olanlara ağrılı-acılı əzab veriləcəkdir.
(91) Allaha ixlasla ibadət edib, Onun Elçisinə tabe olub və onun şəriətinə əməl edəcəkləri təqdirdə qadınlara, uşaqlara, xəstələrə, acizlərə, korlara və döyüşdə vuruşmağa vəsait tapa bilməyən fəqirlərə və bütün bu kimsələrin hamısının evində qalıb, döyüşə çıxmamasında heç bir günah yoxdur. Çünki onlar sözün həqiqi mənasında üzürlü insanlardırlar. Bu üzürlü insanlardan yaxşı işlər görənlərə əzab verməyə isə heç bir əsas yoxdur. Allah yaxşı işlər görənləri bağışlayandır və onlara qarşı rəhmlidir.
(92) Ey Peyğəmbər! Miniklə təmin edəsən deyə sənin yanına gəldikdə: "Sizin üçün minik tapa bilmirəm" – dediyin zaman cihad üçün nə özlərində, nə də ki, səndə, xərcləməyə bir şey tapa bilmədiklərindən ötrü kədərlənib, təəssüf hissi keçirərək, gözləri yaşla dolmuş halda geri dönüb, cihada çıxa bilməyib geridə qalan kimsələrə də heç bir günah yoxdur.
(93) Uca Allah yuxarıda keçən ayələrdə üzürlü səbəbdən Allah yolunda cihada çıxa bilməyib, geridə qalan kimsələrə əzab verilməyəcəyini xəbər verdikdən sonra, kimlərin Allahın əzabına layiq olduqlarını xəbər verərək belə demişdir: "Ey Peyğəmbər! Əzab yalnız cihad çıxmağa fiziki və maddi baxımından imkanları olduqları bir halda evdə qalmaq üçün səndən izin istəyənlərə veriləcəkdir. Çünki onlar cihada çıxmayıb evlərində qərar tutmağı üstün görərək, özlərinin zəlil və alçaq olmalarına razı oldular. Allah onlarların qəlbinə möhür vurdu. Odur ki, onlara öyüd-nəsihət təsir etməz. Elə buna görə də onlar, nəyin onlara fayda verdiyini bilmirlər ki, onu seçib götürsünlər, nəyin də onlara zərər verdiyini bilmirlər ki, özlərini ondan qoruya bilsinlər.
(94) Müsəlmanlar cihaddan geri qayıtdıqları zaman, münafiqlər onlarla cihada getmədiklərinə görə, özlərini müdafiə etmək üçün onlara əsassız üzürlər gətirəcəklər. Allah Öz Peyğəmbərinə və möminlərə onlara belə cavab verməyi buyurur: "Yalandan üzrlər gətirərək üzrxahlıq etməyin. Gətirdiyiniz üzrlərə əsla inanmayacağıq. Allah sizin qəlbinizdə olanları bizə agah etmişdir. Sonrakı əməllərinizi Allah da görəcək, Onun rəsulu da. Görək, siz, həqiqətən də, tövbə etmisinizmi ki, Allah da tövbənizi qəbul etsin, yoxsa, yenə də öz nifaq əməllərinizə davam edirsiniz." Sonra isə siz hər bir şeyi bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcək və hər bir kimsənin etdiyi əməlin əvəzini verəcəkdir. Elə isə tövbə etməyə və saleh əməllərə etməyə tələsin!
(95) Ey möminlər! Siz cihaddan geri qayıtdığınız zaman cihada çıxmayıb geridə qalan münafiqlər sizin yanınıza gəlib, onların yalan üzürlərinə inanıb, onlara məzəmmət və tənə etməməniz üçün qarşınızda Allaha and içəcəklər. Siz onlara nifrət edərək, onları tərk edin. Çünki onlar mənəvi cəhətdən çirkin və murdar insanlardırlar. Etdikləri nifaq və günah əməllərin cəzası olaraq qərar tutacaqları yer Cəhənnəm olacaqdır.
(96) Ey möminlər! Cihada çıxmayıb geridə qalan münafiqlər, onlardan razı qalıb, gətirdikləri üzürlərə inanasız deyə qarşınızda Allaha and içəcəklər. Siz onlardan razı qalmayın. Əgər razı qalarsınızsa, bu zaman Rəbbinizin əmrinə müxalif olarsınız. Çünki Allah küfür və nifaq əməllər edib, Onun itaətindən çıxan bir qövmdən əsla razı qalmaz. Ey müsəlmanlar! Elə isə siz, Allahın razı qalmadığı kimsədən razı qamaqdan çəkinin!
