(1) Pak və müqəddəs Allah əsr çağına and içir.
(2) Həqiqətən də, insan ziyan və həlak içərisindədir.
(3) Yalnız Allaha və Onun rəsuluna iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı tövsiyə edənlər və bir-birinə haqq yolda səbirli olmağı tövsiyə edənlərdən başqa. Bu xislətləri özündə cəm edən kimsələr dünyada və axirətdə nicat taparlar.