(97) Səhrada yaşayan ərəblər küfr və ya nifaq əməllər edərlərsə, onların küfrr və ya nifaq əməlləri cəmiyyət içərisində yaşayan insanların küfr və ya nifaq əməllərindən daha betər olar. Onlar həm kobud, həm də insanlarla az ünsiyyətdə olduqları üçün dini başa düşməməyə, Allahın Öz elçisinə (sallallahu aleyhi və səlləm) nazil etdiyi fərzləri, sünnənləri və şəri hökmləri bilməməyə daha meyllidirlər. Allah onların halını daha yaxşı biləndir. O, Öz işlərində və şəri hökmlərində hikmət sahibidir.
(98) Ey möminlər! Səhrada yaşayan münafiq ərəblər içərisində, mallarını bəzən riyakarlıq, bəzən də təqiyyə edərək xərcləsələr belə, xərclədikdə Allahdan savab ummayıb paxıllıq edərək, xərcləmədikləri üçün Allahın əzabından qorxmadığına görə, Allah yolunda xərclədiyini itki və zərər sayanlar, canlarını sizdən qurtarmaq üçün sizə bir bədbəxtlik üz verməsini gözləyən kimsələr də vardır. Allah onların möminlərə arzu etdikləri müsibəti, möminlərə deyil, elə onların öz başlarına gətirəcəkdir. Allah onların dediklərini eşidəndir, qəlblərində gizlətdiklərini də bilir.
(99) Səhrada yaşayan ərəblərdən eləsi də vardır ki, Allaha və qiyamət gününə inanır, Allah yolunda xərclədiyi malı Allah yanında yaxınlıq və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dualarına və Allahdan onun üçün bağışlanma istəməsinə nail olmaq üçün vasitə sayır. Agah olun ki, onların Allah yolunda mallarından xərcləməsi və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) də onlar üçün dua etməsi, onlar üçün Allaha yaxınlaşmağa bir vasitədir və o kimsə, Allahın hər bir şeyi əhatə etmiş geniş mərhəmətinə və Cənnətinə qovuşaraq savabını Allah yanında görəcəkdir. Allah, Ona tövbvə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir.
(100) Vətənlərini, yurdlarını, ev-eşiklərini Allah yolunda tərk edib, imanda hamını ötüb keçən ilk mühacirlərdən və Allahın elçisinə (sallallahu aleyhi və səlləm) çətin anda yardım edən ənsardan, həmçinin düzgün əqidə sahibi olaraq, gözəl sözlər söyləyib, yaxşı işlər görməkdə və mühacir və ənsrların ardınca gedən kimsələrdən Allah razı qaldı və onların etdikləri saleh əməlləri Öz dərgahında qəbul etdi. Allah onlara böyük savab bəxş etdiyi üçün, onlar da Allahdan razı qaldılar. Allah onlar üçün qəsrləri altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bu mükafata nail olmaq, böyük uğurdur!
(101) Mədinəyə yaxın yerdə, səhrada yaşayan ərəblərdən, həmçinin Mədinə sakinləri arasında nifaq əməllərindən əsla əl çəkməyən, əksinə bu əməllərdə inadkarlıq edən münafiqlər vardır. Ey Peyğəmbər! Sən onları tanımırsan. Onları yalnız Allah tanıyır. Biz onlara iki dəfə əzab verəcəyik. Birinci dəfə, dünyada onların iç üzlərini möminlərə aşkar edib, onları ya öldürmək, ya da, əsir götürməklə, ikinci dəfə isə onlara axirətdə qəbir əzabı ilə əzab verəcəyik. Qiyamət günü isə onlar Cəhənnəmin ən aşağı təbəqəsində böyük bir əzaba qaytarılacaqlar.
(102) Mədinə sakinləri arasında, heç bir üzürləri olmadığı halda cihada çıxmayıb evində qaldıqdan sonra, cihada çıxmaq üçün heç bir üzürü olmadığını etiraf edən və özlərinə başqaları kimi yalandan bəhanələr axtarmayan bir qisim insanlar da vardır. Onlar Allaha itaət etmək, Onun şəriətinə əməl edib və Onun yolunda cihad etmək kimi əvvəllər etdikləri yaxşı əməlləri başqa pis əməllərə qarışdırdılar. Onlar Allahdan, onların tövbələrini qəbul etməsini və onları bağışlamasını umurlar. Allah Ona tövbə edən qulların tövbələrini qəbul edəndir və onlara qarşı rəhimlidir.
(103) Ey Peyğəmbər! Onların mallarından zəkat götür ki, bununla onları asiliklər və günahlar çirkabından təmizə çıxardıb və beləliklə də, onların yaxşı əməllərini artırmış olasan. Onlardan mallarının zəkatını aldıqdan sonra, onlar üçün Allaha dua et. Çünki sənin duan onlar üçün bir rəhmət və təskinlikdir. Allah sənin dualarını eşidəndir, onların əməllərini və qəlblərində olanları biləndir.
(104) Qoy cihada çıxmayıb evində qərar tutan və bu əməlindən Allaha tövbə edən kimsələr bilsinlər ki, həqiqətən Allah, Ona tövbə edən qullarının tövbələrini qəbul edəndir. Allahın heç bir şeyə ehtiyacı olmamasına rəğmən, Allah onların verdikləri sədəqələri qəbul edər və sədəqə verən kimsəyə, verdiyi sədəqənin əvəzini də verər. Allah Ona tövbə edən qullarından tövbələri qəbul edən və onlara qarşı rəhmlidir.
(105) Ey Peyğəmbər! Cihada çıxmayıb evində qərar tutan və bu əməlindən Allaha tövbə edən kimsələr de: "Günahınızın bağışlanmasına görə Allah üçün, Onu razı salan, saleh əməllər edin! Allah, Onun rəsulu və möminlər əməllərinizi görəcəklər. Sonra siz qiyamət günü hər bir şeyi bilən Rəbbinizin hüzuruna qaytarılacaqsınız, O, sizin gizlində saxladığınızı da, aşkara çıxardığınızı da bilir. Allah sizə dünyada ikən etdiyiniz əməllərinizi xəbər verəcək və hər bir kimsənin etdiyi əməlin müqabilini də verəcəkdir.
(106) Heç bir üzürlü səbəb olmadan Təbuk döyüşünə getməyib evində qərar tutan kimsələr arasında bir qisim insanlar da vardır ki, onların hökmü Allaha qalmışdır. Allah onlar barədə istədiyi hökmü verəcək. Əgər onlar tövbə etməsələr, Allah ya onlara əzab verəcək, ya da tövbə etsələr, Allah onların tövbələrini qəbul edəcəkdir. Allah kimin əzab çəkməyə və kimin də bağışlanmağa layiq olduğunu yaxşı bilir. Allah, şəri hökmlərində və işlərində hikmət sahibidir. Heç bir üzürlü səbəb olmadan Təbuk döyüşünə getməyib evində qərar tutan kimsələr, Murara bin ər-Rəbiya, Kəb bin Malik və Hilal bin Umeyyə adlı səhabələrdir.
(107) Münafiqlərdən Allaha itaət məqsədi ilə deyil, əksinə müsəlmanlara zərər vurmaq, münafiqlərə dəstək olaraq yer üzündə küfrü yaymaq, möminlərin arasına ikitirəlik salmaq məqsədilə, məscid bina etməzdən əvvəl Allaha və Onun rəsuluna qarşı müharibə etməyə hazırlaşan və həmçinin Allaha və Onun rəsuluna qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər də vardır. Münafiqlər, siz onlara inanasız deyə: "Biz bununla müsəlmanlara yaxşılıq etmək istədik" – deyə and içəcəklər. Allah isə onların yalandan Allaha and içdiklərinə şahiddir.
(108) Ey Peyğəmbər! Münafiqlərin səni o məsciddə namaz qılmaq üçün çağırışına cavab verərək, belə bir məsciddə əsla namaz qılma. Şübhəsiz ki, küfr üzərində qurulan məsciddə namaz qılmaqdansa, ilk gündən təqva üzərində qurulmuş Quba məscidində namaz qılmağın Allah yanında daha üstündür. Quba məscidində, natəmizlikdən və nəcasətdən su ilə, günahlardan isə tövbə və Allahdan bağışlanma diləməklə təmizlənməyi sevən kişilər vardır. Allah da natəmizlikdən, nəcasətdən və günahlardan təmizlənənləri sevər!
(109) Məscid binasını, Allahın əmrlərini yerinə yetirib və qadağalarınadan çəkinərək Allah qorxusu və yaxşı əməllər edərək Onun rizası üzərində quran kimsə ilə, müsəlmanlara zərər vermək, yer üzündə küfrü yaymaq və möminlər arasına ikitirəlik salmaq məqsədilə bina edənlə Allah yanında eyni ola bilərmi?! Xeyir, əsla eyni ola bilməz. Birinci binanın misalı, bünövrəsi möhkəm və binanın uçmaq təhlükəsi olmayan, ikinci binanın misalı isə bünövrəsi dağılmaqda olan uçurumun lap kənarında quran və binası özü ilə birlikdə Cəhənnəmin dibinə yuvarlanan kəsin misalı kimidir. Allah zalım qövmü küfr, nifaq və s. bu kimi çirkin əməllərinə görə doğru yola yönəltməz.
(110) Onların (müsəlmanlara) zərər vurmaq məqsədilə tikdikləri bu məscid, ürəkləri ölüm yaxud qılıncla öldürülüb parça-parça olana qədər qəlblərində şübhə və nifaq mənbəyi olaraq qalacaqdır. Allah qullarının əməllərini biləndir, qullarını xeyir və ya şərlə mükafatlandırmaqda hikmət sahibidir.
(111) Həqiqətən, Allah möminlərdən, dəyəri baha olan Cənnət müqabilində, onların canlarını – bunun hamısı Allahın mülkü olsa belə, onlara sayğı baxımından – satın almışdır. Çünki onlar, Allahın kəlməsi uca olması üçün Allah yolunda kafirlərlə vuruşub ya kafirləri öldürür ya da ki, kafirlər onları öldürürlər. Bu, Allahın, Musanın kitabı Tövratda, İsanın kitabı – aleyhiməssəlam – İncildə və Muhammədin (sallallahu aleyhi və səlləm) kitabı Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Uca Allahdan daha çox Öz əhdinə kimsə sadiq ola bilməz. Ey möminlər! Elə isə Allahla sövdələşdiyiniz bu alış-verişə görə sevinin. Atrıq siz bu sövdələşmənizdən böyük bir qazanc əldə etdiniz. Çünki bu alış-veriş böyük uğurdur.
(112) Bu böyük uğura nail olan kimsələr, Allahın sevməyib, qəzəbləndiyi əməlləri Onun sevib, razı qaldığı əməllərlə dəyişən, təvazökarlıq edərək Allah qorxusundan zəlil olub, Ona ciddi şəkildə ibadət edən, yaxşı-yaman günlərdə Rəbbinə həmd-sənalar edən, oruc tutub, namaz qılan, insanlara Allah və Onun rəsulunun əmrlərini əmr edən, insanları Allah və ya Onun rəsulunun qadağalarından çəkindirən və Allahın əmrlərini yerinə yetirib, qoyduğu hüdudlarını qoruyan kimsələrdir. Ey Peyğəmbər! Belə möminlərə onları dünyada və axirətdə sevindirəcək şeylərlə müjdələ.
(113) Müşriklərin Cəhənnəm sakinləri olduqları müsəlmanlara aydın olduqdan sonra, hətta onların yaxın qohum-əqrəbalarından olsalar belə, onlar Allaha şərik qoşduqları halda öldükləri üçün, Peyğəmbərə və möminlərə Allahdan onlar üçün bağışlanma diləmək icazəli deyil.
(114) İbrahim (aleyhissəlam) atasının Allahın dininə təslim olacağına ümüd edərək, atası üçün Allahdan bağışlanma diləmək istəyi, İbrahimin mütləq Allahdan onun üçün bağışlanma diləyəcəyini təmənna etməsi, ona verdiyi vədə görə idi. İbrahim atasına etdiyi öyüd-nəsihətin heç bir faydası olmadığını və ya vəhy vasitəsi ilə atasının kafir olaraq öləcəyini bildikdən sonra, atasının Allaha düşmən olduğu ona bəlli olduğu zaman ondan uzaqlaşdı. İbrahim bunu (atası üçün bağışlanma diləməsini istəməsi), Allahın ona vəhy etdiyi hökmə müxalif olaraq deyil, sadəcə olaraq ictihad edərək etmişdir. Həqiqətən, İbrahim Allaha çox yalvaran, zalım qövmünü bağışlayan bir kimsə idi.
(115) Allah bir qövmü doğru yola müvəffəq etdikdən sonra çəkinilməsi vacib olan haram şeylərdən onları xəbərdar etməyincə onların azğın bir yolda olduqlarına hökm verməz. Əgər Allah onlara haram olan şeyləri bəyan etdikdən sonra, onlar yenidən haram əməllərə qayıtsalar, bu zaman Allah onların azğın bir yolda olduqlarına hökm verər. Həqiqətən, Allah hər şeyi biləndir. Ona heç bir şey gizli qalmaz. Artıq Allah sizə bilmədiyiniz şeylər öyrətmişdir.
(116) Şübhəsiz ki, göylərin və yerin mülkü Allaha məxsusdur. Bu mülkündə Allahın heç bir şəriki, ortağı yoxdur, Göylər və yer arasına olanlar Allaha gizli qalmaz. Allah diriltmək istədiyini dirildər, öldürmək istədiyini də öldürər. Ey insanlar! Sizin Allahdan başqa işlərinizə yardım edən nə bir himayədarınız, nə də sizi Ondan başqa xəta-bəladan qoruyanınız, nə də ki, düşməninizə qarşı sizə kömək edəniniz yoxdur.
(117) Allah, müsəlmanlardan bəzilərinin çətinlik üzündən az qala qəlbi cihaddan yayınıb, Təbuk döyüşünü tərk etmək istədikdən sonra, Muhəmməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) də, münafiqlərə Təbuk döyüşündən geridə qalmağa icazə verdiyi üçün və həmçinin isti havada və çətin bir vaxta, düşmənlərin özlərindən qüvvətli olduğu bir döyüşdə Peyğəmbəri tək buraxmayan, əksinə, Təbuk döyüşünə Peyğəmbərin ardınca, çiyin-çiyinə döyüşə gedən mühacirlərin və ənsarın da əvvəlcə tövbəsini qəbul etdi, sonra da onları döyüşdə sabitqədəm edib, düşmənlə döyüş meydanında üz-üzə gəlməyə müvəffəq edərək onları bağışladı. Həqiqətən, Uca Allah onlara qarşı çox rəhmlidir. Onları əvvəl tövbə etməyə müvəffəq edib sonra da onları bağışlaması, Allahın onlara olan bir mərhəmətidir.
(118) Allah Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birgə Təbuk döyüşünə getməyib evlərində qərar tutduqdan sonra tövbələri qəbul edilməyən Kəb bin Malikin, Murara bin ər-Rabiyənin, və Hilal bin Umeyyənin - bu üç nəfərin də tövbəsini qəbul edib, onları bağışladı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onların Təbuk döyüşündən geridə qaldıqlarına görə səhabələrə onları tərk etməyi əmr edikdən sonra onlar tutduqları işdən çox peşman olmuş, hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri bu kədər və iztirabdan sıxılmışdı. Onlar özlərinin Allahdan əzabından, yalnız Allaha sığınmaqdan başqa bir çıxış yollarının olmadığlarını anladılar. Sonra Allah onlara rəhm edərək tövbələrini qəbul edib, onları bağışladı. Həqiqətən, Allah qullarının tövbələrini qəbul edəndir və onlara qarşı rəhmlidir.
(119) Ey Allaha iman gətirib, Onun rəsuluna (səllallahu aleyhi və səlləm) tabe olan və onun gətirdiyi şəriətə əməl edən kimsələr! Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qorxun. İmanında, sözündə və işində düz olanlarla birlikdə olun. Sizi Allahın əzabından, doğru-düzgün olmaqdan başqa bir şey xilas edə bilməz.
(120) Mədinə əhalisinə və onların ətrafında yaşayan bədəvilərə Allahın elçisi (sallallahu aleyhi və səlləm) döyüşə çıxdığı zaman ondan geri qalıb, öz canlarının hayına qalaraq, belə bir çətin gündə Allahın elçisini (sallallahu aleyhi və səlləm) tək buraxmaq yaraşmaz. Əksinə, onlar belə bir gündə onun canını qoruyaraq öz canlarını fəda etməlidirlər. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirlərin qəzəinə səbəb ola biləcək zəbt edilən elə bir yer, onları ölürmək, əsir götürmək və ya onlardan qənimət əldə etmək kimi düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində Allah onlara yaxşı bir əməlin savabını yazıb, bunu onlardan qəbul etməsin. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz. Əksinə onların mükafatını kamil şəkildə verər və onlar üçün bu mükafatı daha da artırar.
(121) Onların, az və ya çox olmasından aslı olmayaraq, Allah yolunda xərclədikləri mal-dövlətin və ya Allah üçün cihada çıxaraq çətinliklərə qatlaşıb keçdikləri hər bir vadinin savabını Allah kamil şəkildə verəcəkdir. Allah Qiyamət günü olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.
(122) Düşmən sizi məğlub edib axırınıza çıxmaması üçün, möminlərin hamısı eyni vaxtda döyüşə çıxmamalıdır. Qoy onlardan bir dəstə Allah yolunda cihada çıxsın, bir dəstə də Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) qalıb, ondan Quranı və şəri əhkamları öyrənsinlər və öz camaatı döyüşdən geri qayıtdıqları zaman onlara Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) eşidib öyrəndiklərini öyrətsinlər. Bəlkə, onlar Allahın əmrlərinə tabe olub, qadağalarından uzaq durmaqla Allahın əzabından çəkinələr. Bu hadisə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Mədinə ətrafında olan qəbilələrlə döyüş üçün səhabələrindən bəzilərini seçib göndərdiyi zaman baş vermişdir.
(123) Uca Allah bu ayədə Mədinə ətrafında məskunlaşan kafirlərin müsəlmanlara yaxın bir yerdə yaşadıqları üçün, onlardan müsəlmanlara xətər toxuna biləcəyinə görə onlarla vuruşmağı və həmçinin onları qorxuya salmaq və onların şərindən özlərini qorumaq məqsədi ilə onlara sərtlik göstərməyi əmr etmişdir. Həqiqətən, uca Allah, Öz köməyi və dəstəyi ilə müttəqilərlə birlikdədir.
(124) Allah Peyğəmbərə (sallallahu aleyhi və səlləm) bir surə nazil etidiyi zaman münafiqlərdən istehza və rişxəndlə bir-birindən: "Bu nazil edilən surə, Muhəmmədin gətirdiyi dinə sizdən hansınızın imanını artırdı?" – soruşan kimsələr də vardır. Amma Allaha iman gətirib, Peyğəmbəri (səllallahu aleyhi və səlləm) təsdiq edənlərə gəldikdə isə, nazil edilən bu surə onların əvvəlki imanını bir daha da artırır və bu surədə onların dünya və axirət mənfəətləri qeyd edildiyi üçün, onlar Allahdan vəhyin nazil olmasına sevinərlər.
(125) Amma münafiqlərə gəlincə, onlar Allahın nazil edilən ayələrini təkzib etdiklərinə görə əhkamlar və qissələrlə zəngin olan Quranın nazil edilməsi onların murdarlığı və xəbisliyi üstünə bir daha da murdarlıq və xəbislik artırar və hər dəfə ayələr nazil edildikdə bu ayələrə şəkk-şübhə ilə yanaşdıqlarına görə Peyğəmbərə Quran nazil edildikcə qəlblərindəki mərəz daha da artar və onlar kafir olaraq ölürlər.
(126) Məgər münafiqlər Allah onların ildə bir və ya iki dəfə iç üzlərini açıb, onları möminlər yanında rüsvay edərək bəlaya düçar etdiyini görüb bundan ibrətlər almırlarmı? Başlarına gələn bu müsibətin Uca Allah tətəfindən özlərinə bir bəla olduğlarını anladıqları halda yenə də küfr əməllərindən tövbə edib, münafiqlik etməkdən əl çəkmirlər. Başlarına gələn bu bəlanın Allahdan olduğuna anlamırlar.
(127) Allah Peyğəmbərə (sallallahu aleyhi və səlləm) münafiqlərin iç üzünü açıb bəyan edən bir surə nazil edildiyi zaman onlar: "Sizi kimsə görürmü?" – deyə bir-birlərinə baxır, əgər onları kimsə görməyibsə üz çevirib gedirlər. Bilin ki, onlar başa düşməyən bir qövm olduqlarına görə Allah onların qəlblərini haqq yoldan və xeyirdən məhrum edib, onları rüsvay etmişdir.
(128) Ey ərəblər! Artıq sizə özünüzdən, sizin kimi ərəb mənşəli bir elçi gəldi. Onun sizə olan sevgisindən sizin məşəqqətə düşməyiniz ona ağır gəlir. O sizin hidayətə gəlmənizi çox istər və o, sizə, xüsusəndə möminlərə qarşı çox şəfqətli, rəhmlidir və qayğıkeşdir.
(129) Ey Peyğəmbər! Əgər onlar səndən üz çevirib, gətirdiyin dinə iman etməsələr, bu zaman onlara belə de: "Mənə Özündən başqa ibadətə layiq olmayan tək Allah yetər. Mən yalnız Ona arxalanıram. Uca və Pak olan Allah, əzəmətli ərşin Rəbbidir!".